Məhkəmə qərarları › İş №1(003)-221/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-221/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-221/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1990-ci ildə Astara rayonu, Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə, saat 02 radələrində ictimai yer sayılan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzinin yanında olan zaman Zərərçəkmiş şəxs evə getməsinə irad bildirərək “Santafe” istirahət mərkəzinin yanında olan vətəndaşların narahatçılığına səbəb olub, insanların sıx olduğu ərazidə ictimai qaydanı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, öz şəxsiyyətini digər şəxslərin fövqündə qoyaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud sürətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda olan vətəndaşların dincliyini pozmuşdur. Sonra Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sifət nahiyyəsinə qəsdən yumruq və kəllə ilə vuraraq ona alının, alt dodağın selikli qişasının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırlarından ibarət olmaqla ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən Yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 mart 2022-ci il tarixdə, saat 21 radələrində istirahət etmək üçün kəndçisi Zərərçəkmiş şəxs və Şahid ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzinə getmişlər. Orada bir qədər spirtli içki qəbul etmişlər. 28 mart 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs evə getmək istədiyi üçün aralarında baş vermiş mübahisə zamanı kəllə və yumruqla sonuncunun sifət nahiyəsindən qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ətrafda Elməddin və tanımadığı 4-5 nəfər şəxs olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 mart 2022-ci il tarixdə, saat 21 radələrində istirahət etmək üçün tanışı Təqsirləndirilən şəxs və əmisi oğlu Şahid ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzinə getmişlər. Orada bir qədər spirtli içki qəbul etdikdən sonra 28 mart 2022-ci il tarixdə, saat 02 radələrində əmisi oğlu Elməddin ilə birlikdə evə getmək istəmişlər. Buna görə Famil onunla mübahisə edərək heç bir səbəb olmadan kəllə və yumruqla onun sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt ətrafda əmisi oğlu və 4-5 nəfər tanımadığı şəxs olmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, ona cəza verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid təhqiqat zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur, Təqsirləndirilən şəxs isə eyni kənddən olduğu üçün tanıyır. 27 mart 2022-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzinə gedərək orada spirtli içki qəbul etmişlər. 28 mart 2022-ci il tarixdə, saat 02 radələrində Bəhram ilə birlikdə evə getmək istədikləri üçün Famil Bəhram ilə mübahisə edərək kəllə və yumruqla Bəhramın sifət nahiyəsindən qəsdən vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı ətrafda tanımadığı 4-5 nəfər şəxs olmuşdur. 12 may 2022-ci il tarixdə məhkəməyə Astara rayonunun Kijəbə kəndindən teleqram vuraraq məhkəmə iclasında rayonda olduğu üçün iştirak edə bilməyəcəyini, istintaqda verdiyini ifadəsini təsdiq etdiyini və heç bir əlavəsinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 04 aprel 2022ci il tarixli, 308 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – alının, alt dodağın selikli qişasının əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 28 mart 2022-ci il tarixə uyğun gələr və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1990-ci ildə Astara rayonu, Şümrüd kəndində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Astara rayon Məhkəməsinin 29 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. 15 yanvar 2012-ci ildə cəza müddəti başa çatmışdır. 2) Astara rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 259.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 7 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə 4 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar (CM-nin 18.4.1-ci maddəsi); yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar (CM-nin 18.4.2-ci maddəsi); bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar (CMnin 18.4.3-cü maddəsi) və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar (CM-nin 18.4.4-cü maddəsi) nəzərə alınmır. Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq onun hazırki əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkilə ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Astara rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Astara rayonu, Şümrüd kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar