Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-231/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2000-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Balakən rayonu, Qeysə kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1998-ci ildə Balakən rayonu, Qeysə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Balakən rayonu, Qeysə kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 13 sentyabr 2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bərdəlilər küçəsində yerləşən nömrəsiz fərdi tikilinin qarşısında olan zaman oradan idarə etdikləri avtomobillə keçən zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobilləri idarə etdikləri vaxt onların qarşısında yolun ortasında dayanan Təqsirləndirilən şəxs2 irad bildirdikdən sonra aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz əlaməti olaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əvvəlcə idarə etdiyi avtomobilin içərisində, sonra isə avtomobildən düşərək yumruqla sol alın-gicgah nahiyyəsinin, sağ saidin əzilmiş yaraları, avtomobildən düşdükdən sonra isə yerdə sol alın-gicgah nahiyyəsinin, sağ bazunun sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirməklə Təqsirləndirilən şəxs2 isə zor tədbiq edib itələyib yıxmaqla Zərərçəkmiş şəxs2 zor tədbiq edib sol bazunun, döş qəfəsinin sıyrıqları ilə müşayət olunan dərəcələri dəyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə ilə bir qrup şəxs halında 13 sentyabr 2024-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bərdəlilər küçəsində yerləşən nömrəsiz fərdi tikilinin qarşısında olan zaman oradan idarə etdikləri avtomobillə keçən zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobilləri idarə etdikləri vaxt onların qarşısında yolun ortasında dayanan Təqsirləndirilən şəxs2 irad bildirdikdən sonra aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz əlaməti olaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 əvvəlcə idarə etdiyi avtomobilin içərisində, sonra isə avtomobildən düşərək yumruqla sol alın-gicgah nahiyyəsinin, sağ saidin əzilmiş yaraları, avtomobildən düşdükdən sonra isə yerdə sol alın-gicgah nahiyyəsinin, sağ bazunun sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirməklə Təqsirləndirilən şəxs2 isə zor tədbiq edib itələyib yıxmaqla Zərərçəkmiş şəxs2 zor tədbiq edib sol bazunun, döş qəfəsinin sıyrıqları ilə müşayət olunan dərəcələri dəyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən kafedə pivə içmişlər. Daha sonra yaşadıqları məhəlləyə getmişlər və onun yaşadığı evin qarşısında dayanmışlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobillərlə məhəlləyə gələrək məhəllədə saxlamışlar. Elşən maşından düşərək tanışı Süleymanla görüşmüşdür. Süleymandan nə üçün yolun ortasında dayandığını soruşmuşdur. Süleyman ona yolun ortasında dayanmadığını demişdir. Pünhanda maşından düşərək Elşənlə Süleymanın yanına getmişdir. O, Elşənə Süleymanın yolun otasında dayanmadığını deyib maşınlarına minib getməklərini istəmişdir. Həmin vaxt Elşən Süleymanla mübahisə etmişdir. Elşən tanışı Süleymanla mübahisə edib maşına oturmuşdur. Elşənin tanışı Pünhanda öz idarə etdiyi avtomobilə əyləşmişdir. Həmin vaxt Süleyman Pünhanın maşının qabaq sol qapısının yanında dayanmışdır. Həmin vaxt mübahisə yarandığından Elşənin maşınının qapısını açmağına icazə verməmiş, onu yumruqla vurmuşdur. Daha sonra o, Pünhanın maşınına tərəf getmişdir. Pünhan maşından düşmək istəmişdir. Lakin Süleyman ona maşından düşməyə icazə verməmişdir. Bu zaman Elşən maşından düşərək onun arxasınca gəlmişdir. Elşən onu vurmaq istəmiş o, buna imkan verməmişdir. Yenidən Elşənə bir iki yumruq zərbəsi vurmuşdur. O, Pünhanın maşını yanında olanda Süleymanı kənara itələmişdir. Həmin vaxt Pünhan maşından düşmüşdür. Pünhan maşından düşəndə Süleyman onu itələmişdir. Həmin vaxt Pünhan yerə yıxılmışdır. Elşən yerə yıxılan tanışı Pünhanı yerdən qaldırmaq istəyən zaman isə Süleyman Elşəni vurub yerə yıxmışdır. Sonradan aralarında olan dava-dalaş sakitləşmişdir. Xuliqanlıq etmək niyyəti olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək qeyd etdi ki, xx.xx.2024-xcü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkan qəsəbəsində yerləşən kafedə pivə içmişlər. Onlar təxminən 1 saata yaxın həmin kafedə oturub sonra yaşadıqları məhəlləyə getmişlər və Hacımuradın yaşadığı evin qarşısında dayanmışlar. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri avtomobillərlə məhəlləyə gəlmişlər. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idarə etdikləri maşını məhəllədə saxlamışlar. Elşən maşından düşərək onunla görüşmüşdür. Ondan nə üçün yolun ortasında dayandığını soruşmuşdur. O, Elşənə yolun ortasında dayanmadığını demişdir. Hacımurad onlardan bir qədər aralıda dayanıb telefonla danışırmış. Pünhanda maşından düşərək Elşənlə onun yanına gəlmişdir. Hacımurad da telefonla danışıb yekunlaşandan sonra onlara yaxınlaşmışdır. Hacımurad Elşənə onun yolun otasında dayanmadığını deyib maşınlarına minib getməklərini istəmişdir. Elşən və Pünhan öz idarə etdikləri avtomobilə oturmuşlar. O, Pünhanın maşının qabaq sol qapsının qarşısında dayanmışdır. Hacımurad isə Elşənin maşınının sol qapısında dayanıb onun maşında oturmasından istifadə edib yumruqla zərbələr edirməyə başlamışdır. X7 maşını tərəfə gəlmişdir. Həmin vaxt o, Pünhanı yumruqla vurmağa başlamışdır. Hacımurad onlara çatan zaman Elşən arxadan gəlib onları kənara itələmişdir. Onlar kənara çəkiləndə isə Pünhan maşından düşmüşdür. Pünhan maşından düşəndən sonra O, Pünhanı itələmiş və Pünhan yerə yıxılmışdır. Elşən yerə yıxılan Pünhanı köməklik edib yerdən qaldırmaq istəyən zaman o, Elşənidə itələmişdir. Elşəndə həmin vaxt yerə yıxılmışdır. Onlar dalaşdıqdan sonra aralaşmışlar. Aralarında mübahisə olsa da, onun xuıiqanlıq etmək niyyəti olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə saat təxminən 01:40-da idarə etdiyi VAZ 2109 markalı avtomobili ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Bərdəlilər küçəsində hərəkətdə olmuşdur. Həmin vaxt ondan arxada qohumu Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ 21011 markalı avtomobillə gəlmişdir. Həmin vaxt yaşadığı məhəllədən tanıdığı lakin heç bir münasibəti olmayan adını araşdırma zamanı bildiyi Təqsirləndirilən şəxs2 küçədə yolun ortasında dayanmışdır. O küçədə yolun ortasında dayandığı üçün o, maşını saxlayıb maşından düşmüşdür. Onunla görüşmüşdür. O, Süleymanla görüşən zaman ondan kəskin spirt qoxusunun gəldiyini və onun sərxoş olduğunu görmüşdür. Ondan nə üçün yolun ortasında dayanaraq avtomobillərin gediş gəlişinə mane olduğunu soruşmuşdur. Həmin vaxt Süleyman yolun ona məxsus olduğunu harada istəyir orada da dayanacağını demişdir. O, Süleymanla söhbət edən zaman arxada olan qohumu Pünhanda maşından düşüb onlara yaxınlaşmışdır. Pünhanda Süleymanla görüşmüşdür. Pünhan onlara yaxınlaşandan sonra kənarda telefonla danışan Süleymanın tanışı Hacımurad onlara yaxınlaşmışdır. Hacımurad tanışı Süleymanın yolun ortasında dayanmadığını israrla onlara demişdir. O və tanışı Pünhan sərxoş vəziyyətdə olan Hacımurad və Süleymanla danışımağın mənasız olduğunu görüb oradan uzaqlaşmaq istəmişlər. Hər ikisi idarə etdikləri avtomobillərə əyləşmişlər. Həmin vaxt Süleyman Pünhanın maşının yanında dayanmışdır. Hacımurad isə yaşadığı evin həyətinə daxil olmuşdur. Onun idarə etdiyi avtomobil oxdlanmışdır. Lakin Pünhanın idarə etdiyi avtomobil xodlanmamamışdır. O, maşından düşüb Pünhanın maşınına köməklik etmək istəmişdir. Həmin vaxt Hacımurad öz həyətlərindən qaça-qaça çıxıb onun maşınına yaxınlaşmışdır. Maşının qabaq sol qapısını əli ilə tutub onun qapını açmağına imkan verməmişdir. Həmin vaxt Hacımurad onun alnının sol tərəfinə yumruqla zərbə vurub Pünhanın maşına tərəf getmişdir. Onun maşından düşdüyünü görüb geri qayıtmışdır. Əlində olan qayçı ilə onun sağ qoluna xəsarət yetirib Pünhanın maşınına tərəf getmişdir. O, da onun arxasınca getmişdir ki, Pünhana xəsarət yetirməsin. Pünhanın maşının qabaq sol qapısmında dayanmış Süleyman isə avtomobilin qabaq sol qapısının açılmasına mane olaraq Pünhanı yumruqla vurmuşdur. O, Pünhanın maşınına yaxınlaşıb Süleymanı və Hacımuradı kənara itələmişdir. Həmin vaxt Pünhan maşından düşmüşdür. Pünhan maşından düşəndə isə Süleyman onun üzərinə hücum edib onu itələmişdir. Zərbə nəticəsində Pünhan üzü üstə yerə yıxılmışdır. O, yerə yıxılmış Pünhanın yerdə qalxmasına köməklik etmək istəmişdir. Həmin vaxt Süleyman onuda itələmiş və o sağ tərəfi üstə yerə yıxılmışdır. Sonra isə o, uca səslə qışqırmışdır. O, qışqırandan sonra Süleyman, Hacımurad və Pünhan sakitləşmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, 13 sentyabr 2024-cü il tarixdə saat təxminən 01:40-da idarə etdiyim VAZ 21011 markalı avtomobililə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Bərdəlilər küçəsində hərəkətdə imiş. Həmin vaxt ondan qabaqda qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ 2109 markalı avtomobillə gəlirmiş. Həmin vaxt yaşadığı məhəllədən tanıdığı, lakin heç bir münasibəti olmayan adını araşdırma zamanı bildiyi Təqsirləndirilən şəxs2 küçədə yolun ortasında dayanmışdır. Tanışı Elşən maşını saxlayıb maşından düşüb Süleymanla görüşmüşdür. O, isə maşından düşməmişdir. Onların söhbətinin uzun olduğunu görüb, o, da maşından düşüb onlara yaxınlaşıb Süleymanla görüşmüşdür. Həmin vaxt kənarda dayanaraq telefonla danışan Hacımurad onlara yaxınlaşmış və görüşmüşdür. Hacımurad tanışı Süleymanın yolun ortasında dayanmasının mənasız olduğunu israrla demişdir. O və tanışı Elşən sərxoş vəziyyətdə olan Hacımurad və Süleymanla danışmağın mənasız olduğunu görüncə oradan uzaqlaşmaq istəmişdir. Hər ikisi idarə etdiyi avtomobillərə əyləşmişdir. Həmin vaxt Süleyman onun maşınının yanında dayanmışdır. Hacımurad isə yaşadığı evin həyətinə daxil olmuşdur. Elşənin idarə etdiyi avtomobil xodlanmışdı. Lakin onun idarə etdiyim avtomobil xodlanmamışdır. Elşən maşından düşüb onun maşınına kömək etmək istəmişdir. Həmin vaxt Hacımurad öz həyətlərindən qaça-qaça çıxıb Elşənin maşınına yaxınlaşmışdır. Maşının qabaq sol qapısını əli ilə tutub Elşənin qapısını açmağına imkan verməmişdir. O, onlardan arxada dayandığı üçün Hacımurad maşında oturmuş Elşənə zərbələr vurmuşdur. O, maşından düşmək istəyəndə isə Süleyman onun maşınının qapısını tutaraq qapını açmağıma imkan verməmişdir. Hacımurad tanışı Elşəni vurandan sonra onun maşınına tərəf gəlmişdir. Həmin vaxt Elşən də maşından düşərək Hacımuradın arxasıyca qaçmışdır. Hacımurad yenə Elşənə zərbə endirmişdir. Elşən onun maşınının yanında olan Hacımurad və Süleymanı kənara itələmişdir. O, maşından düşəndə Süleyman onu itələmişdir. Həmin vaxt o, yerə yıxılmışdır. Ona kömək edib yerdən qaldırmaq istəyən Elşənə Süleyman zərbə vurmuşdur. Elşən də onun kimi yerə yıxılmışdır. Sonra isə Elşən uca səslə qışqırmışdır. Elşən qışqırandan sonra Süleyman, Hacımurad və o sakitləşmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsdən alınmış 17 sentyabr 2024-cü il tarixli 1116 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol alın-gicgah nahiyyəsinin, sağ saidin əzilmiş yaraları, sol alın-gicgah nahiyyəsinin, sağ bazunun sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X4” publik hüquqi şəxsdən alınmış 17 sentyabr 2024-cü il tarixli 1117 nömrəli rəyindən görünür ki, P.Ə.Ələsgərovun bədəni üzərində sol bazunun, döş qəfəsinin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə törənmələri istisna olunmur və sağlamlığa -zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. P.Ə.Ələsgərovun bədən səthində aşkar olunmuş xəsarətin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyildir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyildir; - Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi yoxdur və barışmışlar; - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti, tələbi yoxdur və barışmışlar Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsirləri sübuta yetirilmiş, habelə onların törətdikləri cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanınında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 144 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 144 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-231/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-231/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver