Məhkəmə qərarları › İş №1(003)-223/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-223/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-223/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4də yaşayan, barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evinə açıq olan pəncərədən qanunsuz daxil olaraq, yataq otağındakı dolapın üzərində olan pul kisəsinin içərisindən 250 manat pul vəsaitini gizli talayıb, nəticədə zərər çəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə vaxtlarında Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində fəaliyyət göstərən taxta sexinə qanunsuz daxil olaraq, oradan 1 ədəd 500 manat dəyərində kompressoru, 1 ədəd 80 manat dəyərində lobziki, 1 ədəd 130 manat dəyərində taxtanın üzərindən fiqur açmaq üçün dəzgahı, 1 ədəd 120 manat dəyərində laqondanı 1 ədəd 380 manat dəyərində taxtanı kəsmək üçün dəzgahı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1210 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 15 manat müqabilində bir ədəd gümüşü rəngli kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,257 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Çiləgər qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Xəzər RPİ-nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Çiləgər qəsəbəsində saxlanılıb, Xəzər RPİ-nin 2-ci polis şöbəsinə gətirilmiş və üzərinə xx.xx.2023-cü il tarixdə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq mavi rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş həmin 0,257 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, əvvələr narkotik vasitələrdən istifadə etmişdir, saxlanılarkən isə narkotik vasitələrdən istifadə etməmişdir. Ona verilən ittihamda göstərilən cinayətlərdən heç birini törətməmişdir. Belə ki, onu xx.xx.2023-cü il tarixdə onu yaşadığı evdən tutub polis şöbəsinə gətirdikdən sonra psixoloji təzyiq göstərilmiş, ya üzərinə külli miqdarda narkotik vasitə qoyulacağı, ya da az miqdarda narkotik vasitəni öz üzərinə götürməsi və iki oğurluq cinayətini etiraf etməsi tələb edilmişdir. Bundan sonra məcbur qalaraq ittihamda qeyd olunanları üzərinə götürmüşdür. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zaman verdiyi ifadə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs bildirmişdir ki, faktiki olaraq heç bir yerdə işləmir, narkotik vasitə olan heroin istifadəçisidir, narkotik vasitəyə olan tələbatını ödəmək üçün bir neçə dəfə oğurluq hadisəsi törətmişdir. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 02 radələrində oğurluq etmək üçün münasib ev axtarmış, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində işıqların yanmadığını görüb, orada yaşayış olmadığını düşünmüş, ətrafa baxmış, heç kəsin olmadığına əmin olandan sonra fərdi yaşayış evinin pəncərəsinin açıq olduğunu görüb əvvəlcə hasardan həyətə daxil olmuş, sonra isə sakitliklə pəncərədən evə girmişdir. Evə daxil olandan sonra yataq otağında gözünə cüzdan dəymiş, cüzdanın içərisini açıb pulu görüb götürmüş, dərhal evdən çıxmış və evdə hər hansı şəxsi görməmişdir. Yolda olan zaman pulu saymış və 250 manat pul olduğunu aşkar etmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu maddi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, axşam vaxtlarında Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən sex diqqətini çəkmiş, həmin sexin yanından əvvəllər də bir neçə dəfə keçmiş, orada müşahidə kamerası olduğunu bilmişdir. Bu səbəbdən bacardığı qədər ehtiyatla hərəkət etmişdir ki, müşahidə kameralarına düşməsin. Sexə piyada yaxınlaşan kimi əli ilə müşahidə kamerasının yerini dəyişmişdir ki, onu çəkməsin. Bundan sonra giriş qapısının üzərində olan sellofanı əli ilə cırıb sexin içərisinə baxmış, sexin giriş qapısının taxta söykədilib bağlandığını görüb əli ilə taxtanı kənara atmışdır. Qapını açıb sexə daxil olmuş və oradan ilk olaraq 1 ədəd kompressoru götürüb təxminən 200-300 metr kənara aparıb sexə geri qayıtmışdır. Bundan sonra özü ilə gətirdiyi torbaya 1 ədəd lobziki, 1 ədəd laqondanı, 1 ədəd taxtanı kəsmək üçün dəzgahı qoyub yenidən kompressoru apardığı yerə qoymuş və geri qayıtmışdır. 1 ədəd taxtanın üzərində fiqur açmaq üçün dəzgahı da götürüb həmin yerə getmişdir. Qapını geri qayıdaraq həmin taxta ilə yenidən bağlamışdır ki, oğurluq olmasını bilməsinlər. Oğurladığı əşyaları yığdığı yerə qayıtmışdır. Təxminən 10 dəqiqə sonra yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi saxlamış, əşyaların ona məxsus olduğunu bildirib taksi ilə Suraxanı rayonu ərazisində olan bazarın yanma aparıb əşyaları orada gizlətmişdir. Bundan sonra başqa taksi ilə evə gəlmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 11 radələrində oğurladığı əşyaları həmin bazarda tanımadığı şəxsə 200 manata satmış və həmin əşyaların özünə məxsus olduğunu deyərək pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Çiləgər yaşayış massivində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Şöbənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçisi Bəhruz Səfərovun iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O da əynində olan açıq mavi rəngli cins şalvarının arxa sol cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb içərisində narkotik vasitə olan heroin olduğunu, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazizindən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Sonra üzərindən çıxan həmin bir ədəd narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib olunduqdan sonra isə o və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş narkotik maddədən əlavə heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik maddədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, həmin maddəni öz istifadəsi üçün saxlamışdır. Bununla yanaşı heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamadığını, polis idarəsində və polis şöbəsində olan zaman ona psixi və fiziki zor tətbiq olunmadığını, onunla yaxşı rəftar olunduğunu və oğurluq etməyi barədə hər hansı şəxsə məlumat vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə narkotik vasitə istifadə etməsindən səmimi peşman olduğunu bildirib həmin əməli səmimi olaraq etiraf edərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində taxta sexi işlədir, eyni zamanda özü tək işləməklə dülgərdir. O, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində taxta sexini bağlamış, bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində işlədiyi sexə gedəndə müşahidə kamerasının istiqamətinin dəyişdirildiyini görüb, həmin sexdə oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Naməlum şəxs və ya şəxslər ona məxsus sexə qapının üzərində olan girişdən qapını saxlamaq üçün qoyduğu taxtanı götürüb qapıdan daxil olmuş, sonra isə yenidən həmin taxtanı qapını saxlamaq üçün yerinə qoyub getmişdir. Naməlum şəxs xx.xx.2023-cü il tarixdə, saat 14 radələrindən xx.xx.2023-cü il tarixdə, saat 08 radələrinə qədər olan müddət ərzində qeyd etdiyi şəkildə sexə daxil olaraq 1 ədəd 500 manat dəyərində kompressoru, 1 ədəd 80 manat dəyərində lobziki, 1 ədəd 130 manat dəyərində taxtanın üzərində fiqur açmaq üçün dəzgahı, 1 ədəd 120 manat dəyərində laqondanı 1 ədəd 380 manat dəyərində taxtanı kəsmək üçün dəzgahı oğurlayaraq ona ümumilikdə 1210 manat ziyan vurmuşlar. Zərərçəkmiş şəxs1 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ona məxsus sexdən oğurluq etdiyinə inanmır, belə ki, onun sexindən əvvəllər həmin sexdə olmuş və oğurlanmış predmetləri hara qoyduğunu dəqiq bilən şəxslər, çox güman ki, onun sexinə əvvəllər gələn dəmirçilər oğurluq etmişlər. Təqsirləndirilən şəxs isə onun sexində heç bir zaman olmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Aviasiya Təhlükəsizliyi baş idarəsində inspektor vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, gecə növbəsində olduğu üçün işə getmiş, evə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində gəlmişdir. Evə gələndən sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus fərdi yaşayış evinə pəncərədən daxil olaraq uşaq otağında olan dolabın üzərindəki pul kisəsindən 250 manat pul vəsaitini oğurlamışlar. Naməlum şəxs və ya şəxslər xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixə keçən gccə ona məxsus Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində olan fərdi yaşayış evinə açıq vəziyyətdə olan pəncərədən daxil olaraq 250 manat pul vəsaitini oğurlamışdır. Həmin vaxt ailə üzvləri yatmış olduqları üçün, heç kəs oğurluq edən şəxsi görməmişdir. Hadisə ilə bağlı şübhələndiyi şəxsin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadədən və araşdırılmış digər sübutlardan Təqsirləndirilən şəxs ona məxsus evdən oğurluq etmədiyi qənaətinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2023cü il tarixdə “Namiq” adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Çiləgər” yeni yaşayış sahəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Həmin məlumat yoxlanılarkən müəyyən edilmişdir ki, məlumatda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilən “Namiq” adlı şəxs 23 avqust 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Çiləgər yaşayış massivində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə onunla birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və onlar 20 sentyabr 2023-cü il tarixdə, saat 15:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivinə getmişlər. Həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Şöbəsinə getmişdir. Onlar hadisə barədə raport yazıb məruzə etmiş və faktla bağlı araşdırmanın aparılması Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Fariz Məmmədova həvalə edilmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs 2-ci Polis Şöbəsində xidməti otaqların birində X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq mavi rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim etmiş və həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, gündüz vaxtı Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadə məqsədi ilə aldığını, bundan əlavə Xəzər rayonu ərazisində müxtəlif yerlərdən oğurluq etməsini də bildirmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı təqdim etdiyi 01 ədəd bükümdən əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükülü X9 tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Nadiq oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4973 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N193...” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; N. Həsənov -imza, iştirakçılar: dörd imza, Təhqiqatçı: F.Məmmədov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,257 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 6917 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis mayoru Fariz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən iş üzrə Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi, 8 saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid2 iştirakları ilə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq mavi rəngli cins şalvarın arxa sol cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, gündüz vaxtı Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini, bundan əlavə Xəzər rayonu ərazisində müxtəlif yerlərdən oğurluq etməsini də bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın arxa sol cibindən çıxardıb təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan 01 ədəd gümüşü rəngli kağız bükülü təhqiqatçı, polis mayoru Fariz Məmmədov tərəfindən 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Video çəkiliş, polis kapitanı Şahid1 tərəfindən aparılmış və 02 dəqiqə 48 saniyə davam etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin icraata qəbul edilməsi və başqa cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Məmməd Cəfərov tərəfindən ********* saylı cinayət işinin icraatına qəbul edilməsi və ********* nömrəli cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni ittiham elan edilməsinə qərar verilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-459/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 234.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs son sözündə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, X5 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X8 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan onun zərər çəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 məxsus sexdən 1210 manat dəyərində əşyalar və Zərərçəkmiş şəxs2a məxsus evdən 250 manat pulun oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadəsindən Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayəti üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində həmin oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxslər istər ibtidai istintaq zamanı verdiyi ifadələrdə, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsinin onlara məlum olmadığını bildirmişlər. Belə olan şəraitdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə AR CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittihamın əsasını təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadə təşkil edir ki, bu hissədə də təqsirləndirilən şəxs ona polis şöbəsində edilən psixoloji təzyiqlər nəticəsində həmin cinayəti etiraf etdiyini bildirmişdir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin hissədə öz təqsirini etiraf etmiş olsaydı belə onun ifadəsi digr sübutlarla təqdiqləndiyi halda ittihamın əsasını təşkil edə bilərdi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə AR CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,207 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələr ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığının məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 07 ( yeddi) ay 26 (iyirmi altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 4 (dörd) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,207 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 42 manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar