Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-230/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə X3 19 avqust 1996-cı ildə Naxçıvan MR, Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atcılıq yaşayış massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, X6 06 aprel 2022-ci il tarixdə Suraxanı rayonu Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroini ümumilikdə 20 manat müqabilində alıb üzərində saxlayaraq daşımışdır. Həmin gün saat 19:45 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən Bağlar deyilən yerdə saxlanılaraq 2-ci Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Cümşüd Həsənovun üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan göyü rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd siqaret qızılı kağızına bükülü ümumi təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs X6 özünü təqsirli bilərək göstərdi ki, o, 4 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 06 aprel 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pula şəxsi istifadəsi üçün 1 büküm heroin almışdır. Həmin günü saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən badam bağları adlanan ərazidə olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan 1 büküm heroini çıxardıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və yüzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. X3 təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Cümşüd Həsənovu 06 aprel 2022-ci il tarixdə, saat 19:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivində şübhəli şəxs qismində saxlayaraq 2-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış aparılmamışdan əvvəl videoçəkilişlə Cümşüd Həsənova müdafiəçinin iştirakı ilə üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Cümşüd Həsənov göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra X3 üzərində şəxsi axtarış aparılsa da, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Cümşüd Həsənov saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 6/1892 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, “vət. X3 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,262 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına heroindən 0,05 qram sərf edildikdən sonra 0,212 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli, 1705 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 19 avqust 1996-cı ildə Naxçıvan MR, Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində anadan olmuş X6 - 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 4 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilərək üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan ittiham aktından görünür ki, Xəzər RPİ-nin İŞ-də X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq edilərək tamalanmış ********* saylı cinayət işinin ittiham aktı 14 aprel 2022-ci il tarixdə Xəzər rayon prokuroru tərəfindən təsdiq edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə X3 əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə X3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə X5 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, X6 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, X3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 06 aprel 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, X3 cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, X2 aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,212 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. X3 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan X2 aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,212 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut X3 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. X6 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmalı və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci X2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil X7, 30 (otuz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X3 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan X2 aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,212 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut X3 üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci X2 alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X8 təqsirləndirilən şəxs X5 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X5 məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X7 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum X5 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-230/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-230/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver