Məhkəmə qərarları › İş №1(003)-217/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-217/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-217/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əmək faliyyəti ilə məşğul olan, Ucar rayonu, Müsüslü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X5 ilə cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirməklə etibardan sui-istifadə etmə, aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus həyvanların ətini satdıqdan sonra pulunu ödəyəcəyinə dair yalan vəd verib inandıraraq ona olan inam və etibarından istifadə edib Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayından 2021-ci ilin may ayınadək olan müddət ərzində ətinin bir kiloqramını 9,40 manat olmaqla 02 baş iri buynuzlu heyvanın ümumi 569 kiloqram ətini, digər bir baş heyvanın diri çəkisi 970 manat olmaqla ümumi dəyəri 6320 manat olan, 01 başı 2333 manat olmaqla ümumi dəyəri 7000 manat olan 03 baş iri buynuzlu diri heyvanı, bir başı 136 manat olmaqla ümumi dəyəri 680 manat olan 05 baş xırda buynuzlu heyvanın ətini Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən yük maşını ilə apararaq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14000 (on dörd min) manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş X6 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Cəfər adlı şəxsi o, tanımış, tanışlığı Elməddinin vastəsi ilə olmuşdur. Belə ki, o, Elməddini tanıyanda həmin vaxtlarda Elməddin ət kəsimi mağazasında işləyirmiş. O, özü isə iri buynuzlu heyvanların kəsimi və topdan satışı ilə məşğul olurmuş. Elməddinidə tanıdıqdan sonra onada heyvan satmağa başlamış, ilk vaxtlar o, Elməddinə mal ətini nəğd satırmış. Arada münasibət yarandıqdan sonra o, Elməddinə nisyə olaraq heyvan vermişdir ki, satıb pulunu ödəyər. Onlar Elməddin ilə təqribən 6 ay nisyə işləmişlər. 2021-ci ilin fevral ayında ona nisyə olaraq kəsib satmaq üçün xırda buynuzlu heyvan lazım gəldiyindən Elməddinlə danışan zaman bu barədə bildirmişdir. Elməddin tanıdığı Cəfər adlı şəxs olduğunu və həmin şəxsdən nisyə olaraq heyvan götürmək mümkün olduğunu bildirmişdir. Bundan sonra o özü Cəfərlə telefon vastəsilə əlaqə saxlayıb danışmışdır. Sonra ona zəng vuraraq Cəfərin nömrəsini ona verib özünün onunla danışmağını istəmişdir. Bundan sonra o, özü Cəfərə zəng vurub ondan xırda buynuzlu heyvan almaq istədiyini bildirmişdir. İlk dəfə o, Cəfərdən 30 kiloqramlıq bir ədəd qoyun nəğd 300 manata almışdır. Bundanda iki üç gün sonra o, təkrarən ikinci dəfə Cəfərdən nisyə olaraq iri buynuzlu heyvan götürmüş və 3 gündən sonra pulunu nəğd ödəmişdir. Bundan sonra o, Cəfərdən təkrarən üç baş iri buynuzlu heyvan nisyə olaraq kəsib ətini satdıqdan sonra pulunu ödəmək şərti ilə götürmüşdür. Həmin heyvanlardan birini Günəşli qəsəbəsində yerləşən kirayə işlətdiyi mağazada kəsmişdir. Digər iki heyvanı isə tanıdığı şəxslərin mağazalarında kəsmişdir. Dəqiq qiymətlərini xatırlamamışdır ki, heyvanların hər birini neçiyə almışdır. Lakin onun Cəfərə 7000 (yeddi min) manat borcu qalmış hansı ki, maddi vəziyyəti yaxşı olmadığından o, Cəfərə olan borcunu ödəyə bilməmişdir. İfadəsinə əlavə olaraq onuda qeyd edmişdir ki, o, Cəfərin yaşadığı ünvanda çox olmuşdur. Hətda birdəfə oturub Cəfərlə çörəkdə kəsmişlər. Cəfərin ifadəsində göstərdiyi kimi o, Cəfərin qapısından Elməddinlə birlikdə xırda buynuzlu heyvan götürməmişdir. Onun Cəfərə borcu yalnız üç baş iri buynuzlu heyvandan qalmışdır. O, ifadəsinin əvvəlində də göstərdiyi kimi Elməddin onu Cəfərlə 2020-ci ilin dekabr ayında yox 2021-ci ilin fevral ayında tanış etmişdir. O, Cəfərlə özü telefonla danışıb Cəfərdən nisyə kəsim üçün iri buynuzlu heyvan götürmüşdür. Həmin heyvanları ona Cəfər özü Qazel markalı avtomaşına yükləyib Cəfərin tərif etdiyi mağazalara gətirmişdir. İlk Günəşli qəsəbəsində birini təhvil almış, digər ikisini isə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında olan ət dükanına gətirib təhvil vermişdir. Elməddin yalan danışırmış. O, Elməddinlə birlikdə Cəfərin yaşadığı evə getməmiş nədə Cəfərdən nisyə olaraq xırda buynuzlu heyvan nisyə olaraq almamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə etidyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X4 bildirdi ki, Cəfər yaşadığı evin həyətyani sahəsində iri və xırda buynuzlu heyvanlar saxlayır onları böyüdüb sonra ət bazarlarına satmaqla məşğul olur. Təqribən 2020-ci ilin dekabr ayında o Xətai rayonu ərazisində yerləşən Qaçqın ət bazarına satmaq üçün iri buynuzlu heyvan aparmışdır. Ət bazarında Elməddin adlı şəxslə tanış olmuşdur. Elməddin həmin bazarda ət kəsimi və satışı ilə məşqul olurdu. Həmin vaxt Elməddin onun bazara çıxardığı iri buynuzlu heyvana baxdıqdan sonra almaq istədiyini bildirmişdir. Cəfər həmin heyvanı ona nəğd olaraq satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, ət kəsənlər çox tək hallarda iri buynuzlu heyvanı nəğd qiymətə alarlar. Həmişə heyvanı ət kəsənlərə verir kəsib satdıqdan sonra pulunu hissə hissə olmaqla ödəyirmişlər. Elməddin nəğd qiymətə heyvanı ondan aldığı üçün ona etibarı yaranmış və Cəfər Elməddinə təklif etmişdir ki, ona nə vaxt nisyə iri buynuzlu heyvan lazım gələrsə verə biləcəkdir. Bundan sonra Elməddin onun əlaqə nömrəsini almışdır. Bundan bir neçə gün sonra Elməddin onunla telefon əlaqəsi saxlayaraq ona 3 baş iri buynuzlu heyvan lazım olduğunu bildirmişdir. Cəfər Elməddinə inandığı üçün Elməddinin ona etdiyi təkliflə razılaşmışdır. Belə ki, Elməddin ondan xahiş etmişdir ki, iri buynuzlu heyvanları kəsib satdıqdan sonra onun pulunu ödəyəcəkdir. Cəfər Elməddinin xahişi ilə tanıdığı Qazel sürücüsü Şahidla telefon əlaqəsi saxlamış Azad idarə etdiyi Qazel markalı **-KX-*** dövlət nömrə nişanlı avtomaşınla onun yaşadığı Qala qəsəbəsində yerləşən həyatyanı sahəyə gəlmişdir. Cəfər Azadın idarə etdiyi avtomaşına 3 baş iri buynuzlu heyvan yükləyib Xətai rayonu ərazisində yerləşən qaçqın ət bazarına yola salmışdır. Bundan təqribən 3 saat sonra Elməddin təkrarən ona zəng edərək tanışı olan Samir adlı şəxsədə nisyə olaraq 3 baş iri buynuzlu heyvan lazım olduğunu demişdir. X10 tanımadığını pulunu ondan alacağını demişdir. Elməddin onunla razılaşmışdır. Cəfər yenədə tanışı olan Qazel markalı avtomaşının sürücüsü Azadla telefon əlaqəsi saxlayıb çağırmış və yenədə 3 baş iri buynuzlu heyvanı Azadın idarə etdiyi avtomaşına yükləyib həmin ünvana yola salmışdır. Cəfər Elməddinə 305 kiloqramlıq dananı ət çəkisi ilə hesablayaraq 2483 manata digər dananı yəni 264 kiloqramlıq dananı ət çəkisi ilə hesablayaraq 2483 manata üçüncü dananı diri halda 970 manata vermişdir. Həmin heyvanların ümumi dəyəri 6320 manat etmişdir. Samir adlı şəxsə satdığı 3 baş iri buynuzlu heyvanları ət çəkisi ilə hesablayıb hər biri 2333 manat olmaqla ümumilikdə 7000 manata vermişdir. Bundan təqribən bir neçə ay keçdikdən sonra Elməddindən səs soraq çıxmadığından o Elməddinlə telefon əlaqəsi saxlayıb pulunu tələb etməyə başlamışdır. Elməddin hər səfərində müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışdır. 2021-ci ilin təqribən may ayında o növbəti dəfə Elməddinə zang vurub pulunu tələb etdikdə Elməddin onunla görüşmək istədiyini demişdir. Cəfər Elməddini yaşadığı Qala qəsəbəsinə dəvət etmişdir. Yaşadığı evin qarşısında Elməddin və bir nəfər şəxslə görüşmüşdür. Elməddin həmin şəxsi ona Samir kimi tanıtdırmış və 3 baş iri buynuzlu heyvanın pulunun Samirdə olduğunu demişdir. aralarında olan söhbət əsnasında Elməddin ona bildirmişdir ki, Cəfərin pulunu qısa müddət ərzində ödəyəcəklər. Lakin bunun üçün onlara təkan lazımdır. Bunun üçün ondan kəsib satmaq üçün heyvan istəmişlər. Cəfər Elməddinə xırda buynuzlu heyvan verə biləcəyini demişdir. Elməddin və Samir onun təklifi ilə razılaşmışdırlar. Bundan sonra Cəfər dövlət nömrə nişanını xatırlamadığı Qazel markalı yol maşını saxlayıb onların xahişi ilə 5 baş xırda buynuzlu heyvanı hər birinin dəyəri 150 manat olmaqla ümumilikdə 750 manata razılaşıb Elməddin və Samirə vermişdir. Elməddin və Samir gəldikləri avtomaşınla yola düşmüşlər. Heyvanları aparan avtomaşında onların arxasınca getmişdir. Bu hadisədəndə müəyyən müddət keçməsinə baxmayaraq Cəfər Elməddinə məxsus mobil nömrə ilə dəfələrlə zəngləşib pulunu ondan tələb etsədə Elməddin hər səfərində müxtəlif bəhanələr gətirərək onun pulunu ödəməkdən boyun qaçırmağa başlamışdır. O, bu zaman anlamışdır ki, Elməddin və Samir onun etibarından sui istifadə edərək 14.000 manat pulunu mənimsəyiblər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq ədlə edilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Uzun illərdir ki, qeydiyyat şahadətnaməsi ilə idarə etdiyi Qazel markalı ** KX *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yüklər daşıyaraq pul qazanıb ailəsini dolandırır. Zərərçəkmiş şəxs təqribən bir ilə yaxındır ki, tanıyır. Belə ki, 2020-ci ildən etibarən Cəfərin xahişi ilə mal bazarlarına Cəfərin satmağa apardığı heyvanları aparıb müqabilində pulunu almışdır. 2020-ci ilin dekabr ayında səhər radələrində Cəfərin xahişi ilə Xətai rayonu ərazisində yerləşən qaçqın mal bazarı adlanan bazara 3 baş iri buynuzlu heyvan aparıb orada Elməddin adlı şəxsə təhvil vermişdir. Elə həmin gün 3-4 saatdan sonra yenədə Cəfərin xahişi ilə öz idarə etdiyi Qazel markalı avtomaşınla həmin ünvana Cəfərin qapısından avtomaşına yüklədiyi 3 bağ iri buynuzlu heyvanı aparıb orada onu Elməddin adlı şəxs qarşılamış həmin vaxt Elməddinin yanında başqa bir nəfər şəxsdə olmuşdur. Cəfərlə həmin şəxslərin aralarında olan razılaşmadan sövdələşmədən heç bir məlumatı olmamışdır. Heyvanları təhvil vermişdir. Heyvanların aparılması üçün yol haqqını ona Cəfər ödəmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Ucar rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan axtarışda olanın tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 18 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPi-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən «Koroğlu» metrostansiyasının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 18 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxsin nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, həmin Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsi ilə bağlı razılıq əldə edildiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsilər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia geri qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar