Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-23/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Ağsu şəhəri Dədə Qorqud küçəsi ev 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-145/2020 saylı 15 avqust 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və özgənin əmlakını açıq olaraq talayıb təkrarən soyğunçuluq etmişdir. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq evdən dəyəri 100 manat olan 16 mm-lik elektrik naqilini, dəyəri 200 manat olan 6 mm-lik elektrik naqilini və 01 ədəd 110 manat dəyərində gidraforu ilə birlikdə su nasosunu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 410,00 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq mağazadan 01 ədəd 700 manat dəyərində HP markalı notebooku, 01 ədədi 20 manat olan cəmi 100 manat dəyərində 05 ədəd məktəbli çantasını, cəmi 500 manat dəyərində qələmləri, karandaşları və kassada olan 60 manat pulu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 1360,00 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” marketdə satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus 50 manat pulu açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 50,00 (əlli) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Rəfi” marketin yaxınlığında dayanmış “Ford Tranzit” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomaşının qabaq oturacağının üzərindən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 250 manat dəyərində “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 250,00 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təqribən iki ildir ki, narkotik vastələrdən istifadə edir. Maddi durumu pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı Şağan qəsəbəsində təkbaşına gəzişərkən Çingiz Mustafayev küçəsində yerləşən yeni tikilmiş bir ev onun diqqətini çəkmiş və həmin evdən oğurluq etmək üçün bir qədər ətrafa göz gəzdirib kimsənin olmadığına tam əmin olduqdan sonra hasardan həyətə tullanmışdır. Evin həyətində hasara yaxın olan birinci mərtəbənin plastik pəncərəsini sıxıb açmış və içəri daxil olmuşdur. Belə başa düşmüşdür ki, evdə təmir gedir. Evdən bir topu nisbətən nazik, digər topu isə qalın olan iki top elektrik naqilini və bir ədəd quraşdırılmamış vəziyyətdə olan gidraforu ilə birlikdə su nasosunu oğurlayıb oradan girdiyi qayda ilə çıxmışdır. Həmin əşyaları aparıb heç kimin görə bilməyəcəyi bir yerdə gizlətmiş, ertəsi gün onları səyyar metal yığanlara ümumilikdə 50 (əlli) manata sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir müddət sonra, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03 radələrində oğurluq etmək niyyəti ilə Mərdəkan qəsəbəsi ərazisində gəzişərkən Rəhmanın dükanından bir az içəri girəndə yolun sol hissəsində yerləşən "Globus" məktəbli mağazası onun diqqətini çəkmişdir. Həmin mağazadan oğurluq etmək üçün mağazanın plastik qapısında olan kilidi sındırmış və qapını açıb içəri daxil olmuşdur. Mağazada kassadan 60 (altmış) manat pulu və 01 ədəd HP notebooku götürmüşdür. Eyni zaman mağazadan 5 ədəd məktəbli çantasının ikisinin içərisinə digər 3 çantanı qatlayıb qoymuş, eləcə də bir qədər qələm və karandaşları çantalara doldurmuş, həmin notebooku da çantanın içərisinə qoymuşdur. İçi dolu iki ədəd çantanı aparıb ağaclığın içərisində gizlətmişdir ki, şübhə doğurmasın. Səhərin açılması üçün bir qədər gəzdikdən sonra gəlib həmin çantaları götürüb görünməz paketlərə qoyaraq aparıb Sabunçu “Rus bazarı” deyilən yerdə ümumilikdə 250 (iki yüz əlli) manata tanımadığı bir şəxsə satmış, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Üstündən bir neçə ay keçdikdən sora, maddi durumu ilə əlaqədar yenə də pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, narkotik vasitə istifadə etdiyi üçün bədənində ağrılar olduğundan, narkotik vasitə istifadə etmək istəyirmiş, lakin pulu yox imiş. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində o, Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketdən pul oğurlamaq niyyəti ilə həmin marketə yaxınlaşmışdır. Marketdə qadın satıcının tək olduğunu görüb ona yaxınlaşaraq 50 manata xırdasının olubolmadığını soruşmuş, satıcı xırdasının olduğunu bildirdikdə, o, həmin xırda 50 manat pulu ondan istəmişdir ki, guya bütöv pulu o da həmin an ona verəcək. Qadın ona iki ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əskinası uzatmış, o, həmin pulları ondan alıb marketdən bayıra çıxmışdır. Qadın onun arxasınca səslənərək 50 manatı istəmiş, lakin o, qadının səsinə məhəl qoymayıb oradan qaçaraq uzaqlaşmış, sonra həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində o, Mərdəkan qəsəbəsində “Ələsgərin marketi” deyilən yerdə dayanacaqda olan zaman “Ford" markalı yük maşınının marketin qarşısında dayandığını görmüş, avtomaşının içərisinə baxdıqda qabaq oturacaqda bir ədəd “Samsung” markalı mobil telefonun olduğunu görüb onu oğurlamaq niyyətinə düşmüşdür. Maşının ətrafında heç kimin olmadığını görüb avtomaşına yaxınlaşmış və avtomaşının qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Avtomaşının sərnişin tərəfdən qapısını açıb oturacaqda olan həmin telefonu götürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, “Nefçilər” metrostansiyasının yaxınlığında olan mağazalara gedib telefonu satmaq istəmiş, lakin telefona 60 manatdan artıq pul vermədikləri üçün həmin gün onu sata bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında mobil telefonu satmaq məqsədi ilə yenə də “Nefçilər” metrostansiyasının yaxınlığına gedərək bir neçə mağaza gəzmiş, həmin vaxt mülki geyimdə olan bir polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etdikdən sonra onu Mərdəkan qəsəbəsində yerləşən Polis şöbəsinə aparmışdır. O, həmin mobil telefonu polislərə təqdim etmiş və törətdiyi əməlləri səmimi etiraf etmişdir. Lakin hazırkı açıq məhkəmə iclasında həqiqəti söyləyir və bildirir ki, o, ittiham aktında göstərilən cinayətlərin hamısını törətməmişdir. Belə ki, o, şübhəli şəxs kimi tutularaq polisə gətirildikdən sonra tanımadığı polis əməkdaşları tərəfindən ona təzyiq və təsir göstərilmiş, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oğurluq etməsi və xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq oğurluq etməsi barədə istintaqa yalan ifadələr verməyə məcbur edilmişdir. Halbuki, o, Zərərçəkmiş şəxs3 məxsus evə girməmiş və oradan oğurluq etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ağsu rayonu ərazisində xırda talama növündə inzibati xəta törətdiyi üçün Ağsu Rayon Məhkəməsinin 3(016)-2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) ay müddətə inzibati qaydada həbs olunaraq həmin cəzanı çəkdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində olmamış və heç bir cinayət törətməmişdir. Həmin cinayəti də törətmədiyi halda, istintaq zamanı öz əleyhinə bu cür ifadə verməyə polis əməkdaşları tərəfindən hədəqorxu ilə məcbur edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” marketdə satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus 50 manat pulu açıq talama yolu ilə ələ keçirərək soyğunçuluq etmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Rəfi” marketin yaxınlığında dayanmış “Ford Tranzit” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomaşının qabaq oturacağının üzərindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 250 manat dəyərində “Samsung” markalı, “SM- A207F/DS” modeli mobil telefon aparatını gizli olaraq talayıb oğurluq etmişdir və özünü həmin epizodlar üzrə tam təqsirli bilir. İbtidai istintaq zamanı ona təzyiqlər edilərək törətmədiyi cinayətləri etiraf etməyə məcbur edilməsi barədə o, həmin vaxt heç kimə heç nə sübut edə bilməyəcəyini düşünərək şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmiş, yalnız açıq məhkəmə iclası zamanı həqiqəti söyləyəcəyini qərara almış və məhkəmənin onun barəsində ədalətli hökm çıxaracağına ümid bəsləmişdir. Bununla belə, ilk dəfə törətdiyi və məhkəmə iclasında etiraf etdiyi əməllərdən peşman olmuşdur. Zərərçəkmiş şəxs4 ilə barışıq əldə edərək ona vurduğu maddi zərəri tam ödəmişdir və hazırda onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq törətmədiyi cinayətlərə görə ona bəraət verilməsini, törətdiyi əməllərə görə isə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Xəzər rayonu Şağan qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən fərdi evini təmir etdirirmiş, lakin maddi imkanı yaxşı olmadığından təmir işlərini yekunlaşdıra bilməmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə bağ evində olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə bağ evinə gəldikdə görmüşdür ki, naməlum şəxslər evin pəncərəsini sındırmaqla evin içərisinə daxil olub oradan dəyəri 100 manat olan 16 mmlik, dəyəri 200 manat olan 6 mm-lik elektrik naqillərini və dəyəri 110 manat olan su nasosunu oğurlamışlar. Oğurluq nəticəsində ümumilikdə ona 410 manat dəyərində maddi ziyan dəymişdir və indiyə qədər həmin ziyan ödənilməmişdir. O, hadisə barədə polisə məlumat vermiş, bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, lakin oradan əl-barmaq izlərini götürməmişlər. Onun evinə girmiş şəxsin Təqsirləndirilən şəxs olmasını dəqiq bilmir. Sadəcə polislər onun evindən oğurluq etmiş şəxsi tutduqlarını bildirmiş və onu Polis idarəsinə dəvət edərək həmin şəxsin Təqsirləndirilən şəxs olmasını demişlər. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır və onun hadisə yerinə baxış zamanı göstərdikləri və məhkəmə iclasında verdiyi ifadə onda əminlik yaratmışdır ki, həmin oğurluğu təqsirləndirilən şəxs deyil, tamamilə başqa şəxs etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında onun evinə girmədiyini və ona heç bir zərər vurmadığını, ibtidai istintaq zamanı bu cür ifadə verməyə polis əməkdaşları tərəfindən hədə-qorxu ilə məcbur edildiyini bildirmişdir. Buna görə də işə ədalətli baxmağı və onun evinə girib oğurluq etmiş şəxsi tapıb cəzalandırmağa köməklik göstərməyi xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi 1b ünvanında icarəyə götürdüyü “Globus” məktəb ləvazimatları dükanını özü işlədir, alqı-satqını da özü aparır. Hər gün olduğu kimi xx xxxxxx 2020-ci il tarixdə də axşam saat 19 radələrində dükanı bağlayıb evə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08 radələrində dükana yaxınlaşıb açmaq istəyəndə görmüşdür ki, dükanın plastik materialdan olan qapısının kilidi sındırılmışdır. Qapını açıb içəri daxil olmuş və ətrafa göz gəzdirdikdə görmüşdür ki, dükandan nağd pul və bir sıra məktəb ləvazimatları oğurlanmışdır. Daha dəqiq baxdıqdan sonra məlum olmuşdur ki, kassadan 60 manat nağd pul götürülmüş, dəyəri 700 manat olan bir ədəd HP markalı notebook, ümumi dəyəri 100 manat, hər birinin dəyəri 20 manat olan 5 ədəd məktəbli çantası, cəmi dəyəri 500 manat olan qələmlər, karandaşlar oğurlanmışdır. Dükandan başqa əşya oğurlanmamışdır. Oğurluq nəticəsində ona cəmi 1360 manat maddi ziyan dəymişdir. Bu barədə o, polisə ərizə ilə müraciət etmişdir. Sonradan polislər ona məxsus mağazadan oğurluq etmiş şəxsi tutduqlarını bildirmiş və onu Polis idarəsinə dəvət edərək həmin şəxsin Təqsirləndirilən şəxs olmasını demişlər. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır və onun hadisə yerinə baxış zamanı göstərdikləri və məhkəmə iclasında verdiyi ifadə onda qəti əminlik yaratmışdır ki, həmin oğurluğu təqsirləndirilən şəxs deyil, tamamilə başqa şəxs etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında xx xxxxxx 2020-ci il tarixdən Ağsu Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 02 (iki) ay müddətə həbs edilərək Ağsu rayonunda həmin cəzanı çəkdiyindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində olmadığını, “Globus” mağazasına girmədiyini və ona heç bir zərər vurmadığını, ibtidai istintaq zamanı bu cür ifadə verməyə polis əməkdaşları tərəfindən hədə-qorxu ilə məcbur edildiyini bildirmişdir. Buna görə də işə ədalətli baxmağı və onun mağazasına girib oğurluq etmiş şəxsi tapıb cəzalandırmağa köməklik göstərməyi xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2020-ci ilin may ayından etibarən Mərdəkan qəbəsində yerləşən "Məhəbbət" marketdə satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində işlədiyi mağazada tək olan zaman bir nəfər əvvələr tanıdığı - üzü saqqallı cavan oğlan içəri daxil olub ona 50 manat uzadaraq xırdalamağı xahiş etmiş, o da ona xırdasının olacağını bildirib pulu xırdalamışdır. Həmin şəxsə ikisi 20 manatlıq və biri 10 manatlıq pul əskinası vermiş, o da ona bütöv 50 manatlıq verməli olduğu halda, ani bir məqamda ondan aldığı xırda 50 manat pulu və özündə olan pulu cibinə qoyaraq mağazadan çıxıb qaçaraq uzaqlaşmağa başlamışdır. O, dərhal həmin şəxsin arxası ilə çıxaraq onu çağırmış, lakin həmin şəxs onun səsinə heç bir reaksiya vermədən qaçıb oradan uzaqlaşmışdır. Dərhal mağazaya qayıdıb ərazidə olan polis əməkdaşlarına bu barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları oraya gəlmiş, müayinə aparıldıqdan sonra protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi "Ford" markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə evinə gedərkən ərzaq almaq məqsədi ilə avtomaşınını Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən "Rəfi" marketin qarşısında saxlamışdır. Həmin an özünə məxsus “Samsung” A20 markalı mobil telefonunu qabaqda sərinişin oturacağının üzərində qoyub avtomaşından düşmüş, lakin avtomaşının qapılarını kilidləməmişdir. Ərzaq alıb gəldikdən sonra mobil telefonun yerində olmadığını görmüş və telefonu kiminsə oğurladığını başa düşərək bu barədə dərhal tanımadığı bir şəxsin telefonu ilə DİN “102” zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçdikdən sonra oraya polis əməkdaşları gəlmiş və hadisə yerini muayinə edərək protokol tərtib edib fotoşləkillər çəkmişlər. Ertəsi gün polis əməkdaşları tərəfindən həmin telefonu oğurlayan şəxsin tutulması ona bildirilmişdir. Mobil telefon olduğu kimi saz vəziyyətdə olmuşdur və onun məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/3145 rəyində qeyd edilmiş dəyəri ilə tam razı olmuşdur. Həmin telefon ona qaytarıldığı və bununla da dəymiş ziyan tamamilə ödənildiyi üçün, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi faktı ilə əlaqədar ifadəsi yerində yoxlanılmış, o, istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək əl işarələri ilə göstərmiş, bu barədə protokollar tərtib olunaraq fotoşəkillər çəkilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatı maddi sübut kimi tanınmış və sahibinə - Zərərçəkmiş şəxs4 qaytarılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 9/3145 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “SM-A207F/DS” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(016)-2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh edilmiş, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 iyun 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 410,00 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi və xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 1360,00 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair irəli sürülmüş ittiham üzrə məhkəmə iclasında araşdırma aparılarkən həmin faktlar üzrə özünü təqsirli bilməyərək qeyd edilən cinayət əməllərini törətmədiyini, ibtidai istintaq zamanı həbsdə olarkən polis əməkdaşlarının təzyiq və təsiri altında özünə qarşı bu cür etirafedici ifadələr verməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə iclasında qeyd olunan faktlar üzrə zərərçəkmiş şəxslər ayrı-ayrılıqda təqsirləndirilən şəxsi əvvəllər tanımadıqlarını, təqsirləndirilən şəxsin hadisə yerinə baxış zamanı göstərdiklərinin və məhkəmə baxışı zamanı verdiyi ifadəsinin onlara məxsus saxlanc yerlərindən oğurluğu təqsirləndirilən şəxsin deyil, tamamilə başqa şəxsin (və ya şəxslərin) etməsinə onlarda əminlik yaratmasını bildirərək məhkəmədən işə ədalətli baxmağı, onlara məxsus saxlanc yerlərinə girib oğurluq etmiş şəxsi (və ya şəxsləri) tapıb cəzalandığmağa köməklik göstərməsini xahiş etmişlər, təqsirləndirilən şəxs isə həmin zərərçəkmiş şəxslərə məxsus saxlanc yerlərindən oğurluq etmədiyini və onlara heç bir zərər vurmadığını, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Ağsu rayonu ərazisində 02 (iki) ay ərzində inzibati həbsdə olmasını və buna görə də xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində olmadığını və oğurluq etmədiyini göstərmişdir. Məhkəmə araşdırması dövründə ittiham tərəfi Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 410,00 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, yalnız onun özünün etirafedici ifadəsi ilə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs həmin epizod üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinməsi üçün təqdim etdiyi sübutlar ziddiyyətli əsaslara söykənməklə, təqsirlilik məsələsinin həllində əsaslı şübhələr yaratdığı üçün, mötəbər sübutlar kimi qəbul olunmur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında baş verməsi ehtimal edilən oğurluq hadisənin baş vermə mexanizmi və baş vermə vaxtı dəqiq müəyyənləşdirilməmiş, yaranmış ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilməmiş, işdəki sübutlara hüquqi qiymət verilməklə, birmənalı nəticəyə gəlməyə əsas verən formada Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evin plastik pəncərəsinin hadisəyə qədər və hadisədən sonrakı vəziyyətinin necə olması müəyyənləşdirilməmiş, bundan başqa, oğurluq olunması güman olunan evin pəncərəsində və ya qapı dəstəklərinin üstündə, həmçinin başqa yerlərdə Təqsirləndirilən şəxs heç bir əl-barmaq izi aşkar olunmamışdır. Yuxarıda göstərilənlər, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Şağan qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oğurluq etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kolnstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Ümumiyyətlə isə, ittiham tərəfi Təqsirləndirilən şəxs ittiham olunduğu bu epizod üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmasını sübut edən, ziddiyyət yaratmadan işin hallarını birmənalı şəkildə təsdiq edən və heç bir şübhə yeri qoymadan birmənalı nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu cinayət əməli üzrə onun təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki, qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfnin üzərinə düşür. Bu xüsusda məhkəmə X3 Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) “X1rşı” iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 349.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin vəsatəti olmadığı halda, məhkəmə tərəfindən ittiham tərəfi, eyni ilə müdafiə tərəfi üçün sübutların toplanması; öz təşəbbüsü ilə şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsi, müvafiq üzləşdirmələrin və digər istintaq hərəkətlərinin aparılması, bir sözlə ittiham üçün ibtidai istintaqın müəyyən etmədiyi halların aydınlaşdırılması məhkəmənin qərəzsizliyinə xələl gətirən bir hərəkət olardı. Belə olan halda məhkəmə öz arbitr olma səlahiyyətindən uzaq düşməklə, artıq cinayət prosesinin tərəfinə çevrilər, onun işlərə qərəzsiz və ədalətlə baxılması şübhə obyekti olardı. Halbuki, qanun (Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 28.1-ci maddəsi) işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqi əsasında öz daxili inamı və hüquq düşüncəsi ilə baxılaraq, qərar qəbul edilməsini birmənalı şəkildə təsbit edir. İttiham tərəfi hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasında, nə də sonrakı məhkəmə proseslərində bu epizod üzrə yeni sübutların təqdim edilməsi barədə vəsatətlər verməmiş, eyni zamanda məhkəmə baxışında əlavə şahidlərin çağrılıb dindirilməsi, ekspertizanın təyin edilməsi, müvafiq üzləşdirmələrin keçirilməsi, ifadələrin yerində yoxlanması və sair istintaq hərəkətlərinin aparılması üçün vəsatətlər verməmişdir. İttiham tərəfi yalnız məhkəməyə ibtidai istintaq tərəfindən təqdim olunmuş sübutlarla kifayətlənmiş, dövlət ittihamçısı bu barədə məhkəmə hazırlıq iclasında və məhkəmə çıxışında qeyd etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qanuna zidd olduğundan və məhkəmənin, o cümlədən cinayət işlərinə qərəzsiz və ədalətlə baxılması və tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxılması prinsipi rəhbər tutularaq, verilən iitihamın dəqiqləşdirilməsi, ittiham üçün ittiham orqanının müəyyən etmədiyi detallara aydınlıq gətirilməsi məqsədilə məhkəmənin öz təşəbbüsü ilə hər hansı istintaq hərəkətlərinin aparılması yolverilməzdir və bunun üçün heç bir qanuni əsas yoxdur. Ona görə də məhkəmə hazırkı iş üzrə yekun məhkəmə qərarının çıxarılması üçün ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi ilə kifayətlənir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən itihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həl edilir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, “müttəhimin cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti etməkdə ittiham olunursa və bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetmirsə, məhkəmə hökmün təsviri hissəsində müttəhimin müəyyən cinayətlərlə təqsirli hesab olunmasının, başqa cinayətlərə görə olan ittiham üzrə isə ona bəraət verilməsinin əsaslarını göstərir, hökmün nəticəsi hissəsində isə müttəhimin müəyyən maddələr üzrə təqsirli hesab edilməsi və başqa maddələr üzrə bəraət qazanması göstərilir. Müttəhimin cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayəti etməkdə ittiham olunduqda (məsələn, bir neçə gizli oğurluq və ya davam edən cinayətkar fəaliyyətin bir neçə epizodu) və bunlardan bəziləri üzrə ittiham təsdiq edilmədikdə, əgər bu, cinayətin tövsifinin dəyişməsinə səbəb olmursa, məhkəməyə kifayət edir ki, hökmün təsviri hissəsində lazımi motivləri qeyd etməklə, bu hissə üzrə ittihamın əsassız hesab olunması barədə nəticəni göstərsin. Bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi (hissəsi, bəndi) ilə tövsif edilən şəxs haqqnda bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri hissəsində hər bir maddə (hissə, bənd) üzrə müttəhimin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, ona cinayət qanununda göstərilən hansı əsasla bəraət verildiyini göstərməlidir”. Azərbaycan Respublikası CPM-in 350.4-cü maddəsinə görə bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayət tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 410,00 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu üzrə irəli sürülmüş ittihamda göstərilən hadisəyə aidiyyətinin olması sübut olunmadığından, Azərbaycan Respublikası CPM-in 42.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə ona bəraət verilməli, həmin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən, təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 1360,00 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair irəli sürülmüş ittihamdan imtina etmişdir. Azərbaycan Respublikasının CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 1360,00 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair irəli sürülmüş ittihamdan imtinası qəbul edilməli və həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılmalı, həmin epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 56.0.1 və 91.5.40-cı maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri, səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və ya ziyanın ödənilməsini tələb etmək hüququnun olduğu izah edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” marketdə satıcı işləyən Zərərçəkmiş şəxs2 məxsus 50 manat pulu açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 50,00 (əlli) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən “Rəfi” marketin yaxınlığında dayanmış “Ford Tranzit” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomaşının qabaq oturacağının üzərindən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 250 manat dəyərində “Samsung” markalı, “SM-A207F/DS” modeli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 250,00 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 50 manat pulu açıq talama yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 50,00 (əlli) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməsi və təkrarən, xx xxxxxx 2020-ci il tarixdə “Ford Tranzit” markalı **-FJ-*** dövlət nömrə nişanlı avtomaşının qabaq oturacağının üzərindən vətəndaş Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 250 manat dəyərində “Samsung” markalı, “SM-A207F/DS” modeli mobil telefon aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 250,00 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə sübut edildi. Həmin əməllərin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 19-cu bəndində göstərildiyi kimi, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsindən CM-nin 180.1-ci maddəsinə, 177.2.2 və 177.2.3-cü maddələrindən isə CM-nin 177.2.2-ci maddəsinə tövsif edilməli və barəsində ittiham hökmü çıxarılaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini və maddi zərəri tam ödəməsini, həmin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və ya tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 05 (beş) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs4 dəymiş maddi zərərin tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında saxlanc yeri olan Zərərçəkmiş şəxs3 məxsus ünvan 1 3 ünvanında yerləşən yeni tikili evə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 410,00 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu üzrə irəli sürülmüş ittihamda göstərilən hadisəyə aidiyyətinin olması sübut olunmadığından Azərbaycan Respublikası CPM-in 42.1.3-cü maddəsinə əsasən həmin epizod üzrə ona bəraət verilsin. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. İttiham tərəfinin Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi 1B ünvanda yerləşən “Globus” məktəb ləvazimatları mağazasına plastik qapının kilidini sındırıb açma yolu ilə qanunsuz daxil olaraq zərərçəkmişə ümumilikdə 1360,00 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair irəli sürülmüş ittihamdan imtinası qəbul edilsin və həmin bənd ona qarşı irəli sürülmüş ittihamdan çıxarılsın, həmin epizod üzrə onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 56.0.1 və 91.5.40-cı maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri, səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və ya ziyanın ödənilməsini tələb etmək hüququnun olduğu izah edilsin. Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrindən həmin Məcəllənin 180.1 və 177.2.2-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 05 (beş) ay 14 (on dörd) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Yeni Yaşayış sahəsində yerləşən fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs4 dəymiş maddi zərərin tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-23/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-23/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver