Məhkəmə qərarları › İş №1(003)-216/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-216/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-216/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi döngə 1 ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Məktəbli küçəsində yerləşən saxlanc yeri olan “Kapriz” marketin qarşısına gələrək orada rolları öz aralarında bölüşdürdükdən sonra o, pusquda dayanmış, X4 isə həmin marketə plastik pəncərəsini sıxıb açma yolu ilə qanunsuz daxil olub kassada olan 120 manat nağd pulu və piştaxtalarda olan 01 qutusu 3,70 manat ümumi dəyəri 74 manat olan 20 qutu “Sobranie” markalı ağ qutulu siqareti, 01 qutusu 3,60 manat ümumi dəyəri 46,80 manat olan 13 qutu “Sobranie Compakt” markalı siqareti, 01 qutusu 3,70 manat ümumi dəyəri 37 manat olan 10 qutu “Sobranie” markalı ağ nazik siqareti, 01 qutusu 3,70 manat ümumi dəyəri 33,30 manat olan 09 qutu “Sobranie” markalı qara nazik qutulu siqareti, 01 qutusu 3,70 manat ümumi dəyəri 37 manat olan 10 qutu “Sobranie” markalı göy nazik qutulu siqareti, 01 qutusu 3,70 manat ümumi dəyəri 44,40 manat olan 12 qutu “Sobranie” markalı kapsular siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 51,20 manat olan 16 qutu “Winiston” markalı nazik siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 73,60 manat olan 23 qutu “Winiston” boz Kampakt markalı siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 38,40 manat olan 12 qutu “Winiston” göy Kampakt markalı siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 83,20 manat olan 26 qutu “Winiston” markalı boz nazik siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 32 manat olan 10 qutu “Winiston” markalı göy nazik siqareti, 01 qutusu 3,20 manat ümumi dəyəri 54,40 manat olan 17 qutu “Winiston” markalı kapsular siqareti, 01 qutusu 3,10 manat ümumi dəyəri 27,90 manat olan 09 qutu “Winiston” markalı qalın siqareti, 01 qutusu 2,80 manat ümumi dəyəri 39,20 manat olan 14 qutu “LD” markalı nazik siqareti, 01 qutusu 2,60 manat ümumi dəyəri 28,60 manat olan 11 qutu “LD” ağ Kampakt markalı siqareti, 01 qutusu 2,60 manat ümumi dəyəri 31,20 manat olan 12 qutu “LD” boz Kampakt markalı siqareti, 01 qutusu 2,60 manat ümumi dəyəri 26 manat olan 10 qutu “Davidoff” markalı boz qutulu siqareti, 01 qutusu 2,60 manat ümumi dəyəri 46,80 manat olan 18 qutu “Davidoff” markalı boz nazik siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 74,80 manat olan 22 qutu “Kent-8” markalı siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent-4” markalı siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 74,80 manat olan 22 qutu “Kent-4” markalı nazik siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 40,80 manat olan 12 qutu “Kent“ markalı nazik siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 40,80 manat olan 12 qutu “Kent-1” markalı nazik siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent- 6” markalı boz siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 23,80 manat olan 07 qutu “Kent-6” markalı tünd siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 27,20 manat olan 08 qutu “Kent Kristal” markalı tünd siqareti, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent Kristal” boz siqareti, 01 qutusu 2,30 manat ümumi dəyəri 55,20 manat olan 24 qutu “Rortmans” markalı boz siqareti, 01 qutusu 2,30 manat ümumi dəyəri 57,50 manat olan 25 qutu “Rortmans” markalı göy siqareti, 01 qutusu 2,30 manat ümumi dəyəri 41,40 manat olan 18 qutu “Rortmans” markalı kapsular siqareti gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1152,50 (bir min yüz əlli iki, əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X3 yaşadığı qəsəbədən tanıyır. xx xxxxxxx 2020-ci il tarixdə gecə saatlarında Rəfayıl ilə görüşən zaman Rəfayıl Şağan qəsəbəsində yerləşən “Kapriz” maketdən oğurluq etməyə getdiyini bildirərək ona da onunla birlikdə getməyi təklif etmişdir. Maddi vəziyyəti çətin olduğuna görə Rəfayılın təklifi ilə razılaşmışdır. Həmin gecə saat 03 radələrində onlar birlikdə həmin “Kapriz” marketin yaxınlığına getmişlər. Rəfayıl marketin qarşısında sağ hissədə yerləşən plastik pəncərənin arasına özü ilə götürdüyü dəmir parçasını sıxıb pəncərəni açmış və mağazanın içərisinə daxil olmuş, o isə mağazanını yaxınlığında Rəfayılın oğurluq etdiyi zaman kimsə gəlsə xəbər edməyi üçün pusquda dayanmışdır. Rəfayıl bir neçə dəqiqə içəridə olmuş, həmin vaxt o, bir az kənarda gözləyərək nəzarət etmişdir. Rəfayıl girdiyi həmin pəncərədən çıxaraq əlində torbalara yığdığı siqaretlərdən bir blok “LD” markalı siqareti ona vermiş, sonra isə sağollaşıb ayrılmışlar. Rəfayılın oğurlayaraq ona verdiyi bir blok boz nazik “LD” siqaretini özü üçün çəkib istifadə etmişdir. Bundan sonra Rəfayıl ilə görüşməmişdir. İlk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində ərzaq mağazası işlədir. Hər səhər o, həmin mağazanı səhər saat 10 radələrində açır, axşam saat 09 radələrində isə bağlayır. xx xxxxxxx 2020-ci il tarixdə saat 21:00 da mağazanı bağlayıb evə getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 10:00-da mağazanı açmaq istəyərkən mağazanın qabaq sağ hissəsində olan plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal mağazanın qapısını kiliddən açıb içəri daxil olmuş, bu zaman ona məlum olmuşdur ki, kassada olan 120 manat pul və ümumi dəyəri 1302,50 manat olan siqaretlər oğurlanmışdır. Oğurluq olduğunu aşkar etdikdən sonra həmin siqaretlərin hansı növ və hansı sayda olduğunu dəqiqləşdirmişdir. Odur ki, 01 qutusu 3,70 manat ümumi dəyəri 74 manat olan 20 qutu “Sobranie” markalı ağ qutulu siqaretin, 01 qutusu 3,60 manat ümumi dəyəri 46,80 manat olan 13 qutu “Sobranie Compakt” markalı siqaretin, 01 qutusu 3,70 manat ümumi dəyəri 37 manat olan 10 qutu “Sobranie” markalı ağ nazik siqaretin, 01 qutusu 3,70 manat ümumi dəyəri 33,30 manat olan 09 qutu “Sobranie” markalı qara nazik qutulu siqaretin, 01 qutusu 3,70 manat ümumi dəyəri 37 manat olan 10 qutu “Sobranie” markalı göy nazik qutulu siqaretin, 01 qutusu 3,70 manat ümumi dəyəri 44,40 manat olan 12 qutu “Sobranie” markalı kapsular siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 51,20 manat olan 16 qutu “Winiston” markalı nazik siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 73,60 manat olan 23 qutu “Winiston” boz Kampakt markalı siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 38,40 manat olan 12 qutu “Winiston” göy Kampakt markalı siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 83,20 manat olan 26 qutu “Winiston” markalı boz nazik siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 32 manat olan 10 qutu “Winiston” markalı göy nazik siqaretin, 01 qutusu 3,20 manat ümumi dəyəri 54,40 manat olan 17 qutu “Winiston” markalı kapsular siqaretin, 01 qutusu 3,10 manat ümumi dəyəri 27,90 manat olan 09 qutu “Winiston” markalı qalın siqaretin, 01 qutusu 2,80 manat ümumi dəyəri 39,20 manat olan 14 qutu “LD” markalı nazik siqaretin, 01 qutusu 2,60 manat ümumi dəyəri 28,60 manat olan 11 qutu “LD” ağ Kampakt markalı siqaretin, 01 qutusu 2,60 manat ümumi dəyəri 31,20 manat olan 12 qutu “LD” boz Kampakt markalı siqaretin, 01 qutusu 2,60 manat ümumi dəyəri 26 manat olan 10 qutu “Davidoff” markalı boz qutulu siqaretin, 01 qutusu 2,60 manat ümumi dəyəri 46,80 manat olan 18 qutu “Davidoff” markalı boz nazik siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 74,80 manat olan 22 qutu “Kent-8” markalı siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent-4” markalı siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 74,80 manat olan 22 qutu “Kent-4” markalı nazik siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 40,80 manat olan 12 qutu “Kent-1” markalı nazik siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 40,80 manat olan 12 qutu “Kent-1” markalı nazik siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent-6” markalı boz siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 23,80 manat olan 07 qutu “Kent-6” markalı tünd siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 27,20 manat olan 08 qutu “Kent Kristal” markalı tünd siqaretin, 01 qutusu 3,40 manat ümumi dəyəri 34 manat olan 10 qutu “Kent Kristal” boz siqaretin, 01 qutusu 2,30 manat ümumi dəyəri 55,20 manat olan 24 qutu “Rortmans” markalı boz siqaretin, 01 qutusu 2,30 manat ümumi dəyəri 57,50 manat olan 25 qutu “Rortmans” markalı göy siqaretin, 01 qutusu 2,30 manat ümumi dəyəri 41,40 manat olan 18 qutu “Rortmans” markalı kapsular siqaretin oğurlandığı məlum olmuşdur. Bu səbəbdən o, DİN “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1152,50 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, yaşadığı qəsəbədə yerləşən “Kapriz” marketi işlədən Yeganə xanımı tanıyırmış və bilirmiş ki, həmin market gecə saatlarında bağlı olur. xx xxxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Mərdəkan qəsəbəsində yerləşən Heydər Məscidinin yaxınlığında yaşayan “Şakir” ilə birlikdə həmin maketin yaxınlığına getmişlər. O, özü ilə götürdüyü dəmir parçasını mağazanını qarşısında sağ hissədə yerləşən plastik pəncərənin arasına salaraq sıxıb pəncərəni açmışdır. Bundan sonra mağazanın içərisinə daxil olmuş, “Şakir” isə onu mağazanın qarşısında gözləmişdir ki, gələn olsa xəbər etsin. O, mağazanın içərisindəki kassadan 120 manat pul və müxtəlif növdə olan siqaretləri iri sellofan torbaya yığaraq pəncərədən çölə qoymuşdur. “Şakir” həmin vaxt onu bir az kənarda gözləyərək nəzarət edirmiş. O, mağazadan çıxıb həmin siqaretin bir blokunu “Şakir”ə vermişdir ki, özü üçün çəkər. Sonra isə “Şakir”dən ayrılıb yaşadığı evə gedərək həmin siqaretləri evin həyətində gizlətmişdir. Səhəri gün heç kimin məlumatı olmadan qəsəbədə yerləşən Qocalar evinin yaxınlığında sol tərəfdə olan marketə aparıb həmin siqaretlərin özünə məxsus olduğunu deyib onları ümumilikdə 200 manata satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi döngə 1 ev 4də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi döngə 1 ev 4 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar