Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-227/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aza kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus olan 1 ədəd şəffaf sellofan bükümdə 200 ədəd 100 nominallı olmaqla, 20000 ABŞ dollarını əynindəki alt paltarının-tumanının qabaq hissəsinə yerləşdirərək, 1 ədəd şəffaf sellofan bükümdə 150 ədəd 100 nominallı olmaqla, 15000 ABŞ dollarını sol ayağının bud hissəsinə, 1 ədəd şəffaf sellofan bükümdə 200 ədəd 100 nominallı olmaqla, 20000 ABŞ dollarını sol ayağının dizdən aşağı incik hissəsinə, 1 ədəd şəffaf sellofan bükümdə 200 ədəd 100 nominallı olmaqla, 20000 ABŞ dollarını sağ ayağının bud hissəsinə, 1 ədəd şəffaf sellofan bükümdə 137 ədəd 100 nominallı olmaqla, 13700 ABŞ dollarını isə sağ ayağının dizdən aşağı incik hissəsinə yapışqanlı lentlə sarıyaraq həmin tarixdə, saat 10 radələrində TK 0333 saylı Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedərkən Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına X11 fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində ümumilikdə xeyli miqdarda - 150790 manat dəyərində cəmi 88700 ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və şəxsi yoxlama zamanı qeyd edilən pul əskinasları aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2015-ci ildən 2023-cü ilin aprel ayınadək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və "Sədərək" ticarət mərkəzlərindən topdan qiymətə qadın, kişi, uşaq geyim mallarını alaraq Bakı şəhərində yerləşən müxtəlif mağazalara satmaqla, eləcə də fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin, özünə məxsus və ya icarə götürdüyü hər hansı mağazası və ya obyekti olmamışdır. 2023cü ilin aprel ayından isə lizınq əsasında istifadəsində olan “Chevrolet-Cobalt” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə yalnız fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhərində geyim mağazası açmaq qərarına gəlmişdir. Bununla əlaqədar Türkiyə Respublikasında geyimlərin qiymətlərinin son vəziyyətini maraqlanmaq məqsədi ilə 31 avqust 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və orada ticarət zonası olan yerləri gəzmişdir. Gəzinti zamanı Türkiyə Respublikasında geyim qiymətlərinin əlverişli olduğunu və həmin geyimlərin oradan alınıb Bakı şəhərində satmağın sərfəli olduğunu müəyyən etmişdir. Bundan sonra 04 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə geri qayıtmışdır. Özü onlayn qaydada aviabilet almağı bacarmadığı üçün 05-06 sentyabr 2023-cü il tarixdə dayısı oğlu, heç bir yerdə işləməyən Şahid6 ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində görüşdüyü vaxt ondan 07 sentyabr 2023-cü il tarixə Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi, 11 sentyabr 2023-cü il tarixdə də Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə geri qayıtması üçün aviabilet almasını xahiş etmiş və həmin aviabiletin pulunu da Türkiyə Respublikasından geri qayıdarkən ödəyəcəyini demişdir. Şahid6 da bunun problem olmadığını ona bildirmişdir. Bundan sonra pasportunun fotoşəklini çəkərək Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş "Whatsapp” profilinə göndərmişdir. Daha sonra Şahid6 05-06 sentyabr 2023-cü il tarixdə onlayn qaydada 07 sentyabr 2023-cü il tarixə Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi, 11 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə geri qayıtması üçün ona aviabilet almış və bu barədə ona məlumat verərək ona aviabiletlərin alınmasına görə 900 manat məbləğində pul verməli olacağını demişdir. Bundan sonra uçuş vaxtları eyni olduğu üçün Şahid6 ilə 07 sentyabr 2023-cü il tarixdə X13 Hava Limanına birlikdə getməyi qərarlaşdırmışlar. 07 sentyabr 2023-cü il tarixdə, saat 08 radələrində uzun müddət ərzində geyim paltarlarının satışı nəticəsində topladığı və yaşadığı evdə saxladığı 98700 (doxsan səkkiz min yeddi yüz) ABŞ dolları məbləğində pulu Türkiyə Respublikasından geyim əşyaları alıb Azərbaycan Respublikasına göndərmək və bununla əlaqədar qeyd edilən pulları gömrük nəzarətindən gizli Türkiyə Respublikasına aparmaq məqsədi ilə ünvan 3 ünvanında yerləşən və yaşadığı mənzildən götürüb həmin pulun 10000 (on min) ABŞ dollarını özünə məxsus, üzərində “Celion Kail” sözləri yazılmış dəri materialından qara rəngli əl çantama şəxsi əşyalarının arasında yerləşdirmiş, qalan digər hissəsini isə 5 ədəd sellofan bağlamaya qoymaqla bölüşdürərək bədən nahiyəsinin müxtəlif yerlərinə yəni, bir bükülünü əynindəki alt geyimində, digər dörd ədəd bükülünü isə hər iki ayağının bud nahiyəsinə və dizindən aşağı hissəsinə şəffaf yapışqanlı lentlə bağlamışdır. Daha sonra 07 sentyabr 2023-cü il tarixdə, saat 08:30 radələrində idarə etdiyi “Chevrolet-Cobalt” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə Şahid6 yaşadığı evə getmiş və onu götürmüşdür. Birlikdə X13 Hava Limanına getmişlər. Həmin gün Şahid6 uçuş vaxtı bir qədər tez olduğu üçün Heydər Əliyev X11 öndə getmişdir. Uçuş vaxtı bir qədər gec olduğu isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün qeydiyyata getmişdir. Şahid6 getməmişdən qabaq ona zəng etmiş, lakin həmin gömrük nəzarətindən keçdiyi üçün onun zənginə cavab verə bilməmişdir. Şahid6 da uçuş vaxtı olduğu üçün onu gözləməyib Dubay şəhərinə getmişdir. Hava Limanında aviabiletini qeydiyyatdan keçirdikdən sonra özünə məxsus, üzərində “Celion Kail" sözləri yazılmış dəri materialından qara rəngli əl çantasını rentgen aparatına qoymuş və özü də gömrük nəzarətindən keçmişdir. Gömrük nəzarətindən keçərkən gömrük əməkdaşı ondan üzərində və çantasında gömrük orqanına bəyan edilməli olan hər hansı predmetin və ya valyutanın olub-olmadığını soruşmuş, o, da üzərində və çantasında gömrük orqanına bəyan ediləcək hər hansı predmetinin və ya valyutanın olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən saxlanılmış, əşyalarına yoxlama və üzərində şəxsi yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət edilmişdir. Yoxlama otağında ilk öncə onun və hal şahidlərinin iştirakı ilə ona məxsus olan məxsus, üzərində “Celion Kail” sözləri yazılmış dəri materialından qara rəngli əl çantasına baxış keçirilmişdir. Yoxlama zamanı həmin əl çantasının içərisindəki şəxsi əşyalarının arasında gizlətdiyi və gömrük orqanına bəyan etmədiyi 10000 (on min) ABŞ dolları aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı ona üzərində gizlətdiyi əşyaları təqdim etməyi təklif etmiş, o, da əynindəki tumanın qabaq hissəsindən üzərini yapışqanlı lentlə yapışdırdığı 01 ədəd sellofan bükümü çıxarıb gömrük əməkdaşına təqdim etmişdir. Həmin büküm açılmış və içərisindən 200 ədəd 100 nomınallı 20000 (iyirmi min) ABŞ dolları aşkar olunmuşdur. Bundan sonra ardıcıllıqla hər iki ayağının bud və dizdən aşağı, yəni incik sümüyünə yapışqanlı lentlə bağladığı ümumilikdə 4 ədəd bükümü çıxarıb gömrük əməkdaşına təqdim etmiş və həmin bükümlər də açılaraq içərisində olaraq pul vəsaitləri sayılmışdır. Sayılma nəticəsində sol ayağının bud hissəsinə yapışqanlı lentlə sarıdığı 1 ədəd şəffaf sellofan bükümdə 150 ədəd 100 nominallı olmaqla, 15000 (on beş min) ABŞ dolları, sol ayağının dizdən aşağı incik hissəsinə yapışqanlı lentlə sarıdığı 1 ədəd şəffaf sellofan bükümdə 200 ədəd 100 nominallı olmaqla, 20000 (iyirmi min) ABŞ dolları, sağ ayağının bud hissəsinə yapışqanlı lentlə sarıdığı 1 ədəd şəffaf sellofan bükümdə 200 ədəd 100 nominallı olmaqla, 20000 (iyirmi min) ABŞ dolları, sağ ayağının dizdən aşağı incik hissəsinə yapışqanlı lentlə sarıdığı 1 ədəd şəffaf sellofan bükümdə 137 ədəd 100 nominallı olmaqla, 13700 (on üç min yeddi yüz) ABŞ dolları olmaqla ümumilikdə 68700(altmış səkkiz min yeddi yüz) ABŞ dolları müəyyən edildi. Yoxlama və şəxsi yoxlama gömrük əməkdaşları tərəfindən aşkar edilmiş ümumilikdə 98700 (doxsan səkkiz min yeddi yüz) ABŞ dolları hal şahidlərinin iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Bütün bunlarla bağlı protokollar tərtib edilmiş, o, da həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişdir. 07 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə gedərkən üzərinizdə 98700 ABŞ dolları olması barədə qohumu Şahid6 qabaqcadan hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona minimum həddə cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 1997-ci ildən gömrük orqanlarında xidməti fəaliyyətə başlamış, 2020-ci ildən hazırkı hadisə baş verən vaxta qədər isə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Sərnişin şöbəsinin baş inspektoru işləmişdir. 07 sentyabr 2023-cü il tarixdə, saat 10:20 radələrində X13 Hava Limanının T1 Terminalının gediş zalının “A” zonasında öz xidməti vəzifələrini ölkədən gedən sərnişinlərə nəzarət etməklə icra etdiyi vaxt əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan, Bakı-istanbul aviareysi ilə gedən sərnişin, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs özünə məxsus olan qara rəngli əl çantasını gömrük baxışının keçirilməsi üçün rentgen qurğusunun lentinin üzərinə yerləşdirmiş və özü də rentgen aparatından keçmişdir. Həmin vaxt rentgen qurğusunun monitoru qarşısında rentgen müayinəsindən keçən əşyalara nəzarət edən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma şöbəsinin inspektoru Mərdanov X10 şöbəsinə təhkim edilmiş inspektor Şahid3 qızına Təqsirləndirilən şəxs məxsus olan əl çantasının içərisində nağd pul vəsaitlərinə oxşar cizgilərin müşahidə olunduğunu bildirmişdir. Bununla əlaqədar inspektor Rüstəmova X6 Ruslan Saleh oğluna yaxınlaşaraq əl çantasında və üzərində hər hansı bir məbləğdə pul vəsaitinin olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs da nə əl çantasında, nə də ki, üzərində hər hansı bir məbləğdə pul vəsaitinin olmadığını inspektor Şahid3 qızına demişdir. Bundan sonra bu barədə Skanlaşdırma şöbəsinin inspektoru Şahid2 ona məlumat vermişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona məxsus malların yoxlanılması və üzərində şəxsi yoxlama keçirilməsi üçün hal şahidləri ilə X15 X11 yerləşən yoxlama otağına dəvət etmiş və orada Təqsirləndirilən şəxs məxsus, üzərində “Celion Kail” sözləri yazılmış qara rəngli dəri materialından əl çantasına gömrük nəzarəti qaydasında yoxlama keçirmişdir Yoxlama otağında keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus, üzərində “Celion Kail" sözləri yazılmış qara rəngli dəri materialından əl çantasının içərisindəki şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş 100 (yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 10000 (on min) ABŞ dolları aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə tərəfindən gömrük nəzarəti qaydasında şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan və gömrük nəzarətindən gizlədilmiş malları təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki alt paltarınıntumanının qabaq hissəsindən üzəri şəffaf yapışqanlı lentlə bağlanmış bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün üzərindəki yapışqanlı lent tərəfindən sökülmüş və büküm açılmışdır. Qeyd edilən büküm açıldıqda içərisindən gömrük nəzarətindən gizlədilmiş 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları tərəfimdən aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hər iki ayağının bud hissəsinə və dizinin aşağısında incik hissəsinə yapışqanlı lentlə yapışdırılmış ümumilikdə 4 (dörd) ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Qeyd edilən bükümlər tərəfindən açılmışdır. Təqsirləndirilən şəxs sol bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 150 (yüz əlli) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 15000 (on beş min) ABŞ dolları, sol incik sümüyünə yapışqanlı lentlə yapışdırlmış 1 (bır) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ incik sümüyünə yapışqanlı lentlə yapışdırlmış 1 (bir) ədəd bükümün içərisindən 137 (yüz otuz yeddi) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 13700 (on üç min yeddi yüz) ABŞ dolları aşkar olunmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilmiş 10000 ABŞ dolları, üzərinə keçirilən şəxsi yoxlama zamanı isə aşkar edilmiş 88700 ABŞ dolları olmaqla, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunmamış ümumilikdə 98700 ABŞ dolları tərəfindən götürülərək qablaşdırılmışdır. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs və hal şahidləri də həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında Şahid2 və Şahid3 qızı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2022-ci ilin əvvəllərindən Heydər Əliyev X11 fəaliyyət göstərən "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləmişdir. 07 sentyabr 2023-cü il tarixdə, saat 10:30 radələrinaə iş yoldaşı Şahid5 ilə birlikdə iş yerində, yəni Heydər Əliyev X11 fəaliyyət göstərən "xxxx" MMC- də olduqları vaxt bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşaraq 1 nəfər sərnişinə məxsus əşyalara yoxlama keçiriləcəyini və eləcə də həmin sərnişinin üzərində şəxsi yoxlama keçiriləcəyini onlara demiş, həmin yoxlamalarda hal şahidi qismində iştirak etməyi onlarda xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirərək keçiriləcək yoxlamalarda iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük əməkdaşı onu və digər hal şahidi Şahid5 X13 Hava Limanının “T1 Terminair’-nın gediş zalının “A” zonasında yerləşən yoxlama otağına dəvət etmişdir. Yoxlamalar başlamazdan əvvəl gömrük əməkdaşı ona və digər hal şahidinə hal şahidi qimsində hüquqlarını və vəzifələrini izah etmişdir. Daha sonra gömrük əməkdaşı onu və digər hal şahidini yoxlama otağında olan əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan bəlli olan Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim edərək qeyd edilən şəxsə məxsus əşyalara yoxlama və üzərində isə şəxsi yoxlama keçiriləcəyini bildirmişdir. Yoxlama otağında gömrük əməkdaşı tərəfindən keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus, üzərində “Celion Kail” sözləri yazılmış qara rəngli dəri materialından əl çantasının içərisindəki şəxsi əşyaların arasından 100 (yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 10000 (on min) ABŞ dolları aşkar edilmişdir. Bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama keçirilmişdir. Şəxsi yoxlama zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan və gömrük nəzarətindən gizlədilmiş malları təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki alt paltarınıntumanının qabaq hissəsindən üzəri şəffaf yapışqanlı lentlə bağlanmış bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün üzərindəki yapışqanlı lent gömrük əməkdaşı tərəfindən sökülmüş və büküm açılmışdır. Qeyd edilən büküm açıldıqda içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hər iki ayağının bud hissəsinə və dizinin aşağısında incik hissəsinə yapışqanlı lentlə yapışdırılmış ümumilikdə 4 (dörd) ədəd sellofan bükümü çıxarıb gömrük əməkdaşına təqdim etmişdir. Qeyd edilən bükümlər gömrük əməkdaşı tərəfindən açılmışdır. Təqsirləndirilən şəxs sol bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bır) ədəd bükümün içərisindən 150 (yüz əlli) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 15000 (on beş min) ABŞ dolları, sol incik sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ incik sümüyünə yapışqanlı lentlə yapışdırlmış 1 (bir) ədəd bükümün içərisindən 137 (yüz otuz yeddi) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 13700 (on üç min yeddi yüz) ABŞ dolları aşkar olunmuşdur. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl çantasından aşkar edilmiş 10000 ABŞ dolları, üzərinə keçirilən şəxsi yoxlama zamanı isə aşkar edilmiş 88700 ABŞ dolları olmaqla, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunmamış ümumilikdə 98700 ABŞ dolları götürülərək qablaşdırılmışdır. Bütün bunlarla bağlı gömrük əməkdaşı tərəfindən prtokollar tərtib edilmişdir. O və yoxlamada iştirak edən digər şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2015ci ildən 2017-cı ildən daimi qaydada Rusiya Federasiyasının Moskva şəhərində ərzaq mağazası işlətmişdir. Həmin mağaza hazırda fəaliyyət göstərir. Həmin mağazanın fəaliyyətinə o və atası X7 ümumi nəzarəti həyata keçirir. 2017-ci ildən hazırkı vaxtadək dondurma topdan satışı ilə məşğul olur. “Tekas" firmasının X4 Dubay şəhərindən sifariş verdiyi “London dairy" markalı, Rusiya Federasiyasından sifariş verdiyi “Karovka iz karanovka”, "Baksinrobis" dondurmalarının və yarım fabirkat xəmir məhsulları məhsullarının Bakı şəhərində topdan satışını və müxtəlif ticarət obyektlərinə paylanılması işini həyata keçirir. Təqsirləndirilən şəxs bibisi oğludur, onunla normal, mehriban münasibəti var, hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur, olmamışdır. Təqsirləndirilən şəxs fərdi qaydada taksi fəaliyyəti ilə, torpaq və mənzil alqı-satqı vasitəçiliyi ilə məşğul olmuşdur. 2023-cü ilin təxminən 27-28 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə olduğu vaxt bibisi oğlu Təqsirləndirilən şəxs oraya gəlmiş və orada onunla ilə görüşmüşdür. Görüşləri zamanı Təqsirləndirilən şəxs onun 2023-cü ilin avqust ayının axırlarında işləri ilə əlaqədar X4 Dubay şəhərinə gedəcəyini və Dubay şəhərindən İstanbul şəhərinə gedəcəyini, İstanbul şəhərindən də Bakı şəhərinə geri qayıdacağını və bununla əlaqədar avibiletlər alacağını bilmişdir. Bundan sonra bibisi oğlu Təqsirləndirilən şəxs ona Türkiyə Respublikasında geyimlərin qiymətlərinin son vəziyyəti ilə maraqlanmaq üçün İstanbul şəhərinə getmək istədiyini və onlayn qaydada avibilet almaqda çətinlik çəkdiyi üçün ona da özünün hava limanına gedəcəyi və qayıdacağı tarixlərə uyğun aviabiletlər almasını ondan xahiş etmişdir. O, da bunun problem olmadığını Təqsirləndirilən şəxs demişdir. Bundan sonra Təqsirləndirilən şəxs pasportunu ona təqdim etmişdir. O, da mobil telefon vasitəsi ilə pasportunun fotoşəklini çəkib pasportunu Təqsirləndirilən şəxs qaytarmışdır. Təxminən 1-2 gün “28 May’’ metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı tur şirkəti vasitəsi ilə özü üçün Bakı-Dubay, Dubay- İstanbul və İstanbul-Bakı aviareysləri üzrə, eləcə də Təqsirləndirilən şəxs üçün Bakı- İstanbul və İstanbul-Bakı aviareysləri üzrə avibiletlər almışdır. Təqsirləndirilən şəxs aviabiletlərinə təxminən 850 manat pul vermişdir. Təxminən 1-2 gün sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə görüşmüş və aldığı aviabiletlərın elektron formatını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs da aldığı aviabiletlərin pulunu, yəni 850 manat məbləğində pulu nağd qaydada ona vermişdir. Bundan sonra uçuş vaxtları eyni olduğu üçün Təqsirləndirilən şəxs ilə 31 avqust 2023-cü il tarixdə X13 Hava Limanına birlikdə getməyi qərarlaşdırmışlar. 31 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsi ilə yaşadığı evə gəlib onu götürmüş və birlikdə X13 Hava Limanına getmişlər Həmin gün X13 Hava Limanı vasitəsi ilə o, X4 Dubay şəhərinə, Təqsirləndirilən şəxs isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İşlərini yekunlaşdırdıqdan sonra 02 sentyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının Dubay şəhərindən İstanbul şəhərinə getmişdir. İstanbul şəhərində olduğu müddətdə, qayıdan günədək, yəni İstanbul hava limanına gələnədək Təqsirləndirilən şəxs ilə görüşməmişdir. 04 sentyabr 2023-cü il tarixdə, 01 radələrində İstanbul hava limanında Təqsirləndirilən şəxs ilə görüşmüş və birlikdə Bakı şəhərinə geri qayıtmışlar. 04 sentyabr Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsi ilə onu yaşadığı evə aparıb çıxıb getmişdir. Bundan sonra 05-06 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə bibisi oğlu Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüşləri zamanı Təqsirləndirilən şəxs onun 07 sentyabr 2023-cü il tarixlərində işləri ilə əlaqədar X4 Dubay şəhərinə gedəcəyini və Dubay şəhərindən İstanbul şəhərinə gedəcəyini, İstanbul şəhərindən də Bakı şəhərinə geri qayıdacağını və bununla əlaqədar avibiletlər alacağını bilmişdir. Bundan sonra bibisi oğlu Təqsirləndirilən şəxs da geyim əşyaları almaq üçün ona Türkiyə Respublikasının İstanbul şəhərinə getmək istədiyini və onlayn qaydada avibilet almaqda çətinlik çəkdiyi üçün ona da özünün hava limanına gedəcəyi və qayıdacağı tarixlərə uyğun aviabiletlər almasını ondan xahiş etmiş, lakin aviabiletlərini pulunu Türkiyə Respublikasından geri qayıtdıqda ödəyəcəyini demişdir. O, da bunun problem olmadığını Təqsirləndirilən şəxs bildirmişdir. Təxminən 1 gün sonra “28 May” metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı tur şirkəti vasitəsi ilə özü üçün Bakı-Dubay, Dubay-İstanbul və İstanbul-Bakı aviareysləri üzrə, eləcə də Təqsirləndirilən şəxs üçün Bakı-İstanbul və İstanbul-Bakı aviareysləri üzrə avibiletlər almışdır. Təqsirləndirilən şəxs aviabiletlərinə 900 manat məbləğində pul vermişdir. Həmin gün Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə görüşmüş və aldığı aviabiletlərin elektron formatını Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs da bir daha aldığı aviabiletlərin pulunu Türkiyə Respublikasından geri qayıtdıqdan sonra verəcəyini ona demişdir. O, da bunun problem olmadığını Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra uçuş vaxtları eyni olduğu üçün Təqsirləndirilən şəxs ilə 07 sentyabr 2023-cü il tarixdə X13 Hava Limanına birlikdə getməyi qərarlaşdırmışlar. 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi minik nəqliyyat vasitəsi ilə yaşadığı evə gəlib onu götürmüş və birlikdə X13 Hava Limanına getmişlər. Həmin gün uçuş vaxtı bir qədər tez olduğu üçün Heydər Əliyev X11 öndə getmişdir. Təqsirləndirilən şəxs uçuş vaxtı bir qədər gec olduğu isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün qeydiyyata getmişdir. Getməmişdən qabaq Təqsirləndirilən şəxs zəng etmiş, lakin Təqsirləndirilən şəxs zənginə cavab verməmişdir. O, da uçuş vaxtı olduğu üçün Təqsirləndirilən şəxs gözləməyib Dubay şəhərinə getmişdir. Dubay şəhərində oğludu vaxt Təqsirləndirilən şəxs ona zəng etdiyini görüb Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mobil telefonla danışdıqları vaxt Təqsirləndirilən şəxs üstündə pul olduğu üçün gömrük əməkdaşları tərəfindən saxlanıldığını ona demişdir. O, da həmin pulun məbləğini soruşmuşdur. Təqsirləndirilən şəxs da üzərində 98700 ABŞ dolları məbləğində pul olduğunu və həmin pulun da gömrük əməkdaşları tərəfindən aşkar edilib götürüldüyünü ona demişdir. Həmin pulun haradan əldə etməsini Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs da qeyd edilən pulu haradan əldə etdiyini ona deməmiş, sonra ətraflı danışarıq deyə bildirmişdir. Onun 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində 98700 ABŞ dolları olması və həmin pul vəsaitini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirəcəyi barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli, 5/1337 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 987 ədəd 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, 01 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 13 sentyabr 2023-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi İstintaq şöbəsinin böyük müstəntiqi X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi yoxlama aparılması haqqında” 07 sentyabr 2023- cü il tarixli protokoldan görünür ki, X13 Hava Limanının T1 Terminalının gediş zalının A zonasındakı yoxlama otağında Təqsirləndirilən şəxs üzərində gömrük nəzarəti qaydasında şəxsi keçirilmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan və gömrük nəzarətindən gizlədilmiş malları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki alt paltarının-tumanının qabaq hissəsindən üzəri şəffaf yapışqanlı lentlə bağlanmış bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, Həmin bükümün üzərindəki yapışqanlı lent sökülmüş və büküm açılmışdır. Qeyd edilən büküm açıldıqda içərisindən gömrük nəzarətindən gizlədilmiş 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hər iki ayağının bud hissəsinə və dizinin aşağısında incik hissəsinə yapışqanlı lentlə yapışdırılmış ümumilikdə 4 (dörd) ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Qeyd edilən bükümlər açılmış, Təqsirləndirilən şəxs sol bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 150 (yüz əlli) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 15000 (on beş min) ABŞ dolları, sol incik sümüyünə yapışqanlı lentlə yapışdırlmış 1 (bir) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ bud sümüyünə yapışqanlı lentlə yapışdırılmış 1 (bir) ədəd bükümün içərisindən 200 (iki yüz) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları, sağ incik sümüyünə yapışqanlı lentlə yapışdırlmış 1 (bir) ədəd bükümün içərisindən 137 (yüz otuz yeddi) ədəd hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla ümumilikdə 13700 (on üç min yeddi yüz) ABŞ dolları aşkar edilmişdir Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 88700 ABŞ dolları olmaqla, gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 98700 ABŞ dolları götürülərək qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş, “Pul əskinaslarının maddi sübut kimi tanınmaları haqqında” 22 noyabr 2023-cü il tarixli qərara əsasən, iş üzrə Təqsirləndirilən şəxs gömrük nəzarətindən gizlətdiyi və şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş ümumilikdə xeyli miqdarda - 150790 manat dəyərində cəmi 88700 ABŞ dolları pul əskinasları isə törədilmiş cinayətin preameti olduqlarından maddi sübut kimi tanınmış və malların yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus “Celion Kail” sözləri yazılmış dəri materialından qara rəngli əl çantasının içərisindəki şəxsi əşyalarının arasından aşkar edilərək götürülmüş ümumilikdə 10000 ABŞ dolları hüquqpozma predmeti olmadığından özünə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş, “Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin X2 sisteminə (İAMAS SERVİCE) baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2013-cü il tarixdən 30 yanvar 2020-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasına, Gürcüstan, Rusiya Federasiyasına və Türkiyə Respublikasına səfərlər etmiş, sonuncu dəfə 31 avqust 2023cü il tarixdə, saat 11:05-də X13 Aeroportu vasitəsi ilə Türkiyə Respublikasının istanbul şəhərinə getmiş, 04 sentyabr 2023-cü il tarixdə, saat 05:56-da Türkiyə Respublikasının İstanbul şəhərindən X13 Aeroportu vasitəsi ilə Azərbaycan Respublikası vasitəsi ilə geri qayıtmışdır. Şahid6 04 sentyabr 2005-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək İran İslam Respublikasına, Türkiyə Respublikasına, Rusiya Federasiyasına və X4 Dubay şəhərinə mütəmadi səfərlər etmiş, 31 avqust 2023-cü il tarixdə, saat 11:06-da X13 Aeroportu vasitəsi ilə X4 Dubay şəhərinə getmiş, 04 sentyabr 2023-cü il tarixdə, saat 05:55-də Türkiyə Respublikasının İstanbul şəhərindən X13 Aeroportu vasitəsi ilə Azərbaycan Respublikası vasitəsi ilə geri qayıtmışdır. Şahid6 sonuncu dəfə 07 sentyabr 2023-cü il tarixdə, saat 10:18-də X13 Aeroportu vasitəsi ilə X4 Dubay şəhərinə getmiş, 12 sentyabr 2023-cü il tarixdə, saat 05:40-da Türkiyə Respublikasının İstanbul şəhərindən X13 Aeroportu vasitəsi ilə Azərbaycan Respublikası vasitəsi ilə geri qayıtmışdır. Təqsirləndirilən şəxs və Şahid6 oğlu 31 avqust 2023-cü il tarixdə X13 Aeroportu vasitəsi ilə birlikdə müvafiq olaraq İstanbul şəhəri və Dubay şəhəri istiqamətində ölkə hüdudlarını tərk etmiş, 04 sentyabr 2023-cü il tarixdə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərindən X13 Aeroportu vasitəsi ilə Azərbaycan Respublikası vasitəsi ilə geri qayıtmışlar. İş materiallarına əlavə edilmiş “DVD-R" diskə baxış keçirilməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə X13 Hava Limanınında gömrük nəzarəti zonasının fəaliyyət göstərdiyi 2-ci mərtəbəyə eskalatorla qalxıb eskalatorun önündə gözləyərək mobil telefon vasitəsi ilə kiminləsə danışması, daha sonra aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasının önündə gözləməsi, aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasının önündə gözlədiyi vaxt saat 10:55-də Şahid6 nəzarəti zonasının fəaliyyət göstərdiyi 2-ci mərtəbəyə eskalatorla qalxaraq aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında yerləşdirilmiş rentgen aparatına yaxınlaşaraq gömrük nəzarətindən keçməsi, Təqsirləndirilən şəxs da Şahid6 ardınca aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında yerləşdirilmiş rentgen aparatına yaxınlaşaraq gömrük nəzarətindən keçməsi, gömrük nəzarətindən sonra əvvəlcə Təqsirləndirilən şəxs, ondan bir qədər sonra isə Şahid6 pasport qeydiyyatından keçib ölkə hüdudlarını tərk etməsi müəyyən edilmişdir. 04 sentyabr 2023-cü il tarixdə, saat 05:57-də Təqsirləndirilən şəxs X13 Hava Limanının baqaj lentinə yaxınlaşıb gözləməyə başlamış, saat 06:11- də baqaj lentindən 01 ədəd açıq-boz rəngli çamadanını götürərək “Yaşıl kanal” xətti ilə hərəkət edərək görüntüdən itmişdir. Həmin gün, saat 06:09-da Şahid6 X13 Hava Limanının baqaj yaxınlaşıb gözləməyə başlamış, saat 06:13-də baqaj lentindən 01 ədəd qara rəngli çamadanını götürərək “Yaşıl kanal” xətti ilə hərəkət edərək görüntüdən itmişdir. 07 sentyabr 2023-cü ıl tarixdə, saat 10:12-də X13 Hava Limanınında gömrük nəzarəti zonasının fəaliyyət göstərdiyi 2-ci mərtəbəyə eskalatorla qalxaraq aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında yerləşdirilmiş rentgen aparatında saat 10:15-də gömrük nəzarətindən keçmiş və gömrük nəzarətindən keçdikdən sonra pasport qeydiyyatının aparıldığı yerə yaxınlaşıb pasportunu təqdim edərək gözləmişdir. Şahid6 gömrük nəzarətindən keçdiyi vaxt, yəni saat 10:15-də Təqsirləndirilən şəxs da X13 Hava Limanınında gömrük nəzarəti zonasının fəaliyyət göstərdiyi 2-ci mərtəbəyə eskalatorla qalxaraq saat 10:16-da özünə məxsus olan qara rəngli əl çantasını aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında yerləşdirilmiş rentgen aparatının lentinə qoyaraq rentgen aparatından keçmiş və rentgen aparatından keçdikdən sonra üzəri əllə səthi yoxlanılmış, həmin vaxt pasport qeydiyyatının aparıldığı yerin qarşısında gözləyən Şahid6 pasportunu qeydiyyat bölməsindən götürüb ölkə hüdudlarını tərk etmiş, Təqsirləndirilən şəxs isə üzəri əllə səthi yoxlanıldıqdan sonra gömrük orqanı əməkdaşları ilə ünsiyyət saxlamış və daha sonra gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş, “Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sistemində (“VAİS”-də) “Mərkəzi Bank” alt bölməsinə baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X2 Sisteminin (“VAİS”-in) “Mərkəzi Bank” alt bölməsində Azərbaycan Respublikası Mərkəzi Bankının hadisə baş verən vaxta, yəni 07 sentyabr 2023-ci il tarixə xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dollarının 1,70 manat təşkil etdiyi, beləliklə qeyd edilən tarixə gömrük orqanın bəyan etmədiyi və gömrük nəzarətindən gizlətdiyi 98700 (98700x1,70) ABŞ dollarının 167790 manat, gömrük nəzarətindən gizlətdiyi 88700 ABŞ dollarının isə (88700x1,70) 150790 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-in 206.3.2-ci maddəsindən Həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi İŞ-nin müstəntiqi, gömrük xidməti mayoru Vidadi Firəliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə xeyli miqdarda150790 manat dəyərində cəmi 88700 ABŞ dolları pul əskinasları cinayətin predmeti olduğundan 22 noyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınması və Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi Maliyyə və mühasibat uçotu şöbəsində saxlanılması nəzərə alınmışdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi Maliyyə və mühasibat uçotu şöbəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş 150790 manat dəyərində cəmi 88700 ABŞ dolları pul əskinaslarına münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmetinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi, Maliyyə və mühasibat uçotu şöbəsində saxlanılan bəyan edilməmiş 88700 (səksən səkkiz min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında, yəni 60136 (altmış min üç yüz on altı) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınsın və onun üzərində qəti olaraq 59136 (əlli doqquz min bir yüz otuz altı) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi, Maliyyə və mühasibat uçotu şöbəsində saxlanılan bəyan edilməmiş 88700 (səksən səkkiz min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-227/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-227/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver