Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-219/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Cəlal oğlunun iştirakı ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Orenburq vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cəlal oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cəlal oğlu özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09.01.2021-ci il saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsində fəaliyyət göstərən «Bizon» marketə qapısının şüşəsini sındırmaqla qanunsuz daxil olub, oradan 1 ədəd 30 manat dəyərində «Servelat Rus» kolbasasını, 1 ədəd 29,6 manat dəyərində «Servelat» kolbasasını, 5 ədəd ümumi dəyəri 41 manat olan «Bees-Beef Servelat» kolbasasını, 1 qutu 2,5 manat dəyərində hisə verilmiş boğazı, 1 qutu 2,2 manat dəyərində hisə verilmiş pətənəyi, 1 qutu 9 manat dəyərində 0,5 kq «Beta» markalı çayı, 1 ədəd ümumi dəyəri 14 manat olan «Siyəzən» markalı toyuğu, 1 kq 13,5 manat dəyərində «Kristiyanskaya» markalı kərə yağını, 4 ədəd ümumi dəyəri 8 manat olan «Duzlu fıstıq», 2 ədəd ümumi dəyəri 21 manat olan dəyərində «Abşeron» markalı şərabı, dəstində 3 şüşə olan 12 manat dəyərində 1 dəst «Xan Çinar» arağı, 3 ədəd ümumi dəyəri 30 manat olan 1 litrlik «Pşeniçnaya» markalı arağı, 3 ədəd ümumi dəyəri 22,8 manat olan 0,7 litrlik «Pşeniçnaya» markalı arağı, 3 ədəd ümumi dəyəri 17,4 manat olan 0,5 litrlik «Pşeniçnaya» markalı arağı, 1 ədəd 16 manat dəyərində 1 litrlik «Maroşa» markalı arağı, 1 ədəd 12 manat dəyərində 0,7 litrlik «Maroşa» markalı arağı, 1 ədəd 16 manat dəyərində 1 litrlik «Xarçitsa» markalı arağı, 1 ədəd 12 manat dəyərində 0,7 litrlik «Xartiçsa» markalı arağı, 1 ədəd 60 manat dəyərində 0,7 litrlik «Qold Baku» markalı konyakı, 1 ədəd 8 manat dəyərində 0,25 litrlik «6 illik» markalı viskini, 24 ədəd ümumi dəyəri 36 manat olan «Qo» markalı enerji içkisini, 1 cüt 5,5 manat dəyərində rejin ayaqqabını, 1 cüt 13 manat dəyərində içərisi tüklü rejin ayaqqabını, 10 ədəd ümumi dəyəri 18 manat olan «Cillet» markalı üzqırxanı, 2 ədəd ümumi dəyəri 7 manat olan «Meçta Xozyayki» markalı mayenezi, 1 banka 13 manat dəyərində «Nutella» markalı şokolad yağını, 4 ədəd ümumi dəyəri 4 manat olan izolyasiya lentini, 5 ədəd ümumi dəyəri 15 manat olan ÇXR-da istehsal olunmuş kiçik ölçülü əl fənərini, 3 ədəd ümumi dəyəri 18 manat olan ÇXR-da istehsal olunmuş böyük ölçülü əl fənərini, 2 ədəd ümumi dəyəri 16 manat olan stolüstü ÇXR-da istehsal olunmuş fənəri, 1 ədəd 2,8 manat dəyərində «İpək» markalı saç şanpunu, 14 qutu ümumi dəyəri 84 manat olan enli «Sobraniya» markalı siqareti, 8 qutu ümumi dəyəri 27,2 manat olan «Kemal» markalı siqareti, 16 qutu ümumi dəyəri 59,2 manat olan «Sobraniya kompakt» markalı siqareti, 42 qutu ümumi dəyəri 155,4 manat olan «Sobraniya nazik ağ» markalı siqareti, 17 qutu ümumi dəyəri 62,9 manat olan «Sobraniya göy nazik» markalı siqareti, 14 qutu ümumi dəyəri 51,8 manat olan «Sobraniya qara nazik» markalı siqareti, 8 qutu ümumi dəyəri 29,6 manat olan «Sobraniya göy qalın» markalı siqareti, 12 qutu ümumi dəyəri 44,4 manat olan «Sobraniya ağ qalın» markalı siqareti, 26 qutu ümumi dəyəri 83,2 manat olan «Vinston boz nazik» markalı siqareti, 16 qutu ümumi dəyəri 51,2 manat olan «Vinston boz kompakt» markalı siqareti, 6 qutu ümumi dəyəri 19,2 manat olan «Vinston mentol kompakt» markalı siqareti, 12 qutu ümumi dəyəri 38,4 manat olan «Vinston ağ nazik» markalı siqareti, 8 qutu ümumi dəyəri 25,6 manat olan «Vinston slim» markalı siqareti, 6 qutu ümumi dəyəri 19,2 manat olan «Vinston göy kompakt» markalı siqareti, 4 qutu ümumi dəyəri 12,8 manat olan «Vinston qara qalın» markalı siqareti, 8 qutu ümumi dəyəri 25,6 manat olan «Vinston göy nazik» markalı siqareti, 12 qutu ümumi dəyəri 31,2 manat olan «LD ağ kompakt» markalı siqareti, 11 qutu ümumi dəyəri 28,6 manat olan «LD qara nazik» markalı siqareti, 4 qutu ümumi dəyəri 9,2 manat olan «Vinçestr boz qalın» markalı siqareti, 16 qutu ümumi dəyəri 36,8 manat olan «Vinçestr mentol» markalı siqareti, 6 qutu ümumi dəyəri 13,8 manat olan «Vinçestr meyvə mentol» markalı siqareti, 6 qutu ümumi dəyəri 13,8 manat olan «Vinçestr göy nazik» markalı siqareti, 8 qutu ümumi dəyəri 18,4 manat olan «Vinçestr boz nazik» markalı siqareti, 4 qutu ümumi dəyəri 9,2 manat olan «Vinçestr boz kompakt» markalı siqareti, 6 qutu ümumi dəyəri 13,8 manat olan «Vinçestr göy kompakt» markalı siqareti, 12 qutu ümumi dəyəri 31,2 manat olan «Davidoff ağ nazik» markalı siqareti, 9 qutu ümumi dəyəri 20,7 manat olan «Palmall nazik apelsin» markalı siqareti, 14 qutu ümumi dəyəri 32,2 manat olan «Palmall boz nazik» markalı siqareti, 6 qutu ümumi dəyəri 13, 8 manat olan «Palmall ağ nazik» markalı siqareti, 8 qutu ümumi dəyəri 18,4 manat olan «Palmall göy nazik» markalı siqareti gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1606,1 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Cəlal oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 09.01.2021-ci il tarixdə saat təxminən 02 radələrində sərxoş vəziyyətdə təkcə kirayədə qaldığı Zirə qəsəbəsi, Şirvani küçəsində yerələşən nömrəsiz evə gələrkən, Zirə qəsəbəsi, Şirvani küçədə fəaliyyət göstərən, Elman adlı şəxsə məxsus «Bizon» marketin qarşısından keçmiş, mağazanın bağlı olduğunu və işıqlarının yanmadığını görmüş, ani olaraq mağazanın giriş qapısının şüşəsini sındırıb içəri girmək, oradan spirtli içkilər, kolbasa və siqaret götürüb çıxmaq qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olmuş, yerdən daş götürüb mağazanın giriş qapısının şüşəsinə çırparaq sındırmış, səsə heç kim çıxmamışdır. Bu səbəbdən də içəri girmiş, mağazada olan sellofan torbaları götürüb içərisinə müxtəlif kolbasaları, vitrindəki siqaretləri, üzqırxan alətləri, şokolad yağlarını, fıstıq bağlamalarını, araqları və çaxırları yığmış, mağazada olan alışqan və əl fənərlərini, eləcə də əlinə keçən əşyaları torbalara doldurub mağazanı eyni qaydada tərk etmişdir. Küçəyə çıxdıqda ətrafda heç kimin olmadığını və onun hərəkətlərini görən olmadığını müəyyən etmiş, bir başa yaşadığı evə getmişdir. Oğurladığı araqları içmiş və kolbasaları doğrayıb yemişdir. Oğurladığı siqaretləri isə çəkmişdir. 12.01.2021-ci il tarixdə saat 14 radələrində oğurluq etdiyi mağazaya çörək almaq üçün getmiş, bir qədər sonra isə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları gəlib onu şöbəyə dəvət etmişlər. Şöbədə onunla mağazadan oğurluq barəsində söhbət etmişlər və hər şeyi etiraf etmişdir. Oğurlanmış əşyaların harada olduğunu soruşduqda özü ilə gəzdirdiyi rüqzaq tipli çantanı açıb oğurladığı əşyalardan qalanları təqdim etmişdir. Həmin vaxt o, 9 qutu «Sobranya» markalı, 3 qutu «Kamel» markalı, 3 qutu «Viniston» markalı qalın, 3 qutu «Viniston» markalı nazik, 1 qutu «Rotmans» markalı qalın, 2 qutu «LD» markalı, 3 qutu «Vinçestr» markalı siqaretləri, 10 ədəd «Gilet Blue 3» markalı birdəfəlik üzqırxan alətləri, 1 ədəd yaşıl rəngli əl fənərini, 1 ədəd alışqan təqdim etmişdir. Həmin vaxt çantada olan 2 manat pulu, 1 ədəd istifadədə olmuş köhnə çörək bıçağını, 1 ədəd istifadədə olmuş izolyasiya lentini, 1 ədəd istifadədə olmuş şalvar kəmərini, 1 ədəd «FLY» markalı mobil telefonu, həmin telefona məxsus 1 ədəd qulaqcığı, həmin telefonun adapter naqilini və adapter başlığını təqdim edib özünə məxsus olduğunu söyləmişdir. Qeyd olunan özünə məxsus əşyalar ona qaytarılmışdır. Digər əşyalar isə ondan götürülmüşdür. Protokol tərtib edilmiş və izahatı alınmışdır. Həmin mağazanın yaşadığı evin yanında fəaliyyət göstərdiyini, oradan tez-tez alver etdiyini, oğurluğu tək törətdiyini, oğurluğu törətməkdə ona heç kimin köməklik etmədiyini, oğurladığı araq və çaxırları qəbul etdiyini, qida məhsullarını yediyini, siqaretləri çəkdiyini, oğurladığı əşyalardan qalanını təqdim etdiyini, oğurluğu sərxoş vəziyyətdə törətdiyindən hansı əşyadan hansı miqdarda oğurladığını dəqiq qeyd edə bilmədiyini, zərər çəkmişin müraciətindəki əşya sayı ilə onun qeyd etdiyi əşyaların sayında bu səbəbdən fərq yarandığını, oğurladığı əşyalardan heç kimə vermədiyini, bağışlamadığını və satmadığını, mağazada müşahidə kamerasının olubolmadığını bilmədiyini, ümumiyyətlə sərxoş vəziyyətdə olduğundan hadisəni təfsilatı ilə xatırlamadığını əlavə etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2019-cu ildən yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, yol kənarında fəaliyyət göstərən «Bizon Market»i işlədir. Həmçinin 18 saylı TTYS-da sürücü işləyir. Mağaza mişar daşından inşa olunub. Mağazanın qarşısı plastik materialdandır. Mağazaya giriş qapısı da plastik materialdandır və üstü şüşədəndir. Mağaza ümumilikdə 80 kvadrat metrdir. Mağazaya müşahidə kameraları quraşdırmışdır. Mağazanın içərisində 6 ədəd, bayır tərəfindən isə 2 ədəd müşahidə kamerası vardır. Mağazada müxtəlif qida məhsulları, yuyucu vasitələr, spirtli içkilər, müxtəlif məişət məhsulları satır. Hər gün saat 06:00-da mağazam açıb ticarətə başlayır, saat 21:00-da isə bağlayır. 08.01.2021-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayıb getmiş, 09.01.2021-ci il tarixdə saat 06:10-da mağazaya gəlmiş, mağazanın giriş qapısının şüşəsinin sındırıldığını müəyyən etmişdir. Fakt barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis işçiləri gəlmiş və onların iştirakı ilə içəri girmişdir. Həmin vaxt mağazaya baxış keçirildikdə mağazanın qarşısında quraşdırılmış işığın yanmadığını, 2 ədəd müşahidə kamerasının birinin naqilinin kəsildiyi müəyyən edilmişdir. İçəri girdikdə isə mağazadan müxtəlif növ siqaretlərin, müxtəlif spirtli içkilərin, qida məhsullarının oğurlandığını müəyyən etmişdir. Həmin günü müşahidə kameralarını açıb görüntülərə baxmaq istəmiş, lakin yaranmış nasazlıq səbəbindən müşahidə kamerasının yaddaş qurğusunu açmaq mümkün olmamışdır. Bu səbəbdən də oğurluğu törədən şəxsi müəyyən etmək mümkün olmamışdır. Həmçinin ona vurulmuş ziyanın da məbləğini müəyyən etmək mümkün olmamışdır. Növbəti günlərdə kameranın yaddaş qurğusunu açıb baxmış və oğurluğu edən şəxsin əlamətlərini müşahidə etmişdir. Müəyyən etmişdir ki, həmin şəxs mağazanın siqaretlər satılan, spirtli içkilər satılan, qida məhsulları satılan və qeyri qida məhsullarının satışı şöbələrindən də müxtəlif malları götürüb torbalara yığaraq mağazadan küçəyə çıxarır. Görüntüləri böyütdükdə həmin şəxsin əlamətlərindən Qazax milliyyətindən olan şəxslərə oxşatdığını müəyyən etmişdir. 12.01.2021-ci il tarixdə günorta saatlarında mağazaya ticarətlə məşğul olan zaman içəri bir nəfər şəxs girmiş, bəzi məhsullara baxmışdır. Həmin şəxsin əlamətlərini müşahidə kamerasında qeydə alınmış oğurluq edən şəxsin əlamətlərinə bənzətmiş, dərhal müşahidə kamerasını açıb görüntüləri tez gözdən keçirmişdir. Müştəri kimi mağazaya gələn şəxsə baxıb oğurluğu həmin şəxsin törətdiyinə əmin olmuş, onun qolundan tutub adını soruşmuş, həmin şəxs özünü «Azər» adı ilə təqdim etmişdir. Ondan mağazadan oğurluq etməsinin səbəbini və mağazaya onu yönləndirmiş şəxslər barəsində soruşmuşdur. O, oğurluq etdiyini, bunu ehtiyac səbəbindən etdiyini söyləmişdir. Dərhal Xəzər RPİ-nin 1-ci PŞ-nə məlumat vermiş, polis işçiləri gəlib həmin Azər adlı şəxslə söhbət etmişlər və onu araşdırma məqsədi ilə özləri ilə aparmışlar. Sonradan məlum olmuşdur ki, mağazadan oğurluq etmiş şəxs, yəni Azər barəsində həbs qətimkan tədbiri seçilib. Azərlə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını qeyd etmişdir. Mağazadan 1 ədədinin dəyəri 30 manat olan 1 ədəd «Servelat Rus» kolbasası, 1 ədədinin dəyəri 29,6 manat olan 1 ədəd «Servelat» kolbasası, 1 ədədinin dəyəri 8,2 manat olan 5 ədəd «Bees-Beef Servelat» kolbasası, 1 qutusu 2,5 manat olan 1 qutu hisə verilmiş boğaz, 1 qutusu 2,2 manat olan 1 qutu hisə verilmiş pətənək, qiyməti 1,1 manat olan 1 qutu 0,5 kq «Beta» markalı çay, 1 ədədi 7 manat olan 2 ədəd «Siyəzən» markalı toyuq, 1 kq 13,5 manat olan 1 kq «Kristiyanskaya» markalı kərə yağı, 1 bankası 2 manat olan 4 banka «Buzlu fıstıq», 1 ədədinin qiyməti 10,5 manat olan 2 ədəd «Abşeron» markalı şərab, dəstində 3 şüşə olan, 1 dəstinin qiyməti 12 manat təşkil edən 1 dəst «Xan Çinar» arağı, 1 şüşəsinin dəyəri 10 manat olan 3 ədəd 1 litrlik «Pşeniçnaya» markalı araq, 1 şüşəsinin dəyəri 7,6 manat olan 3 ədəd 0,7 litrlik «Pşeniçnaya» markalı araq, 1 şüşəsinin dəyəri 5,8 manat olan 3 ədəd 0,5 litrlik «Pşeniçnaya» markalı araq, 1 şüşəsinin dəyəri 16 manat olan 1 ədəd 1 litrlik «Maroşa» markalı araq, 1 şüşəsinin dəyəri 13 manat olan 1 ədəd 0,7 litrlik «Maroşa» markalı araq, 1 şüşəsinin dəyəri 16 manat olan 1 ədəd 1 litrlik «Xarçitsa» markalı araq, 1 şüşəsinin dəyəri 13 manat olan 1 ədəd 0,7 litrlik «Xartiçsa» markalı araq, 1 şüşəsinin dəyəri 70 manat olan 1 ədəd 0,7 litrlik «Qold Baku» markalı konyak, 1 şüşəsinin dəyəri 7 manat olan 1 ədəd 0,25 litrlik «6 illik» markalı viski, 1 ədədinin dəyəri 1,5 manat olan 24 ədəd «Qo» markalı enerji içkisi, 1 cütünün qiyməti 5,5 manat olan 1 cüt rejin ayaqqabı, 1 cütünün qiyməti 13 manat olan 1 cüt içərisi tüklü rejin ayaqqabı, 1 ədədinin dəyəri 1,8 olan 10 ədəd «Cillet» markalı üzqırxan, 1 ədədinin dəyəri 3,5 manat olan 2 ədəd «Meçta Xozyayki» markalı mayenez, 1 bankasının dəyəri 13 manat olan 1 banka «Nutella» markalı şokolad yağı, 1 ədədinin dəyəri 1 manat olan 4 ədəd zolyasiya lenti, 1 ədədinin dəyəri 3,9 manat olan 5 ədəd kiçik ölçülü ÇXR-da istehsal olunmuş əl fənəri, 1 ədədinin dəyəri 6 manat olan 3 ədəd böyük ölçülü ÇXR-da istehsal olunmuş əl fənəri, 1 ədədinin dəyəri 8 manat olan 2 ədəd stolüstü ÇXR- da istehsal olunmuş fənər, 1 ədədinin dəyəri 2,8 olan 1 ədəd «İpək» markalı saç şanpunu, 1 qutusunun dəyəri 6 manat olan 14 qutu enli «Sobraniya» markalı siqaret, 1 qutusunun dəyəri 3,4 manat olan 8 qutu «Kemal» markalı siqaret, 1 qutusunun dəyəri 3,6 manat olan 16 qutu «Sobraniya kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 3,7 manat olan 42 qutu «Sobraniya nazik ağ» markalı siqaret, 1 qutusunun dəyəri 3,7 manat olan 17 qutu «Sobraniya göy nazik» markalı siqaret, 1 qutusunun dəyəri 3,7 manat olan 14 qutu «Sobraniya qara nazik» markalı siqaret, 1 qutusunun dəyəri 3,7 manat olan 8 qutu «Sobraniya göy qalın» markalı siqaret, 1 qutusunun dəyəri 3,7 manat olan 12 qutu «Sobraniya ağ qalın» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 26 qutu «Vinston boz nazik» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 16 qutu «Vinston boz kompakt»' markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 6 qutu «Vinston mentol kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 12 qutu «Vinston ağ nazik» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 8 qutu «Vinston süm» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 6 qutu «Vinston göy kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 2,8 manat olan 4 qutu «Vinston qara qalın» markalı siqaret, 1 qutusunun dəyəri 3,2 manat olan 8 qutu «Vinston göy nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,6 manat olan 12 qutu «LD ağ kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 2,8 manat olan 11 qutu «LD qara nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,1 manat olan 4 qutu «Vinçestr boz qalın» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 16 qutu «Vinçestr mentol» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 6 qutu «Vinçestr meyvə mentol» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 6 qutu «Vinçestr göy nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 8 qutu «Vinçestr boz nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 4 qutu «Vinçestr boz kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 6 qutu «Vinçestr göy kompakt» markalı siqaret, 1 qutusunun dəyəri 2,6 manat olan 12 qutu «Davidoff ağ nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 9 qutu «Palmall nazik apelsin» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 14 qutu «Palmall boz nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 6 qutu «Palmall ağ nazik» markalı siqaret, 1 qutusunun dəyəri 2,3 manat olan 8 qutu «Palmall göy nazik» markalı siqaret oğurlandığını təftiş zamanı müəyyən etmişdir. Ərizənin birini hadisə törəndiyi vaxt ilkin məlumatların əsasında, 2-ci ərizəni isə bir neçə gün sonra verib əmlakının dəyərini bildirdiyini, lakin hazırda mağazada tam təftiş aparıb oğurlanmış əmlakın sayı və dəyərini müəyyən etdiyini göstərərək, bu səbəbdən qiymətlərdə ziddiyyət yarandığını əlavə etmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/944 nömrəli, 25.02.2021-ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspert qarşısında qoyulmuş suallara əsasən nəzəri olaraq • «Servilat Rus» kolbasası - 1 ədəd, 0 qiymət, • «Servilat» kolbasası - 1 ədəd, 0 qiymət, • «Bees-Beef Servilat» kolbasası - 5 ədəd, 0 qiymət, • hisə verilmiş boğaz - 1 qutu, 0 qiymət, • hisə verilmiş pətənək -1 qutu, 0 qiymət, • 0,5 kq «Beta» markalı çay - 1 qutu, 9 manat, • «Siyəzən» markalı toyuq - 2 ədəd, 0 manat, • «Kristiyanskaya» markalı kərə yağı - 1 kq 13,5 manat, • «Duzlu fıstıq» - 4 ədəd, 0 manat, • «Abşeron» markalı şərab - 2 ədəd, 0 manat, • dəstində 3 şüşə olan, 1 dəst «Xan Çinar» arağı -1 dəst, 0 manat, • 1 litrlik «Pşeniçnaya» markalı araq - 3 ədəd, 30 manat, • 0,7 litrlik «Pşeniçnaya» markalı araq - 3 ədəd, 22,8 manat, • 0,5 litrlik «Pşeniçnaya» markalı araq - 3 ədəd, 17,4 manat, • 1 litrlik «Maroşa» markalı araq - 1 ədəd 16 manat, • 0,7 litrlik «Maroşa» markalı araq - 1 ədəd 12 manat, • 1 litrlik «Xarçitsa» markalı araq - 1 ədəd 16 manat, • 0,7 litrlik «Xartiçsa» markalı araq - 1 ədəd 12 manat, • 0,7 litrlik «Qold Baku» markalı konyak • 1 ədəd 60 manat, • 0,25 litrlik «6 illik» markalı viski - 1 ədəd 8 manat, • «Qo» markalı enerji içkisi - 24 ədəd 36 manat, • rejin ayaqqabı - 1 cüt 0 manat, • içərisi tüklü rejin ayaqqabı - 1 cüt 0 manat, • «Cillet» markalı üzqırxan - 10 ədəd 0 manat, • «Meçta Xozyayki» markalı mayenez - 2 ədəd 0 manat, • «Nutella» markalı şokolad yağı - 1 banka 0 manat, • ' izolyasiya lenti - 4 ədəd 0 manat, • ÇXR-da istehsal olunmuş kiçik ölçülü əl fənəri - 5 ədəd 15 manat, • ÇXR-da istehsal olunmuş böyük ölçülü əl fənəri - 3 ədəd 18 manat, • stolüstü ÇXR-da istehsal olunmuş fənər - 2 ədəd 16 manat, • «İpək» markalı saç şanpunu - 1 ədəd 0 manat, • enli «Sobraniya» markalı siqaret - 14 qutu 84 manat, • «Kemal» markalı siqaret - 8 qutu 27,2 manat, • «Sobraniya kompakt» markalı siqaret - 16 qutu 59,2 manat, • «Sobraniya nazik ağ» markalı siqaret - 42 qutu 155,4 manat, • «Sobraniya göy nazik» markalı siqaret - 17 qutu 62,9 manat, • «Sobraniya qara nazik» markalı siqaret - 14 qutu 51,8 manat, • «Sobraniya göy qalın» markalı siqaret - 8 qutu 29,6 manat, • «Sobraniya ağ qalın» markalı siqaret - 12 qutu 44,4 manat, • «Yinston boz nazik» markalı siqaret - 26 qutu 83,2 manat, • «Vinston boz kompakt» markalı siqaret - 16 qutu 51,2 manat, • «Vinston mentol kompakt» markalı siqaret - 6 qutu 19,2 manat, • «Vinston ağ nazik» markalı siqaret - 12 qutu 38,4 manat, • «Vinston slim» markalı siqaret - 8 qutu 25,6 manat, • «Vinston göy kompakt» markalı siqaret - 6 qutu 19,2 manat, • «Vinston qara qalın» markalı siqaret - 4 qutu 12,8 manat, • «Vinston göy nazik» markalı siqaret - 8 qutu 25,6 manat, • «LD ağ kompakt» markalı siqaret - 12 qutu 31,2 manat, • «LD qara nazik» markalı siqaret - 11 qutu 28,6 manat, • «Vinçestr boz qalın» markalı siqaret - 4 qutu 9,2 manat, • «Vinçestr mentol» markalı siqaret - 16 qutu 36,8 manat, • «Vinçestr meyvə mentol» markalı siqaret - 6 qutu 13,8 manat, • «Vinçestr göy nazik» markalı siqaret - 6 qutu 13,8 manat • «Vinçestr boz nazik» markalı siqaret - 8 qutu 18,4 manat, • «Vinçestr boz kompakt» markalı siqaret - 4 qutu 9,2 manat, • «Vinçestr göy kompakt» markalı siqaret - 6 qutu 13,8 manat, • «Davidoff ağ nazik» markalı siqaret - 12 qutu 31,2 manat, • «Palmall nazik apelsin» markalı siqaret - 9 20,7 manat, • «Palmall boz nazik» markalı siqaret - 14 qutu 32,2 manat, • «Palmall ağ nazik» markalı siqaret - 6 qutu 13, 8 manat, • «Palmall göy nazik» markalı siqaret - 8 qutu 18,4 manat müəyyən edilmişdir, beləliklə, ekspertiza təyini haqqında qərarda göstərilən 45 adda malların 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1382,5 manat müəyyən edilir. Digər 16 adda mal haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 18.01.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Rusiya Federasiyasının Orenburq vilayətində doğulmuş Rüstəmov X6 Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 20.05.2014-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2700 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 14.06.2017-ci il tarixli qərarı ilə AR CMdə dəyişiklik edilməsi haqqında 06.05.2016-cı il tarixli qanun tətbiq edilərək AR CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric edilmiş, cəzasının 03 ay müddət hissəsindən azad edilmişdir. 28.10.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tovuz Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli qərarı ilə 20.05.2014-cü il tarixli hökmlə təyin edilmiş 2700 manat cərimə cəzası 06 azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 11.10.2018-ci il tarixli qərarı ilə 07.08.2018-ci il tarixli qərar dəyişdirilərək, hökmlə təyin edilmiş 2700 manat cərimə cəzası 01 islah işləri cəzası ilə əvəz edilmiş və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq qəti aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla, 04 ay 27 gün islah işləri cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş CB-101/2017 saylı, 19 aprel 2021-ci il tarixli məktubdan görünür ki, 15.05.1988-ci il tarixdə RF-nin Orenburq vilayətində doğulmuş, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Cəlal oğluna Gəncə Apellyasiya Məhkəməsinin 11.10.2018-ci il tarixli qərarı ilə təyin olunmuş 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətinə islah işi cəzası Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmamışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş 7(062)-49/2018 saylı, 03.05.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 7(104)-07/2018 saylı qərarına əsasən qərarın icrasına nəzarət Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Daha sonra Tovuz Rayon Məhkəməsinin 20.05.2014cü il tarixli hökmünə əsasən o, AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 madələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən barəsində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 2700 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Tələbnamədən göründüyü kimi təqsirləndirilən şəxs 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası üzrə 28.10.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxsə 20.05.2014-cü il tarixli hökmlə təyin edilmiş 2700 manat cərimə cəzası isə Tovuz Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli qərarı ilə 06 azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 11.10.2018-ci il tarixli qərarı ilə 07.08.2018-ci il tarixli qərar dəyişdirilərək, hökmlə təyin edilmiş 2700 manat cərimə cəzası 01 islah işləri cəzası ilə əvəz edilmiş və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq qəti aylıq qazancının 10 %-i dövlət nəfinə tutulmaqla, 04 ay 27 gün islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Tovuz Rayon Məhkəməsinin 20.05.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il müdətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluq ödənilmişdir. Həmin hökm ilə təyin edilmiş və daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilərək, 04 ay 27 gün müddətinə təyin edilmiş islah işləri cəzası isə bu günədək icra edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən görünür ki, Tovuz Rayon Məhkəməsinin 20.05.2014-cü il tarixli hökmü üzrə islah işləri cəzası icra edilməmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, hökm üzrə məhkumluq ödənilməmişdir. Bu isə şəxsin əməlində cinayətin residivinin yaranmasına səbəb olur. Lakin məhkəmə cinayətin residivinin yaranmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə az ağır cinayət törətməyə məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. İş materiallarına əlavə edilmiş tələbnamədən göründüyü kimi Tovuz Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmü 02.12.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi adıçəkilən hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün icra müddəti 02.12.2020-ci il tarixdə keçmişdir. Azərbaycan Respublikası CPM-nin 7.0.45-ci maddəsinə əsasən məhkəmənin hökmü - şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olubolmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-ci maddəsi ittiham hökmünün icra müddətinin keçməsindən bəhs edir. Bu hissəyə münasibətdə məhkəmə qeyd edir ki, hər bir ittiham hökmü ayrılıqda müstəqil məhkəmə aktıdır. Yəni hökmlərin məcmusu üzrə qəti cəza təyin edilsə də hər bir ittiham hökmü üzrə icra müddəti ayrılıqda hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi Tovuz Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmünün icra müddəti 02.12.2020-ci il tarixdə keçmişdir. Əlavə olaraq məhkəmə bildirir ki, həmin hökm üzrə təyin edilmiş cərimə cəzası X4 qərarına əsasən islah işləri cəzası ilə dəyişdirilmişdir. Lakin həmin cəza məhkəmə tərəfindən icra edilməsi üçün müvafiq icra orqanına göndərilməmişdir. Bu hal Tovuz rayon İcra və Probasiya Şöbəsinin 19.04.2021-ci il tarixli məktubunda öz əksini tapmışdır. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmənin qərarı ilə təyin edilmiş islah işləri cəzasının icrasız qalması təqsirləndirilən şəxsin iradəsində asılı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmü 02.12.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin hökmün icra müddəti 02.12.2020-ci il tarixdə keçmişdir. Hazırki iş üzrə cinayət əməli təqsirləndirillən şəxs tərəfindən 09.01.2021-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-2ci maddəsinə əsasən ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Burdan belə nəticəyə gəlmək olar ki təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 12.11.2013-cü il tarixli hökmü üzrə məhkumluq 02.12.2020-ci il tarixdə ödənilmişdir. Hazırki iş üzrə əməl isə 09.01.2021-ci il tarixdə törədilmişdir. Deməli Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Cəlal oğlu tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəlal oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Cəlal oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Cəlal oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cəlal oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Cəlal oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Cəlal oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Cəlal oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-219/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-219/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver