Məhkəmə qərarları › İş №1(003)-225/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-225/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-225/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs X3, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilir ki, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsi, ev 25 ünvanında yerləşən evinin qarşısında qonşusu X5 ilə aralarında baş vermiş münaqişə zamanı təpiklə sonuncunun sağ qol nahiyyəsində vuraraq sağ mil sümüyünün yerdəyişməyən sınığı sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rəhmanov Qamət onunla eyni küçədə yaşayır. xx.xx.2021-ci il tarix saat təxminən 18 radələri olardı yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən evin qarşısında duran zaman X5 ona yaxınlaşmış və ona söz atmağa başlamışdır bu vaxt o, əsəbləşərək təpiklə onun sağ qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. X2 yaşadığı evə getmişdir. O, qonşusu X4 yaşadığı evin qarşında vuraraq xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən evin qarşısında ikisindən başqa heç kimin olmadığını bildirmişdir. O, X4 ona söz atdığı üçün təpiklə sol qol nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayətvermiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətvermiş şəxs X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni küçədə yaşadığını bildirmişdir. xx.xx.2021ci il tarix saat təxminən 18 radələri olardı yaşadığı Türkan qəsəbəsi, Q.İsmayılov küçəsində yerləşən evin qarşısında duran zaman Rəhmanov Qamət ona yaxınlaşmış və ona söz atmağa başlamışdır, bu vaxt o, əsəbləşərək təpiklə onun sağ qol nahiyəsindən vuraraq xəsarət yetirmişdir. X2 yaşadığı evə getmişdir. O, qonşusu X4 yaşadığı evin qarşısında vuraraq xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt yaşadığı Türkan qəsəbəsi Q.İsmayılov küçəsində yerləşən evin qarşısında ikisindən başqa heç kimin olmadığını bildirmişdir. O, X4 ona söz atdığı üçün təpiklə sol qol nahiyəsindən vuraraq xəsarət yetiridiyini bildirmişdir. Şikayət vermiş şəxs X5 ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2021-ci il tarixli, 194 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı X3 bədənində aşkar olunmuş xəsarətlər - sağ mil sümüyünün yerdəyişməyən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə tibbi müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarada göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs X5 ilə barışdığı, şikayət vermiş şəxsə dəymiş ziyanı ödədiyini, şikayətvermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Əlisoltan tərəfindən ona dəymiş ziyanın ödənildiyi, Əlisoltana qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayətvermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar