Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-226/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Nova İvanovka kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, YYS-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən «Santafe» otelin klubunda ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ilə mübahisə edib sonuncunun üzünə sillə vurmuş, daha sonra həmin ünvanda yerləşən «Caspian» otelin qarşısında Zərərçəkmiş şəxsla rastlaşarkən cinayət əməllərini davam etdirərək soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi məişət təyinatlı kəsici-batıcı xassəli bıçaq ilə sonuncunun sol əlinə qəsdən bir dəfə zərbə endirərək, Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran açıcı vətərlərin zədələnməsi (kəsilməsi) ilə müşayiət olunan sol əlin arxa səthinin dərin kəsilmiş yarası bədən xəsarəti yetirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində o, istirahət etmək üçün, sürücüsünü tanıdığı taksi ilə Türkan qəsəbəsi ərazisində yerləşən «Santafe» adlanan kluba getmiş, onu gətirən taksi sürücüsü ayrı stolda, o, isə tək ayrı stolda əyləşmişdir və "GO" adlı spirtli içki sifariş vermişdir. Bu zaman orada olan tanıdığı xanımlardan biri ona pivə sifariş etməyini xahiş etmişdir. Həmin sifarişi ofisanta çatdıraraq 20 azn pul vermişdir. Sonra, həmin puldan hesabı olan 7 manatı çıxmasını, əlavə olaraq 3 manatı özünə götürməsini qalan 10 manatı isə ona qaytarmasını xahiş etmişdir. Lakin, həmin ofisant ona qalıq qaytarmamışdır. Hətta pulun qalıq hissəsini qaytarması üçün bir neçə dəfə onu çağırsa da, məhəl qoymamışdır. O, ofsiantın pulu qaytarmadığını gördüyü üçün, yenidən sifariş verərək 1 ədəd "GO" adlı spirtli içki gətirməsini istəmişdir. Ofisant isə ondan pulu nağd ödəməyini tələb etmişdir. Bu zaman, o, ofsiantın nəzərinə çatdırmışdır ki, ofsiantda 10 manat qalıq pulu var, sifarişi həmin puldan çıxsın. Bu zaman ofisant ona bildirmişdir ki, pulun qalığını onu gətirən taksi sürücüsü ofsiantdan alaraq bildirmişdir ki, güya onun taksi sürücüsünə borcu olmuşdur. Ofsiant ondan sürücünün yanına getməyini istəmiş, o, ofsianta bildirmişdir ki, «mən həmin sürücünü tanımıram gətir mənim pulumu ver». Onlar birlikdə taksi sürücüsü oturan masaya tərəf getmiş və orada ofisantla aralarında mübahisə düşmüşdür. O, həmin mübahisə zamanı sillə ilə həmin adını sonradan Hüseyn bildiyi ofsiantın üzünə bir zərbə vurmuşdur. Həmin anda Hüseyn özünü sillədən qorumaq üçün əlinin üz tərəfini onun silləsinin qabağına tutmaq istədikdə Hüseynin əlində dırnağı onun üzünə dəyib üzünü sıyırmışdır. Orada olan iki nəfər şəxs onları sakitləşdirib ayırmışdır. O, klubdan çölə çıxmış, bayırda, yəni «Santafe» otelin qarşısında dayanan yaşlı bir kişinin idarə etdiyi “VAZ 21074” markalı taksiyə yaxınlaşmışdır. Həmin taksi sürücüsündən xahiş etmişdir ki, onu yaşadığı Hövsan qəsəbəsinə aparsın. Həmin taksi sürücüsü onun sərxoş olduğunu görüb ondan soruşmuşdur ki, «pulun var», o, da pulunun olmadığını bildirmişdir. Həmin taksi sürücüsü onunla razılaşmamışdır. Eyni zamanda həmin sürücüdən siqaret istəmiş o, siqaretinin olmadığını bildirmiş və o, sürücünün yanından kənarlaşmışdır. Bundan sonra piyada hərəkət edərək yaxınlıqda olan «Caspian» otelin yaxınlığına getmiş, onun fikri digər taksi axtarmaq olmuşdur. Lakin taksi tapa bilməmişdir. Həmin zaman təxminən 1 saata yaxın vaxt keçmişdir. Həmin vaxt o, "Caspian" adlı klubun qarşısında bir müddət əvvəl "Cahargah" adlı klubda ofisant işləyən Hüseyn adlı ofisantı görmüşdür. O, otelin həyətində həmin şəxsə yaxınlaşmışdır, onlar normal söhbət edərək küçəyə çıxmışlar. Həmin zaman Hüseynin yanında daha iki nəfər başqa adamda olmuşdur, onlardan biri otelin həyətində qalmış, digəri isə onlarla birlikdə küçəyə çıxmışdır. Həmin şəxs ona irad bildirərək nə üçün onu «Santafe» otelin klubunda vurduğunu bildirmişdir. O, da həmin an Hüseynə heç bir söz demədən əsəbləşdiyi üçün cibində olan qırmızı rəngli rezakla Hüseyni qorxutmaq üçün ona tərəf uzatmış Hüseyn özünü müdafiə etmək üçün əlini rezakın qabağına tutmuş və rezak onun əlinin üst hissəsini kəsmişdir. O, həmin rezakı da özü ilə götürüb oradan uzaqlaşıb yenidən «Santafe» otelin yaxınlığna gəlmişdir. Bu an polis əməkdaşlarının oraya yaxınlaşdıqları görən zaman əlində ki, rezakı gizlətmək niyyətinə düşmüşdür. Elə bu an əvvəlcədən yaxınlaşıb onu evə aparmasını xahiş etdiyi taksinin hərəkətdə olub döndüyünü görən zaman taksini fitləyərək səsləmişdir. Həmin taksi avtomaşını saxlamış və o, həmin avtomaşına sərnişin tərəfdən keçib qapını açmış və rezakı avtomaşının içərisinə atmışdır. Elə bu an polis əməkdaşları onu saxlamışlar, rezakıda atdığı yerdən götürmüşlər və onu, eləcə də onun xəsarət yetirdiyi şəxsi polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2020-ci ilin yanvar ayından Türkan qəsəbəsi üzümçülük savxozunda yerləşən köhnə adı "Cahargah" olan "Santafe" adlanan otelin klubunda ofisant işləyirdi. İşlədiyi müddət ərzində isə heç kimlə mübahisə və münaqişə etməmiş, öz işini görüb pul qazanmışdır. xx.xx.2020-ci il tarixdə o, yenə həmişə olduğu kimi işdə olmuşdur. Bu zaman yəni saat 01:00 radələrində bir nəfər şəxs kluba daxil olaraq giriş qapısının yanındakı 11 nömrəli masaya əyləşmişdir. O, həmin şəxsi bundan əvvəl cəmi bir dəfə kluba gələn zaman görmüşdür, onunla heç bir ünsiyyəti olmamışdır. Həmin şəxs gəldiyindən təxminən 30-40 dəqiqə sonra onu çağırmış və masaya 1 ədəd "GO" adlı spirtli içki sifariş etmişdir. Sonra isə ona 20 AZN verərək, həmin spirtli içkinin pulunu çıxmağı və yanında olan xanıma sifariş etdiyi pivə adlı içkinin, eləcədə qarşı tərəfdəki barda əyləşmiş pivə içən şəxsin pivəsinin pulunu çıxmağını xahiş etmişdir. Əlavə olaraq həmin puldan 1 manat onun özünə götürməsini demişdir. O da, adını sonradan Zaməddin bildiyi şəxsə təşəkkür edib 20 AZN pulu götürmüşdür. Həmin şəxsin dediyi sifarişlərinin ümumi hesabı 9 AZN olduğu üçün, ona verilmiş 20 AZN puldan 9 AZN çıxılmış və ona 11 manat verilmişdir. O, da həmin puldan 1 manat götürmüş, bu zaman, hesabını verdiyi barda əyləşən taksi sürücüsü olan lakin anket məlumatlarını bilmədiyi pivə içən şəxs ona demişdir ki, «onun mənə borcu var». Sonra isə 10 manatı həmin şəxs ondan götürmüşdür. O, da yenidən Zaməddinin yanına gələrək demişdir ki, hesabını verdiyi və «səninlə bir yerdə gələn şəxs sənin ona 10 manat borclu olduğunu deyərək, pulu məndən götürüb». Bu zaman, Zaməddin ondan pulu tələb etmiş, o, isə, yenidən barda pivə içən şəxsə yaxınlaşmış və pulu qaytarmasını tələb etmişdir. Ancaq həmin şəxs ona nalayiq ifadə ilə demişdir ki, "ona denən işi ilə məşğul olsun." Bu zaman, Zaməddin ona yenidən "GO" adlı spirtli içki sifariş edərək, həmin pul ilə əvəz etmək istəmişdir. O, isə Zaməddindən pulu nağd ödəməsini tələb etdiyi üçün, Zaməddin onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı həmin şəxs klubun içərisində sillə ilə onun sifət nahiyyəsindən vurmuşdur. O, da həmin zaman özünü müdafiə etmək üçün əli ilə Zaməddinin əlinin qabağını tutmuşdur. Onun yanında olan barın mühafizəçisi Ümüd və ofisiant işləyən Kənan onları ayırmışlar, həmin an Zaməddin bardan çölə çıxmış və oradan uzaqlaşmışdır. O, da öz işinə davam etmişdir. İşi bitdikdən sonra, o, özü üçün istirahət etmək məqsədilə Kənan və Mahir ilə yaxınlıqda yerləşən "Caspian" adlı otelin klubuna getmişlər. Orada iki bakal pivə içmiş, sonra isə klubdan çıxmışdır. Bu zaman, otelin həyətində bir neçə saat əvvəl Santafe otelin klubunda onunla mübahisə edən Zaməddin ilə qarşılaşmışdır. Zaməddin ilk əvvəl əlini çiyninə qoyaraq onunla mülayim söhbət etməyə başlamışdır. Onlar bir yerdə otelin həyətindən küçəyə çıxmışlar. Orada söhbət etməyə başlamış, söhbət zamanı Zaməddinə iradını bildirərək, niyə görə ona əl qaldırmasını soruşmuşdur. Zaməddin isə tam sərxoş olduğu üçün bir söz demədən əlini cibinə atmış və kəsici alət çıxarmışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün, Zaməddinin əlində olan alətin açılış səsindən bilmişdir ki, cibindən çıxardığı "rezak" adlanan təmir sahəsində istifadə olunan iti kəsici alətdir. Zaməddin əlini qaldıraraq həmin kəsici alətlə ona xəsarət yetirmək istəyən zaman o, özünü müdafiə etmək üçün, cəld tərpənib geri çəkilmiş və əlini qabağa vermişdir. Bu zaman, həmin kəsici alət onun əlinin üst hissəsini kəsmişdir. İlk əvvəl fikir verməmiş, ancaq bir dəqiqə sonra onun əli keyidiyi üçün, dərhal qaçaraq otelə girmiş və əlini bağlamışdır. Bayıra çıxan zaman isə, artıq PPX-nin əməkdaşlarının gəldiyini, həmin şəxsi tutduqlarını görmüşdür. Sonra isə onun xəsarət aldığını da gördükləri üçün, onuda maşına əyləşdirib, Türkan qəsəbəsində yerləşən təcili yardıma çatdırmışlar. Oradan isə onu travmatalogiya xəstəxanasına aparmışlar. Onlar, yəni Kənan, Mahir olan zaman onu vuran şəxs Caspianın həyətində onunla söhbət edərək küçəyə çıxdığından Mahir aralıda, geridə qalmışdır. Zamaddin adlı şəxs ona xəsarət yetirən zaman Kənan tam yanında olmamışdır, o, kənarda olmuş, lakin həmin şəxsin onu nə iləsə vuraraq xəsarət yetirdiyini görmüşdür.M əhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, etibarnamə ilə ona məxsus olan “VAZ 21074” markalı **-VA-*** dövlət nömrə nişanlı avtomaşın ilə yaşadığı Türkan qəsəbəsində Üzümçülük sovxozunda yerləşən otellərin qarşısında taksi fəaliyyəti ilə məşğul olub müştəri daşıyaraq ailəsini dolandırır. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında o, «Santafe» otelin qarşısında dayandığı zaman adını sonradan Zaməddin bildiyi şəxs ona yaxınlaşaraq Hövsan qəsəbəsinə aparmağı bildirmiş, o, Zaməddindən pulunun olub-olmadığını soruşmuşdur. Zaməddin pulunun olmadığını bildirdikdə apara bilməyəciyini demişdir. Zaməddin sərxoş vəziyyətdə olmuşdur. Ondan siqaret istəmiş, o, siqaretinin də olmadığını bildirmiş, Zaməddin oradan uzaqlaşmışdır. O, özü üçün siqaret almaq səbəbi ilə avtomaşından düşüb yaxınlıqda olan marketə getmişdir, lakin market bağlı olduğundan gəlib avtomaşınına əyləşərək başqa bir marketə getmək üçün oradan uzaqlaşmağa başlamışdır. Elə bu zaman arxadan fit səsi eşitmiş və avtomaşını saxlamış, bu anda bayaq ona yaxınlaşan şəxsin əlində kəsici alət olan rezakın avtomaşının sağ yan qapısını açaraq avtomaşının içərisinə ayaq altına atdığını görmüşdür. Həmin alətin qaranlıq olduğundan tam görməsə də qırmızı rəngli təmir işləri üçün nəzərdə tutlmuş kəsici alət olduğunu görmüşdür. Həmin zaman polis əməkdaşlarının Zaməddinə yaxınlaşdığını və onu polis avtomaşınına oturduğunu, həmin kəsici alətin də polis əməkdaşlarının özləri ilə götürdüyünü görmüşdür. Bundan başqa heç bir dava dalaşın şahidi olmamış, bütün baş verən mübahisələrdən sonradan məlumatı olub, eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında tanışı Hüseynin işlədiyi «Santafe» otelin klubuna getmişdir. Orada olan zaman bir nəfər müştərinin Hüseyn ilə nə isə mübahisə yaratdığını və Hüseynə sillə vurduğunu görmüşdür. Onları muhafizəçi və Kənan sakitləşdirmişdir. Budan sonra həmin sərxoş müştəri klubdan çölə çıxmışdır və Hüseyn işini qurtardıqdan sonra onlar, yəni Kənan, Hüseyn və o, Santafedən çıxıb özləri üçün istirahət etmək məqsədi ilə Caspian otelin klubuna getmişlər. Orada pivə içib istirahət etdikdən sonra klubdan çıxmışlar. Həmin zaman bir qədər öncə Santafe otelə Hüseynlə mübahisə edən və Hüseyni sillə ilə vuran şəxs yenidən otelin həyətində onlarla rastlaşmışdır. Həmin şəxs Hüseynə yaxınlaşmış və onlar söhbət edərək oteldən çölə çıxmışlar. O, sakitlik olduğunu görüb onlardan geridə otelin həyətində qalaraq telefonla oynayırdı. Kənan da Hüseynlə birlikdə çölə çıxmışlar. Bir qədər keçmiş o da çölə çıxan zaman Hüseynin əlinin qan oluğunu görüb nə baş verdiyini soruşmuşdur. Sonra isə ona məlum olmuşdur ki, həmin şəxs Hüseynin əlinə rezak ilə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində xidmət yoldaşları Əliqulu Hətəmli və Şahid6 ilə 6354 çağırışlı avtopatrulda Türkan qəsəbəsi ərazisində xidmət apararkən Türkan qəsəbəsində yerləşən «Caspian» otelin qarşısında 2 nəfər şəxsin mübahisə etməsi barədə məlumat daxil olmuşdur. Dərhal həmin ünvana yollanmışlar. Caspian otelin qarşısından bir nəfər şəxsin əlinin kəsildiyini görüb ondan nə baş verdiyini soruşmuşlar. Həmin zaman özünü təqdim edən X7 ona bir nəfər şəxs tərəfindən xəsarət yetirildiyini və ordan uzaqlaşaraq Santafe otel istiqamətində getdiyini bildirmişdir. Əməkdaşlarımızdan biri həmin şəxsin yanında qalmış, onlar isə digər şəxsi yaxalamaq üçün Santafe otel istiqamətinə getmişlər. Orada bir nəfər şəxsin “VAZ 21074” markalı avtomaşının yan sərinişin qapısını açdığını görüb dərhal ona yaxınlaşmışlar, onu saxlayıb avtomaşına əyləşdirmiş və həmin şəxsin “VAZ 21074” markalı avtomaşına atdığı qırmızı rəngli kəsici alət olar rezakı da özləri ilə birlikdə götürüb həmin adını sonradan Təqsirləndirilən şəxs bildiyi şəxslə və Zərərçəkmiş şəxs ilə birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə gətirib raportla təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən «Cahargah» oteldə mühafizəçi işləyirmiş. xx xxxxxx 2020-ci il tarixdə həmin otelin barında oturub su içirmiş. Həmin vaxt oteldə ofisinat işləyən Hüseynin bir nəfər tanımadığı müştəri ilə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışdır. O, Hüseyngili ayırıb sakitləşdirmiş və həmin müştərini sakitləşdirib bardan bayıra çıxartmışdır. Belə ki, müştəri ilə Hüseynin bir-birinlərindən yapışdıqlarını görsədə, onların bir-birinə xəsarət yetirdiyini görməmişdir. Eyni zamanda Hüseyn ilə həmin müştərinin nə səbəbə mübahisə etdiklərini bilməmişdir. Gecə saatlarında otel bağlandıqdan sonra çıxıb evə getmişdir. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən səhər saat 10 radələrində yenidən işə gələrkən ona bildirmişlər ki, qeyd etdiyi müştəri ilə ofisiant Hüseyn işlədiyi otelin yaxınlığında yerləşən «Caspian» otelin qarşısında xx xxxxxx 2020-ci il tarixdə, gecə saatlarında yenidən mübahisə ediblərmiş və həmin mübahisə zamanı müştəri təmir işlərində istifadə olunan «rezakla» Hüseyni vuraraq xəsarət yetirmişdir. Qeyd olunan hadisə ilə bağlı başqa heç bir məlumatı olmamışdır. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış yetkinlik yaşına çatmayan Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş yetkinlik yaşına çatmayan Şahid1 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Türkan qəsəbəsində yerləşən «Santafe» adlı kafedə ofsiant işləyirmiş. xx xxxxxx 2020-ci il tarixdə işdə olan zaman axşam saatlarında bir nəfər tanımadığı şəxs sərxoş halda kluba gəlmiş və klubda münaqişə yadaraq iş yoldaşı Hüseyni əli ilə vurmuşdur. İş bitdikdən sonra Hüseyn və Mahir ilə Caspian adlı otelin kulubna getmişlər. Klubdan çıxan zaman həmin dava salan şəxs ilə təkrar qarşılaşmışlar. Bu zaman həmin şəxs Hüseyni kənara çəkmiş və cibindən çıxartdığı alətlə Hüseynə xəsarət yetirmişdir. Sonra isə Polis əmkdaşları gəlmişlər. O, mübahisənin hansı səbəbdən və nə üçün yarandığını bilməmişdir. Hər şey sonradan ona məlum olmuşdur. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Xəzər RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində xidmət yoldaşları Əliqulu Hətəmli və Şahid6 ilə 6354 çağırışlı avtopatrulda Türkan qəsəbəsi ərazisində xidmət apararkən Türkan qəsəbəsində yerləşən «Caspian» otelin qarşısında 2 nəfər şəxsin mübahisə etməsi barədə məlumat daxil olmuşdur. Dərhal həmin ünvana yollanmışlar. Caspian otelin qarşısından bir nəfər şəxsin əlinin kəsildiyini görüb ondan nə baş verməsini soruşmuşlar. Həmin zaman özünü təqdim edən Zərərçəkmiş şəxs ona bir nəfər şəxs tərəfindən xəsarət yetirildiyini və ordan uzaqlaşaraq Santafe otel istiqamətində getdiyini bildirmişdir. Əməkdaşlarımızdan biri həmin şəxsin yanında qalmış, onlar isə digər şəxsi yaxalamaq üçün Santafe otel istiqamətinə getmişlər. Orada bir nəfər şəxsin Vaz 2107 markalı avtomaşının yan sərinişin qapısını açdığını görüb dərhal ona yaxınlaşmışlar, onu saxlayıb avtomaşına əyləşdirmiş və həmin şəxsin Vaz 2107 markalı avtomaşına atdığı qırmızı rəngli kəsici alət olan rezakıda özləri ilə birlikdə götürüb həmin adını Təqsirləndirilən şəxs bildiyi şəxslə və Zərərçəkmiş şəxs ilə birlikdə Xəzər RPİnin 1-ci Polis Şöbəsinə gətirib raportla təhvil vermişlər. Raportu tərtib edən zaman Polis Şöbəsində olduqları saatı texniki səhv olaraq raportda məlumat daxil olma saatı kimi göstərmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 193 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət- açıcı vətərlərinin zədələnməsi (kəsilməsi) ilə müşayiət olunan sol əlin arxa səthinin dərin kəsilmiş yarası kəsici təsirə malik əşya (alət (ola bilsin ülgüc-rezak)) təsirindən törənmiş, törənmə müddəti onun X4 və Ortopediya İnistutuna az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 3/320 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı (kağız karton, faner və s. kəsmək üçün) kəsici-batıcı xassəli bıçaqdır, soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Gədəbəy rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd bıçaq məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-226/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-226/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver