Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-21/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, X10, X1, X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1993-cü ildə Rusiya Federasiya Rostov Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, Ağsu rayonu Ərəbmehdibəy kəndindəq qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsiSüdçülük sovxozu fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsiSüdçülük sovxozu fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1981-cı ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşaya, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, işləməyən, Lerik rayonu Orand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, fərdi evdə ünvanda yaşaya, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində X8 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda yerləşən nömrəsiz bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 02 ədəd xalçanı, hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə dəyəri 200 manat olan 02 ədəd saç fenini, 01 ədəd dəyəri 250 manat olan “Kral Arms” markalı, 4,5 mm kalibrli, odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəngi və 1300 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş X8 cəmi 2050 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət olan 4000 manat dəyərində brilliyant qaşlarla bəzədilmiş qızıl dəstini, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 300 manat dəyərində qızıl üzüyü, 01 cüt 200 manat dəyərində qızıl sırğanı, hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan uşaq üçün qızıl boyunbağını, ümumilikdə dəyəri 300 manat olan qadın üçün geyim paltarlarını və 01 ədəd dəyəri 300 manat olan od samovarını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 7500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq oradan ümumilikdə 4000 manat dəyərində 02 dəst kostyumu, 03 ədəd gödəkçəni, 04 ədəd yorğanı, 03 ədəd xalçanı, 02 ədəd beton deşəni və 02 ədəd yemək dəstini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olmuş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabçadan 120 manat nəğd pulu, paltar dolabından 100 manat nəğd pulu, 01 ədəd 800 manat dəyərində “Huawei” markalı planşeti və hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 2 ədəd gümüş üzüyü açıq şəkildə talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1320 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində X8 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda yerləşən nömrəsiz bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 02 ədəd xalçanı, hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə dəyəri 200 manat olan 02 ədəd saç fenini, 01 ədəd dəyəri 250 manat olan “Kral Arms” markalı, 4,5 mm kalibrli, odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəngi və 1300 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş X8 cəmi 2050 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət olan 4000 manat dəyərində brilliyant qaşlarla bəzədilmiş qızıl dəstini, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 300 manat dəyərində qızıl üzüyü, 01 cüt 200 manat dəyərində qızıl sırğanı, hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan uşaq üçün qızıl boyunbağını, ümumilikdə dəyəri 300 manat olan qadın üçün geyim paltarlarını və 01 ədəd dəyəri 300 manat olan od samovarını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 7500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq oradan ümumilikdə 4000 manat dəyərində 02 dəst kostyumu, 03 ədəd gödəkçəni, 04 ədəd yorğanı, 03 ədəd xalçanı, 02 ədəd beton deşəni və 02 ədəd yemək dəstini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olmuş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni sahədə yerləşən evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 180 manat olmaqla ümumi dəyəri 540 manat olan 03 ədəd “Jak Danies” markalı spirtli içkini, 01 ədəd 260 manat dəyərində video müşahidə cihazının yaddaş blokunu və 01 ədəd dəyəri 20 manat olan idman şalvarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 820 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabçadan 120 manat nəğd pulu, paltar dolabından 100 manat nəğd pulu, 01 ədəd 800 manat dəyərində “Huawei” markalı planşeti və hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 2 ədəd gümüş üzüyü açıq şəkildə talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1320 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq olaraq talama məqsədi ilə təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində X8 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda yerləşən nömrəsiz bağ evinin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 02 ədəd xalçanı, hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə dəyəri 200 manat olan 02 ədəd saç fenini, 01 ədəd dəyəri 250 manat olan “Kral Arms” markalı, 4,5 mm kalibrli, odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəngi və 1300 manat nağd pulu gizli olaraq talamaqla zərərçəkmiş X8 cəmi 2050 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq oradan 01 ədəd boyunbağı və 01 ədəd qolbaqdan ibarət olan 4000 manat dəyərində brilliyant qaşlarla bəzədilmiş qızıl dəstini, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 300 manat dəyərində qızıl üzüyü, 01 cüt 200 manat dəyərində qızıl sırğanı, hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə dəyəri 400 manat olan uşaq üçün qızıl boyunbağını, ümumilikdə dəyəri 300 manat olan qadın üçün geyim paltarlarını və 01 ədəd dəyəri 300 manat olan od samovarını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 7500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin pəncərəsini açma yolu ilə evə qanunsuz daxil olaraq oradan ümumilikdə 4000 manat dəyərində 02 dəst kostyumu, 03 ədəd gödəkçəni, 04 ədəd yorğanı, 03 ədəd xalçanı, 02 ədəd beton deşəni və 02 ədəd yemək dəstini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olmuş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab olunan Xəzər rayonu Türkan qəsəbəsi, Yeni sahədə yerləşən evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 180 manat olmaqla ümumi dəyəri 540 manat olan 03 ədəd “Jak Danies” markalı spirtli içkini, 01 ədəd 260 manat dəyərində video müşahidə cihazının yaddaş blokunu və 01 ədəd dəyəri 20 manat olan idman şalvarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 820 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin hasarından keçmə yolu ilə əvvəlcə həyətə, ardınca isə evin plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açma yolu ilə evə qanunsuz daxil olaraq evin yataq otağındakı dolabçadan 120 manat nəğd pulu, paltar dolabından 100 manat nəğd pulu, 01 ədəd 800 manat dəyərində “Huawei” markalı planşeti və hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə dəyəri 300 manat olan 2 ədəd gümüş üzüyü açıq şəkildə talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1320 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda ilk olaraq özünü qismən təqsirli bilərək göstərdi ki, o, ittihamı Zərərçəkmiş şəxs2 aid hissədə etiraf edir. Daha sonra isə o, ittihamın heç bir epizodları üzrə özünü təqsirli bilmədi. Belə ki, o, ibtidai istintaqda təziq altında etiraf etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ona elan edilmiş ittihamın heç bir epizoddu üzrə özünü təqsirli bilmir. Belə ki, Azər ona qızılları verən zaman həmin qızılların özünə məxsus olduğunu bildirmişdir. O, qızılların oğurluq olduğunu bilməmişdir. O, Azərə qızılları satmaqda köməklik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaqda psixoloji təziq altında irəli sürülmüş ittihamı etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, S.Rəhimova aid evə tək daxil olmuş, oradan tir tüfəngi götürmüş, başqa heç nə götürməmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs2 məxsus evdən də oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış massivində fərdi evi vardır. Orada hal-hazırda yaşayış var. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb Bakı şəhərinə həkimə getmişlər. Həmin gün qeydiyyatda olduğu evdə, yəni Nizami rayonu, B.Nuriyev küçəsi ev 26, mənzil 14-də qalmışlar, səhəri gün, yeni xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində evə gəlmişlər. Həyat yoldaşı ilə oğlu həyətə daxil olaraq həyətin işıqlarını yandıran zaman yoldaşı evdə olan bütün əşyaların, yataq otağındakı paltar dolablarının, mətbəxdəki qablar və əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Yoldaşı tez ona xəbər vermiş, bu zaman o küçədən həyətə daxil olmuş və evin qabaq pəncərəsinin dəmir barmaqlığının sındırılaraq pəncərəni açılmasını və evdən oğurluq olmasını görmüşdür. O, otaqlara və mətbəxə baxmış hər yerin dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, ailə üzvlərimlə birlikdə evin əşyalarına nəzər yetirmiş və yataq otağında olan dolabın içərisində adyala bükülmüş vəziyyətdə olan dəyəri 4000 manat olan brilliyat qaşlarla bəzədilmiş 01 ədəd boyunbağı və qolbaqdan ibarət qadın üçün qızıl komplekt, dəyəri 2000 manat olan 01 ədəd qızıl qadın boyunbağı, dəyəri 300 manat olan 01 ədəd qadın qızıl üzük, dəyəri 200 manat olan 01 ədəd qadın qızıl sırğa və həmin qonaq otağında divanın altında qızıl qablarında olan ümumi dəyəri 400 manat olan 02 ədəd qızıl uşaq boyunbağı, yataq otağında dolabın içərisində sellofan torbada olan dəyəri 300 manat olan təzə, geyinilməmiş qadın paltarları və evyanda olan dəyəri 300 manat olan 01 ədəd od samovarının oğurlandığını aşkarlamışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7500 manat maddi ziyan dəymişdir. O təhqiqat araşdırması zamanı evindən oğurlanmış əşyalarını dəqiq bilməmiş, sonradan ona məlum olmuşdur ki, evinin eyvanında olan 01 ədəd samovar da oğurlanmışdır və ona 7500 manat maddi ziyan dəymişdir. Ziyan ödənilməmişdir. O, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda yeni yaşayış massivində nömrəsiz fərdi evləri vardır. O, ailəsi ilə birlikdə həmin evə həftə sonları istirahət etmək üçün qalmışlar. Sonuncu dəfə onlar həmin evdən xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində çıxmışlar. Bir neçə gün orada olmamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində evlərinə getmişlər. Həyat yoldaşı həyətin qapısını açmaq istəyərkən qapı açılmamış, yəni qapı içəri tərəfdən bağlanmışdır. Yoldaşı əlindəki açarla onu açmış və onlar həyətə daxil olmuşlar. Həyətə daxil olan kimi evin hər tərəfinə baxmışlar və evin sağ yan pəncərəsinin dəmir barmaqlığının sındırılmış və plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşlər. Onlar başa düşmüşlər ki, evə oğru daxil olmuşdur. Hələ evə daxil olmamış həyətə nəzər yetirən zaman həyətin yan tərəfindən hasardan iki ədəd daşın yerə düşdüyünü görmüşlər. Onlar evə daxil olmamış həyat yoldaşı DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Sonra polis əməkdaşları gələrək onlarla birlikdə evə daxil olmuşlar. Evin yataq otağına yığılmış vəziyyətdə qoyduqları ümumi dəyəri 300 manat olan 02 ədəd xalça, yataq otağında dolabın üstündə olan ümumi dəyə 200 manat olan 02 ədəd saç feni və yataq otağında uşaq çarpayısının üstündə olan yatacaqların arasında saxladıqları 1300 manat pul oğurlanmışdır. Ondan sonra o polis əməkdaşlarına ərizə ilə müraciət edərək rəsmi olaraq evlərindən oğurluq olmasını bildirmişdir. Polis əməkdaşları gedəndən sonra onlar diqqətlə evin hər yerinə nəzər yetirmişlər və yoldaşı ona evin qonaq otağında radionun altına qoyduğu dəyəri 350 manat olan tir tüfənginin də oğurlandığını bildirmişdir. Onun yazdığı ərizədə həmin tir tüfəngi qeyd olunmamışdır. Çünki həmin vaxt onun oğurlandığını aşkar etməmişlər. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2150 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində ona məxsus bağ evi var, lakin o, həmin bağ evində yaşamır. Sonuncu dəfə o, həmin bağ evində 21 avqust 2022-ci il tarixdə olmuşdur. 24 avqust 2022-ci il tarixdə evinə gəldikdə evin mətbəxinə açılan pəncərənin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. O, evə baxış keçirmiş, ev dağıdılmış vəziyyətdə olsada evdən heçnə oğurlanmadığını aşkarlamışdır. Bundan sonra o, DİN-nin 102 zəng mərkəzinə məlumat verərək evinə oğurluq üçün girildiyini məlumat vermişdir. O, şikayətçi deyil. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, yoldaşı Həsən Murquzovla birlikdə qaynatasının yas mərasimi ilə əlaqədar olaraq Zığ qəsəbəsinə getmişlər. Onlar evdən çıxarkən evə nəzarət üçün evin açarlarını qonşuluqda yaşayan Elnur adlı şəxsə vermişlər. Sabahsı gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində qonşusu Elnur ona zəng vuraraq evlərində oğurluq olmasını və evdən oğurluq edən şəxslərdən birini tutub saxladıqlarını bildirmişdir. O, dərhal yoldaşına məlumat vermiş və onlar təcili olaraq yaşadıqları evə getmişlər. O, evə çatdıqda evə baxış keçirmiş və ona məlum olmuşdur ki, evin qonaq otağından ona məxsus bir ədəd 800 manat qiymətində “Huawei” markalı planşet, hər birinin qiyməti 150 manat olan ümumilikdə 300 manat qiymətində iki ədəd gümüş qadın üzüyü, evin yataq otağındakı dolabçadan 120 manat pul və yataq otağındakı şifonerdən 100 manat pul oğurlanmışdır. Ümumilikdə ona 1320 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar və pullar ona məxsus olmuşdur və ilkin olaraq onlar evə səthi baxış keçirdiklərindən gümüş üzüklərin oğurlanmasını qeyd etməmişlər. Sonradan evə baxış keçirmişlər və dəymiş ziyanın 1320 manat olduğunu müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs1 tərəfindən ona 500 manat ödənilmişdir. Hazırda o, Təqsirləndirilən şəxs1 bağışlamış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində ona məxsus bağ evi var. Sonuncu dəfə o, həmin bağ evində xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə evinə gəldikdə evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Ona məxsus evdən hər birinin dəyəri 180 manat olan ümumi dəyəri 540 manat olan 03 ədəd “Jack Danies” markalı spirtli içki, 260 manat dəyərində videomüşahidə cihazının yaddaş bloku və 20 manat dəyərində idman şalvarı oğurlanmışdır. Ona cəmi 820 manat manat maddi ziyan dəymişdir. Cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilməmişdir, lakin onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsində bağ evi var. Sonuncu dəfə o, bağ evində 12 avqust 2022-ci il tarixdə olmuşdur. Həmin ərəfədə o, rayona getdiyindən evdə olmamışdır. 21 avqust 2022-ci il tarixdə o, yaşadığı evə gələn zaman evinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, evə baxış keçirmiş və evdən oğurluq olduğunu görmüşdür. Bundan sonra o, hadisə barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus evdən ümumilikdə 4000 manat dəyərində 02 dəst kostyum, 03 ədəd gödəkçən, 04 ədəd yorğan, 03 ədəd xalçan, 02 ədəd beton deşən və 02 dəst yemək dəsti oğurlanmışdır. Oğurlanmış əşyaların ayrı-ayrılıqda dəyərini bilmədiyindən ümumilikdə ona 4000 manat ziyan dəymişdir. O, şikayətçidir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Nəsimi rayonu, Cavadxan küçəsində Əcəmi Metrostansiyasının yaxınlığında yerləşən Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğuldur. 12 avqust 2022-ci il tarixdə işlədiyi yerə bir nəfər Seymur adlı şəxs gəlmiş və ailəsinə məxsus olan qızıl-zinət əşyalarını satdığını bildirmişdir. Həmin şəxs bir ədəd 750 əyarlı qızıl sep, bir ədəd 585 əyarlı qızıl qolbaq və bir ədəd 750 əyarlı qolbaq və sepdən ibarət komplekt təqdim etmişdir. Həmin qızılları o, tərəzidə ölçmüş və ümumilikdə 2300 manat pul elədiyini bildirmişdir. Bundan sonra həmin şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və həmin qızılları o, 2300 manata almış və alqı-satqı barədə qəbz tərtib edərək imzalatdırmışdır. Həmin şəxs qızılların özünə yəni ailəsinə məxsus olduğunu bildirmiş, pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, X18 onunla hasar bir qonşuluqda yaşayır. Onların qonşu kimi yaxın münasibətləri olduğundan harasa getdikdə evə nəzarət üçün evin açarlarını özlərində saxlamışlar. xx.xx.2022-ci il tarixdə Həsən ailəsi ilə birlikdə yas mərasimi ilə əlaqədar evdə olmayacaqlarından evin açarlarını onlara vermişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində həyat yoldaşı Mələk ona bildirmişdir ki, pəncərədən baxdıqda bir nəfər şəxsin Həsəngilin hasarından içəriyə aşaraq keçdiyini görmüşdür. O dərhal yoldaşı Mələklə birlikdə Həsənin evinin darvazasını açmış və həyətə keçmişlər. Həyətə keçdikdə evin pəncərəsinin plastik setkasının yerdə olduöunu görmüşlər. O evin seyf qapısını açarla açmış və girişinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt içəridən bir nəfər şəxs onun üstünə gəlmiş və qaçaraq evdən çıxmışdır. İki nəfər şəxs isə evin pəncərəsindən həyətə aşmış və qaçaraq həyətdən çıxmışlar. O qışqıraraq qonşuları köməyə çağırmış və onların arxasınca qaçmışdır. Səsinə qonşulardan Pünhan və Zamiq çıxmışlar və onların arxasınca qaçmışlar. Bir qədər qaçdıqdan sonra onlardan birini tutaraq saxlamışlar. Pünhan dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş və polislərin gəlməsini gözləmişlər. O isə Həsənin həyat yoldaşı Nuridə xanıma zəng vuraraq evlərində oğurluq olmasını bildirmişdir. O evə daxil olduqda evdə 3 nəfər şəxs olmuş, onlardan ikisi pəncərədən qaçaraq getmiş, bir nəfər isə evin qapısından qaçaraq getmişdir. O, yalnız tutub saxladığı şəxsin sifətini görmüşdür. Digər iki nəfəri isə onun həyat yoldaşı Mələk görmüşdür. Çünki, onlar pəncərədən qaçarkən həyat yoldaşım həyətdə gözləyirdi və həmçinin, hasardan içəriyə keçən şəxsi də həyat yoldaşı görmüşdür. İbtidai istintaqda şahid X2 ifadəsində göstərmişdir ki, X18 onunla hasar bir qonşuluqda yaşayır. Onların qonşu kimi yaxın münasibətləri olduğundan harasa getdikdə evə nəzarət üçün evin açarlarını özlərində saxlayırlar. xx.xx.2022-ci il tarixdə Həsəngil yas mərasimi ilə əlaqədar evdə olmayacaqlarından evin açarlarını onlara vermişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində pəncərədən Nuridəgilin həyətinə baxdıqda bir nəfər şəxsin hasardan içəriyə aşaraq keçdiyini görmüşdür. O dərhal həyat yoldaşı Elnura bu barədə xəbər vermiş və yoldaşı ilə birlikdə Nuridənin evinin darvazasını açmış və həyətə keçmişdir. Həyətə keçdikdə evin pəncərəsinin plastik stkası yerdə olmuşdur. Elnur evin seyf qapısını açarla açmış və girişinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o həyətdə gözləmiş və bir nəfər şəxs içəridən çıxaraq qaçmışdır, iki nəfər şəxs isə evin pəncərəsindən həyətə keçmiş və hasardan aşaraq küçəyə qaçmışlar. Bundan sonra Elnur qışqıraraq qonşuları köməyə çağırmış və onların arxasınca qaçmışlar. Nuridə xanımın evindən 3 nəfər şəxs oğurluq etmişdir. Belə ki, o ilk əvvəl pəncərədən baxdıqda bir nəfər keçəl olan şəxs hasardan həyətdə keçmişdir. Bundan sonra o yoldaşı ilə həmin həyətə keçdikdə bir nəfər şəxs qapıdan qaçaraq çıxmış və evin pəncərəsindən keçəl oğlanla başqa bir nəfər şəxs çıxaraq hasardan küçəyə keçmişlər və qaçmışlar. Həmin keçəl oğlanın arxa cinbində Nuridəyə məxsus kül rəngində olan planşeti o görmüşdür. Belə ki, həmin planşeti o, Nuridə xanımın evində gördüyüdən tanımışdır. Həmin şəxsləri görsə tanıya bilər. Məhkəmədə işə mahiyyəti üzrə baxılarkən Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2, 180.2.3, Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, Təqsirləndirilən şəxs3 CMnin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3 maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə oğurluğa cəhd etmə cinayəti ilə əlaqədar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 barəsində CMnin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 10 dekabr 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-nin 29,177.2.1, 29,177.2.3-cü maddəsi üzrə dövlət ittihamçısının onların barələrində cinayət təqibindən imtina etdiyinə görə CPM-nin 41.3-cü maddəsinə əsasən qeyd edilən maddə ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2 və 177.2.3-cü və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-377/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-378/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 il 04 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzası bitmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Mirzəyev X19 Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3cü maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-397/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-398/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.1, 185.2.2ci maddəsi ilə təqsirli bilinmiş və CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016 – cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərraı ilə CM-nin 177.1-ci maddəsi hökmdən çıxarılmış, CM-nin 185.2.2-ci CM-nin 185.1-ci maddəsinə tövsif edilmiş və cəzası 02 ilə endirilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və CM-nin 68.2, 67.1-ci maddələri tətbiq olunmaqla qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-542/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 02 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-543/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-545/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti 02 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 ay olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli, 3/1414, 9/7383 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tüfəngzavod üsulu ilə hazırlanmış, “Kral Arms” markalı, 4,5 mm kalibrli, pnevmatik tüfəngdir, detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir- odlu silah, döyüş sursatı hesab edilmir, saz vəziyyətdədir və təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Türkiyə istehsalı N-01 C Serial 2008 10291 modelli Cal 0.177 94.5 mm) xüsusiyyətli tirin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 250,0 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki,
1. Cinayət işi üzrə əldə olunmuş əmlakın qiyməti ekspertiza rəyinə əsasən, əldə olunmayan lakin qiyməti isə zərərçəkmiş şəxslərin ifadələrinə əsasən göstərilməklə Təqsirləndirilən şəxs4 08 sentyabr 2022-ci il tarixdə verilmiş ittihamın məzmununa əlavə və düzəlişlər edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunsun, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın.
2. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilsin, əldə olunmuş əmlakın qiyməti ekspertiza rəyinə əsasən, əldə olunmayan əmlakın qiyməti isə zərərçəkmiş şəxslərin ifadələrinə əsasən göstərilməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunsun, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilsin, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın.
3. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilsin, əldə olunmuş əmlakın qiyməti ekspertiza rəyinə əsasən, əldə olunmayan əmlakın qiyməti isə zərərçəkmiş şəxslərin ifadələrinə əsasən göstərilməklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunsun, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilsin, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın.
4. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilsin, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunsun, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməli, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın.
5. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq cinayət əməlinin törədilməsinə aidiyyəti olmadığından həmin epizod üzrə barəsində başlanmış cinayət təqibinə hissəvi xitam verilsin.
6. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında tərtib edilmiş protokollar işin hallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilsin.
7. İş üzrə əldə olunmuş zərərçəkmiş şəxs X8 məxsus ekspertizaya təqdim edilmiş 01 ədəd tüfəngin qiyməti zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi yox, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərildiyi kimi qiymətləndirilsin.
8. Zərərçəkmiş şəxslərə məxsus oğurlanmış digər əşyalar müəyyən edilib məhkəməəmtəəşünaslıq eskspertizası təyin edilmədiyindən həmin əşyaların qiyməti zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri kimi qiymətləndirilsin.
9. İş üzrə əldə olunmuş zərərçəkmiş şəxs X8 məxsus 01 ədəd “Kral Arms” markalı, 4,5 mm kalibrli, odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəng maddi sübut kimi tanınsın və sahibində saxlanılması nəzərə alınsın.
10. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilməmələri ilə bağlı vəsatətlərinin istintaq zamanı rədd edilməsi nəzərə alınsın.
11. Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciətinin rədd olunması nəzərə alınsın.
12. İşdə olan zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokollar və fotocədvəllər, ifadənin yerində yoxlanılması protokolları və fotocədvəllər, üzləşdirmə Protokolları, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollar, kompleks məhkəmə-ballistik və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübutun götürülməsi protokolu və əşyalara baxış protokolu sübut növü kimi qiymətləndirilsin. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 1ci PŞ-nə gətirilən zaman hər iki dirsək nahiyəsində sıyrıqlar və baş nahiyyəsinin sol hissəsində yumşaq toxumaların əziyi aşkar olunmuşdur. Deməsinə görə xəsarəti oğurluq hadisəsi zamanı qaçan zaman yıxılaraq almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə xx.xx.1996-cı il təvəllüdlü X23 1-ci PŞ-nə gətirilən zaman sağ göz nahiyyəsində və sağ boyun nahiyyəsində sıyrıntılar aşkar olunmuşdur. Deməsinə görə xəsarəti xx.xx.2022-ci il tarixdə Türkan qəsəbəsinə oğurluq etdiyi evdən qaçan zaman yıxılaraq almışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il, Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşlar. Təlimata uyğun olaraq təqsirləndirilən şəxslər ilkin tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs3İ oğlu və Təqsirləndirilən şəxs4İ oğlu xəsarət almadığını bildirmiş bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1F ve Təqsirləndirilən şəxs2A oğlu xəsarət aldıqlarını bildirmişlər. Bədən səthinin müayinəsi zamanı Təqsirləndirilən şəxs1F oğlunda sol saidin bayır səthində, sol dirsək nahıyyəsində 1 ədəd qərtməkli yara, Təqsirləndirilən şəxs2A oğlunda sağ gözaltı nahiyyədə bənövşəyi rəngli qançır, sağ qulağın arxa səthində sarımtıl rəngli qançır, təpə nahiyyəsində şişkinlik aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs4 MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs3 MSY-yə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, N-011-10447-1222 saylı məktubunun surətindən görünür ki, Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli, 055-20131-1222 N-li məktubu vasitəsi ilə, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, üzümçülük sovxozunda yerləşən vətəndaş Zərərçəkmiş şəxs1 bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirilmə sisteminin məlumat bankına Xəzər MSY-dən daxil olan) ” xx.xx.1989-cu il tarixdə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin ovucu ilə eynilik təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 055-19215-1222 nömrəli məktub vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi yeni sahədə vət. Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izlərinin ümumi və xüsusi əlamətləri, izlərin mərkəzi və deltası aydın əks olunmadığına görə müqayisəli tədqiqat aparılması üçün yararsızdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 055-18562-1222 nömrəli məktub vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Xəzər rayonu Türkan qəsəbəsi yeni sahədə yerləşən vət. Zərərçəkmiş şəxs5 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama başqa, zərərçəkmiş şəxslərin və şahid ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, Təqsirləndirilən şəxs2 qismən təqsirli (iki epizod üzrə) bilmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 məhkəmə iclasında özlərini təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 qismən təqsirli (iki epizod üzrə) bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər öz ifadələrində ibtidai istintaq zamanı təzyiq altında cinayət əməlini etiraf etmələrini bildirsələr də məhkəmə istintaqı zamanı həmin faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə,Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri cinayət əməli tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 qarşı şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır .“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinməli, CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinməli, CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinməli, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslərdən müştərək qaydada 128,00 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə üzrə maddi sübut zərərçəkmiş şəxs X8 məxsus 01 ədəd “Kral Arms” markalı, 4,5 mm kalibrli odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəng sahibində saxlanılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 128,00 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə üzrə maddi sübut zərərçəkmiş şəxs X8 məxsus 01 ədəd “Kral Arms” markalı, 4,5 mm kalibrli odlu silah və döyüş sursatı hesab edilməyən pnevmatik tüfəng sahibində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı zamanı (312 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 492 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X11 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 135 manat və X3 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 ümumilikdə 228 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs4 hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 135 manat ümumilikdə 315 manat və X16 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev