Məhkəmə qərarları › İş №1(003)-231/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-231/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-231/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul katibi X2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 2004-cü ildə Lənkəran rayonu, Narbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində «nəzarət altına vermə» haqqıda qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çantasından əmlakını çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2021-ci il tarixdə, saat 11 radələrində «Koroğlu» metrostansiyasından Binə qəsəbəsi istiqamətinə 160 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində avtobusda sərnişin olan Zərərçəkmiş şəxs əlində olan çantasına daxil olmaqla oradan 01 ədəd «Samsung A10» markalı **********6546/4; **********76546/1 İMEİ kodlu mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, valideynləri 2011-ci ildə boşandıqdan sonra qardaşı Kənan ilə birlikdə anası ilə birlikdə qalmışdır. Atası başqa qadınla ailə qurmasına baxmayaraq qardaşı ilə tez-tez gedib atası ilə görüşmüşdür. 07 aprel 2021-ci il tarixdə, saat 11 radələrində atasının yanına getmək üçün Binə qəsəbəsindən 160 nömrəli marşurut avtobusuna minmişdir. Kanal deyilən 16-17 yaşlarında bir nəfər qız avtobusa minmiş və qızın mobil telefonunu məktəbli çantasına qoyduğunu görmüşdür. Həmin qız ona yaxın məsafədə dayanmış, arxası ona tərəf olduğu üçün qıza yaxınlaşaraq çantanın zamokunu açıb telefonu oğurlamışdır. Lakin heç kim telefonu götürdüyünü görməmişdir. Telefonu cibinə qoyub növbəti dayanacaqda avtobusdan düşmüş və oradan uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilərkən istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 07 aprel 2021-ci il tarixdə, saat 11:30 radələrində 160 saylı marşurut avtobusu ilə Ramana qəsəbəsindən yaşadığı Binə qəsəbəsinə getmiş, Binə qəsəbəsində isə avtobusdan düşüb yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra çantasına baxdıqda ona məxsus «Samsung A10» markalı mobil telefonun çantasında olmadığını görmüşdür. Həmin mobil telefonun dəyəri 200 manatdır. İlkin ərizəsində həyacanlı olduğundan oğurlanmış mobil telefonumun 2020-ci ildə alındığı qiymətini, yəni 315 manat qeyd etmiş, telefonu oğurlanarkən işlənmiş vəziyyətdə olduğu üçün dəyəri 200 manat təşkil edir. İş materiallarında olan 3-cü Polis şöbəsinin 22 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məcburi gətirilməsi ilə əlaqədar atası Əmirxan Əlizadə ilə mobil telefon əlaqəsi saxladıq və məlum oldu ki, qızı Zərərçəkmiş şəxs hazırda təhsili ilə bağlı olaraq Gürcüstan Respublikasındadır. Bu səbəbdən məhkəmədə iştirakı mümkün deyil. İş materiallarında olan Maddi sübut qismində götürülmə və baxış keçirilməsi haqqında 11 mart 2022-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Samsung A10» markalı **********6546/4; **********76546/1 İMEİ kodlu mobil telefon maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə olunmuş Mobil telefon mağazasında baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Samsung A10” markalı mobil telefonun orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə eyni marka və model mobil telefona telefon mağazasında baxış keçirilərkən işlənmiş vəziyyətdə dəyərinin 140 manat olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilərək, işlənmiş vəziyyətdə “Samsung A10” markalı mobil telefonun vitrində satış qiyməti ilə birlikdə fotoşəkili çəkilməklə protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş 29 mart 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “Samsung A10” markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır. Bununla bağlı hər hansı şikayəti, yaxud tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 2004-cü ildə Lənkəran rayonu, Narbağı kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, hadisəni törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 12 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixədək həbsdə olduğu 1 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Novruzovun 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd «Samsung A10» markalı **********6546/4; **********76546/1 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd «Samsung A10» markalı **********6546/4; **********76546/1 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Binəqədi rayonu, Xocəhəsən qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd «Samsung A10» markalı **********6546/4; **********76546/1 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar