Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-222/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ciil tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, ortatəhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 yeni sahədə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs ilə aralarında ünvanına nalayiq söyüşlər işlətməsi səbəbindən yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq və təpik zərbələri ilə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs vuraraq qəsdən ona baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alt dodağın selikli qişasının qansızması, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ruhi-əsəb xəstəliyindən əzab çəkir, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında psixi xəstəliyinə görə qeydiyyatdadır. Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr “Vasmoy” bazarında arabaçı işləyir. 02 dekabr 2020-ci il tarixdə işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 22:00-da işdən çıxıb yaşadığı evə gələn zaman hava qaranlıq olduğu və yağış yağdığı üçün yer palçıq olduğundan cibində olan alışqanın işığı ilə yolu işıqlandıraraq evinə doğru getmişdir. Yaşadığı məhləyə çatarkən yer palçıq və su olduğu üçün əvvəllər tanımadığı və hava qaranlıq olduğundan üzünü görə bilmədiyi bir qadının yolu keçməkdə çətinlik çəkdiyini görmüş, onun yolu keçməsi üçün ayağının altına işıq salmış və bundan sonra qadın yolu sərbəst şəkildə keçib getmişdir. Həmin qadın çıxıb getdikdən sonra adını hadisədən sonra bildiyi Zərərçəkmiş şəxs adlı qonşu üzünü ona tərəf çevirərək ona qarşı “var-yox” söyüşü söymüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq ona qarşı söyüş söyməsinin səbəbini soruşmuş, bu zaman Alman onun gözünə işıq saldığı üçün söyüş söydüyünü demiş, o isə onun gözünə işıq salmadığını, sadəcə hava qaranlıq olduğundan hərəkət etmək üçün yolu işıqlandırdığını bildirmişdir. Həmin vaxt Alman iki əli ilə onun sinə nahiyəsindən tutub ona zərbə endirmək istəmişdir. Dava-dalaşın olmaması üçün həmin yerdən kənarlaşmaq istədikdə Alman arxadan ona yaxınlaşaraq yumruqla bir dəfə sağ qulaq nahiyəsindən zərbə endirmişdir. Bundan sonra geriyə dönmüş və özünü müdafiə etmək üçün sağ yumruğu ilə bir dəfə Almanın sifət nahiyəsindən zərbə endirmiş, Alman isə bir dəfə onun sol qolundan, bir dəfə sağ əlinin balaca barmağından və bir dəfə də sağ qolundan dişləmişdir. Həmin vaxt dəfələrlə Almana onun əlini dişləməməsini demiş, lakin Alman qol nahiyələrini dişləməyi davam etdirmişdir. Daha sonra isə Almanın əlindən çıxaraq həmin yeri tərk etmiş və yaşadığı evə gəlmişdir. Təxminən 3-4 dəqiqə çəkmiş dava-dalaş zamanı Alman ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş, o isə Almana qarşı nalayiq ifadələr işlətməmişdir. Həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. İlk dəfə törətdiyi bu əməldən peşmandır. Belə bir hadisənin baş verməsini arzulamamışdır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, əvvəllər tanımadığı və hadisədən sonra adını bildiyi Təqsirləndirilən şəxs onun qonşusudur. 02 dekabr 2020-ci il tarixdə, saat 22:00-da Binə qəsəbəsində yerləşən “Ucuzluq” marketdən çıxaraq yaşadığı evə gedərkən yolun kənarında Təqsirləndirilən şəxs tanımadığı bir qadınla dayandığını görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan və yağış yağdığından yer palçıq olduğu üçün yolu keçməyə yer olmamışdır. Bu vaxt Seymura yolu keçmək istədiyini bildirmişdir. Seymur ona “keçə bilirsən keç dəə” deyərək cibindən çıxartdığı alışqanın işığını üzünə tutmuşdur. Seymur içkili olduğu üçün ona heç bir söz deməyərək yolu keçib həmin yerdən uzaqlaşmış və yaşadığı evin qapısının ağzına gəlmişdir. Evə daxil olmamışdan əvvəl siqaret çəkmək istəmişdir. Bunun üçün cibindən bir ədəd siqaret çıxardaraq yandırıb çəkməyə başlamışdır. Həmin vaxt Seymur ona yaxınlaşaraq “burda niyə dayanmısan” deyə sual vermişdir. Seymura cavab olaraq dayandığı yerin özünə məxsus evin qarşısı olduğunu bildirmişdir. Mübahisə olmaması üçün Seymura içkili olduğunu və bunun üçün də getməsini, ayıldıqdan sonra söhbət etmələrini demişdir. Elə həmin vaxt Seymur əlləri ilə bir dəfə onu geriyə itələmişdir. Arxada hasar olduğundan və yer palçıq olduğundan Seymurun onu itələməsi nəticəsində ayağı sürüşərək bir qədər geriyə getmiş və və başının arxa hissəsi hasara dəymişdir. Buna görə də başının arxa hissəsindən xəsarət almışdır. Daha sonra isə özünü yığışdırıb bir qədər irəli gələrkən Seymur bir dəfə sağ yumruğu ilə ağız nahiyəsindən və daha sonra başı ilə bir dəfə burun nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra aldığı zərbələrdən hüşunu itirərək yerə yıxılmışdır. Bir neçə saniyə sonra sonra isə ayılaraq yerdən qalxmışdır. Həmin vaxt Seymurun kirvəsi Akşin adlı şəxsin Seymuru tutaraq evinə apardığını görmüşdür. O isə qardaşı Şahid2 yaşadığı qonşuluqda yerləşən evinə keçmişdir. Roman onu görüb nə baş verdiyini soruşanda o, Romana Seymur adlı şəxsin onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Roman “102 xidməti - zəng mərkəzinə” zəng edərək baş vermiş hadisə barəsində məlumat vermiş, daha sonra isə vəziyyəti ağır olduğu üçün Roman özünə məxsus avtomobillə onu 3 saylı X2, oradan isə Sabunçu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Dava-dalaş zamanı Seymura hər hansı bir xəsarət yetirməmiş, sadəcə olaraq, özünü qorumaq üçün sağ əli ilə bir dəfə Seymurun sağ qolundan tutmuşdur. Dava-dalaş zamanı Seymur ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş, o isə Seymura qarşı nalayiq ifadələr işlətməmişdir. Həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və o, onunla barışaraq onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Seymura yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Qaçay qızı göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində olan istixanalarda günəmuzd fəhlə işləyir. Təqsirləndirilən şəxs onun həyat yoldaşı, Zərərçəkmiş şəxs isə qonşusudur. 02 dekabr 2020-ci il tarixdə, saat 22:00-da evdə olan zaman Seymur evə gəlmişdir. Həmin vaxt Seymurun əlindən qan gəlirmiş. Seymurdan nə üçün əlindən qan gəldiyini soruşduqda Seymur ona küçədə hadisədən sonra adını bildiyi Zərərçəkmiş şəxsla aralarında davadalaş baş verdiyini demiş, o da bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 02 noyabr 2020-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə olan zaman qardaşı Zərərçəkmiş şəxs evə üstü-başı qanlı halda gəlmişdir. Almandan onu kimin vurub xəsarət yetirdiyini soruşduqda, o, qonşu Seymur tərəfindən döyüldüyünü və həmin vaxt yanınlarında X1 da olduğunu bildirmişdir. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Aqşinin yaşadığı evə gedib onu çağırmış və elə həmin vaxt Aqşingildə olan tanımadığı şəxslər səs-küy yaradaraq polisə zəng etmişlər. Bu zaman həmin şəxslərin onu şərləməklərindən qorxduğu üçün, o da “102 xidməti zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, o, vermiş olduğu ifadəsini bir daha təsdiq edərək baş vermiş hadisənin yerini əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş 22 aprel 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Məhərrəmov Alman Mirvarid oğlu arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmətibb ekspertizasının 18 dekabr 2020-ci il tarixli 1342s aylı rəyindən görünür ki, Məhərrəmov Alman Mirvarid oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başbeynin sirkələnməsi halında olan qapalı kəllə beyin travması, alt dodağın selikli qişasının qansızması, burun sümüyünun yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 02 dekabr 2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığıa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 fevral 2021-ci il tarixli, 319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) eşitmə və nitq qüsuru olan şəxsdə aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək hüququndan məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan əqli gerilik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 05 may 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi də cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qirx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37 NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35 AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-222/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-222/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver