Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-210/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs o, təkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” bağları massivində yerləşən nömrəsiz fərdi evin qapısının kilidini sındırmaqla qanunsuz içəriyə daxil olub oradan 1 ədəd 1000 manat qiymətində “Beko” markalı soyuducunu, 1 ədədi 500 manat olmaqla ümumi qiyməti 1000 manat təşkil edən 2 ədəd paltaryuyan maşını, 1 ədədi 1000 manat olmaqla ümumi qiyməti 2000 manat təşkil edən 2 ədəd kondisioneri, 1 ədəd 600 manat qiymətində olan divanı, 1 ədədi 300 manat olmaqla ümumi qiyməti 600 manat təşkil edən 2 ədəd kreslonu, 1 ədədi 100 manat olmaqla ümumi qiyməti 700 manat təşkil edən 7 ədəd qızdırıcı radiatoru, 1 ədəd 500 manat qiymətində masanı və 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 300 manat təşkil edən 6 ədəd oturacaq stullarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6.700 (altı min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” bağları massivində yerləşən nömrəsiz fərdi evin qapısının kilidini açmaqla qanunsuz içəriyə daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə oradan birinci dəfə 1 ədəd 1000 manat qiymətində “Beko” markalı soyuducunu, 01 ədəd 600 manat dəyərində “Beko” markalı paltaryuyan maşını gizli olaraq talamış, daha sonra oğurluq niyyətinin davamı olaraq həmin gün axşam təxminən saat 21 radələrində oradan 01 ədədi 100 manat qiymətində olmaqla ümumi qiyməti 700 manat təşkil edən 07 ədəd istilik sistemi radiatorlarını, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə təxminən saat 12 radələrində 01 ədəd 600 manat qiymətində “Beko” markalı plazma televizoru, 1500 manat qiymətində yataq mebel dəstini, 01 ədəd 200 manat qiymətində su matorunu və 01 ədəd 1000 manat qiymətində “Samsung” markalı kondisioneri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 5.600 (beş min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” bağları massivində yerləşən nömrəsiz fərdi evin qapısının kilidini sındırmaqla qanunsuz içəriyə daxil olub oradan 1 ədədi 300 manat olmaqla ümumi qiyməti 900 manat təşkil edən 3 ədəd kondisioneri, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 350 manat təşkil edən 7 ədəd radiatorları, 1 ədədi 40 manat olmaqla ümumi qiyməti 240 manat təşkil edən 6 ədəd lyustraları və 1 ədəd 100 manat qiymətində divanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1.590 (min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak” bağları massivində yerləşən nömrəsiz fərdi evin qapısının kilidini sındırmaqla qanunsuz içəriyə daxil olub oradan 1 ədədi 330 manat olmaqla ümumi qiyməti 990 manat təşkil edən 3 ədəd kondisionerləri, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 300 manat təşkil edən 6 ədəd qızdırıcı radiatorları və 1 ədəd 100 manat qiymətində divanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1.390 (min üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, X1-Peterburq şəhərində yaşasa da, sonradan 2020-ci ilin dekabr ayında oradan onu deportasiya etmişlər. Oradan İstanbula, daha sonra isə Bakıya gəlmişdir. Bakı şəhərində Nəsimi rayonu, 20 yanvar küçəsi bina 45, mənzil 86-da kirayədə yaşamağa başlamışdır. Daha sonra həmin evin sahibi qonağının gələcəyini və burada yaşamaq istədiyini bildirərək onun evdən çıxmağını istəmişdir. O, xx.xx.2021-ci il tarixdə həmin evdən çıxası olmuşdur. Daha sonra ev tapa bilməmiş və keçmiş qaynanası Xanımın Şüvəlandakı bağ evində yaşamaq qərarına gəlmişdir. Həmin evin açarı onda olmuşdur. Qaynatası rəhmətə getdiyi üçün orada heçkim yaşamamışdır. Qaynanası da Şəmkirdə olmuşdur. Həmin bağ evində yaşayarkən Sankt Peterburqda tanıdığı Zərərçəkmiş şəxs1 da Şüvəlan qəsəbəsindəki heçkəsin yaşamadığı bağ evinin qapısının sınıq olduğunu görmüşdür. Qapının sınıq vəziyyətdə olmasından istifadə edib maddi vəziyyətinin çətinliyi ilə əlaqədar Əlövsətin bağ evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Şüvəlan qəsəbəsi, “Mayak” bağlar massivində yerləşən Zərərçəkmiş şəxs1 bağ evinin yanına gəlmişdir. Saat təqribən 17 radələri olmuşdur. Ona kömək etməsi üçün Kamil adlı fəhləni də yanında gətirmişdir. Kamilə bildirmişdir ki, ev ona məxsusdur, narahat olmasın sadəcə fəhlə kimi ona kömək etsin və bunun müqabilində Kamilə məvacib verəcəkdir. Kamil də onunla razılaşmışdır. Oğurluqdan əvvəl o, “tap.az” sosial şəbəkəsində tanış olduğu Anar adlı şəxslə razılığa gəlmişdir ki, evinin köhnə əşyalarını həmin şəxsə satsın. Həmin şəxs ona Novxanıda yaşadığını bildirmişdir. Həmin şəxs də yükdaşıma xidmətinin əməkdaşlarını yükləri Novxanıya aparmaları üçün buraya göndərəcəyini demişdir. O, avtomobil gələnə qədər sınıq qapıdan içəri keçib Zərərçəkmiş şəxs1 evinin qonaq otağından 1 ədəd köhnə divanı, 2 ədəd kreslo, 2 ədəd kondisioner, 1 ədəd masa və 6 ədəd oturacaq stullarını, həmçinin 7 ədəd qızdırıcı radiatorları çıxarıb evin həyətinə qoymuşdur. 7 radiatordan 4-nü birinci mərtəbədən, 3-nü isə ikinci mərtəbədən çıxarmışdır. Daha sonra saat 18 radələrində qaynanası Zərərçəkmiş şəxs4 məxsus evin qapısını açarla açıb içəri girmişdir. Oradan bir ədəd işləməyən soyuducunu və bir ədəd qapağı olmayan paltaryuyan maşını götürüb Kamillə birlikdə onun avtomobilinə yükləmişlər. Həmçinin Əlövsətin evindən götürdüyü qızıdırıcı radiatorları da o, öz maşınına yükləmişdir. Əşyalarla birlikdə Kamil və o, şəhərə yəni 20 yanvar ərazisinə gəlmişlər. Kamilin 15 manat pulunu verib düşürtmüş, soyuducu və paltaryuyan maşını isə avtovağzalda Tərtər mikroavtobusuna yükləyib Tərtərdə yaşayan Səbinə adlı qadına göndərmişdir. Radiatorları isə həmin günün axşamı geri qaytarıb Xanımın evinə yığmışdır. Həmin gün saat 21 radələrində Xanımın evində olan 7 ədəd qızdırıcı radiatorları da yerindən çıxarmışdır. Səhəri gün o, Kamili Şamaxinkadan götürüb Şüvəlana gətirmişdir ki, Əlövsətin həyətində olan əşyaları yükdaşıma xidmətinin avtomobilinə yükləsinlər. Kamillə o, orada olarkən bir neçə dəqiqədən sonra yükdaşıma xidmətinin əməkdaşları da gəlmişlər. Saat təqribən 13 radələri olmuşdur. Kamil və yükdaşıma xidmətinin əməkdaşları dünən həyətə yığdıqları əşyaları yükdaşıma xidmətinin avtomobilinə yükləmişlər. O, Xanımın evindən götürdüyü və Əlövsətin evindən götürdüyü ümumilikdə 14 ədəd qızdırıcı radiatorları özünə məxsus opel markalı avtomobilinə yükləmişdir. Həmin vaxt ətrafda heçkəs olmamışdır. Əşyaları avtomobilə yüklədikdən sonra yükdaşıma xidmətinin əməkdaşlarına bildirmişdir ki, əşyaları Novxanıya aparsınlar. Həmçinin qeyd etmişdir ki, o, soyuducu, radiatorları və paltaryuyan maşını çıxmaq şərti ilə ümumi əşyaların qiymətini Anar adlı şəxslə 750 manata danışmışlar. Xanımın evindən götürdüyü soyuducu və paltaryuyan maşını isə Tərtərdə yaşayan Səbinə adlı qadınla ümumilikdə 350 manata razılaşmışlar. Novxanıya əşyalar gedib çatdıqdan sonra Anar adlı şəxs onun kartına 750 manat pul vurmuşdur. Radiatorları isə həmin gün əşyaları yola saldıqdan sonra Kamili şəhərə aparıb 13 manat məvacibini verib düşürtdükdən sonra həmin radiatorları 20 yanvar ərazisindəki adını xatırlamadığı metal qəbulu mərkəzinə 400 manata satmışdır. Tərtərdə yaşayan Səbinə adlı qadın da əşyalar ona çatdığı günün səhəri 350 manat kartına pul vurmuşdur. Əldə etdiyi gəliri öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 də evinə qanunsuz daxil olub oradan oğurluq etmişdir. Belə ki, xx.xx.2021ci il tarixdə saat 13 radələrində Raufun qapısı açıq darvazasından həyətinə girmişdir. Həyətdə olan nərdivanı evin divarına dirəyib ikinci mərtəbənin pəncərəsindən içəri daxil olmuşdur. İkinci mərtəbədən 3 ədəd, birinci mərtəbədən isə 4 ədəd radiator qızdırcısını yerindən çıxarmışdır. Daha sonra evin birinci mərtəbəsinin dəmir barmaqlıqlarla əhatə olunmuş pəncərəsindən bir-bir radiatorları çıxarmışdır. Daha sonra həmin radiatorları tək öz maşınına yükləmişdir. Həmin gün saat 14 radələrində həmin cərgədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin qapısının açıq olmasından istifadə edib içəri daxil olmuş və içəridən 7 ədəd qızdırıcı raditorları götürüb öz maşınına yükləmişdir. Radiatorların hamısını həmin günün axşamı 20 yanvar ərazsindəki adını xatırlamadığı həmin metal qəbulu mərkəzinə ümumilikdə 400 manata satmışdır. İyun ayının 4-də Gəncəyə yas yerinə getmişdir. İyun ayının 5-də səhər saatlarında Bakıya qayıtmışdır. Qayıdarkən yolda telefon vasitəsi ilə Nəsimi rayonu ərazisində özünə kirayə ev tutmuşdur. Özünə məxsus əşyaları qaynanası Xanımın evində qalmışdır. O, həmin gün səhər saat 05 radələrində Xanımın evinə gəlmişdir. Orada bir neçə saat yatıb dincəldikdən sonra təxminən günorta saat 12 radələrində özünə məxsus əşyalarını və Zərərçəkmiş şəxs4 məxsus Beko markalı 01 ədəd televizoru götürüb kirayə tutduğu evə gəlmişdir. Həmin televizoru da kirayə tutduğu evə aparıb özü baxmaq üçün istifadə etmişdir. Bir müddətdən sonra həmin televizor xarab olduğu üçün yarasız vəziyyətə düşmüş və o, həmin televizoru hazırda xatırlamadığı zibilliyə atmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Quba rayonu ərazisində ailəsi ilə birlikdə yaşasa da, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan ərazidə bağ evi vardır. Həmin evdə yaşayış olmasa da, o arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 16 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən təxminən bir ay sonra, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Evin darvazasını açıb içəri girmişdir. Evin qapısının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə girib baxış keçirmişdir. Baxış zamanı evin içərisində olan 1 ədəd 1000 manat qiymətində “Beko” markalı soyuducunun, 1 ədədi 500 manat olmaqla ümumi qiyməti 1000 manat təşkil edən 2 ədəd paltaryuyan maşının, 1 ədədi 1000 manat olmaqla ümumi qiyməti 2000 manat təşkil edən 2 ədəd kondisionerin, 1 ədəd 600 manat qiymətində olan divanın, 1 ədədi 300 manat olmaqla ümumi qiyməti 600 manat təşkil edən 2 ədəd kreslonun, 1 ədədi 100 manat olmaqla ümumi qiyməti 700 manat təşkil edən 7 ədəd qızdırıcı radiatorun, 1 ədəd 500 manat qiymətində masanın və 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 300 manat təşkil edən 6 ədəd oturacaq stullarının oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal Dİn-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib müayinə aparmışlar. Ərizə və izahatını aldıqdan sonra polis əməkdaşları hadisə yerini tərk etmişlər. Polislər getdikdən sonra o, ətrafa nəzər yetirən zaman evinin yanında yerləşən qonşusu Raufun evinin də qapısının kilidinin sındırıldığını görmüşdür. Raufun da evindən oğurluq olması ehtimalının olduğunu anlamış və dərhal Rusiyada yaşayan Raufun atası Abdullaya zəng vuraraq hadisə barədə məlumat vermişdir. Abdulla isə oğlu Raufun Bakıya gələcəyini, əgər oğurluq hadisəsini aşkar etsə polisə müraciət edəcəyini bildirmişdir. Bir qədər göz gəzdirdikdən sonra isə digər qonşusu Həmidin də evinin qapısının kilidinin sındırıldığını görüb oğurluq olması ehtimalı olduğunu anlamış və Həmidə də zəng vuraraq bu barədə ona məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 vermiş olduğu ifadəsində göstərmişdir ki, 2019cu ildən tikinti sahəsində direktor vəzifəsində çalışır. Yasamalda yaşasa da Şüvəlanda ailəsinə məxsus bağ evi də vardır. Həmin bağ evində heçkəs yaşamamışdır. Lakin yay mövsümündə onlar oraya baş çəkirmişlər. Sonuncu dəfə o, 2021-ci ilin mart ayının ortalarında həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 15 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. 04 iyun 2021-ci ildə o, Rusiya Fedreasiyasına atasının yanına getmişdir. Atasının yanında olan zaman atası ona bildirmişdir ki, Bakıda Şüvəlandakı bağ evindən oğurluq olmuşdur. Bunu da atasına qonşu Əlövsət demişdir. Sonradan atası onu Bakıya göndərib bu barədə polisə ərizə yazmağını xahiş etmişdir. O, iyun ayının 8-də Bakıya qayıtmışdır. Səhəri gün, yəni 09 iyun 2021-ci il tarixdə saat 11 radələrində Şüvəlanda yerləşən bağ evinə gələn zaman evin giriş qapısının kilidinin sındırıldığını görmüşdür. Evə baxış keçirən zaman oradan 1 ədədi 300 manat olmaqla ümumi qiyməti 900 manat təşkil edən 3 ədəd kondisionerin, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 350 manat təşkil edən 7 ədəd radiatorların, 1 ədədi 40 manat olmaqla ümumi qiyməti 240 manat təşkil edən 6 ədəd lyustraların və 1 ədəd 100 manat qiymətində divanın oğurlandığını aşkar etmişdir. Lakin müəyyən səbəblərdən dolayı işinin çoxluğu ilə əlaqədar həmin gün polisdə ərizə yaza bilməmişdir. Bu hadisədən bir neçə gün sonra isə o, hadisə barədə polisə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, “RM Capital Consulting” investisiya şirkətində işləyir. Özü Nəsimi rayonu ərazisndə yaşasa da Şüvəlanda bağ evi vardır. Şüvəlandakı bağ evinə çoxdandır baş çəkməmişdir. Sonuncu dəfə o 2021-ci ilin aprel ayının sonlarında həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 16 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2021-ci il tarixdə işdə olarkən təxminən axşam saatlarında qonşusu Əlövsət ona zəng edərək Şüvəlandakı bağ evindən oğurluq olması ehtimalının olduğunu bildirmişdir. O dərhal Şüvəlandakı bağ evinə gəlib evə baxış keçirmişdir. Evə gələn zaman qapının kilidinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Baxış zamanı evin içərisindən 1 ədədi 330 manat olmaqla ümumi qiyməti 990 manat təşkil edən 3 ədəd kondisionerin, 1 ədədi 50 manat olmaqla ümumi qiyməti 300 manat təşkil edən 6 ədəd qızdırıcı radiatorların və 1 ədəd 100 manat dəyərində divanın yerində olmadığını görmüşdür. Lakin o həmin gün işlərinin çoxluğu ilə əlaqədar polisə ərizə ilə müraciət edə bilməmişdir. Lakin bir neçə gündən sonra öyrənmişdir ki, qonşuluqda yaşayan Raufun da evindən oğurluq olmuş, Əlövsətin və Raufun evindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmuş və sonuncu törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Rafu və Əlövsət ilə evləri yanakı olduğu üçün Orxanın onun da evimdən oğurluq edə biləcəyini düşünmüş və bu barədə polisə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, , Bakı şəhəri, Binəqədi rayonu ərazisində ailəsi ilə birlikdə yaşasa da, Şüvəlan qəsəbəsi, Mayak bağları adlanan ərazidə bağ evi vardır. Həmin evdə yaşayış olmasa da, o arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o 2020-ci ilin avqust ayının ortalarında həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 20 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. 2021-ci ilin iyun ayının sonlarında qohumu Rafu adlı şəxs qızı Şəfaya zəng edərək Əlövsətin, Həmidin və özünün də eyni cərgədə yerləşən evindən oğurluq olduğunu demişdir. Bu oğurluğu onun keçmiş kürəkəni Təqsirləndirilən şəxs tərəfindən edildiyini və hazırda polisdə işi olduğunu demişdir. Belə ki, Raufun, Həmidin, Əlövsətin və onun evi eyni cərgədə və demək olar ki eyni dizaynda inşa edilmişdi. Sadaladığı şəxslər də uzaqdan ona qohum düşmüşdür. Raufun bu xəbərindən sonra qızıyla o şübhəyə düşmüşlər və 2021-ci ilin iyul ayının 8-də saat 10 radələrində qızıyla o yenidən həmin evə nəzarət məqsədi ilə gəlmişlər. Evin giriş qapısının kilidinin sındırıldığını görmüşlər. Evə girib baxış keçirərkən oradan 1 ədəd 1000 manat qiymətində “Beko” markalı soyuducunun, 01 ədəd 600 manat dəyərində “Beko” markalı paltaryuyan maşının, 01 ədəd 600 manat qiymətində “Beko” markalı plazma televizorun, 1500 manat qiymətində yataq mebel dəstinin, 01 ədədi 100 manat qiymətində olmaqla ümumi qiyməti 700 manat təşkil edən 07 ədəd istilik sistemi radiatorların, 01 ədəd 200 manat qiymətində su matorunun, 01 ədəd 1000 manat qiymətində “Samsung” markalı kondisionerin oğurlandığını aşkar etmişlər. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişlər. Polis əməkdaşları dərhal hadisə yerinə gəlib müayinə aparmışlar. İlkin olaraq şübhəli şəxs kimi onların ağlına keçmiş kürəkəni Orxan gəlmişdir. Belə ki, həmin bağ evinin açarı Orxanda da olmuşdur. Boşandıqdan sonra onlar Orxana orada yaşamağa icazə verməmişlər, açarı nə qədər tələb etsələr də onlara verməmişlər. Həm də qapının kilidinin sındırılmaması evə Orxanın daxil olması ehtimalını gücləndirmişdir. Buna görə də onlar polisə Orxandan şübhələndiklərini bildirmişlər. Bu hadisədən bir müddət sonra Orxan qızına zəng edərək Raufun, Əlövsətin, onun və Həmidin evindən baş vermiş oğurluq hadisəsini səmimi şəkildə etiraf edərək özünün törətdiyini bildirmişdir. Qızı ondan nə üçün oğurluq etdiyini soruşanda Orxan əməlindən peşman olmadığını, yaxşı elədiyini və bundan sonra imkan olarsa yenə də evlərindən oğurluq edəcəyini demişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və o, şikayətçidir. Məhkəmə iclasında Şahid Firidun oğlu vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Tərtər rayonunda qeydiyyatda olub, orada yaşasa da, 2000-ci ildən bəri Bakı şəhərinə işləmək üçün gəlib-gedir. Bakı şəhərinə gələndə müxtəlif yerlərdə qalmışdır. Təxminən 2 il əvvəl Qızıltac restoranının arxasında yerləşən hazırda adını xatırlaya bilmədiyi kafedə əyləşərkən Orxan adlı şəxslə tanış olmuşdur. Belə ki, Orxan Nəsimi rayonu ərazisində yaşasa da əslən Gəncəli olmuşdur. Həmin kafedə də əsasən Gəncə uşaqları əyləşirmişlər. Orxanla söhbət əsnasında Orxan bilmişdir ki, o fəhlədir və bütün işlərdə fəhlə kimi çalışa bilər. Bundan sonra Orxan ona təklif etmişdir ki, Şüvəlan qəsəbəsi ərazisində qaynatasının və qohumunun evində bir sıra məişət əşyaları vardır. Həmin məişət əşyalarını kreditləri olduğu üçün satmaq qərarına gəldiyini və əşyaları yükdaşıma xidmətinin avtomobilinə yükləmək üçün ondan kömək etməyini xahiş etmişdir. Bunun müqabilində ona fəhlə kimi məvacib verəcəyini demişdir. O da Orxanla razılaşmışdır. Bundan bir neçə gün sonra yəni 2021-ci ilin may ayının sonlarında saat təxminən 16 radələrində o qeyd etdiyi kafedə olarkən Orxan özünə məxsus qırmızı rəngli Opel markalı avtomobili ilə yanına gələrək onu götürmüş və onlar birlikdə Şüvəlan qəsəbəsinə yollanmışlar. Oraya çatan zaman yan-yana bir neçə evin yerləşdiyini görmüşdür. Daha sonra Orxan yük avtomobilinin gələcəyini bildirmişdir. Onlar avtomobil gələnə qədər evlərdən birinin sınıq qapısından içəri keçib evin qonaq otağından 1 ədəd köhnə divanı, 2 ədəd kreslo, 2 ədəd kondisioner, 1 ədəd masa və 6 ədəd oturacaq stullarını, həmçinin 7 ədəd qızdırıcı radiatorları çıxarıb evin həyətinə qoymuşlar. 7 radiatordan 4-nü birinci mərtəbədən, 3-nü isə ikinci mərtəbədən çıxarmışlar. Daha sonra saat 18 radələrində Orxanın qaynanası Zərərçəkmiş şəxs4 məxsus evin qapısını açarla açıb içəri girmişlər. Oradan bir ədəd işləməyən soyuducunu və bir ədəd qapağı olmayan paltaryuyan maşını götürüb Orxanla birlikdə Orxanın avtomobilinə yükləmişlər. Həmçinin digər evdən götürdükləri qızıdırıcı radiatorları da Orxan öz maşınına yükləmişdir. Əşyalarla birlikdə Orxan və o şəhərə yəni 20 yanvar ərazisinə gəlmişlər. Orxan onun 15 manat pulunu verib düşürtmüşdür, soyuducu və paltaryuyan maşını isə avtovağzalda Tərtər mikroavtobusuna yükləyib Tərtərdə yaşayan Səbinə adlı qadına göndərəcəyini ona demişdir. Səhəri gün Orxan onu Şamaxinkadan götürüb Şüvəlana gətirmişdir ki, dünənki evin həyətində olan əşyaları yükdaşıma xidmətinin avtomobilinə yükləsinlər. Orxanla o orada olarkən bir neçə dəqiqədən sonra yükdaşıma xidmətinin əməkdaşları da gəlmişlər. Saat təqribən 13 radələri olmuşdur. O və yükdaşıma xidmətinin əməkdaşları dünən həyətə yığdıqları əşyaları yükdaşıma xidmətinin avtomobilinə yükləmişlər. Orxan isə ümumilikdə 14 ədəd qızdırıcı radiatorları özünə məxsus opel markalı avtomobilinə yükləmişdir. Həmin vaxt ətrafda heçkəs olmamışdır. Əşyaları avtomobilə yüklədikdən sonra Orxan yükdaşıma xidmətinin əməkdaşlarına bildirmişdir ki, əşyaları Novxanıya aparsınlar. Həmin gün əşyaları yola saldıqdan sonra Orxan onu şəhərə aparıb 13 manat məvacibini verib 20 yanvar ərazisində onu düşürtmüşdür. Daha sonra onun Orxanla hər hansı bir əlaqəsi olmamışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsidə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-369/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-532/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 18 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-603/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı saxlandığı ümumilikdə 03 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək saxlandığı 03 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (144 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 264 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-210/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-210/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver