Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-228/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 xx xxxxxx 1991-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 xx xxx 1992-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şümrüd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcan əlbir olan bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə etdiyi əşya ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sinəsindən yumruq zərbələri, Təqsirləndirilən şəxs2 isə silah qismində istifadə etdiyi əşya ilə sonuncunun sağ ayağına bir dəfə zərbə vurub sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli zərərvurmaya aid olan sağ baldırın kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2 04 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Santafe” istirahət mərkəzində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi əşya ilə sağ ayağına bir dəfə zərbə vurub sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli zərərvurmaya aid olan sağ baldırın kəsilmiş yarası ilə nəticələnən bədən xəsarəti, Təqsirləndirilən şəxs1 isə sonuncunun sinəsindən yumruq zərbələri vuraraq xuliqanlıq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində qardaşı oğlu Vahab, digər qardaşı oğlu Alqayıt və qohumu Nurəddin ilə birlikdə görüşüb «Santafe» istirahət məkrəzinə getmişlər. Bir qədər çay içdikdən sonra saat 23 radələrində ayağa durmuşlar. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs Alqayıtın sinəsindən itələyərək ehtiyyatlı olmasını bildirmişdir. Vahab Alqayıtı kənara çəkmək üçün onlara yaxınlaşmışdır. Bu zaman Vahabın üzünün qan olduğunu və başından qan gəldiyini görmüşdür. O, Vahabı çölə çıxaran zaman Abbas onun üzərinə gələrək yumruq atdığından əli ilə Abbası sinəsindən itələmişdir, lakin ona heç bir xəsarət yetirməmişdir. Vahab Alqayıtın içəridə olduğunu və onu gətirməsini demişdir. O, içəri girəndə Abbas adlı şəxs çölə çıxmışdır. Vahab Alqayıtla qayıdanda Abbas adlı şəxs əlində olan bıçaqla Vahabın çiynindən xəsarət yetirmişdir. O, dərhal Alqayıt telefonu ilə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Təcili tibbi yardım maşını Vahabı xəstəxanaya aparmışdır. Hadisə vaxtı orada tanımadığı şəxslər də, olmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 04 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində bacanağı Vahab, Vahabın əmisi Samir və digər əmisi oğlu Alqayıt ilə birlikdə «Santafe» istirahət məkrəzinə getmişlər. Bir qədər çay içdikdən sonra saat 23 radələrində çıxıb getmək istəyərkən Vahabla adını sonradan bildiyi Zərərçəkmiş şəxs mübahisə etdiyini görmüşlər. Həmin anda Vahabın üzü qan içində olmuş və başından qan gəlmişdir. Onlar Vahabı sakitləşdirib çölə çıxartmışlar. Bir qədər sonra Abbas adlı şəxs çölə çıxaraq Vahabın üzərinə gələrək dalaşmağa başlamışlar. Bu zaman Abbas əlində olan bıçaqla Vahabın çiynindən xəsarət yetirmişdir. Daha sonra Abbas kənara çəkilmiş və onlara məlum olmuşdur ki, Vahab əlindən, başından və sol çiynindən bıçaq xəsarətləri almışdır. Vahabın əmisi Alqayıtın telefonu ilə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Vahabı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Hadisə vaxtı Abbası nə o, nə də heç kimi vurmamış, onun əlində bıçaq və ya hər hansı alət olmamışdır. O, yalnız Vahabı baş vermiş mübahisə zamanı kənarlaşdırmışdır. Məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 04 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində «Santafe» istirahət mərkəzinə getmişdir. Orada rəqs edən zaman sonradan adını bildiyi Alqayıt adlı şəxs ona dəydiyi üçün ehtiyyatlı olmasını demişdir. Lakin Alqayıt ondan üzür istəmək əvəzinə yumruqla onun sinəsindən vurub onu itələmiş və aralarında mübahisə yaranmışdır. Alqayıtın yanında adını sonradan bildiyi Samir, Vahab və Nurəddin adlı şəxslər olmuşdur. Vahab və Samir onları kənarlaşdırmış, həmçinin Samir sinəsindən yumuruqla zərbə vuraraq onu itələmişdir. O, əsəbi halda masanın üzərindən hazırda da, nə olduğunu xatırlamadığı dəmir aləti götürüb onların arxasınca otelin həyətinə çıxmış və əlində olan alətlə bir dəfə Vahabın çiyninə zərbə vurmuşdur. Vahab həmin aləti almaq istəyərkən hər ikisi yerə yıxılaraq dalaşmağa başlamışlar. Bu zaman orada olan şəxslərdən bir nəfər bıçaqla onun ayağına zərbə vurub xəsarət yetirmişdir. Lakin bıçaqla ona zərbənin kimin vurduğunu görməmiş, Təqsirləndirilən şəxs2 sadəcə hadisə zamanı orda olmuşdur. Təqsirləndirilən şəxs1 isə yumruqla sinəsinə vurmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını, onlara cəza verilməsini istəmədiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun bacanağıdır. 04 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində əmisi Təqsirləndirilən şəxs1, əmisi oğlu Alqayıt Cəlilov və Nurəddin ilə birlikdə Türkan qəsəbəsində yerləşən «Santafe» istirahət məkrəzinə getmişlər. Bir qədər çay içib istirahət etdikdən sonra saat 23 radələrində ayağa durmuşlar. Bu zaman adını sonradan bildiyi Abbas adlı şəxs Alqayıtın sinəsindən itələyərək ehtiyyatlı olmasını bildirmişdir. O, Alqayıtı kənarlaşdıran zaman həmin şəxs belindən açılıb bağlanan bıçağı çıxararaq ona tərəf yelləmişdir. Bu zaman bıçaq başının üst hissəsinə dəyərək kəsilmişdir. Bunu görən əmisi Samir Abbas adlı şəxsin sinəsindən yumruq zərbələri vuraraq onları qapıdan bayıra çıxartmışdır. O, yenidən içəri girərkən Abbas bıçağı yelləmiş və onun sol əlinin baş barmağının üstünə bıçaq xəsarəti yetirmişdir. Başından və əlindən qan gəldiyini görüb qapıdan çölə çıxıb oradan uzaqlaqşmaq istəyən zaman Abbas sağ əlində olan bıçaqla onun sol çiyin hissəsinə zərbə vurmuşdur. Abbas təkrar ona zərbə vurmaq istəyən zaman sol əli ilə bıçağı tutub saxlamış və süpürləşərək yerə yıxılmışlar, lakin bıçağı Abbasdan ala bilməmişdir. Həmin anda Nurəddin onları ayırmaq üçün yaxınlaşmışdır. Həmin anda Abbasın ayağından qəfildən qan gəlmiş və görmüşdür ki, Abbas ayağından xəsarət almışdır. Əmisi Samir DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gələrək onu xəstəxanaya aparmışdır. Mualicə aldıqdan sonra 08 dekabır 2021-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. O, Abbası nə vurmamış, nə də, bıçaq xəsarəti yetirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 07 dekabr 2021-ci il tarixli, 1513 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənin aşkar olunmuş xəsarətlər - sağ əlin İİ barmağının, sağ baldırın kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən 04 dekabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunun xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən dəemək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, xx xxxxxx 1991-ci ildə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, xx xxx 1992-ci ildə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan və bu maddə ilə də, təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə CM-nin 221.2.1-ci maddəsinin xaric edilməsini xahiş etdi. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 11-ci bəndində göstərilir ki, xuliqanliq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsi ilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüf olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan ona verilmiş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi xaric olunmalıdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri tam sübuta yetirilir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməsini zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, ifadənin yerində yoxlanılması protokolları, fotoşəkillər, videogörüntüyə baxış keçirmə protokolu və üzləşdirmə protokoluna əsasən özünü müdafiə və cəzadan boyun qaçırmaları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1nın cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14 dekabr 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarınə əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 08 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xuliqanlıq cinayətini əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut xuliqanlıq cinayətini əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 14 dekabr 2021-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 9 (doqquz) ay 19 (on doqquz) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 2 (iki) il 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Əzizov X3 təyin olunmuş 2 (iki) il 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut xuliqanlıq cinayətini əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və X2 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-228/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-228/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver