Məhkəmə qərarları › İş №1(003)-209/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-209/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-209/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (003)-425/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədilə yaşayış yerinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talayaraq 25 avqust 2023-cü il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus qapaq sexinin plastik pəncərəsindən daxil olaraq 350 manat dəyərində 01 ədəd frez aparatı, 150 manat dəyərində 01 ədəd çarx daşı aparatı, 120 manat dəyərində 01 ədəd mikrodalğalı sobanı gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 620 (altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədilə yaşayış yerinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talayaraq xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 qızma məxsus evin plastik pəncərəsindən daxil olaraq 150 manat dəyərində 01 ədəd elektrikli mişarını, 50 manat dəyərində 01 ədəd dreli, 250 manat dəyərində 01 ədəd laqondanı, 200 manat dəyərində 01 ədəd laqondanı, 300 manat dəyərində 01 ədəd kompressor aparatını, 250 manat dayərində 01 ədəd pereperatoru,250 manat dəyərində elektrik naqillərini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 qızma 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədilə yaşayış yerinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talayaraq xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 02 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yarımtikili evin həyətyanı sahəsinə hasardan aşaraq 1200 manat dəyərində 01 ədəd darvazanı, 800 manat dəyərində 01 ədəd seyf qapını, hər birinin qiyməti 200 manat olmaqla 06 ədəd 4 metrəlik 100-lük dəmir borunu, 250 manat dəyərində 01 ədəd plastik qapını, 100 manat dəyərində 01 ədəd plastik pəncərəni,600 manat dəyərində 01 ədəd işıq generatorunu, ümumi dəyəri 1500 manat olan 12 və 32-lik armaturları, 100 manat dəyərində 50 metr elektrik naqillərini gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs3 5750 (beş min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədilə yaşayış yerinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talayaraq xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 01 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evin plastik pəncərəsindən daxil olaraq 220 manat dəyərində 01 ədəd stolüstü qaz sobasını, 80 manat dəyərində 02 ədəd su krantını, 1100 manat dəyərində 01 ədəd ”Viva” markalı kombini, 600 manat dəyərində 01 ədəd 108 ekran “Samsung” markalı televizoru gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah məqsədilə yaşayış yerinə və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talayaraq xx.xx.2023-cü il tarixdə saat təxminən gecə 02 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus anbarın qapısını sındırmaqla orada olan 500 manat dəyərində 01 ədəd “Gree” kondisoneri, 300 manat dəyərində “HP” markalı noutbuku, 250 manat dəyərində dreli, 250 manat dəyərində 01 ədəd dəmir kəsən aparatı gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs5 1300 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində oğurluq etmək məqsədi ilə yaşadığı Xaşa-Xuna bağlarında gəzərkən qapısında kilid olan və həyətində işıq yanmayan sex görmüşdür. Ətrafa nəzər yetirdikdən sonra darvazadakı qıfılın sındırılması çətin olduğundan sexin pəncərəsindən içəri girməyi qərara almışdır. Sexin içərisinə girdikdə 01 ədəd frez aparatı, 01 ədəd çarx daşı aparatı, 01 ədəd mikrodalğalı sobanı oğurlayıb gəldiyi yolla geri qayıdıb oğurladığı əşyaları yarımtikili bir evin içərisində gizlətmişdir. Təxminən 2 gün keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən o, oğurluq etdiyini könüllü şəkildə etiraf etmiş və oğurlayıb saxladığı əşyaların yerini polis əməkdaşlarına göstərməyə hazır olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin əşyaları satmaq üçün fürsəti olmamışdır. Bundan başqa o,xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində ünvan 5 ünvanında yerləşən evin plastik pəncərədən daxil olaraq 01 ədəd elektrikli mişarı, 01 ədəd dreli, 02 ədəd laqondanı, 01 ədəd kompressor aparatını, 01 ədəd pereperatoru, 02 top elektrik naqillərini oğurlayaraq Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı”nda tanımadığı şəxslərə satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, gecə 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağlarında yerləşən tikintisi tamalanmamış evdən 01 ədəd darvazanı, 01 ədəd seyf qapını, 06 ədəd 4 metrəlik 100-lük dəmir borunu, 01 ədəd plastik qapını, 01 ədəd plastik pəncərəni, 01 ədəd işıq generatorunu, 12 və 32-lik armaturları, elektrik naqillərini oğurlayaraq oğurladığı əşyaları Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı”nda və dəmir yığmaqla məşğul olan tanımadığı şəxslərə satmışdır. Bundan başqa xx.xx.2023cü il tarixdə, gecə 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağlarında oğurluq etmək məqsədilə gəzərkən yaşayış olmayan, tikintisi tamamlanmış ev görmüşdür. Evdə heç kəsin yaşamadığından əmin olduqdan sonra evin plastik pəncərəsini dəmir parçası ilə açaraq evə daxil olub 01 ədəd stolüstü qaz sobasını, 02 ədəd su krantını, 01 ədəd ”Viva” markalı kombini, 01 ədəd ekran “Samsung” markalı televizoru oğurlayaraq gəldiyi yol ilə geri qayıtmışdır. Sabahı gün oğurladığı əşyaları Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı”nda tanımadığı şəxslərə satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat təxminən gecə 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağlarında oğurluq etmək məqsədilə gəzərkən yaşayış olmayan ev görüb evin ətrafında dolaşdıqdan sonra evin həyətyanı sahəsində anbar olduğunu görüb anbarın qapısını dəmir parçası ilə sındırıb 01 ədəd kondisoneri, 01 ədəd noutbuku, 01 ədəd dreli, 01 ədəd dəmir kəsən aparatı oğurlayıb bir neçə gün keçdikdən sonra oğurladığı əşyaları Sabunçu qəsəbəsi ərazisində yerləşən “Rus bazarı”nda tanımadığı şəxslərə satmışdır və əşyaları satarkən onların özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Xəzər rayonu, Xaşa-xuna bağları, nömrəsiz ev ünvanında yerləşən 2 mərtəbə qapaq sexi var. xx.xx.2023-cü il tarixdə sexə gəlmişdir. Hər şeyin qaydasında olub-olmamasını yoxlamış və hər şeyin yerli yerində olduğunu görmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə sexə gəldikdə sexin qapısını açıb içəri daxil olmuş və şübhəli heç nə görməmişdir. Sexin mətbəxinə keçdikdə mətbəxdə olan mikrodalğalı sobanın yerində olmadığını görmüşdür. Sonra sexə ümumi baxış keçirdikdə 01 ədəd frez aparatının və 01 ədəd çarx daşı aparatının orada olmadığını görmüş və DİN-in 102 zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları sexə gəlmiş və məlum oldu ki,sexin ikinci mərtəbəsinin plastik pəncərəsini açmaqla naməlum şəxs və ya şəxslər içəri daxil olmuşlar. Daha sonra 1-ci PŞ-ə ərizə ilə müraciət edərək ona oğurluq nəticəsində ümumilikdə 620 manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Ona məxsus əşyalar qaytarılmış, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yaxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, ünvan 6 ünvanında yerləşən 2 mərtəbə anbarı var. xx.xx.2023-cü il tarixdə anbara gəlmişdir. Anbara gəldikdə sexin qapısının qıfılının sındırıldığını görmüşdür. Sonra anbara ümumi baxış keçirdikdə 01 ədəd 500 manat dəyərində“Gree” markalı kondisonerin, 01 ədəd 300 manat dəyərində “HP” markalı noutbukun, 01 ədəd 250 manat dəyərində drelin, 01 ədəd 250 manat dəyərində dəmir kəsən aparatın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkarlamış və DİN-in 102 zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları anbara gəlmişlər. Bundan sonra 1-ci PŞ-ə ərizə ilə müraciət edərək ona ümumilikdə 1300(min üç yüz) manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Oğurlanmış əşyalardan ancaq “HP” markalı noutbook qaytarılmış, gidər əşyalar isə qaytarılmamış, ona dəyən zərər ödənmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-xuna bağları, nömrəsiz ünvanda yerləşən 10 sot torpaqda tikintisi tamamlanmamış evi vardır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində ona məxsus yarımtikili evinə gəlmiş və həyətyanı sahənin 1200 manat dəyərində darvazasının, həyətdə olan 01 ədəd 800 manat dəyərində seyf qapının, hər birinin qiyməti 200 manat olan 06 ədəd 4 metr uzunluqda olan 100-lük borunun, 01 ədəd 350 manat dəyərində plastik qapının, 01 ədəd 600 manat dəyərində generatorun, ümumi dəyəri 1500 manat olan 15 ədəd 12 metr uzunluqda olan, 32-lik armaturun, 50 metr uzunluqda ümumi dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanmasını görmüş və oğurluq hadisəsi zamanı ona ümumilikdə 5750 (beş min yeddi yüz əlli) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Xəzər rayonu, Xaşa-xuna bağları, nömrəsiz ev ünvanında yerləşən 1 mərtəbəli, kürsülü evi vardır. xx.xx.2023-cü il tarixdə köçmək məqsədi ilə həmin evə gəlmişdir. Qapını açıb evə baxış keçirərkən evin yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal bütün otaqlara ayrı- ayrılıqda baxmağa başlamış və evdən 01 ədəd 1200 manat dəyərində “Viva” markalı kombinin, 01 ədəd 600 manat dəyərində “Samsung” markal 108 ekran televizorun, 01 ədəd 150 manat dəyərində mətbəx üçün stolüstü qaz sobasının, hər biri 25 manat olmaqla 02 ədəd hamama quraşdırılmış krantın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkalamışdır. Bundan sonra 1-ci PŞ-ə ərizə ilə müraciət edərək oğurluq hadisəsi zamanı ona ümumilikdə 2000 (iki min) manat maddi ziyan dəyməsini bildirmişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bakı şəhəri, Xaşa-xuna bağları, nömrəsiz ünvanda yerləşən təmiri tamamlanmamış evi vardır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində həmin evdəki tikinti işlərinə nəzarət etmək üçün getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində evində usta kimi işləyən Emin Muxtarov ona zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. Evə yaxınlaşan zaman evin yataq otağının plastik pəncərəsini açmaq yolu ilə evə daxil olunaraq 01 ədəd 150 manat dəyərində elektrikli taxta kəsən mişarın, 01 ədəd 250 manat dəyərində drelin, 01 ədəd 350 manat dəyərində laqondanın, 01 ədəd 400 manat dəyərində kompressorun oğurlandığını aşkar etmişdir. Bundan başqa evin həyətyanı sahəsində olan ayrıca tikilinin qıfılının sındırılması yolu ilə orada olan 01 ədəd 100 manat dəyərində laqondanın, 01 ədəd 100 manat dəyərində preferatorun və 50 manat dəyərində yarım top elektrik naqillərinin oğurlanmasını və oğurluq hadisəsi zamanı ona ümumilikdə 1450 (min dörd yüz əlli) manat maddi ziyan dəyməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Xəzər rayon məhkəməsinə ünvanladığı ərizəsində ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Alternativ Ekspertiza mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən tədqiqata təqdim olunmuş məlumatlara əsasən 01 ədəd “Makita” markalı frezin, 01 ədəd adsız daş çarxı (cilalama) aparatının 01 ədəd “Kenwood” markalı mikrodalğalı sobanın, 01 ədəd “HP” markalı kompüterin hadisə baş verdiyi 2023-cü ilin avqust ayına olan ümumi dəyəri 860 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon məkəməsinin xx.xx.2023-cüil tarixli qərarı ilə AR MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ü il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, bir ədəd “HP” markalı noutbook, “Kenwood” markalı çörək bişirən aparat, daş yonan mator, bir ədəd direl, yapışdırıcı aparat, qara rəngli HP” markalı noutbook çantası, bir ədəd qayçı Təqsirləndirilən şəxs iştirakı ilə maddi sübut qismində götürülmüşdür. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, 29 avqust 2023-cü il tarixdə ********* saylı cinayət işinin materialları AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 30 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-425/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin materiallarının və cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, 19 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işinin materialları AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 19 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, 17 noyabr 2023-cü il tarixdə ********* saylı cinayət işinin materialları AR CM-nin 177.2.2, 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 17 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-551/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, sonuncu ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon məkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR MMin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarada ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar