Məhkəmə qərarları › İş №1(003)-210/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-210/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-210/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1 xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi 372 T bağ evində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi Təqsirləndirilən şəxs2 xx xxx 1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi nömrəsiz bağ evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 02 yanvar 2022-ci il tarixdə, saat 15 radəsində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünün etibarnamə ilə idarə etdiyi «Chevrolet» markalı «Aveo» modelli, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayon ərazisinə düşən Buzovna-Zaqulba yoluna gələrək orada yolun kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə məxsus hər birinin dəyəri 127,90 manat təşkil edən 12 ədəd su ötürücü 1534,8 manat dəyərində çuqun (dəmir) barmaqlıqları gizli yolla talamışdır. Bundan sonra həmin barmaqlıqları avtomobilin arxa salonuna yığdıqdan sonra 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabuçnu rayonu Bilgəh qəsəbəsinin ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid 1 kiloqramını 0,38 manatdan olmaqla cəmi 123,50 manata sataraq, sonuncuya həmin barmaqlıqları yolun kənarında oğurladığını bildirmişdir. Bundan sonra həmin tarixdə və yerdə Şahidlə belə barmaqlıqlardan yenə də, oğurlayıb gətirərək satması barədə razılaşıb cinayət əlaqəsinə girdikdən sonra 05 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə özünün idarə etdiyi həmin avtomobillə Koroğlu- Mərdəkan-Zaqulba yolunun Xəzər rayon ərazisinə düşən Buzovna-Zaqulba yoluna gələrək orada yol kənarında quraşdırılmış eyni su ötürücü barmaqlıqlardan 1406,9 manat təşkil edən 11 ədədini gizli yolla talayıb avtomobilin arxa salonunda yığaraq Şahid işlədiyi metal qəbulu məntəqəsinə gətirib ona 1 kiloqramını 0,38 manatdan olmaqa cəmi 121 manata sataraq vahid niyyələ əhatə olunmuş qəsdlə davam edən cinayət formasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə ümumilikdə 2941,7 manat məbləğində əmlakı gizli olaraq talayıb oğurlamışdır. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 02 yanvar 2022-ci il tarixdə, saat 15 radəsində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun etibarnamə ilə idarə etdiyi «Chevrolet» markalı «Aveo» modelli, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayon ərazisinə düşən Buzovna-Zaqulba yoluna gələrək orada yolun kənarında quraşdırılmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə məxsus hər birinin dəyəri 127,90 manat təşkil edən 12 ədəd su ötürücü 1534,8 manat dəyərində çuqun (dəmir) barmaqlıqları gizli yolla talamışdır. Bundan sonra həmin barmaqlıqları avtomobilin arxa salonuna yığdıqdan sonra 03 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabuçnu rayonu Bilgəh qəsəbəsinin ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid 1 kiloqramını 0,38 manatdan olmaqla cəmi 123,50 manata sataraq, sonuncuya həmin barmaqlıqları yolun kənarında oğurladığını bildirmişdir. Bundan sonra həmin tarixdə və yerdə Şahidlə belə barmqalıqlardan yenə də, oğurlayıb gətirərək satması barədə razılaşıb cinayət əlaqəsinə girdikdən sonra 05 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 Adil oğlu ilə birlikdə sonuncunun idarə etdiyi həmin avtomobillə Koroğlu-Mərdəkan-Zaqulba yolunun Xəzər rayon ərazisinə düşən Buzovna-Zaqulba yoluna gələrək orada yol kənarında quraşdırılmış eyni su ötürücü barmaqlıqlardan 1406,9 manat təşkil edən 11 ədədini gizli yolla talayıb avtomobiln arxa salonunda yığaraq Şahid işlədiyi metal qəbulu məntəqəsinə gətirib ona 1 kiloqramını 0,38 manatdan olmaqa cəmi 121 manata sataraq vahid niyyələ əhatə olunmuş qəsdlə davam edən cinayət formasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-yə ümumilikdə 2941,7 manat məbləğində əmlakı gizli olaraq talayıb oğurlamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 02 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Pirşağı qəsəbəsindəki evlərinin qarşısında tanışı Təqsirləndirilən şəxs2la söhbət edərkən Elvin yol kənarında quraşdırılmış dəmir barmaqlıqları oğurlayıb sataraq pul əldə etməyi təklif etmiş və o, razılaşmışdır. Bu məqsədlə saat 15:30 radəsində özünün etibarnamə əsasında idarə etdiyi «Chevrolet Aveo» markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu Buzovna-Zağulba yoluna gəlmişlər. O, avtomobili yolun kənarında saxlamış, Elvin isə su axıntısının üzərinə qoyulmuş 12 ədəd dəmir barmaqlığı götürüb avtomobilin arxa otracağına yığmışdır. 03 yanvar 2022-ci il tarixdə Elvinlə birlikdə həmin barmaqlıqları Bilgəh yolunda dəmir metal alan şəxsə 1 kiloqramı 0,38 qəpik olmaqla 123,50 manata sataraq həmin pulun 10 manatına avtomobilə yanacaq almış, qalanını isə öz aralarında bölmüşlər. Bundan sonra 05 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində yenidən Elvinlə birlikdə idarə etdiyi avtomobillə Buzovna-Zağulba yoluna gələrək yol kənarından 11 ədəd dəmir barmaqlıqları oğurlayıb Bilgəh yolunda dəmir metal alan şəxsə cəmi 121 manata sataraq Əldə etdikləri pulun 10 manatına avtomobilə yanacaq vurub qalanını Elvinlə aralarında bölmüşlər. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü bilərək ifadəsində göstərdi ki, 02 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1la Pirşağı qəsəbəsində görüşüb söhbət edərkən yol kənarında yerləşən dəmir barmaqlıqları oğurlayıb satmaq barədə razılığa gəlmişlər. Bundan sonra Şahinin idarə etdiyi «Chevrolet Aveo» markalı, ** PE *** nömrə nişanlı avtomobillə Buzovna-Bilgə yoluna gəlmişlər və Şahin avtomobili yolun kənarında asta sürətlə hərəkət etdirmiş, o isə qapını açıb yolun kənarındakı su axıntısı üçün yerləşdirilən dəmir barmaqlıqları götürüb maşına qoymuşdur. Onlar 12 ədəd barmaqlıqları oğurladıqdan sonra səhərisi günü Bilgə qəsəbəsində sonradan adını bildiyi Toğrul adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinə aparıb 1 kiloqramını 0,38 qəpik olmaqla 123,50 manata satmışlar. 05 yanvar 2022-ci il tarixdə yenidən 11 ədəd barmaqlıqları oğurlayıb Toğrulun metal qəbulu məntəqəsinə 121 manat pula sataraq pulu öz aralarında bölmüşlər. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, əlavə şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, MMC tərəfindən Bakı şəhərində bir çox yolların kənarlarına yağış və digər axıntıların xüsusi kanallara ötürülməsi üçün dəmir barmaqlıqlardan hazırlanmış çərçivələr quraşdırılmışdır. 06 yanvar 2022-ci il tarixdə şirkətin işçiləri tərəfindən Bakı şəhəri Xəzər rayonu ərazisində Buzovna-Zaqulba yolunun kənarına quraşdırılmış metal su ötürücülərinin 01-05 yanvar 2022-ci il tarixlərdə, qeyri iş günləri müddətində 113 ədədi oğurlanmışdır. Həmin ötürücü dəmir barmaqlıqları MMC faktiki olaraq köçürümə yolu ilə 127,90 manata alaraq yolların kənarına quraşdırmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərinin olmadığını, onlara dəymiş ziyanın ödənildiyini bildirdi, onlara yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yol kənarında dəmir metal alqı-satqısı ilə məşğul olur. 03 yanvar 2022-ci il tarixdə, saat 18 radəsində sonradan adlarını bildiyi Şahin və Elvin adlı şəxslər ağ rəngli «Chevralet Aveo» markalı avtomobillə işlədiyi məntəqəyə gələrək 12 ədəd dəmir barmaqlıqları satdıqlarını bildirmişlər. Onlardan barmaqlıqları haradan və hansı yolla əldə etdiklərini soruşmuş, onlar isə avtomobil yuma məntəqəsinin qarşısında olduğunu və yeniləri ilə əvəz etmək məqsədi ilə çıxarıb satdıqlarını və özlərinə məxsus olduğunu demişlər. Bundan sonra Şahin və Elvindən heç bir sənəd tələb etmədən 12 ədəd dəmir barmaqlıqların 1 kiloqlarımı 0,38 manatdan alaraq onlara 123,50 manat pul vermişdir. 05 yanvar 2022-ci il tarixdə Şahin və Elvinin ona gətirdikləri 11 ədəd dəmir barmaqlıqlara görə isə 121 manat pul ödəmişdir. Sonradan aldığı barmaqlıqların 4 ədədini satmış, qalan 19 ədədini polis şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə dəymiş ziyanla bağlı X9ə Xəzər rayon Polis idarəsində 2000 manat pul ödəmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə dəymiş ziyanla bağlı X9ə Xəzər rayon Polis idarəsində otağında 2000 manat pul ödəmişdir. X9 hər bir təqsirləndirilən şəxs 2000 manat öəməli olduğunu bildirdiyi üçün 2000 manat ödəniş etmiş, lakin nə üçün 2000 manat ödəməli olduğunu soruşmamışdır. Bununla bağlı qəbz yazılıb verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2022-ci il tarixli, 9/211 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 19 ədəd 26 sm x 51 sm ölçüdə, qalınlığı 4 sm, 25 kq çəkidə olan çuqun (dəmir) barmaqlıqların istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə, üzərində istismar xarakterli qüsurlar (erroziya izləri, rəng qopuqları və s.) olmaqla, 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 950 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair tələbnaməsindən görünür ki, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair tələbnaməsindən görünür ki, xx xxx 1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını,bir azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon X4 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığına görə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 yanvar 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə olduğu və 16 mart 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 3 (üç) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon X4 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Nicat Əliyevin 25 mart 2022-ci il tarixli qərarından görünür ki, Şahid tərəfindən təqdim edilmiş 19 ədəd su ötrücü quyusunun dəmir barmaqlıqları maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Şahid tərəfindən təqdim edilmiş 19 ədəd su ötrücü quyusunun dəmir barmaqlıqların Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 yanvar 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə olduğu və 16 mart 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 3 (üç) ay azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 372 T nömrəli bağ evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən nömrəsiz bağ evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut Şahid tərəfindən təqdim edilmiş 19 ədəd su ötrücü quyusunun dəmir barmaqlıqların Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar