Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-229/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat olmaqla, cəmi isə 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə və 20 gün müddətlərinə inzibati həbs olunmuşdur.xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə ona xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətiylə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 23 avqust 2022-ci il tarixədək 5395,00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 170,00 manat, cəmi 340,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Maliyyə cətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və həmin vaxta 5395,00 manat alimet borcu yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbslə tənbeh edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda təsərrüfat işində fərdi əmək fəaliyyətilə məşğuldur və aylıq qazancı 300-400 manat təşkil edir. Onu da qeyd edir ki, o, vərəm xəstəsidir, 09 fevral 2017-ci il tarixdən 7 saylı VƏD-də tibbi qeydiyyatda və nəzarətdədir, mütəmadi olaraq ambulator müalicə alır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə 6 saylı Xüsusiləşdirilmiş vərəm xəstəxanasında stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdən sahə dispanserinə ambulator müalicəyə evə biraxılmışdır. Məhkəmənin qətnaməsinin dövlətin adından çıxarıldığını, onu tam icra etməli olduğunu bilir, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə bunu edə bilmir. Göstərdiyi dəlillərdən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmamasında onun heç bir qərəzi və təqsiri yoxdur, sadəcə olaraq imkanı yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ayrıldıqdan sonra övladlar onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 170,00 manat olmaqla, cəmi 340,00 manat sabit pul məbləğində vəsaitin ona verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün və 20 gün müddətə inzibati qaydada həbslə tənbeh edilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Halbuki, Eldarın evi və torpağı var. İki uşağı təkbaşına saxlamaq onun üçün çətindir, Eldar aliment ödəyə bilmirsə, qoy uşaqların haqqı olaraq onlara ev versin, torpaq versin. Hesab edir ki, Eldar həmin hərəkətləri ilə ədalət mühakiməsinin nüfuzuna zərər vurur, insanların məhkəmə aktlarına olan inamını azaldır. Eldar ilə barışmamışdır, aliment pulunu tələb edir, əks təqdirdə Eldara törətdiyi əməlinə görə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(003)-402/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, buna görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün və 20 gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmişdir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq, Təqsirləndirilən şəxs hərəkətlərindən nəticə çıxarmamışdır. İcra məmuru tərəfindən yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən 23 avqust 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 5395,00 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sözügedən qətnaməni qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər rayon İcra şöbəsinin icra məmuru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 7 saylı VƏD tərəfindən verilmiş Arayışdan, 6 saylı Xüsusiləşdirilmiş vərəm xəstəxanası tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və və həmin xəstəxana tərəfindən verilmiş Vərəmli pasiyentin xəstəlik tarixindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəsidir, 09 fevral 2017-ci il tarixdən 7 saylı VƏDdə tibbi qeydiyyatda və nəzarətdədir, mütəmadi olaraq ambulator müalicə alır. xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə 6 saylı Xüsusiləşdirilmiş vərəm xəstəxanasında stasionar müalicədə olmuş, xx.xx.2023-cü il tarixdən sahə dispanserinə ambulator müalicəyə evə biraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən alınmış 24 oktyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixli Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinib 4 ay azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2013-cü il tarixli Xəzər rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 224 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək alimenti maddi imkanının olmaması ilə əlaqədar ödəyə bilmədiyini göstərmişdir, lakin onun ifadəsində göstərdiyi həmin xüsusuat zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlərlə tam olaraq təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşır və qeyd edir ki, onun bu məzmunda verdiyi ifadə özünü müdafiə xarakterini daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkərək ambulator və stasionar qaydada müayinə və müalicə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəхs qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli оlaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna хələl gətirməsini və zərər çəkmiş şəхsin hüquqlarının pоzulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəхs bu əməli davamlı оlaraq uzun vaхt müddətində, qərəzli оlaraq həyata keçirmişdir. Məhkəmə хüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi оndan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə оrqanlarını nüfuzdan salır, pоzulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün оlur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıхarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avrоpa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 13 iyul 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-229/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-229/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver