Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-227/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2004-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qaranquş düşərgəsində olan nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə saat 17:40 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsində yerləşn ‘'Şüvəlan parkı”nda xx.xx.2010-cuil təvəllüdlü olmaqla yetkinlik yaşma çatmayan X2 ilə əlindən tutub söhbət etdiyi vaxt onları görən A.Əliquliyevanm atası Zərərçəkmiş şəxs məsələyə aydınlıq gətirməsi üçün onu şalvarının kəmərindən tutub parkın içərisində idman alətləri olan yerə apararaq ona belə hərəkətlərinə son qoymasını haqlı tələb edib iradını kobud formada bildirməsini cüzi səbəb kimi bəhanə edən Təqsirləndirilən şəxs etiraz əlaməti olaraq Zərərçəkmiş şəxs qəsdən qisas almaq üçün xuliqanlıq niyyətilə özünü ətrafdakılara qarşı qoyub, cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirib, birgə davranış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək qəflətən yumruğu ilə Zərərçəkmiş şəxs ənsə, təpə, sifət və bədəninin digər nahiyyələrindən bir neçə zərbə vurub yerə yıxmaqla döyərək Zərərçəkmiş şəxs qəsdən ənsə nahiyyəsinin, təpə nahiyyəsinin, alının, sol qaşın, sağ gözaltı nahiyyəsinin, üst dodağın əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid, sağ qulaqarxası nahiyyənin, sağ çiyin nahiyyəsinin qançırları kimi istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığına zərərvurmayan olduqlarına görə dərəcəsi təyin edilməyən və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olması ilə nəticələnib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan sağlamlığına az ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarətlər yetirərək xuliqanlıq niyyətilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan qabaq Şüvəlan parkında idman edən zaman Aygün adlı qız ilə tanış olmuşdur. Onlar Aygün ilə “İnstaqram” və “Tik-Tok” sosial şəbəkələri vasitəsi ilə danışmışlar. Aygünün 16 yaşının olduğunu bilmişdir. Aygünlə evlənmək istəmiş, lakin onun valideynləri razı olmamışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:30 radələrində Aygün ilə görüşüb parkta söhbət etmişlər. Bu zaman Aygünün atası Əlizadə gəlib onu tutmuşdur. Onun ayağı əməliyyat olduğuna görə qaça bilməmişdir. Əlizadə onu tuta-tuta arvadına zəng edib gəlməsini demişdir. Həmin vaxt həyacanlı olduğundan və qorxduğundan Əlizadəni vurub qaçmaq istəmişdir. Aygün onlardan bir qədər aralıda durmuşdur. Əlizadə ona bir dəfə şillə atmışdır. O, əli ilə bir dəfə Əlizadəyə zərbə endirmişdir. Lakin Əlizadə onu buraxmamışdır. Bu səbəbdən onun sifət nahiyyəsinə daha bir neçə dəfə zərbə endirmişdir. Nəhayət Əlizadə bu zərbələrin təsirindən yerə yıxılmışdır. O, idman çantasını götürərək oradan qaçıb evlərinə getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etdi ki, etdiyi əməldən səmimi peşmandır. Qeyd olunanları və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Aygün onun qızıdır. Aygün rəsm dərslərinə gedirmiş. Hadisədən bir neçə ay əvvəl Namiqin qızı ilə danışdığını bilmiş və ona qızının azyaşlı olduğunu deyərək uzaq durmasını demişdir. xx.xx.2024-cü il tarixdə işdən qayıdanda Aygünün evə gəlmədiyini bilib geri qayıtmışdır. Parka çatanda Aygünlə Namiqin yan-yana durduqlarını görmüşdür. Onlara yaxınlaşaraq Namiqə 1 dəfə şillə atrmış, lakin zərbəsi ona dəyməmişdir. Namiqi başa salmaq üçün kənara çəkmişdir. Gözləmədiyi halda Namiq onu itələmiş, o, isə yerə yıxılmışdır. Bu zaman telefonda əlindən yerə düşmüşdür. Bundan sonra Namiq onun başının arxasından nə isə küt alətlər zərbə ilə endirdiyini hiss etmişdir. Bu zərbələrin təsirindən üz nahiyyəsi qana bulanmışdır. Daha sonra onu Təcili Tibbi yardım maşını ilə 2 saylı Əfəndiyev X4 aparmışlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Əlizadə onun əridir. 21 noyabr 2024-cü il tarixdə evdə olan zaman 18 radələıində yoldaşı ona zəng vurub xırıltılı səslə Şüvəlan Parkda olduğunu demişdir. Dərhal parka getmişdir. Bu zaman həyat yoldaşı Parkın qarşısında pilləkənlərin üzərində otrumuşdur. Bundan sonra onun əhvalı pisləşmişdir. Bu zaman yoldan keçən maşınları saxlayaraq xəstəxanaya aparmışlar. İlk olaraq 26 saylı poliknikaya, ordanda X11nə aparmışdır. Orda ona ilkin Tibbi yardım göstərilmişdir. Daha sonra Neyrocərrahiyə xəstəxanasına aparmışlar. Daha əvvəl Namiqin qızı Aygünü istədiyini bilmişdir. Məhkəmə istintaqı zamanı (qanuni nümayəndənin iştirakı ilə) şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 qızı göstərmişdir ki, Əlizadə onun atasıdır. Namiq ilə parkda tanış olmuş və bir müddət “İnstaqram” sosial şəbəkəsi ilə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində rəsm kursuna getdiyi Gənclər evindən çıxdığı zaman Namiqlə görüşmüşdür. Namiqlə qucaqlaşan zaman atası onları görmüşdür. Atası Namiqin qolundan tutaraq nə etdiyini demişdir. O, qorxduğundan kənara çəkilmişdir. Atası Namiqi tutaraq kənarda olan oturacağa tərəf çəkmişdir. Atası Namiqə qızına nə edirsən deyib Namiqin üz nahiyyəsindən şillə ilə vurmuşdur. Bu zaman Atası telefon ilə anasına zəng vurmuşdur. Namiq atasının polisə zəng etdiyini düşünüb qorxaraq atasını itələmiş və üz nahiyyəsindən yumruqla vurmuşdur. Atası oturacağın üzərinə, ordanda yerə yıxılmışdır. Sonra Namiq oradan qaçmışdır. Atası yerdən duraraq əl-üzünü yumuşdur. Sonradan anası parka gəlmiş və atasını həkimə aparmşdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, hadisə yeri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan Parkın qarşısı olmuşdur. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 1432 saylı rəyindən görünür ki .Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə nahiyyəsinin, təpə nahiyəsinin, alının, sol qaşın, sağ gözaltı nahiyyənin, üst dodağın əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin, sağ qulaqarxası nahiyənin, sağ çiyin nahiyəsinin qançırları, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X11" X13 müraciətindən az əvvəl olmaqla qərarda göstətilən xx.xx.2024cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən ənsə nahiyyəsinin, təpə nahiyyəsinin, alının, sol qaşın, sağ gözaltı nahiyyənin, üst dodağın əzilmiş yaraları, sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyyənin qançırı istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya; burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər; sağ qulaqarxası nahiyənin, sağ çiyin nahiyəsinin qançırları isə istər birlikdə, istərsədə ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki,Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - şübhəli şəxsin tutulması haqqında 09 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Şahid1 yetkinlik yaşına çatmayan Şahid2 Əlizadsə qızınını qanuniu nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntıqı X3 vəsatəti əsasından Bakı şəhəri Xəzər Rayon Prokuroru baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən verilmiş təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüququi şəxsin xx.xx.2025-ci il tarixli 26-№-li rəyindən görünür ki:Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 2 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 dekabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən sərf etdiyi 15 saat vaxta görə 90 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 78 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-227/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-227/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver