Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-227/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 4(003)-471/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 12 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdən 1 ədəd 1000 manat dəyərində kombi aparatını, 1 ədəd 30 manat dəyərində aluminium qazanı, 3 ədəd hər biri 10 manat dəyərində olan cəmi 30 manat dəyərində aluminium tavanı, 1 ədəd 15 manat dəyərində dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1075 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə 15:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində yerləşən nömrəsiz evin darvazasız həyətinə qanunsuz daxil olaraq həyətdən dəyəri 1400 manat olan 1 ədəd “Termet” markalı kombini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iki dəfə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən fərdi nömrəsiz evinə qanunsuz daxil olaraq 500 manat dəyərində “LG” markalı televizoru, 1000 manat dəyərində soyuducunu, 700 manat dəyərində paltaryuyan maşını gizli olaraq talamaqla X1 2200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə qonşuluqda yaşamaqla onu və ailə üzvlərini uşaqlıq illərindən tanıyır. Təxminən 2 ay öncə Məharət xanım evində olan hamam otağının kafelini dəyişməsi üçün onu dəvət etmişdir. Məharət xanımın uşaqlarının olmasını və onlardan birinin xaricdə, digərinin isə şəhərdə yaşamasını bilmişdir. O, orada təxminən 12 gün işləmiş, Məharət xanımdan iş haqqı olan 300 manat pulu hissə-hissə almışdır. 07 iyul 2022-ci il tarixdə saat 15:40 radələrində məhəllədə olan zaman Məharət xanımın evində hər hansı şəxsin olmadığına əmin olduğundan hasardan onun evinə aşaraq həyətində kombi aparatının üzərində olan dəmiri əl mişarı ilə kəsmiş və sonra hasardan kəndir bağlamaqla aşırmışdır. Bundan başqa, həyətdə olan şifonerdən bir ədəd aluminium qazan, tava, drel oğurlamışdır ki, həmin əşyaları satıb pul etsin. Həmin əşyaları bir dəfəyə çıxarmış və sonra yaxınlıqda olan relslər tərəfdəki bağların arxasına aparıb kombinin üst qapağını sökmüşdür ki, köhnə görünsün və metal qəbul edən şəxslər həmin əşyanın oğurluq olması ilə bağlı qiymətə görə hər hansı şübhə etməsinlər. Digər əşyaları da kombi istisna olmaqla metal olaraq küçədə metal qəbul edən şəxsə 50 manata satmış, kombini isə Ramanada olan metal qəbulu məntəqəsinə 100 manata satmış və orada onun şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına ödəmişdir. Həmin evdən başqa hər hansı əşya oğurlamamışdır. Bundan başqa, 29 iyul 2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 4 ünvanının yanından keçən zaman kombini görmüşdür. Evin ətrafında gəzmiş və heç kimin olmadığına əmin olduqdan sonra darvazası olmayan həyətə daxil olaraq 1 ədəd kombini həyətdə divardan sökərək metal qəbulu yerinə 65 manata satmışdır. Əldə etdiyi pulu isə xərcləmişdir. Suraxanıdakı oğurluğu törətdikdən və məhkəmədən buraxıldıqdan sonra Xəzər rayonu Şağan qəsəbəsində yenidən oğurluq etmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində səhər saatlarında oğurluq etmək məqsədi ilə Şağan qəsəbəsində yerləşən həyət evlərinin birinin hasarından aşaraq həyətə daxil olmuş və plastik pəncərəni vintaçanla sıxıb açaraq evə daxil olmuşdur. Həmin evdə olan “LG” markalı televizor, “LG” markalı paltaryuyan maşın və səsgücləndiricini evdən çıxarıb həyətə qoymuşdur. Sonra küçəyə çıxıb taksi çağırmış və demişdir ki, evindən müəyyən əşyaları çıxarıb aparmaq lazımdır. Tanımadığı taksi sürücüsü ilə həmin əşyaları köməkləşib avtomobilə yükləmişlər. Taksi sürücüsü 15 manata aparmağa razılaşmış, ona öz həyəti olduğunu bildirərək onunla darvazanı açıb maşını həyətə salmışlar. Oğurladığı paltaryuyanı, televizoru və 2 ədəd səsgücləndiricini həmin taksinin baqajına qoyub Ramana qəsəbəsinə apararaq televizor və səsgücləndiricini Ceyhun adlı şəxsə 100 manata satmış, paltaryuyanı isə təkcə 150 manata satmışdır. Həmin evdən oğurluq edərkən orada soyuducunu da görüb oğurlamaq fikrinə düşmüş, lakin böyük olduğundan düşünmüşdür ki, sonra gəlib aparar. Ceyhuna həmin malları şəxsiyyət vəsiqəsinin surəti ilə vermiş və surətinin arxasına öz xətti ilə onların özünə məxsus olduğunu tazmışdır. xx.xx.2022-ci il tarixdə saat 13 radələrinə yenidən Şağan qəsəbəsində yerləşən həmin həyət evinə daxil olub evdə olan “LG” markalı soyuducunu çölə çıxarmış və gedib Şağan svetaforu deyilən yerdən digər sarı rəngli “Reno” markalı taksi sürücüsü ilə danışıb həmin qaydada avtomobili darvazanı açaraq həyətə salmışlar. Taksi sürücüsünə demişdir ki, öz həyətidir. Soyuducunu həmin taksi ilə Ramana qəsəbəsinə aparıb Ceyhun adlı şəxsə 200 manata satmışdır. Əldə etdiyi pullarla narkotik vasitəyə olan ehtiyaclarını ödəmişdir. İlk dəfə törətdiyi əməlləri etiraf edir və peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, onun Şağan qəsəbəsində yeni sahədə fərdi nömrəsiz evi vardır. xx.xx.2022-ci il tarixdə həmin evdən çıxıb getmiş və xx.xx.2022-ci il tarixədək evdə heç kim olmamışdır. xx.xx.2022-ci il tarixdə evə qayıdanda aşkar etmişdir ki, evin içərisi dağınıq vəziyyətdədir və evdən oğurluq olmuşdur. Sonra aydın olmuşdur ki, naməlum şəxs və ya şəxslər plastik pəncərəni sıxıb açmaqla evə daxil olmuşlar. İçəridən evin qapısını açıb evdə olan 1 ədəd 500 manat dəyərində “LG” markalı televizoru, 1 ədəd 1000 manat dəyərində “LG” markalı soyuducunu və 700 manat dəyərində markasını unutduğu paltaryuyan maşını oğurlamışlar. Dərhal DİN-in “102” zəng mərkəzinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Oğurluq nəticəsində ona 2200 manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir və təqsirləndirilən şəxsə hər-hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, yay fəsli ilə əlaqədar olaraq anası, arvadı və uşaqları 2022-ci ilin iyul ayının əvvəllərində Astara rayonuna getmişdir. O isə fərdi qaydada usta işlədiyi üçün yaşadığı ünvanda qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evdən çıxmış və xx.xx.2022-ci il tarixdə evə gələn zaman evin arxa tərəfindən su səsi eşitmişdir. Oraya keçdikdə isə Polşa istehsalı olan “Termet” markalı kombinin oğurlanmasını aşkar etmiş və bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona 1400 manat məbləğində maddi ziyan dəymiş, lakin dəymiş ziyan indiyə qədər ödənilməmişdir. Buna baxmayaraq, o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir və ona cəza verilməsini istəmir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, o, 08 may 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Suraxanı rayonu Bülbülə qəsəbəsi Nərimanov küçəsi 104 saylı evin həyətinə çıxmış və evin həyətində olan 1 ədəd markasını bilmədiyi 1000 manat dəyərində kombinin naməlum şəxslər tərəfindən oğurlandığını görmüşdür. Bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Sonradan müəyyən etmişdir ki, evin həyətində kombidən başqa 1 ədəd 30 manat dəyərində aluminium qazan, 3 ədəd hər bir 10 manat olmaqla ümumilikdə 30 manat dəyərində aluminium tava, 1 ədəd 15 manat dəyərində drel naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 1075 manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, oğru onun qonşusu, həm də evində usta olaraq işləmiş Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs məhkəməyə şifahi vəsatətlə müraciət edərək özünü təqsirli bildiyini göstərmiş və şahid ifadələrinin elan olunaraq məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bu vəsatəti təmin olunaraq şahid ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, hazırda Sabunçu rayonu Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsi işlədir. Müxtəlif növ metal qəbul edir. Həmçinin kimsə evindən köhnə əşyaları satanda əgər sərf edirsə alıb bir qədər baha qiymətə sataraq ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs taksi ilə obyektə yaxınlaşaraq 01 ədəd paltaryuyan maşın, 01 ədəd “LG” markalı televizor və 01 ədəd səsgücləndirici gətirmiş və ona yaxınlaşaraq bu malların özünə məxsus olduğunu bildirib satdığını demişdir. Televizor və səsgücləndiricini həmin şəxsdən 100 manata, paltaryuyanı isə 150 manata almışdır. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxarıb arxasına özü yazmışdır ki, malları özünə məxsusdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aldığı paltaryuyan, televizor və səsgücləndiricini tanımadığı şəxsə cəmi 350 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs taksi ilə yenidən soyuducu gətirmiş və ona məxsus olduğunu bildirmişdir. Yenidən şəxsiyyət vəsiqəsinin surətinə imza etməsini və özünə məxsus olmasını yazmasını tələb etmiş və 200 manata həmin soyuducunu ondan almışdır. Həmin gün soyuducunu tanımadığı şəxsə 240 manata satmışdır. Malların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, özünə məxsus “Reno” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə həmin maşın ilə Şağan qəsəbəsində müştəri gözləyərkən tanımadığı bir nəfər şəxs yaxınlaşaraq evindəki soyuducunu Ramana qəsəbəsinə aparmağını xahiş etmişdir. O, 20 manata razılaşaraq apara biləcəyini demişdir. Sonra öz maşını ilə həmin şəxslə birlikdə Şağan qəsəbəsində evə daxil olmuşdur. Həmin şəxs özünə məxsus həyətin darvazasını açmış və maşını içəri salmışdır. Soyuducunu ona məxsus olan maşının baqajına qoyub Ramana qəsəbəsində deyilən yerə apardıqdan sonra həmin şəxsdən zəhmət haqqı olaraq 20 manat alıb getmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Ramana qəsəbəsi Bünyatzadə küçəsində yerləşən metal qəbulu yerini təxminən 3-4 aydır ki, işlədir. 29 iyul 2022-ci il tarixdə saat 16 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs 1 ədəd “Termet” markalı kombini gətirərək özünün olduğunu və satmaq istədiyini demişdir. O da Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini götürərək həmin “Termet” markalı kombini 65 manata ondan almışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış Ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, bina görədə o, Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış Ərizədən görünür ki, ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, lakin buna baxmayaraq, o, təqsirləndirilən şəxsdən şikayətçi deyildir və təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış Teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 08 dekabr 2022-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və ya tələblərinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5, X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 30 (otuz) iş saatına görə 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 10 (on) iş saatına görə 60,00 (altmış) manat və Müdafiəçi 07 (yeddi) iş saatına görə 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 282,00 (iki yüz səksən iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 60 (altmış) manat və Müdafiəçi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 282,00 (iki yüz səksən iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-227/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-227/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver