Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-222/2023 15.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, Naxçıvanski küçəsi, nömrəsiz evdə qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsi Yataqxana 1 nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3-cü və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 19:20 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi, Badam bağları ərazisində yerləşən nömrəsiz bağ evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla oradan 01 ədəd 1160 manat dəyərində kombi aparatını, 1 ədəd 35 manat dəyərində qaz requlyatorunu, 01 ədəd 35 manat dəyərində işıq stablizatorunu, 03 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 150 manat təşkil edən direlləri, 02 ədəd hər birinin dəyəri 70 manat olan ümumilikdə 140 manat təşkil edən laqondaları, 01 ədəd 250 manat dəyərində döşəmə taxtası sıxan aləti, 30 metr uzunluqda 36 manat dəyərində elektrik naqilini və 20 metr uzunluqda 70 manat dəyərində 6-lıq elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 1876 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, M.Namazov küçəsində yerləşən nömrəsiz bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdən və həyətdə olan həyətdən və yarımtikilinin altında olan açıq yerdən ümumi dəyəri 1000 manat təşkil edən təxminən 1 tona yaxın dəmir boruları, pəncərə üçün nəzərdə tutulan dəmir barmaqlıqları, dəmir çarpayı torlarını və 1 metri 3,5 manat olan ümumi dəyəri 350 manat təşkil edən 100 metr uzunluqda elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 1350 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,322 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən «Gəncə Təndirinin» yaxınlığında Xəzər RPİ-nin 2ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngil kağıza bükülmüş içərisində təmiz çəkisi 0,322 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vaistə-heroin aşkar edilərək götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2022-ci ilin sentyabr aynın sonlarında Buzovna qəsəbəsi Albalılıq massivində piyada gəzərkən yarım tikili evlərdən birinin sahibsiz olduğunu görüb həyətə keçmiş, həyətdə və tikilinin içində bir miqdar müxtəlif dəmir, boru və sair görmüş, dəmirlər çox olduğu üçün Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən hərbi zavodun yaxınlığına gedib orada dayanan Vaz-21011 markalı taksi sürücüsü ilə danışmış, özülərinə məxsus yaşayış olmayan evdən dəmir, metal və sair əşyaları aparmaq lazım olduğunu demiş, taksi ilə həmin evin qarşısına getmiş, taksi sürücüsünün nömərsini götürüb ona zəng vurub çağıracağını demişdir. Həyətdən və həyətdə yerləşən yarım tikilidən müxtəlif ölçülü boruları, qapı, pəncərə çərçivələrini, dəmir barmaqlıqları, elektrik naqillərini daşıyıb həyətdən bayıra yığmış, taksi sürücüsünə zəng vurub çağırmış, təxminən 10-15 dəqiqə sonra taksi gəlmiş, həmin dəmirləri taksiyə yükləyib Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsinə çəkilərinə görə satmışdır. Lakin nə qədər pul aldığını tam xatırlamır, təxminən 25 manat və ya 50 manat almışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurlayaraq satdığı əşyaları Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqsinə tanımadığı şəxsə satmış, həmin şəxsi tanımır, haqqında heç bir məlumatı yoxdur. Oğurladığı əşyaları oğurluq yolla əldə etməsi barədə alan şəxsə və taks sürücüsünə heç nə deməmiş, həmin əşyaların özünə məxsus olduğunu, öz evlərinin əşyaları olduğunu demiş, oğurluq edərkən yanında heç kim olamış, tək olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus bağ evinin həyətindən və yarım tikilidən oğurladığı əşyaların qiymətini bilmir, oradan oğurladığı əşyalar bir neçə metal borular, elektrik naqilləri, qapı pəncərə çərçivələri olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 evindən oğurluq etməmiş, bundan başqa onun üzərində narkotik maddə olmamış, ibtidai istintaqda təziq altında, döyülərək etirafedici ifadə vermək məcburiyyətində qalmışdır. Oğurluq hissədə törətdiyi cinayət əməlini qismən etiraf edir və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda anası ilə birlikdə yaşayır. Müxtəlif yerlərdə fəhləlik edir. Uzun müddətdir ki, narkotik maddələrdən istifadə edir. Narkotik vasitə qəbul etməsini heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. Üzərindən narkotik vasitənin aşkar oluması ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivinə yerləşən «Gəncə Təndirinin» yaxınlığında yol ilə piyada gedərkən 2 nəfər ona yaxınlaşıb polis işçsi olduqlarını və onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə getməsini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitəni ata bilməmişdir. Polis şöbəsində ona narkotik vasitələrin qəbulunda şübhəli oluğu üçün aparıldığını demişlər. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birnin hüquqlarımı müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmişdir. Polis şöbəsində video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis işçiləri tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edildikdə o, könüllü olaraq əynində olan boz rəngli idman şalvarının sağ yan cibidən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin «kokos» kimi tanıdığı narkotik maddə heroin olduğunu demişdir. Həmin maddə polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş heroini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində üzdən şifahi tanıdığı, adnı bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata almış, həmin narkotik vasitəni satmaq, eləcədə kiməsə pay vermək niyəti olmamış özü istifadə etmək üçün üzərində saxlamış, üzərindən narkotik vasitə aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması heç nə deyə bilmədiyini, mobil telefonu olmadığını, narkotik vasitəni alarkən heç kimlə əlaqə saxlamadığını, sadəcə yolda dayanan zaman onu satan adamlar narkotik vasitə istifadə edənləri tanıdığı üçün yaxınlaşıb narkotik vasitə istəyib-istəməyim barədə soruşduqda almaq istədiyini bildirmişdir. Bundan başqa o, 2022-ci ilin sentyabr aynın sonlarında Buzovna qəsəbəsi Albalılıq massivində piyada gəzərkən yarım tikili evlərdən birinin sahibsiz olduğunu görüb həyətə keçmiş, həyətdə və tikilinin içində bir miqdar müxtəlif dəmir, boru və sair görmüş, dəmirlər çox olduğu üçün Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən hərbi zavodun yaxınlığına gedib orada dayanan Vaz-21011 markalı taksi sürücüsü ilə danışıb özülərinə məxsus yaşayış olmayan evdən dəmir, metal və sair əşyaları aparmaq lazım olduğunu demiş, taksi ilə həmin evin qarşısına getmiş, taksi sürücüsünün nömərsini götürüb ona zəng vurub çağıracağını demişdir. Həyətdən və həyətdə yerləşən yarım tikilidən müxtəlif ölçülü boruları, qapı, pəncərə çərçivələrini, dəmir barmaqlıqları, elektrik naqillərini daşıyıb həyətdən bayıra yığmış, taksi sürücüsünə zəng vurub çağırmış, təxminən 10-15 dəqiqə sonra taksi gəlmiş, həmin dəmirləri taksiyə yükləyib Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsinə çəkilərinə görə satmışdır. Lakin nə qədər pul aldığını tam xatırlamır, təxminən 25 manat və ya 50 manat almışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Oğurlayaraq satdığı əşyaları Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqsinə tanımadığı şəxsə satmış, həmin şəxsi tanımır, haqqında heç bir məlumatı yoxdur. Oğurladığı əşyaları oğurluq yolla əldə etməsi barədə alan şəxsə və taks sürücüsünə heç nə deməmiş, həmin əşyaların özünə məxsus olduğunu, öz evlərinin əşyaları olduğunu demiş, oğurluq edərkən yanında heç kim olamış, tək olmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs2 məxsus bağ evinin həyətindən və yarım tikilidən oğurladığı əşyaların qiymətini bilmir, oradan oğurladığı əşyalar bir neçə metal borular, elektrik naqilləri, qapı pəncərə çərçivələri olmuşdur. Sonuncu etdiyi oğurluqdan əvvəl xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi Badam bağları ərazisində tək, piyada gəzinərkən evlərdən birində yaşayış olmadığını, tikinti, təmiri davam etdiyini görmüş, həmin vaxt oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə hasardan aşaraq həyətə düşmüş, evin otaqlardanından birinin plastik materialdan olan pəncərəsini əli ilə sıxıb açaraq evə daxil olmuş, otaqları gəzmiş, zal otağından hələ ki, quraşdırılmamış 01 ədəd kombi aparatını və bir qədər elektrik naqillərini oğurlayaraq çıxmışdır. Həmin kombi və elektrik naqillərini isə dəmir, metal yığmaq üçün məhlələrin arası ilə gəzən tanımadığı şəxsə çəkisinə görə satıb əldə etdiyi pulu öz ehtiyaclaırna xərcləmişdir. Zərərçəkmiş şəxs1 evindən 01 ədəd kombi aparatını və bir qədər elektirk naqillərini oğurladığını səmimi olaraq bildirdiyini, lakin oradan 01 ədəd qaz requlyatorunu, 01 ədəd işıq stablizatorunu, 03 ədəd direli, 01 ədəd perefaratoru, 02 ədəd laqondanı və 01 ədəd döşəmə taxtası sıxan alət oğulamadığını, kombi aparatının markasına baxmadığı üçün hansı marka olduğunu bilmədiyini, kombi və elektrik naqillərini də satarkən alan şəsxə həmin əşyaların öz evlərinə aid olduğunu bildirməklə özü satmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, qızı və nəvələri ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivi Badam bağları ərazisində bir mərtəbədən, 4 otaqdan ibarət yaşayış evi tikdirir. Evin tikintisi tam başa çatmadığı üçün hələ ki, orada yaşayış yoxdur. Demək olar ki, evdə hər gün ustalar işləyir. Həmin evdə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evə baş çəkmək üçün getdikdə naməlum şəxs və ya şəxslərin evin yataq otağının plastik materialdan olan pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olduqlarını və quraşdırmaq üçün zal otağına qoyduğu 01 ədəd markasını xatırlamadığı 1160 manat dəyərində kombi aparatını, 1 ədəd 35 manat dəyərində qaz requlyatorunu, 01 ədəd 35 manat dəyərində işıq stablizatorunu, 03 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 150 manat təşkil edən direlləri, 02 ədəd hər birinin dəyəri 70 manat olan ümumilikdə 140 manat təşkil edən laqondaları, 01 ədəd 250 manat dəyərində döşəmə taxtası sıxan aləti, 30 metr uzunluqda 36 manat dəyərində elektrik naqilini və 20 metr uzunluqda 70 manat dəyərində 6-lıq elektrik naqilini oğurladıqlarını aşkar etmişdir. Həmin evin ətrafında heç kimlə ədavəti, mübahisəsi olmamış, evin ətrafında, içində və həyətdə heç bir müşahidə kamerası olmamış, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1876 manat dəyərində maddi ziyan dəymiş, dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, M.Namazov küçəsində içərsinidə yarımtikili olan bağ evi var. Maddi imkanı olmadığından həmin bağ sahəsinə ev tikidirə bilməmişdir. Ona görə də tez-tez gedib baş çəkir və nəzarət edir. Təxminən 18-20 il əvvəl, yəni 2004-cü ildə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən «Binə bazarı» deyilən yerdə pal-paltar və xırdavat satmaqla məşğul olmuşdur. Həmin ərəfədə bazar sökülərək ləğv olduğu üçün bazardan müxtəlif dəmir, metal və sair yığıb qeyd olunan bağ evinin həyətinə və orada yerləşən yarım tikiliyə yığmış, gələcəkdə ev tikdirəcəyi təqdirdə istifadə etmək məqsədi ilə olmuşdur. Bu səbəbdən də həmin yerə tez-tez baş çəkmişdir. Bağ evində sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmuş, xx.xx.2022-ci il tarixdə qeyd olunan bağ evinə baş çəkmək üçün getdikdə həyət darvazasının yarım açıq vəziyyətdə və darvazanın qarşısında isə müəyyən qədər dəmirlər olduğunu görmüşdür. İçəri girdikdə isə naməlum şəxs və ya şəxslərin bağ evinin həyətdən və yarımtikilinin altında olan açıq yerdən ona məxsus ümumi dəyəri 1000 manat təşkil edən təxminən 1 tona yaxın dəmir boruların, pəncərə üçün nəzərdə tutulan dəmir barmaqlıqların, dəmir çarpayı torlarının və 1 metri 3,5 manat olan ümumi dəyəri 350 manat təşkil edən 100 metr uzunluqda elektrik naqillərinin oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona ümumilikdə 1350 manat dəyərində maddi ziyan vurulduğunu bildirmişdir. Həmin metalları 2004-cü ildə Xəzər rayonu ərazisində yerləşən «Binə bazarı» deyilən yarmarka sökülərkən oradan toplayıb gətirdiyi üçün onların qiymətlərini bilmədyini, lakin həmin dəmirlərin çəkisinin təxminən 1 ton təşkl etdiyni, bağ evinin həyətindən oğurluq etmiş Təqsirləndirilən şəxs tanımadığını, onunla heç bir mübahisə və ədavəti olmadığını, əvvəllər də görmədiyini, həmin ünvanın həyətində, yerləşdiyi küçədə heç bir müşahidə kamerası quraşdırmadığını, ətrafda yerləşən evlərin də müşahidə kamerası yoxdur. Oğurluq nəticəsinə ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin Cinayət- Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Qəzəfər ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. Əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 21 radələrində onu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən «Gəncə Təndirinin» yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 2ci PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 2-ci PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olubolmaması soruşduqda o, əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngil kağıza bükülmüş içərisində narkotik vasitə-heroin olan bükümü masanın üzərinə qoymuşdur. Büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə özü istifadə etmək üçün Sabunçu rayonu Maştağa qəsəbəsindən, üzdən tanıdığı, lakin adnı bilmədiyi şəxsdən 15 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş narotik vasitəyə bənzər bükülü götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin Cinayət-Axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 Qəzəfər oğlunun ifadəsində oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Xeyli müddətdir ki, metal qəbulu işi ilə məşğul olur. Əvvəllər başqa yerlərdə işləsə də təxminən bir ay olar ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsbəsi Buzovna-Maştağa yolunun sağ kənarında yerləşən metal qəbulu məntəqəsində metalların qəbulu ilə məşğul olur. Mahiyəti üzrə bildirirmişdir ki, 2002-ci ilin sentyabr ayının sonlarında işdə olarkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs «Vaz-21011» markalı avtomobillə iş yerinə gələrək bir neçə dəmir boruları və dəmir qapı-pəncərə çərçivələrini gətirərək satmaq istədiyini demiş, həmin metalları tərəzi ilə çəkdikdən sonra təxminən 50 kq çəkidə olduğu üçün ona 25 manat vermişdir. Ceyhun həmin metallarıın yaşadıqları evin həyətində olan artıq metallar olduğunu, özünə məxsus olduğunu demişdir. Bundan təxminən 5-6 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin işçiləri gəlib Təqsirləndirilən şəxs sənəd şəklini ona göstərərək ondan metal alıbalmadığını soruşduqda o, polislərə həmin şəxsi tanıyıb adının bilmədiyini, «Vaz-21011» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı taksi ilə gəldiyini, müxtəlif metallar gətirdiyini və özünə məxsus olduğunu dediyini bidirmiş, polislər Təqsirləndirilən şəxs ona satıdığ metalların oğurluq olduğunu bildirib həmin metalları onlara verməsini tələb etmişlər, lakin o, həmin metalları 2-3 gün sonra polad əritmə zavodlarına və ya metal qəbulu məntəqələrinə təhvil verdiyini demiş, bu səbəbdən onları polislərə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona satdığı dəmir borular və digər metalların oğurluq yolla əldə olunmasından xəbərim olmamış, çünki Təqsirləndirilən şəxs onları öz həyətlərindən götürdüyünü və özünə məxsus olduğunu demiş, onları satarkən tək olmuş, onu əvvəllər tanımamış, sadəcə polis şöbəsində onun Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs əvvəllər ona hər hansı metal və ya əşya satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus «Vaz-21011» markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən hərbi zavodun yaxınlığında dayanacaqda dayanır. Mahiyəti üzrə bildirirmişdi ki, bir neçə gün əvvəl sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs avtombilə müştəri kimi əyləşərək onu Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən «Laçın Qaya» adlı restoranın yanına aparmasını xahiş etmiş, həmin ünvana çatdıqda Ceyhun düşüb, mobil nömrəsini götürərək bir neçə dəqiqədən sonra zəng vurub çağıracağını və müəyyən qədər metal aparmalı olacağnı demmişdir. Onu düşürüb geri qayıtmış, təxminən 15-20 dəqiqədən sonra Ceyhun ona zəng vuraraq düşürdüyü ünvana çağırmış, həmin yerə getdikdə Ceyhun maşına bir neçə metal boru, dəmir qapı-pəncərə çərçivələri yükləmişdir. Metalları Maştağa-Buzovna yolunun sağ kənarında yerləşən metal qəbulu məntəqəsinə aparmış, Ceyhun metalları həmin yerə təhvil verib qayıtmışdır. Onu Buzovna qəsəbəsində yerləşən «111» adlı kafenin qarısına aparıb gediş haqqı olaraq da 10 manat pul almışdır. Həmin metalların oğlurluq yolla əldə olunmasından xəbəri olmamış, Təqsirləndirilən şəxs onları öz həyətlərindən götürdüyünü və özünə məxsus olduğunu dediyi üçün onların oğurluq olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs metalları maşına yığarkən və satarkən tək olmuşdur. Onu əvvəllər tanımamış, sadəcə polis şöbəsində onun Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, əvvəllər də görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5984 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 0,322 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 0,222 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmış, həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.3, 62, 69.3-cü və 70-ci maddəsi ilə təqsirli bilinmiş və qəti olaraq 10 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası şərti tətbiq olunmaqla barəsində 06 ay sınaq müddəti müəyyə olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məcləsin amnistiya qərarına əsasən azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 7270 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda (Azərbaycan Respublikası CM-nin 234.1-ci və 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsi hissədə) özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla zərərçəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək (oğurluq hissədə qismən), əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,222 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və məhkəmə baxışı zamanı hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.2, 177.2.3-cü-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,222 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-222/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-222/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver