Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-211/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Lerik rayonu, Pirasora kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Pirasora kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, yeni sahədə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmuşdur. Belə ki, ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında Xəzər rayonu ərazisində yaşadığı küçədə görüşdükləri vaxt Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq istədini bilib bir sotu 2.000 manat hesabı ilə olmaqla 6 sot torpaq sahəsi üçün 12.000 manat məbləğində pul vediyi halda özünə məxsus olduğunu bildirərək Xəzər rayonu, Binə qəsəbəsi, “Binə Agro” adlanan ərazidə yerləşən 6 sot Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış torpaq sahəsini ona satacağına dair yalan vəd verib həmin torpaq sahəsini ona göstərib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Xəzər rayonu Binə qəsəbəsi, “Binə Aqro” adlanan ərazidə yerləşən həmin torpaq sahəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 dəqiq tarixi istintaqla müəyyənləşdirilməsi mümkün olmayan 2019-cu ilin oktyabr ayında 12.000 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək 2020-ci ilin əvvəllərində 7.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytararaq qalan 5.000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Şahid xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, “Lələ təpə” adlanan ərazidə yerləşməklə 2.600 manat məbləğində pula satdığı 1.3 sot torpaq sahəsini Şahid satmaq üçün “Tap.az” saytına yerləşdiridiyi elanı oxuduqdan sonra ona mobil telefonla zəng edən Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini 2.600 manat verdiyi halda ona satacağını və torpağa dair sənədi ona Təqsirləndirilən şəxs verəcəyini dediyini bildikdən sonra, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda görüşüb Şahid satmaq üçün saytda yerləşdirdiyi elanda göstərilən 1.3 sot torpaq sahəsinin Abşeron rayonu, X11 ərazisində yerləşən xx.xx.2007-ci il tarixli 655 saylı icarə müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürdüyü 0,1805 ha Kənd Təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə məxsus olduğunu və həmin torpaq sahəsinin 0,015 ha hissəsini 2.600 manata aldığı halda Zərərçəkmiş şəxs2 qeydiyyat sənədini o düzəldib verəcəyini bildirməklə, eyni zamanda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı natariat ofisi vastəsilə torpaq sahəsinin üzərində istifadə, idarə və sərəncam vermək hüququ verən xx.xx.2021-ci il tarixli AR-İİN 521607 nömrəli Etibarnamə verməklə inandırıb aldadaraq Zərərçəkmiş şəxs2 məxsus 2.600 manat məbləğində pul əvəzi olaraq həmin dəyərində olmaqla VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayətdən xəbərsiz Nəriman Verdiyevə verdirərək satdığı torpaq sahəsinin dəyəri olaraq ondan 2.600 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək faktiki Zərərçəkmiş şəxs2 satdığı həmin torpaq sahəsini sonradan X8 xx.xx.2023-cü il tarixdə 8500 manata sataraq Zərərçəkmiş şəxs2 2.600 (iki min altı yüz) manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 2.600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adma qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs4 400 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 400 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adma qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs5 400 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 400 manat məbləğində pulunu ahb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adəna qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs6 600 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək İ. Baxşıyevin 600 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adına qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs3 1,200 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Ş,Şəbiyevin 600 manat məbləğində pulunu ahb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 1.200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda görüşdüyü X2 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib ona 10.000 manat verdiyi halda özünə məxsus olduğunu bildirib göstəməklə,faktiki X5 xx.xx.2014-cü il tarixdə satmış olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 ərazisində yerləşən torpaq sahəsinin 0,04 ha hissəsini ona satacağına dair yalan vəd verib inandırıb aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda Şəbinə Əbilovadan 10.000 manat məbləğində pulunu alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs X4 10.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə başlanılmış, xx.xx.2024-cü il tarixdə CM-nin 178.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs qeyd edilən maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə vəsatət təmin edilməmiş, sonuncunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə iş üzrə tərtib olunmuş ittiham aktı Bakı şəhəri Xəzər rayon prokuroru tərəfindən təsdiq edilərək, iş baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında Xəzər rayonu ərazisində yaşadığı küçədə görüşdükləri vaxt Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq istədini bilib bir sotu 2.000 manat hesabı ilə olmaqla 6 sot torpaq sahəsi üçün 12.000 manat məbləğində pul vediyi halda özünə məxsus olduğunu bildirərək Xəzər rayonu, Binə qəsəbəsi, “Binə Agro” adlanan ərazidə yerləşən 6 sot Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış torpaq sahəsini ona satacağına dair yalan vəd verib həmin torpaq sahəsini ona göstərib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Xəzər rayonu Binə qəsəbəsi, “Binə Aqro” adlanan ərazidə yerləşən həmin torpaq sahəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 dəqiq tarixi istintaqla müəyyənləşdirilməsi mümkün olmayan 2019-cu ilin oktyabr ayında 12.000 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək 2020ci ilin əvvəllərində 7.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytararaq qalan 5.000 manat məbləğində pulunu alıb etibardan süi-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 2600 manat, Zərərçəkmiş şəxs4 400, Zərərçəkmiş şəxs5 400 manat, Zərərçəkmiş şəxs6 600 manat, Zərərçəkmiş şəxs3 1.200 manat, X7ma 10.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 05 mart 2025-ci il tarixə təyin edilmiş, cinayət işi məhkəmənin hazırlıq iclasına qədər tərəfimdən öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, bundan başqa, iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Zərərçəkmiş şəxs4 400 və Zərərçəkmiş şəxs5 400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarın 30-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 münasibətdə törədilmiş əməldə cinayət tərkibi mövcud olmamasına baxmayaraq, Təqsirləndirilən şəxs həmin epizodlar üzrə ittiham elan edilmiş, nəticədə Təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyəti ona düzgün izah edilmədiyindən sonuncu dəlilləri təkzib etmək və öz müdafiəsini səmərəli qurmaq imkanından tam məhrum olmuşdur. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Bundan başqa iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Lakin, Təqsirləndirilən şəxs iş materiallarında olan ifadələrindən görünür ki, o, özünü qismən təqsirli bilmişdir. Lakin, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadəsi ibtidai istintaq zamanı vəsatət kimi qiymətləndirilərək hər hansı bir qiymət verilməmiş, həmçinin ittiham aktında da təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi bu dəlillərə qiymət verilməmiş, əksinə ittiham aktında onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyi bildirilmişdir. Beləliklə, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüquqları pozulmuş, bundan başqa, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 hər biri ayrı-ayrılıqda vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda vəsatətin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, müstəntiq tərəfindən ittiham aktı kobud qanun pozuntuları ilə tərtib edilmişdir. İttiham aktında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adma qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs4 400 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 400 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən onun adma qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X11 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs5 400 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs5 400 manat məbləğində pulunu ahb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Halbuki, Azərbaycan Respublikası CM-nin 177-ci maddənin “Qeyd”inin 1-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi beş yüz manatdan yuxarı deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. CPM-in 290.3.2-ci maddəsinə əsasən cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək kimi salahiyyəti vardır. Lakin iş üzrə ibtida istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 münasibətdə törədilmiş əməldə ələ keçirilmiş əmlakın dəyəri 500 manatdan aşağı olduğu üçün cinayət tərkibi mövcud olmamasına baxmayaraq Təqsirləndirilən şəxs həmin epizodlar üzrə ittiham elan edilmiş və ittiham aktı da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikası başqa CPM-in 290.3.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Həmçinin Azərabycan Respublikası CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərər çəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilir. İş üzrə iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Lakin, Təqsirləndirilən şəxs iş materiallarında olan ifadələrindən görünür ki, o, özünü qismən təqsirli bilmişdir. Lakin, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadəsi ibtidai istintaq zamanı vəsatət kimi qiymətləndirilərək hər hansı bir qiymət verilməmiş, həmçinin ittiham aktında da təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi bu dəlillərə qiymət verilməmiş, əksinə ittiham aktında onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədiyi bildirilmişdir. Beləliklə, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası CPM-nin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılmalıdır. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-211/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-211/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver