Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-219/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda 2.405 qram təmiz çəkidə əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Güloğlan Məmmədov küçəsi, 17 ünvanının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:15-də ünvan 3 ünvanında yerləşən “X9” restoranının qarşısında saxlanılaraq həmin gün saat 15:30-dan etibarən Armayis Quliyevin üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 2.405 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ibtidai istintaq orqanında vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üstündə saxlaması və daşıması və satışı ilə məşğul olması barədə Baş İdarəyə daxil olmuş məlumat Şahid1 tərəfindən raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək, Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar iki hal şahidi dəvət olunmuş və hal şahidlərinə hüquq vəzifələri izah edildikdən sonra həmin günü saat 15:15 radələrində tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Xəzər rayonuna gedilmiş və oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və ünvan 4 ünvanında yerləşən «X9» restoranının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Tədbir iştirakçıları və hal-şahidləri ilə birlikdə həmin şəxsə yaxınlaşıb polis əməkdaşları olduqlarını ona bildirdikdən sonra özünü xx.xx.1963-cü il ildə anadan olmuş hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvani küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm və gödəkçəsinin cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxararaq təqdim etmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və hal şahidləri kimi Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır və üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış, götürülməmişdir. Bundan sonra saxlanan şəxs Təqsirləndirilən şəxs və hal şahidləri Baş Mütəşəkkil Mübarizə İdarəsinə yollandıqlarını və oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini, bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Armayis Quliyevə təqdim edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 01 (bir) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir, tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Saxlanılan şəxsdən anket məlumatları soruşulduqda o, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirilmişdir və Baş İdarənin əməkdaşları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixli saat 15:15 radələrində tədbir iştirakçıları ilə Bakı şəhəri, Xəzər rayonuna yollanmışlar, oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və ünvan 4 ünvanında yerləşən «X9» restoranının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmiş və tədbir iştirakçıları həmin şəxs yaxınlaşıb polis əməkdaşları olduğlarını bildirdikdən sonra özünü xx.xx.1963-cü il ildə anadan olmuş hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvani küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm və gödəkçəsinin cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxararaq təqdim etmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş onlar və Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən əməliyyat marağı kəsb edən əşya və ya predmetlər aşkar olunmamış və götürülməmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs və onlar Baş Mütəşəkkil Mübarizə İdarəsinə yollanmış və oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmiş və bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Armayis Quliyevə təqdim edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 01 (bir) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri üstündə saxlaması və daşıması və satışı ilə məşğul olması barədə Baş İdarəyə daxil olmuş məlumat tərəfindən raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək, Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərar çıxarılmış və İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar iki hal şahidi dəvət olunmuş və hal şahidlərinə hüquq vəzifələri izah edildikdən sonra həmin günü saat 15:15 radələrində tədbir iştirakçıları tərəfindən Bakı şəhəri, Xəzər rayonuna gedilmiş və oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və ünvan 4 ünvanında yerləşən «X9» restoranının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmişdir. Tədbir iştirakçıları və hal-şahidləri ilə birlikdə həmin şəxsə yaxınlaşıb polis əməkdaşları olduqlarını ona bildirdikdən sonra özünü xx.xx.1963-cü il ildə anadan olmuş hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvani küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş və Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm və gödəkçəsinin cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxararaq təqdim etmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş və həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və hal şahidləri kimi Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır və üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış, götürülməmişdir. Bundan sonra saxlanan şəxs Təqsirləndirilən şəxs və hal şahidləri Baş Mütəşəkkil Mübarizə İdarəsinə yollandıqlarını və oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini, bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Armayis Quliyevə təqdim edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 01 (bir) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir, tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Saxlanılan şəxsdən anket məlumatları soruşulduqda o, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirilmişdir və Baş İdarənin əməkdaşları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixli saat 15:15 radələrində tədbir iştirakçıları ilə Bakı şəhəri, Xəzər rayonuna yollanmışlar, oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş və ünvan 4 ünvanında yerləşən «X9» restoranının yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilmiş və tədbir iştirakçıları həmin şəxs yaxınlaşıb polis əməkdaşları olduğlarını bildirdikdən sonra özünü xx.xx.1963-cü il ildə anadan olmuş hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Naxçıvani küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhərində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm və gödəkçəsinin cibindən bir ədəd “Huawei” markalı mobil telefonu çıxararaq təqdim etmiş və Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuş, həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş onlar və Təqsirləndirilən şəxs də həmin zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs götürülmüş mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən əməliyyat marağı kəsb edən əşya və ya predmetlər aşkar olunmamış və götürülməmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs və onlar Baş Mütəşəkkil Mübarizə İdarəsinə yollanmış və oraya gəldikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarının müdafiə edilməsinə etiraz etməmiş və bu səbəbdən qərar əsasında Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Armayis Quliyevə təqdim edilmiş və keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və möhürlənmiş 01 (bir) ədəd zərf və 01 (bir) ədəd mobil telefon protokola əlavə edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3335 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə maddə...” və s. qeydlər olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,405 qram olan maddə, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə-metamfetamindir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxx 2020-ci il tarixli, 1086 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1963-cü ildə Laçın rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:50-18:05 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan şalvarının sol yan cibindən siqaretin şəffaf sellofana bükülmüş 1 ədəd bükülüdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 44 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır. Ailəlidir, ailədə arvadı, 1 oğlu və 2 ailə həyatı qurmuş qızı vardır. Hal-hazırda heç bir yerdə işləmir. Buzovna qəsəbəsində qeydiyyatsız yaşadığı 1 il 2 ay müddət ərzində onun barəsində qəsəbə sakinləri və ailə üzvləri tərəfindən Buzovna qəsəbə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan BR Dövlət X7 Ufa şəhər 21 saylı X4 Kardiologiya şöbəsi tərəfindən verilmiş ******* saylı xəstəlik tarixçəsindən çıxarış epikrizindən görünür ki, xx xxxxx 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Əsas: ÜİX sol məbəciyin ön septal apikal yan bölgəsinin kəskin Q miokard infarktı. Sistemli tromboliz (Metaliz). ÖİVA stentləmə diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrıayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməlin törətməsini, yaşadığı ərazidə müsbət xarakterizə edildiyini, əvvəllər məhkum olunmamasını, onun kifayət qədər yaşının (57 yaşının) olmasını, ailə tərkibində nəvələrinin olmasını, eyni zamanda ağır ürək xəstəliyindən əziyyət çəkməsini və bununla bağlı əməliyyat edilməsi zərurətinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayaraq, ilk dəfə 57 yaşında cinayət əməli törətmiş, bu əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs ailə tərkibində üç övladı dörd nəvəsi vardır, o, ailəsində yeganə işləyən şəxsdir və ailə üzvlərini maddi təmin edir. Bununla yanaşı Təqsirləndirilən şəxs “Əsas: ÜİX sol məbəciyin ön septal apikal yan bölgəsinin kəskin Q miokard infarktı. Sistemli tromboliz (Metaliz). ÖİVA stentləmə” diaqnozu ilə ağır ürək xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs həmin xəstəlikdən əziyyət çəkməsi hazırda COVİD-19 pandemiyasının yayıldığı dövrdə onun sağlamlığı üçün real təhlükə yaradır və həmin təhlükə daha ağır nəticələrə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının aşağı həddi təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasənMaddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Azərbaycan Respublikası DİN-nin BMCMİ-də maddi sübut kimi saxlanılan qalıq 2,355 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN-nin BMCMİ-də maddi sübut kimi saxlanılan qalıq 2,355 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-219/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-219/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver