Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-225/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Füzuli rayonu, Aşağı Veysəlli kəndində ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hal-hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus qiyməti 250 manat olan bir ədəd «BAU» markalı velosipedi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «Bazar Store» adlı marketin qarşısından gizli yolla talayıb zərəçəkmiş şəxsə 250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus qiyməti 200 manat olan bir ədəd «İSMA» markalı velosipedi ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi hesab olunan binanın blokundan gizli yolla talayıb zərərçəkmiş şəxsə 200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə Şahid1 məxsus qiyməti 170 manat olan bir ədəd velosipedi Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «X4» qarşısından gizli yolla talayıb zərərçəkmiş şəxsə 170 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tamah niyyəti ilə Şahid2 məxsus Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Bakavtommat yolu nömrəsiz ünvanda yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə qanunsuz olaraq daxil olub oradan qiyməti 530 manat olan bir ədəd velosipedi gizli yolla talayıb zərərçəkmiş şəxsə 530 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, son vaxtlar maddi vəziyyəti yaxşı olmadığı üçün və pul əldə etmək məqsədi ilə məcbur olub oğurluq etməyi qərara almışdır. Bu məqsədlə Binə qəsəbəsində bir neçə yerdən sahibsiz gördüyü velosipedləri oğurlayıb müxtəlif şəxslərə aşağı qiymətə satmışdır. 2023-cü ilin iyun ayının ortalarında təxminən saat 13 radələrində Bakı şəhəri Binə qəsəbəsi Mərkəz deyilən ərazidə yerləşən “Bazar Store” adlı marketdən çıxarkən 1 nəfər şəxsin velosipedi marketin giriş hissəsində şüşəli yerdə saxlayıb marketə daxil olduğunu görmüşdür. Həmin velosipedi oradan oğurlayıb yolun qarşı tərəfinə keçmiş, yol ilə gələn taksiyə əli ilə işarə edərək saxladıb Nizami rayonunda yerləşən “Neftçilər bazarı” deyilən yerdə tanımadığı şəxsə 50 manata satmışdır. Bundan sonra iyul ayının əvvəllərində gecə saat 02 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olarkən binanın blokuna daxil olmuş və blokda bir ədəd velosiped görmüşdür. Ətrafa göz gəzdirib heç kimin olmadığından və onu görmədiyindən əmin olduqdan sonra velosipedi oğurlayıb oradan uzaqlaşmışdır. Səhəri gün velosipedi yoldan Sabunçu bazarında tanımadığı şəxsə 70 manata satmışdır. Bundan başqa 2023-cü ilin iyul ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində velosiped oğurlamaq üçün gəzərkən uşaqların təhsil aldığı tədris mərkəzinin qarşısında bir ədəd velosiped görmüş, ətrafa baxıb heç kim olmadığından əmin olduqdan sonra həmin yerə yaxınlaşıb velosipedi götürüb oradan uzaqlaşmışdır. Oğurladığı həmin velosipedi də bazarda 50 manata satmışdır. Daha sonra avqust ayının sonlarında təxminən gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində velosiped oğurlamaq üçün məhlələrin arası ilə gəzinərkən evlərdən birinin həyətində bir neçə velosiped olduğunu və həyətin darvazasının açıq olduğunu görmüş, evin həyətinə daxil olub oradan bir ədəd velosipedi oğurlayıb qəsəbədən çıxmışdır. Həmin velosipedi də səhəri gün tanımadığı şəxsə 70 manata satmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etdiyini, əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və vurulmuş maddi ziyanın ödənildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, hadisədən təxminən bir il bundan əvvəl oğlu üçün "İSMA" markalı velosiped almışdır. Həmin velosipedi həmişə ünvan 2 ünvanında yerləşən yaşadıqları binanın blokunda saxlayırmış. 07 iyul 2023-cü il tarixdə axşam saat 20:00 radələrindən 08 iyul 2023-cü il tarixdə səhər saat 07:00 radələrinədək olan müddət ərzində həmin velosiped naməlum şəxs tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Sonradan ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 2 il əvvəl azyaşlı qardaşı Anar Sarıyevə 270 manata «BAU» markalı, 29 ölçülü velosiped almış, həmin velosiped ilə özü də kuryer kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində qardaşı Anar Sarıyev Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Mərkəz deyilən ərazidə yerləşən «Bazar Store» adlı marketə getmiş, bir müddət sonra Anar ona zəng vurub marketə girərkən velosipedi marketin giriş hissəsində saxlayıb içəri girdiyini, çıxdıqda velosipedin orada olmadığını, oğurlandığını müəyyən etdiyini bildirmişdir. Ona görə də o, dərhal zəng vurub bu barədə polisə məlumat vermişdir. Sonradan ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, hadisədən təxminən 7-8 ay əvvəl azyaşlı nəvəsi X3 170 manata 20 ölçülü velosiped almışdır. Nəvəsi xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən «Qarant» tədris mərkəzinə hazırlığa getmiş, bir müddət sonra nəvəsi hazırlıqdan çıxıb evə gələrək bildirmişdir ki, velosipedi həmin tədris mərkəzinin qarşısında küçədə saxlayıb içəri girdikdən sonra naməlum şəxs oğurlamışdır. Ona görə də dərhal zəng vurub bu barədə polisə məlumat vermişdir. Sonradan ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 2-3 ay əvvəl azyaşlı oğlu üçün «İrşad Elektroniks» mağazasından kredit vasitəsi ilə markasını xatırlamadığı, 28 ölçülü velosiped almış, həmin velosipedə hər ay 31 manat ödəmişdir. Velosipedin qiyməti krediti başa çatdıqdan sonra 550 manata başa gələcəkmiş, həmin velosipedi hərdən özü də sürürmüş, yaşadığı evin həyətinin darvazası olmasa da daş hasarla əhatə olunmuşdur. Ona görə də velosipedi evin qarşısında həyətdə saxlayırmış. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu, nömrəsiz ünvanda yerləşən evinin həyətinə qoyduğu həmin velosipedin oğurlandığını aşkar etmişdir. Məcbur olub zəng vuraraq bu barədə polisə məlumat vermişdir. Sonradan ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «Bazar Store» adlı marketin qarşısında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən binanın 20-ci mənzilinin qarşısında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «X4» qarşısında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi Bakavtommat yolu nömrəsiz ünvanda yerləşən yaşayış sahəsi hesab olunan evin həyətində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 02 il 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-391/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci və 68.1.1-1-ci maddələrinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 günə 01 gün hesabı ilə hesablanmaqla 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün, 1(010)-381/2023 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-381/2023 nömrəli hökmü üzrə təyin edilmiş cəzadan çəkilmiş 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə hesablanmaqla 28 günə bərabər tutulmaqla, ümumilikdə 02 (iki) ay 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 02 il 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ü.Novruzov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, diskdə olan videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində günorta saatlarında bir ədəd qara rəngli velosipedi əli ilə sürərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «Bazar Store» adlı marketin qarşısından çıxarıb aparır; - Zərərçəkmiş şəxs Şahid2 verdiyi ərizədən görünür ki, onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur; - Zərərçəkmiş şəxs Şahid1 verdiyi ərizədən görünür ki, onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur; - Zərərçəkmiş şəxs2 verdiyi ərizədən görünür ki, onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur; - Zərərçəkmiş şəxs1 verdiyi ərizədən görünür ki, onun, Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur; - AZ İ № 960144 saylı, AZ İİ № 560973 saylı, AZ İİ № 960144 saylı doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü Mələk, xx.xx.2008ci il təvəllüdlü Könül və xx.xx.2010-cu il təvəllüdlü Əkbər - Təqsirləndirilən şəxs övladlarıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-391/2023 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12), vurulmuş maddi ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun əvvəllər də 02 dəfə oğurluq cinayətinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-391/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, 1(007)- 391/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün müddət və həmin hökm üzrə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən qəti cəzaya hesablanmış 28 (iyirmi səkkiz) gün olmaqla, ümumilikdə 02 (iki) ay 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-391/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, 1(007)-391/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 02 (iki) gün müddət və həmin hökm üzrə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cəzaya hesablanmış 28 (iyirmi səkkiz) gün müddət, ümumilikdə 02 (iki) ay 06 (altı) gün müddət, bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəza müddətinə hesablansın və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-225/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-225/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver