Məhkəmə qərarları › İş №1(003)-220/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-220/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-220/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Lerik rayonu, Gendof kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, Lerik rayonu, Gendof kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1986-cı ildə Lerik rayonu, Gendof kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, Lerik rayonu, Gendof kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək sərxoş vəziyyətində 09 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin zalında Zərərçəkmiş şəxs1 mobil telefon ilə danışdığı zaman sonuncunun tanışı Zərərçəkmiş şəxs2 tərəfindən ona sakit durmasının deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və İ.Allahverdiyevin onunla kobud danışdığını cüzi səbəb kimi bəhanə edib aralarındakı münasibətlərin pozulması zəminində o, qəsdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ictimai yer olan həmin “Praqa” kafesinin zalında digər şəxslərin gözü qarşısında onu söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövgündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək qəflətən yumruq ilə Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib üst dodağın əzilmiş yarası, üst çənədə İİ dişin travmatik qopması (sınığı), diş ətinin qansızması ilə nəticələnən Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə istər ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli, Şəhriyar İsrəfılovun isə sifət nahiyyəsindən bir dəfə şillə ilə vuraraq zor tətbiq edib sol qulaqarxası nahiyyənin qançırı, təbil pərdəsinin travmatik zədələnməsilə (cırılması) nəticələnən zərərçəkmiş şəxs X1 uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi eyni zaman Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin iş fəaliyyətinin 10- 15 dəqiqə pozulması ilə müşayiət olunan bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək sərxoş vəziyyətində 09 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin zalında X4 mobil telefon ilə danışdığı zaman sonuncunun tanışı Zərərçəkmiş şəxs2 tərəfindən ona sakit durmasının deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 onunla kobud danışdığını cüzi səbəb kimi bəhanə edib aralarındakı münasibətlərin pozulması zəminində o, qəsdən qisas almaq məqsədilə Zərərçəkmiş şəxs2 ictimai yer olan həmin “Praqa” kafesinin zalında digər şəxslərin gözü qarşısında onu söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövgündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək qəflətən yumruq ilə Azad Allahveridiyevin sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib üst dodağın əzilmiş yarası, üst çənədə İİ dişin travmatik qopması (sınığı), diş ətinin qansızması ilə nəticələnən Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə istər ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi, eyni zamanda Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin iş fəaliyyətinin 10- 15 dəqiqə pozulması ilə müşayiət olunan bir qrup şəxs halında qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində o, bacanağı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən “Praqa” kafesinin zalında oturub yemək yeyirmişlər. Həmin vaxtı o, spirtli içki qəbul etməmiş bacanağı Təqsirləndirilən şəxs2 isə bir bakal pivə sifariş vermiş, lakin həmin pivədən Çingiz içməmişdir. Həmin kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2 onlara sakit olmaqlarını bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs2 cavab olaraq “biz neynədik oturub söhbət edirik” sözlərini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 öz əyləşdiyi stuldan duraraq onun əyləşdiyi stola gələrərək onunla üzbəüz oturmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs2 ona, sizə sakit olmağı dediyini bildirmişdir. O, isə Zərərçəkmiş şəxs2 cavab olaraq onlara qarşı heç bir nəlayiq hərəkət etmədiyini nə üçün onunla belə danışdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 duraraq öz əyləşdiyi stula getmişdir. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ilə birlikdə olan Şəhriyar İsrəfılov gəlib onların masasına əyləşib kobud formada ondan “nə deyirsiz” ifadəsini işlətmişdir. Bundan sonra Azad yenidən geri onların əyləşdikləri masaya yaxınlaşmış və əli ilə masanın üzərinə çırparaq “mənə Azad deyərlər biz gələn yerdə hesab verirlər, siz məni yaxşı tanımırsız və sizi yatdığınız yerdən oğurluyaram” ifadəsini işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onun və bacanağı Çingizin yaxasından tutub üç dəfə kəlləsi ilə onun sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxtı Şəhriyarda onu yumruqla belindən vururdu. Bu zaman onun burnundan və dodağından qan gəlməyə başlamışdır. Həmin vaxtı onun burnu və iki ədəd dişi sınmışdır. Bundan sonra o, yerə yıxılmış və yerdə olduğu zaman Şəhriyar 6-7 dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra kafedə olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra Azad və Şəhriyar kafenin həyətinə çıxmışlar. Ona isə kafedə ilkin tibbi yardım göstərmişlər və onun üzü qan olduğu üçün üzünü yumuşlar. Həmin vaxtı bacanağı qardaşı Samirə də zəng vurmuşdur ki, gəlib onu aparsın. Bundan sonra Azad ilə Şəhriyar kafeyə qayıtmışlar və kafedə yenədə Azad yumruq ilə onun sifətindən bir neçə dəfə vurmuşdur. Bundan sonra onun halı pisləşmiş və sonra nələr baş verdiyini o, xatırlamır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli biləməyərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində o, bacanağı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən “Praqa” kafesinin zalında oturub yemək yeyirmişlər. Həmin vaxtı Elmir spirtli içki qəbul etməmiş özü isə bir bakal pivə sifariş vermiş, lakin həmin pivədən içməmişdir. Həmin kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2 onlara sakit olmaqlarını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 isə cavab olaraq “biz neynədik oturub söhbət edirik” ifadəsini işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 öz əyləşdiyi stuldan duraraq onların əyləşdikləri stola gələrək Təqsirləndirilən şəxs1 ilə üzbəüz oturmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs2 onlara sakit olmağı dediyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2gilə qarşı heç nəlayiq hərəkət etmədiklərini nə üçün onlarla belə danışdığını soruşmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 duraraq öz əyləşdiyi stula getmişdir. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ilə birlikdə olan Şəhriyar İsrəfılov gəlib onların masasına əyləşib kobud formada “nə deyirsiz” ifadəsini işlətmişdir. Bundan sonra Azad yenidən geri onların əyləşdikləri masaya yaxınlaşmış və əli ilə masanın üzərinə çırparaq “mənə Azad deyərlər biz gələn yerdə hesab verirlər, siz məni yaxşı tanımırsız və sizi yatdığınız yerdən oğurluyaram” ifadəsini işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onun və bacanağı Təqsirləndirilən şəxs1 yaxasından tutub üç dəfə kəlləsi ilə Təqsirləndirilən şəxs1 sifət nahiyyəsindən vurmuş daha sonra əli ilə onun sol əlinin baş barmağını sıxaraq xəsarət yetirmiş və davamlı olaraq yumruqla onun bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Həmin vaxtı Şəhriyarda Təqsirləndirilən şəxs1 yumruqla belindən vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 burnundan və dodağından qan gəlməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 yerə yıxılmış və yerdə olduğu zaman Şəhriyar 6-7 dəfə yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra kafedə olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra Azad və Şəhriyar kafenin həyətinə çıxmışdır. Həmin vaxtı o, Təqsirləndirilən şəxs1 qardaşı Samirə də zəng vurmuşdur ki, gəlib Elmiri aparsın. Bundan sonra Azad ilə Şəhriyar kafeyə qayıtmışlar və kafedə yenədə Azad yumruq ilə Təqsirləndirilən şəxs1 sifətindən bir neçə dəfə vurmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2024-cü iı tarixdə saat təxminən 22 radələrində o, dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən “Praqa” kafesinin zalında oturub yemək yeyirmişlər. Həmin vaxtı o və dostu Zərərçəkmiş şəxs2 ilə spirtli içki qəbul etmişlər. Həmin vaxtı onun mobil telefonuna ailə üzvlərindən zəng gəldiyi üçün o, mobil telefon ilə danışdığı zaman kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək səslə nəlayiq söyüşlərdən istifadə edərək söhbət edirmişlər. Bu zaman o, mobil telefon ilə ailə üzvləri ilə danışdığı üçün dostu Zərərçəkmiş şəxs2 onlardan xahiş etmişdir ki, nəlayiq ifadələr işlətməsin telefon ilə danışan var. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 bildirmişdir ki, kafedə söyüş söyərlər. Bundan sonra Zərərçəkmiş şəxs2 onların oturduqları masadan durub Elmirgilin masasına gedib orada söhbət etməyə başlamışdır. Bundan bir neçə dəqiqə sonra o, da masadan qalxıb Elmir və Çingizgilin masasına getmiş və orada o, Elmir ilə Çingizə bildirmişdir ki, ola bilər ki, anlaşılmazlıq olub, narahat etdiklərinə görə üzr istəmişdir. Bu zaman Çingiz onların ünvanına nəlayiq sözlərlə söyməyə başlamış və Çingiz ilə Elmir dostu Zərərçəkmiş şəxs2 sinəsindən tutmuşlar, o, isə aralamaq istəyəndə Elmir onu yumruqla bir dəfə sinəsinə vurmuş, o, isə özünü qorumaq məqsədilə Elmirin yaxasından tutub yerə yıxmış və yerdə Elmirin sifət nahiyyəsindən 3-4 dəfə yumruqla vurmuşdur. Bu zaman kafedə olan tanımadığı şəxslər onları ayırmışlar. Həmin vaxtı dostu Azad heç kimi vurmamışdır. Bundan sonra Azad və özü kafenin həyətinə çıxmışlar. Bundan sonra o, geri kafeyə qayıtmış və kafedə Elmirə yaxınlaşıb üzrxahlıq istədikdə Elmir qəflətən sağ əli ilə onun sol qulağına şillə vurmuşdur. Bu zaman şillənin təsirindən onun vəziyyəti pisləşmişdir. Bu zaman kafeyə dostu Zərərçəkmiş şəxs2 daxil olmuş və Elmirin onu vurduğunu görüb Elmirin baş nahiyyəsinin arxasından bir dəfə sol əli ilə şillə vurmuş, bu zaman isə həmin vaxtı Elmirin qardaşı Samirdə orada olmuş Samir və Elmir qəflətən yumruq ilə Azadın sifət nahiyyəsinə vurduğu üçün Azad özünü müdafiə etmək məqsədilə bir neçə dəfə yumruqla Elmiri və Samiri vurmuşdur. Bundan sonra Elmir kafedə olan taxta stullardan birini götürüb dostu Azadın baş nahiyyəsinə atmış və həmin taxta stul Azadın başını arxa nahiyyəsinə dəymişdir. Bundan sonra Çingizdə kafedə olan stullardan birini götürüb başının üstünə qaldırıb atmaq istəsə bunu etməmiş stulu yerinə qoymuşdur. Hadisə zamanı dostu Azadın sifətindən qan gəlmişdir, onun isə qulağının pərdəsi cırıldığı üçün qulağından qan gəlmişdir. Bu günə kimi də onun sol qulağının pərdəsi cırıldığı üçün onun sol qulağı normal eşitmir. Hazırda onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 qeyd etddi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində o, dostu X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən “Praqa” kafesinin zalında oturub yemək yeyirmişlər. Həmin vaxtı o və dostu Şəhriyar İsrəfılov ilə spirtli içki qəbul etmişlər. Həmin vaxtı dostu Şəhriyarın mobil telefonuna ailə üzvlərindən zəng gəldiyi üçün Şəhriyar mobil telefon ilə danışdığı zaman kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüksək səslə nəlayiq söyüşlərdən istifadə edərək söhbət edirmişlər. Bu zaman Şəhriyar İsrəfılov mobil telefon ilə ailə üzvləri ilə danışdığı üçün o, Elmirgildən xahiş etmişdir ki, nəlayiq ifadələr işlətməsin telefon ilə danışan var. Bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 bildirmişdir ki, kafedə söyüş söyərlər. Bundan sonra o, onların oturduqları masadan durub Elmirgilin masasına gedib orada Elmirgil ilə söhbət etməyə başlamış və söhbət zamanı Elmirgilə ola bilər bir birilərini başa düşmədiklərini anlaşılmazlıq olduğunu bildirmiş əgər narahat ediblərsə üzr istəmişdir. Bundan sonra Şəhriyar da masadan qalxıb Elmir və Çingizgilin masasına gəlmiş və orada Şəhriyar da Elmir ilə Çingizdən görə üzrxahlıq istəmişdir. Bu zaman Çingiz onların ünvanına nəlayiq sözlərlə söyməyə başlamış və Çingiz ilə Elmir onun sinəsindən tutmuşlar, Şəhriyar isə onları aralamaq istəyəndə Elmir Şəhriyarı yumruqla bir dəfə sinəsinə vurmuş, Şəhriyar isə özünü qorumaq məqsədilə Elmirin yaxasından tutub yerə yıxmış və yerdə Elmirin sifət nahiyyəsindən 3-4 dəfə yumruqla vurmuş, bu zaman kafedə olan tanımadığı şəxslər onları ayırmışlar. Həmin vaxtı o, heç kimi vurmamışdır. Bundan sonra Şəhriyar və o kafenin həyətinə çıxmışlar. Bundan sonra Şəhriyar geri kafeyə qayıtmış və kafedə Elmirə yaxınlaşıb üzrxahlıq istədikdə Elmir qəflətən sağ əli ilə Şəhriyarın sol qulağına şillə vurmuşdur. Bu zaman o, da kafeyə daxil olmuş və Elmirin baş nahiyyəsinin arxasından bir dəfə sol əli ilə şillə vurmuş, bu zaman isə Elmirin qardaşı Samirdə, yəni ikisi birlikdə qəflətən yumruq ilə onun sifət nahiyyəsinə vurmuşlar. O, özünü müdafiə etmək məqsədilə bir neçə dəfə yumruqla Elmiri və Samiri vurmuşdur. Bundan sonra Elmir kafedə olan taxta stullardan birini götürüb onun baş nahiyyəsinə tərəf atmış və həmin taxta stul onun başının arxa nahiyyəsinə dəymişdir. Bundan sonra Çingizdə kafedə olan stullardan birini götürüb başının üstünə qaldırıb atmaq istəsə bunu etməyib stulu yerinə qoymuşdur. Hadisə zamanı onun sifətindən, Şəhriyarın isə qulağının pərdəsi cırıldığı üçün qulağından qan gəlmişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən anda orda olmamış və sonradan ora gəlmişdir. Öz aralarında mübahisə baş vermişdir. Mübahisənin söyüş üstündə olmasını eşitmişdir. Həmin zaman kafedən çöldə qonşu ilə söhbət etmişdir. Sonra gəlib görmüşdür ki, Elmirin burnu qanamışdır. Sədi isə bacısı oğludur. Elmir və Çingiz başqa kafedə yeyib-içib gəlmişdirlər. Azad və Şəhriyar birinci gəlmişdirlər. Elmir və Çingiz sonradan gəlmişdirlər. Həmin zaman bacısı oğlu orda olmuş, ancaq o da kassada oturmuşdur. Kassa da başqa otaqdadır. Hadisənin üstündən 4-5 ay keçmişdir. Kafedə kamera vardır və görüntüləri istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman kassada oturmuşdur. Səs-küyə getmiş və dava edənləri aralamağa çalışmışdır. Davanın böyüməsinin qarşısını almağa çalışmışdır. İstintaqda ifadəsində eşitdikərini demişdir. Əvvəlcədən hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Elmirin huşunu itirib yıxılmasını, Şəhriyarın onu vurduğunu görmüşdür. Elmiri kimin vuraraq yerə yıxmasını görməmişdir. Hansının bir- birini söyməsini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: -cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq bağlar massivində yerləşən “Praqa” kafesində xuliqanlıq olması faktına görə 23 noyabr 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və bu barədə fotocədvəl tərtib edilmişdir. -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 1437 saylı ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın əzilmiş yarası, üst çənədə İİ dişin travmatik qopması (sınığı), diş ətinin qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun onun qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmayan dərəcəli zərər vurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyini xx.xx.2024-cü il tarixli 1416 saylı ekspert rəyindən görünür ki, 1991 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qulaqarxası nahiyyənin qançırı, təbil pərdəsinin travmatik zədələnməsi (cırılması) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "Xəzər” Klinikasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar bir zərbənin təsirindən törəndiyindən sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. -"Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -"Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. --xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlu Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlu barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - "Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -"Məhkumluğun yoxlanılmasına dair” AzərbaycanRespublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlunun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X6 və Zərərçəkmiş şəxs2 həmin kafedə olan masaların birində əyləşmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşaraq orada aralarında yaranmış sözlə mübahisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən vururlar, daha sonra Şəhriyar İsrəfılov yumruqla Təqsirləndirilən şəxs1 vuraraq yerə yıxır və Təqsirləndirilən şəxs1 yerdə olduğu zaman bir neçə dəfə yumruqla sonuncunun sifət nahiyyəsindən vurur. Bundan sonra kafedə olan şəxslər onları aralayıb Zərərçəkmiş şəxs2 ilə Şəhriyar İsrəfılovu kafedə çölə çıxardırlar. Daha sonra Zərərçəkmiş şəxs2 ilə Şəhriyar İsrəfılov çöldən qayıdıb kafedə Təqsirləndirilən şəxs1 ilə söhbət etdikləri zaman Təqsirləndirilən şəxs1 qəflətən sillə ilə Şəhriyar İsrəfılovun sol qulağından vurur və bu zaman Zərərçəkmiş şəxs2 yumruqla Təqsirləndirilən şəxs1 vurur və orada olan sonradan gəlmiş Təqsirləndirilən şəxs1 qardaşı X5 yumruqla Zərərçəkmiş şəxs2 vurur və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Samir Hüseynov qarşılıqlıqlı bir birini yumruqla bir neçə dəfə vururlar. Bundan sonra kafedə olan şəxslər onları araladıqları zaman Təqsirləndirilən şəxs1 kafedə olan stullardan birini başı üzərində qaldıraraq atmaq istəyərkən orada olan şəxslərdən biri stulu onun əlindən alıb yerə qoyur. Bundan sonra isə Təqsirləndirilən şəxs2 özüdə kafedə olan stullardan birini başı üzərində qaldıraraq atmaq istəsə də, bunu etməyib özü həmin stulu yerə qoyur. - Zərətçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizıdən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. - Zərətçəkmiş şəxs X6 oğlu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizıdən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 aid məlumat pəncərəsindən görünür ki, o, ailəli olmaqla himayəsində 04 iyun 2013-cü il təvəllüdlü X13 və 07 mart 2016-cı il təvəllüdlü X14 adlı övladları vardır. - Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs1 aid məlumat pəncərəsindən görünür ki, o, ailəli olmaqla himayəsində 28 aprel 2014-cü il təvəllüdlü X11 və 02 yanvar 2016-cı il tarixli təvəllüdlü X15 adlı övladları vardır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında özlərini təqsirli bilməmələri barədə verdiklərii ifadələriinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadələri qeyrisəmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və onlar, həmin ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Məmmdhüseyn oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduqları müddət onlara təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduqları müddət onlara təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 297 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar