Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-218/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1993-cü ildə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 may 2006-cı il təvəllüdlü on altı yaşına çatmayan X7 ilə qeyri-rəsmi olaraq kəbin nikahı ilə evləndikdən sonra ər-arvad kimi yaşayaraq ilk dəfə təxminən 2021-ci ilin may ayının əvvəllərində onun Lənkaran rayonu, Daşdatük kəndində yaşadığı evində, daha sonra həmin tarixdən etibarən Günel Baxşəliyevanın anası X2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Lələtəpə adlanan məhllədə yerləşən nömrəsiz evində Günel Baxşəliyevanın razılığı ilə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Günel Baxşəliyeva 04 fevral 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evdə ölü döl düşük etdikdən sonra həmin gün 3 saylı Şəhər klinik xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayında 06 may 2006-cı il təvəllüdlü X7 ilə bir-birilərini sevmişlər və ailələr arasında kiçik toy mərasimi ilə ailə qurmuşlar. Təxminən bir aya yaxın onun Lənkaran rayonu, Daşdatük kəndində yerləşən evində anası ilə birlikdə yaşamışlar. Sonradan Xəzər rayonu, Binə qəsəbəsinə həyat yoldaşı Günel Baxşəliyevanın anası yaşadığı evə köçərək 8-9 ay orada yaşamışlar. Evləndikləri gündən sonra Günel Baxşəliyeva ilə ər-arvad kimi onun könüllü razılığı ilə cinsi əlaqədə olmuşlar və Günel hamilə qalaraq Sabunçu rayonu 3 saylı Şəhər xəstəxanasında həkim qeydiyyatına düşmüşdür. Uşağın doğuşu 05 fevral 2022-ci il tarixə hesablanmış və xəstəxanadan bildirmişlər ki, həyat yoldaşının yaşı 16-dan az olduğu üçün uşaq doğulduqdan sonra polisə məlumat veriləcəkdir. 04 fevral 2022-ci il tarixdə, saat 09 radələrində o, qardaşı Güloğlanla fəhləlik üçün iş dalınca getmişdir. Həmin vaxt qaynanası Əfşan parnikə iş yerinə getdiyindən həyat yoldaşı Günel Baxşəliyeva evdə tək qalmışdır. Saat 12 radələrində Günel zəng edərək vəziyyətinin ağırlaşdığını və təcili evə gəlməyini demişdir. Ona görə işdən çıxıb qardaşı ilə birlikdə Binə qəsəbəsinə evə getmişdir. Evə çatanda artıq uşaq təbii olaraq doğulmuş, lakin cift boğazına dolandığı üçün ölmüşdür. Günel isə çoxlu qan itirdiyindən təcili tibbi yardıma zəng edərək onu 3 saylı Şəhər xəstəxanasına aparıb və reanimasiya şöbəsinə yerləşdirmişlər. Lakin arvadı Günel əvvəlcə komaya düşmüş, sonra isə reanimasiya şöbəsində ölmüşdür. Onun hüquqi savadı olmadığından 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratmasını bilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, 06 may 2006-cı il təvəllüdlü X7 onun yeganə uşağı olmuşdur. X16 1995-ci ildə xəstəlik öldükdən sonra təxminən 9 il əvvəl X1 ilə ailə qurmuşdur. 27 aprel 2021-ci il tarixdə qızı Günel öz istəyi ilə Təqsirləndirilən şəxs ilə Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivindəki nömrəsiz evində nişanlanmışdır. Nişandan təxminən bir həftə sonra Mayilın anası Şahid və Təqsirləndirilən şəxs Güneli 3-4 günlük Lənkəran rayonu, Daşdatük kəndinə gəzməyə aparmaq istədiklərini demişlər. O, da qızının istəyini nəzərə alaraq buna etiraz etməmişdir. Bundan 4 gün sonra Şahid zəng edərək qızı nə vaxt geri gətirəcəyini soruşmuşdur. Şahid Günelin artıq onun gəlini olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs qızı Günel ilə təbii yolla cinsdi əlaqədə olaraq bakirəliyini pozduğunu bilmişdir. O, polisə şikayət etmək istəsə də, qızı Günel polisə şikayət etməməsini, yoxsa onu bədbəxt edəcəyini, öz istəyi ilə Mayil ilə cinsi əlaqədə olduğunu demişdir. Təxminən iki ay sonra Günel onun yaşdığı ünvana gələrək hamilə olduğunu demiş və əri Mayil ilə birlikdə onun evində yaşamağa başlamışdır. Günel 9 aylıq hamilə olanadək əri ilə birlikdə onun evində yaşamışdır. 05 fevral 2022-ci il tarixə Günelin doğum vaxtı müəyyən edilmişdir. 04 fevral 2022-ci il tarixdə, saat 12 radələrində Günelin vəziyyəti ağırlaşmışıdr. Mayil qızını xəstəxanaya aparacağı halda onu və qızını öldürəcəyini dediyi üçün uşağın doğumuna kömək üçün ara həkimi çağırmışdır. Uşaq doğulsa da, cift boğazına dolandığı üçün ölmüşdür. O, Günelin çoxlu qan itirdiyini görüb təcili tibbi yardıma zəng etmiş və onu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Lakin qızı Günel çox qan itirdiyindən xəstəxanada ölmüşdür. Yeganə övladı olan qızı Günel və onun doğulmamış uşağı öldüyündən Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirdi və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, X8 onun oğludur. Oğlu Mayıl ilə Günel Baxşəliyeva bir-birilərini sevdikləri üçün Günelin yaşadığı Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivindəki nömrəsiz evində 27 aprel 2021-ci il tarixdə nişanlanmışlar. Günel və Mayıl bir-birilərini sevmişlər. Nişandan təxminən bir həftə sonra, 2021-ci ilin may ayının əvvəllərində Güneli Lənkəran rayonu, Daşdatük kəndinə yaşadığı evə gətirmişdir. Günel iki gün onunla bir otaqda qalmış və həmin müddətdə oğlu ilə münasibətdə olmamışdır. Bundan iki gün sonra o, Bakı şəhərinə getmiş və oğlunun Günel ilə münasibətdə olmasından xəbəri olmamışdır. Oğlu və Günel təxminən 1 ay onlarla birlikdə yaşamışdır. Daha sonra Güneli Mayıl ilə birlikdə Bakı şəhərinə anasının yanına getmişdir. Günel və Mayıl Bakı şəhərinin Binə qəsəbəsində qudasının evində yaşamışdır. 05 fevral 2022-ci il tarixdə Günel doğum etməli olsa da, 04 fevral 2022-ci il tarixdə Günelin vaxtından əvvəl doğum etdiyini, doğum zamanı uşağın evdə, Günel isə qanaxmadan xəstəxanada öldüyünü eşitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir rayonu «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 04 fevral 2022-ci il tarixli, 10/MEŞ nömrəli rəyindən görünür ki, 2006-cı il təv. X3 və kişi cinsli dölün meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara və əlavə laborator tədqiqatların cavablarına əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəieəyə gəlinir:
1. X3 meyitində məhkəmə-tibbi müayinə zamanı təbii doğuş yollarında baş vermiş cınlmalar istisna olmaqla hər hansı bir xəsarət yə ya xəsarət izi aşkar edilmədi. Dölün meyitində həyatı xəsarət aıkar edilmədi.
2. X3 ölümün bilavasitə səbəbi təbii doğuş zamanı doğuş yollarında baş vermiş cirilmälarla əlaqədar kəskin qanitirmə, posthemorragik şok olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 17:20da X12 ginekologiya şəbəsində baş vermişdir. Yenidoğulmuşun ölümünün bilavasitə səbəbi intranatal hipoksiyamn postnatal asfiksiyaya keçməsi nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatışmazlığı olmuşdur.
3. 4.5.6. X7 39-4Q hsfteiik hamiləlikdən intranatal hipoksiyamn postnatal asfiksiyaya keçməsi ilə əlaqədar dölü doğulmuş, ananın həyatı üçün təhlükəli olan doğuş yollarının və aralığın cırılması, dölün ağciyərlərində birincili ocaqlı atelektaz hesabına dərhal dölün ölümü baş vermişdir.
7. X9ma doğuş anında və doğudan sonrakı ilk zahılıq dövrünə uyğun qisä müddət ərzində dərhal düzgün diaqnostika olunmaqla müvafiq təcili tibbi yardım göstərildiyi halda onun məqsədyönlü hərəkətlər etmək imkanı olardı.
8. Doğuşdan sonra zahıya və dölə tibbi yardımın göstərilməsi ilə əlaqədar həyati proseduraların əlamətləri aşkar edilmədi.
9. X3 meyitindən və Ölü döldən götürülmüş qanda məhkəmə-kimyəvi müayinəsi zamanı tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan Metamfetamin adlı maddə aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1993-cü ildə Lənkəran rayonu, Daşdatük kəndində anadan olmuş Təqsirləndirilən şəxs - Füzuli hərbi Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 232.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 3 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, zərərəçəkmiş şəxsin vəfat etməsini və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 08 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdən 08 fevral 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 19 may 2022-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 4 saat 30 dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkil X6 və 27 (iyirmi yeddi) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdən 08 fevral 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 19 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 27 (iyirmi yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X6 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov