Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-213/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 459/2022 saylı 09 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 oktyabr 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq dəhlizdə yerləşdirilmiş 01 ədəd 280 manat qiymətində “LG” markalı televizoru və eyni zamanda evin həyətində olan 1 ədəd 50 manat qiymətində laqondanı, 01 ədəd 150 manat qiymətində qaynaq aparatını və 1 metri 1 manat olmaqla ümumi qiyməti 20 manat olan elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 300 manat qiymətində samovarı, 1 ədəd 700 manat qiymətində velosipedi, 1 metri 10 manat olmaqla ümumi qiyməti 80 manat təşkil edən 8 metr uzunluğunda olan 16 diametrlik elektrik naqilini və 1 metri 5 manat olmaqla ümumi qiyməti 25 manat təşkil edən 5 metr uzunluğunda olan 6 diametrlik elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1105 (min yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən dəmir boru düzəldilən sexin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “KİA” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib avtomobilin salonundakı sürət ötürücüsünün yanında olan və içərisində 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd 30 manat qiymətində “Paşa” banka məxsus bank kartı, 1 ədəd 20 manat qiymətində “Xalq” banka məxsus bank kartı, 1 ədəd 20 manat qiymətində “Kapital” banka məxsus bank kartı və 2600 manat pul olan 30 manat qiymətində olan 01 ədəd pul kisəsini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan dəmir vaqona plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq oradan şkafda paltarların altında olan 150 manat pulu, stolun üstündə olan 50 manat dəyərində qəpik pulları, stolun üstündə olan 100 manat qiymətində “İphone 6” markalı mobil telefonu, şkafın üst gözündə olan 100 manat qiymətində 1 ədəd “Tissot” markalı saatı, şkafın qarşısında yerdə olan 250 manat qiymətində qantel dəstini, stolun üstündə olan 30 manat qiymətində feni, şkafdan asılmış və FHN-nə məxsus formanın 30 manat qiymətində olan şalvarını, 1 ədəd 30 manat qiymətində köynəyi, 01 ədəd 80 manat qiymətində nazik gödəkçəni, şkafın yanında olan 1 cüt 30 manat qiymətində olan ayaqqabını, 1 cüt 80 manat qiymətində makasin tipli ayaqqabını, stolun üstündə olan 30 manat qiymətində idman çantasını, həmçinin həyətində olan 1 ədəd 150 manat qiymətində samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1110 (min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ilk dəfə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində əvvəl kirayə yaşadığı Zərərçəkmiş şəxs3 məxsus Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, N.Əliyev küçəsində yerləşən yaşayış sahəsi olan evin həyətinə qanunsuz daxil olaraq evin həyətində olan, hər biri 300 litr tutumunda olmaqla 1 ədədi 150 manat olan və ümumi qiyməti 300 manat təşkil edən iki ədəd alüminium su çənini gizli olaraq talamış, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində həmin evə yenidən qanunsuz daxil olaraq evin içində divara çəkilmiş, 1 metri 10 manat olmaqla ümumi qiyməti 200 manat təşkil edən 20 metr uzunluğunda 2.5 diametrlik mis elektrik naqillərini və həyətdə olan 300 manat qiymətində “Marqius” markalı su mühərrikini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, siqaretin gümüşü rəngli kağızına bükülmüş formada 01 ədəd büküm narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 oktyabr 2022-ci il tarixdə saat 18:00-da Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Gəncə” təndirinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitədən təxminən 1 ildir ki, istifadə edir. Narkotik vasitə almağa imkanı olmadığından bir neçə ünvandan oğurluq etmişdir. Belə ki, o, heç yerdə işləmədiyinə və narkotik vasitənin asılılığında olduğu üçün öz tələbatlarını ödəməkdən ötrü başqa vasitə olmadığına görə xx.xx.2022-ci il tarixində saat 13 radələrində Buzovna qəsəbəsi M.Ə.Sabir küçəsində hərəkət edərkən bir evin dəmir çərçivəsiz olmasını görmüşdür. Həyətə hasarın üzərindən tullanıb keçərək daxil olmuş və plastik pəncərəni öz yaşadığı evdən götürdüyü dəmir alətlə açıb pəncərədən evə daxil olmuşdur. Evi axtarıb pul tapmadıqdan sonra orada olan əşyaları həcmcə kiçik olan və daşıya biləcəyi qədər oğurlamağı qərara almışdır. Bu məqsədlə evin dəhlizində yerləşdirilmiş 1 ədəd “LG” markalı televizoru, evin həyətindən isə bir neçə metr uzunluğunda naqili, 1 ədəd qaynaq aparatı və 1 ədəd laqondanı götürərək evi tərk etmişdir. Həmin gün oğurladığı əşyaları daşımağa gücü çatmadığı üçün markasını və nömrəsini xatırlamadığı yol taksisi ilə Buzovna-Maştağa magistralının yaxınlığında yerləşən yerini tam dəqiq xatırlamadığı əlvan metal və ikinci əl əşyalar alan obyektə gəlib həmin oğurladığı bir neçə metr uzunluğunda naqili 15 manata, 1 ədəd “LG” markalı televizoru, 1 ədəd qaynaq aparatı və 1 ədəd laqondanı isə Sabunçu rayonu ərazisində yerləşən rus bazarında ümumilikdə 200 manata tanımadığı şəxsə satmışdır. Bundan əlavə, xx.xx.2022-ci ildə gecə saat 01 radələrində Buzovna qəsəbəsi Çiləgər massivində təmirsiz ev görmüş və evdə yaşayış olmadığını təxmin edərək hasardan həyətyanı sahəyə daxil olmuşdur. Evdən 01 ədəd velosiped, ümumi uzunluğu təxminən 20 metrdən uzun olmayan 2 növ elektrik naqili və 01 ədəd samovar götürərək oranı tərk etmişdir. Evdən götürdüyü samovar və naqili qalın torbaya qoyaraq velosipedin əl tutacağından asmış və məhəllə arası yollarla sürüb oradan uzaqlaşmışdır. Həmin gün Buzovna-Maştağa magistralının yaxınlığında yerləşən yerini tam dəqiq xatırlamadığı əlvan metal və ikinci əl əşyalar alan obyektə gəlib oğurladığı əşyalardan elektrik naqillərini ümumilikdə 50 manata, samovar və velosipedi isə Sabunçu rayonu ərazisində yerləşən rus bazarında ümumilikdə 400 manata tanımadığı şəxsə satmışdır. Bundan başqa, xx.xx.2022-ci ildə saat 15 radələrində Binə atçılıq massivində piyada hərəkət edərkən **-SS-*** dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilin yol kənarında pəncərəsi açıq vəziyətdə dayandığını görmüş və avtomobilə yaxınlaşarkən salonda sürət ötürücüsünün yanında 1 ədəd pul qabı olduğunu görmüşdür. İçərisində pul ola biləcəyini güman edib və ətrafda da heç kəsin olmamasından istifadə edərək avtomobilin pəncərəsindən əlini içəri salıb pul qabını götürərək cəld şəkildə həmin ərazini tərk etmişdir. Bir qədər uzaqlaşdıqdan sonra pul qabını açdıqda içərisində 2600 manat pul, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 03 ədəd müxtəlif xatırlamadığı banklara məxsus bank kartları olduğunu görmüşdür. 2600 manat pulu götürüb cibinə qoymuş, pul qabını isə içərisində olan qeyd etdiyi əşyalarla birlikdə Mərdəkan şosesinə tərəf hərəkət edərkən yol kənarında axan və yerini hazırda dəqiq xatırlaya bilmədiyi su kanalına atmışdır. 2600 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci ildə saat 23 radələrində Xəzər rayonu Albalılıq massivində işığı yanmayan ev görmüş və evdə kiminsə olub-olmadığını bilmək üçün həyətə bir neçə daş atmışdır. Evdən heç kimin çıxmadığını gördükdən sonra hasardan keçməklə həyətə daxil olmuşdur. Həyətdə modul tipli yaşayış üçün nəzərdə tutulmuş dəmir vaqonun olduğunu görmüşdür. Dəmir vaqonun pəncərəsindən içəri daxil olmuş və oradan 150 manat kağız pulu, 50 manat dəyərində qəpik pulları, 1 ədəd “İphone 6” markalı mobil telefonu, 1 ədəd qol saatını, qantel dəstini, 1 ədəd feni, 1 ədəd şalvarı, 1 ədəd köynəyi, 01 ədəd nazik gödəkçəni, 2 cüt ayaqqabını, 1 ədəd idman çantasını və 1 ədəd samovarı oğurlayıb ordan uzaqlaşmışdır. Pulları öz şəxsi istifadəsi üçün xərcləmişdir. Digər əşyaları isə səhəri gün Sabunçu rayonu ərazisində yerləşən rus bazarında dəyər-dəyməzə ümumilikdə 800 manata tanımadığı müxtəlif şəxslərə satmışdır. Sonuncu dəfə isə o, əvvəllər kirayə qaldığı, sonradan isə çıxası olduğu Xəzər rayonu, Albalılıq yaşayış massivi N.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətindən xx.xx.2022-ci il tarixdə saat 01 radələrində 2 ədəd su çəni, xx.xx.2022-ci il tarixdə isə saat 23 radələrində evin həyətində olan 01 ədəd su mühərrikini və təxminən 20 metrə yaxın elektrik naqilini oğurlamışdır. Bir neçə gün sonra isə həmin əşyaları yoldan keçən tanımadığı dəmir və əlvan metal yığan şəxslərə ümumilikdə 400 manata satmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən “Gəncə” təndirinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və ondan özünü təqdim etməyini tələb etmişlər. O, şəxsiyyəti barədə polis əməkdaşlarına məlumat verdikdən sonra onlar onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 2-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demişlər. Sonra isə onun hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra isə polis əməkdaşları üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində 01 ədəd spesifik iyli narkotik vasitə (kakos) çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni Sabunçu rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən xx.xx.2022-ci il tarixdə 15 manata özü istifadə etmək üçün alıb üstündə gəzdirdiyini bildirmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə heroin (kakos) polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluq cinayətlərinin heç birini etməmişdir. Polis şöbəsində ona fiziki və psixi təzyiqlər göstərilərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmiş, lakin o, bu barədə heç bir yerə şikayət etməmişdir. O, narkotik vasitələrdən istifadə edəndir, xx.xx.2022-ci il tarixdə Polis şöbəsinə gətirilərkən üzərində 01 ədəd bükümdə narkotik vasitə heroin olmuşdur. 2-ci PŞ-də vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə baxış və götürmə aparılarkən özü həmin narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitə heroin (kakos) polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitədən istifadə etdiyini etiraf edir və bu əməldən peşman olmuşdur. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:30-da ailəsi ilə birlikdə atasının evinə getmişlər. Həmin gün saat 14:45-də evinə qayıdarkən aşkar etmişdir ki, naməlum şəxslər evin ön tərəfində quraşdırılmış plastik pəncərəni açmaq yolu ilə evə daxil olub dəhlizdə yerləşdirilmiş 3 ay əvvəl 280 manata aldığı 01 ədəd “LG” markalı televizoru və eyni zamanda evin həyətində olan 1 ədəd 50 manat qiymətində laqondanı, 01 ədəd 150 manat qiymətində qaynaq aparatını və 1 metri 1 manat olmaqla ümumi qiyməti 20 manat olan elektrik naqilini oğurlamışlar. Oğurluq nəticəsində ona 500 (beş yüz) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq etmədiyini hesab edir, təqsirləndirilən şəxsi görməmişdir, tanımır, onu oğurluq olan evə gətirməmişlər, buna görə də onun ona qarşı şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Buzovna qəsəbəsi Çiləgər massivi nömrəsiz fərdi evdə yaşayır. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 17:30-da o, yenidən həmin evinə qayıtmışdır. Həyətdə olan zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüş və evin içərisinə girib baxış keçirmişdir. Baxış zamanı evin içərisində olan 1 ədəd 300 manat qiymətində samovarın, 1 ədəd 700 manat qiymətində markasını xatırlamadığı velosipedin, 1 metri 10 manat olmaqla ümumi qiyməti 80 manat təşkil edən 8 metr uzunluğunda olan 16 diametrlik elektrik naqilinin və 1 metri 5 manat olmaqla ümumi qiyməti 25 manat təşkil edən 5 metr uzunluğunda olan 6 diametrlik elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1105 (min yüz beş) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Binə qəsəbəsi Atçılıq massivində yerləşən Dəmir boru düzəldən sexin qarşısında “Kia” markalı **-SS-*** dövlət nömrə nişanlı avtomobilini saxlayaraq sexə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra qayıdarkən aşkar etmişdir ki, maşınının açıq qapısından içərisinə daxil olan naməlum şəxs avtomobilin salonundakı sürət ötürücüsünün yanında olan və içərisində şəxsiyyət vəsiqəsi, 1 ədəd 30 manat qiymətində “Paşa bank”a məxsus bank kartı, 1 ədəd 20 manat qiymətində “Xalq bank”a məxsus bank kartı, 1 ədəd 20 manat qiymətində “Kapital bank”a məxsus bank kartı və 2600 manat olan 30 manat qiymətində pul kisəsini oğurlamışdır. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun maşınından oğurluq etmədiyini, pul qabını götürmədiyini hesab edir, təqsirləndirilən şəxsi görməmişdir, tanımır, buna görə də onun ona qarşı şikayəti yoxdur. Çünki, maşınında pul olduğunu bilən və mənim də şübhələndiyim başqa şəxslər var idi, həm də maşınını saxladığı yerdə “AL market”ə və “OBA” marketə məxsus kameralar olmuşdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, o, Oğuz rayonunda qeydiyyatda olsa da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi nömrəsiz fərdi evin həyətində olan modul tipli vaqonda yaşayır. Həmin ev və modul tipli yaşayış üçün nəzərdə tutulmuş vaqon tanışı Pərviz Həsənova məxsusdur. O, Pərvizin icazəsi ilə orada müvəqqəti yaşamışdır. Belə ki, onun iş yeri Yevlaxda olsa da Bakıya ezam olunan zaman müvəqqəti olaraq həmin qeyd etdiyi yerdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 21:00-da o, həmin yaşadığı yerdən işləriylə bağlı çıxmışdır. Evdən çıxarkən əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə saat 01:00-da evə qayıdarkən şkafda paltarlarının altına qoyduğu 150 manat pulun, stolun üstünə qoyduğu 50 manat dəyərində qəpik pulların, stolun üstünə qoyduğu 100 manat qiymətində “İphone 6” markalı mobil telefonun, şkafın üst gözünə qoyduğu 100 manat qiymətində 1 ədəd “Tissot” markalı saatının, yerdən şkafın qarşısına qoyduğu 250 manat qiymətində qantel dəstinin, stolun üstünə qoyduğu 30 manat qiymətində fenin, şkafdan asdığı və işlədiyi nazirliyinin formasının 30 manat qiymətində olan şalvarının, 1 ədəd 30 manat qiymətində köynəyinin, 01 ədəd 80 manat qiymətində nazik gödəkçəsinin, şkafın yanına qoyduğu 1 cüt 30 manat qiymətində olan ayaqqabısının, 1 cüt 80 manat qiymətində makasin tipli ayaqqabısının, stolun üstündə olan 30 manat qiymətində idman çantasının, həmçinin həyətində olan 1 ədəd 150 manat qiymətində samovarın oğurlandığını aşkar etmişdir. İlk əvvəl elektrik kabelinin oğurlandığını düşünsə də, sonradan həmin elektrik kabelini həyətdə divarın dibində tapmışdır. Samovarın ilk əvvəl Pərvizə məxsus olduğunu zənn etmiş, lakin sonradan müəyyən etmişdir ki, həmin samovar da ona məxsusdur. Hadisənin səhəri gün o bu barədə ərizə ilə polisə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1110 (min yüz on) manat məbləğində maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı yerdən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ondan şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 11 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş 800 manat məbləğində ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi N.Əliyev küçəsində evi vardır, həmin evin bir otağını təmir edib xx.xx.2022-ci il tarixdə təsadüfi tanıdığı Təqsirləndirilən şəxs kirayə vermişdir. Sonradan görmüşdür ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, ona kirayə pulunu verə bilməyəcək, ona görə də Rövşəni evindən çıxartmışdır. Rövşən evindən çıxdıqdan sonra ev boş qalmışdır. Ev boş olsa da, o, tez tez oraya nəzarət məqsədi ilə baş çəkmişdir. Sonuncu dəfə o, 25 sentyabr 2022-ci il tarixdə həmin evdə olmuşdur. Həmin gün saat 15 radələrində evi tərk edən zaman əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində evinə baxmağa getdikdə görmüşdür ki, həyətində olan hər biri 300 litr olmaqla 1 ədədi 150 manat olan və ümumi qiyməti 300 manat təşkil edən iki ədəd alüminium su çəni oğurlanmışdır. Evə baxışı davam etdirən zaman digər əşyaların yerində olduğunu görmüşdür. Həmin gün o, təxminən saat 12 radələrində evi tərk etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində evə gəldikdə görmüşdür ki, evin içində divara çəkilmiş, 1 metri 10 manat olmaqla ümumi qiyməti 200 manat təşkil edən 20 metr uzunluğunda 2.5 diametrlik mis elektrik naqillərinin və həyətdə olan 300 manat qiymətində markos markalı su mühərriki oğurlanmışdır. İşlərinin çoxluğu ilə əlaqədar həmin gün polisə müraciət edə bilməsə də, bir neçə gündən sonra Xəzər RPİ-nin 2-ci PŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, evindən və həyətindən oğurluq edən Təqsirləndirilən şəxs şübhələnir, belə ki, Rövşən onun evindən oğurluq etmiş, ona ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, əvvəllər bir çox sahələrdə fəhlə kimi çalışsa da, 2019-cu ildən etibarən Buzovna-Maştağa magistralının yaxınlığında metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin avqust ayının sonlarında özünü Rövşən kimi təqdim edən bir nəfər şəxs işlətdiyi məntəqəyə gələrək təxminən 20 metr uzunluğunda naqili özü ilə gətirib özünə məxsus olduğunu və həmin elektrik naqilini satmaq istədiyini demişdir. O da naqili nəzərdən keçirib almaq qərarına gəlmişdir və həmin naqili ümumilikdə 15 manata həmin şəxsdən satın almışdır. Bundan bir neçə gündən sonra isə həmin şəxs yenidən işlətdiyi məntəqəyə gələrək təxminən 8 metr uzunluğunda olan 16 diametrlik elektrik naqilini və təxminən 5 metr uzunluğunda olan 6 diametrlik elektrik naqilini məntəqəyə özü ilə gətirib özünə məxsus olduğunu və həmin elekttrik naqillərini də satmaq istədiyini demişdir. O, həmin naqilləri nəzərdən keçirib ümumilikdə 50 manata həmin şəxsdən satın almış, bir neçə gün sonra isə onları Sumqayıtda yerləşən mis zavoduna ümumilikdə 90 manata əridilməsi üçün satmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 07 oktyabr 2022-ci il tarixdə saat 18:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Buzovna qəsəbəsində yerləşən “Gəncə” təndirinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq 2-ci PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən şöbə rəisinin adına raport yazılmışdır. PŞ-nə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin PŞ-də həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Arzuman İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, həmçinin Xəzər rayonu ərazisində bir sıra evlərdən də oğurluq etdiyini və həmin evlərin yerini göstərə biləcəyini demişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olubolmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin (kakos) tərəflərindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2022ci il tarixli 6/5791 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs İştirakçılar...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,342 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,292 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitə olan həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılaraq zərfin üzəri “DİN-nin Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 03 dəqiqə 43 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 00:45-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 00:53-cü saniyəsindən etibarən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Videogörüntünün 00:59-cu saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilir. Videogörüntünün 01-ci dəqiqəsinin 15-ci saniyəsindən etibarən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini, həmçinin Xəzər rayonu ərazisində bir sıra evlərdən də oğurluq etdiyini və həmin evlərin yerini göstərə biləcəyini deyir. Videogörüntünün 01:54-cü saniyəsindən etibarən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 03:37-ci saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hərhansı bir təzyiq olub-olmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir. Videogörüntünün 03-ci dəqiqəsinin 42-ci saniyəsindən etibarən təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirir və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,342 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,292 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlara dəymiş ziyan ödənilməsə də onlar Təqsirləndirilən şəxs şikayətçi deyillər və ona hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 19 oktyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 62 və 66.3-cü maddələrinə əsasən şərti maliyyə vahidinin 500 misli məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.1 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, barəsində Sabunçu RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 1(008)- 737/2022 saylı 25 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 30 aprel 2020-ci il tarixdən 02 may 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün və 20 iyul 2022ci il tarixdən 22 iyul 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) bir günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, oğurluq cinayətlərini törətməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİnin 2-ci PŞ-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərmiş, lakin nə həmin vaxt, nə də sonradan bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, müdafiəçisinin iştirakı ilə etirafedici ifadə vermiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə əlaqədar qeyd edir ki, onlar hadisənin necə baş verməsini, təqsirləndirilən şəxsi görmədiklərini, onu tanımadıqlarını göstərmiş və məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verdiyi ifadələrini dinlədikdən sonra onlarda belə təəssürat yaranmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri cinayət işinin materialları və onun özünün ilkin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən – narkotik vasitələrdən istifadə etmə hissəsində etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 1(008)-737/2022 saylı 25 noyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 aprel 2020-ci il tarixdən 02 may 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) bir günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 1(008)-737/2022 saylı 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 aprel 2020-ci il tarixdən 02 may 2022-ci il tarixədək 2 (iki) gün və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış və ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 aprel 2020ci il tarixdən 02 may 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 07 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,292 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 15(on beş) iş saatına görə 90 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinin 1(008)-737/2022 saylı 25 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 aprel 2020-ci il tarixdən 02 may 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün və 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 07 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,292 qram narkotik vasitə - kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-213/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-213/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver