Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-22/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi – “Azure” Biznes Mərkəzində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxs X5, Zərərçəkmiş şəxs X5 nümayəndəsi və vəkili Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, "xxxx" QSC-də pilot işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi şəhərcikdə qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, ev 6-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 29.05.2020-ci il tarixdə saat 18:15 radələrində ünvan 1 ünvanının qarşısında, Təqsirləndirilən şəxs onunla aralarında torpaq mübahisəsi olan X8 ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib onu əlləri ilə bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq qəsdən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən sol qaşüstü nahiyyəsinin və alt dodağın selikli qişasının qansızmaları, sol üst göz qapağının, alt çənənin, sağ bazunun qançırları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü qardaşı ona məxsus həyətdə evinin qabağında ağac sulayan zaman Orxan hasarın başına çıxaraq oradan qardaşını təhqir etmişdir. Sonradan Orxan çörək almaq adı ilə çölə çıxmış və qardaşı öz həyətindən çıxan zaman onunla söhbət etmiş və yüksək səslə sözlə mübahisə etməyə başlamışlar. O, səsi eşidib ora gəlmişdir. Oraya gələn zaman qardaşı ilə Orxanın mübahisə etdiyini və Orxanın qardaşına əl-qol atdığını görmüşdür. O, Orxanın qolundan tutub kənara çəkib onunla qardaşını aralamışdır. Orada söyüşlər və təhqirlər olmuş, sonradan qonşulardan bu söyüşlərə görə Orxan çıxıb üzr istəmişdir. Mübahisə baş verən zaman ətrafda qonşular var idi. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, aralarında razılıq əldə edilməsi üçün Orxanın atası və qardaşı torpaqla bağlı iddianı geri götürmüşdürlər. Onun aldığı torpaq sahəsi 38 sotdan ibarətdir. Səs küyü axşam saat 18 radələrində eşitmiş və küçəyə çıxmışdır. Hadisə baş verən yerdən 3-4 ev kənarda yaşayır. O, hadisə yerinə gələn zaman qonşuların küçədə olduğunu, qardaşı ilə Orxanın sözlə bir-biri ilə yüksək səslə mübahisə etdiyini görmüşdür. Orxan orada qardaşına əl-qol atmışdır. Orada qonşulardan Fariz, Xalıq, Asim, Ələkbər adlı qonşular var idi, digər qonşuların isə adlarını bilmir. Orada olan mübahisə 2-3 dəqiqə davam etmişdir. Orada heç kim bir-birini vurmamışdır. O, ora gələn zaman Orxanda hər-hansı bir xəsarət görməmişdir. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, atası və anası ünvan 2 ünvanında yerləşən evdə yaşayır. O, 29.05.2020-ci il tarixdə atası və anasının yanına gəlmişdir. 29.05.2020-ci il tarixdə atasının yaşadığı ünvan 2 ünvanında yerləşən həyətdə olan it hürmüşdür. O, evin ikinci mərtəbəsindən həyətə baxmışdır. Həyət isə ümumi istifadədə olan torpaq sahəsidir. Bu zaman evin hasarının o biri hissəsində olan həyətdə tanımadığı bir şəxsi görmüşdür və o, həmin şəxsdən kim olduğunu soruşmuşdur. Lakin dəfələrlə soruşsa da ona cavab verməmişdir. Belə olan halda o, polisə müraciət edəcəyini demişdir ki, gəlib baxıb görsünlər həyətdəki kimdir. Bundan sonra aşağı düşmüşdür, siqaret çəkmək və çörək almaq üçün çölə çıxmışdır. Darvazadan çölə çıxan vaxt həmin şəxsi küçədə görmüş və o, həmin şəxsdən kim olduğunu soruşmuşdur, lakin ona yenə cavab verməmişdir. Bir daha onun kim olduğunu soruşmuşdur, həmin şəxs isə onun sualına cavab vermədən onun kim olduğunu soruşmuşdur. Bu zaman o, buranın sahibi olduğunu demişdir. Bundan sonra həmin şəxs ona “mənəm buranın yiyəsi” demişdir. O, həmin şəxsə “sən kimsən mən səni burda birinci dəfədir ki görürəm?”. Bunu eşidəndən sonra həmin şəxs onu təhqir etməyə başlamış və o, da buna cavab olaraq həmin şəxsi təhqir etməyə başlamışdır. Bu hadisə kənddə olan küçədə baş vermişdir. Həmin küçədən maşınlar keçirdi. Onların səs küyünə qonşular çölə çıxmışdır. Bu yüksək tonlu mübahisə davam edən zaman bir müddət, təqribən 2 dəqiqə sonra Təqsirləndirilən şəxsla atası Namiq özlərinə aid olan avtomobil ilə onlara yaxınlaşmış, eşitmədən, bilmədən onlara qulaq asmadan ona zərbə yetirmişlər. Ona yumruqla zərbə dəydiyindən gözündə olan eynək yerə düşmüşdür. Gözü zəif gördüyünə görə o, əyilib yerdə eynəyini axtaran zaman, adını sonradan bildiyi Təqsirləndirilən şəxs qardaşı olan Qulam da onu vurmuşdur. Bundan sonra hər ikisi onu vurmağa başlamışlar. Belə olan zaman ətrafda olan qonşular onları aralaşdırmışlar. Eynəyi yerdə olan zaman ona başının arxa hissəsindən zərbə yetirilmişdir. Bu zaman biraz halsızlaşıb dərhal özünə gəlib çevrilmək istəyən zaman təpiklə ona zərbə gəlmiş o, əlini zərbənin qabağına vermiş, bu səbəbdən təpik zərbəsi onun əlinə dəymişdir. Bu hadisə olan zaman ətrafda qonşular və atası var idi. Orada olan bir neçə yaşlı insanlar onları ayırmışlar. Bir yaşlı kişi onu darvazalarına tərəf gətirmişdir, bu zaman o, çevrilib atasına baxmışdır. Həmin yaşlı kişi ona atasını da gətirəcəklərini demişdir. Atası şəkər xəstəsi olduğundan yeriməkdə əziyyət çəkir. Atası gəlmiş və onlar həyətlərinə daxil olub üst başını təmizləmişlər. Hadisə bitəndən 10 dəqiqə sonra o, küçəyə çıxaraq az əvvəl küçədə uca səslə söyüş söydüyünə görə kənd sakinləri olan qonşulardan üzr istəmişdir. Sonra evə qayıdanda onun halı pisləşmişdir, sonra qardaşı işdən gəldikdən sonra onu poliklinikaya aparmışdır. Onu orda müayinə etmişlər və sonra onlar evə qayıtmışlar. Onun Təqsirləndirilən şəxsla 3 ildən artıqdır ki ümumi istifadədə olan torpaq sahəsi ilə bağlı mülki mübahisələri vardır. Sonradan o, bilmişdir ki, həyətdə gördüyü və tanımadığı şəxs Təqsirləndirilən şəxs qardaşı, Şahid2 isə oğludur. Lakin, 3 il aralarında olan mübahisə zamanı o, bir dəfə belə olsun ki, Qulamı görməmiş və onu hadisə olana kimi tanımamışdır. Onlar polisə dəvət ediləndən sonra, Kamran, Qulam və Namiq 1 dəfə, Kamranla Namiq isə bir neçə dəfə onların qapılarına gələrək onlardan üzr istəmişlər. Lakin, indiki halda Kamran özünü təqsirli bilmir. Burdan belə sual yaranır ki, əgər heç bir şey etməmişdinsə, bəs nəyə görə bizim qapımıza gəlib üzr istəyirdiniz? Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş X8 göstərmişdir ki, onların aralarında torpaq mübahisəsi olmuşdur, lakin demək olar ki, mübahisə formasında qalmışdır. Məhkəmə qətnaməsi Təqsirləndirilən şəxs xeyrinə olmuşdur. O, Qulamla küçədə görüşən zaman yalnız ikisi olmuş, başqa heç kim olmamışdır. Onlar görüşən zaman o, Qulamdan kim olduğunu, Qulam ondan kim olduğunu soruşmuş, yuxarıda qeyd etdiyi kimi aralarındada mübahisə yaranmışdır. Kamran Qulamla mübahisə edən vaxtdan 10 dəqiqə sonra gəlib çıxmışdır. O, Qulamla söhbət edən zaman, Kamranla atası Namiq öz evləri tərəfdən avtomobili ilə gəlmişlər. Onlar yüksək səslə mübahisə edirdilər ətrafda qonşular da var idi. Kamran və atası gələnə qədər onlar Qulamla mübahisə edirdilər, həmin zaman ona xəsarət yetirilməmişdir. Onu iki nəfər vurmuşdur. Ona birinci xəsarəti Kamran yetirmiş ardınca Qulam yetirmişdir. Birinci dəfə onu Kamran yumruqla sol qaşının üstündən vurmuşdur. Bu səbəbdən də onun gözündə olan eynək yerə düşmüşdür. Onlar mübahisəyə başlayan zaman qonşular küçəyə çıxmışdır. Onlardan birinin Baba adlı şəxsin qardaşı olduğunu və Asim adlı şəxs olduğunu bilmişdir. Başqa bir şəxsdə var idi, lakin həmin şəxsin adını bilmir. Mübahisədən sonra dalaşdıqlarını həmin ətrafda olan qonşular açıq aydın görmüşdür. Hadisədən sonra ümumi Kamran gil 4 dəfə qapılarına gəlmiş onu döydüklərinə görə üzr istəmişlər. Ümumi istifadədə olan 38 sot torpaq sahəsinin ortasında hasar var. Onun həmin torpaq sahəsinə giriş-çıxış yeri yoxdur, lakin torpaq ümumi istifadədir, həmin torpaq sahəsinə hər kəsin giriş-çıxışı vardır. O, evin ikinci mərtəbəsinə çıxıb hasarın üstündən Qulamı görmüşdür. O, siqarət çəkib, çörək almağa gedən zaman Məmmədbəyli küçəsində Qulamı görüb ona yaxınlaşıb kim olduğunu soruşmuşdur. O, Qulama darvazanın arxasında olan torpaq sahəsinin sahibi olduğunu demişdir. Xəsarət sol əlinin baş barmağına yetirilmişdir. Eyniyi yerə düşdüyündən əlinə vurulan təpik zərbəsinin kimin vurduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün həyətdə ağacları sulamağa getmiş, bu zaman Zərərçəkmiş şəxs köynəksiz əlində siqaret hasarın başına çıxaraq ona nalayiq ifadələr işlətmişdir. O, Orxanla ailəvi problemləri olduğunu bildiyi üçün ona cavab verməmişdir. O, Orxana fikir vermədikcə Orxan daha da kobud və nalayiq ifadələr işlətməyə davam etmişdir. 10-15 dəqiqə keçmişdir, o, işini quratrıb həyətdən çölə çıxmışdır. Küçəyə keçən zaman Orxan orada olmuş və bir başa qapıya yaxınlaşıb ona “sən kimsən, burada neynirsən” deyə suallar vermişdir. O, Orxana bu həyətin sahibi olduğunu və həyətə iş görməyə gəldiyini demişdir. O, Orxandan kim olduğunu soruşanda isə Zərərçəkmiş şəxs olduğunu demişdir. Sonradan aralarında mübahisə sözlə davam etmiş, bu zaman Orxan onu söyməyə başlamışdır, o, da cavabında Orxanı söymüşdür. Sonra Orxan özü bilərək aranı qızışdırmış, çox yaxın məsafədə onunla üz-üzə dayanmışdır. O, yenə Orxana fikir verməmişdir. Sonra qardaşı atası ilə gələrək onları ayırmışdırlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, hadisə baş verən zaman o, həyətdə ağacları sulayırdı. Orxan öz evləri tərəfdən hasara çıxmış, əvvəl onu çağırmış, o, Orxana fikir verməmiş, sonra Orxan onu söyməyə başlamışdır. O, Orxana aralarında olan torpaq mübahisəsinə görə heç bir söz deməmişdir. Onlar həyəti alan zaman orada hasar yox idi, torpağı aldıqdan sonra hasarı ora çəkmişlər. Giriş qapıları tamamilə başqa yerlərə, küçələrə açılır. 10 dəqiqə sonra qapıya çıxmış, bu zaman Orxan bilərək qapıya yaxınlaşmışdır. O, həyətdən çıxıb, maşına minib evə getmək istəmişdir. Bu zaman Orxan məqsədli şəkildə qapıya gəlmişdir. Orxan ilkin olaraq yaxınlaşan zaman orada heç kim olmamışdır. Birinci söyüşü Orxan işlətmişdir. Aralarındakı mübahisə zamanı səs-küy olmuş, ətrafa qonşular küçəyə çıxmışdır. Küçədə çox adam var idi, sonradan atası və qardaşı gəlmişdir. Orxan ilə aralarında əlbəyaxa dava olmamışdır. Orxan nə onu vurmuş, nə də ki o, Orxanı vurmamışdır. Aralarındakı mübahisə başlayandan 10 dəqiqə sonra atasıgil gəlib çıxmışdır. Atasıgil onları ayırana kimi onlara heç kim yaxınlaşmamış və aralaşdırmamışlar. Qonşulardan Ələkbər, Asim, Xalıq və Fariz adlı şəxsi tanıyır. Orxanı onlar tərəfdən heç kim vurmamışdır. Xəsarətin necə almasını isə bilmir. Aralarındakı mübahisə 10-15 dəqiqə çəkmişdir. Mübahisə bitəndən sonra onlar Orxangilin həyətinə gedib, hörmətsizlik olmasına görə və söyüş söydüyünə görə üzr istəməyə getmişlər. Onlar üzr istəmək üçün bir dəfə Orxangilin qapısına getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə o, torpaq sahəsi almışdır, bu torpaq sahəsinin sənədi yoxdur, amma evin sənədi vardır. Həmin gündən torpaq sahəsində abadlıq işləri aparmışdır. 3 il bundan əvvəl Sərxan adlı şəxs ona yaxınlaşaraq, bu torpaq sahəsinin onlara aid olduğunu bildirmişdir. Burdan da onların torpaq mübahisələr başlamışdır. O, hadisə baş verən gün öz həyətində qapıda dayanmışdır. Kamran maşınla ona yaxınlaşmışdır. Bir küçə o tərəfdən səs küy gəldiyini eşitmişdir. Səsi Qulamın səsinə oxşatmış və Kamranla maşına əyləşib oraya getmişlər. Ora gedən zaman ətrafda qonşuların olduğunu görmüşdür. Orxan Qulamla sözlə, söyüşlə mübahisə edirdi. Bu zaman Kamran araya girərək onları ayırmış və aranı sakitləşdirmişdir. Sonra Orxan küçəyə çıxaraq hadisəyə görə və söyüş söydüyünə görə qonşulardan üzr istəmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, o, həmin evdə yaşamır, bir küçə o biri tərəfdə yaşayır. Arada olan məsafə 100-150 metr olmuşdur. Hadisə baş verən küçənin bir başında o, o biri başında Orxangilin ailəsi yaşayır. Hadisə yerinə 2-3 dəqiqəyə çatmışlar. Onlar oraya çatan zaman Orxanla Qulam üz-üzə dayanmışdılar, sözlə mübahisə edirdilər. O, hadisə yerinə çatan zaman ətrafda 5-6 nəfər qonşu var idi. Ətrafda olan qonşulardan Fariz, Xalıq, Ələkbər, Asim adlı şəxsləri tanıyır. Hadisə demək olarki, Farizin qapısında baş vermişdir. Orxan söyüş söydüyünə görə üzr istəmişdir. O, orada dava dalaş görməmiş, heç kim bir-birinə xəsarət yetirməmişdir. O, Orxanı yerdə görməmiş, onun harada xəsarət almasını bilmir. Hadisədən sonra Orxan şikayət etdiyinə və bu məsələni araşdırmağa görə o, böyük kimi Orxangilə getmiş, həmin zaman oğulları da onunla birlikdə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Oktyabr küçəsində yaşayır. 29.05.2020-ci il tarixdə özünə məxsus avtomobili Şağan qəsəbəsi Məmmədbəyli küçəsində saxlamışdır. Saat 18 radələrində maşına tərəf piyada gedən zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs Qulama “gəl gedək” sözünü deməsini eşitmişdir. O da onlara “Ayıbdır, qonşusunuz belə etməyin” demişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, qonşuluqda yaşayır. Evlərinin arasındakı məsafəni dəqiq deyə bilmir, lakin evləri yaxındır. O, həmin küçədə yerləşən avtotəmir yerinə rəngsazın yanına getmişdir, hava çox isti olmuş, maşını kölgəlikdə saxlamışdır. Avtotəmir yeri ilə mübahisə olan yerin arası çox yaxın olmuşdur. O, avtotəmir yerindən çıxıb evə getmiş, təsadüfən mübahisə olduğunu görmüşdür. O, orada təkər qaraldan oğlanı və Fariz adlı şəxsi tanımışdır. Orada dava-dalaş olduğunu görməmişdir. Kamran Qulama “bəsdi, gəl keç buyana” demiş, Orxan da orada olmuş, qapının yanında dayanmışdır. Hadisə baş verən zaman təxminən günün ikinci yarısı olmuşdur. Qulamla Orxan üzüzə dayanmışdır, lakin Kamran yanlarında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29.05.2020-ci il tarixdə yaşadığı evdə olan zaman küçədən səs-küy eşitmişdir, pəncərədən bayıra baxdıqda qonşusu Qulamla Orxanın mübahisə etdiyini görmüşdür. Sonra çölə çıxaraq qonşusu Xalıqdan nə baş verdiyini soruşmuş, arada torpaq söhbəti olduğunu, bir-biri ilə torpaq sahəsinə görə mübahisə etdiklərini öyrənmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid4 göstərmişdir ki, Qulamla Orxan biri birilərinə yüksək səslə sən düz eləmirsən demişdir. O, səs-küyə çıxan zaman hər hansı davanın, mübahisənin şahidi olmamışdır. Səs küy olandan 3 gün sonra müstəntiq gəlmiş və onlara demişdir ki, “gəlin məhəllənin ağsaqqalları bunları barışdıraq, aralarındakı mübahisə bitsin”. Barışığa gələn zaman orada bütün qonşular iştirak etmişdir, orada barışmışlar, biri birilərini çay içməyə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dəvət edilərək dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 29.05.2020ci il tarixdə yaşadığı evdə olan zaman küçədən səs-küy eşitmişdir, pəncərədən bayıra baxdıqda qonşusu Qulamla Orxanın mübahisə etdiyini görmüşdür. Sonra çölə çıxaraq qonşusu Xalıqdan nə baş verdiyini soruşmuş, arada torpaq söhbəti olduğunu, bir-biri ilə torpaq sahəsinə görə mübahisə etdiklərini öyrənmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid X4 göstərmişdir ki, Orxan və ya Kamranla yaxın qohumluğu yoxdur. O, hadisə yerinə gələn zaman Orxan, Kamran, Qulam, Kamranın atası və qonşulardan bir neçə nəfər orada olmuşdur. O, orada dava-dalaş görməmişdir. O, hadisə yerində olan zaman Orxanda hər-hansı bir xəsarət görməmişdir. Hadisəni əvvəldən görməmiş, Qulamla Orxan yalnız sözlə mübahisə etmişlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X14 523 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyindən görünür ki, O.F.Məmmədbəyovun bədənində aşkar edilmiş xəsarətlər - sol qaşüstü nahiyəsinin və alt dodağın selilki qişasının qansızmaları, sol üst göz qapağının, alt çənənin, sağ bazunun qançırları, sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 29.05.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər. Qeyd olunan xəsarətlər sol qaşüstü nahiyəsinin və alt dodağın selilki qişasının qansızmaları, sol üst göz qapağının, alt çənənin, sağ bazunun qançırları istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir, sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, О.F.Məmmədbəyovun bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26.08.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 05.09.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X8 ünvan 3 ünvanındakı evin darvazasının qarşısını göstərib bildirmişdir ki, 29.05.2020-ci il tarixdə saat 18:15-də həmin yerdə Şahid1 və Təqsirləndirilən şəxs onu əlləri və ayaqları ilə döyərək xəsarət yetirmişlər. Qonşular hadisə yerinə gəlib onları ayırmışdır. Müəyyən edilmişdir ki, cinayətin törədildiyi yer ünvan 3 ünvanının qarşısıdır. İş materiallarında olan 11.09.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs X8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Orxan Məmmədbəyov ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş və onun əməllərini ifşa etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X15 tərəfindən verilmiş 20.11.2020-ci il tarixli, 1360 saylı məktubdan görünür ki, 1988-ci il təvəllüdlü X8 30.05.2020-ci il tarixdə saat 01:30-da 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qəbul şöbəsinə daxil olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 184550 saylı, 18 iyun 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid5 03.06.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.06.2021-ci il tarixdə 746 nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. İş üzrə zərərçəkmiş şəxsi vurmadığını aralarında yalnız sözlə mübahisə olduğunu bildirmişdir. Məhkəmə AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Zərərçəkmiş şəxsin ifadəsindən - Şahid ifadələri - İfadənin yerində yoxlanılması protokolu - Üzləşdirmə protokolu - Ekspertiza rəyindən ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxs iş üzrə marağı olan şəxsdir. Onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Həmçinin Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 arxa tərəfdən ona yetirilən zərbədən sonra gözündə olan eynəyinin yerə düşdüyünü, eynəyini yerdə axtaran zaman baş nahiyəsinə təpik zərbəsi gəldiyini gördüyünü, zərbədən yayınmaq üçün sol əlini zərbənin qarşısına tutduğunu, sol əlinin İ barmağına yetirilən xəsarətin kim tərəfindən yetirildiyini isə eynəyi olmadığından görmədiyini bildirmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində, hadisə baş verən gün, yəni 29.05.2020-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs X8 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisənin olduğunu, lakin onların arasında hər hansı dava-dalaşın olmadığını və ya biri-birilərinə xəsarət yetirmədiklərini bildirmişlər. Həmçinin Məhkəmə istintaqı dövründə şahid kimi dəvət edilərək dindirilmiş X4 vermiş olduğu ifadəsində, hadisə baş verən gün, yəni 29.05.2020-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs X8 ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə olduğunu, lakin onların arasında hər hansı davadalaşın olmadığını və ya biri-birilərinə xəsarət yetirmədiklərini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və X2 ifadələri sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş X5 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, X8 ünvan 3 ünvanındakı evin darvazasının qarşısını göstərib bildirmişdir ki, 29.05.2020-ci il tarixdə saat 18:15-də həmin yerdə Şahid1 və Təqsirləndirilən şəxs onu əlləri və ayaqları ilə döyərək xəsarət yetirmişlər. Qonşular hadisə yerinə gəlib onları ayırmışdır. Müəyyən edilmişdir ki, cinayətin törədildiyi yer ünvan 3 ünvanının qarşısıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması zərərçəkmiş şəxsin ifadəsidir, o, yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş ifadənin yerində yoxlanılması barədə protokol sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş üzləşdirmə protokoluna qiymət verərkən bildirir ki, Orxan Məmmədbəyov ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, lakin Kamran X3 qarşı söylədiklərini qəbul etməmiş və onu vurmadığını demişdir. Üzləşdirmə protokolunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı dediklərini qəbul etmədiyindən, hadisənin baş verməsi üzləşdirmə protokolunda yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə öz əksini tapır. Bu səbəbdən də üzləşdirmə protokolu yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş üzləşdirmə protokolu sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X15 tərəfindən verilmiş 523 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyinə qiymət verərkən bildirir ki, O.F.Məmmədbəyovun bədənində aşkar edilmiş xəsarətlər - sol qaşüstü nahiyəsinin və alt dodağın selilki qişasının qansızmaları, sol üst göz qapağının, alt çənənin, sağ bazunun qançırları, sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 29.05.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər. Qeyd olunan xəsarətlər sol qaşüstü nahiyəsinin və alt dodağın selilki qişasının qansızmaları, sol üst göz qapağının, alt çənənin, sağ bazunun qançırları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir, sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, О.F.Məmmədbəyovun bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyi yalnız faktı təsdiq edir, yəni Orxan Məmmədbəyovun bədən səthində aşkar edilmiş xəsarətlərin olması qeyd edilsə də, lakin həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X15 tərəfindən verilmiş 523 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyi sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə yekun nəticəyə gələrkən bildirir ki, cinayət işi üzə cinayət faktını təsdiq edən sübutlar, iş materiallarında olan ekseprt rəyindən və zərərçəkmiş şəxsin ifadəsindən ibarətdir. Cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilməsini təqsdiq edən sübut isə yalnız zərərçəkmiş şəxsin ifadəsidir. Təqsirləndirilən şəxsə qarşı sürülmüş ittiham sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid sol əlin İ barmağının əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İ barmağının posttravmatik hemartrozu xəsarətlərindən ibarətdir. Görüdüyü kimi cinayət məsuliyyətinə səbəb olan hal, yalnız zərərçəkmiş şəxsin sol əlinin İ barmağına yetirilmiş xəsarətdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində sol əlinin İ barmağına yetirilmiş xəsarəti eynəyini yerdə axtaran zaman təpik zərbəsi ilə aldığını bildirmişdir. Eynəyi olmadığından həmin təpik zərbəsinin kim tərəfindən yetirildiyini görməmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, ittihamın irəli sürülməsinə əsas olmuş xəsarət hətta cinayət hadisəsi nəticəsində yetirilsə belə, zərərçəkmiş şəxs həmin xəsarətin ona kim tərəfindən yetirildiyini görməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-22/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-22/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver