Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-209/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X15, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qərarı ilə 01 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan tanışı Elmir adlı şəxslə başqalarına məxsus torpaq sahəsinə dair öz adlarına saxta sənəd düzəltdirməklə həmin torpaq sahələrini digər şəxsləri aldatmaqla onlara satıb əldə edəcəkləri pulları öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək torpaq sahəsinin alqı-satqısı fəaliyyəti ilə məşğul olan Elmirlə tanış olub görüşmüş X14 mərhum həyat yoldaşı X19 tərəfindən sonuncunun adına alınmış Bakı şəhəri Atçılıq yeni yaşayış massivi ərazisində yerləşən 0,03 ha torpaq sahəsini satmağına köməklik göstərməsini xahiş etmiş, Elmir adlı şəxs Ş.Əliyevada olan torpaq sahəsinə dair istintaqla müəyyənləşdirilməsi mümkün olmayan sənədləri qohumu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs verdirtdikdən sonra, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı Sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən həmin kolxozun əmək kollektivinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınmaqla 0,03 ha torpaq sahəsi hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş rəsmi hüquq verən sənədin üzərində düzəliş və əlavələr aparılmaqla həmin şəxsin adını pozub onun yerinə X7 adını yazmaqla kserosurət çıxartdırıb, eyni zamanda 15 aprel 1999-cu il tarixini dəyişdirib 20 avqust 1999-cu il tarixi ilə əvəz etməklə sənədi saxtalaşdırtmaqla kserosurət çıxartdırıb, eyni zamanda rəsmi hüquq verən istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına ayrılmış həmin torpaq sahəsinin sxeminin üzərində onun adını dəyişdirib sxemə X9 aid torpaq sahəsi yazıb sənədi saxtalaşdırmaqla ksereosurət çıxartdırıb, həmçinin rəsmi hüquq verən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına yazılmış 24 may 2018-ci il tarixli 463 №-li Arayışının üzərində düzəliş və əlavələr aparıb onun yerinə X7 adını yazmaqla sənədi saxtalaşdırmaqla ksereosurət çıxartdırıb, bundan başqa, rəsmi hüquq verən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş 0,03 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasına dair əmrdən 21 may 2003- cü il tarixli 28 №-li rəsmi hüquq verən sənədi olan çıxarışın da üzərində düzəliş və əlavələr aparılmaqla istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adını pozub onun yerinə cinayətdən xəbərsiz olan X7 adını yazıb saxtalaşdırmaqla ksereosurət çıxartdırıb hazırlatdıraraq rəsmi hüquq verən sənədləri istifadə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxtalaşdırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, son vaxtlar adını Elmir kimi bildiyi şəxslə tanış olmuşdur. Elmir onun maddi vəziyyətini bildikdən sonra ona iş təklif etmişdir ki, “elan saytlarında müxtəlif ərazilərdə torpaq sahələrinin satışını yerləşdirir, müştəri olanda onun nömrəsini verər, gəlib etibarnamə verər. Maddi vəziyyəti pis olduğundan, eləcə də çoxlu borcu olduğundan onunla razılaşmışdır. 2024-cü ilin may ayının əvvəllərində Elmir ona bildirmişdir ki, “bir sənəd var, gəl onun bəzi yerlərini düzəldək, müştəri düşən kimi həmin sənədlə satarıq”. Beləliklə Elmirlə görüşmüş sənədə əlavələr edərək düzəltmişlər. Həmin sənəd yalnız kserosurət olmuş, üzərində rəsmi möhür, imza, ştamp olmamışdır. X2 adına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair olmuşdur və Elmir ona həmin ərazidə bir yeri göstərib demişdir ki, sənəddəki torpaq sahəsi həmin yerdədir. xx.xx.2024-cü il tarixdə qeyd etdiyi torpaq sahəsini almaq istəyən Səfər adlı müştəri ona zəng vurub torpaq sahəsini almaq istədiyini bildirmiş, o, da bunu Elmirə demiş və həmin gün Səfərlə torpaq sahəsində görüşmüşdür. Orada torpaq sahəsini, eyni zamanda sənədləri Səfərə göstərmiş və Səfər torpaq sahəsini bəyəndikdən sonra qiymətini 6.800 manata razılaşmışlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Elmin ona zəng vurub bildirmişdir ki, Abşeron rayonu ərazisində yerləşən 2 saylı Notariat Ofisinə gəlsin. O, tez ora getmiş, orada Elmir və Şahnaz adlı qadınla görüşmüşlər. Elmir ona bildirmişdir ki, “həmin o torpaq sahəsinin sahibi Şahnaz xanımın yolu uzaq olduğuna görə hər müştəri düşəndə gələ bilmir, ona etibarnamə versin ki, gələcəkdə müştəri olanda onu narahat etməyə, özümüz həll edək”. Belə ki, orada X14 həmin sənəd əsasında torpaq sahəsinə dair ona etibarnamə vermişdir. Səfər adlı müştəri onu Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 25 saylı Notariat Ofisində gözlədiyindən elə oradan da həmin Notariat Ofisinə gəlmişdir. Çünki o, Səfərə həmin vaxtı onunla orada görüşəcəyini və torpaq sahəsini sənədləşdirəcəyini demişdir. Onlar ora getmiş, lakin o, tək Səfərlə görüşmüşdür. Orada Səfərə etibarnamə vermiş, eyni zamanda sənədləri də Səfərə təqdim etmiş, Səfər də razılaşdıqları kimi 6.800 manat ona pul vermişdir. Sonradan Elmirlə görüşmüş və həmin pulu aralarında bölmüşlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2024cü ilin may ayının əvvəllərində özünə torpaq sahəsi almaq məqsədi ilə sosial şəbəkədə elandan Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisində bir nəfər torpaq satan maklerin ***-***-**-** mobil nömrəsini götürmüş və onunla əlaqə saxlamışdır. Ona torpaq sahəsi almaq istədiyini bildirmiş və həmin şəxs ona elandan gördüyü torpaq sahəsinin sahibi Səməndər adlı şəxsin ***-***-**-** mobil nömrəsini vermişdir. xx.xx.2024-cü il tarixdə Səməndərlə əlaqə saxlamış və həmin gün onunla torpaq sahəsi olan yerdə görüşmüşlər. Səməndər ona torpaq sahəsini göstərmişdir. Həmin torpaq sahəsinin üç tərəfdən 10 mişar daşı hündürlüyündə hasarı olmuşdur. Zərərçəkmiş şəxs torpaq sahəsini bəyənmiş və Səməndər 0,03 ha torpaq sahəsini 7.000 manata satdığını bildirmiş, lakin daha sonra 6.800 manata razılaşmışlar. Sənəd olaraq Səməndər ona X7 adına olan Abşeron rayon İcra Hakimiyyətinin sərəncamından xx.xx.1999-cu il tarixli 096 nömrəli çıxarışını, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışını və ona əlavə edilmiş torpaq sahəsinin sxemini göstərmişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Səməndərlə birlikdə Buzovna qəsəbəsi ərazisində 25 saylı Notariat Ofisinin qarşısında görüşmüş, orada Səməndər ona etibarnamə vermiş, yuxarıda qeyd etdiyi sənədləri ona təqdim etmiş, Səfər də 6.800 manat pulu oğlu Şahid3 iştirakı ilə Səməndərə verib sağollaşaraq ondan ayrılmışdır. Həmin gündən sonra torpaq sahəsinin açıq qalan bir tərəfini də mişar daşları ilə hasar tikmiş, içərisində də bir yük avtomobili mişar daşı və qum boşaltmışdır. Sonradan həmin sənədləri Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfütı Müəssisəsində düzgünlüyünü yoxlatdırmış, orada ona bildirilmişdir ki, sənəddəki imza və möhür bu müəssisəyə məxsus olsa da, lakin sənəd saxta sənəddir, kimsə sənədi saxtalaşdırıb. Bundan sonra Səməndərə zəng vurmuş, lakin Səməndər ona cavab verməmiş, bu günə kimi də zənglərinə cavab vermədiyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra həmin torpaq sahəsinə getmiş və orada görmüşdür ki, kimsə hasara 070-551- 02-01 mobil nömrə yazıb. Həmin nömrəyə zəng vurmuş və həmin şəxs adını ona Rəşad kimi təqdim edərək bildirmişdir ki, “bu torpaq sahəsi mənə məxsusdur”. Səfər də ona bildirmişdir ki, “mən də həmin torpaq sahəsini Səməndər adlı şəxsdən almışam”. Beləliklə onlar həmin torpaq sahəsi olan yerdə görüşmüş və Rəşad ona sənədlərini göstərmiş, orada ona məlum olmuşdur ki, həmin torpaq sahəsi həqiqətən də Rəşada məxsusdur, bu zaman başa düşmüşdür ki, Səməndər onu aldadıb və saxta sənədlərlə ona torpaq sahəsini satmışdır. Ona görə də məcbur qalıb 2-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Həyat yoldaşı X20 2020-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Sağlığında onun adına Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi ərazisində 0,03 ha torpaq sahəsi aldığını və həmin torpaq sahəsinə dair sənədləri də olduğunu bildirmişdir. Həmin sənədləri həyat yoldaşı xəstə olan vaxtlarda ona vermişdir ki, satıb və əldə etdiyi pulu onun müalicəsinə sərf etsin. O, həyat yoldaşının sağlığında torpaq sahəsini sata bilməmişdir, çünki yataq xəstəsi olan həyat yoldaşına qulluq etdiyindən başı qarışıq olmuş və bu məsələ ilə məşğul olmağa vaxtı olmamışdır, eyni zamanda yoldaşı sağlığında həmin torpaq sahəsinin yerini ona göstərə bilməmişdir. Onun vəfatından sonra, yəni təxminən bir il bundan əvvəl bir gün işə gedəndə avtobusda bir nəfər qadınla tanış olmuş və onunla söhbət əsnasında həmin qadın bildirmişdir ki, hardasa torpaq sahəsi alıb, indi də həmin torpaq sahəsinə baxmağa gedir. Şahnaz Əliyeva da söhbət düşmüşkən ona öz torpaq sahəsi barədə danışmış və bildirmişdir ki, həmin torpaq sahəsinin yerini tapa bilmədiyinə görə oranı sata bilmir. Həmin qadın ona bildirmişdir ki, “bir nəfər Elmir adında makler tanışım var, səni onunla tanış edərəm o, sənə bu işdə köməklik edər”. Belə ki, həmin qadın ona Elmirin nömrəsini vermiş və Şahnaz özü onunla əlaqə saxlamış, onunla görüşmüş və məsələni ona danışmışdır. Elmir ona demişdir ki, “maraqlanıb sənə köməklik edərəm”. Bunu demiş və Şahnazdan torpaq sahəsinin sənədlərinin surətini almışdır. Şahnaz ona bildirmişdir ki, “mən uzaqda yaşayıram, tez-tez gələ bilmərəm, yeri dəqiqləşdirə bilsən mənə xəbər et mən də gəlim”. Beləliklə xx.xx.2024-cü il tarixdə Elmir ona zəng vurub bildirmişdir ki, ona yaxın yer olduğu üçün Abşeron rayonu ərazisində yerləşən 2 saylı Notariat Ofisinə gəlsin, bir nəfər qohumu var onun adına etibarnamə versin ki, tez-tez onu narahat etməsin. Şahnaz da həmin gün 2 saylı Notariat Ofisinə getmiş və orada onunla görüşüb guya Elmirin qohumu olan Səməndər adlı şəxsə etibarnamə vermişdir. Eyni zamanda sənədlərin əslini də orada Səməndərə vermişdir. Elmir də ona demişdir ki, “Səməndər mənim qohumumdur, narahat olma, yeri tapsa mənə deyəcək mən də özüm sənə xəbər edərəm”. Lakin həmin gündən sonra onların heç birindən xəbər çıxmamışdır. Elmir adlı şəxsin anket məlumatlarını bilib-bilməməsi barədə verilən suala cavab olaraq bildirmişdir ki, onun yalnız adını bilir, soyadını və ata adını bilmir, həmin vaxt onunla danışdığı mobil nömrə isə ***-***-**-** olmuşdur. Avtobusda ilk dəfə tanış olduğunu qadının anket məlumatlarını və ya əlaqə nömrəsini bilib-bilməməsi barədə isə verilən suala cavab olaraq bildirmişdir ki, həmin qadınla avtobusda təsadüfən tanış olmuş və həmin gün də ondan ayrılmışdır, adını da yadında saxlamamışdır, eyni zamanda əlaqə nömrəsini də almamışdır. Sadəcə həmin qadın Elmirin nömrəsini vermişdir və dayanacaqda düşüb ondan ayrılmışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik- Südçülük Sovxozu ərazisində 0,03 ha torpaq sahəsinin X8 almışdır. Belə ki, onunla 2022ci ilin noyabr ayının axırlarında tanış olduqdan sonra gedib həmin üvnana baxıb bəyənmiş və qiymətini də razılaşmışlar. xx.xx.2022-ci il tarixdə X16 onun həyat yoldaşı X6 Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 50 saylı Notariat Ofisində etibarnamə vermişdir. Bundan başqa orada Toğrul özünün adına olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfütı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışının əslini və Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli 096 nömrəli çıxarışının təsdiq olunmuş surətini təqdim etmişdir. Qeyd etmişdir ki, torpaq sahəsini alanda üç tərəfində mişar daşları ilə hasarı olmuşdur, bir tərəfində isə uçulmuş vəziyyətdə mişar daşları ilə hasarı olmuşdur. Toğrulla belə razılaşmışlar ki, həmin uçulmuş hasarı Rəşad özü tikəcək. O vaxtdan maddi imkanı olmadığına görə həmin uçulmuş hasarı bərpa edə bilməmişdir. 23 iyun 2014-cü il tarixdə həmin torpaq sahəsinə baş kəçərkən aşkar etmişdir ki, həmin uçulmuş hasar tamamilə sökülüb və yerində mişar daşları ilə yeni hasar tikilmişdir. Həmin hasarın kim tərəfindən tikildiyini bilməmiş, ona görə də divara öz mobil nömrəsini yazmışdır ki, həmin şəxs onunla əlaqə saxlasın. xx.xx.2024-cü il tarixdə isə bu barədə DİN-in 102 zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə gündən sonra Səfər adlı şəxs ona zəng vurub bildirmişdir ki, "mən həmin torpaq sahəsini almışam”. Rəşad da ona demişdir ki, “mən də 2022-ci ildə həmin torpaq sahəsini Toğrul adlı şəxsdən almışam”. Beləliklə onlar görüşmüş, Rəşad öz sənədlərini Səfərə göstərmiş, Səfər də özündə olan sənədləri Rəşada göstərərək demişdir ki, “onda mən bu sənədləri yoxlatdırım sonra nəticəsini sənə deyərəm”. Səhəri gün Səfər ona zəng vurub bildirmişdir ki, “mən sənədləri yoxlatdırdım, mənə verilən sənədlər saxtadır, məni aldadıblar”. Bundan sonra onlar yenidən görüşmüş, Səfər ona həmin torpaq sahəsindən çıxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır; -İş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən 0,03 ha-dan ibarət həyətyanı torpaq sahəsidir. Vətəndaş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2024-cü ilin may ayında etibarnamə əsasında həmin torpaq sahəsin Səməndər adlı şəxsdən 7.00 manata almışdır, sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa bir şəxsə məxsusdur və Səməndər adlı şəxs tərəfindən aldadılmışdır. Hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsini giriş qapısı mövcud deyildir, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir dəlil və ya sübut aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokla əlavə edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, X17 tərəfindən Təqsirləndirilən şəxs 0.03 ha torpaq sahəsinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə üzrə X14 tərəfindən verilən səlahiyyətlər: Azərbaycan Respublikası Abşeron rayon icra Hakimiyyəti üzrə sərəncamından 20 avqust 1999- cu il tarixli 096 nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən 0.03 ha torpaq sahəsinə dair ilkin müqavilə, ilkin müqaviləyə əlavə, beh müqaviləsi və.s müqavilə bağlamağı, müqaviləni imzalamağı, pul depozitə qoyulduqda məni bankda təmsil etməyi, adımdan ərizə yazmağ ərizədə imza etməyi, bağlanmış müqavilələrin şərtlərini, məbləğlərini müəyyən etməyi, bağlanmış müqavilələri ləğv etməyi, ləğv zamanı mənə çatacaq pulu almağı, torpaq sahəsini özəlləşdirməyi, torpaq sahəsinin ölçülərində fərq olarsa adımdan ərizə yazmağı, imza etməyi, özəlləşdirməklə bağlı məni Asan xidmət mərkəzlərində, Əmiak xidmətləri məkanında, notariat ofislərində, RİH-də, Bələdiyyələrdə, Arxivlər idarəsində, ƏMDK yanında DƏDRX-in istənilən ərazi idarəsində, rayon ərazi idarəsində təmsil etməyi, arxiv arayışı, lahiyə eskizi, sərəncam, çıxarış, texniki pasport, katastr planı almağı, aldığına dair imza etməyi, lazım olan sənədləri, arayışları, sorğuları, məktubları verməyi, almağı, adımdan istənilən növ ərizələr yazmağı, ərizədə imza etməyi, RİH-dən tikinti üçün razılıq almağı, tikinti işləri aparmağı, torpağa və tikintiyə çıxarış almağı, torpaq sahəsinə və tikintiyə sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, müqavilələri imzalamağı, istənilən növ əqdlər bağlamağı, müqavilənin ləğvi barədə müqavilə bağlamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, mənə çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə məni bankda təmsil etmayi, torpaq vergi borcunu ödəməyi, o cümlədən kommunal xəttləri ilə əlaqədar Asan Xidmət Mərkəzlərində, Bakı Aşan Kommunalda, Azəriqazda, Azərişıqda, Azərsuda, notariat ofisində təmsil etməyi, qaz, su, işıq sayğacları ilə bağlı ərizə verməyi, ərizədə imza etməyi, qaz, işıq, su xettlərinin quraşdırılması ilə əlaqədar müqavilə bağlamağı, müqavilədə imza etməyi, lazım olan sənədləri təqdim etmək və almağı, rüsumları ödəməyi, lazımı sənədlərdə imza etməyi, mənə çatası sənədləri və komıtıunal kartları almağı, abunə kodunun və sayğacın digər şəxsin adına dəyişdirilməsi barədə adımdan notariat ofislərində ərizə verməyi, imza ötməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar edilmişdir; - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli protokolu nəzərə alınaraq X12 fərdi ev tikmək üçün 0,03 ha torpaq sahəsinin ayrılmasına dair əmr” qeyd edilmişdir; - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 baş mütəxəss-kənar idarəçisi N.Qocayevə tərəfindən imzalanaraq təsdiq edilən 2-12-52 kodlu arayışın kserosurətində qeyd edilmişdir ki, X9 0,03 ha torpaq sahəsi ayrılmışdır; - xx.xx.2024-cü il tarixli iş üzrə digər “sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş sənədlərdən biri Bakı şəhəri 50 saylı Noratiat Ofisinin xüsusi notariusu X25 tərəfindən təsdiq edilmiş 28 noyabr 2022-ci il tarixli etibarnamədir. Həmin etibarnamə üzrə X16 tərəfindən verilən səlahiyyətlər: Məni bütün dövlət orqanlarında və təşkilatlarında, idarə və müəssisələrdə, İcra Hakimiyyəti və Bələdiyyə orqanlarında, Arxiv İdarələrində, Asan Xidmət Mərkəzlərində, Notariat Ofislərində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarələrində təmsil etməyi, adımdan müxtəlif məzmunlu ərizələr yazmağı, Abşeron rayonu, İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün mənə ayrılmış Abşeron rayonu, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən sahəsi 0,03 ha olan torpaq sahəsindən istifadə etməyi, torpaq sahəsi üzərində tikililər, o cümlədən fərdi yaşayış evləri tikməyi, həmin torpaq sahəsi və tikililər üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə əlaqədar sənədləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarələrində təmsil etməyi, sənədləri, o cümlədən çıxarışıvə texniki pasportu almağı, çıxarışı və sənədləri aldıqdan sonra torpaq sahəsi və tikililər üzərində sərəncam verməyi, (satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı), buna dair müavilələr bağlamağı, müqavilələri və digər sənədləriimzalamağı, əmlakın satışdan əldə olunan pul vəsaitini almağı, ödənişlər aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar edirəm. Etibarnamə 100 il müddəitinə verilib və 08.05,2124-cü il il saat 23:59-dək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə BİLƏR. Bu etibarnamənin dublikatı etibar edilən şəxsə verilə BİLƏR. Qeyd: Bu etibarnamə və bunun əsasında etibar edilmiş etibaretmə qaydasında verilmiş digər etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarnaməni verən şəxsdən (təmsil ediləndən) başqa digər şəxs tərəfindən ləğv edilə BİLMƏZ. Digər bir sənəd Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 21 may 2003-cü il tarixli 28 nömrəli Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli ərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli protokolu nəzərə alınaraq X13 fərdi ev tikmək üçün 0,03 ha torpaq sahəsinin ayrılmasına dair əmrdən çıxarışdır. Digər bir sənəd “vətəndaşlara həyətyanı torpaq sahələrinin ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi, südçülük-tərəvəzçilk sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssilərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması, eləcə də X13 verilmiş həyətyanı torpaq sahəsində 0,03 ha hesabı ilə fərdi yaşayış evin tikintisinə icazə verilməsinə dair 20 avqust 1999-cu il tarixli 096 nömrəli Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat axratış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə tərəfimdən cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir; - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs cəlb edilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur; - 08 noyabr 2025-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5 xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, X1 Tərəvəzçilik-Südçülük sovxozu tərəfindən torpaq sahəsi ayrılmamışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluna Goranboy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 221.1 -ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 10 %-i dövlət nəfinə tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən o, CM-nin 318.1 və 177.1- ci maddələri ilə təqsirli bilinərək, barəsində qəti olaraq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarxli qərarına əsasən həmin cəza 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli hökmündün görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü qismən ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 02 (iki) ay 13 (on üç) gün müddətin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; - Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki. Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmiş, onlara dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur; - "xxxx" ASC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qəbzlərindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın 25%-i ilə miqdarında dövlət nəfinəayrı-ayrılıqda 1630 və 70 manat olmaqla, ümumilikdə 1700 manat ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin CM-in 320.1 və 320.2-ci maddələri ilə tövsif edilərək təqsirləndirilməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı və qanuni olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittiham üzrə əməllərinin tövsif edilməsində aşağıda göstərilən şübhələrin mövcudluğunu xüsusilə qeyd etməyi zəruri sayır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə cinayətinin əlamətlərinin təqsirləndirilən şəxslərin əməllərində müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Şərh olunan cinayətin obyekti idarəetmə fəaliyyətinin predmetləri olan rəsmi sənədlərin, möhürlərin, ştampların və blankların hazırlanmasının, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunvericiliklə müəyyən olunmuş qaydasıdır. Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlər, möhürlər, ştamplar və blanklar təhlil edilən cinayətin predmetini təşkil edir. Rəsmi sənədlər hüquqi əhəmiyyətə malik olan, yəni müəyyən hüquqi faktların mövcudluğunu təsdiq edən, hüquqi nəticələr doğuran, hüquqların həyata keçirilməsi və vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar nəzərdə tutan sənədlərdir. Bu sənədlər müəyyən rekvizitlərə (rəsmi sənədin tərtib olunma yeri və tarixi onu verən orqanın adı, vəzifəli şəxsin adı, soyadı, atasının adı, imza, möhür, ştamp və s.) malik olur. Əgər göstərilən rekvizitlərdən biri yoxdursa, sənəd yalnız həmin rekvizitin olduğu halda hüquqi əhəmiyyətlidirsə və rəsmi sənəd sayılırsa, onda həmin rekvizitin olmadığı sənədə «hüquq» verən və ya vəzifənin icrasından «azad edən» yalan məlumatların yazılması CM-in 320-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır. Rəsmi sənədlərin verilmə mənbəyi müxtəlif ola bilər: səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər, bələdiyyələr, fəaliyyətinin xarakterindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər. Vətəndaşlar tərəfindən verilən sənədləri yalnız o halda rəsmi sənəd hesab etmək olar ki, həmin sənədlərin hüquqi əhəmiyyəti və rəsmi statusu qanunvericiliyə müvafiq surətdə tanınmış olsun. Məsələn, notariat qaydasında və ya notariat əməliyyatlarını aparmaq səlahiyyətlərinə malik olan vəzifəli şəxslər tərəfindən təsdiq olunmuş sənədlər və s. Şərh olunan cinayət əməli obyektiv cəhətdən fəal hərəkətlərlə törədilir. Həmin hərəkətlərə: a) hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; b) hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi satma; c) Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü və blankı hazırlama; ç) Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü və blankı satma. Saxtalaşdırma dedikdə, hüquq verən və ya vəzifədən azad edən məzmunu tamamilə saxta olan sənədin (vəsiqənin və ya digər rəsmi sənədin) hazırlanması, saxta olmayan sənədin mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın belə məlumatlarla doldurulması, yaxud saxta olmayan sənədin mətnində düzəlişlər edilməsi, tarixin dəyişdirilməsi, mətnin bir hissəsinin məhv olunması və s. kimi qanunsuz hərəkətlərin edilməsi yolu ilə dəyişdirilməsi başa düşülür. Əgər rəsmi sənəd onun mətninə yalan məlumatların daxil edilməsi və ya boş blankın yalan məlumatlarla doldurulması yolu ilə saxtalaşdırılmışdırsa, onda həmin məlumatların nə dərəcədə yalan (həqiqətdən uzaq) olmasının cinayətin tövsifi baxımından əhəmiyyəti yoxdur. Bu hal yalnız cəza təyin olunarkən nəzərə alına bilər. Saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin olunmasını nəzərdə tutur ki, onların nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti (statusu) dəyişir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 noyabr 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Hazırlama bu cinayətin obyektiv cəhətinin bir ünsürü kimi həm hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədlərə, həm də saxta dövlət təltiflərinə, ştampa, möhürə və ya blanka münasibətdə törədilir. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədləri qanunsuz hazırlama dedikdə, belə vəsiqə və ya digər rəsmi sənədləri hazırlama hüququ olmayan şəxs tərəfindən onları hazırlama və ya buna hüququ olsa da, qanunvericiliklə müəyyən edilmiş qaydaya, formaya və ya məzmuna uyğun olmayan vəsiqə və ya rəsmi sənədin hazırlanması başa düşülməlidir. Hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. İstifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Saxta sənədlərdən istifadə nəticəsində müəyyən hüquqlar əldə etmək və ya vəzifələrin icrasından azad olmaq təhlil edilən cinayət tərkibi ilə əhatə olunmur. Belə nəticələr baş verdikdə və müvafiq hallar mövcud olduqda şəxsin əməli əlavə olaraq CM-in 178-ci maddəsi ilə də tövsif olunur. CM-in 320.2-ci maddəsi saxta dövlət təltifindən, ştampdan, möhürdən və blankdan onların saxta olduğunu bilə-bilə istifadə etməyə görə məsuliyyət nəzərdə tutmamışdır. Bilə- bilə saxta möhürdən, ştampdan və ya blankdan istifadə etmə rəsmi sənədləri saxtalaşdırma hesab olunur və CM-in 320.1-ci maddəsi ilə tövsif edilir. Şərh olunan cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. CM-in 320.1-ci maddəsi üzrə məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək məqsədi) cinayət tərkibinin zəruri əlamətidir. Belə məqsəd olmadan 320.1-ci maddənin dispozisiyasında sadalanan əməllərin törədilməsi bu cinayətin tərkibini yaratmır. CM-in 320.2-ci maddəsinin subyektiv cəhəti qiymətləndirilərkən nəzərə alınmalıdır ki, saxta sənədlərdən istifadə edən şəxsin onun saxta olduğunu bilməsi zəruridir. Əks halda cinayət tərkibi mövcud olmayacaqdır. Cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınmasını güman etmək və s. kimi əlamətini nəzərdə tutur. Bu əlamətlər əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Məhkəmə cinayət işində olan materialları nəzərdən keçirərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların CM-in 320.1 və 320.2-ci maddələri ilə ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməlidir. Cinayət hüququ nəzəriyyəsində cinayət əməli törədilərkən alət kimi istifadə edilən əşyalar dedikdə, cinayətin törədilməsi prosesində birbaşa istifadə olunan və ya istifadə edilmək üçün nəzərdə tutulan, insanın fiziki təsir imkanlarını artıran əşyalar başa düşülür. Həmin əşyalara silah, nəqliyyat vasitələri, avadanlıqlar, milli və xarici valyuta, elektron valyuta, sənədli qiymətli kağızlar və s. aiddir. Vasitələr isə cinayətin törədilməsini asanlaşdıran, onun həyata keçirilməsini yüngülləşdirən əşya kimi nəzərdən keçirilir. Onların sırasına radioaktiv, bakterioloji, kimyəvi maddələr və tullantılar, saxta sənədlər, informasiya və kommunikasiya texnologiyaları və s. daxildir. O da nəzərə alınmalıdır ki, cinayət törədilərkən istifadə edilən alət və vasitələr cinayətin törədilmə üsulundan fərqli anlayışlardır. Belə ki, üsul təqsirli şəxsin müəyyən bir ardıcıllıqla yerinə yetirdiyi hərəkətlərdən ibarət olmaqla işin konkret hallarından asılı olaraq cinayətin alət və vasitələrinə bağlı ola bilər. Cinayətin obyektiv tərəfinin əlaməti kimi istər alət, istərsə də vasitələr cinayətin törədilmə üsulundan asılı olduğu halda, üsul bəzi hallarda müstəqil xarakter daşıyır. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2ci maddələri ilə irəli sürülmüş ittihama diqqət etdikdə Təqsirləndirilən şəxs 1 epizod üzrə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında (şəxsiyyəti istintaqa məlum olmayan şəxslə) başqalarına məxsus torpaq sahəsinə dair öz adlarına saxta sənəd düzəltdirməklə həmin torpaq sahələrini digər şəxsləri aldatmaqla onlara satıb əldə edəcəkləri pulları öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək torpaq sahəsinin alqı-satqısı fəaliyyəti ilə məşğul olan Elmir adlı şəxslə tanış olub görüşmüş, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı Sərəncamı ilə Buzovna tərəvəzçiilik-südçülük sovxozunda işləyən istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən həmin kolxozun əmək kollektivinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınmaqla 0,03 ha torpaq sahəsi hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş rəsmi hüquq verən sənədin üzərində düzəliş və əlavələr aparılmaqla həmin şəxsin adını pozub onun yerinə X7 adını yazmaqla ksereosurət çıxartdırıb, eyni zamanda 15 aprel 1999-cu il tarixini dəyişdirib 20 avqust 1999-cu il tarixi ilə əvəz etməklə ksereosurət çıxartdırıb, eyni zamanda rəsmi hüquq verən istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına ayrılmış həmin torpaq sahəsinin sxeminin üzərində onun adını dəyişdirib sxemə X9 aid torpaq sahəsi yazıb ksereosurət çıxartdırıb, həmçinin rəsmi hüquq verən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına yazılmış 24 may 2018-ci il tarixli 473 №-li Arayışının üzərində düzəliş və əlavələr aparıb onun yerinə X7 adını yazmaqla ksereosurət çıxartdırıb, bundan başqa, rəsmi hüquq verən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərıüfatı Müəssisəsinin istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adına fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş 0,03 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasına dair əmrdən 21 may 2003- cü il tarixli 28 №-li rəsmi hüquq verən sənədi olan çıxarışın da üzərində düzəliş və əlavələr aparılmaqla istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxsin adını pozub onun yerinə cinayətdən xəbərsiz olan X7 adını yazıb ksereosurət çıxartdırıb hazırlatdıraraq rəsmi hüquq verən sənədləri istifadə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxtalaşdırmışdır.Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan tanışı Elmir adlı şəxslə başqalarına məxsus torpaq sahəsinə dair öz adlarına saxta sənəd düzəltdirməklə həmin torpaq sahələrini digər şəxsləri aldatmaqla onlara satıb əldə edəcəkləri pulları öz aralarında bölüşdürmək üçün qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşmaqla Elmir adlı şəxslə sosial şəbəkədə torpaqların alqı-satqısı fəaliyyətilə məşğul olmasına dair yerləşdirdiyi elandakı 099- ***-**-** mobil telefonla 07 may 2024-cü il tarixdə zəng vurub tanış olduğu Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivində ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib ona tanışı Təqsirləndirilən şəxs mobil telefon nömrəsini verib həmin ərazidə 0,03 ha satlıq torpaq sahəsinin olduğunu bildirib mobil əlaqələrini yaratmaqla danışdırıb görüşdürərək Zərərçəkmiş şəxs tanışı Təqsirləndirilən şəxslə birlikdə həmin torpaq sahəsiə göndərmiş, orada torpaq sahəsinə baxıb bəyənən Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirib 6.800 manat məbləğində pul verdiyi halda 0,03 ha həmin torpaq sahəsini ona satacaqlarına və adına rəsmi sənəd çıxartdıracalarına dair yalan vəd verib aldatmaqla inandırıb razılaşdırdıqdan sonra, adına 21 may 2003-cü il tarixli 28 №-li əmrlə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş 0,03 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmış X10 Bakı şəhəri 50 saylı Notariat Ofisi vasitəsi ilə 28 noyabr 2022-ci il tarixli AR-İİ 783454 №-li etibarnamə əsasında X4 üzərində sərəncam, istifadə və idarə etmək hüququ verilmiş həmin torpaq sahəsini yalandan özününkü kimi təqdim etməklə, eyni zamanda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında 28 may 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik- Südçülük Sovxozu ərazisində fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş 0,03 ha torpaq sahəsinin X7 adına ayrılmasına dair Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X11 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən əvvəlcədən istifadə etmək məqsədilə hazırlatdırdıqları ksereosurət saxta çıxarışı, həmin müəssisənin xx.xx.2008-ci il tarixli 463 nömrəli olmaqla X7 adına hazırlatdırdıqları ksereosurət saxta arxiv arayışını və Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamdan xx.xx.1999-cu il tarixli 096 nömrəli cinayətdən xəbərsiz olan X7 adına hazırlatdırdqları ksereosurət saxta çıxarışı Zərərçəkmiş şəxs göstərib onun etibarından sui-istifadə edərək, eyni zamanda həmin gün həmin notariat ofisində Şahnaz Əliyevanın adından ona məxsus əmlakın üzərində istifadə, idarə və sərəncam vermək hüququnun Zərərçəkmiş şəxs verilməsinə dair 08 may 2024-cü il tarixli AR-İİ 363192 №-li etibarnamə verdirməklə inandıraraq həmin gün Bakı şəhəri, Xəzər rayonu, Buzovda qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs 6.800 manat məbləğində pul alıb qabaqcadan əlbir olduğu Elmir adlı şəxslə birlikdə aralarında bölüşdürüb verdikləri vədə əməl etməyərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Göründüyü kimi verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ayrılmış 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il taixli 096 nömrəli Sərəncamının, həmin torpaq sahəsinin sxeminin, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X11 xx.xx.2018-ci il tarixli 463 nömrəli arxiv arayışını, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X11 torpaq sahəsi ayrılmasına dair əmrdən 21 may 2003-cü il tarixli 28 №-li çıxarışının kserosurətlərini saxtalaşdıraraq hazırlanması ilə bağlı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, ayrılmış 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra hakimiyyətinin xx.xx.1999-cu il taixli 096 nömrəli Sərəncamı, həmin torpaq sahəsinin sxemi, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X11 xx.xx.2018-ci il tarixli 463 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X11 torpaq sahəsi ayrılmasına dair əmrdən 21 may 2003-cü il tarixli 28 №-li çıxarış kserosurət olmaqla onların məhkəməxətşünaslıq, məhkəmə-texniki ekspertizalarının keçirilərək möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edib-etməməsi, möhür və ştamp əksləri üzərindəki ştamp əkslərinin və möhür əksinin relyef klişe vasitəsilə sənədlərin üzərlərinə birbaşa vurulub-vurulmaması, sənədlərdəki əlyazmaların təqsirləndirilən şəxlər tərəfindən, yaxud başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin çap mətnlərinin lazer printer vasitəsi ilə çap edilib-edilməməsini ümumiyyətlə hansı şəraitdə və hansı qurğuda hazırlandıqlarını müəyyən etmək mümkün olmamışdır. Təhlil edilən sübutlardan göründüyü kimi, hazırki cinayət işi təqsirləndirilən şəxsə istinad olunan cinayətin vasitəsi olan həmin sənədlərin həqiqətə uyğun olub-olmadığını, uyğun olduqda isə sənədlərin hansı rekvizitlərinin saxtalaşdırıldığı, üzərindəki imzaların və yazıların kim tərəfindən icra edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.8-ci maddəsinə əsasən sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların, 125.2.9.-ci maddəsinə əsasən məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 135.3. cü maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. İttiham tərəfi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə verdiyi həmin sənədləri hüquq verən rəsmi sənəd kimi qəbul etməklə, qeyd olunan sənədlərin təqsirləndirilən şəxslər tərəfindən istifadə etmək məqsədilə qanunsuz hazırladığında israr etmişdir. Lakin qeyd olunan sənədlərin hüquq verən rəsmi sənədə aid edilməsi üçün onlar, bir sıra əlamətlərə, o cümlədən həmin sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitlərə malik olan sənədlərin əsli olmalıdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə verdikləri saxta sənədlərdə sənədin doğruluğunu təyin edən və ona rəsmi status verən vacib məlumatlar (rekvizitlər) - sənədin tərtib olunma yeri və tarixi, onu verən orqanın adı, vəzifəli şəxsin atasının adı, sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı qeyd olunduğu müəyyən olunsa da, həmin sənədlər kserosurət olduğundan onların hüquq verən rəsmi sənəd kimi qəbul edilməsini istisna edir. Digər tərəfdən təqsirləndirilən şəxslər həmin kserosurətləri zərərçəkmiş şəxsə notariat orqanında rəsmi etibarnamə ilə vermişlər ki, (qeyd olunan hal həm özlərinin, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə təsdiq olunur), bu da öz növbəsində həmin sənədlərin istifadə edilmə məqsədi ilə hazırlanmadığını, özlərinin ifadələrindən də göründüyü kimi zərərçəkmiş şəxslərə torpaq əldə etdiyinə inandırmaq, onları aldatmaq və yekunda sonunculara məxsus pul vəsaitinin ələ keçirilməsi məqsədi ilə istifadə etdiklərini təsdiq edir. Başqa sözlə desək təqsirləndirilən şəxsin kserosurət sənədlərini təqdim etməkdə məqsədləri zərərçəkmiş şəxsin hüquqi vəziyyətini dəyişmək, onların əsassız və qanunsuz olaraq torpağa hüquq əldə etmək, eləcə də sonuncuların hüquqlarının həyata keçirilməsində müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etmək olmamış, qeyd olunan hərəkətlər zərərçəkmiş şəxslərə məxsus vəsaitin ələ keçirməsi üsulu (dələduzluğun üsulu) kimi çıxış etmişdir ki, bu da öz növbəsində onların CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmasını istisna edir. Bununla da ittihamın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətmələrinə dair cinayət tərkibinin obyektiv cəhətinə aid ictimai-təhlükəli əməli, onun nəticəsini, ictimai-təhlükəli əməllə nəticə arasındakı səbəbli əlaqəni, habelə zamanı, məkanı və cinayətin edilmə üsulunu, cinayətin törədildiyi şəraiti xarakterizə edən əlamətləri sübuta yetirilmir. Belə ki, hüquq nəzəriyyəsinə görə cinayətin obyektiv cəhəti - müəyyən zamanda və məkanda, müəyyən şəraitdə baş verən, mövcud ictimai münasibətlərə ziyan vuran ictimaitəhlükəli qəsdin zahiri cəhətidir. Cinayətin obyektiv cəhəti cinayəti konkretləşdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektin ictimai-təhlükəli əməlini, yetirdiyi zərəri xarakterizə edir. Cinayətin obyektiv cəhətinin daha qabarıq nəzərə çarpan xarici əlamətlərindən qanuna bütün hallarda ancaq "hərəkət” və "hərəkətsizlik” məfhumları daxil edilmişdir. Hərəkət insan davranışının fəal, hərəkətsizlik isə passiv formasıdır. Cinayətin obyektiv cəhətini həm də ictimai təhlükəli nəticə, əməllə nəticə arasında səbəbli əlaqə, zaman, məkan, cinayətin edilmə üsulları, baş verdiyi şərait və əməlin törədilməsində istifadə edilən alət və vasitələr əhatə edir. Cinayətin obyektiv cəhətinin əlamətləri zəruri və fakultativ əlamətlərə bölünür. Bu bölgü ona görə aparılır ki, zəruri əlamətlər bütün cinayət tərkiblərinə daxil edilir. Fakultativlər isə yox. Zəruri əlamətlərə aiddir: hərəkət və hərəkətsizlik. Fakultativ əlamətlərə aiddir: səbəbli əlaqə, nəticə, zaman, məkan, üsul, şərait. Məhkəmə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verərək onların Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilərkən sübutları Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişdir. Daha doğrusu həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs əməllərində bilə-bilə saxta sənəddən istifadə etməklə hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlaması sübuta yetirilmir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli qərarından çıxış edərək, təqsirləndirilən şəxslərin istifadə etdikləri kserosurət sənədlərinin hər hansı şəxsin hüquq münasibətlərinə təsir etməklə onlara hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi halları olmaması qənaətinə gəldiyindən hesab edir ki, onun əməllərində CPM-nin 42.1.4-cü maddəsinə əsasən cinayətdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməlidir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71 -ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir(CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.1. 1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.1. 2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.1. 3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv 4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.1. 5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 124.1 -ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.1. 1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.1. 2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.1. 3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.1. 4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.1. 5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.1. 6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145- ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. "V. Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, "Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, "Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 2019-cu il l4 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı- ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı nəticəyə gələrkən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X23 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 41-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Camələddin oğlunun Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və həmin Məcəllənin 178.2.1, 178.2.4 cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.2, 42, 346-349, 350-353 və 356, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Camələdin oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. . Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-209/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-209/2025
28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver