Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-229/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1962-cı il tarixdə Lerik rayonunun Kirəvud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Kirəvud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X16” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda ərazisində saatda 15-20 km sürətlə hərəkətdə olarkən Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə gedən yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ehtiyatsızlıqdan yolun sağ tərəfində dayanmış avtobusun arxa qapısından yerə düşən piyada X6 avtomobilin sağ yan güzgüsü ilə vuraraq ona ənsə nahiyəsinin əzilmiş yarası; alın-gicgah nahiyəsinin, alının, hər iki göz ətrafının, sağ əlin arxa səthinin qançırları; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; sağ beyin yarımkürəsi üzərində subdural hematoma; subaraxnoidal qansızma; təpə sümüyünün ənsə sümüyünə davam edən xətti sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək piyada X4 aldığı xəsarətlərdən xx xxxx 2020-ci il tarixdə, saat 15:45 radələrində 3 saylı X8 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, hüquqi varisin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində özünə məxsus, lakin oğlu Natiqin adına olan etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X16” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə-Sovxoz yolundan sağa dönərək məhəllə arası yolla 2 saylı Cəzaçəkmə Müəssisəsinə doğru saatda 15-20 km sürətlə hərəkət edərkən yolun sağ tərəfində yük avtomobilləri və böyük ölçülü avtobus dayandığından, o, sol tərəflə hərəkət edirmiş. Bir qədər hərəkət etmişdir ki, avtomobilinin qabaq sağ yan güzgüsünə və alın şüşəsinin sağ tərəfinə yan tərəfdən 1 nəfər şəxsin dəyərək yerə yıxıldığını görmüşdür. O, dərhal avtomobildən düşüb ora yığışan şəxslərin köməkliyi ilə həmin şəxsə, yəni sonradan adını bildiyi Sərdara yaxınlaşıb köməklik edərək onu öz avtomobilinə qoyub Sabunçu rayonunda yerləşən 3 saylı X5 aparmış və Sərdarı orada müalicə etmişlər. Həmin gecə xəstəxanada qalaraq Sərdara bacardığı qədər qaygı göstərmiş, lakin həkimlərin səyinə baxmayaraq, xx xxxx 2020-ci il tarixdə saat 15:45 radələrində Sərdar xəstəxanada ölmüşdür. Mərhumun yas mərasiminə getmiş, onun qohumları və oğlu ilə görüşərək başsağlığı vermiş, hadisəni qəsdən törətmədiyini, üzrxahlıq etmək, barışıq əldə etmək məqsədi ilə gəldiyini demiş, eyni zamanda maddi vəziyyətinin ağır olduğunu, kirayədə yaşadığını izah etmiş, lakin buna baxmayaraq, yas məclisini yola verməkdən ötrü bacardığı qədər maddi yardım etmək istədiyini bildirmiş, söhbət etdiyi şəxslər isə onunla kobud davranmış və ondan mərhumun yas məclisini yola verməkdən ötrü 17000 (on yeddi min) manat pul tələb etmişlər. Həmin məbləğdə pulu ödəməyə imkanı olmadığı üçün mərhumun qohum-əqrəbası və ailə üzvləri ilə üz-üzə gəlməkdən çəkinib ilk günlərdə yas mərasiminə getməmişdir. Lakin sonradan yaxın qohumları, həyat yoldaşı və ağsaqqallar ilə birlikdə dəfələrlə mərhumun evinə gedərək barışmaq üçün gəldiyini bildirmiş, gücü çatdığı məbləğdə maddi yardım təklif etmiş, hər dəfə də gedəndə ordanburdan tapdığı pulların hesabına təklif etdiyi maddi yardımın məbləğini artırmışdır. Sonuncu dəfə həyat yoldaşı ilə yenə də mərhumun evinə gedərək üzrxahlıq etmiş, bağışlanmasını xahiş etmiş, ömür boyu bu ailənin qarşısında özünü mənəvi cəhətdən borclu hesab edəcəyini, mərhumun oğlunu öz oğlundan ayırmayacağını, onun xanımı Mehriban xanıma isə özünün doğma bacısı kimi baxacağını, həmişə də bacardığı qədər maddi yardım göstərəcəyini demiş, sığorta tərəfindən onlara 5000 (beş min) manat ödəniləcəyini, özunun də 3000 (üç min) manat ödəmək istədiyini bildirmişdir. Mərhumun ailə üzvləri əvvəlcə buna razılıq vermişlər, evlərinə qayıtdıqdan sonra isə onlara zəng edərək həmin şərtə razı olmadıqlarını bildirmiş və bir daha onları narahat etməmələrini demişlər. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq səmimi peşman olmuşdur. Hazırkı açıq məhkəmə iclasında mərhumun ailə üzlərindən, bütün qohum-əqrəbasından, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisindən bir daha üzr istəyir, sığorta tərəfindən ödəniləcək 5000 (beş min) manatdan əlavə indi özü ilə 5000 (beş min) manat gətirərək zərərçəkmiş şəxsin hüquqi varisinə ödəmək istəyir və bağışlanmasını xahiş edir. Onu da bildirir ki, hazırda 58 yaşı tamam olmuşdur, 59 yaşına qədəm qoymuşdur, ailəsinin yeganə qazanc gətirənidir, kirayədə yaşayır, daimi iş yeri yoxdur, maddi vəziyyəti çox ağırdır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X2 göstərdi ki, mərhum X10 onun həyat yoldaşıdır. Mərhum əri Sərdar 2005-ci ildə Sumqayıt şəhərində yerləşən beton zavodda işləyərkən vaqondan şebel boşaldılarkən vaqonun qapısı başına dəymiş və başından xəsarət aldığı üçün əməliyyat olunmuş və başının ön hissəsi kaprondan olmuşdur. Sərdar Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində avtobus sürücüsü vəzifəsində işləmişdir. Hər gün səhər 06 radələrində işə gedib axşam saatlarında işdən qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında onlara məlumat verərək bildirmişlər ki, həyat yoldaşı Sərdar Binə qəsəbəsində işlədiyi Cəzaçəkmə Müəssisəsinin yaxınlığında idarə etdiyi avtobusdan düşərkən sonradan adını bildikləri Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “Daewoo” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub və daha sonra Əziz həyat yoldaşını avtomobilə qoyub Sabunçu rayonunda yerləşən 3 saylı X5 aparmışdır. Onlar bunu eşidib dərhal həmin xəstəxanaya getmiş və Sərdarın həqiqətən də xəstəxanada olduğunu bilmişlər. Həkimlər Sərdarı əməliyyat edib ona tibbi yardım göstərsələr də, onu həyata qaytarmaq mümkün olmamışdır və xx xxxx 2020-ci il tarixdə o, aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Hadisəni törətmiş sürücü Əzizi əvvəllər tanımamışdır və Əzizlə, onun ailəsi, eləcə də mərhum həyat yoldaşı arasında hər hansı ədavətli və ya digər münasibət olmamışdır. Həmin hadisədən sonra Əziz əvvəlcə dəfn və yas mərasiminə çəkdikləri xərcin müqabilində az məbləğ təklif edib sığorta tərəfindən də 5000 (beş min) manat ödəniləcəyini bildirmiş, conradan da bir neçə dəfə yaxın qohumları, ağsaqqallar və həyat yoldaşı ilə birlikdə onlara gələrək barışmaq istədiyini demiş, bağışlanmasını xahiş etmiş, sonuncu dəfə 3000 (üç min) manat təklif etmişdir. Halbuki, Əziz barışmaq üçün real addımlar atmalı idi. Buna görə də Əzizdən şikayətçidir, onun hazırkı məhkəmə iclasında təklif etdiyi 5000 (beş min) manatı qəbul etmir. Əzizlə barışmamışdır və dediklərinin nəzərə alınaraq ona törətdiyi əməlinə görə cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİnin xx xxxx 2020-ci il tarixli, 016-28008-1220 saylı məktubundan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1962-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2012-ci il tarixdə AB 549295 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini göstərərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxx 2020-ci il tarixli, 1/640 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş könüllü təqdimetmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş video görüntüyə baxış protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə, saat 15:40 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X16” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin2 saylı X13 doğru hərəkətdə olarkən yolun sağında dayanmış avtobusun arxa qapısı açılır və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşı hissəsi həmin avtobusun arxa küncündən keçərkən həmin avtobusdan düşənşəxs - X11 Təqsirləndirilən şəxs idarə etdiyi “X16” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə və alın şüşəsinin sağ tərəfinə çırpılaraq yerə yıxılır. Sürücü Təqsirləndirilən şəxs avtomobildən cəld düşərək Sərdar Mahmudova yaxınlaşır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 41 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü mərhum X4 meyitində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin əzilmiş yarası; alın-gicgah nahiyəsinin, alının, hər iki gözətrafının, sağ əlin arxa səthinin qançırları; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; sağ beyin yarımkürəsi üzərində subdural hematoma; subaraxnoidal qansızma; təpə sümüyünün ənsə sümüyünə davam edən xətti sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti onun 3 saylı X9 müraciətindən az əvvəl olmaqla göstərilən vaxtda və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. - Mərhum X4 ölümünə bilavasitə səbəb baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi olmuşdur (məhkəməhistoloji müayinə aktı № 523, xx.xx.2020). - Mərhum X4 ölümü xx xxxx 2020-ci ildə, saat 15:45-də 3 saylı X8 baş vermişdir (3 saylı X8 tərtib olunmuş J982 saylı xəstəlik tarixinə əsasən). - Mərhum X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 836/K, xx.xx.2020). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/464 saylı rəyindən görünür ki, “X16” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı ödəmək və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməkdən ötrü dəfələrlə cəhd göstərməsini və real addımlar atmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – hadisə yerinin videogörüntüləri olan - Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – hadisə yerinin videogörüntüləri olan - Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-229/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-229/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver