Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-21/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Famil oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək nəqiliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid ilə cinayət əlaqəsinə girərək baş etibarnamə ilə Zərərçəkmiş şəxs Famil oğluna məxsus olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna yaşayış massivində yerləşən “Al” marketin qarşısında saxladığı “Mercedes Benz 180” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomabili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Qala qəsəbəsi Xaşa-xuna yaşayış massivində yerləşən kafelə tanışı Müsavər və tanımadığı Süleyman adlı şəxslə oturub yeyib içmişlər. Saat 22 radələrində Süleyman ilə kafedən çölə çıxmışdır. Süleyman kafenin qarşısında dayanmış Müsavərin avtomaşınını sürməyi təklif etmiş və o, razılaşmışdır. Süleyman sükan arxasına, o, isə ön sərnişin oturacağında əyləşmişdir. Süleyman ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkət etmişlər. Yolda maşın söndüyü üçün yanacığın qurtardığını düşünüb yanacaq almaq üçün yanacaq doldurma məntəqəsinə getmişdir. Aldığı yanacağı töksə də, Süleyman avtomaşını işə sala bilməmişdir. Oa görə də, maşının qapısını bağlayıb taksi ilə çörək yedikləri kafeyə getmişlər, lakin Müsavər orada olmadığından onun yaşadığı evə gedərək avtomaşının xarab olaraq yolda qaldığını bildirmişlər. Bu zaman Müsavərin polisə şikayət etdiyini bilmişlər. O, Süleymanın avtomaşını qaçırdığını düşünməmidir. Məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Famil oğlu ifadəsində göstərdi ki, Süleyman və Ülvi ilə birlikdə işləmişdir. 12 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Süleyman və Ülvı ilə birlikdə Qala qəsəbəsi, Xaşa-xuna bağlarında kafedə oturub yemək yeyərək spirtli içki qəbul etmişlər. O, özünə məxsus «Mercedes Benz 180» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomaşını kafenin yaxınlığında olan «Al market»in qarşısında saxlamış və açarıda maşının üstündə qoymuşdur. 12 aprel 2022-ci il tarixdə, saat 22 radələrində Süleyman Ülvi ilə birlikdə kafedə küçəyə çıxdıqdan bir müddət sonra onların gəlmədiyini görüb kafedən çölə çıxarkən ona məxsus avtomobilin yerində olmadığını görmüşdür. O, kafedə olan Ülvinin dostu ilə birlikdə avtomobillə Ülvi ilə Süleymanı axtarmağa başlamış, lakin onları tapa bilməmişdir. Ona görə də, polisə şikayət etmişdir. Evə getdikdən bir qədər sonra Süleyman və Ülvi onun evinə gələrək Şüvəlan qəsəbəsində avtomobilin yanacağı bitdiyi üçün yolda qaldığını demişlər. Sonra polis əməkdaşları gəlmiş və birlikdə avtomobilin olduğu yerə getmişlər. Onun avtomobilinə hər hansı ziyan dəyməmişdir. Maşına heç bir ziyan dəyməmiş, sadəcə yanacağı qurtardığından maşın xotdan düşüb və sonra maşını işə sala bilməmişlər. Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını, ona cəza təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirərək işi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 12 aprel 2022-ci il tarixdə, saat 18 radələrində iş yoldaşı Müsavərlə birlikdə onun “Mersedes” markalı, **-HF-*** dövlət nömrə nişanlı avtomaşını ilə Qala qəsəbəsində yerləşən kafeyə getmişlər. Kafedə o, Müsavər və Müsavərin tanışı birlikdə çörək yeyib içmişlər. Sonradan adını bildiyi Ülvi adlı şəxs kafeyə gələrək onlarla birlikdə oturmuşdur. Saat 22 radələrində siqaret çəkmək üçün Ülvi ilə çölə çıxmışlar. Həmin vaxt Müsavərin avtomaşınının açarlarının üstündə olduğunu görüb Ülviyə maşını sürməyi təklif etmişdir. O, sükan arxasında oturmuş, Ülvi isə qabaqda sərnişin oturacağında əyləşmişdir. Maşını işə Qala qəsəbəsindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkət edərkən maşın yolda sönmüşdür. Maşının yanacağının qurtardığını düşünüb yaxınlıqda olan yanacaqdoldurma məntəqəsindən yanacaq alaraq maşına töksələr də, avtomaşını işə sala bilməmişlər. Ona görə də, maşının qapısını bağlayıb taksi ilə kafeyə getmiş, lakin Müsavər orada olmadığından Müsavərin yaşadığı evə getmişlər. Müsavərə maşınının xarab olaraq Şüvəlan yolunda qaldığını bildirmişlər. Müsavər həmin vaxt polisə şikayət etdiyini demişdir. Onun niyyəti avtomaşını sürmək olmuş və o, Ülviyə maşını sürməyi təklif etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair tələbnaməsindən görünür ki, xx xxxxxx 1999-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(003)-455/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Şahid 12 aprel 2022-ci il tarixdə, saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək baş etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna yaşayış massivində yerləşən “Al” marketin qarşısında saxladığı “Mercedes Benz 180 markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirmişlər. Bu əmələ görə Şahid Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 6000 (altı min) manat miqdarında cərimə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilmiş və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Göründüyü kimi Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Şahid ilə Zərərçəkmiş şəxs Famil oğluna məxsus olan “Mercedes Benz 180” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomabili qanunsuz olaraq talama məqsədi olmadan ələ keçirməkləri Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(003)-455/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli hökmü ilə sübuta yetirilmişdir və həmin hökm üzrə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsinə zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrumetmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır və ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CMnin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə olunan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 1/693 nömrəli, 13 aprel 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə, saat 01:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarına əsasən müəyyən olundu ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutma barədə protokol 14 aprel 2022-ci il tarixdə tərtib olunsa da, azadlığı 13 aprel 2022-ci il tarixdə saxlanılaraq məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün həbsdə saxlama müddəti nəzərə alınaraq ona təyin ediləcək cəza yüngülləşdirilməli və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait X1, 48 (qırx səkkiz) manat məbləğində vəsait Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün nəzərə alınaraq ona təyin olunmuş cəza yüngülləşdirilsin və üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-21/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-21/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver