Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-22/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3-cü və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Avtovağzal» deyilən ərazidə yerləşən saxlanc yeri olan su nasosları emalatxanasına qapısının qıfılını sındırmaqla qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs1 Məmmədoviçə məxsus dəyəri 250 manat təşkil edən 01 ədəd «Vodaley» markalı su nasosunu, dəyəri 110 manat təşkil edən 01 ədəd «Kalibr» markalı su nasosunu, dəyəri 90 manat təşkil edən 01 ədəd «Shimge» markalı su nasosunu, hər birinin dəyəri 350 manat təşkil edən 1050 manat dəyərində 03 ədəd «Astraphol» markalı su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 Məmmədoviçə ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyul 2022-ci il tarixdə, gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş yaşayış sahəsi olan evin bir otağına qapısını açmaqla qanunsuz daxil olub oradan dəyəri 150 manat təşkil edən 01 ədəd «Bosch» markalı prefaratoru, hər birinin dəyəri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd 230 W-lıq «Bosch» markalı laqondanı, hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 03 ədəd 125 W-lıq laqondanı, hər birinin dəyəri 80 manat təşkil edən 240 manat dəyərində 03 ədəd dreli, dəyəri 200 manat təşkil edən 01 ədəd 180 W-lıq laqondanı, hər birinin dəyəri 7 manat təşkil edən 14 manat dəyərində 02 ədəd çəkici, dəyəri 230 manat təşkil edən 100 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 5 manat 60 qəpik təşkil edən 56 manat dəyərində 10 ədəd yapışdırıcını, hər birinin dəyəri 1 manat təşkil edən 12 manat dəyərində 12 ədəd fəhlə əlcəyini, hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 22 manat 50 qəpik dəyərində 05 ədəd 180-lik fibranı, hər birinin dəyəri 6 manat təşkil edən 48 manat dəyərində 08 ədəd 230-luq fibranı, hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 15 manat dəyərində 06 ədəd 125-lik fibranı, dəyəri 30 manat təşkil edən 01 ədəd 60 sm-lik sverdlonu, dəyəri 8 manat təşkil edən 01 ədəd rezin çəkici gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 2025 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdə, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan bağ evinə plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olmaqla evə birləşik qaracdan dəyəri 300 manat təşkil edən 01 ədəd alüminium nərdivanı, evin birinci mərtəbəsində olan otaqdan isə hər bir metrəsinin dəyəri 1 manat təşkil edən 15 manat dəyərində 15 metr uzunluğunda elektrik naqilini, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik samovarı, hər birinin dəyəri 5 manat təşkil edən 40 manat dəyərində 8 ədəd elektrik lampası örtüyünü (plafonu), dəyəri 75 manat təşkil edən alüminium boruları, dəyəri 20 manat təşkil edən su krantlarını, dəyəri 100 manat təşkil edən elektrik naqillərinigizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində saxlanc yeri hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «AzMak» makaron fabriki ərazisinə hasardan açmaq yolu ilə qanunsuz daxil olub Zərərçəkmiş şəxs8 məxsus hər birinin dəyəri 20 manat təşkil edən 800 manat dəyərində 40 ədəd alüminium listi gizli yolla talayıb Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,341 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə daşıyaraq üzərində saxlamış, 29 sentyabr 2022-ci il tarixdə saat 10:15 radələrində X10 Alayının 11-ci Polis Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində «Xalça» restoranının yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət olunmuş və orada xidməti otaqların birində üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağız bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə, gecə saat 04:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan yeni tikilmiş evə açıq pəncərə yerindən qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs4 məxsus dəyəri 200 manat təşkil edən 01 ədəd lazer aparatını, dəyəri 100 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd prefaratoru, dəyəri 20 manat təşkil edən elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 oktyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı çimərlikdə yerləşən saxlanc yeri olan istifadə olunmayan mağazaya plastik pəncərəsini açaraq qanunsuz daxil olmaqla oradan dəyəri 800 manat təşkil edən mağazanın divarlarınıa çəkilmiş vəziyyətdə olan elektrik naqilini yerindən dartıb qoparmaqla, eləcə də mağazada yerləşən 03 ədəd soyuducunun dəyəri 300 manat təşkil edən mühərrikini və mis borularını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 oktyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən saxlanc yeri olan yeni tikilmiş çörək bişirmə sexinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs6 məxsus dəyəri 100 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd prefaratoru və dəyəri 50 manat təşkil edən 50 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 oktyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən ət mağazasında olarkən orada yerləşən masanın üzərindən Zərərçəkmiş şəxs7 məxsus dəyəri 1400 manat təşkil edən 01 ədəd «İPhone 11» markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmişə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda ilk öncə tam təqsirli bilsə də, daha sonra ifadəsini dəyişərək özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, bir neçə ildirki psixotrop maddə və narkotik vasitə istifadəçisi olduğundan tələbatlarını ödəmək və psixotrop maddə və narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə bir neçə ünvandan oğurluq etmişdir. Belə ki, təxminən 15 oktyabr 2022-ci il tarixdə, gecə saat 03:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı çimərlikdə yerləşən mağazaya plastik pəncərəsini açmaqla daxil olmuş, oradan elektrik naqili və orada olan soyuducuların mis borularını sökmüşdür. Elektrik naqillərini dükanın içərisində yandırıb mis halına salmışdır. Sonradan həmin misləri yenədə Mərdəkan qəsəbəsində əlvan metal qəbul edən Bəhrəm adlı şəxsə satmışdır. O, həmin ünvandan samovar və qazan götürməmişdir. Bundan başqa o, 22 oktyabr 2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən ət mağazasının yanından keçərkən orada heç kimin olmadığını, mağazanın qapısının açıq olduğunu və stolun üzərində olan telefonun cərəyana qoşulu olduğunu görmüş, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə mağazaya daxil olub həmin «İphone 11» markalı telefonu cərəyandan çıxarıb cibinə qoymuş və oradan uzaqlaşmışdır. Sonradan həmin telefonu tanımadığı, təsadüfən rastlaşdığı şəxsə 300 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin telefon Mərdəkan qəsəbəsində yaşayan Məhəbbət adlı şəxsə məxsus olmuşdur. Bundan başqa, 22 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Makaron fabrikinin qarşısında yerləşən yarım tikili anbardan alüminium konstruksiyalarını oğurlamışdır. Oğurladığı alüminium konstruksiyaları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində səyyar metal qəbul edən şəxslərə ümumilikdə 75 manata satmışdır. Əldə etdiyi pula psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. O, ittihamın oğurluqla bağlı digər epizodlarını etiraf etmir. Belə ki, ibtidai istintaqda işinin tez bir zamanda yekunlaşması üçün etirafedici ifadə vermişdir. Bundan başqa, 28 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəm üçün 10 manata psixotrop maddə metamfetamin almışdır. 29 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Xalça» restoranının yaxınlığında hərəkətdə olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətimi təsdiq edən sənədi təqdim etməyi tələb etmişlər. O, üzərində psixotrop maddə metamfetamin olduğuna görə özündən asılı olmadan həyəcanlanmış və polis əməkdaşları bunu hiss etmişlər. Polis əməkdaşları üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığına və özünü şübhəli apardığına görə onu Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifinə etiraz etməmiş və onlarla birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Üzərində psixotrop maddə metamfetamin olduğuna görə ifşa olunacağını başa düşmüş, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra ona izah edilmişdir ki, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılacaq. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağız bükümünü çıxarıb təqdim edərək bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Məmmədoviç ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 22:00-dan 08 iyul 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Avtovağzal» deyilən ərazidə yerləşən icarə əsasında işlətdiyi nasosların təmiri emalatxanasına qapısının qıfılını sındırmaqla daxil olan naməlum şəxs və ya şəxslər oradan dəyəri 250 manat təşkil edən 01 ədəd «Vodaley» markalı su nasosu, dəyəri 110 manat təşkil edən 01 ədəd «Kalibr» markalı su nasosu, dəyəri 90 manat təşkil edən 01 ədəd «Shimge» markalı su nasosu, hər birinin dəyəri 350 manat təşkil edən 1050 manat dəyərində 03 ədəd «Astraphol» markalı su nasosunu oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə saat 19:15-dən 20 iyul 2022-ci il tarixdə saat 09:10-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 782 saylı sahədə yerləşən tikilməkdə olan bağ evinə açıq qapı yerindən daxil olan naməlum şəxs və ya şəxslər evin bir otağında olan taxta qapısını açmaqla orada olan dəyəri 150 manat təşkil edən 01 ədəd «Bosch» markalı prefaratoru, hər birinin dəyəri 350 manat təşkil edən 700 manat dəyərində 02 ədəd 230 W-lıq «Bosch» markalı laqondanı, hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 03 ədəd 125 W-lıq laqondanı, hər birinin dəyəri 80 manat təşkil edən 240 manat dəyərində 03 ədəd dreli, dəyəri 200 manat təşkil edən 01 ədəd 180 W-lıq laqondanı, hər birinin dəyəri 7 manat təşkil edən 14 manat dəyərində 02 ədəd çəkici, dəyəri 230 manat təşkil edən 100 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 5 manat 60 qəpik təşkil edən 56 manat dəyərində 10 ədəd yapışdırıcını, hər birinin dəyəri 1 manat təşkil edən 12 manat dəyərində 12 ədəd fəhlə əlcəyini, hər birinin dəyəri 4 manat 50 qəpik təşkil edən 22 manat 50 qəpik dəyərində 05 ədəd 180-lik fibranı, hər birinin dəyəri 6 manat təşkil edən 48 manat dəyərində 08 ədəd 230-luq fibranı, hər birinin dəyəri 2 manat 50 qəpik təşkil edən 15 manat dəyərində 06 ədəd 125-lik fibranı, dəyəri 30 manat təşkil edən 01 ədəd 60 sm-lik sverdlonu, dəyəri 8 manat təşkil edən 01 ədəd rezin çəkici oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 2025 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 09:00-dan 20 sentyabr 2022-ci il tarixdə saat 16:00-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən bağ evində olmadığı müddət ərzində oğurluq olmuşdur. Belə ki, həmin evin həyətinə hasardan aşmaqla, həyətdə yerləşən evə isə plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni açararaq evə və oradan evin birinci mərtəbəsində yerləşən qaraca daxil olan naməlum şəxs və ya şəxslər qaracdan dəyəri 300 manat təşkil edən 01 ədəd alüminium nərdivanı, evin birinci mərtəbəsində olan digər otaqdan isə hər bir metrəsinin dəyəri 1 manat təşkil edən 15 manat dəyərində 15 metr uzunluğunda elektrik naqilini, dəyəri 150 manat təşkil edən 01 ədəd elektrik samovarı, hər birinin dəyəri 5 manat təşkil edən 40 manat dəyərində 8 ədəd elektrik lampası örtüyünü (plafonu), dəyəri 75 manat təşkil edən alüminium boruları, dəyəri 20 manat təşkil edən su krantlarını, dəyəri 100 manat təşkil edən elektrik naqillərini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2022ci il tarixdə saat 18:00-dan 10 oktyabr 2022-ci il tarixdə saat 09:00-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş evdə olmadığı müddət ərzində oğurluq olmuşdur. Belə ki, həmin evin həyətinə açıq darvaza yerindən, həyətdə yerləşən yeni tikilmiş evə isə açıq qapı yerindən daxil olan naməlum şəxs və ya şəxslər oradan ona məxsus dəyəri 200 manat təşkil edən 01 ədəd lazer aparatını, dəyəri 100 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd prefaratoru, dəyəri 20 manat təşkil edən elektrik naqilini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 420 manat məbləğində maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun evinə gətirilən zaman oğurladığı əşyaların yerini özü göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 10 oktyabr 2022ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı çimərlikdə yerləşən ona məxsus mağazanın plastik pəncərəsini açaraq mağazaya daxil olan naməlum şəxs və ya şəxslər oradan dəyəri 800 manat təşkil edən mağazanın divarlarınıa çəkilmiş vəziyyətdə olan elektrik naqilini yerindən dartıb qoparmaqla, eləcə də mağazada yerləşən 03 ədəd soyuducunun dəyəri 300 manat təşkil edən mühərrikini və mis borularını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1100 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməsə də onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. (bu barədə ərizə təqdim etmişdir) Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022ci il tarixdə saat 18:00-dan 22 oktyabr 2022-ci il tarixdə saat 10:00-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş obyektdən ona məxsus əşyalar oğurlanmışdır. Belə ki, həmin ünvana plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər oradan ona məxsus dəyəri 100 manat təşkil edən 01 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən 01 ədəd prefaratoru və dəyəri 50 manat təşkil edən 50 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 250 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanında yerləşən babasına məxsus ət mağazasında imiş. Təxminən saat 14:00 radələrində özünə məxsus «İPhone 11» markalı mobil telefonu mağazada elektrik cərəyanına qoşub özü digər mağazaya getmişdir. Təxminən 10 dəqiqə sonra mağazaya qayıtmışdırki telefonunu cərayandan çıxartsın. Lakin həmin vaxt adapterin yerdə olduğunu, telefonumun isə oğurlandığını görmüş və bu barədə dərhal polisə məlumat vermişdir. Həmin oğurluq nəticəsində ona 1400 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonradan ona məlum olmuşdur ki, ona məxsus mobil telefonu Mərdəkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, İlkin özü onun yanına gəlib mobil telefonunu oğurladığını etiraf etmiş və telefonunu satdığını bildirmişdir. Lakin etdiyi əməldən peşman olduğunu bildirib həmin telefona görə ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə saat 18:00-dan 23 sentyabr 2022-ci il tarixdə saat 18:00-dək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «AzMak» makaron fabriki ərazisində yerləşən ona məxsus hər birinin dəyəri 20 manat təşkil edən 800 manat dəyərində 40 ədəd alüminium listi oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Həmin alüminium listləri qeyd olunan ünvandan Təqsirləndirilən şəxs oğurlamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 11-ci PB-nün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2022-ci il tarixdə, saat 10:15 radələrində digər polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən «Xalça» restoranının yaxınlığında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sorğu-sual zamanı həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığından onun şəxsiyətinin müəyyən olunması üçün Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də heç bir etiraz etməyib onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması, eyni zamanda narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğu müəyyən olunmuşdur. Polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Natiq Ağamirzəyevə həvalə edilmiş və Təqsirləndirilən şəxs X3ə təqdim olunmuşdur. X3 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş 01 ədəd bükümü təqdim edərək həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün 28 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən bükümdən ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə başqa qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 11-ci PB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Abşeron» sanatoriyası yaxınlığında yerləşən metal qəbulu məntəqəsində 20 ildir ki, metal qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs Mərdəkan qəsəbə sakini kimi tanıyır. 2022-ci ilin oktyabr ayının təxminən 10-u tarixində İlkin ona 01 ədəd işləməyən prefarator və bir qədər mis gətirib təhvil vermiş və bunun müqabilində İlkinə 12 manat pul vermişdir. Sonradan həmin prefaratoru söküb içərisində olan misi götürmüş, prefarator isə yarasız olduğundan zibilliyə tullamışdır. Bundan başqa, bir neçə dəfə İlkin ona yandırılmış mis təhvil vermiş və misin çəkisinə uyğun İlkinə pulunu vermişdir. Lakin hər dəfə nə qədər mis təhvil aldığını və İlkinə nə qədər pul ödədiyini xatırlamadığını bildirmişdir. Qeyd olunan misləri və digər metal və əlvan metallarla birlikdə Dərnəgül qəsəbəsində yerləşən metal məntəqəsinə aparıb təhvil verdiyindən həmin əlvan metalları təqdim edə bilməmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı prefarator və mislərin oğurluq olduğunu əvvəlcədən bilməmişdir. Bununla bağlı polisə dəvət olunarkən həmin əşyaların oğurluq olmasından xəbər tutmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmış, həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5594 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №157» dairəvi möhür əksləri olan «…(imza) Təqsirləndirilən şəxs…» sözləri, soyadlar imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,341 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 0,291 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7456 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3 və 234.1-ci maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə yenidən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 186 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs oğurladığı əşyaları almış Şahid3 və eləcə də digər şəxslər həmin əşyaların oğurluq olduğunu bilmədiklərindən həmin şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir, zərərçəkmiş şəxslərə məxsus oğurlanmış əşyalar müəyyən edilib məhkəmə-əmtəəşünaslıq eskspertizası təyin edilmədiyindən həmin əşyaların qiyməti zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri kimi qiymətləndirilmişdir, işdə olan Təqsirləndirilən şəxs səmimi ifadələri, ifadənin yerində yoxlanılması protokolu, fotoşəkillər, diskə baxış protokolu, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,341 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,291 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılmış, iş üzrə əldə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılsın və əməliyyat axtarış tədbirlərinin davam etdirilməsindən ötrü aidiyyəti üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə göndərilmiş və ... . İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CMnin 234.1-ci, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin MSY-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, MSY gətirilən vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş X10 Alayının xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, DİN-in X10 Alayının əməkdaşları, polis seriantı Şahid1 və polis baş seriantı Şahid2 iş qrafiki ilə 28 sentyabr 2022-ci il tarixdə saat 21:00-dan, 29 sentyabr 2022-ci il, saat 09:00-dək xidmətdə olmuş, lakin Dövlət əhəmiyyətli tədbirlərlə bağlı həmin gün saat 13 radələrinədək xidməti davam etdirmişlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla zərərçəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək (oğurluq hissədə qismən), əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin (Zərərçəkmiş şəxs5) ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,291 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Dəymiş ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki,) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,291 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 55,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Dəymiş ziyanın qismən ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-22/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-22/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver