Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-210/2021 19.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə gəlir əldə etmək qərarına gəlib bu məqsədlə qohumu Zərərçəkmiş şəxs övladı X2 yuxarı vəzifədə işləyən tanışlarının vasitəsilə bütün sənədləşmə işlərini həll edərək onu Polis Akademiyasına tələbə kimi düzəltdirəcəyinə dair yalandan vəd verib aldadaraq 05 fevral 2020-ci il tarixdə yaşadığı Xəzər rayonu Zirə qəsəbəsi Ordubadi küçəsi ev 77 ünvanda yerləşən fərdi yaşayış evində 450 manat, habelə eyni işə görə 25 yanvar 2020-ci il tarixində həmin ünvanda 1350 manat, 10 aprel 2020-ci il tarixdə həmin ünvanda 1000 manat, 27 aprel 2020-ci il tarixdə həmin ünvanda 1000 manat, 25 may 2020-ci il tarixdə həmin ünvanda 1000 manat, 05 iyun 2020-ci il tarixində həmin ünvanda 1600 manat, 10 iyun 2020-ci il tarixdə həmin ünvanda 450 manat, 15 iyun 2020-ci il tarixdə həmin ünvanda 250 manat pulu alaraq, qarşılığında heç bir iş görmədən öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs 7100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla vahid niyyətlə əhatə olunan dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X3 onun əmisinin oğlu Meybəli Babayevin həyat yoldaşı olmuş, lakin 5-6 il bundan əvvəl onlar ayrılmışlar. Onlar eyni həyətdə yaşamışlar. 2020-ci ilin fevral ayında dəqiq yadında qalmayan vaxt Səbinə onun Zirə qəsəbəsi Ordubadi küçəsi ev 77 ünvanında yerləşən evinə gələrək oğlu X8 düzəltmək istədiyini, lakin oğlunun gözlərində zəiflik olduğu üçün Mərdəkan qəsəbəsində yerləşən 26 saylı poliklinikadan oğluna tibbi arayış ala bilmədiyini bildirmişdir. Səbinə onun vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildiyinə görə ondan bu işdə köməklik etməsini və oğlunun Polis Akademiyasına qəbul edilməsi üçün sənədlərin düzəldilməsi və həkim komissiyasından keçməsində ona köməklik etməsini xahiş etmişdir. O, əvvəlcə razılaşmamış, lakin sonradan Səbinə bir neçə dəfə bu barədə xahiş etdiyi üçün razılaşaraq ona köməklik edəcəyini bildirmiş və Səbinəyə bu işi həll etmək üçün 1600 manat lazım olduğunu demişdir. Səbinə də razılaşmış və onun yaşadığı evdə hissə-hissə olmaqla ona cəmi 1600 manat vermişdir. O, həmin pulu öz ehtiyacları üçün xərcləmiş və 26 saylı poliklinikaya gedərək uşağın tibbi arayışını alıb öz evində Səbinəyə vermişdir. Bundan təxminən iki ay sonra Səbinə təkrar ağlayaraq onların evinə gəlmiş və oğlunun Polis Akademiyasına daxil olmaq üçün mərhələlərdən biri olan idman komissiyasında kəsildiyini bildirib bu işdə də ona köməklik etməyini xahiş etmişdir. O da razılaşaraq bu iş üçün 500 manat pul verməli olduğunu demiş, Səbinə isə 450 manat verəcəyini bildirmiş və həmin pulu ona vermişdir. O həmin pulu da heç kimə verməyərək öz ehtiyacları üçün xərcləmiş, Fuadın işini isə idman komissiyasında öz xahişi hesabına qaydasına qoymuşdur. Bundan təxminən 10 gün sonra Səbinə yenə də ağlayaraq onun evinə gəlmiş və oğlunun Polis Akademiyasına qəbul üçün zəruri olan DİN-nin poliklinikasında yoxlamadan keçən zaman gözündə olan problemə görə kəsildiyini bildirib ona bu işdə də köməklik etməyini xahiş etmişdir. O da razılaşmış və bu iş üçün 3000 manat verməli olduğunu bildirmişdir. Səbinə də razılaşmış və təxminən on gün ərzində hissə-hissə olmaqla 3000 manat pulu gətirib ona vermişdir. O, həmin 3000 manatın da hamısını özü xərcləyərək heç kimə heç nə verməmiş, həkim komissiyasından isə xahiş edib Fuadın problemini həll etmişdir. İyun ayında Səbinə onlara gələrək oğlu Fuadın orta məktəbdə 11-ci sinfi bitirməklə bağlı verdiyi imtahandan keçə bilmədiyini və ona attestat verilmədiyini bildirib ondan bu işdə də ona köməklik etməyini xahiş etmişdir. O da bu iş üçün 2050 manat verməli olduğunu bildirmişdir. Səbinə də razılaşmış və bu pulu da hissə-hissə onun yaşadığı evdə ona vermişdir. O, həmin pulun da hamısını öz ehtiyacları üçün xərcləmiş, Fuadın orta məktəbdə olan attestat problemini isə xahiş edərək həll etmiş və Səbinə özü gedib uşağın orta məktəbi bitirməsi ilə bağlı attestatı almışdır. Beləliklə də, o, X6 daxil olmaq üçün zəruri olan tibbi sənədlərini və idman komissiyasını həll etmək, eləcə də, 11-ci sinfi bitirməsi ilə bağlı attestat almaq üçün onun anası Səbinədən 2020-ci ilin fevral ayından iyun ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 7100 manat almışdır. İlk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı məhkəmənin gedişində tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2003-cü il təvəllüdlü oğlu Fuadın 2020-ci ildə orta təhsili bitirəndən sonra Azərbaycan Respublikası DİN Polis Akademiyasına qəbul olub orada ali təhsil almasını istəmiş və buna görə də 2019-cu ilin sonlarında sənədlərin qəbul qaydasını öyrənmək üçün Xəzər RPİ-nə müraciət etmişdir. Oradan ona Fuadın sağlamlığı haqqında həkim arayışları təqdim etməli olduğu deyilmişdir. Fuadın gözündə zəiflik olduğunu bildiyi üçün ona sağlamlıq arayışı almağın çətin olacağını düşünmüş və bunun üçün də ərinin əmisi oğlu İftixara X8 qəbul etdirmək istədiyini, əvvəlcə bunun üçün müsbət sağlamlıq arayışı tələb olunduğunu, ancaq onun gözündə zəiflik olduğuna görə çətinlik yarandığını demişdir. İftixar ona narahat olmamasını, X7 qəbul olunması üçün bütün işlərdə köməklik edəcəyini, tanışlarının çox olduğunu demişdir. Beləliklə, 05 fevral 2020-ci il tarixdə İftixar ona guya Fuadın gözünün normal görməsi barədə həkim arayışı almaqdan ötrü kimə isə 500 manat verməli olduğunu demiş, o isə İftixara 450 manat vermişdir. İftixar bir neçə gündən sonra ona Fuadın görmə qabiliyyətinin normal olması barədə bir həkim arayışı təqdim etmişdir. O, həmin arayışı heç bir yerə təqdim etməmiş və bunu ondan istəyən də olmamışdır. Bundan sonra oğlunun sənədlərini toplamağa başlamışdır. Həmin ilin yanvar ayının ortalarında Fuadı Xəzər RPİ-nə çağırmışlar ki, onun fıziki hazırlığını yoxlasınlar. Bu yoxlamada Fuad dartınma hərəkətlərini lazımi qaydada edə bilməmişdir. 25 yanvar 2020-ci il tarixində İftixar ona Fuadın idmandan kəsildiyini, Fuada məqbul yazdırmaq üçün kiməsə 1350 manat verməli olduğunu demişdir. O isə özündən 600, anası Zemfıra Bədəlovadan 750 manat alıb İftixara vermişdir. Sonra İftixar ona artıq məsələni həll etdiyini bildirmişdir. Daha sonra İftixar ona X16 Nazirliyinin Tibbi Həkim Komisiyasından keçməsinin çətin olacağını, bunun üçün qabaqcadan lazımi adamlara pullar verməli olduğunu, yoxlama zamanı Fuadda fiziki qüsur olsa da bunu qeyd etməli olduqlarını, Fuadın sağlam olduğunun yazılmasını bildirmiş və bu işin bütövlükdə həll olunması üçün ondan 3000 manat istəmişdir. O da İftixara 10 aprel 2020-ci il tarixdə 1000 manat, 27 aprel 2020-ci il tarixdə 1000 manat və 25 may 2020-ci il tarixdə isə yenə 1000 manat, ümumilikdə 3000 manat vermişdir. Həmin pulların bir hissəsini anasından alaraq, digər hissəsini isə öz əmək haqqından və ya başqa şəxslərdən aldığı borclar hesabına toplamışdır. Bundan başqa, 05 iyun 2020-ci il tarixdə Fuad orta məktəbin buraxılış imtahanları verəndən sonra İftixar ona guya Fuadın bu imtahandan topladığı balın az olduğuna görə ona X9 keçirəcəyi qəbul imtahanlarına buraxılmayacağını deyərək bunun üçün kimlərə isə 3000 manat verməli olduğunu demişdir. O isə imkanı olmadığını deyib İftixara 1600 manat vermişdir. Həmin pulun da bir hissəsini anasından almışdır. Bundan sonra 10 iyun 2020-ci il tarixdə İftixar yenə də Fuadın qəbul olunması üçün kimə isə pul verəcəyini deyərək ondan 2050 manat istəmiş, o isə İftixara o qədər pulunun olmadığını deyərək ona ilk öncə 450 manat, bir neçə gün sonra, yəni 15 iyun 2020-ci il tarixdə isə daha 250 manat vermişdir. Lakin bundan sonra İftixar verdiyi vədə əməl etməmiş və oğlunu Polis Akademiyasına qəbul etdirməmiş, verdiyi pulu tələb etdikdə isə müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamış və nəticədə ona ümumilikdə 7100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İftixar ona dəymiş ziyanı hazırda tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 19 may 2021-ci il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 7100 (yeddi min yüz) ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Zirə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında 157 saylı 19 yanvar 2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 sentyabr 2003-cü il təvəllüdlü X1, 25 fevral 2005-ci il təvəllüdlü X4 və 05 mart 2009-cu il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Ordubadi küçəsi ev 77-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə 7100,00 (yeddi min yüz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 17 iş saatına görə (ibtidai istintaq zamanı 7 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 102,00 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Ordubadi küçəsi ev 77 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 7100,00 (yeddi min yüz) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 102,00 (bir yüz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-210/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-210/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver