Məhkəmə qərarları › İş №1(003)-228/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-228/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-228/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi3 və Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, 1) xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan,məhkumluğu olmayan, Bakı şəhəri Suraxanırayonu Yeni Günəşliqəsəbəsi “D” yaşayış massivi ev 21 mənzil 137-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin315.1-ci maddəsi ilə, 2) xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatdaolmaqla ünvan 2gə 4 ev 2-də yaşayan, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-126/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlamanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin315.1-ci maddəsi ilə və 3) xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Suraxanı rayonu Şərq massividöngə 4 ev 10A-da qeydiyyatda olmaqla ünvan 2gə 4 ev 2-də yaşayan, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 127/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 250/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 315.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində J2 012 saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən X13 Aeroportuna uçub gəldikdən sonra saat 18:00 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postunun rəisi, gömrük xidməti polkovniki Zərərçəkmiş şəxs1 və postda xidmət aparan digər gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 9.3, 9.4, 21.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5, 3.1, 3.3, 3.7-ci bəndlərinə əsasən ona, həmçinin eyni təyyarədə gəlməklə fərdi qaydada ticarətlə məşğul olan Təqsirləndirilən şəxs2, sonuncunun qardaşı Təqsirləndirilən şəxs3 və digərlərinə yüklərində şübhəli əşyaların olması ehtimalı ilə “Terminal-1 X16” Gömrük Postunda “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə yüklərin bəyannamə üzrə növbə ilə yenidən gömrük yoxlamasından keçməli olması bildirilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilməklə “Terminal-1 X16” Gömrük Postunda xidmət aparan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin tikinti və təchizat şöbəsinin texniki Zərərçəkmiş şəxs2 və digər işçilərlə həmin yoxlama həyata keçirilərkən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gömrük əməkdaşlarının qanuni tələblərinə tabe olmaq istəməyərək mübahisə etməklə müqavimət göstərməyə başlamış və saat 18:30 radələrində barələrində qanuni tədbir görülməsi üçün pasportlarını müvafiq aktlarla birlikdə oraya dəvət edilmiş polis əməkdaşlarına təqdim edən gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 yaxasından əli ilə tutub sıxmaqla özünə tərəf dartaraq hədələyib pasportunu tələb etməklə təsir göstərmiş, post rəisi Zərərçəkmiş şəxs1 gömrük əməkdaşlarının köməyi ilə əlindən çıxıb kənara çəkildikdən sonra isə onunla həmrəy olmuş Təqsirləndirilən şəxs3 postun rəisi Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əli və ayağı ilə zərbələr endirməyə başlamış, həmçinin sonuncudan ayırmaq üçün tutub kənara çəkən texnik Zərərçəkmiş şəxs2 yumruqla vurmağa səy göstərmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 texnik Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla zərbə endirərək sonuncuya ağızın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş,bununla da tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində J2 012 saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən X13 Aeroportuna uçub gəldikdən sonra saat 18:00 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postunun rəisi, gömrük xidməti polkovniki Zərərçəkmiş şəxs1 və postda xidmət aparan digər gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 9.3, 9.4, 21.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5, 3.1, 3.3, 3.7-ci bəndlərinə əsasən ona, həmçinin eyni təyyarədə gəlməklə fərdi qaydada ticarətlə məşğul olan qardaşı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və digərlərinə yüklərində şübhəli əşyaların olması ehtimalı ilə “Terminal-1 X16” Gömrük Postunda “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə yüklərin bəyannamə üzrə növbə ilə yenidən gömrük yoxlamasından keçməli olması bildirilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilməklə “Terminal-1 X16” Gömrük Postunda xidmət aparan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin tikinti və təchizat şöbəsinin texniki Zərərçəkmiş şəxs2 və digər işçilərlə həmin yoxlama həyata keçirilərkən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gömrük əməkdaşlarının qanuni tələblərinə tabe olmaq istəməyərək mübahisə etməklə müqavimət göstərməyə başlamış və saat 18:30 radələrində onunla həmrəy olan Təqsirləndirilən şəxs1 barələrində qanuni tədbir görülməsi üçün pasportlarını müvafiq aktlarla birlikdə oraya dəvət edilmiş polis əməkdaşlarına təqdim edən gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 yaxasından əli ilə tutub sıxmaqla özünə tərəf dartaraq hədələyib pasportunu tələb etməklə təsir göstərdikdən, qardaşı Təqsirləndirilən şəxs3 isə gömrük əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 əlindən çıxıb kənara çəkilmiş post rəisi Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əli və ayağı ilə zərbələr endirməyə başladıqdan, həmçinin sonuncudan ayırmaq üçün tutub kənara çəkən texnik Zərərçəkmiş şəxs2 yumruqla vurmağa səy göstərdikdən sonra, o da texnik Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla zərbə endirərək sonuncuya ağızın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da qardaşı Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində J2 012 saylı Dubay-Bakı aviareysi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən X13 Aeroportuna uçub gəldikdən sonra saat 18:00 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postunun rəisi, gömrük xidməti polkovniki Zərərçəkmiş şəxs1 və postda xidmət aparan digər gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 9.3, 9.4, 21.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1.5, 3.1, 3.3, 3.7-ci bəndlərinə əsasən ona, həmçinin eyni təyyarədə gəlməklə fərdi qaydada ticarətlə məşğul olan qardaşı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digərlərinə yüklərində şübhəli əşyaların olması ehtimalı ilə “Terminal-1 X16” Gömrük Postunda “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə yüklərin bəyannamə üzrə növbə ilə yenidən gömrük yoxlamasından keçməli olması bildirilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilməklə “Terminal-1 X16” Gömrük Postunda xidmət aparan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin tikinti və təchizat şöbəsinin texniki Zərərçəkmiş şəxs2 və digər işçilərlə həmin yoxlama həyata keçirilərkən, qardaşı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə gömrük əməkdaşlarının qanuni tələblərinə tabe olmaq istəməyərək mübahisə etməklə müqavimət göstərməyə başlamış, onlarla həmrəy olan Təqsirləndirilən şəxs1 saat 18:30 radələrində barələrində qanuni tədbir görülməsi üçün pasportlarını müvafiq aktlarla birlikdə oraya dəvət edilmiş polis əməkdaşlarına təqdim edən gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 yaxasından əli ilə tutub sıxmaqla özünə tərəf dartaraq hədələyib pasportunu tələb etməklə təsir göstərdikdən və post rəisi Zərərçəkmiş şəxs1 gömrük əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs1 əlindən çıxıb kənara çəkildikdən sonra, o,post rəisi Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əli və ayağı ilə zərbələr endirməyə başlamış, həmçinin sonuncudan onu ayırmaq üçün tutub kənara çəkən texnik Zərərçəkmiş şəxs2 yumruqla vurmağa səy göstərmiş, daha sonra isə qardaşı Təqsirləndirilən şəxs2 texnik Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla zərbə endirərək sonuncuya ağızın selikli qişasının səthi əzilmiş yarası kimi sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bununla da qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı- Dubay aviareysi ilə ticarət məqsədi ilə Dubay şəhərinə getmiş və orada 5 qutu xurma, 1 kisə düyü və 5 ədəd quru çayı öz evində istifadə etmək üçün, müxtəlif elektronik malları, 1 ədəd elektron qol saatı, 1 ədəd “play station”, 2 ədəd oyun pultu, 2 ədəd parfüm, 1 ədəd “Mİ” markalı kamera, 1 ədəd SSD-yaddaş kart, 1 ədəd HDD-yaddaş kartı və 4 ədəd 64 gb-lıq mikro kartları isə tanışlarına hədiyyə məqsədi ilə almışdır. Dubaydan aldığı ətirləri Rusiya və Ukraynaya göndərərək orada satışını həyata keçirir. xx xxxx 2020-ci il tarixdə saat 14:30-da Dubay-Bakı aviareysi ilə gələrək saat 17:00-da Bakı şəhərinə eniş etmişlər. Sərhəd-keçid məntəqəsini keçdikdən sonra öz baqajlarını təhvil almaq üçün gömrük zonasına gəlmişlər. Baqajını təhvil alaraq gömrük postunun gəliş zalına gəldikdə, mülki geyimdə olan – sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 ortada gəzərək yoxlamanı özünün həyata keçirəcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 kim olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs1 onunla bərabər eyni aviareyslə gələn 9 nəfəri axıra saxlayaraq bildirmişdir ki, hər biri monitordan keçəcək, hər birini şəxsən yoxlayacaq. Zərərçəkmiş şəxs1 ona da burada olan monitorda və sonradan yoxlama otağında baqajını yoxlayacağını bildirmiş və ondan bəyannamə ilə pasportunu tələb etmişdir. Həmin şəxsdən özünü təqdim etməyi xahiş etsə də, o, “dövlətlə dövlətçilik eləmə” sözlərini demiş, ona görə pasport və bəyannaməsini təqdim etmiş və mallarını yoxlama otağına aparmışdır. Gömrük əməkdaşı onun mallarını açaraq baxdıqdan sonra, öz mallarını qablaşdırıb yenidən çıxışa gətirmişdir. Zərərçəkmiş şəxs1 isə qərəzli şəkildə heç bir səbəb olmadan ona demişdir ki, mallarını yenidən yoxlayacaq. Mallarını yenidən yoxlama otağına aparmış və bu dəfə gömrük əməkdaşı malları yoxladıqdan sonra elektronik avadanlıqları heç bir sənədləşdirmə aparmadan götürmüş, digər ərzaq malları isə ona qaytarılmışdır. Heç bir irad bildirmədən gəlib pasportunu alıb çıxıb getmək istəmiş və ona görə orada olan xanım əməkdaşa yaxınlaşıb pasportunu istəmiş, xanım əməkdaş isə Zərərçəkmiş şəxs1 göstərərək pasportun onda olduğunu bildirmişdir. Sadəcə bundan hirslənərək pasportunu Zərərçəkmiş şəxs1 şifahi şəkildə istəmiş, o isə ona heç bir məhəl qoymamışdır. Bundan hirslənərək Zərərçəkmiş şəxs1 gödəkçəsinin yaxasından tutaraq hirsli şəkildə sənədlərini verməsini tələb etmişdir. Onunla gələn digər şəxslərlə artıq Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs1 qarşı hər hansı xəsarət yetirmək, təzyiq, müqavimət göstərmək fikri olmamış və belə hərəkətləri də etməmişdir. Mübahisə nəticəsində orada onunla birlikdə gələn şəxslərdən adının Emin olduğunu bildiyi şəxsin əsəbiləşərək huşunu itirib yerə yıxıldığını görmüş və yardım etmişdir. Bundan sonra digər tərəfdə də qarışıqlıq düşdüyünü görmüş, lakin heç nəyə müdaxilə etməmişdir. Yuxarıda göstərdiyi kimi, hadisədən sonra bilmişdir ki, həmin mülki geyimli şəxs adı Asim olan post rəisi olmuşdur və qeyri-iş günündə gəlib belə bir hərəkətlər etmişdir. Sonradan polis əməkdaşlarının göstərişi ilə polis bölməsinə getmiş və orada izahat vermişdir. Bir daha bildirir ki, hadisə vaxtı gömrük və ya polis əməkdaşlarına qarşı güc tətbiq etməmiş, sadəcə Asim adlı gömrük postunun rəisinin yaxasından tutaraq öz sənədini tələb etmişdir. xx xxxx 2020-ci il tarixdə göy rəngli köynək geyinmiş və uzun saqqalı olmuşdur. Bu barədə istintaqda bildirmiş və təqdim olunan videogörüntüdə olduğunu göstərmişdir. Hadisə vaxtı ona qarşı gömrük və ya polis əməkdaşlarından fiziki zor tətbiq edən, xəsarət yetirən olmamışdır. Emin və Təqsirləndirilən şəxs3 qardaşlarını yol yoldaşı kimi tanımasına və xx xxxx 2020-ci il tarixdə eyni aviareys ilə Dubay şəhərindən Bakıya gəlmələrinə baxmayaraq, həmin qardaşlarla yaxın münasibəti və gömrük əməkdaşlarına qarşı həmrəyliyi olmamışdır. Sadəcə gömrük əməkdaşlarının və post rəisinin göstərişlərinə riayət etdikdən sonra Zərərçəkmiş şəxs1 onun pasportunu polis əməkdaşlarına verməsindən hiddətlənərək özünü cilovlaya bilməmiş və hirsli şəkildə davranmışdır. Himayəsində üç azyaşlı uşağı vardır. Özünü təqsirli bilmir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 315.1-cimaddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, rəsmən heç yerdə işləməsə də, X3 Dubay şəhərinə təyyarə ilə gedərək oradan az miqdarda müxtəlif mallar alıb gətirərək Bakı şəhərində satmaqla məşğul olur. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda deyil, lakin xaricdən gətirdiyi mallarla bağlı gömrük ödənişlərini həmişə ödəmişdir. Kiçik qardaşı Təqsirləndirilən şəxs3 da rəsmən işləmir və arada onunla birlikdə Dubay şəhərinə gedərək mal gətirib Bakıda satır.xx xxxxxx 2020-ci il tarixdə Elmin ilə Bakı-Dubay aviareysi ilə ticarət məqsədi ilə Dubay şəhərinə uçub getmişlər və Dubayda 10 kq meyvə, qadın paltarları, protein, 01 ədəd qulaqcıq və sair xırdavat almışlar. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə uçmuşlar və saat 17 radələrində təyyarə Bakı şəhərindəki X13 Aeroportuna eniş etmişdir.Sərhəd keçid məntəqəsini keçdikdən sonra Elminlə hərəsi özünə aid iki ədəd baqajı götürüb“Qırmızı kanal”adlanan zonaya getmişlər ki, orada üzərinə qırmızı lent yapışdırılmış hərəsinin bir ədəd baqajı təkrar yoxlamadan keçirilsin. Çünki hər birinin bir baqajına təyyarədən düşürüldükdən sonra ilkin gömrük yoxlaması zamanı içərisində şübhəli yük olması güman edilərək qırmızı lent yapışdırılmışdır. “Qırmızı kanal” zonasında onlarla təyyarə ilə gəlmiş və baqajları yoxlanılmalı olan başqa sərnişinlər də olmuşdur. Elminlə növbəyə durub öz növbələrini gözləməyə başlamışlar və uzun müddət gözləsələr də, baqajların yoxlanılması uzanmışdır. Həmin müddətdə Elminlə gətirdikləri mallarla bağlı gömrük bəyannaməsi də yazmışdır. Onun, qardaşının və təxminən 8-9 nəfər alverçinin baqajları təxminən saat yarım həmin zonada ləngidilmiş və ona görə digərləri gömrük işçilərinə narazılıq etməyə başlamışlar ki, nəyə görə baqajların yoxlanılması və verilməsi qəsdən gecikdirilir. O, öz baqajını götürüb monitorun üstünə qoymuşdur ki, yoxlamadan keçsin. Həmin vaxt əvvəllər Dubaya gedib-gələrkən orada görüb tanıdığı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 bəyannamə yazıb-yazmadığını soruşmuşdur.Bəyannaməni Zərərçəkmiş şəxs1 təqdim etmiş və növbəsini gözləməyə başlamışdır.Birdən Zərərçəkmiş şəxs1 hamıya bildirmişdir ki, bir-bir otağına gömrük yoxlanışına daxil olsunlar. Bu zaman malları ləngidilən və əksərən alverçilər olan şəxslər narazılıq edərək Zərərçəkmiş şəxs1 ilə öz aralarında sözlə mübahisə etməyə başlamışlar.Zərərçəkmiş şəxs1 da zəng vuraraq polisləri çağırmış, lakin gələn polis əməkdaşları mübahisəyə müdaxilə etmədən kənarda dayanaraq müşahidə etməyə başlamışlar.Həmin vaxt Zərərçəkmiş şəxs1 mübahisə edənlərin xarici pasportlarını gələn polislərə vermişdir ki, barələrində akt yazılsın. Zərərçəkmiş şəxs1 yaxınlaşıb pasportunun harada olduğunu soruşduqda, o, onun pasportunu çağırdığı polislərə vermişdir ki, onun barəsində də akt yazılsın. Zərərçəkmiş şəxs1 öz etirazını bildirərək demişdir ki, heç bir pis hərəkət etmədiyi və mübahisə etmədiyi halda, nəyə görə pasportunu polislərə akt yazmağa vermişdir. Zərərçəkmiş şəxs1 isə cavabında bildirmişdir ki, “mən sizi polisə ona görə verdim ki, məsələ aydınlaşdırılsın”. Oda mobil telefonunu götürüb videokamerasını açıq vəziyyətə gətirərək Zərərçəkmiş şəxs1 çəkməklə nəyə görə pasportunu polislərə verməsini soruşmuş,Zərərçəkmiş şəxs1 isə guya malları təqdim etmədiyini bildirmiş,mobil telefonunu əlindən almaq istəmiş, həmçinin içəridən gömrükçüləri çağırıb kömək istəmişdir. O, geriyə çəkilərək əli ilə monitorun üstündəki mallarını Zərərçəkmiş şəxs1 göstərərək demişdir ki, malları hələ heç monitoru keçməmişdir və ona görə hələ mallarını təqdim edə bilməmişdir. Oradakı polis əməkdaşlarına yaxınlaşaraq pasportunun nəyə görə verildiyini soruşduqda, polislər idarədə bunu aydınlaşdıracaqlarını sakitcə demişlər. Sonra əlində mobil telefonla çəkiliş apara-apara monitorun yanında digər narazı şəxslərlə söhbət edən Zərərçəkmiş şəxs1 yaxınlaşıb bir daha pasportunu nəyə görə əsassız yerə aldığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə yenə dəqiq bir cavab verməmişdir. O,bundan əsəbiləşmişdir. Həmin vaxt ətraflarında onun kimi pasportları alınan digərləri və Elmin də olmuşdur. Elminin pasportu isə hələ özündə olmuşdur və mallarını monitora qoymayaraq öz növbəsini gözləmişdir. Zərərçəkmiş şəxs1 sözlərindən əsəbiləşdiyi üçün birdən qəflətən özünü çox piss hiss etmiş və ani olaraq huşunu itirərək yerə yıxılmışdır.Yanlarında olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qarşı nə etməsini xatırlamır.Yerə yıxıldıqdan sonra bir neçə saniyə özündə olmamış və su verilməklə ayıldılmışdır.Ayıldıqda Elminin onun yanında olmadığını görüb,qardaşına görə çox narahat olmuş və onu axtarmağa başlamışdır. Bir də görmüşdür ki, monitorun arxa tərəfində çoxlu adamlar toplaşmışlar.Elminin həmin adamların arasında olmasını düşünərək ora istiqamətində qaçmış və oradakı adamların yanına çatanda adamları əli ilə aralayaraq Elmini axtarmağa başlamışdır.Lakin qarışıqlıq olduğundan Elmini görə bilməmişdir. Həmin vaxt əli ilə gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 vurmağını xatırlamır,çünki özündə olmamışdır. Sonra isə necə olmuşdursa monitorun arxa tərəfindən qarşısına keçərək şüşə qapıdan bayıra çıxmış və görmüşdür ki,polis əməkdaşları Elminin qolundan tutaraq aparırlar. Qardaşını haraya apardıqlarını soruşduqda, polislər qardaşının Hava limanındakı Polis idarəsinə aparıldığını bildirmişlər. Ona görə Polis idarəsinə getmişdir. Polis idarəsində həmin hadisə vaxtı onun gömrük əməkdaşlarından bir nəfəri yumruqla ağzından vurduğu danışılarkən, o,bildirmişdir ki, hadisə vaxtı özünü pis hiss edərək huşunu itirdiyindən sonradan nələr baş verdiyini xatırlamır,əgər qardaşını adamların arasında axtararkən əli kiməsə dəyibsə də, bunu qəsdən etməmişdir, bu, təsadüfən olmuşdur və buna görə üzr istəyir.Polis idarəsində izahatları alındıqdan sonra isə Elminlə sərbəst buraxılmışlar. Hadisədən bir neçə gün sonra Aeroporta gedərək orada saxlanılan yüklərini hesablanmış gömrük rüsumunu ödəməklə təhvil almışdır.Həmin hadisə vaxtı ağzından xəsarət almış Zərərçəkmiş şəxs2 yalnız onun əli dəymişdir,bildiyinə görə Elmin Hüseyni vurmamışdır. İlk dəfə törətdiyi həmin hərəkətlərinə görə çox peşmandır, böyük mənəvi sarsıntı keçirir. Bu barədə gömrük əməkdaşlarına da bildirmiş və üzrxahlıq edərək bağışlanmasını xahiş etmiş, onlarla barışmaq üçün çoxsaylı cəhdlər etmiş, lakin gömrük əməkdaşları onunla insan kimi barışdıqlarını, gömrük əməkdaşları kimi isə barışmadıqlarını bildirmiş və rəsmi barışıq əldə olunmamışdır. Belə bir hadisənin baş verməsini arzulamamış və bu cür nəticəyə səbəb olacağını təsəvvür etməmişdir. Himayəsində üç azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 315.1-cimaddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, rəsmən heç yerdə işləmir və bir ilə yaxındır ki, fərdi qaydada ticarətlə məşğul olmaqla arada qardaşı Təqsirləndirilən şəxs2 ilə X3 Dubay şəhərinə təyyarə ilə gedərək oradan az miqdarda müxtəlif mallar alıb gətirərək Bakı şəhərində satırlar. xx xxxxxx 2020-ci il tarixdə Emin ilə Bakı-Dubay aviareysi ilə ticarət məqsədilə BƏƏ-nin Dubay şəhərinə uçub getmişlər və oradan müəyyən mallar aldıqdan sonra xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Eminilə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə uçmuşlar. Saat 17:00 radələrində Bakı şəhərindəki X13 Aeroportuna eniş etdikdə sərhəd-keçid məntəqəsini keçdikdən sonra öz baqajlarını təhvil almaq üçün gömrük zonasına gəlmişlər. Baqajlarını təhvil alaraq gömrük bəyannaməsini yazıb dolduraraq malların yoxlaması üçün “Qırmızı kanal” adlanan yerə gəlmişlər. Hərəsinin iki ədəd baqajı olmuşdur ki, hər birinin bir baqajı üzərinə qırmızı rəngli yapışqanlı lent vurulmuşdur. Adətən təyyarədən baqajlar düşürülərkən oradakı gömrükçülər monitora ilkin olaraq baxdıqda baqajda nəsə şübhəli əşya olmasını güman etdikdə belə qırmızı lent vurulur və həmin baqaj “Qırmızı kanal” adlanan zonada bir daha açılaraq bəyannamə əsasında yoxlanılır. Qaydaya əsasən baqajları “Qırmızı kanal” zonasında təkrar gömrük yoxlamasından keçərkən artıq və ya qadağan olunan mal aşkar olunmadığı halda baqajları özlərinə qaytarılmaqla oradan sərbəst çıxmalı idilər. “Qırmızı kanal” zonasına çatdıqda görmüşlər ki, adının Zərərçəkmiş şəxs1 olduğunu və həmin gömrük postunun rəisi olduğunu sonradan bildiyi mülki geyimdə olan bir nəfər kişi hamını sıraya düzür və bir-bir yoxlayacağını bildirir. Etiraz etmədən sıraya düzülmüşlər və yoxlamadan keçmələrini gözləməyə başlamışlar. Onlarla eyni təyyarə ilə gəlmiş təxminən 5-6 nəfər sərnişin “Qırmızı kanal” zonasında qarşıda gömrük yoxlamasından keçməli idilər. Həmin vaxt post rəisi Zərərçəkmiş şəxs1 ilə yoxlamadan keçməli qarşıdakı sərnişinlər arasında nəyə görəsə sözlə mübahisə yaranmış, sərnişinlərin bir neçəsi Zərərçəkmiş şəxs1 etirazlarını bildirmişlər. Qarşıdakı sərnişinlərin etirazından sonra Zərərçəkmiş şəxs1 polis əməkdaşlarını çağıraraq səsini çıxaran hər bir kəsin pasportunu polis əməkdaşlarına verməyə başlamışdır və buna görə digər sərnişinlərlə Zərərçəkmiş şəxs1 arasında mübahisə daha da uzanmışdır. Qardaşı Emin də öz pasportunu və gömrük bəyannaməsini Zərərçəkmiş şəxs1 təqdim edərək bildirmişdir ki, onların baqajları monitordan keçirilərək yoxlanması təmin edilib yola salınsınlar. Zərərçəkmiş şəxs1 isə Eminin pasportunu polis əməkdaşlarına təqdim edərək qardaşı barəsində də akt tərtib olunmasını tapşırmışdır. Buna görə Emin əsəbiləşərək Zərərçəkmiş şəxs1 öz etirazını bildirmiş, nəyə görə pasportunun polisə təqdim edilməsini və barəsində akt tərtib olunmasını tapşırdığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 suallara cavab verməmiş və bundan sonra Emin öz mobil telefonu ilə çəkiliş aparmaqla ondan özünü təqdim etməsini tələb etmiş, nəyə görə pasportunu aldığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə demişdir ki, guya baqajı təqdim etmədiyi və ona mane olduğu üçün pasportunu polislərə vermişdir. Bu məzmunda sağ tərəfdəki monitorun yaxınlığında mübahisə olarkən sərnişinlərdən əsəblərinə sahib ola bilməyən, adının Elnur olduğunu sonradan bildiyi bir kişi əli ilə Zərərçəkmiş şəxs1 yaxasından yapışaraq nəsə deməyə başlamışdır. Həmin vaxt ətrafdakılarla birlikdə onları aralamağa çalışmışdır. Bu zaman baş verənlərdən Emin öz hisslərinə hakim ola bilməyərək özündən gedib qəflətən yerə yıxılmışdır. Bunu görən kimi dərhal yerə yıxılmış Emini tutaraq çevirib yardım etməyə çalışmışdır. Lakin Emin özünə gəlmədiyindən, qardaşı ilə baş verənlərdə Zərərçəkmiş şəxs1 təqsirli olduğunu düşünmüş və ona görə monitorun digər tərəfinə gedib onun üzərinə qaçaraq nəyə görə belə etdiyini soruşmaq istəmişdir. Bunu görən Zərərçəkmiş şəxs1 onu vuracağını zənn edərək ona tərəf təpik atmış və o da öz növbəsində belə şəraitdə özünü saxlaya bilməyərək Zərərçəkmiş şəxs1 tərəf təpik atmışdır. Yaxınlıqda olan gömrük işçiləri tez onu tutub aralamışlar. Həmin vaxt gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 yumruq zərbəsi atıbatmadığı yadına gəlmir. Lakin bildiyinə görə Hüseyni vurmamışdır. Həmin vaxt artıq hamı ətraflarına toplaşmış və onu polis əməkdaşları tutaraq oradan çölə çıxarmaq istəmişlər. Emini qıc olmuş vəziyyətdə orada saxlayıb getməmək üçün polislərin onu buraxmasını əvvəl tələb etmiş, lakin sonra Eminin ayaq üstə durduğunu görüb sakitləşmiş və polis əməkdaşlarına tabeçilik göstərərək aeroportdakı Polis İdarəsinə getmişdir. Eminin kimisə vurub-vurmadığını görməmişdir. Onun gömrük əməkdaşlarına qarşı güc tətbiq etmək fikri olmamış, sadəcə ifadəsində göstərdiyi kimi, Eminin Zərərçəkmiş şəxs1 hərəkətlərinə görə halının qəflətən pisləşərək yerə yıxılması hadisəsi ona çox pis təsir etdiyindən və qardaşına görə narahat olduğundan emosional vəziyyətə düşüb hərəkətlərinə fikir verməyərək Zərərçəkmiş şəxs1 üstünə qaçmışdır. Gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 onu ayıranlardan biri olmasını istisna etmir, lakin həmin şəxsi qəsdən vurmamışdır. Ola bilsin ki, Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyi zaman Hüseyn onu digərləri ilə birlikdə tutub aralayarkən, özü də istəmədən təsadüfən əli Hüseynə dəymişdir. Həmin hadisə vaxtı onu vuran və ya paltarını cıran olmamışdır. İlk dəfə törətdiyi həmin hərəkətlərinə görə çox peşimandır, böyük mənəvi sarsıntı keçirir. Bu barədə gömrük əməkdaşlarına da bildirmiş və üzrxahlıq edərək bağışlanmasını xahiş etmiş, onlarla barışmaq üçün çoxsaylı cəhdlər etmiş və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmişdir. Hazırda həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Belə bir hadisənin baş verməsini arzulamamış və bu cür nəticəyə səbəb olacağını təsəvvür etməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postunun rəisi Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə “Terminal-1 X16” Gömrük Postunun gəliş zalında xidmətdə olduğu zaman, saat 17 radələrində 012 saylı Dubay-Bakı aviareysi Bakı X15 yerə enmişdir. Adətən Dubay-Bakı aviareysindən kiçik ticarətlə məşğul olan və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə müxtəlif kateqoriyalı mallar keçirmək istəyən şəxslər daha çox istifadə edirlər. Həmin aviareyslə gələn bir qrup sərnişin baqaj lentindən baqajlarını götürdükdən sonra “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək üçün həmin kanala yaxınlaşmışlar. Belə ki, sərnişinlər üzərində gömrük orqanlarına bəyan olunacaq əşyalar olduğu halda, “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk edirlər. Onların çantaları monitor vasitəsi ilə yoxlamadan keçirilərkən şübhəli əşyaların olması ehtimalı olduğu üçün çantaların üzərinə qırmızı lent vurulmuşdur və həmin çantalar yenidən gömrük yoxlamasından keçirilməli idi. Əvvəlcədən sadələşdirilmiş gömrük bəyannaməsi yazmış həmin şəxslərə yüklərini növbə ilə monitordan keçirmələrini və bəyannamə üzrə malların yoxlanılacağını bildirmişdir. Həmin şəxslər guya özlərinin gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirmiş və onunla mübahisə etməyə başlamışlar. Onlardan narahatçılıq yaratmamalarını xahiş edərək növbəyə keçməklə, ardıcıl olaraq yoxlamadan keçmələrini istəmişdir. Həmin X4 gömrük postuna yaxınlaşaraq narazılıq bildirməyə başlamış və qısa müddət ərzində özünün yoxlanmasını tələb etmişdir. O və digər gömrük əməkdaşları Müşviqin sırada dayanmasını və növbəli şəkildə yoxlanılaraq yola salınacaqlarını bildirmişlər. Lakin Müşviq və sonradan ona yaxınlaşmış Zaur Məmmədov ilə Təqsirləndirilən şəxs1 də narazılıq etməyə başlamışlar. O və digər gömrük əməkdaşları həmin şəxslərə və sonuncularla birlikdə olan digər şəxslərin qaydalara riayət etmələrini, növbəni pozmamalarını tələb etdikdə, onlar sözlə mübahisə edib narazılıq etməyə başlamışlar. Həmin şəxslərin onların sözlərinə məhəl qoymamalarını görüb, baş vermiş hadisə və adı çəkilən reyslə keçmək istəyən bir neçə şəxsin yol verdikləri qayda pozuntuları ilə bağlı X14 İdarəsinə məlumat verməklə, narazılıq edən şəxslərin barələrində qanuni tədbir görülməsindən ötrü polis əməkdaşlarını dəvət etmişlər. X14 İdarəsinin polis əməkdaşları “Terminal-1 X16” Gömrük Postuna gəldikdən sonra, o, narazılıq edənlərin və sonuncularla birlikdə Bakı-Dubay aviareysi ilə gələn tanışlarının pasportlarını polis əməkdaşlarına təhvil vermişdir. Bu şəxslərdən Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq pasportunun polis əməkdaşlarına təhvil verilməsinin səbəbini aydınlaşdırmaq istəməklə, kobud şəkildə narazılıq etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 narazılıq etdikləri, göstərişlərə əməl etməmələri və Bakı-Dubay aviareysi ilə gətirdiyi yüklərin yoxlamadan keçirilməsinə maneçilik törətmələri səbəbindən həmin şəxslərə aid pasportların polis əməkdaşlarına verdiyini izah etmiş və yenə də Təqsirləndirilən şəxs2 asayışı pozmamasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq çəkiliş etməyə cəhd etmiş, onun sözlərinə məhəl qoymadan öz hərəkətlərini davam etmiş və ona tərəf gəlmişdir. Həmin vaxt ətraflarına çoxsaylı insanlar toplaşmış və Təqsirləndirilən şəxs2 yanında dayanan Təqsirləndirilən şəxs1 sağ əli ilə onun sinə nahiyəsindən tutub sıxmaqla, özünə tərəf dartmağa başlamışdır. Bu zaman yanında olan gömrük əməkdaşları Zərərçəkmiş şəxs2 və Şahid1 onu Təqsirləndirilən şəxs1 əlindən alaraq kənara çəkmişlər. Təqsirləndirilən şəxs2 isə yerə uzanaraq guya səhhətində narahatçılığın yaranması görüntüsünü yaramağa cəhd etmişdir. Sonra Təqsirləndirilən şəxs2 yanında olan qardaşı Təqsirləndirilən şəxs3 ona tərəf qaçaraq, əlləri və ayaqları ilə onun qarın və ayaqlarına zərbələr endirmişdir. Həmin vaxt yanında olan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 kənara çəkərək ondan ayırmağa çalışmış, bu zaman Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 da əli ilə zərbə endirmişdir. Təqsirləndirilən şəxs2 isə qardaşının dalaşdığını görüb, qardaşını ondan ayıran Hüseynə arxadan yaxınlaşaraq, əli ilə onun sifət nahiyəsindən zərbə endirmiş, nəticədə Zərərçəkmiş şəxs2 dodaq və ağız boşluğundan travma almışdır. Həmin şəxslərin polis əməkdaşlarına təhvil verilməsi ilə bağlı akt hazırlanmış, polis əməkdaşları onları Heydər Əliyev X8 ərazisində yerləşən X14 İdarəsinə aparmışlar. Bir daha bildirir ki, həmin şəxslər mütəmadi olaraq Dubay şəhərindən kommersiya məqsədli mallar gətirərək Bakı şəhərində realizəsini həyata keçirənlərdir. Odur ki, o və digər gömrük əməkdaşları ilə həmin şəxslər bir-birini tanıyırlar. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində baş vermiş hadisədə onun sinə nahiyəsindən tutub itələməklə, özünə tərəf dartmağa cəhd edən Təqsirləndirilən şəxs1, onun qarın və ayaq nahiyyəsinə əlləri və ayaqları ilə zərbələr endirən Təqsirləndirilən şəxs3 olmuş, gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qardaşları vurub xəsarət yetirmişlər. Təqsirləndirilən şəxslər ötən müddət ərzində ona dəfələrlə müraciət edərək üzrxahlıq edib barışmaq istədiklərini bildirmiş və o, onlarla bir insan kimi barışsa da, bir gömrük işçisi kimi barışmamışdır. Hazırda isə təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3la barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə cəza təyini zamanı bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” X2 Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postuna təhkim olunmaqla orada texnik kimi xidmət edən Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə “Terminal-1 X16” Gömrük Postunun gəliş zalında xidməti vəzifəsini yerinə yetirərkən saat 18 radələrində Dubay-Bakı aviareysi Bakı X15 yerə enmişdir. Adətən Dubay-Baki aviareysindən kiçik ticarətlə məşğul olan və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə müxtəlif kateqoriyalı mallar keçirmək istəyən şəxslər daha çox istifadə edirlər. Həmin aviareyslə gələn bir qrup sərnişin baqaj lentindən baqajlarını götürdükdən sonra “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək üçün həmin kanala yaxınlaşmışlar. Belə ki, sərnişinlər üzərində gömrük orqanlarına bəyan olunacaq əşyalar olduğu halda “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk edirlər. Həmin şəxslərin çantalarının üzərinə qırmızı lent vurulmuşdur və çantalar yenidən gömrük yoxlamasından keçirilməli olmuşdur. Həmin şəxslər əvvəlcədən sadələşdirilmiş gömrük bəyannaməsi yazmışlar. Post rəisi Zərərçəkmiş şəxs1 həmin şəxslərə yüklərini növbə ilə monitordan keçirmələrini və bəyannamə üzrə malların yoxlanılacağını söyləmişdir. Onlar isə guya özlərinin gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirib Zərərçəkmiş şəxs1la mübahisə etməyə başlamışlar. Onlardan narahatçılıq yaratmamalarını və asayişi pozmamalarını xahiş edərək növbəyə keçməklə, ardıcıl olaraq yoxlamadan keçmələrini istəmişlər. Sərnişinlərdən Şahid10 gömrük postuna yaxınlaşaraq narazılıq etməyə başlamış və qısa müddət ərzində yoxlanılmasını tələb etmişdir. Müşviqə sırada dayanmasını və növbəli şəkildə yoxlanılaraq yola salınacaqlarını bildirmişlər, lakin Müşviq və sonradan yaxınlaşmış Zaur Məmmədov ilə Təqsirləndirilən şəxs1 da narazılıq etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 adları çəkilənlərdən və onlarla birlikdə olanlardan qaydalara riayət etmələrini, növbəni pozmamalarını tələb etdikdə, onlar sözlə mübahisə edib narazılıq etməyə başlamışlar. Həmin şəxslərin onların sözlərinə məhəl qoymamalarını görüb, baş vermiş hadisə və adı çəkilən reyslə keçmək istəyən bir neçə şəxsin yol verdikləri qayda pozuntuları ilə bağlı X14 İdarəsinə məlumat verməklə, narazılıq edən şəxslərin barələrində qanuni tədbir görülməsindən ötrü polis əməkdaşlarını dəvət etmişlər. Polis əməkdaşları “Terminal-1 X16” Gömrük Postuna gəldikdən sonra, Zərərçəkmiş şəxs1 narazılıq edənlərin və sonuncularla birlikdə Bakı-Dubay aviareysi ilə gələn tanışlarının pasportlarını həmin polis əməkdaşlarına təhvil vermişdir. Sərnişinlərdən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaxınlaşaraq öz pasportunun polis əməkdaşlarına təhvil verilməsinin səbəbini aydınlaşdırmaq istəmiş və kobud şəkildə narazılıq etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 narazılıq etdikləri, göstərişlərə əməl etməmələri və gətirdikləri yüklərin yoxlamadan keçirilməsinə maneçilik törətmələri səbəbindən pasportlarını polis əməkdaşlarına verdiyini izah etmiş və yenə də asayişi pozmamasını tələb etmişdir. Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq çəkiliş etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs1 tərəf gəlmişdir. Həmin vaxt ətraflarına çoxsaylı insanlar toplaşmış və Təqsirləndirilən şəxs2 yanında dayanan Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs1 sinə nahiyəsindən tutub sıxmaqla, özünə tərəf dartmağa başlamışdır. O və gömrük əməkdaşı Şahid1 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 əlindən alaraq kənara çəkmişlər. Təqsirləndirilən şəxs2 isə yerə uzanmaqla guya səhhətində narahatçılığın yaranması görüntüsünü yaratmağa cəhd etmişdir. Sonra Təqsirləndirilən şəxs2 yanında olan qardaşı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 tərəf qaçaraq, əlləri və ayaqları ilə sonuncunun qarın və ayaq nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 kənara çəkib Zərərçəkmiş şəxs1 ayırmağa çalışmış, Təqsirləndirilən şəxs3 isə sonra yumruqla ona zərbə endirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 da qardaşının dalaşdığını görüb, ona arxadan yaxınlaşaraq, əli ilə sifət nahiyəsinə bir neçə zərbə endirmiş və ona xəsarət yetirmişdir. Nəticədə o, dodaq və ağız boşluğundan zədə almışdır. Hadisə vaxtı ona məxsus şəxsi tanınma döş nişanı da yerə düşərək, bir qədər zədələnmiş, paltarları isə zədələnməmişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları həmin şəxsləri X8 ərazisində yerləşən X14 İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxslər ötən müddət ərzində ona dəfələrlə müraciət edərək üzrxahlıq edib barışmaq istədiklərini bildirmiş və o, onlarla bir insan kimi barışsa da, bir gömrük işçisi kimi barışmamışdır. Ona görə də təqsirləndirilən şəxslərə cəza təyini zamanı bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyinin HNBGİ-nin “Terminal-1 X16” Gömrük Postuna təhkim olunmuş inspektoru Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixində “Terminal-1 X16” Gömrük Postunun gəliş zalında xidməti vəzifəsini yerinə yetirərkən Dubay-Bakı aviareysi ilə gələn bir qrup sərnişin baqaj lentindən baqajlarını götürdükdən sonra “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək üçün həmin kanala yaxınlaşmışlar. Həmin şəxslərin çantalarının üzərinə qırmızı lent vurulmuşdur və həmin çantalar yenidən gömrük yoxlamasından keçirilməli idi. Sərnişinlər əvvəlcədən sadələşdirilmiş gömrük bəyannaməsi yazmışlar. Post rəisi Zərərçəkmiş şəxs1 sərnişinlərə yüklərini növbə ilə monitordan keçirmələrini və bəyannamə üzrə malların yoxlanılacağını bildirmiş, onlar isə guya özlərinin gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirib Zərərçəkmiş şəxs1la mübahisə etməyə başlamışlar. Həmin şəxslərdən narahatçılıq yaratmamalarını xahiş edərək növbəyə keçməklə ardıcıl olaraq yoxlamadan keçmələrini istəmişlər. Lakin X4 gömrük postuna yaxınlaşaraq narazılıq bildirməyə başlamış və qısa müddət ərzində özünün yoxlanılmasını tələb etmişdir. Müşviqə sırada dayanmasını və növbəli şəkildə yoxlanılaraq yola salınacaqlarını bildirmişlər. Lakin Müşviq və sonradan sonuncuya yaxınlaşmış Zaur Məmmədov ilə Təqsirləndirilən şəxs1 də narazılıq etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 adları çəkilən və onlarla birlikdə olan digər şəxslərin qaydalara riayət etmələrini, növbəni pozmamalarını tələb etdikdə isə həmin şəxslər sözlə mübahisə edib, narazılıq etməyə başlamışlar. Ona görə baş vermiş hadisə və adı çəkilən reyslə keçmək istəyən bir neçə şəxsin yol verdikləri qayda pozuntuları ilə bağlı HNPİ-nə məlumat verməklə, narazılıq edən şəxslərin barələrində qanuni tədbir görülməsindən ötrü polis əməkdaşlarını dəvət etmişlər. HNPİ-nin əməkdaşları “Terminal-1 X16” Gömrük Postuna gəldikdən sonra Zərərçəkmiş şəxs1 narazılıq edən və onlarla birlikdə Bakı-Dubay aviareysi ilə gələn tanışlarının pasportlarını həmin polis əməkdaşlarına təhvil vermişdir. Həmin sərnişinlərdən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yaxınlaşaraq pasportunun polis əməkdaşlarına təhvil verməsinin səbəbini aydınlaşdırmaq istəməklə, kobud şəkildə narazılıq da etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 narazılıq etdikləri, göstərişlərə əməl etməmələri və gətirdikləri yüklərinin yoxlamadan keçirilməsinə maneçilik törətmələri səbəbindən pasportları polis əməkdaşlarına verdiyini izah etmişdir. Təqsirləndirilən şəxs2 isə mobil telefonunu çıxararaq çəkiliş etməyə cəhd etmişdir. O və digər əməkdaşlar Təqsirləndirilən şəxs2 belə etməməsini dedikdə, Təqsirləndirilən şəxs2 onların sözlərinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmiş və Zərərçəkmiş şəxs1 yaxınlaşmışdır. Həmin vaxt ətraflarına çoxsaylı insanlar toplaşmış və Təqsirləndirilən şəxs2 yanında dayanan Təqsirləndirilən şəxs1 sağ əli ilə Zərərçəkmiş şəxs1 sinə nahiyəsindən tutub sıxmaqla, özünə tərəf dartmağa başlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 yanında olan gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 əlindən alaraq kənara çəkmişlər. Təqsirləndirilən şəxs2 isə yerə uzanıb, guya səhhətində narahatçılığın yarandığını görüntüsünü yaramağa cəhd etmişdir. Sonra Təqsirləndirilən şəxs2 yanında olan qardaşı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 tərəf qaçaraq, əlləri və ayaqları ilə onun qarın və ayaq nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 kənara çəkib Zərərçəkmiş şəxs1 ayırmağa çalışmışdır. Sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 da əli ilə zərbə endirmişdir. Təqsirləndirilən şəxs2 isə qardaşının dalaşdığını görüb, qardaşını Zərərçəkmiş şəxs1 ayıran Hüseyn Abbasova arxadan yaxınlaşaraq, əli ilə onun sifət nahiyəsindən bir neçə zərbə endirmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 dodaq və ağız boşluğundan travma almışdır. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri Hava Limanının ərazisində yerləşən HNPİ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyinin HNBGİ-nin “Terminal-1 X16” Gömrük Postuna təhkim olunmuş inspektoru Şahid3 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin HNBGİ-nin “Terminal-1 X16” Gömrük Postunun inspektoru Şahid2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində “Terminal-1” Gömrük Postunun gəliş zalında “Qırmızı kanal”da xidmətdə olarkən Dubay-Bakı aviareysi ilə gəlmiş sərnişinlərə postun rəisi Zərərçəkmiş şəxs1 özünü təqdim edərək yaxınlaşıb yüklərini növbə ilə monitordan keçirmələrini, bəyannamə üzrə malların yoxlama otağında açılacağını və yoxlanılacağını bildirərkən, həmin şəxslər guya özlərinin gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirərək çantalarını gömrük baxışına təqdim etməkdən və açmaqdan imtina etmiş və sonra Zərərçəkmiş şəxs1la mübahisə etməyə başlamışlar. X4 Zərərçəkmiş şəxs1la sözlə mübahisə etmişdir. Gömrük əməkdaşları həmin şəxslərdən Təqsirləndirilən şəxs2 və digərlərinə yaxınlaşaraq post rəisinin tapşırığına əsasən baqajlarını növbə ilə monitordan keçirdikdən sonra baxış otağına baqajların açılması üçün keçmələrini xahiş etmişlər. Həmin şəxslər isə baxış otağına keçməkdən imtina etmiş və gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 baqajlarını möhkəm şəkildə gömrük nəzarət zonasında yerləşdirilmiş monitora qoyaraq gömrük əməkdaşlarına heç bir məhəl qoymamışdır. Daha sonra həmin şəxslər “Qırmızı kanal”da quraşdırılmış metal axtaran detektordan keçməkdən də imtina edərək gömrük əməkdaşlarına qarşı kobudluq etməyə başlamışlar, Zərərçəkmiş şəxs1 da polis əməkdaşlarını dəvət edərək həmin şəxslərin pasportlarını polisə təhvil vermək istədikdə, Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq görüntü çəkməklə, daha çox mübahisə etməyə və səs-küy salmağa başlamışdır. Gömrük əməkdaları Təqsirləndirilən şəxs3 yaxınlaşaraq çəkilişi dayandırmasını və ona bu hərəkətlərin yaraşmadığını bildirmişlər. Daha sonra həmin şəxslər Zərərçəkmiş şəxs1la mübahisə etməyə başlayaraq, ona fiziki müqavimət göstərmişlər. İlk olaraq sərnişinlərdən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxasından tutub dartmağa başlamış, Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 tutaraq özünə tərəf dartmışdır. O, həmin sərnişinləri aralaşdırmağa çalışmışdır. Sonradan nədənsə Təqsirləndirilən şəxs2 özünü xəstə kimi gösrtərərək yerə yıxılmışdır. Gömrük əməkdaşları Zərərçəkmiş şəxs1 həmin şəxslərdən kənarlaşdıraraq digər tərəfə apardıqda isə, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, bədəninə təpiklə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 da dərhal yerindən durub, gömrük əməkdaşlarının olduğu tərəfə hücum edərək, gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 yumruq və təpiklə zərbə endirmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 ağız nahiyəsindən xəsarət almışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 polis əməkdaşları apardığı üçün onların arxasınca getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin “Azərterminalkompleks” Birliyinin HNBGİ-nin “Terminal-1 X16” Gömrük Postunun böyük inspektoru Şahid4 da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DGK-nin HNBGİ-nin “Terminal-2 X16” Gömrük Postunun rəisi Şahid5 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə xidməti vəzifəsini “Terminal-1 X16” Gömrük Postunun gəliş zalında yerinə yetirərkən Dubay-Bakı aviareysi ilə gələn bir qrup sərnişin baqaj lentindən baqajlarını götürdükdən sonra “Qırmızı kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmək üçün həmin kanala yaxınlaşmışlar. Həmin şəxslər mütəmadi olaraq Dubay-Bakı aviareysi ilə müxtəlif növ elektronik mallar, yəni mobil telefon, aksesuarları, planşetlər, “play station”, “noutbuk”lar gətirirlər, demək olar ki, onlar bu vasitə ilə ticarətlə məşğul olurlar. Onların çantalarının üzərinə qırmızı lent vurulmuşdur. Həmin şəxslər əvvəlcədən sadələşdirilmiş gömrük bəyannaməsi yazmış və bəyannamələri çap etmək üçün gömrük baxışından keçən sərnişinlər pasportlarını gömrük əməkdaşlarına təqdim etmişlər. “Terminal-1” Gömrük Postunun rəisi Zərərçəkmiş şəxs1 həmin şəxslərə özünü təqdim edərək yüklərini növbə ilə monitordan keçirmələrini və malların yoxlama otağında açılacağını və bəyannamə üzrə yoxlanılacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 da həmin şəxsləri mütəmadi olaraq müxtəlif növ əşyalar gətirdiklərindən tanımışdır. Həmin şəxslər isə guya özlərinin gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirməklə çantalarını gömrük baxışına təqdim etməkdən və açmaqdan imtina etmişlər və bundan sonra Zərərçəkmiş şəxs1la mübahisə etməyə başlamışlar. Onlar mütəmadi olaraq qeyd olunan postdan keçdiklərindən demək olar ki, bəzilərinin adlarını da bilir. Həmin X4 Zərərçəkmiş şəxs1la sözlə mübahisə etmişdir. Gömrük əməkdaşları həmin şəxslərdən Təqsirləndirilən şəxs2 və digərlərinə yaxınlaşaraq post rəisinin tapşırığına əsasən baqajlarını növbə ilə monitordan keçirdikdən sonra baxış otağına baqajların açılması üçün keçmələrini xahiş etmişlər. Sərnişinlər isə baxış otağına keçməkdən imtina etmişlər və gömrük əməkdaşları tərəfindən incidildiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 baqajlarını möhkəm şəkildə gömrük nəzarət zonasında yerləşdirilmiş monitora qoyaraq gömrük əməkdaşlarına heç bir məhəl qoymamışdır. Daha sonra həmin şəxslər “Qırmızı kanal”da quraşdırılmış metal axtaran detektordan keçməkdən imtina edərək gömrük əməkdaşlarına qarşı kobudluq etməyə başlamışlar. Zərərçəkmiş şəxs1 polis əməkdaşlarını dəvət edərək həmin şəxslərin pasportlarını polisə təhvil vermək istədikdə, Təqsirləndirilən şəxs2 mobil telefonunu çıxararaq görüntü çəkməklə, daha çox mübahisə etməyə və səs-küy salmağa başlamış, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxasından tutub dartmağa başlamış, Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 tutaraq özünə tərəf dartmağa başlamışdır. O, həmin şəxsləri aralamağa çalışmış və sonra nədənsə Təqsirləndirilən şəxs2 özünü xəstə kimi göstərərək yerə yıxılmışdır. Gömrük əməkdaşları Zərərçəkmiş şəxs1 həmin şəxslərdən kənarlaşdıraraq digər tərəfə apardıqda, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək təpiklə vurmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs2 da dərhal yerindən duraraq gömrük əməkdaşlarının olduğu tərəfə hücum edərək, gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 yumruq və təpiklə fiziki zərbə yetirmiş, nəticədə isə Zərərçəkmiş şəxs2 ağız nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs3 polis əməkdaşları apardığı üçün, qardaşı Təqsirləndirilən şəxs2 onların arxasınca getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN NBPİ X14 İdarəsinin İctimai-təhlükəsizlik şöbəsinin Baxış bölməsininin inspektoru Şahid6göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18:00-da İdarənin ərazisində təlimatlandırmada olduqdan sonra postlara gedərkən İdarənin Növbətçi hissəsindən zəng vurularaq bildirilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində gömrük postunun rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 telefonla zəng vuraraq bildirmişdir ki, Aeroportun “Terminal-1” Gömrük Postunda Dubay-Bakı reysi ilə gələn bir neçə sərnişin səs-küy salaraq gömrük əməkdaşlarının işinə mane olur, onlara tabesizlik göstərir, işlərini pozur, ona görə polis əməkdaşları gəlsinlər. Həmin ərazinin yaxınlığında xidmət aparan HNP İdarəsinin polis nəfərləri Şahid8, Vüsal İmaməliyev, Şahid7, Emin Əlibəyov və Ramin Nazmuddinova radiostansiya vasitəsilə bu barədə ümumi şəkildə məlumat verərək təcili həmin yerə gəlmələrini tapşırmışdır. “Terminal-1” Gömrük Postunun gəliş zalına çatarkən görmüşlər ki, Dubay-Bakı aviareysi ilə gəlmiş təxminən 10 nəfər sərnişindən bir neçəsi gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 ilə sözlə mübahisə edirlər. Söhbətlərindən başa düşmüşdür ki, mübahisə həmin sərnişinlərin gətirdikləri mallarla bağlıdır, gömrük postunun rəisi həmin sərnişinlərə baqajlarının bir daha növbə ilə bəyannamə üzrə yoxlanılmalı olmasını bildirir, onlar isə buna etiraz edərək deyirlər ki, bir dəfə malları yoxlanmışdır, əlavə yoxlamaya ehtiyac yoxdur, onları saxlayıb vaxtlarını alırlar və sairə. Post rəisi isə izah etmişdir ki, növbəyə dursunlar və baqajları növbə ilə yenidən bəyannamə üzrə yoxlanılmalıdır. Lakin sərnişinlərin bəzisi yenə də tabesizlik göstərərək monitorun arxasına getməyib səs-küy salmaqla süni ajiotaj yaradaraq təkrar gömrük yoxlamasının aparılmamasına çalışmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 onunla mübahisə edən sərnişinlərdən bir-bir pasportlarını alıb gömrük əməkdaşı olan və orada xidmət aparan qadın işçiyə təqdim edərək barələrində akt tərtib etdirməyə başlamışdır ki, sonra həmin pasportları aktlar ilə birlikdə polislərə təqdim edilsin, postun işini pozan həmin sərnişinlər İdarəyə aparılıb təhvil verilsin və barələrində müvafiq tədbir görülsün. Aktlar tərtib edilən zaman isə adının Təqsirləndirilən şəxs2 olduğunu sonradan bildiyi qara paltarlı oğlan əlindəki mobil telefonla çəkiliş apara-apara post rəisi ilə danışmağa başlamış, sonra onlara yaxınlaşaraq pasportunun nəyə görə alındığını soruşmuşdur. Onlar sakit tərzdə Təqsirləndirilən şəxs2 bildirmişlər ki, narahat olmasın, bu məsələyə İdarədə aydınlıq gətirilər. Orada xidmət aparan xidməti geyimdə olan gömrük əməkdaşları da Təqsirləndirilən şəxs2, həmçinin post rəisi ilə mübahisə edən və adının Təqsirləndirilən şəxs1 olduğunu sonradan bildiyi şəxsi sakitləşdirməyə çalışmışlar. Oradakı sərnişinlərin baqajları yoxlanılan 2 ədəd monitordan sağ tərəfdəkinin yaxınlığında Zərərçəkmiş şəxs1 ilə mübahisə edən Təqsirləndirilən şəxs1 qəflətən əli ilə sonuncunun yaxasından yapışıb özünə tərəf çəkərək nəsə hədələyici sözlər deməyə başlamış və bu zaman ətrafında olan gömrük əməkdaşları həmin şəxsləri ayırmağa başlamışlar. Bayaqdan əlindəki mobil telefonla çəkiliş aparan Təqsirləndirilən şəxs2 isə özünü yerə yıxaraq güya halının pis olması görünüşünü yaratmışdır. Bu zaman ətrafdakı şəxslər, o cümlədən Təqsirləndirilən şəxs3 sonuncunun qardaşını tutmağa çalışmışlar. Polislərdən biri oradakı otaqda olan həkimi yerə yıxılan Təqsirləndirilən şəxs2 yardım göstərmək üçün çağırmışdır. Bu müddətdə artıq gömrük əməkdaşları Zərərçəkmiş şəxs1 sərnişin Təqsirləndirilən şəxs1 əlindən alaraq kənara aparmışlar. Bundan az sonra isə Təqsirləndirilən şəxs3 təxminən 10 metr aralıda dayanmış Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək yumruq və təpiklə onu vurmağa başlamışdır. Zərərçəkmiş şəxs1 isə əllərini və ayağını qarşıya verməklə özünü müdafiə etməyə çalışmışdır. Eyni zamanda yaxınlığında olan iki gömrük əməkdaşı, o cümlədən adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan bildiyi şəxs Təqsirləndirilən şəxs3 tutub aralayaraq vurmağa davam etməyə imkan verməmişlər. Bu zaman səhv etmirsə, Təqsirləndirilən şəxs3 əli ilə Zərərçəkmiş şəxs2 da vurmuşdur. Onun göstərişi ilə polis nəfərləri tez Təqsirləndirilən şəxs3 tutub saxlayaraq oradan çölə çıxarmağa başlamışlar. Bundan az əvvəl isə guya halının pis olması görüntüsü yaratmış Təqsirləndirilən şəxs2 yaxınlaşaraq gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 yumruqla ağzından möhkəm vurmuş və sonuncu da ətrafdıkılar tərəfindən tutulub saxlanılmışdır. Təqsirləndirilən şəxs3 postun ərazisindən çölə çıxarıldıqdan sonra avtopatrul ilə HNP İdarəsinə aparılmışdır. Həmin ərəfədə qadın gömrük əməkdaşı aktların tərtib olunmasını başa çatdırmış və aktda adları qeyd olunan ümumlikdə 10 nəfər sərnişini pasportları ilə birlikdə İdarəyə apararaq Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN NBPİ X14 İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid7göstərdi ki, xx xxxx 2020ci il tarixdə saat 18:00-da İdarənin ərazisində təlimatlandırmada olduqdan sonra 4 saylı postda olduğu zaman İdarənin İctimai-təhlükəsizlik şöbəsinin Baxış bölməsinin inspektoru Şahid6 radiostansiya vasitəsilə ona və bölüyün digər polis nəfərləri Emin Əliybəyli, Ramil Nazmutdinov, Şahid8 və Vüsal İmaməliyevə təcili “Terminal-1” Gömrük Postunun gəliş zalına gəlmələrini, çünki orada sərnişinlər tərəfindən gömrük əməkdaşlarına qarşı tabesizlik göstərilməsini bildirmişdir. O, Şahid6, Şahid8 və Vüsal İmaməliyev ilə birlikdə həmin yerə saat 18:15 radələrində çatdıqda görmüşlər ki, Dubay-Bakı aviareysi ilə saat 17:00-da gəlmiş təxminən 10 nəfər sərnişindən bir neçəsi gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 ilə sözlə mübahisə edirlər. Həmin sərnişinlərdən qara paltarlar geyinmiş Təqsirləndirilən şəxs2 və gödəkçəsinin qolu ağ olan qardaşı Elmir Abbasovu əvvəllər də dəfələrlə aeroportda gördüyündən üzdən yaxşı tanımış, hətta rastlaşdıqda salamlaşmışlar. Qardaşlar alverlə məşğul olanlardır və tez-tez Dubaya gedərək mal gətirib Bakıda satırlar. Onlar “Terminal-1” Gömrük Postuna daxil olduqdan sonra post rəisi Zərərçəkmiş şəxs1 ilə narazı sərnişinlərin danışıqlarından başa düşmüşlər ki, mübahisə həmin sərnişinlərin gətirdikləri yük ilə bağlıdır. Belə ki, Zərərçəkmiş şəxs1 həmin sərnişinlərə baqajlarının bir daha növbə ilə bəyannamə üzrə yoxlanılmalı olmasını bildirmiş, həmin sərnişinlər isə buna etiraz edərək demişlər ki, bir dəfə yükləri yoxlanmışdır, əlavə yoxlamaya ehtiyac yoxdur, onları saxlayıb vaxtlarını alırlar və sairə. Zərərçəkmiş şəxs1 isə izah etmişdir ki, növbəyə dursunlar və baqajları növbə ilə yenidən bəyannamə üzrə yoxlanılmalıdır. Çünki həmin şəxslərin yükləri üzərinə qırmızı lent yapışdırılmışdır. Lakin sərnişinlərin bəzisi yenə də tabesizlik göstərərək monitorun arxasına getməyib səs-küy salmaqla süni ajiotaj yaradaraq təkrar gömrük yoxlamasının aparılmamasına çalışmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 mübahisə edən sərnişinlərdən bir-bir pasportlarını alıb gömrük əməkdaşı olan və orada xidmət aparan qadın işçiyə təqdim edərək barələrində akt tərtib etdirməyə başlamışdır ki, sonra həmin pasportlar aktlar ilə birlikdə polislərə təqdim edilsin və postun işini pozan həmin sərnişinləri onlar İdarəyə aparıb təhvil versinlər ki, barələrində müvafiq tədbir görülsün. Aktlar tərtib edilən zaman isə Təqsirləndirilən şəxs2 əlindəki mobil telefonla çəkiliş apara-apara Zərərçəkmiş şəxs1 ilə danışmağa başlamış, sonra onlara yaxınlaşaraq pasportunun nəyə görə alındığını soruşmuşdur. Onlar isə sakit tərzdə bildirmişlər ki, bu məsələyə İdarədə aydınlıq gətirilər. Orada xidmət aparan xidməti geyimdə olan gömrük əməkdaşları Təqsirləndirilən şəxs2, onun kimi post rəisi ilə mübahisə edən və adının Təqsirləndirilən şəxs1 olduğunu sonradan bildiyi, göyümtül rəngli kofta geyinmiş və uzun saqqalı olan şəxsi sakitləşdirməyə çalışmışlar. Saat 18:30 radələrində oradakı iki monitordan sağ tərəfdəki monitorun yaxınlığında Zərərçəkmiş şəxs1 ilə mübahisə edən Təqsirləndirilən şəxs1 qəflətən əli ilə Zərərçəkmiş şəxs1 yaxasından yapışıb özünə tərəf çəkərək nəsə hədələyici sözlər deməyə başlamış və bu zaman ətrafında olan gömrük əməkdaşları həmin şəxsləri ayırmağa başlamışlar. Təqsirləndirilən şəxs2 isə özünü yerə yıxaraq guya halının pis olması görünüşünü yaratmağa başlamışdır. Bu zaman ətrafdakı şəxslər, o cümlədən qardaşı Təqsirləndirilən şəxs3 yıxılan Emini çevirib baxmağa başlamışlar. Təqsirləndirilən şəxs2 qıcolma baş verməmişdir. Buna baxmayaraq oraya həkim çağırılmışdır ki, Təqsirləndirilən şəxs2 baxsın və lazım olsa yardım göstərsin. Buna qədər isə artıq gömrük əməkdaşları Zərərçəkmiş şəxs1 sərnişin Təqsirləndirilən şəxs1 əlindən alaraq kənara aparmışlar. Sonra Təqsirləndirilən şəxs2 yanında olan qardaşı Təqsirləndirilən şəxs3 nəyə görəsə əsəbiləşərək təxminən 10-15 metr aralıda dayanmış Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkərək ona yumruq və təpik atmağa başlamış, Zərərçəkmiş şəxs1 da əllərini və ayağını qarşıya verməklə özünü müdafiə etməyə çalışmış və eyni zamanda yaxınlıqlarında olan iki nəfər gömrük əməkdaşı, o cümlədən adının Zərərçəkmiş şəxs2 olduğunu sonradan bildiyi şəxs Təqsirləndirilən şəxs3 tutub aralayaraq vurmağa davam etməyə imkan verməmişlər. Bu zaman Təqsirləndirilən şəxs3 əli ilə Zərərçəkmiş şəxs2 da vurmuşdur. İnspektor Şahid6 ona və digər polis nəfərlərinə Təqsirləndirilən şəxs3 tutmağı tapşırdığından, həmçinin özləri də gömrük əməkdaşlarının vurulduğunu gördüklərindən dərhal həmin yerə gedərək Təqsirləndirilən şəxs3 tutub saxlayaraq oradan çölə çıxarmağa başlamışlar. Təqsirləndirilən şəxs3 əvvəl qardaşının adını çəkərək getmək istəməsə də, sonradan qardaşına heç nə olmadığını görüb daha müqavimət göstərməmişdir. Çünki onlar Təqsirləndirilən şəxs3 tutub saxlayan ərəfədə guya halının pis olması görüntüsü yaratmış qardaşı Təqsirləndirilən şəxs2 yerindən qalxaraq gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 üzərinə hücum etməklə yumruqla onun ağzından möhkəm vurmuşdur. Təqsirləndirilən şəxs2 isə ətrafdakı gömrük əməkdaşları tutub aralamışlar, çünki onlar həmin vaxtt Təqsirləndirilən şəxs3 tutub saxlamaqla məşğul olmuşlar. Onlar Təqsirləndirilən şəxs3 Postun ərazisindən çölə çıxardıqdan sonra avtopatrul maşınına mindirmişlər və digər polis yoldaşları Təqsirləndirilən şəxs3 İdarəyə aparıb Növbətçi hissəyə təhvil vermişlər. Sonra qadın gömrük əməkdaşının tərtib etdiyi aktlarda adları göstərilən digər sərnişinləri də onlar bir neçə dəfəyə İdarəyə apararaq Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN NBPİnin X14 İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid8 da polis nəfəri Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 göstərdi ki, rəsmi olaraq işləmir, tanışlarının sifarişi əsasında Bakı şəhərindən Dubay şəhərinə və ya əksinə məişət texnikası və ərzaq məsulları aparıb-gətirir, daşıdığı məhsulların üzərinə də müəyyən qədər pul qoyaraq gəlir əldə edir. xx xxxxxx 2020-ci il tarixdə Bakı-Dubay aviareysi ilə Dubay şəhərinə meyvə-tərəvəz aparmış və xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə qayıtmışdır. Dubay şəhərindən tanışlarının sifarişi əsasında “Mersedes-S” markalı avtomobil üçün 1 ədəd ön fənər, 1 ədəd “İphone 8” markalı mobil telefon, 1 ədəd “Tomford” markasının ətirini və satmaq üçün 6 ədəd müxtəlif markalı ətir, 1 ədəd “HP” markalı notebook, 4 ədəd “Playstation” oyun aparatının idarəetmə pultu, 1 ədəd kompyüter üçün sərt disk, 3 ədəd iphone üçün “Airpod”, xatırlamadığı sayda mobil telefon ekranı və digər mallar gətirmişdir. Təyyarə saat 17:00-da Bakı şəhərində yerləşən X15 eniş etmiş və sərhəd-keçid məntəqəsindən keçdikdən sonra gömrük zonasına öz yüklərini təhvil almaq üçün gəlmişlər. Onun yükü tez verilmiş və gömrük yoxlaması məntəqəsinə gəldikdə görmüşdür ki, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs1 adlı post rəisi orada yoxlamanı həyata keçirir. Tez-tez Dubaya getdiyi üçün Zərərçəkmiş şəxs1 gömrük postunda tanımışdır. Onlarla bərabər eyni aviareyslə gələn sərnişinlər gömrük postundan sərbəst buraxılsa da, onunla birlikdə 10 nəfər sona saxlanılmışdır. Həmin 10 nəfərdən Müşviqi, Elnuru, Emini və onun qardaşı Elmini ticarətlə məşğul olan şəxslər kimi tanıyır, onların heç biri ilə də dostluq münasibəti, eləcə də ədavəti və düşmənçiliyi olmamışdır. Orada 10 nəfər qaldıqdan sonra Zərərçəkmiş şəxs1 onu içəri dəvət edərək mallarını açıb akt tərtib etmiş və demişdir ki, ona artıq xəbərdarlıq etmişdir ki, gətirdiyi malları Karqo ilə gətirsin, indi malları Karqoya gedəcək. Bildiyinə görə, gətirdiyi malların qiyməti 1.500 ABŞ dollarını keçmədiyi üçün yükü Karqoya verməyə ehtiyac yoxdur. Buna görə də Zərərçəkmiş şəxs1 öz etirazını bildirmişdir. Zərərçəkmiş şəxs1 həqiqətən əvvəllər bir dəfə ona demişdir ki, gətirdiyi malları Karqoya versin. Onun barəsində akt tərtib edilən zaman artıq gömrük əməkdaşları ilə digər şəxslər arasında mübahisə başlanmış və ona görə akt tərtib edilməmişdir. Akt tərtib edilən otaqdan çıxdıqdan sonra görmüşdür ki, orada olan növbə rəisi Ülvi və adlarını bilmədiyi digər gömrük əməkdaşları ilə Emin, Emil, Elnur, Füzuli, Müşviq və digər şəxslər sözlə mübahisə edirlər. Mübahisə gedişində orada olan bütün şəxslər gömrük bəyanı üçün nəzərdə tutulmuş yerin qarşısına keçmişlər. Həmin yerdə uzun saqqalı Elnur Zərərçəkmiş şəxs1 üstünə əsəbi formada yeriyərək qolundan tutmuş, lakin orada olan digər şəxslər Elnuru tutaraq Zərərçəkmiş şəxs1 aralamışlar. Sonra mübahisə zamanı Zərərçəkmiş şəxs1 hər kəsdən pasportları tələb etmiş və ona təqdim olunmuş pasportları orada olan polis əməkdaşlarına təqdim edərək “bunların hamısını bölməyə aparın” sözlərini demişdir. Bu sözləri eşitdikdən sonra gömrük keçidinin yanında Emin Zərərçəkmiş şəxs1 elədiyi bu hərəkətə görə sözlə öz etirazını bildirərək, Zərərçəkmiş şəxs1 öz telefonu vasitəsi ilə videoqeydə almağa başlamışdır. Mübahisənin gedişində Emin əsəbi şəkildə Zərərçəkmiş şəxs1 yaxınlaşmış, yaxın məsafədə olarkən isə qəflətən yerə yıxılmışdır. Həmin vaxt Eminin qıcolma keçirdiyini düşünmüşdür. Bu zaman Eminin qardaşı Emil onlara yaxınlaşmış, Zərərçəkmiş şəxs1 isə həmin hissədən sərhəd-keçid məntəqəsinə tərəf aralaşmışdır. Sonra Emil ayağa qalxaraq Zərərçəkmiş şəxs1 üzərinə iti addımlarla yeriyərək ona təpiklə zərbə vurmuşdur. Bu zaman Emin ayağa qalxaraq qardaşının dava etdiyi yerə tərəf qaçmış və yumruq zərbələri atmağa başlamışdır. Bu müddət ərzində polis əməkdaşları ilk olaraq Emili, daha sonra digər şəxsləri aparmışlar. O, bir nəfər gömrük əməkdaşının ağzından qan gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs1 orada olan polis əməkdaşlarına onu da özləri ilə aparmağı tapşırmışdır. Polis idarəsinə getdikdən sonra orada izahatı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə dostu Fizuli Babayevlə birlikdə Bakı-Dubay aviareysi ilə ticarət məqsədilə Dubay şəhərinə uçub getmiş və orada müəyyən ticari mallar almışdır. Dubaydan gətirdiyi və satdığı mallar az miqdarda təşkil etdiyi üçün heç bir vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Dubay-Bakı aviareysi ilə gəlmiş və saat 17:00 radələrində X13 Aeroportuna eniş etmişlər. Sərhədkeçid məntəqəsini keçdikdən sonra gömrük zonasına öz baqajlarını təhvil almaq üçün gəlmişlər. Uzun müddət orada baqajlarını gözləsələr də baqajların onlara verilməsi xeyli ləngimişdir. Onlar gətirdikləri mallar barəsində bəyannamə də yazmışlar ki, hər şey qanuni olsun. Sonradan baqajları verilmiş və saat 18:00 radələrində onlar “Terminal-1” Gömrük postunun gəliş zalına gəlmişlər. Orada Zərərçəkmiş şəxs1 adlı post rəisi yoxlamanı həyata keçirmişdir. Həmin şəxs onlarla aqressiv danışaraq sanki qıcıqlandırmaq məqsədilə gəlmişdir. Digər gömrük əməkdaşları gömrük otağında yoxladığı şəxsləri sərbəst buraxdıqdan sonra Zərərçəkmiş şəxs1 onların dalınca qaçaraq çıxmağa icazə verməmiş və hamısını yenidən geri qaytararaq yoxlamanı bir-bir özünün həyata keçirəcəyini bildirmişdir. Baqajların gömrükdə gec yoxlanmasına və orada çox qalmalarına görə əsəbiləşərək Zərərçəkmiş şəxs1 öz etirazın ıbildirmiş, lakin heç kimə qarşı fiziki zor tətbiq etməmiş və zor tətbiq etməklə hədələməmişdir. Zərərçəkmiş şəxs1 ilə onun kimi Bakı- Dubay aviareysi ilə gəlmiş bir neçə sərnişin arasında sözlə mübahisə olarkən monitorun yaxınlığında Elnur adlı saqqallı və göy rəngli paltar geyinmiş şəxs Zərərçəkmiş şəxs1 yaxasından tutub pasportunu tələb edərkən gömrük əməkdaşları onları ayırmış və Zərərçəkmiş şəxs1 gömrük əməkdaşları kənara aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 adlı sərnişin birdən yerə yıxıldıqda qardaşı Təqsirləndirilən şəxs3 və ətrafdakılar ona kömək etməyə başlamış və sonra Təqsirləndirilən şəxs3 yəqin ki, qardaşı ilə baş verənlərə görə post rəisini günahkar saydığından kənarda dayanmış Zərərçəkmiş şəxs1 üzərinə qaçaraq əl-ayaq zərbələri atmağa başlamış, Zərərçəkmiş şəxs1 da əl və ayaqlarını qarşıya vermişdir. Gömrük əməkdaşları Təqsirləndirilən şəxs3 tutub saxlamış, sonra isə oradakı polis əməkdaşları Təqsirləndirilən şəxs3 tutub oradan çıxarmağa başlamışlar. Bu zaman isə Təqsirləndirilən şəxs2 yerdən qalxaraq gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 yumruqla vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 ətrafdakılar tutub ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı-Dubay aviareysi ilə ticarət məqsədilə getdiyi Dubay şəhərindən müəyyən mallar almışdır. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Dubay-Bakı aviareysi ilə geri qayıtmışlar və saat 17 radələrində Bakı şəhərində yerləşən X15 eniş etmişlər. Sərhəd-keçid məntəqəsini keçdikdən sonra onlar gömrük zonasında öz baqajlarını təhvil alaraq gömrük yoxlaması məntəqəsinə gəlmişlər. Gömrük yoxlama məntəqəsində Zərərçəkmiş şəxs1 adlı post rəisi yoxlamanı həyata keçirmişdir. Onlarla bərabər eyni reysdə gələn sərnişinlərdən təxminən 10 nəfər axıra saxlanılmış və hər biri barədə akt tərtib olunmuşdur. Zərərçəkmiş şəxs1 gömrük otağında yükləri yoxlanılmış şəxslərin yüklərinin yoxlanmasını bir-bir özünün həyata keçirəcəyini bildirmişdir. Onlar bunun düzgün olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs1 cavabında bildirmişdir ki, buranın rəisi odur və ona görə də onun deyəcəyi olacaqdır. Zərərçəkmiş şəxs1 Emin adlı şəxsin pasportunu götürərək polis əməkdaşlarına verdiyinə görə həmin şəxslər arasında mübahisə yaranmış, Emin əsəbiləşərək qəflətən yerə yıxılmış və bunu görən qardaşı Elmin gömrük əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 onların biri barədə akt tərtib etdirmiş və onları polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş və əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 onun Gömrük postunun rəisi olduğunu yaxşı bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ilk dəfə 2020-ci ilin təxminən yanvar ayının sonları-fevral ayının əvvəllərində Beynəlxalq Aeroportun ərazisində yerləşən Baş İdarələrində rəisin qəbulunda görmüşdür. Xidməti geyimdə iştirak etdiyi həmin qəbul Təqsirləndirilən şəxs1 və Dubaya gedib-gələn digər alverçilərlə bağlı olmuşdur. Hadisə vaxtı xidmət vaxtı xidməti geyimdə olmaması ilə bağlı isə bildirir ki, iş vaxtı xidməti və ya mülki geyimdə olmaqla bağlı məsələni gömrük idarəsinin rəisi və o, əməliyyat şəraiti ilə bağlı müəyyən edirlər. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş, lakin yeni zamanda 2020-ci ilin yanvar ayında Beynəlxalq Aeroportun ərazisində yerləşən Hava Naqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən Dubaya gedib-gələn sərnişinlərlə bağlı keçirilmiş qəbulda iştirak etdiyini və əvvəllər Zərərçəkmiş şəxs1la aralarında ədavəti və ya düşmənçiliyi olmadığını, eləcə də xx xxxx 2020-ci il tarixdə baş vermiş həmin hadisə vaxtı Gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 ilə mübahisə etdiyini, sonuncu tərəfindən pasportu Gömrük postuna gəlmiş polis əməkdaşlarına təqdim edildikdən sonra isə hirslənərək əli ilə Zərərçəkmiş şəxs1 əynindəki pencəyinin yaxasından tutaraq hirsli şəkildə onun sənədlərini verməsini tələb etdiyini etiraf etmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı qarşı demiş və əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs2 onun Gömrük postunun rəisi olduğunu yaxşı bilmişdir. Belə ki, 2019-cu ilin avqust ayında “Terminal-1 X16” Gömrük postunun rəisi vəzifəsinə təyin edildiyi vaxtdan sonrakı müddətdə Təqsirləndirilən şəxs2 həmin postdan keçib Dubay şəhərinə gedib-gələrkən onu bir neçə dəfə orada görüb tanımışdır. xx xxxx 2020-ci il tarixdən 30-40 gün əvvəl Təqsirləndirilən şəxs2 və digər sərnişinlərlə gömrükçülər arasında aeroportda problem yarandığı zaman Təqsirləndirilən şəxs2la görüşüb söhbət etmiş, sonra isə birlikdə İdarə rəisinin qəbulunda da olmuşlar. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs2 da həmin üzləşdirmə zamanı istintaqa verdiyi öz ifadəsində göstərdiklərini əsasən təsdiq etmiş, lakin eyni zamanda bildirmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs1 “Terminal-1 X16” Gömrük postunun rəisi vəzifəsinə təyin edildiyi vaxtdan tanımış və Dubay şəhərinə gedib-gəlmələri ilə bağlı o və başqa sərnişinlərlə xx xxxx 2020-ci il tarixdən 30-40 gün əvvəl gömrükçülər arasında aeroportda problem yarandığı zaman Zərərçəkmiş şəxs1la söhbətləri olmuş, sonra isə İdarə rəisinin qəbulunda birlikdə olmuşlar. O, heç kimlə bir qrup şəxs halında səs-küy salmaqla, gömrük əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla və intizamsızlıq göstərməklə gömrük əməkdaşlarının işini pozmamış, gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 və ya gömrük postuna təhkim olunmuş texnik Zərərçəkmiş şəxs2 qəsdən vurmamışdır. Heç vaxt qrup halında Dubaya mal dalınca getməmiş, yalnız tək və ya qardaşı Elminlə oraya gedib mal gətirmişdir. Həmin hadisə vaxtı elədiklərinə görə çox peşimandır, Zərərçəkmiş şəxs1 üzr istəyir və xahiş edir ki, onu bağışlasın. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs3 üzünə qarşı demiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və yanındakı sərnişinlər mütəmadi olaraq Dubay şəhərindən kommersiya məqsədli mallar gətirərək Bakı şəhərində realizəsini həyata keçirirlər və həm o, həm də digər gömrük əməkdaşları həmin sərnişinləri, habelə sərnişinlər də onları yaxşı tanıyırlar. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı istintaqa verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı peşman olmuşdur və qarşı tərəflə barışmaq istəyir. xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisədən əvvəl Zərərçəkmiş şəxs1 tanımamışdır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmiş, Zərərçəkmiş şəxs1 Gömrük postunun rəisi olduğunu Təqsirləndirilən şəxs1 çox yaxşı bildiyini, hadisə vaxtı özlərinin Zərərçəkmiş şəxs1 rəis kimi dəfələrlə müraciət etdiklərini və hamının bunu eşitdiklərini bildirmişdir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs1 də üzləşdirmə zamanı istintaqa verdiyi məzmunda ifadə vermiş, hadisə vaxtı Zərərçəkmiş şəxs2 konkret olaraq kimin və necə vurduğu görə bilmədiyini bildirmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı da bir daha demişdir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs2 isə üzləşdirmə zamanı istintaqa verdiyi məzmunda ifadə vermiş, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qəsdən vurmamışdır. Həmin hadisə vaxtı elədiklərinə görə çox peşmandır, Zərərçəkmiş şəxs2 üzr istəyir və xahiş edir ki, onu bağışlasın. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 üzünə qarşı istintaq zamanı verdiyi ifadəsində göstərilənləri təsdiq etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs3 ifadəsində elədiklərinə görə peşman olduğunu və üzrxahlıq etdiyini bildirdiyi üçün, daha həmin şəxsə qarşı şikayəti yoxdur. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş, eyni zamanda baş vermiş hadisə ilə bağlı peşman olduğunu və qarşı tərəflə barışmaq istədiyini bildirmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı öz ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmiş, eləcə də Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən əvvəlki dövrdə də X13 Aeroportunda Dubaya təyyarə ilə gedibgələrkən gördüyünü, lakin aralarında ədavət və ya düşmənçilik olmadığını, xx xxxx 2020ci il tarixdə baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs1 və oradakı digər sərnişinlərin Zərərçəkmiş şəxs1 Gömrük postunun rəisi olduğunu yaxşı bildiklərini bildirmişdir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs1 həmin üzləşdirmə zamanı da istintaqa verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, eyni zamanda Şahid1 xx xxxx 2020-ci il tarixdə aeroportda baş vermiş hadisəyə qədər həmin aeroportda gördüyünü, hətta Şahid1 bir dəfə onun üzərində olan pulu yoxladığını, lakin aralarında ədavət və ya düşmənçilik olmadığını təsdiq etmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı öz ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs Emin Abbbasovun da üzünə qarşı demiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisədən əvvəl də dəfələrlə aeroportdakı gömrük postundan keçib Dubay şəhərinə gedib-gələrkən görüb tanımış, lakin şəxsi tanışlıqları, ədavət və ya düşmənçilikləri olmamışdır. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la üzləşdirmə zamanı göstərdiklərini Şahid1 ilə aralarında keçirilmiş üzləşdirmədə də bir daha demiş, həmçinin həqiqətən Şahid1 xx xxxx 2020-ci il tarixdə aeroportda baş vermiş hadisəyə qədər dəfələrlə aeroportdakı gömrük postundan keçib Dubay şəhərinə gedibgələrkən orada iş başında görüb tanıdığını, lakin şəxsi tanışlıqları, ədavət və ya düşmənçilikləri olmadığını təsdiq etmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zaman Şahid1 istintaq zamanı öz ifadəsində göstərdiklərini təqsirləndirilən şəxs Elmin Abbbasovun da üzünə qarşı təsdiq etmişdir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs3 həmin üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs1 ilə üzləşdirmə zamanı verdiyi ifadə ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı öz ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha demiş, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə aeroportda baş vermiş hadisədən əvvəlki dövrdə də bir neçə dəfə Dubay şəhərinə təyyarə ilə gedərkən görmüş, lakin şəxsi tanışlıqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmin sərnişinlər Dubay-Bakı aviareysi ilə mütəmadi olaraq Dubay şəhərindən kommersiya məqsədli mallar gətirərək Bakı şəhərində satanlardır, Təqsirləndirilən şəxs1 və hadisə yerində olan digər sərnişinlər Zərərçəkmiş şəxs1 Gömrük postunun rəisi olduğunu hadisə vaxtı yaxşı bilmişlər. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı yenə də istintaqa verdiyi məzmunda ifadə vermişdir. Həmçinin bildirmişdir ki, Şahid2 xx xxxx 2020ci il tarixədək Dubay şəhərinə təyyarə ilə gedib-gələrkən ola bilsin ki, aeroportda görmüşdür. Həqiqətən də aralarında ədavət və ya düşmənçilik olmamışdır. Şahid2 barəsində bəzi məsələləri düzgün deməmişdir. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs2 üzünə qarşı da Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı göstərdiklərini eyni ilə təsdiq etmiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 hadisədən əvvəl də aeroportdakı gömrük postundan keçib Dubay şəhərinə gedib-gələrkən dəfələrlə görüb tanımış, lakin şəxsi tanışlıqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs2 həmin üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs1 ilə üzləşdirmə zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermiş və həmçinin bildirmişdir ki, Şahid2 həqiqətən də Dubay şəhərinə təyyarə ilə gedib-gəldiyi zaman aeroportdakı gömrük postunda iş başında dəfələrlə görmüş, lakin şəxsi tanışlıqları, həmçinin ədavətləri və ya düşmənçilikləri olmamışdır. İş materiallarından görününr ki, xx xxx 2020-ci il tarixdə aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs3 üzünə qarşı da Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı göstərdiklərini eyni ilə təsdiq etmiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə aeroportda baş vermiş hadisədən əvvəl tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs3 onunla üzləşdirmə zamanı da bir daha Zərərçəkmiş şəxs1 ilə üzləşdirmə zamanı verdiyi ifadəsini təkrarlamış, həmçinin bildirmişdir ki, həqiqətən də Şahid2 xx xxxx 2020-ci il tarixdə aeroportda baş vermiş hadisədən əvvəl tanımamışdır, aralarında ədavət və ya düşmənçilik də olmamışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubuna əlavə edilmiş və cinayət işinin materiallarında olan 01 ədəd compakt diskdəki məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə X13 Aeroportunun “Terminal-1” Gömrük Postundakı videomüşahidə kameraları vasitəsi ilə aparılmış video çəkilişə dair görüntülərin əks olunduğu 03 ədəd video fayl vardır. Görüntülərdə səsyazma yoxdur, ona görə də danışıqları eşitmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş “1.avi” adlı video faylda olan “Terminal-1” Gömrük Postundakı Postdan çıxan sərnişinlərin və yüklərinin yoxlanılması aparılan yer çəkən və çıxışa doğru istiqamətlənmiş video müşahidə kamerası vasitəsilə xx xxxx 2020-ci il tarixdə saat 17:55-dən saat 18:57-dək müddətdə aparılmış video çəkilişə dair görüntülərə məhkəmə iclasında baxılarkən əvvəldə bir neçə gömrük xidməti əməkdaşının öz xidməti yerlərində 02 ədəd yoxlama monitoru və dəmiraxtaran aparatlar vasitəsilə xidmət aparmaları, saat 17:59-da Təqsirləndirilən şəxs2 özünə aid çantaları yoxlama monitorunun üzərinə qoyması, saat 18:02-dən sonrakı müddətdə aralarında Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs3 və onlarla eyni təyyarə ilə gəlmiş sərnişinlərdən Təqsirləndirilən şəxs1 və başqalarının gömrük əməkdaşları ilə sözlə mübahisə etməyə başlamaları, saat 18:05-də gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 mülki geyimdə həmin əraziyə gəldikdən sonra orada mübahisə edən sərnişinlərlə digər istiqamətə getməsi, saat 18:09-da aralarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu bir neçə sərnişinin yenidən yoxlama hissəsinə qayıtmaları, saat 18:10-dan saat 18:30-dək müddətdə aralarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 də olduğu bir neçə sərnişinin post rəisi Zərərçəkmiş şəxs1 və digər gömrük xidməti əməkdaşları ilə sözlə mübahisə etmələri, post rəisi Asif Salmanovun mobil telefonu ilə danışdıqdan sonra saat 18:16-da həmin yerə polis əməkdaşlarının gəlmələri, saat 18:30-dan saat 18:31-dək müddətdə Təqsirləndirilən şəxs2 əlində mobil telefonu qarşıya tutmaqla post rəisi Zərərçəkmiş şəxs1la mübahisə edərək nəsə sözlər deməsi, həmçinin arada gələn polis əməkdaşlarına yaxınlaşaraq nəsə deyərək sonra monitorun yanında olan post rəisi Zərərçəkmiş şəxs1 yaxınlaşaraq aqressiv şəkildə mübahisəni davam etdirməsi, həmin vaxt Təqsirləndirilən şəxs1 yaxınlıqdakı otaqdan çıxaraq mübahisə edənlərin yanına getməsi və saat 18:31-də qarşısında dayanmış post rəisi Zərərçəkmiş şəxs1 əynindəki pencəyin yaxasından sağ əli ilə tutub sıxmaqla özünə tərəf dartaraq aqressiv şəkildə nəsə sözlər deməsi, Təqsirləndirilən şəxs2 isə özünü yerə yıxması və bu zaman digər gömrük əməkdaşlarının post rəisi Zərərçəkmiş şəxs1 onların əlindən alaraq kənara aparmaları, Təqsirləndirilən şəxs3 yerə yıxılan qardaşına tərəf əyilərək onu tutub çevirməsi, yanındakı Təqsirləndirilən şəxs1 də ona kömək etməsi, sonra isə Elmir Abbasovun aqressiv şəkildə Zərərçəkmiş şəxs1 aparıldığı istiqamətə qaçması və görüntüdən itməsi, bir neçə saniyə sonra Təqsirləndirilən şəxs2 da yerdən duraraq həmin istiqamətə qaçıb getməsi, saat 18:32-də Təqsirləndirilən şəxs3 polis əməkdaşlarının qollarından tutaraq oradan çıxışa doğru aparmaları və digərlərinin də arxasınca çıxışdan sağ tərəfə istiqamətdə getmələri müşahidə edildi. İş materiallarına əlavə edilmiş “2.avi” adlı video faylda olan “Terminal-1” Gömrük Postunun baqajların götürülən hissəsində quraşdırılmış kamera vasitəsilə xx xxxx 2020-ci il tarixdə saat 18:06-dan saat 18:09-dək müddətdə aparılmış video görüntülərlə məhkəmə iclasında baxılarkən orada post rəisi Zərərçəkmiş şəxs1 və digər gömrük əməkdaşları ilə sərnişin Təqsirləndirilən şəxs1 digər sərnişinlərlə birlikdə sözlə mübahisə edərkən, Təqsirləndirilən şəxs1 post rəisi Zərərçəkmiş şəxs1 qarşı daha aqressiv danışması və əlqol hərəkətləri etməsi, gömrük xidməti əməkdaşları tərəfindən kənara aparıldıqdan sonra saat 18:07-də yenidən aqressiv şəkildə həmin yerə qayıdaraq post rəisi Zərərçəkmiş şəxs1 qolundan tutub çəkmək istəməsi, lakin digər gömrük xidməti əməkdaşları tərəfindən tutularaq kənara çəkilməsi, buna baxmayaraq Təqsirləndirilən şəxs1 əl-qol hərəkətləri və əsəbi formada post rəisi Zərərçəkmiş şəxs1 qarşı aqressiv hərəkətlər etməsi müşahidə edildi. İş materiallarına əlavə edilmiş “3.avi” adlı video faylda “Terminal-1” Gömrük Postunda sərnişinlərin çıxdıqları zamanyüklərinin yoxlanıldığı yerdə birinci kameranın əksinə, yəni yoxlama yerinə sərnişinlərin gəldiyi istiqamətində quraşdırılmış ikinci kamera vasitəsilə xx xxxx 2020-ci il tarixdə saat 17:55-dən saat 18:57-dək müddətdə aparılmış video çəkilişə dair görüntülərə məhkəmə iclasında baxılarkən saat 18:05-də “Terminal-1” Gömrük Postunun rəisi Zərərçəkmiş şəxs1 həmin əraziyə gəlməsi və narazı sərnişinlərlə digər istiqamətə getməsi, saat 18:09-da aralarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu bir neçə şəxsin yenidən yoxlama hissəsinə gəlmələri, saat 18:10-dan saat 18:30-dək müddətdə aralarında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 olduğu bir neçə şəxsin post rəisi Zərərçəkmiş şəxs1 və digər gömrük xidməti əməkdaşları ilə mübahisə etmələri, saat 18:16-da həmin yerə polis əməkdaşlarının gəlmələri, saat 18:30-dan saat 18:31-dək müddətdə Təqsirləndirilən şəxs2 əlindəki mobil telefonu qarşısına tutaraq post rəisi Zərərçəkmiş şəxs1la mübahisə etməsi, arada polislərə yaxınlaşaraq nəsə deməsi və sonra post rəisi Zərərçəkmiş şəxs1 yanına qayıtması, Təqsirləndirilən şəxs1 yaxınlıqdakı otaqdan çıxaraq post rəisi Zərərçəkmiş şəxs1 olan yerə getməsi, Təqsirləndirilən şəxs2 aqressiv şəkildə post rəisi Zərərçəkmiş şəxs1la danışarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əynindəki pencəyin yaxasından sağ əli ilə tutub sıxaraq özünə tərəf dartması və nəsə deməsi, Təqsirləndirilən şəxs2 özünü yerə yıxması, digər gömrük əməkdaşlarının post rəisi Zərərçəkmiş şəxs1 onların əlindan alaraq kənara çəkməsi, Təqsirləndirilən şəxs3 qardaşına yaxınlaşaraq yanındakı şəxslərlə birlikdə onu çevirib baxdıqdan sonra aqressiv şəkildə post rəisi Zərərçəkmiş şəxs1 istiqamətində qaçaraq sonuncunu yumrıq və təpiklə vurması, Zərərçəkmiş şəxs1 isə əl və ayağını qarşıya verməklə özünü müdafiə etməyə cəhd göstərməsi, bu zaman yaxınlıqdakı xidməti geyimdə olan gömrük xidməti əməkdaşı Zərərçəkmiş şəxs2 və başqa birisinin Təqsirləndirilən şəxs3 tutub kənara çəkərək post rəisi Zərərçəkmiş şəxs1 yenidən vurmağa imkan verməmələri, Təqsirləndirilən şəxs3 da əli ilə gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 vurması, bu zaman ətrafda olan polis əməkdaşlarının Elmir Hüseynovu tutaraq oradan çıxışa doğru aparmaları, Təqsirləndirilən şəxs2 isə tez yerdən duraraq gömrük xidməti əməkdaşı Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə əl ilə zərbələr endirməsi və bu zaman ətrafındakı şəxslərin onu tutub aralamaları müşahidə edilir. Saat 18:32-də Təqsirləndirilən şəxs3 polis əməkdaşları çıxışa doğru apararkən digərlərinin, o cümlədən qardaşı Təqsirləndirilən şəxs2 onların arxasınca çıxışa doğru, orada isə sağ tərəfə getmələri müşahidə edildi. Görüntülərə məhkəmə iclasında baxış zamanı həmin hadisə vaxtı post rəisi Zərərçəkmiş şəxs1 ilə mübahisə edən sərnişinlər Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və ya digərlərinə gömrük əməkdaşları tərəfindən hər hansı bir zorakılıq tətbiq olunmadığı, həmçinin gömrük əməkdaşları ilə mübahisə edənlərin, o cümlədən Təqsirləndirilən şəxs3 əynindəki paltarların zədələnmədiyi müşahidə olundu. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 211 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində yalnız ağızın selikli qişasının səthi əzilmiş yarası xəsarəti aşkar olunmuşdur ki, həmin xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 225 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 52/MEŞ №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs3 bədəni səthində qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan və Azərbaycan Respublikası DGKHNBGİ “Terminal-1 X16” Gömrük Postunun rəisi Zərərçəkmiş şəxs1, həmin postun inspektortarı Şahid4, Pərviz Mirzəyev, Şahid3, Zərərçəkmiş şəxs2, Ruhəngiz Babayeva, Esmira Hüseynova, Ruslan Abazərli, Samir Tağıyev, Şahid2, Şahid1, “Terminal-2 X16” gömrük postunun rəisi Şahid5, Skanlaşdırma və X5 Tətbiqi şöbəsinin inspektortarı Fərid Məmmədli və Pərvin Məlikovanın iştirakı ilə tərtib edilmiş xx xxxx 2020-cı il tarixli Aktdan gürünür ki, xx xxxx 2020-ci il tarixində saat 17 radələrində X13 Aeroportu T1 terminalının gəliş zalında xidməti vəzifələrini yerinə yetirərkən, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən fiziki şəxslərə məxsus malların yoxlanılmasına zərurət yarandığına görə J2 012 saylı Dubay- Bakı aviareysi ilə gələn sərnişinlər gömrük nəzarətindən keçərkən, malların gömrük baxışına təqdim olunması təklif olunduqda sərnişinlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 və posta təhkim edilmiş texnik Zərərçəkmiş şəxs2 qanuni tələblərini yerinə yetirməkdən imtina etmiş, mübahisə yaradaraq tabesizlik nümayiş etdirmiş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmayan həmin şəxslər xidməti vəzifələrini yerinə yetirən “Terminal- 1 X16” Gömrük Postunun rəisi Zərərçəkmiş şəxs1 və inspektoru Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə müqavimət göstərmişlər, həmin əməkdaşlara yumruqla, təpiklə zərbələr, fiziki ağrı yetirilmişdir. İş materiallarında olan“Terminal-1 X16” gömrük postunun rəisi, Zərərçəkmiş şəxs1 tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyevə ünvanlanmış xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, “X13 Aeroportu T1 terminalı”nın gəliş zalında baş vermiş hadisə barədə xx xxxx 2020-ci il tarixli həmin aktda yazılanlar qeyd olunmaqla məruzə olunmuş, həmçinin əlavə olaraq göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 2800-011/02- 30/118 saylı arayışa əsasən gömrük əməkdaşı Zərərçəkmiş şəxs2 müayinə nəticəsində “dodağın və ağız boğluğunun səthi travması” diaqnozu qoyulmuşdur. xx xxxx 2020-ci il tarixində J2 012 saylı Dubay-Bakı aviareysi ilə gələn və gömrük əməkdaşlarına müqavimət göstərən və fiziki zərbə yetirən sərnişinlər barəsində müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ-nin X14 İdarəsinin rəisinəünvanlanmış xx xxxx 2020-ci il tarixli 1900-013/0xx-xx/000752 №-li məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixdə “X13 Aeroportu T1 terminalı”nın gəliş zalında baş vermiş həmin hadisə barədə məlumat verilməklə xx xxxx 2020-ci il tarixində J2 012 saylı Dubay-Bakı aviareysi ilə gələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə müqavimət göstərən sərnişinlər barəsində müvafiq tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsindən verilmiş xx xxxx 2020-ci il tarixli 2800-011/02-30/118 saylı arayışda qeyd olunmuşdur ki, “Azərterminalkompleks” Birliyinin Tikinti və təchizat şöbəsinin texniki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 22:05-dən 22:40dək müddətdə həmin X6 təcili tibbi yardım şöbəsinə “Alt dodaqda ağrılar, şişkinlik, qanama” şikayətləri ilə müraciət etmiş və müayinələr nəticəsində xəstəyə “SOO.5 - Dodağın və ağız boşluğunun səthi travması” diaqnozu qoyularaq müvafiq tibbi xidmət göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN NBPİ-nin X14 İdarəsinin TQnun baş təhqiqatçısı, polis kapitanı Şahid8 İdarənin rəisinə ünvanladığı xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Dubay-Bakı aviareysi ilə X13 Aeroportuna uçub gələn Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3və Təqsirləndirilən şəxs2 gömrük yoxlamasından keçərkən vəzifə başında olan gömrük əməkdaşlarının qanuni göstərişlərinə qarşı tabesizlik edərək mübahisə etməklə müqavimət göstərdikləri üçün akt əsasında Hava NPİ-nə təhvil verilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xx xxxxxx 2019-cu il tarixli 1000/981ş nömrəli əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdən Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X16” Gömrük Postunun rəisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan “Azərterminalkompleks” Birliyinin direktoru E.Xəlilovun xx xxxxxx 2019-cu il tarixli 2300/658Ş nömrəli əmrinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin Birliyin Tikinti və təchizat şöbəsinin texniki vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin xx xxxxxx 2019-cu il tarixli 1000/1467Ş nömrəli əmrinin surətindən görünür ki, “Azərterminalkompleks” Birliyinin Tikinti və təchizat şöbəsinin texniki Zərərçəkmiş şəxs2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsi üzrə təsdiq edilmiş “Terminal-1 X16” Gömrük Postunun əməkdaşlarının 2020-ci ilin mart ayı üçün iş və seminar-məşğələ cədvəlinin surətindən görünür ki, texnik Zərərçəkmiş şəxs2 xx xxxx 2020-ci il tarixdə gəliş üzrə xidmətdə növbəyə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xx xxxx 2020-ci il tarixli 03/1-246ia saylı cavab məktubuna əlavə edilmiş sərhəd keçmə haqqında hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Bakı şəhərindəki Aeroportdan təyyarə ilə hər ay bir neçə dəfə X3 Dubay şəhərinə gedib-gəlmişlər, sonuncu dəfə isə adları qeyd olunan şəxslər Dubay şəhərindən eyni aviareys ilə gələrkən xx xxxx 2020-ci il tarixdə saat 17:10-17:14-də Bakı şəhərində Aeroportda sərhəd məntəqəsindən keçərək gömrük zonasına daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli **********607200 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fiziki şəxs (fərdi sahibkar) kimi qeydiyyatda olması, həmçinin hər hansı kommersiya hüquqi şəxsin rəhbər və ya təsisçisi olması, Təqsirləndirilən şəxs3 isə hər hansı kommersiya hüquqi şəxsin rəhbər və ya təsisçisi olması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxx 2020-ci il tarixli **********2 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 adlarına həmin Nazirliyin mərkəzləşdirilmiş elektron informasiy asisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx xxx 2020-ci il tarixli 1900-011/0xx-xx/001356 saylı cavab məktubu ilə istintaqa təqdim edilmiş yüklərin rəsmiləşdirildiyi bəyannamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən xx xxxx 2020-ci il tarixdə J2 012 Dubay-Bakı aviareysi ilə gətirilmiş yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mallar kimi qəbul edilərək Təqsirləndirilən şəxs1 ümumi gömrük dəyəri 1.949,93 manat olan yükü ilə bağlı cəmi 904,33 manat, Təqsirləndirilən şəxs2 ümumi gömrük dəyəri 3.693,83 manat olan yükü ilə bağlı cəmi 1.542,37 manat, Təqsirləndirilən şəxs3 ümumi gömrük dəyəri 3.806,31 manat olan yükü ilə bağlı cəmi 1.655,25 manat məbləğində gömrük yığımı, idxal rüsumü və sair ödənişlər hesablanaraq rəsmiləşdirilmişdir. İş materiallarında olandoğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxx 2010-cu il təvəllüdlü Həmzə Qənizadə, xx xxxxxx 2011-ci iltəvəllüdlü Həbibə Qənizadə və xx xxxx 2016-cı il təvəllüdlü Harun Qənizadə adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan Bakı ŞİH yanında 173 №-li MTK-dan verilmiş xx xxxx 2020ci il tarixli 106 saylı arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 21mənzil 37-də ailə üzvləri ilə birlikdə yaşayır, yaşadığı binanın sakinlərinin hörmətini qazanmışdır, bina ərazisind keçirilən mədəni kütləvi tədbirlərdə yaxından iştirak edir və sakin kimi təqdirəlayiqdir. İş materiallarında olandoğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx xxxxxx 2012-ci il təvəllüdlü Ayan Abbaslı, xx xxxxxxxx 2015-ci il təvəllüdlü Kənan Abbaslı və xx xxxxxx 2018-ci il təvəllüdlü Ayxan Abbaslı adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 188 №-li xasiyyətnamədən görünür ki, Abbasov X12 qəsəbəsiQ.İlkin küçəsidöngə 4 ev 2 ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində Nümayəndəliyə qəsəbə sakinləri və qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 189 №-li xasiyyətnamədən görünür ki, Abbasov X7 qəsəbəsiQ.İlkin küçəsidöngə 4 ev 2 ünvanında qeydiyyatsız yaşadığı müddət ərzində Nümayəndəliyə qəsəbə sakinləri və qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi“Respublika Psixiatriya Xəstəxanası” X18 xx xxxx 2020-ci il tarixli 2390 saylı cavab məktubundan görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olunmamışlar. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 nömrəli X1 xx xxxx 2020-ci il tarixli 1/318 saylı cavab məktubundan görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3,xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi“Respublika Narkoloji Mərkəzi” X18 xx xxxx 2020-ci il tarixli xx/xx-2944 saylı cavab məktubundan görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3,xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin mərkəzdə müalicədə olmamışlar və qeydiyyatda yoxdurlar. İş materiallarında olan Bakı Şəhər Narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli 1321 saylı cavab məktubundan görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 həmin Dispanserdə qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs3 ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, ona cəza təyin edilərkən ərizəsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 01 (bir) il şərti sınaq müddəti müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş şərti məhkum etmə ləğv edildiyindən, qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə və öz müdafiəsi üçün gətirdiyi dəlillərə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə vaxtı hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməməsi və heç kimi hədələməməsi, Zərərçəkmiş şəxs1 gömrük postunun rəisi olmasını bilməməsi barədə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər yuxarıda ətraflı qeyd olunan digər sübut növləri, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları ilə, həmçinin videogörüntülərlə tam təkzib edilmişdir, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə və öz müdafiəsi üçün gətirdiyi dəlillərə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə vaxtı hakimiyyət nümayəndələri olan gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 və ya digər gömrük xidməti əməkdaşlarına qarşı hər hansı bir zor tətbiq etməməsi və müqavimət göstərməməsi, qardaşı Təqsirləndirilən şəxs3 axtararkən əlinin təsadüfən gömrük postunda xidmət aparan texnik Zərərçəkmiş şəxs2 dəyərək özü də istəmədən sonuncunu xəsarətləndirməsi barədə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər yuxarıda ətraflı qeyd olunan digər sübut növləri, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları ilə, həmçinin videogörüntülərlə tam təkzib edilmişdir, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə və öz müdafiəsi üçün gətirdiyi dəlillərə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş hadisə vaxtı hakimiyyət nümayəndələri olan gömrük postunun rəisi Zərərçəkmiş şəxs1 və texnik Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə müqavimət göstərməməsi, Zərərçəkmiş şəxs1 gömrük postunun rəisi olmasını bilməməsi barədə göstərdiyi xüsusatlara tənqidi yanaşaraq qeyd edir ki, həmin dəlillər yuxarıda ətraflı qeyd olunan digər sübut növləri, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları ilə, həmçinin videogörüntülərlə tam təkzib edilmişdir, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs3 cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 8-ci bəndinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci və Azərbaycan Respublikası CM-nin 315.2-ci maddələri yeni redaksiyada vahid maddə olaraq Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi kimi aşağıdakı redaksiyada verilmişdir: Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, həmin maddənin yeni redaksiyasında alternativ cəza olaraq iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuş, təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürülən Azərbaycan Respublikası CM-nin 315.1ci əvvəlki redaksiyasında isə yalnız üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinə tövsif ediləcəyi təqdirdə onlara hətta ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi belə, həmin əməllərin törədildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə müqayisədə təqsirləndirilən şəxslərin vəziyyətini ağırlaşdıracağına görə onların əməlləri Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə tövsif edilməli və təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkumluğunun olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün dəfələrlə onlardan üzr istəyərək bağışlanmasını xahiş etməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün dəfələrlə onlardan üzr istəyərək bağışlanmasını xahiş etməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini və onun ondan heç bir şikayətinin olmamasını, digər zərərçəkmiş şəxslə də barışmaq üçün dəfələrlə ondan üzr istəyərək bağışlanmasını xahiş etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixdə idə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini və onun ondan heç bir şikayətinin olmamasını, digər zərərçəkmiş şəxslə də barışmaq üçün dəfələrlə ondan üzr istəyərək bağışlanmasını xahiş etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 davranışına nəzarət yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 10 (on) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 10 (on) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar