Məhkəmə qərarları › İş №1(003)-217/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-217/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-217/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1985-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü ildə Masallı rayonu, Şərəfə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu nömrəsiz fərdi tikilidə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Qazağıstan Respublikası vətəndaşı olan arvadı X4 daimi Azərbaycan Respublikası vətəndaşlığı alması, Azərbaycan Respublikası Dövlət Unirversitetlərinin hər hansı birində Ali təhsillə bağlı diplom alması, Astara rayon orta məktəblərdən birində psixoloq işi ilə təmin olunması və az yaşlı övladına xəstəliklə bağlı təqaüd düzəldilməsi adı ilə xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə 6768- 6771-7024-3392 nömrəli kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə 6768-6771- 7024-3392 nömrəli kart hesabına 404 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024- 3392 nömrəli hesab kartına 253 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 354 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024-3392 nömrəli hesab kartına 303 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 326 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 137 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 707 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 130 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 606 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 606 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 550 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 404 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 707 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 422 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 534 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 120 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 140 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 400 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 100 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 90 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 100 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 522 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 253 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 122 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 522 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 260 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 107 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 150 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 1111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 115 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 85 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 122 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 65 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 70 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 50 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 33 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 37 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 28 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 37 manat, xx.xx.2022-ci il tarixdə 4169-7416-4573-1421 nömrəli hesab kartına 21 manat, xx.xx.2022-ci il tarixdə 4169-7416-4573-1421 nömrəli hesab kartına 21 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 42 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024-3392 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 35 manat, xx.xx.2022-Cİ il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 29 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 39 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 185 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 43 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 78 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 101 manat pulu göndərməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 20331 manat yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məişət əşyaları satacaqları adı ilə xx.xx.2023-cü il tarixdə saat 14:58-də 4169-7388-4714-5376 hesab nömrəsinə 10 manat, xx.xx.2023-cü il tarixdə saat 16:31-də 4169-7388-4714-5376 hesab nömrəsinə 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:18-də 4169-7388-4714-5376 hesab nömrəsinə 350 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30-da 4169-7388-4714-5376 hesab nömrəsinə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 13:32-də 4169-7388-4714- 5376 hesab nömrəsinə 100 manat, xx.xx.2023-cü il tarixdə saat 13:33-də 4169-7388- 4714-5376 hesab nömrəsinə 20 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 55 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 106 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 26 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 15 manat, 05.07.203-cü il tarixdə saat 15:21-də 4169-7388-4714-5376 hesab nömrəsinə 410 manat, 05.07.203-cü il tarixdə saat 20:21-də 4169-7388-4714-5376 hesab nömrəsinə 104 manat, 08.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 30 manat, 09.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 15 manat, 10.07.203-cü il tarixdə saat 14:53-də 4169-7388-4714-5376 hesab nömrəsinə 100 manat, 10.07.203-cü il tarixdə saat 17:44-də 4169-7388-4714-5376 hesab nömrəsinə 100 manat, 11.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 30 manat, 12.07.203-cü il tarixdə saat 15:34-də 4169-7388-4714-5376 hesab nömrəsinə 200 manat, 12.07.203-cü il tarixdə saat 15:42-də 4169-7388-4714-5376 hesab nömrəsinə 250 manat, 23.07.203-cü il tarixdə 4169-7388- 4714-5376 hesab nömrəsinə 6 manat, xx.xx.2023-cü il tarixdə 416973******0422 hesab nömrəsinə 385 manat, 27.07.203-cü il tarixdə saat 18:31-də 4169-7388-4714-5376 hesab nömrəsinə 50 manat, 27.07.203-cü il tarixdə saat 21:08-də 4169-7388-4714-5376 hesab nömrəsinə 150 manat pulu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən göndərməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2732 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Qazağıstan Respublikası vətəndaşı olan arvadı X4 daimi Azərbaycan Respublikası vətəndaşlığı alması, Azərbaycan Respublikası Dövlət Unirversitetlərinin hər hansı birində Ali təhsillə bağlı diplom alması, Astara rayon orta məktəblərdən birində psixoloq işi ilə təmin olunması və az yaşlı övladına xəstəliklə bağlı təqaüd düzəldilməsi adı ilə xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə 6768- 6771-7024-3392 nömrəli kart hesabına 300 manat, xx.xx.2023-cü il tarixdə 6768-6771- 7024-3392 nömrəli kart hesabına 404 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024- 3392 nömrəli hesab kartına 253 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 354 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024-3392 nömrəli hesab kartına 303 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 326 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 137 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 707 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 130 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 606 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 606 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 550 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 404 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 707 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 422 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 1010 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 534 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 120 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 140 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 400 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 100 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 90 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 100 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-4845-7119 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 522 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 253 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 122 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 522 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 260 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 107 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 150 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 1111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 115 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 85 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 122 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 202 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 65 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 70 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 50 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 33 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 37 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 252 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 101 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 28 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 111 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 37 manat, xx.xx.2022-ci il tarixdə 4169-7416-4573-1421 nömrəli hesab kartına 21 manat, xx.xx.2022-ci il tarixdə 4169-7416-4573-1421 nömrəli hesab kartına 21 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-3107-0580 nömrəli hesab kartına 42 manat, xx.xx.2022-ci il tarixdə 6768-6771-7024-3392 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 35 manat, xx.xx.2022-Cİ il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 29 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 152 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 39 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 185 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 43 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 78 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 51 manat, xx.xx.2022-ci il tarixdə 4169-7388-5156-5923 nömrəli hesab kartına 101 manat pulu göndərməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 20331 manat yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məişət əşyaları satacaqları adı ilə xx.xx.2023-cü il tarixdə saat 14:58-də 4169-7388-4714-5376 hesab nömrəsinə 10 manat, xx.xx.2023-cü il tarixdə saat 16:31-də 4169-7388-4714-5376 hesab nömrəsinə 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:18-də 4169-7388-4714-5376 hesab nömrəsinə 350 manat, xx.xx.2023-cü il tarixdə saat 14:30-da 4169-7388-4714-5376 hesab nömrəsinə 200 manat, xx.xx.2023-cü il tarixdə saat 13:32-də 4169-7388-4714- 5376 hesab nömrəsinə 100 manat, xx.xx.2023-cü il tarixdə saat 13:33-də 4169-7388- 4714-5376 hesab nömrəsinə 20 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 55 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 106 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 26 manat, xx.xx.2023-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 15 manat, 05.07.203-cü il tarixdə saat 15:21-də 4169-7388-4714-5376 hesab nömrəsinə 410 manat, 05.07.203-cü il tarixdə saat 20:21-də 4169-7388-4714-5376 hesab nömrəsinə 104 manat, 08.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 30 manat, 09.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 15 manat, 10.07.203-cü il tarixdə saat 14:53-də 4169-7388-4714-5376 hesab nömrəsinə 100 manat, 10.07.203-cü il tarixdə saat 17:44-də 4169-7388-4714-5376 hesab nömrəsinə 100 manat, 11.07.203-cü il tarixdə 4169-7388-4714-5376 hesab nömrəsinə 30 manat, 12.07.203-cü il tarixdə saat 15:34-də 4169-7388-4714-5376 hesab nömrəsinə 200 manat, 12.07.203-cü il tarixdə saat 15:42-də 4169-7388-4714-5376 hesab nömrəsinə 250 manat, 23.07.203-cü il tarixdə 4169-7388- 4714-5376 hesab nömrəsinə 6 manat, xx.xx.2023-cü il tarixdə 416973******0422 hesab nömrəsinə 385 manat, 27.07.203-cü il tarixdə saat 18:31-də 4169-7388-4714-5376 hesab nömrəsinə 50 manat, 27.07.203-cü il tarixdə saat 21:08-də 4169-7388-4714-5376 hesab nömrəsinə 150 manat pulu Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsindən göndərməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2732 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Astara rayon sakini Zərərçəkmiş şəxs1 aldadaraq onun Qazaxıstan Respublikası vətəndaşı olan arvadı X4 daimi Azərbaycan Respublikası vətəndaşlığı alması, Azərbaycan Respublikası dövlət universitetlərinin hər hansı birində ali təhsillə bağlı diplom alması, işlə təmin olunması və xəstə olan azyaşlı övladına təqaüd düzəldilməsi vədini vermişlər. O özünü Teymur müəllimə Elçin kimi, Asifi isə AR DİN-in məxfi əməkdaşı kimi təqdim etmişdir. O Teymura özünə və ailə üzvlərinə məxsus olan bank kartlarını vermişdir. Teymur onun verdiyi kartlara 2022-ci ilin iyul ayından həmin ilin dekabr ayınadək 20331 manat pul göndərmişdir. Həmçinin o Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs2 aldadaraq ona müxtəlif növ məişət əşyaları satacağını vəd vermişdir. Səbinə xanım isə onun verdiyi bank kartına 2732 manat pul göndərmişdir. Əlavə olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs2 görməmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu və mülki iddianı qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, hazırda heç bir yerdə işləmir. Ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonunda yaşayır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Xeyrəddinlə münasibəti Lətafət adlı xanım vasitəsilə yaranmışdır. Belə ki, istifadəsində olan qızılı Lətafət xanıma satmaq üçün vermişdir. Lətafət xanım isə həmin qızılı nisyə olaraq Xeyrəddinə vermişdir. Sonradan Xeyrəddinlə münasibəti yarandığı üçün Xeyrəddin qızılın pulun vermişdir. Xeyrəddin Bakı şəhərində gələndə ona taksi sürücüsü kimi xidmət etmiş və əvəzində müəyyən miqdarda pul almışdır. Bundan başqa qeyd etmişdir ki, Xeyrəddin Bakı şəhərinə gələndə onu müxtəlif ünvanlara istifadəsində olan taksi ilə aparmışdır. Bəzən Xeyrəddin Bakı şəhərinə gələ bilmirdi və ona zəng edib haradan sənəd götürdüyünü deyirdi, Xeyrəddin də əvəzində xidmət haqqı kimi müəyyən miqdarda pul vermişdir. Bundan sonra Xeyrəddin onu müxtəlif işlərlə bağlı müxtəlif yerlərə göndərirdi. O da göndərilən yerə getmiş, əvəzində xidmət haqqı alırmış. Əlavə olaraq bildirmişdir ki, o ümumiyyətlə Teymurdan hər hansısa bir məbləğdə pul almamışdır. Xeyrəddinin ona göndərdiyi pul barəsində isə bildirmişdir ki, göndərilən pul Xeyrəddinin ona olan borcu ilə əlaqədardır. Teymurdan mən hər hansı bir işlə əlaqədar pul almamışdır. Digər epizodla bağlı bildirmişdir ki, o Zərərçəkmiş şəxs2 tanımır, onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, həyat yoldaşının Azərbaycan Respublikası vətəndaşlığı alması, diplom alması, övladlarının təqaüd alması və yoldaşı X3 işlə təmin olunması üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 23000 manat pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 də Xeyrəddinlə əlbir olmuşdur. Onlar yəni Xeyrəddin və Asif bu işi birlikdə görüblər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə ona vurduqları ziyanın həcmi 23000 manatdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o ümumiyyətlə əvvəllər bu insanları tanımamışdır. Sonradan təqsirləndirilən şəxs Xeyrəddin özünü ona polisin yüksək vəzifəli şəxsi kimi tanıtmışdır. Onun dərzi dükanı vardır. Bir neçə dəfə Xeyrəddin həmin dükana paltar tikdirməyə gəlmiş və onu tanımışdır. Həmin zamanlar o özünə sosial düzəltmək istəmişdir. Lakin ona neqativ cavab gəlirmiş. Həmin zaman Xeyrəddin yuxarılarda adamının olduğunu, bu işi problemsiz həll edə biləcəyini ona bildirmiş və bu işin qiymətinin 1000 manat olduğunu qeyd etmişdir. Həmin pulu Xeyrəddinə bankomat vasitəsilə göndərmişdir. Bundan sonra müəyyən bir müddət keçmiş, Xeyrəddin əlinin gətirmədiyini gözəllik salonun bağladığını, orda olan divan kreslo və başqa əşyaları satmaq istədiyini ona bildirmişdir. Ona köməklik etməyini xahiş etmişdir. O da Xeyrəddindən divan və kreslonu və digər əşyaları ala biləcəyini bildirmişdir. Sonradan Xeyrəddin televizor və kondisionerin olduğunu bildirərək onları da satdığını bildirmişdir. Ümumilikdə o Xeyrəddinə 2732 manat pul göndərmişdir. Qeyd etmişdir ki, Xeyrəddin özünü ona Nicat adı ilə tanıtmışdır. Sonradan həmin şəxsin Xeyrəddin olduğunu və dələduzluğa görə tutulduğunu öyrənmişdir. Asiflə bağlı onu qeyd etmişdir ki, o Asif adlı şəxsin adını Xeyrəddinin dilindən tez-tez eşitmişdir. Lakin həmin şəxsi görməmişdir. Əlavə olaraq bildirmişdir ki, Xeyrəddin Asif barəsində danışan zaman onun nömrəsini də vermişdir. Xeyrəddinin tutulma xəbərini eşitdikdən sonra Asifə zəng etmiş, Asif isə özünü ona xeyirxah insan kimi, yəni xeyriyyəçi insan kimi tanıtmışdır. Asif ona Xeyrəddinlə münasibətinin olmadığını, Xeyrəddindən şikayət etməyi təkid etmişdir. Lakin sonradan Xeyrəddinin əvəzinə pulu qaytaracağını, bunun üçün isə evini satışa qoyduğunu və ona dəymiş maddi ziyanın ödənilməsinə söz vermişdir. O Asifdən bununla bağlı soruşduqda, Asif xeyriyyəçi olduğunu, bu şəkildə ona yardım edə biləcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 də Xeyrəddinlə əlbir olmuşdur. Onlar yəni Xeyrəddin və Asif bu işi birlikdə görüblər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə ona vurduqları ziyanın həcmi 2732 manatdır.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Masallı rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Masallı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2800 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə olunmuş 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli təqsiləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)- 79/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan 23 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(018)- 81/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)- 493/2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək uzadılmışdır. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbrinin uzadılmasından imtina edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 ona göndərdiyi bank hesablarına ödədiyi pulları qəbzlərinin 49 vərəqdə surətləri iş üçün əhməiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli götürmə haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ona göndərdiyi bank hesablarına ödədiyi pulları qəbzlərinin 23 vərəqdə surətləri iş üçün əhməiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xanoğlu oğluna AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 24 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə “səs yazıları” qovluğunun içərisində “asif” qovluğunda Təqsirləndirilən şəxs2 məxsus “1” adlı səs faylında “sən deyirsən ki, salam məleyki biz bunu ora məktəbə işə düzəldək təhsil nazirliyi bəlkə bunu ora zavuç göndərdi məllim göndərdi ya illahki deyirsən ki bu psixoloq olmalıdır bir ikincisi də ki onu nazirlik təyin edir hara təyin edirsə hansısa kəndə əgər yaşadığı yerə uzaq olursa həmin yaşadığı yer olmursa onun maaşının üstünə maaş gəlir vəssalam qurtardı getdi day zıppazıp mən dedim axı əvvəldən də dedim ki bu bir günə iki günə bir həftəyə olan iş deyil əgər bu işi görürüksə kökündən görək sanballı görək”. “2” adlı səs faylında “məleykim qardaş nə var nə yox necəsən başıva dönüm and olsun allaha zəng edərəm zəng çatmır yəni iş nömrəsini bilirəm də şəxsi nömrələrini bilmirəm ona görə atam sənə qurban olum”. “3” adlı səs faylında “salam məlyekim axşamın xeyir olsun dədə sən məni day bezdirdin zıppazırıp-zıppazırıp mən hər dəyqə telefona cavab verə bilmirəm bu bir ikincisi də iş görülür ora indi işçi götürürlər götürmürlər onu mən bilmirəm bu bu necə deyərlər bu dövlət səviyyəsində nazirlik, prezident administrasiyası səviyyəsində görülən işdir, bunnan bağlı məlumat veriləcək olur olmur nətər olur nətər olunacaq hara təyin olunacaq bunu nazirlik təyinat eliyir əgər başqa kəndə verəcəklərsə onun maaşına əlavə maaş olacaq və sairə və ilaxır bu işin yolu yolacağı var mənim dediyimlə sənin dediyinlə olsaydı onda Azərbaycanda heç kimin problemi olmazdı, başıva dönüm sənin, bunun yolu yolacağı var da səbr eləmək lazımdır, nazirlikdədi məktub da gəlib ki nazir özü mətbuat xidmətinin katibi özü baxıbdı məktuba özü araşdırma verib marağlanıblar özləri çağıracaqlar cavab göndərəcəklər və yaxud da çağıracaqlar zəng edəcəklər onlar bizə məlumat verəcəklər biz onlara yox”. “4” adlı səs faylında “ona görə də onçun sənədlər yığılır ki o sənədlər də bir bir bir nəfərin əlindən keçmir beş nəfərdən keçməlidir çünki o sertifikat elə belə şeydir yani sertifikatdıda ha sertifikat hamı yaza bilər əsas odur bu təhsil nazirliyinin bu bizim düzəltdiyimiz sənəd təhsil nazirliyinin öz sistemində olsun sistemdən çıxsın bunlar da bunu sistemə işləyirlər indi biraz baş qarışıqdı yani ümumi ölkədə sistemlərdə nəm bir gün açılır bir gün bağlanır bir iki gün ona görə gecikir başqa heç bir şey”. “6” adlı səs faylında “salam meleykim hər vaxtın xeyirli olsun deməli birinci məsələ pensiyalar hazırdır təsdiqlənib amma bunlar miqrasiyada sənəd veriblər səfirlikdən ümumilik vətəndaş statusu nə bilim nə üçün deyə bunların sənədin gecikdirməsinə görə bunların pensiyası da gecikir bunun bir dənə yolu var kamissiya həkimlə danışmaq kağız almaq miqrasiyanı hələlik dondurmaq pensiyanı da alsınlar belə pis çıxmasın 6 ayın pensiyasını yazdırmısan oda eliyir 2280 manat plus da analıq pulu eliyir 300 manat ikincisi də budur ki bu yani bir dənə miqrasiyaya görə bu qalıb da belə onu saxla bunu al sonra sənçün daha da rahat olacaq ikinci dəfə vətəndaşlıq almaq yani ömürlük vətəndaşlıq almaq ki sən pensiya kəsilib sənə yani sən xəstəsən”. “7” adlı səs faylında “dədə belə şeylər havayı düzəlmire bildün elə sən buyandan deyirsən mən onu verim camaat iş görür haqq hesab alır haqq hesabla iş görür elə onu gör bunu gör deməklə deyil qanuni şəkildə yəni o onlar baxacaqlar araşdıracaqlar hər şeyi qayda qanunla day bunu aparıb birbaşa qoyublar nazirin stolunun üstünə məlum məsələdir ki nazir oturub məktub oxumur hamısının bütün nazirlərin bütün prezident administrasiyasının prezident aparatının hamısının mətbuat xidməti var başa düşdün o qədər gündə milyard dənə ora məktub gedir”. “9” adlı səs faylında “bidəki sən deyirsən indi bunların imkanı yoxdu necə eləmək olar nə bilim neynəmək bax bunun bir dənə yolu var bax sən indi reallıqdı indi heç kimi aldatmaq olmaz necə deyim sənə çıxış yolu odu ki hə kamissiyadan arayış alaq verək bir miqrasiyaya müvəqqəti miqrasiyasnı donduraq burdan da pensiyanı alsınlar başqa yolu budu indi sən deyirsən ki imkanları yoxdur mən neyliyim nə bilim onlar neynəsün həkimlə danışaq 500 oda 300 nə bilim ey hardasa 600-700 belə bir şey alaq başqa heçnə bir də ki deyirsən ki imkan yoxdur pis çıxmasın borc da alsa pensiya gör nə qədər pul alacaq indi orda oturanlar fikirləşir bunun 600-700 manatı yoxdu borc alıb iş gördürmək istəyir amma deyir ki pulum yoxdu orda oturan deyir iş görənin pulu çıxar 600-700 pulu çıxacaq nə bilim hesablasan 2580 manat 2600 manat pul alacaq onu eləmək olmur da uje onun başqa yolu budu yani iş görənin pulu çıxar qardaş o 500 600 700 manat pul xərcliyir amma 2500 3000-ə yaxın pul alır onun nətər pulu yoxdu deməli iş görmək istəyən eliyər”. “13” adlı səs faylında “elçin məllim salam məleykim nə var nə yox necəsiz mən indi biraz vaxtdır çıxmışam yadımdan çıxdıye səs atım o fatimə uşağı onun bilirsən kəsilməyinin səbəbi araşdırmaya veriblər indi kənddən hardansa da bir yerdən deyiblər ki sağlamdır falandır belə kimsə deyib ona görə imtinadı qaldı onunçun birdənə burdan arayış alırsan vtk aparıb onu astara rayonu onu təsdiq edəcək vtk-dən keçirdəcək vəssalam əlil bərpa mərkəzinə də biz zəng eliyəcəyik ordan təsdiq olunacaq yani bunu burda heç bir şey yoxdur birdənə burdan kağız alıb aparıb onu təsdiq elətdirmək lazımdır vəssalam yani əsas mərkəzin kağızıdır da onların deməyinə heç zad verməzlər o kağızı da nədi o astara rayonu mərkəzi xəstəxanası təsdiq edir onlaynan göndərir əlil bərpa mərkəzinə təsdiq edir qurtardı getdi bu”. “14” adlı səs faylında “salam elçin nə var nə yox necəsən deməli belədi o uşağın işi hazırdır əl tutmaq əlidən qalıb üç dənə balası var o teymur məllimə köməklik edin də ona indi bilmirəm aranızda nədir nə deyil bilmirəm sən də ondan imtina etmə sabahları axırıncı iş günüdür başa düşdün bidənə o kamissiyadan kağızı götüzdürmək lazımdır vəssalam qurtardı getdi onu götürün indi nə bilim 1000 manata zada görək 800 manatdı 1000 manatdı xərci var amma ömür boyu kifayətdir ondan sarı şey eləmiyin bilirəm onun da imkanı zadı bəlkədə yoxdu indi bilmirəm allah qismət eləsə mən özüm gələcəm şəxsən onun özü ilə tanış olacam elə astara gedəcəm görüm nə bilim bizim adam olsa o tələbə biletini də verəcəm ona indi belənçinə onun da üç dənə balası var köməklik edin də görün nə edə bilirsiz indi o sənədlər var onu apardılar atdılar evə ora neyniyəcəklər qaynadıb suyunu içəcəklər? day bu boyda iş gördü camaat bu işi görməkdən sarı nələrdən keçir da bir dənə burdan kağız aldı rayon xəstəxanasında təsdiq olunacaq qurtardı getdi yani bunun da ***-**** manat puldu nədisə bax belə bir şeydi onu həll edin qoy getsin allaha da xoş gedər elçin yəni əlindən gələn köməkliyi elə oldu gecüz xeyrə”. “16” adlı səs faylında “elçin bilirsən bugünləri özün öz vəziyyətini pis günə qoyan adam sabah səni də məni də o vəziyyətə qoyacaq salam meleykim o vəziyyətə qoyacaq başa düşdün day özüz bilərsiz bir dənə qalıb diplomu onun da vaxtı çatanda verəcəm qurtardı getdi özüz bilərsiz soyub soyub quyruğunda bu hazır olan sənədə özüz istəmirsizsə mən niyə istəyim mən dedim allah rızasına buna nəsə köməklik edək hə day başınız qarnınıza özünüz bilərsiz istər imtina verdir verdirmə hər nəsə”. “17” adlı səs faylında “aə elçin mən əsəbləşdimə aə mən deyirəm kömək eliyək imkansızdı yazıqdı falandı filandı a o nə sözlərdi bu verdiyi pulları dədəvə xərcləyibsən? Dədəmə xərcləyibsən? Neyniyibsən onun uşağına iş görübsən də bu xarabada vay dadibidad and olsun allaha day özüz bilərsüz həqiqətən ayıb olsun vallah ayıb olsun mən də səni danlıyıb eliyirəm ki əlinizdən gələni edin falan filan day özüz bilərsüze day özüz bilərsüz həqiqətən də day mən heçzad deyə bilmirəme ə, adam istəyir tək allah şahiddir ki adam istəyir yaxşı olsun adam istəyir yaxşılıq eləsün elə axırda da belə heyif həqiqətən də heyif day özüz bilərsüz bidənə diplom qalıb onu da mən vaxtında verəcəm qurtardı getdi day neyliyərsiz özüz bilərsüz mənə aidiyyəti yoxdu o teymur məllim sən belə tərifləyirdin elə edirdin narahat olma nə iş görsək problem yoxdu diplomu al falan aə heçnə vallah heçnə”. “18” adlı səs faylında “salam məleykim axşamın xeyirli olsun elçin məllim deməli xanlar müəllimin işi hazırdır ama xahiş edirəm 46 manat öz cibimdən qoymuşam onu səhərə çatdır mənə saat 6-ya qalırdı sistem bağlanırdı deyə daha səni narahat etmədim”. “19” adlı səs faylında “hə salam məleykim elçin məllim axşamınız xeyir olsun daha mənəağız açmısan deyirsən babaldı yazıqdı gəl köməklik edək mən əlimdən gələni etmişəm tək allah şahiddir, hələ rayona gedəndə bir yüz manat zad da mən öz cibimdən verərəm indi üstünü də özü düzəldər nəsə də yəni allah rızası üçün mənim gücüm çatar 100 manat mən verərəm sabah vtk-lə danışaram indi mənli mənsiz gedərsiz özünüz yəni gedərsən ona verdiyim 100 manatı da verərəm üstünü düzəldərsiz kim düzəldər sən teymur məllim bilmirəm hansınız düzəldərsiz düzəldin bu axırıncı köməkliyimdi mənim gücüm çatır allah rızası üçün 100 manat teymur məllimə köməklik edirəm üstünü də özünüz düzəldərsiz edərsiz dünya balacadı yenə rastlaşarıq yenə görüşərik indi ilin axırıdır tədbirlərdir bayramlardır biraz qaç gəl belə bilirsən ki o ki qaldı mənim öz nömrəmə bilirsən ki mənim öz nömrəmi heç kim bilmir elə sən də bilmirsən mən ancaq iş nömrəsiynən vəssalam işim də qurtardı nömrə sönür gecüz xeyrə”. Bundan əlavə “səs yazıları” qovluğunun içərisində olan “xeyrəddin” qovluğunun içərisində olan Təqsirləndirilən şəxs1 məxsus “5” adlı səs faylında “qardaş allaha and olsun ki bunların elə bir imkanı yoxdur vallah qardaş canı dirəm mən özümün sənə düz onu özüm 6 ay qabağa yazdırdım ki qoy sənə biraz gördüm kasıb adamdır dedim biraz qabağa getsin də alsın pensiyanı çoxlu alsın qabağa getsin indi bunun kamissiyadan bir dənə kağız alsaq miqrasiyaya versək onu dondursaq kamissiya da mənə o miqdarı deyəcək o miqdar da mən buna diyəcəm yoxudu onların indi gəl bunu başa sal ki sən bunu ver get pensiyanı al camaata qaytar da indi bir həftədir ver al təsdiq et ver al hamı alıb indi bir dənə bu qalıb indi necə edək qalmışam məəttəl buna indi deyəcəm deyəcək yoxumdu özümdə qalıram pis vəziyyətdə səni də qoyuram kiminsə yanında pis vəziyyətdə vallah bilmirəm görüm də danışım indi sənə diyər qardaşım”. “8” adlı səs faylında “məllim qardaşım bilirsən necədi bunu da elə bil özüm kimi düzəltdim də necə mən məsəlçün uşaqlarçün dövlət tərəfindən kompensasiya alırıq yoldaşımın da vətəndaşlığı olmadığı üçün ömürlük alırıq bunu da elənçi düzəltdim indi bunun cavabı gəlmiyib deyə onçun biraz uje pensiyada biraz başağrı olur bildim başa düşdüm şeynən də danışdım eşqin məllimnən eşqin məllim dedi ki qardaş allaha and olsun əlimdən gələni eliyirəm yəni bugünki günə kimi saxlamışam bir də artıq saxlaya bilmirəm tək bir nəfərə görə gör neçə nəfərin sənədini yubatmışam, o da mənə belə bir şey dedi sən deyəni o da mənə dedi yəni komissiyadan kağız alın verin miqrasiyaya miqrasiyanı müvəqqəti dondurun ana pensiyanı alar analıq pulunu alar təzədən sənəd gələr səfirlikdən cavab gələr gedib ömürlük vətəndaşlıq alar o tembolu daha rahat olar bidənə kağız almağın bir dənə kağız almaq lazımdır guya bəs təcili əməliyyat zad filan guya uşaqçun filan bəsməkan belə bir şey edək gəlin də gəlin üzbəüz danışaq görək neynirik amma birdənə bunu yoluna qoyaq bilirsən imkanı yoxdur onun qardaş vallah yoxudur indi mən ona durub deyəcəm bu qədər elə bu qədər gətir 10 gündən sonra get camaatın pulunu qaytar söz verim arxayın edim onu o söz yoxe əlbəttə o məlum məsələdir ki 10 gün ərzində olacaq az pul deyil 2280 manat 6 ayda 380 manatdan vurmuşuq tembolu hələ bunun artımını demirəm özü bilər allahı bilər axırda sənə mənə nə verər verər o da onun biləcəyi bir işdir amma qaldı ki mən ona deyə bilmirəm axı bu dəyqə gətir bu qədər ver yoxudur bilirəm yoxudur deyəcəm ona görüm nolacaq bilmirəm qardaş allah haqqı bilmirəm bir yandan buna baballığım gəlir yoxudur bir yandan bu qədər əziyyət çəkib adam istəmirə bildin qardaş nə danışaq istəmir adam kor peşmançılıq onçun kor peşmançılıq olmayacağe başa düşürəm səni olmuyacaq amma qaldı ki vaxt söhbəti var da biri var 10 günə alasan biri var 2 aya alasan o uje yubanmaq söhbəti var bildin qardaş onsuz da problem yoxdur burda onçun indi buna da mən deyəcəm gətir 700 manat düz qoş elə onu alım eliyim get 10 gündən sonra pensiyanı al camaatın pulunu ver bir yandan pulun miqdarı 2280 manat deyəcəksən deyəcək hə əladır amma deyəcəksən gətir 700 manat ver deyəcək yoxumdur o uje qalacaqsan pis vəziyyətdə”. “10” adlı səs faylında “məllim axşamın xeyir necəsən başıva dönüm nə var nə yox məllim hər şey hazırdır məndədir prosto toydayıq indi çıxıb sənə göndərəcəm hamısını biraz səbrli ol sənə göndərəcəm pensiyanı da, diplomu da, işi də, imtahanı da hamısını göndərəcəm sənə” danışıqları qeyd olunmuş səs yazılarının olması müəyyən edilmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 “Xiaomi Poco C40 Pro” markalı telefonuna baxış keçirən zaman iş üçün mühüm əhəmiyyət kəsb edən “Whatsapp” tətbiqində olan səsli ismarışları, mətn ismarışı və digər fotoşəkilləri CD diskə əlavə edilmişdir. Telefona baxış keçirilən zaman, “Whatsapp” tətbiqində həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 telefon nömrəsini “Yazig” adı ilə kontakta əlavə etmiş və onunla Təqsirləndirilən şəxs2 arasında baş tutmuş dialoqda “Whatsapp” tətbiqindəki yazışma dialoqunun sxemi: Təqsirləndirilən şəxs2 Onu içəri mən atdirmisam Zəng elə 102 Olar sisdeme vurub size deyecey Haqqima girme gunahdi Təqsirləndirilən şəxs2 Sizi başa düşürəm siz meni başa düşmürsuz Zərərçəkmiş şəxs2 4169-7388-6662-7239 yazışmasının olması müəyyən edilmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Galaxy A33 5G” markalı telefonuna baxış keçirən zaman iş üçün mühüm əhəmiyyət kəsb edən “Whatsapp” tətbiqində olan səsli ismarışları, mətn ismarışı, “Birbank” tətbiqində olan qəbzləri və digər fotoşəkilləri CD diskə əlavə edilmişdir. Telefona baxış keçirilən zaman, “Birbank” tətbiqində olan qəbzlərdən aydın olur ki, Təqsirləndirilən şəxs1 özünə məxsus “416973****5376” saylı kart hesabından “AS**** C****” adlı şəxsə məxsus “416973****9974” saylı kart hesabına xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə isə 15 manat pul vəsaiti köçürmüşdür. Telefona baxış keçirilən zaman, “Google Chrome” tətbiqinin tarixçəsindən aydın olur ki, Təqsirləndirilən şəxs1 “tezbazar.az”, “lalafo.az” veb-saytlarına daxil olaraq müxtəlif şəxslərə məxsus divan, kreslo elanlarındakı fotoşəkilləri götürərək “Whatsapp” tətbiqində adı “Sabina.2” kimi yazılmış həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ismarış kimi göndərib özünə məxsus Gözəllik salonunun mebellərin və divanın fotoşəkilləri kimi təqdim etməklə satışda olduğunu bildirmiş və Zərərçəkmiş şəxs2 həmin divanları almağı üçün pul vəsaitlərini ona məxsus bank kartına göndərməsini istəmişdir. Bundan əlavə telefona baxış keçirilən zaman, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə Whatsapp yazışmasının səsli ismarışlarının olması və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə telefon zənginin səsyazması və həmin səsyazmada qarşı tərəfdən arayış gətirməsini və həftənin 2-cü günü saat 10 tamamda Səbail rayonu baş polis idarəsində, eləcə də 39-cu polis bölməsinə gəlməsini və onun qəbulunda olmasını tələb etməsi müəyyən edilmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X8 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus Whatsapp tətbiqindən götürülmüş səsli mesajların, mətn mesajlarının və sairə ekrangörüntülərin, Təqsirləndirilən şəxs1 məxsus bank kartına edilmiş ödənişlərin qəbzlərinin əlavə edildiyi bir ədəd CD diskə baxış keçirilmişdir. Diskdə olan “qəbzlər” qovluğunda olan qəzblərin fotoşəkillərinə baxış keçirilən zaman “416973******5376” saylı bank kartma “Birbank” tətbiqi vasitəsilə onlayri qaydada “416973******7239” saylı bank kartından xx.xx.2023- cü il tarixdə 15 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 20 manat və 100 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 104 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 15 manat, 08.07,2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023- cü il tarixdə 26 manat, xx.xx.2023-cü il tarixdə 6 manat, xx.xx.2023-cü il tarixdə 106 manat, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Uğur marketdə yerləşən ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 55 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 20 manat, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxoz, Spar Xəyalə marketdə yerləşən ödəmə terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 410 manat pulun köçürülməsi müəyyən edilmişdir. Baxış zamanı diskdə, “mesajlar” qovluğunun içərisində olan fotoşəkillərdə Təqsirləndirilən şəxs1 ilə zərərçəkmiş şəxs X6 “Whatsapp” tətbiqi üzərindən dialoqunun olması müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-559/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 müddətinə uzadılmışdır. İş materiallarında olan Masallı rayon icra probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-54/24-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza çəkmiş, 04 ay 28 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə isə ilk epizod Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı ona elan edilmiş ittihamı qəbul etməmişdir. Lakin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, o cümlədən digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinə, diskə baxış keçirilməsi haqqında, o cümlədən telefona baxış keçirilməsi haqqında protokollara və digər sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilməməsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.” Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, “Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 20331 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 2732 manat məbləğində ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 onlar tərəfindən ittihamda qeyd edilən cinayət əməllərinin törədildiyini və cinayət nəticəsində əldə etdikləri qazancın Təqsirləndirilən şəxs2 ilə aralarında bərabər şəkildə bölündüyünü qeyd etmişdir. Digər Təqsirləndirilən şəxs2 ona elan etmiş ittihamı qəbul etməmişdir. Lakin məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlində təqsirliliyi sübuta yetmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində dəymiş ziyan hər iki təqsirləndirilən şəxs arasında bərabər şəkildə bölünməlidir. Yəni cinayət işi üzrə Zərərçəkmiş şəxs1 dəymiş 20331 manat məbləğində ziyanın 10165,50 manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs2, digər 10165,50 manat məbləğində olan hissəsi isə Təqsirləndirilən şəxs1, həmçinin Zərərçəkmiş şəxs2 dəymiş 2732 manat məbləğində ziyanın 1366 manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs2, digər 1366 manat məbləğində olan hissəsi isə Təqsirləndirilən şəxs1 aiddir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun xeyrinə ümumilikdə 23000 manat maddi ziyanın və 159 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd edilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs1 mülki iddia ilə müraciət edəərk Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməsi nəticəsində ona 23000 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Lakin məhkəmə araşdırılması zamanı zərərçəkmiş şəxs ona həmin məbləğdə ziyan dəyməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 20331 manat məbləğində ziyan dəyməsi sübuta yetmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 10165,5 manat olmaqla 20331 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 16 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 12 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 10165,5 (on min bir yüz altmış beş manat əlli qəpik) manat olmaqla 20331 (iyirmi min üç yüz otuz bir) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159 (bir yüz əlli doqquz) manat məbləğində pul vəsaiti (müştərək qaydada) tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 96 (doxsan alıt) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar