Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-211/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Xırdalan şəhəri Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ümumi dəyəri xeyli miqdar təşkil edən mobil telefon, qulaqcıq və elektron saatı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmək qərarına gəlmiş, bu məqsədlə 29 iyul 2022-ci il tarixdə xidməti ezamiyyətdən qayıdan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin böyük əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ilə X4 Dubay şəhərində yerləşən Hava Limanında görüşmüş və aralında əvvəlcədən əldə olunan razılaşmaya uyğun olaraq Dubay şəhərində satış məqsədilə əldə etdiyi 20 ədəd “İphone 13 pro blue” və 10 ədəd “İphone 13 pro green” markalı mobil telefonları qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsi üçün Şahid1 vermişdir. Həmin tarixdə Şahid1 ümumi cinayətkar niyyətə uyğun olaraq FZ 733 saylı Dubay-Bakı aviareysi ilə Təqsirləndirilən şəxslə birlikdə Azərbaycan Respublikasına gələrək X9 Hava Limanının T1 terminalına daxil olub sərhəd nəzarətindən keçdikdən sonra əl yükü kimi gətirdiyi bir ədəd sellofan torbada olan mobil telefonları qaçaq yolu ilə keçirilməsi niyyətindən könüllü imtina edərək hava limanında yerləşən sanitar qovşaqda Təqsirləndirilən şəxs qaytarmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs cinayətkar niyyəti şəxsən həyata keçirmək qərarına gəlmiş və mobil telefonları gömrük keçid məntəqəsi olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ”Yaşıl Kanal” buraxılış yeri vasitəsi ilə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs əlində olan bir ədəd sellofan torbaya və baqaj yükünə keçirilmiş baxış zamanı içərisindən həmin tarixə respublika daxili orta bazar ümumi pərakəndə satış qiyməti 61.090 manat təşkil edən üzərində «Designed by Apple in California Assemled in China” markalanma yazısı olan “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, «Designed by Apple in California Assemled in China” markalanma yazısı olan “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, baqaj yükünün içərisindən isə 1 ədəd “X19 7” markalı elektron saat, 1 ədəd “Apple watch starlight sport band” elektron saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin iyul ayının 27-də ona, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində işləyən tanışı Şahid1 “WhatsApp” tətbiqi vasitəsilə zəng edərək Qırğızıstan Respublikasında ezamiyyətdə olduğunu, oradan Bakı şəhərinə X4 (BƏƏ) Dubay şəhərində yerləşən Hava Limanı vasitəsilə qayıdacağını bildirərək Dubaydan Bakıya gətiriləsi malının olub-olmadığını, olduğu təqdirdə həmin malları həmin şəhərdən qayıdan zaman özü ilə gömrük nəzarətindən gizli Azərbaycana gətirə biləcəyini bildirərək öz xidmətlərini təklif etmişdir. O da onun təklifi ilə razılaşaraq həmin zaman Dubayda olacağını, ölkəyə gətirmək üçün 30 (otuz) ədəd “Apple İphone 13” markalı telefon alıb Şahid1 verəcəyini bildirərək bunun müqabilində ona 1000 (min) manat pul vəd etmiş, Şahid1 də öz növbəsində mobil telefonları Bakıya aparacağına və gömrük nəzarətindən gizli keçirəcəyinə dair razılıq vermişdir. Təqsirləndirilən şəxs bu məqsədlə 27 iyul 2022-ci il tarixdə aviabilet almış, 28 iyul 2022-ci il tarixdə təyyarə ilə Dubay şəhərinə getmiş və elə həmin gün Dubay şəhərində yerləşən “Nasr Square” ticarət bölgəsində olan “Gargash Centre” adlı ticarət mərkəzində yerləşən “X14” adlı mobil telefonların satışı ilə məşğul olan əslən hindistanlı Pərvani adlı şəxsin mağazasından hər biri 1027 ABŞ dolları olmaqla 20 ədəd “Apple İphone 13 pro 128gb Siera Blue” və 10 ədəd “X20 13 128 gb Green” markalı mobil telefonları almışdır. Bundan sonra o, həmin mağazanın içərisində telefonları qutularından çıxarmış və hər biri ayrı-ayrı olmaqla cızılmaması üçün sellofan paketlərə yığmışdır. Boş qutuları mobil telefonun aksesuarları ilə birlikdə karqo vasitəsilə sonradan yenidən Azərbaycana gətirilməsi üçün Türkiyə Respublikasının İstanbul şəhərinə göndərmiş, mobil telefonları isə kompüter çantasına yığmışdır. 29 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Dubay şəhərində yerləşən X11-2 ərazisinə gələrək orada yerləşən “X21” mağazasına yaxınlaşmış və oradan üzərində həmin mağazanın adı qeyd olunmuş sellofan torba almış, həmin mağazanın bir küncündə özü ilə kompyuter çantasında gətirdiyi telefonları Bakıda gömrük əməkdaşlarının diqqətini çəkməməsi üçün üzərində “X21” yazıları olan sellofan torbaya yerləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcədən olan razılaşmaya uyğun olaraq Terminal-2 ərazisində yerləşən sanitar qovşaqda Şahid1lə görüşmüş və sonuncuya içərisində ümumilikdə 30 ədəd “Apple İphone 13 Pro” markalı mobil telefonlar olan sellofan torbanı vermiş və onlar ayrı-ayrılıqda olmaqla eyni “Fly Dubai” FZ 733 aviareysi ilə Azərbaycana yola düşmüşlər və saat təxminən 15-16 radələrində Bakı şəhərinin X9 Hava Limanına eniş etmişlər. Daha sonra Şahid1 mobil telefonları Hava Limanında sərhəd nəzarətindən keçirdikdən sonra onun istifadəsində olan mobil telefon nömrəyə zəng edərək telefonları gömrük nəzarətindən gizli və bəyan etmədən keçirə bilməyəcəyini bildirmiş və telefonlar olan torbanı ondan həmin ərazidə yerləşən sanitar qovşaqdan götürməyini xahiş etmiş, o da çarəsiz qalaraq sanitar qovşağa gedərək orada Şahid1lə görüşmüşdür. Sanitar qovşaqda onlar arasında olan söhbət zamanı Şahid1 mobil telefonları gizli və bəyan etmədən keçirmək fikrindən daşındığını, telefonları gizli keçirə bilməyəcəyini bildirərək telefonlar olan torbanı ona vermiş və həmin telefonları rəsmi qaydada bəyan edərək tələb olunan rüsumu ödəməyini ona tapşırmışdır. O da həmin sellofan torba ilə birlikdə sanitar qovşaqdan çıxaraq həyəcanlı halda yaxınlıqda olan gömrük əməkdaşına yaxınlaşaraq üzərində bəyan ediləsi malın olduğunu, onu harada bəyan edə biləcəyi barədə sorğu-sual etmiş, sonradan həyəcanlı olduğu üçün bəyan ediləsi malının olması barədə gömrük əməkdaşına xəbər verdiyini dərk etmiş, lakin gömrük əməkdaşının onun sözlərinə ciddi fikir vermədiyini görərək hər hansı bir yolla telefonları gizli keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, “yaşıl kanal” deyilən gömrük ərazisinə daxil olmuş və orada dayanan gömrük əməkdaşına yaxınlaşaraq üzərində mal olduğunu, həmin malı Türkiyə Respublikasına tranzit olaraq apardığını bildirib malları müvəqqəti saxlanc yerinə qoymaq adı altından həmin kanaldan keçirmək istəmişdir. Lakin həmin gömrük əməkdaşı onu saxlayaraq əlində olan sellofan torbanı və digər baqaj yüklərini “qırmızı kanal” deyilən gömrük-keçid ərazisində yerləşən rentgen qurğusuna yerləşdirməsinə dair göstəriş verərək həmin əraziyə yönləndirmiş, o da çarəsiz qalaraq həmin göstərişə uyğun olaraq içərisində mobil telefonlar olan sellofan torbanı, eləcə də digər baqaj yüklərini həmin qurğuya yerləşdirmiş və bundan sonra gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Keçirilmiş baxış zamanı torbanın içərisindən Dubaydan aldığı 30 ədəd “Apple İphone 13” markalı mavi və yaşıl rənglərdə olan mobil telefonlar, eləcə də baqaj çantalarından 1 ədəd “Apple Watch 7/45mm” elektron saat, həmin saata məxsus 1 ədəd qutuda olan kəmər və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq aşkar olunmuş və bu barədə müvafiq protokol tərtib olunduqdan sonra araşdırma üçün götürülmüşdür. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində 1 azyaşlı uşağının olduğunu bildirərək ona minimum həddə cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxslə tanışlığı təxminən 2017-ci ildən başlamışdır. Şahid1 H.X15 xidmət edən zaman Təqsirləndirilən şəxs müxtəlif elektron cihazların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, bu tanışlıqdan sonra onlar arasında telefon əlaqələri yaranmışdır. 24 iyul 2022-ci il tarixdə Şahid1 Qırğızıstan Respublikasına BMT-nin təşkilatçılığı ilə konteyner daşımaları sahəsində keçirilən beynəlxalq konfransda olan zaman Təqsirləndirilən şəxs “WhatsApp” tətbiqi vasitəsilə zəng edərəl ezamiyyətdən qayıdan zaman Dubaya gedəcəyini və həmin gün oradan da Bakıya qayıdacağını bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs Dubaydan Bakıya gətiriləsi malının olub-olmadığını, olduğu təqdirdə həmin malları həmin şəhərdən qayıdan zaman özü ilə gömrük nəzarətindən gizli Azərbaycana gətirə bildirərək öz xidmətlərini təklif etmişdir. Təqsirləndirilən şəxs də onun təklifi ilə razılaşaraq həmin zaman Dubayda olacağını, ölkəyə gətirmək üçün 30 (otuz) ədəd “Apple İphone” markalı telefon alıb Şahid1 verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bunun müqabilində ona 1000 (min) manat pul verəcəyini vəd etmiş, Şahid1 də öz növbəsində mobil telefonları Bakıya aparacağına və gömrük nəzarətindən gizli keçirəcəyinə dair razılıq vermişdir. 29 iyul 2022-ci il tarixdə Dubay şəhərində yerləşən hava limanının sanitar qovşağında olarkən Şahid1 ilə Təqsirləndirilən şəxs görüşü baş tutmuş və sonuncu əlindəki üzərində “Duty Free” yazıları olan sellofan torbada 30 (otuz) ədəd mobil telefonu Şahid1 vermişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs ayrılmış və səfərdə birgə olduğu gömrük əməkdaşları ilə birlikdə qəhvə içmişdir. Bundan sonra Şahid1 və digər gömrük əməkdaşları Azərbaycan Respublikası istiqamətində hərəkət edən təyyarəyə minmiş və Təqsirləndirilən şəxs təhvil aldığı içində 30 (otuz) ədəd mobil telefon olan torbanı təyyarənin salonuna özü ilə aparmışdır. Bakıya çatdıqda Şahid1 etdiyi hərəkətin qanun pozuntusu olduğunu anlamış və əməlindən dönməyə qərar vermişdir. Bu zaman Şahid1 Təqsirləndirilən şəxs telefonla zəng edib ona verdiyi torbanı içindəki mobil telefonlarla birlikdə ondan götürməsini tələb etmişdir. Bu tələbi edən zaman Şahid1 hələ gömrük yoxlamasından keçməmiş və hava limanının sanitar qovşağının yanında dayanmışdır. Təqsirləndirilən şəxs həmin sanitar qovşağına gələrək, orada Şahid1 ilə görüşmüş və sonuncu qeyd edilən içində mobil telefonlar olan sellofan torbanı Təqsirləndirilən şəxs qaytararaq ona həmin telefonları bəyan etməsini və tələb olunan rüsumları ödəməyi tapşırmışdır. Bundan sonra onlar oradan ayrılmış və Şahid1 baqajını alıb hava limanından çıxmışdır. Şahid1 sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun xahişini nəzərə almayaraq telefonları bəyan etməmiş, telefonları şəxsən gizli keçirmək qərarına gəlmiş və əl yükü yoxlanılan zaman gətirdiyi 30 (otuz) ədəd mobil telefonla saxlanılmışdır. Məhkəmə iclasında Şahid3 göstərdi ki, xidmət etdiyi post iki hissədən ibarət olaraq şərti qaydada “qırmızı dəhliz” və “yaşıl dəhliz” adlandırılır. “Yaşıl dəhliz” adətən bəyan edilməli malları olmayan, “Qırmızı dəhliz” isə bəyan ediləsi malları olan sərnişinlər üçün nəzərdə tutulmuşdur. 29 iyul 2022-ci il tarixdə o, xidmət etdiyi H.Əliyev X11 1 postunda saat 17 radələrində “yaşıl dəhliz” adlandırılan yerdə dayanıb gələn sərnişinlərə nəzarət edən zaman müxtəlif ölkələrdən gələn sərnişinlərin çox olduğunu və ərəb turistlərindən ibarət 4-5 nəfərlik qrupun ona doğru yaxınlaşdığını müşahidə etmişdir. Şahid3 qəflətən onların arxası ilə bir nəfərin, sonradan Təqsirləndirilən şəxs kimi məlum olan şəxsin hərəkət etdiyini görmüş və onun hərəkətlərindən şübhələnmiş və bu səbəbdən onu “qırmızı dəhliz”ə dəvət etmək qərarına gəlmişdir. Şahid3 Təqsirləndirilən şəxs “qırmızı dəhliz”ə dəvət etdikdən sonra sonuncu nitq qüsuru olan şəxsə xas tərzdə, əlləri əsən şəkildə “malım var, saxlanca qoymaq istəyirəm” ifadəsini işlətmişdir.O, isə təkrar olaraq Təqsirləndirilən şəxs qeyd etdiyi malı “Qırımızı Dəhliz”də yerləşən “X-Ray” aparatından keçirməli olduğunu söyləmiş, sonuncu, isə təkrarən eyni tərzdə “malım var, saxlanca qoymalıyam” cavabını vermişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs monitorda aşkar olunan malın digər müvafiq gömrük prosedurlarının həyata keçirilməsi məqsədilə təkidlə malın nə olduğunu müəyyən etmək üçün “qırmızı dəhlizə” dəvət etmiş və malları “X-Ray” aparatından keçirdikdə qarışıq şəkildə mobil telefon cihazları olması görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona 30 (otuz) ədəd mobil telefon cihazları saxlanca qoyaraq, daha sonra özü ilə İstanbul şəhərinə aparmaq istədiyini bildirmişdir. Bu səbəbdən də əməliyyat-təhqiqat idarəsinin əməkdaşları hadisə yerinə dəvət olunmuş, Təqsirləndirilən şəxs qeyd edilən əməllərində gömrük hüquq pozuntusunun olub-olmadığı müəyyən edilməsi üçün sonuncu H.X16 ərazisində yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə aparılmışdır. Məhkəmə iclasında Şahid5 göstərdi ki, 29 iyul 2022-ci il tarixdə günorta saatlarında Dubaydan Bakıya reys olduğu və həmin reyslər ilə tez-tez elektron və sair avadanlıqları qaçaq yolla ölkə ərazisinə keçirilməsi ehtimalı olduğu üçün onlar gücləndirilmiş iş rejiminə keçmişdir. Əməliyyatçılar belə olan halda həmin reyslər ilə gələn şəxsləri daha sıx müşahidə edərək şübhəli hər hansı məqamların olub-olmamasını yoxlayırlar. Bu zaman əməliyyatçılar və gömrük inspektorları “Qırmızı Kanal” keçid məntəqəsi vasitəsilə daha çox şəxsi keçirərək hər hansı qanunsuz halların olub-olmamasını yoxlamağa çalışırlar. Bunun nəticəsində də onlar adətən qaçaqmalçıları müəyyən edərək onların qanunsuz fəaliyyətinin qarşısını alırlar. 29 iyul 2022-ci il tarixdə saat 15 radələrində FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onlar tərəfindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs baqaj yükünü götürərək “Yaşıl kanal” buraxılış yerinə yaxınlaşaraq orada gömrük əməkdaşı ilə söhbət etdiyi və gömrük əməkdaşının onu “Qırmızı Kanal”a yönləndirdiyi müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Qırmızı Kanal”da quraşdırılmış rentgen qurğusundan çantalarını keçirən zaman şübhəli məqamlar aşkar edildiyi üçün əməliyyatçılar tərəfindən yoxlama otağına dəvət olunmuş və orada Təqsirləndirilən şəxs əl yükündə olan əşyaları gömrük baxışına təqdim etməsi təklif olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisindən qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünün içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” elektron qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı elektron saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunmuş və həmin əşyalar araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında Şahid6 göstərdi ki, 29 iyul 2022-ci il tarixdə günorta saatlarında Dubaydan Bakıya reys olduğu və həmin reyslər ilə tez-tez elektron və sair avadanlıqları qaçaq yolla ölkə ərazisinə keçirilməsi ehtimalı olduğu üçün onlar gücləndirilmiş iş rejiminə keçmişdir. Əməliyyatçılar belə olan halda həmin reyslər ilə gələn şəxsləri daha sıx müşahidə edərək şübhəli hər hansı məqamların olub-olmamasını yoxlayırlar. Bu zaman əməliyyatçılar və gömrük inspektorları “Qırmızı Kanal” keçid məntəqəsi vasitəsilə daha çox şəxsi keçirərək hər hansı qanunsuz halların olub-olmamasını yoxlamağa çalışırlar. Bunun nəticəsində də onlar adətən qaçaqmalçıları müəyyən edərək onların qanunsuz fəaliyyətinin qarşısını alırlar. 29 iyul 2022-ci il tarixdə saat 15 radələrində FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onlar tərəfindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs baqaj yükünü götürərək “Yaşıl kanal” buraxılış yerinə yaxınlaşaraq orada gömrük əməkdaşı ilə söhbət etdiyi və gömrük əməkdaşının onu “Qırmızı Kanal”a yönləndirdiyi müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Qırmızı Kanal”da quraşdırılmış rentgen qurğusundan çantalarını keçirən zaman şübhəli məqamlar aşkar edildiyi üçün əməliyyatçılar tərəfindən yoxlama otağına dəvət olunmuş və orada Təqsirləndirilən şəxs əl yükündə olan əşyaları gömrük baxışına təqdim etməsi təklif olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisindən qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünün içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” elektron qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı elektron saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunmuş və həmin əşyalar araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid X8 göstərdi ki, 29 iyul 2022-ci il tarixdə günorta saatlarında Dubaydan Bakıya reys olduğu və həmin reyslər ilə tez-tez elektron və sair avadanlıqları qaçaq yolla ölkə ərazisinə keçirilməsi ehtimalı olduğu üçün onlar gücləndirilmiş iş rejiminə keçmişdir. Əməliyyatçılar belə olan halda həmin reyslər ilə gələn şəxsləri daha sıx müşahidə edərək şübhəli hər hansı məqamların olub-olmamasını yoxlayırlar. Bu zaman əməliyyatçılar və gömrük inspektorları “Qırmızı Kanal” keçid məntəqəsi vasitəsilə daha çox şəxsi keçirərək hər hansı qanunsuz halların olubolmamasını yoxlamağa çalışırlar. Bunun nəticəsində də onlar adətən qaçaqmalçıları müəyyən edərək onların qanunsuz fəaliyyətinin qarşısını alırlar. 29 iyul 2022-ci il tarixdə saat 15 radələrində FZ 733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onlar tərəfindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs baqaj yükünü götürərək “Yaşıl kanal” buraxılış yerinə yaxınlaşaraq orada gömrük əməkdaşı ilə söhbət etdiyi və gömrük əməkdaşının onu “Qırmızı Kanal”a yönləndirdiyi müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Qırmızı Kanal”da quraşdırılmış rentgen qurğusundan çantalarını keçirən zaman şübhəli məqamlar aşkar edildiyi üçün əməliyyatçılar tərəfindən yoxlama otağına dəvət olunmuş və orada Təqsirləndirilən şəxs əl yükündə olan əşyaları gömrük baxışına təqdim etməsi təklif olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisindən qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünün içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” elektron qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı elektron saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunmuş və həmin əşyalar araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Baş Gömrük Mühafizə Xidməti Cənub Gömrük Mühafizə Dəstəsi, Mühafizə Dəstəsinin rəisi vəzifəsində xidmət edir, “Terminal 1 X12” gömrük postuna təhkim olunmuşdur. Xidmət etdiyi post iki hissədən ibarət olaraq şərti qaydada “qırmızı dəhliz” və “yaşıl dəhliz” adlandırılır. “Yaşıl dəhliz” bəyan edilməli malları olmayan, “Qırmızı dəhliz” isə bəyan ediləsi malları olan sərnişinlər üçün nəzərdə tutulmuşdur. 29 iyul 2022-ci il tarixdə o, H.Əliyev X11 1 postunda xidmət edən zaman saat 17:00 radələrində “yaşıl dəhliz” adlandırılan yerin yaxınlığında olarkən tanımadığı, lakin sonradan Təqsirləndirilən şəxs olduğu məlum olan şəxs ona yaxınlaşaraq bəyan ediləsi malı olduğu və Türkiyənin İstanbul şəhərinə aparacağını bildirmişdir. O isə ona cavabında “qırmızı dəhliz” istiqamətinə işarə edərək bəyannamənin doldurulması üçün elektron köşkü göstərmiş və bundan sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. Həmin zaman xidmət etdiyi ərazidə adam sıxlığı olduğundan o Təqsirləndirilən şəxs hansı istiqamətdə getdiyini görməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən, 29 iyul 2022-ci il tarixdə, saat 15 radələrində FZ 733 saylı Dubay-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gələn Təqsirləndirilən şəxs onlar tərəfindən nəzarətə götürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs baqaj yükünü götürərək “Yaşıl kanal” buraxılış yerinə yaxınlaşaraq orada gömrük əməkdaşı ilə söhbət etdiyi və gömrük əməkdaşının onu “Qırmızı Kanal”a yönləndirdiyi görülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs “Qırmızı Kanal”da quraşdırılmış rentgen qurğusundan çantalarını keçirdikdən sonra yoxlama otağına dəvət olunmuş və orada Təqsirləndirilən şəxs əl yükündə olan əşyaları gömrük baxışına təqdim etməsi təklif olunmuşdur. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisindən qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünün içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” smart qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı smart saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcıq aşkar olunmuş və həmin əşyalar araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X10 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 29 iyul 2022-ci il tarixdə saat 16 radələrində X9 Aeroportunun T1 terminalında gömrük əməkdaşı tərəfindən FZ 733 nömrəli Dubay-Bakı aviareysi ilə gələn əvvəllər tanımadığı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus çantalara baxış keçirilərməsi üçün hal-şahidi qismində dəvət olunmuşdur. Baxış zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisində qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünun içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” samart qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı smart saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcığın olması müəyyən olunmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 29 iyul 2022-ci il tarixdə saat 16 radələrində X9 Aeroportunun T1 terminalında gömrük əməkdaşı tərəfindən FZ 733 nömrəli Dubay-Bakı aviareysi ilə gələn əvvəllər tanımadığı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus çantalara baxış keçirilərkən hal-şahidi qismində iştirak etməsi üçün dəvət olunmuşdur. Baxış zamanı, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisində qutusuz və aksesuarsız 20 ədəd “İphone 13 pro 128 GB blue” markalı, 10 ədəd “İphone 13 pro 128 GB green” markalı mobil telefon, baqaj yükünun içərisindən 1 ədəd “Apple watch 7 - 45 mm” samart qol saatı, 1 ədəd “Apple watch starlight sport band” markalı smart saatın qayışı və 1 ədəd “Airpods pro” markalı qulaqcığın olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış, əşya və sənədlərin götürülməsi haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “X21” yazıları olan bir ədəd sellofan torbanın içərisində qutusuz və aksesuarsız 10 ədəd “İphone 13 Pro 128 GB green” markalı, 20 ədəd “İphone 13 Pro 128 GB blue” markalı mobil telefon, baqaj yükünün içərisindən isə 1 ədəd “X19 7” markalı elektron saat, 1 ədəd “Apple watch starlight sport band” elektron saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 avqust 2022-ci il tarixli, 9/5545 nömrəli ekspert rəyindən görünür ki, tətqiqata təqdim edilmiş 5 adda əşyaların, yəni “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, 1 ədəd “X19 7” markalı smart saat, 1 ədəd “Apple watch starlight sport band” smart saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcığın 29 iyul 2022-ci il tarixə orta bazar qiyməti təxminən 61090,00 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 19 oktyabr 2022-ci il tarixli, 3/1380 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən 06 avqust 2022-ci il tarixdə 1000-154/0xx-xx/013254 saylı məktubla tədqiqata təqdim edilmiş videogörüntülərdə eksperimental fotoşəkilləri təqdim edilmiş Təqsirləndirilən şəxs və Şahid1 əks olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, 14 aprel 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 19 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qimində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş 19 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, 1 ədəd “X19 7” markalı smart saat, 1 ədəd “Apple watch starlight sport band” smart saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq, eləcə də həmin əşyaların daşınmasında istifadə olunmuş üzərində “X21” yazıları həkk edilmiş sellofan torba cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılmışdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, 1 ədəd “X19 7” markalı smart saat, 1 ədəd “Apple watch starlight sport band” smart saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq, eləcə də həmin əşyaların daşınmasında istifadə olunmuş üzərində “X21” yazıları həkk edilmiş sellofan torbaya münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan bəyan edilməmiş “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, 1 ədəd “X19 7” markalı smart saat, 1 ədəd “Apple watch starlight sport band” smart saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq, eləcə də həmin əşyaların daşınmasında istifadə olunmuş üzərində “X21” yazıları həkk edilmiş sellofan torba hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 246 (iki yüz qırx altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi saxlanılan iş materiallarında olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında, yəni 24436 (iyirmi dörd min dörd yüz otuz altı) manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan bəyan edilməmiş “İphone 13 Pro 128 GB green” markalı 10 ədəd qutusuz mobil telefon, “İphone 13 Pro 128 GB blue” markalı 20 ədəd qutusuz mobil telefon, 1 ədəd “X19 7” markalı smart saat, 1 ədəd “Apple watch starlight sport band” smart saat qayışı və 1 ədəd “Airpods Pro” markalı qulaqcıq, eləcə də həmin əşyaların daşınmasında istifadə olunmuş üzərində “X21” yazıları həkk edilmiş sellofan torba hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 246 (iki yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-211/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-211/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver