Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-214/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Müdafiəçi, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Dövlət ittihamçısı iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 18 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində oğurlayacağı əmlakları yaşadığı evin həyətinə daşımaq məqsədi ilə əvvəlcəıdən razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan yük avtomobilinin sürücüsü ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni sahədə yerləşən tikilməkdə olan bağ evinin qarşısına gəlmişdir. Bağ evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra bağ evinin ona məxsus olduğunu sürücüyə inandırmaq üçün sürücünü aldadaraq bağ evinin açarlarını itidiyini bildirib sürücüdən onunla birlikdə hasardan həyətə daxil olub əmlakları çıxarmaqda ona köməklik etməsini xahiş etmişdir. Sürücünü bağ evinin ona məxsus olmasına inandırdıqdan sonra sürücü ilə hasarla əhatələnmiş həyətyanı sahəyə qanunsuz daxil olararaq oradan orta bazar qiyməti 200 manat olan bir ədəd 50 mm diametrlik, orta bazar qiyməti 400 manat olan bir ədəd 100 mm diametrlik, orta bazar qiyməti 600 manat olan bir ədəd 150 mm diametirlik ölüçülərdə olmaqla ümumi 100 metr uzunluğunda dəmir boruları, habelə, orta bazar qiyməti 500 manat olan mancanaq dəzgahının elektrik motorunu və orta bazar qiyməti 300 manat olan reduktoru olmaqla ümumilikdə 2000 manat məbləğində, daha sonra isə 24 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində yenə oğurlayacağı əmlakları yaşadığı evin həyətinə daşımaq məqsədi ilə əvvəlcədən razılaşdığı şəxsiyyəti istintaqa məlum olmayan başqa bir yük avtomobilinin sürücüsü ilə eyni qaydada Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu, Zirə qəsəbəsindəki tikilməkdə olan evinin həyətyanı sahəsinə qanunsuz olaraq daxil olaraq oradan sonuncuya məxsus bir ədədinin orta bazar qiyməti 150 manat olan iki ədəd 10 metr uzunluğunda olmaqla, cəmi 20 metr uzunluqda 300 manat məbləğində metal boruları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi cəhətdən imkanı olmadığından qonşusu və kəndçisi Rafailin Zirə qəsəbəsi, Yeni sahə yaşayış massivində olan bağında olan metal boruları oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə də, 18 yanvar 2022-ci il tarixdə Zirə qəsəbəsində tanımadığı «QAZEL» markalı yük maşının sürücüsünə yaxınlaşıb bağ sahəsində olan metalları həyətinə gətirmək istədiyini demiş və sürücü ilə 15 manata razılaşmışdır. Həmin gün saat 23 radələrində sürücü ilə Zirə qəsəbəsində görüşüb Rafailin bağının qarşısına gəlmişlər. Sürücünün metalları oğurlamaq istədiyini bilməməsi üçün bağın açarını itirdiyini demiş və sürücüdən hasardan bağa düşüb metal boruları götürməkdə ona kömək etməsini xahiş etmişdir. Sürücü razılaşıb onunla birlikdə bağa daxil olmuş və o, dəmir boruları, həmçinin bir ədəd mancanaq dəzgahının elektrik motorunu və reduktorunu oğurlayaraq sürücünün «QAZEL» markalı yük maşınına yükləmişlər. Oğurladığı metalları yaşadığı evin həyətinə gətirib 1-2 gün sonra Zirə qəsəbəsində səyyar metal qəbul edən şəxslərə 50 manata satmışdır. Bunda sonra 24 yanvar 2022-ci il tarixdə Zirə qəsəbəsində «VAZ 2104» markalı yük maşının sürücüsünə bağda olan metalları axşam bağdan götürüb yaşadığı evin həyətinə gətirmək istədiyini bildirmiş və sürücü onunla razılaşmışdır. Həmin gün axşam saat 23 radələrində sürücü ilə görüşüb Rafailin bağının qarşısına gəlmiş və sürücüyə bağın açarını itirdiyini deyib ona kömək etməsini xahiş etmişdir. Sürücü razı olduğundan onun köməkliyi ilə bağdan təxminən 20 metr uzunluğunda iki ədəd metal borunu oğurlayıb «VAZ 2104» markalı maşınla yaşadığı evin həyətinə gətirmişdir. Sonra həmin boruları 25 fevral 2022-ci il tarixdə metal qəbul edən şəxslərə 30 manata satmışdır.Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, SOCAR «X4» neft qaz hasilatı üzrə operator vəzifəsində işləyir. Zirə qəsəbəsi yeni sahə yaşayış massivində hasarlı həyəti və içərisində kiçik tikilisi vardır. 23 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində həyətinə gedən zaman metal boruların bir hissəsinin, yəni bir ədəd 50 mm, bir ədəd 100 mm və bir ədəd 150 mm diametrlik ümumi 100 metr uzunluğunda dəmir boruların, bir ədəd mancanaq dəzgahının elektrik motorunun və reduktorunun yerində olmadığını görüb DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Sonra 1-ci Polis şöbəsinə gedərək ərizə yazmışdır. Növbəti dəfə 25 yanvar 2022-ci il tarixdə, saat 10 radələrində bağa gedərkən iki ədəd 20 metr uzunluğunda metal boruların oğurlandığını müəyyən edib yenidən 1-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin gün saat 12:30 radələrində Zirə qəsəbəsində küçədə «VAZ 2106» markalı avtomaşında metal yığanların avtomobilində ona məxsus iki ədəd metal boruların olduğunu görüb boruları haradan əldə etdiklərini soruşmuşdur. Həmin şəxslər boruları tanımadığı şəxsdən 30 manata aldıqlarını və həmin şəxsi göstərə biləcəklərini demişlər. Bundan sonra o, polis əməkdaşına müraciət edərək hadisə ilə bağlı məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra metal borularını oğurlayan şəxsin həyətinə getmişlər. Orada metal boruları oğurlayan şəxsin kəndçisi Təqsirləndirilən şəxs olduğu bilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2300 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, lakin dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 göstərdi ki, 3 il olar ki, «VAZ 2106» markalı avtomobili ilə X3 ilə birlikdə səyyar qaydada Bakı kəndlərindən metal qəbul etməklə məşğul olur. 25 yanvar 2022-ci il tarixdə, saat 11 radələrində Xəzər rayonu, Zirə qəsəbəsində olarkən özünü İsmayıl kimi təqdim edən şəxs onu öz evinin həyətinə dəvət edərək 02 ədəd metal borunu 30 manata satdığını demişdir. Onlar da, 30 manatı ödəyib həmin boruları idarə etdiyi avtomobilə yükləyib getmişlər. Adının sonradan Rafail olduğunu bildiyi şəxs ona yaxınlaşaraq boruları kimdən aldıqlarını soruşmuş və həmin boruların onun həyətindən oğurlanmasını demişidr. Lakin o və Alim boruların oğurluq olmasını bilmədiklərini demişlər. Daha sonra polis əməkdaşları onları Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə aparıb orada izahatlarını almışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X3 istintaq zamanı şahid X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və bir evdə yaşayırlar. 18 yanvar 2022-ci il tarixdə İsmayıl yaşadığı evin həyətinə uzunluğu təxminən 50-60 metr olan 50 mm-lik, 100 mm-lik və 150 mm-lik ölçülərdə borular gətirmişdir. Daha sonra İsmayılın həmin boruları satdığını bilmişdir. İsmayılın boruları haradan əldə etdiyini bilməsə də, boruların İsmayıla məxsus olmadığını bilmişdir. Belə ki, İsmayılın həmin boruları oğurlamasından şübhələmişdir. Təqsirləndirilən şəxs bundan başqa oğurluq və ya digər cinayət əməli törətməsi barədə məlumatı yoxdur. 17 may 2022-ci il tarixdə məhkəməyə Şahid3 ərizəsi daxil olmuşdur. Ərizədə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayevə fiziki şəxs X6 tərəfindən ünvanlanmış 28 mart 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri üzrə metal bazarında bir ədəd 50 mm diametrlik, bir ədəd 100 mm diametrlik, bir ədəd 150 mm diametirlik ölçülərdə olan ümumi uzunluğu 100 metr olan dəmir boruların, habelə mancanaq dəzgahının elektrik motoru və reduktorunun, eləcə də, 20 metr uzunluqda metal boruların ümumi qiyməti 2300 manat dəyərində təşkil edə bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 13 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, 19 aprel 2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, 28 iyun 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 26 yanvar 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rafiq Qarayevin 28 mart 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, götürülmüş 02 ədəd dəmir boru maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər rayon Polis idarəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan götürülmüş 02 ədəd dəmir boru hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt olmaqla ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, 300 (üç yüz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 yanvar 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan 02 ədəd dəmir boru hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Dövlət ittihamçısı Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Dövlət ittihamçısı ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-214/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-214/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver