Məhkəmə qərarları › İş №1(003)-212/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-212/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-212/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1994-cü il tarixdə Lerik rayonunun Hiledərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Hiledərə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, xx xxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən yaşadığı evin həyətində özünə məxsus “VAZ- 2107” markalı avtomobilin arxa oturacağında və həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin zirzəmisində 2018-ci ilin avqust ayından etibarən, yəni Zərərçəkmiş şəxs 16 yaşına çatmadığı dövrdən sonuncu ilə qızlıq pərdəsinin tamlığını pozmaqla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onunla qonşuluqda yaşamış Zərərçəkmiş şəxs 2018-ci ilin aprel ayında özünə məxsus mobil telefonun internet şəbəkəsi işləmədiyinə görə təmir etmək məqsədi ilə ona vermiş, o, həmin telefonun internet şəbəkəsini təmir edə bilmədiyi üçün Ayselə qaytarmışdır. Telefonun təmiri ilə məşğul olan zaman telefonda olan Ayselə məxsus şəxsi “Whatsapp” profil şəkillərini blutuz vasitəsi ilə öz telefonuna köçürmüşdür. Səhəri gün Aysel ondan niyə onun şəkillərini öz telefonuna köçürdüyünü soruşmuş, o, Ayselə ondan xoşu gəldiyi üçün onun şəkillərini öz telefonuna köçürdüyünü deyərək soruşmuşdur ki, “həmin şəkilləri silim, yoxsa saxlayım”. Aysel isə ona “özün bilərsən” deyərək çıxıb getmişdir. Həmin vaxtdan etibarən Aysel ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb söhbət etmişdir. 2019-cu ilin əvvəllərində Aysel onun tanımadığı şəxs ilə nişanlanmışdır. Bundan sonra Ayseldən valideynləri mobil telefonunu almışlar və onun Aysel ilə əlaqəsi kəsilmişdir. 2019-cu ilin axırlarında Ayselin nişanı qaytarılmışdır. Aysel ilə o, bir-birlərini sevdiklərindən, ilk dəfə 2018-ci ilin avqust ayının əvvəllərində razılaşmışlar ki, gecə saat 01 radələrində Aysel onun yaşadığı evin həyətinə gəlsin və görüşsünlər. Bundan sonra Aysel yaşadığı evdən çıxmış və o, öz yaşadığı evin qarşısında onu qarşılayıb həyətinə aparmışdır. Onlar həyətdə olan ona məxsus “VAZ- 2107” markalı avtomobilin arxa oturacağına əyləşmiş və Ayselin öz razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuşlar. Lakin həmin vaxt Ayselin bakirəliyi pozulmamışdır. Bundan təxminən 10 gün sonra Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Ayselgilin evinin zirzəmisində Ayselin öz razılığı ilə yenə də təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt Ayselin qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Bundan sonra onlar müxtəlif vaxtlarda 2019-cu ilin dekabr aynın sonlarınadək 7-10 gündən bir yaşadığı evin həyətində avtomobildə və Ayselin yaşadığı evin zirzəmisində təbii yolla cinsi əlaqədə olmuşlar. Son zamanlar o, marşrut avtobusu idarə edirmiş. Aysellə söhbət zamanı onun nişanının qayıtmasını bilmişdir. Aysel 2020-ci ilin fevral ayının ortalarında ona bildirmişdir ki, bu yaxınlarda başqa bir şəxslə nişanı olacaq. Həmçinin də Ayselin anası ilə Zirə qəsəbəsində istixanada işləməsini də bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ayselin yaxın vaxtlarda nişanlanacağını bildiyi üçün onu evlənmək məqsədi ilə qaçırmaq fikrinə gəlmişdir. Bu səbəbdən də həmin gün axşam saat 21:30 radələrində Ayselgilin yaşadığı evin şifer hasarına tərəf getmiş, həmin vaxt Aysel evin həyətinə çıxmışdır. Ayseli gördüyü zaman şifer hasara yaxınlaşmış və ona onunla evlənmək məqsədi ilə qaçmağı təklif etmişdir. Aysel ondan ciddi olub-olmadığını soruşmuş, o, ona fikrinin qəti olduğunu və onu evlənmək məqsədi ilə qaçıracağını bildirmişdir. Aysel onunla razı olduğu üçün onu özünə məxsus olan “VAZ-2107” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşdirərək qardaşı Orxana məxsus evə aparmışdır. Evin həyət qapısını döymüş, qardaşı qapıya gəlib ondan nə olduğunu soruşmuşdur. O, ona Ayseli evlənmək məqsədi ilə qaçırdığını bildirmiş və Orxan onları evə dəvət etmişdir. Qardaşı Ayseldən onunla könüllü gəlib-gəlmədiyini soruşmuş, Aysel onunla könüllü olaraq evlənmək məqsədi ilə gəldiyini bildirmişdir. Həmin gecə qardaşının evində qalmışlar, lakin Aysellə cinsi əlaqədə olmamışdır. Axşam Aysel özünə məxsus mobil telefonla öz anasına zəng edərək narahat olmamasını bildirmişdir. Səhəri gün qardaşı Orxan Ayselin anası Rövşanəni onların olduqları evə gətirmişdir. Aysel anası ilə görüşüb özü könüllü olaraq onunla gəldiyini bildirmişdir. Həmin gün axşam polis əməkdaşları onların olduğu evə gələrək onları Polis Bölməsinə aparmışlar. O, ilk əvvəldən Ayselin xx xxxx 2003-cü il təvəllüdlü oduğunu bilmişdir. Ayselin 17 yaşına çatmasını gözləmədən belə bir əməl törətdiyi üçün səmimi peşmandır, lakin el adəti üzrə rəsmi nişan mərasimindən sonra Aysel ilə özünə xx xxxx 2020-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayında hər iki tərəfin çoxsaylı qohumlarının iştirakı ilə toy etmişdir. Həmin toyun videoyazısı və toy mərasimi zamanı çəkilmiş fotoşəkillər məhkəməyə də təqdim olunmuşdur. Hazırda Aysel ilə qarşılıqlı razılıq və sevgi əsasında faktiki ailə qurub ər-arvad kimi öz anasına məxsus evdə mehriban yaşayır. Dini kəbin kəsdirmişlər, bunu hər ikisinin valideynləri, gohuməqrəbası bilir və bəyənir. 17 yaşı tamam olmuş Aysel qanunla müəyyən olunmuş yaş həddinə çatanda nikahlarını rəsmiləşdirəcəklər. Bütün bunların nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, özünə məxsus mobil telefonun internet şəbəkəsi işləmədiyi üçün onu təmir etmək məqsədi ilə 2018-ci ilin aprel ayında onlarla qonşuluqda, yəni üzbəüz evdə yaşayan Təqsirləndirilən şəxs vermiş, Namik həmin gün telefonu ona qaytarmışdır. O, telefonunun blutuzuna baxanda bilmişdir ki, Namik mobil telefondan ona aid şəkilləri öz telefonuna göndərib. Namikdən onun şəkillərini niyə götürdüyünü soruşmuş, o, ondan xoşu gəldiyini və bu səbəbdən də şəkillərini götürdüyünü bildirmişdir. Sonradan bir-biri ilə yazışmağa başlamış, təxminən il yarıma yaxın telefon vasitəsi ilə əlaqə saxlayaraq danışmışlar. 2018-ci ilin avqust ayının əvvəllərində, gecə saat 01 radələrində valideynləri yatandan sonra Namiklə yazışıb razılaşmışlar ki, yaşadığı evin həyətinə getsin və onunla görüşsün. Bundan sonra o, yaşadığı evdən çıxmış və evin qarşısında onu gözləyən Namiklə görüşüb Namikin yaşadığı evin həyətinə getmişlər. Onlar həmin həyətdə olan Namikin idarə etdiyi “VAZ- 2107” markalı avtomobilin arxa oturacağına əyləşmişlər. İlk dəfə həmin vaxt öz razılığı ilə Namiklə təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin həmin vaxt onun qızlıq pərdəsi pozulmamışdır. Bundan təxminən 10 gün sonra Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evlərinin zirzəmisində Namik onunla öz razılığı ilə yenə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt onun qızlıq pərdəsi pozulmuşdur. Bundan sonra onlar mütəmadi olaraq 2019-cu ilin dekabr ayının sonlarınadək 7-10 gündən bir yaşadığı evin zirzəmisində və Namikin avtomobilində təbii yolla cinsi əlaqədə olmuşlar. 2019-cu ilin oktyabr ayında X3 adlı şəxslə nişanlanmışdır. Belə ki, Tərlan onu Bakı şəhərində bibisigilə gedərkən görüb və ondan xoşu gəldiyi üçün elçilərini onlara göndərib, el adəti ilə valideynlərindən onu istəmişdir. Lakin Tərlanla heç vaxt görüşməmişdir. Valideynlərin razılığı ilə xx xxxxxx 2020-ci il tarixdə onların nişan mərasimi olmuşdur. Hətta qərarlaşdırmışlar ki, 2021-ci ildə toy mərasimləri olsun. Bunu bilən Namik çox məyus olmuşdur. Çünki Namik özü onunla evlənmək istəyirmiş. O isə Namiklə bir-birlərini sevdiklərini heç kimə deyə bilmirmişlər. xx xxxxxx 2020-ci il tarixdə səhər anası ilə birlikdə anasının işlədiyi yerə ona kömək etmək üçün getmişdir. Həmin gün axşam saat 18:15 radələrində yaşadıqları evə qayıtmışlar. Axşam saatlarında Namik onların həyətinə şifer hasardan boylanaraq ona demişdir ki, “hazırlaş, gedirik”. Namikdən hara getdiklərini soruşmuş, o, ona cavab vermişdir ki, “səni evlənmək məqsədi ilə qaçırdıram”. Namiki sevdiyi üçün onunla qaçmağa razılıq vermiş və onlar birlikdə Namikin qardaşı Orxana məxsus Binə qəsəbəsi Hövsan Südçülük Sovxozunda yerləşən evə getmişlər. Həmin vaxt Orxan evdə olmuş, o, gecə orada qalmış, lakin Namiklə cinsi əlaqədə olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə anası oraya gəlmişdir. Onun həmin evdə olmağını anasına Namikin qardaşı Orxan demişdir. Həmin gün axşam anası ikinci dəfə o qaldığı evə gələrək onlar üçün yemək və paltar gətirmişdir. Sonradan polis əməkdaşları həmin evə gələrək onları Polis Bölməsinə aparmışlar. xx xxxx 2020-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayında Namik ilə özünə el adəti ilə toy edərək hazırda onunla qarşılıqlı razılıq və sevgi əsasında faktiki ailə qurub ər-arvad kimi Namikin anasının evində mehriban yaşayır, dini kəbin kəsdirmişlər, bunu hər ikisinin valideynləri, gohuməqrəbası bilir və bəyənir. Artıq 17 yaşı tamam olmuşdur və o, qanunla müəyyən edilmiş yaş həddinə çatanda nikahlarını rəsmiləşdirəcəklər. Namik onun dünyaya gətirəcəyi körpənin atası olduğuna görə o, ondan şikayətçi deyil və Namikin həbsdə olmasını yox, evində - onun və dünyaya gətirəcəyi körpə uşağının yanında olmasını istəyir. Hesab edir ki, əgər Namikə azadlıqdan məhrum etmə cəzası verilərsə, o, məhz onda zərərçəkmiş şəxs olacaqdır. Ba barədə qanuni nümayəndəsi – anası Şahid1 ilə birlikdə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq Namikə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, qızı Aysel ilə qonşuluqda yaşayan Namikin bir-birlərini sevdiyini bilirmiş, lakin onların görüşmələri barədə heç bir məlumatı yox imiş. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Namik Ayseli öz razılığı evlənmək məqsədi ilə qaçırtmışdır. Onlar əvvəlcə Ayselin öz xoşu ilə Namik tərəfindən qaçırıldığını bilmədiklərindən, bu barədə polisə məlumat vermişlər. Lakin sonradan Aysellə Namikin öz razılıqları ilə bir-birlərinə qoşulub qaçdığını və birbirlərini sevdiklərini bildiklərindən onların münasibətlərinə qarşı çıxmamışlar. Onlara məlum olmuşdur ki, Aysel və Namik öz razılıqları ilə 2018-ci ilin avqust ayının əvvəllərindən başlayaraq Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Namikin evinin həyətində və onların evinin zirzəmisində cinsi əlaqədə olmuşlar. Namik Ayselin başqa bir şəxsə nişanlanacağını bilib evlənmək məqsədi ilə onu öz razılığı ilə qaçırtmışdır. Onun və həyat yoldaşı Elçinin, eləcə də Namikin valideynlərinin razılığı əsasında xx xxxx 2020-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayında Aysel ilə Namikin el adəti ilə toyları olmuş və hal-hazırda onlar birlikdə bir ailə kimi Namikin anasının evində mehriban yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, onun kiçik qardaşı Namik ilə qonşuluqlarında yaşayan Aysel bir-birlərini sevirmişlər. xx xxxxxx 2020ci il tarixdə, saat 22 radələrində evlərinin qapısının döyüldüyünü eşitmiş və qapını açarkən qapının qarşısında Namik ilə Ayselin dayandığını görmüşdür. O, onları evə dəvət edib nə məsələ olduğunu soruşmuş, Namik Ayseli evlənmək məqsədi ilə qaçırtdığını bildirmişdir. Ayseldən bu barədə soruşduqda, o, öz xoşu ilə Namik ilə evlənmək məqsədilə qaçdığını bildirmişdir. Hətta həmin vaxt Aysel Namikə məxsus mobil telefonla anası Rövşanəyə zəng vurub Namiklə qaçdığını və narahat olmamalarını bildirmişdir. Namik ilə Aysel həmin gecə ona məxsus evin ayrı-ayrı otaqlarında qalmışlar. Hətta həmin günün səhərisi o, Ayselin anası Rövşanəni qarşılayıb öz evinə gətirmiş və Rövşanə qızı ilə görüşmüşdür. Həmin günün axşamı Namiklə Ayseli 3-cü Polis Bölməsinə dəvət etmişlər. xx xxxx 2020-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayında Aysel ilə Namikin toyları olmuş və hal-hazırda onlar birlikdə bir ailə kimi mehriban yaşayırlar. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, hadisə yerini göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 129 saylı rəyindən görünür ki: - 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. - Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən artıqdır. - Zərərçəkmiş şəxs onun qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 163 saylı rəyindən görünür ki:

1. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2.3.4. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər-hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 632 saylı rəyindən görünür ki, aparılmış eskperimental-psixioloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak proseslərinin (qavrama, diqqət, yaddaş xüsusiyyətləri, təfəkkür və s.) normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərdə, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafi yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-pisixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçilik, sərbəstliyə və müstəqilliyə can atmaq, adaptivlik kimi fərdi-psixi xüsusiyyətlərə malik olduğu müəyyən edildi. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmədiyindən, əqli və psixi inkişafını nəzərə almaqla, cinsi əlaqədə olarkən hərəkətlərinin xakarter və mənasını dərk edə bilərdi. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan nikahnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dini nikah bağlanmışdır. İş materiallarında olan və xx xxxx 2020-ci il tarixdə “Səda” şadlıq sarayında keçirilmiş toy şənliyi zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bəy-gəlin kimi valideynlərinin və digər qohum-əqrəbalarının əhatəsində həmin toyda iştirak edirlər. İş materiallarında olan videodiskə şəhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə “Səda” şadlıq sarayında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs toy şənliyi keçirilmiş, həmin toyda hər iki tərəfin valideynləri və digər qohum-əqrəbaları iştirak etmişlər. İş materiallarında olan və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, onun Namikdən heç bir şikayəti və ya digər tələbi yoxdur, ailə qurub çox mehriban və xoşbəxt yaşayırlar. Hesab edir ki, əgər Namikə azadlıqdan məhrum etmə cəzası verilərsə, o, məhz onda zərərçəkmiş şəxs olacaqdır. Bütün bunların nəzərə alınaraq Namikə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs - yetkinlik yaşına çatmış xx xxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar surətdə on altı yaşına çatmayan şəxslə xx xxxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə onunla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətməsi faktı onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Ələkbərov İfaddin oğlunun ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq onunla el adəti üzrə toy edib faktiki ailə qurmasını və hazırda ər-arvad kimi birgə yaşamasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq onunla el adəti üzrə toy edib faktiki ailə qurmasını və hazırda ər-arvad kimi birgə yaşamasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar