Məhkəmə qərarları › İş №1(003)-23/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-23/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-23/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrumedilməklə 01 il 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və 1400 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 qaz xəttinin yerinin dəyişdirilməsi adı ilə köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin yanvar ayında ünvan 2 ünvanında sonuncunun 700 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 qaz xəttinin yerinin dəyişdirilməsi adı ilə köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 08 mart 2022-ci il tarixdə ünvan 3 ünvanında sonuncunun 1500 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 qaz xəttinin yerinin dəyişdirilməsi adı ilə köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 29 avqust 2022-ci il tarixdə ******************** bank hesabına Beyləqan rayonu, Bünyadlı kəndində yerləşən ərzaq mağazasında yerləşən Milliön ödəmə terminalı vasitəsi ilə sonuncunun köçürtdüyü 1000 manat pulu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 qaz xəttinin yerinin dəyişdirilməsi adı ilə köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində 600 manat, xx.xx.2023-cü il tarixdə isə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində 900 manat pulunu alaraq ümumilikdə 1500 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 iki ədəd qaz sayğacının quraşdırılması adı ilə köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi Adil Musayev küçəsində sonuncunun 700 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayının əvvəllərində tanıdığı Kamal adlı şəxs onunla görüşərək Xəzər rayonu, Binə Atçılıq, Badam bağlarında yerləşən həyətyanı sahəsinə darvaza yeri açmaq üçün həyətin qarşısından keçən qaz xəttinin yerinin dəyişilməsi ilə əlaqədar ondan kömək istəmiş, bu zaman o, ona bu işin 1000 manata başa gələcəyini bildirmişdir. Kamal adlı şəxs öz növbəsində ona bildirmişdir ki, 700 manata gücü çatır. O, onunla razılaşmış və onun verdiyi 700 manat pulu almışdır. Lakin bununla bağlı hər hansı bir iş görməmişdir. Bundan sonra 08 mart 2022-ci il tarixdə əvvəllər tanıdığı Vidadi adlı şəxs onunla əlaqə saxlayaraq Səid adlı şəxsin qaz xəttinin yerini dəyişdirmək lazım olduğunu ona bildirmiş, o, Səid adlı şəxslə əlaqə saxlayaraq onun bu işinin 3000 min manata başa gələcəyini bildirmiş, bundan sonra Səid ona o qədərə gücü çatmayacağını bildirərək 1500 manata gücü çatdığını demiş, o, da tanıdığı Vidadi adlı şəxs ondan xahiş etdiyinə görə onun dediyi qiymətlə razılaşmış və 1500 manat pulu ondan götürmüş, lakin onun da işini həll etməmişdir. Bundan başqa 29 avqust 2022-ci il tarixdə Anar adlı şəxs işlədiyi Xəzər rayonu Azəriqaz istehsalat birliyinə gələrək Xəzər rayonu Binə qəsəbəsində yerləşən həyətyanı sahəsində qaz turbasının yerinin dəyişdirilməsini istədiyini bildirmiş, o, da ona həmin işdə köməklik edə biləcəyini demiş və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O, onunla razılaşmış və 1000 manat pulu istifadə etdiyi bank kartına göndərmişdir. O, pulu aldıqdan sonra onun üçün heç bir iş görməmiş və pulu öz ehtiyaclarına xərcləmişdir. O, dəfələrlə ona zəng etsə də, telefonlarına cavab verməmişdir. Sonradan eşitmişdir ki, barəsində şikayət etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Şəhriyar adlı şəxs Binə qəsəbəsində yerləşən həyətyanı sahəsindəki qaz xəttinin yerinin dəyişilməsilə bağlı ona müraciət etmiş, o, bununla bağlı ondan 1700 manat pul istəmiş, o, isə 1500 manata gücünün çatdığını demiş və o, razılaşmışdır. İlkin olaraq ondan 600 manat pul almış, xx.xx.2023-cü il tarixdə isə kart hesabına 900 manat pul göndərmişdir. Bildirmişdir ki, Şəhriyar adlı şəxsdən qaz xəttinin yerinin dəyişilməsi ilə əlaqədar pul alsa da, heç bir iş görməmiş və aldığı pulların hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin iyul ayının ortalarında Mehman adlı şəxsdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi Adil Musayev küçəsində yerləşən həyətyanı sahəsində iki ədəd qaz sayğacının quraşdırılmasına köməklik edəcəyi adı ilə aldadıb 700 manat pulunu almışdı, lakin heç bir iş görməyərək aldığı pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının əvvəllərində Xəzər rayonu, Binə Atçılıq, Badam bağlarında yerləşən həyətyanı sahəsinə darvaza yeri açmaq üçün həyətin qarşısından keçən qaz xəttinin yerinin dəyişilməsi ilə əlaqədar qaz idarəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs kömək istəmiş, bu zaman o, ona bu işin 1000 manata başa gələcəyini bildirmiş, Kamal adlı şəxs öz növbəsində ona 700 manata gücünün çatdığını demiş və onlar razılaşmış, bundan sonra o, Təqsirləndirilən şəxs 700 manat pulu vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməyərək heç bir iş görməmişdir. O, Buna görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Sonradan Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etmişdir ki, Mərdəkan qəsəbəsində yerləşən yeni yaşayış masivində ona məxus həyətyanı sahənin divarının hörülməsi zamanı qaz xətti ona maneçilik törətdiyinə görə onun yerini dəyişmək istəmiş, 8 mart 2022-ci il tarixdə qonşusu Vidadi adlı şəxs ona Mətləb adlı şəxsin bu işlərlə məğul olduğunu bildirmiş, ona Mətləb adlı şəxsin mobil nömrəsini vermiş və onu həyətinin yanında görüşə çağırmışlar. Mətləb bir müddət sonra ora gələrək bu məsələnin 3000 manata başa gələcəyini demiş, o, isə pulunun o qədər olmamasını bildirərək 1500 manat verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. O, ona vəd vermişdir ki,,bir həftə ərzində iş yekunlaşacaqdır. Sonradan işin düzəlmədiyini görüb ona həmin ilin aprel ayında zəng etmiş, Mətləb ona narahat olmamasını bildirmiş, bəzi sənəd işlərinin qaldığını, düzələcəyini demişdir. 2022-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs həbs edildiyini öyrənmiş, Mətləbin işinin yekunlaşmağını gözləmiş, çünki maddi vəziyyətinin yaxşı olmadığını bilmişdir. 2022-ci ilin dekabr ayında onunla 2 dəfə telefonla əlaqə saxlamış, Mətləbin pulu qaytarmaq və işi düzətmək fikrinin olmadığını hiss etmiş, 2023-ci ilin fevral ayında onunla Mərdəkan Bələdiyyəsinin yanında görüşmüş, görüş zamanı o ona yenə də işi düzəldəcəyinə vəd etmiş, o, isə pulunu geri tələb etmişdir. Təqsirləndirilən şəxs işin hazır olduğunu bildirərək pulu qaytarmamış, bundan sonra Vidadi adlı şəxsə yığaraq onun ona müəyyən müddət vaxt verməyini istəmiş, o, Mətləbə 3-4 gün müddət verərək ondan pulunu qaytarmasını tələb etmiş, pulu qaytarmadığına görə xx.xx.2023-cü il tarixdə polisə ərizə ilə müraciət etmişdir. Sonradan Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Beyləqan rayonunda təsərrüfat işləri ilə məşğul olur, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində ona məxsus ev və torpaq sahəsi var. Ancaq Beyləqan rayonunda ailəsilə birlikdə yaşayır. Keçən ilin avqust ayının əvəllərində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan evinə baxmaq üçün Bakı şəhərinə gəlmiş, burada olarkən evinin yanından qaz trubasının qapısından və divarın yanından düzünə getdiyini, qapı yerinin qoyulmadığını görmüş, həmin qapı yerinin düzəldilməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu Azəriqaz istehsalat birliyinə getmiş, elə qapıdan içəri girərkən bir nəfər tanımadığı şəxslə həmin müəssisədə qarşılaşmışdır. Söhbət zamanı adının Mətləb olduğunu öyrənmiş, həmin şəxslə söhbət zamanı belə bir işinin olmasını, maşın keçməsi üçün qaz borusunun yuxarı qaldırılmasını istədiyini bildirmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu örəndiyi bu şəxs ona bu işlərin onluq olduğunu, düzəldə biləcəyini bildirmişdir. Onunla həmin ünvana gedərək həmin qaz turbasına baxmış və Asan Komunaldan icazə almasını ona demişdir. Onun şəxsi işləri olduğuna görə Bakı şəhərində qala bilməyərək Naftalan rayonuna getmişdir. Təqsirləndirilən şəxs ona zəng vuraraq işini düzəldəcəyini və ona bunun qarşılığında 1000 manat verməli olduğunu bildirmişdir. O, 29 avqust 2022-ci il tarixində saat 09:00 radələrində Naftalan rayonundan Beyləqan rayonuna gedərək evdən 1000 manat götürüb yaşadığı ünvanın yaxınlığında yerləşən ərzaq mağazasında olan MİLLİÖN aparatı vasitəsi ilə saat 11:29 radələrində 1000 manat pulu Təqsirləndirilən şəxs ona verdiyi Bank Hesabına göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs ona söz verdiyi işlərini görməyərək telefonlarına cavab verməmişdir. Ona görə də o, Mətləbdən şikayət etmişdir. Sonradan Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində yerləşən ona məxsus həyətyanı sahənin divarının yanından qaz borusu gedirmiş, maşının həyətə rahat girib-çıxması üçün həmin borunu yuxarı qaldırmaq isdəyirmiş. Bu məsələ ilə bağlı maraqlanmış, tanışları Mətləb adlı şəxsin bu işlə məşğul olduğunu və Xəzər rayonunda X2rşısında ofisi olduğunu ona bildirmişlər. O, xx.xx.2023-cü il tarixdə Xamiyev Ağaməmməd ilə bilirlikdə Mətləbin ofisinə getmişlər. Təqsirləndirilən şəxs adlı şəxs bu işlərlə məşğul olduğunu və bu işi 1700 manata həll edəcəyini bildirmiş, o, isə 1500 manata gücünün çatdığını bildirmişdir. Mətləb onunla razılaşaraq ilkin olaraq ondan 600 manat pul almış, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına 900 manat pul göndərmişdir. Ancaq Təqsirləndirilən şəxs ona söz verdiyi qapı yerini düzəltməmiş və sonradan da ailə problemləri ilə bağlı onunla məşğul ola bilməmiş, daha sonra isə üzərindən beş ay keçməsinə baxmayaraq ona yığsa da, bugün, sabah deyərək ona söz verdiyi işləri görməmişdir. O, da polisə müraciət etmişdir. Sonradan Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki ədəd qaz sayğacının quraşdırılmasına köməklik edəcəyini vəd etməklə etibarından sui-istifadə edərək və onu aldadaraq 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi Adil Musayev küçəsində 700 manat pulunu alaraq ələ keçirmişdir. O, ondan pulu alarkən məsələni bir ay ərzində həll edəcəyinə söz versə də, əməl etməmişdir. Bundan sonra o, pulunu geri tələb etmək üçün dəfələrlə ona zəng etsə də, o, zənginə cavab verməmiş, onun bu hərəkətindən sonra aldadıldığını başa düşmüş, buna görə də onun barəsində şikayət etmişdir. Hazırda Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan olunmuşdur. Şahid istintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, keçən ilin 8 mart tarixində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8 may küçəsində yerləşən bağ evinin yaxınlığında qaz borusu getdiyini və həmin borunu yuxarı qaldırıb maşın darvazası üçün yer düzəltmək isdədiyini bildirmiş, o, isə bu işlərlə məşğul olan Mətləb adlı tanışının olduğunu bildirmişdir. Mətləbə zəng vuraraq Səid adlı qonşusunun qaz borusunu yuxarı qaldırıb maşın üçün darvaza düzəltmək istəməsini bildirmiş, Mətləb isə bu işi bacara biləcəyini ona bildirmişdir. Telefonda Mətləb onunla heç bir maddi məsələ ilə bağlı heç nə deməmişdir. Sonra Mətləbin mobil nömrəsini Səidin atası Akif kişiyə vermiş, onlar sonradan Mətləbə zəng vuraraq onunla 1500 manata razılaşmışlar. Sonradan Təqsirləndirilən şəxs öz sözünün üstündə dayanmayaraq vədinə əməl etməmişdir. Çünki Mətləb 2022-ci ilin mart ayında həbs olunmuşdur. Həbsdən azad olunduqdan sonra maddi çətinliklərə görə həmin məsələni həll edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 46.2, 32.4, 312.2, 66.3, 66.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 01 il müddətinə dövlət və yerli özünüidarə edən orqanlarda maddi məsul və rəhbər vəzifəsi tutmaq hüququndan məhrum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, qəti olaraq 2000 manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)- 202/2023 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə şübhəli şəxs kimi saxlanıldığı 3 ay 23 gün bir günə 2 gün hesablanmaqla ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1184/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarda maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzasının ödənilməmiş qalan 1400 (min dörd yüz) manat hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1400 (min dörd yüz) manat cərimə cəzası saxlanılmışdır; - Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 22049 nömrəli qəbzindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı 1350 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2 və 178.2.3-cü maddəllərinə əsasən dələduzluq, yəni təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş cəmi 5400 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 1350 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.2, 178.2.3-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar