Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-232/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətdə 06 fevral 2022-ci il tarixdə, saat 10 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs bir necə gün əvvəl aldığı və qaytarmalı olduğu 50 manat pulun sonuncu tərəfindən verilməsi xahişini əsassız bəhanə edib uca səslə onun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək həmin vaxt məhəllədə digər şəxslərin toplaşmasına məhəl qoymadan qanunsuz davranışlarını davam etdirməklə şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslərə münasibətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinatsızlıq göstərərək zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi silah qismində istifadə edilən vintaçanla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vurub ona “sol gicgah nahiyəsinin əzilmiş yarası” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirərək qərəzli hərəkətlər, xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 7-8 aydan artıqdır ki, tanıyır. Onunla qonşusu Rəşidin evində usta kimi işləyəndə tanış olmuşdur. Yaşadığı həyətdə tikilmiş ev yöndəmsiz olduğundan qərara gəlmişdir ki, evi söküb həyətin digər tərəfində yeni bir ev tiksin. Əslində onun həyəti satmaq niyyəti olmamışdır. Sadəcə evin materiallarını satmaq niyyəti olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində o, Xəyala bu barədə bildirmişdir ki, evin materiallarını istəyən olsa müştəri tapsın. Xəyal da tanımadığı Vüqar adlı şəxsi onun yanına gətirmişdir ki, bu şəxs material almaq istəyir. Vüqarla razılaşmışlar ki, 450 manata evin pəncərələrini və eyvanın üstünə düşən taxtalarını satır. Vüqar isə demişdir ki, qeyd edilən materialları Xəyalla Səməndər sökəcəklər. Onların zəhmət haqqını da Vüqar özü verəcəkdir. O, Vüqara demişdir ki, pul lazımdır. Heç olmasa 100 manat ilkin olaraq ver, yerdə qalanını materialları götürdükdən sonra verərsən. Vüqar ona 50 manat beh vermişdir. Həmin günü o, şəhərə getməli olduğundan Xəyala demişdir ki, sabah gəlib söküntüyə başlayarsız. O, oradan çıxıb şəhərə getmişdir. Elə həmin günü ona Səməndər zəng vurmuşdur ki, onun qaynanası Südabə və qaynı Elçin işlənmiş materiallar almaq istəyirlər. Axşam tərəfi o, həmin şəxslərlə görüşmüş, belə razılaşmışlar ki, Südabə xanım evin pəncərələri və taxtalarına 700 manat pul verir. Görmüşdür ki, bunların verdiyi dəyər daha artıqdır. Ona görə də o, materialları Xəyal və onun yanında gələn Vüqara satmaqdan imtina etmişdir. Səhərisi günü o, Xəyala zəng vurub demişdir ki, materialları başqa adama satır, onun 50 manat pulunu da qaytaracaqdır. Səhəri günü Səməndərin qohumu Elçin və qaynanası Südabə onlara gəlmişlər. Qeyd etmişdir ki, həmin şəxslər ondan əvvəl taxta materialı almışlar. Səhv etmirsə ona 250 manat pul vermişlər. Onlar evdə olanda Xəyal da pulun istəməyə gəlmişdir. Lakin həyətə keçməyib küçədə gözləmişdir ki, materialları satanda o, pulu müştəridən alıb Xəyalın 50 manatını verəcək. O, Südabə və Elçindən ilkin olaraq 100 manat pul almışdır. Belə ki, onlar həmin vaxtı ancaq vaxt edib 2 pencərə çıxara bilmişlər. Yerdə qalan materialları sonra gəlib aparacaqlardır. O, da pəncərələrə görə Südabə və Elçindən 100 manat almışdır. Evdən çıxanda Xəyal ona demişdir ki, onun pulunu versin. Həmin vaxt onun 100 manata ehtiyacı olduğundan Xəyala demişdir ki, pulu Südabə və Elçin sənə verəcəklər. Həqiqətən də o, Elçin və Südabəyə demişdir ki, ona veriləcək 700 manat puldan 50 manat pulu axşam Xəyala versinlər. Xəyalı başa salmışdır ki, cəmi 100 manat almışdır ona da ehtiyacı var. Beləcə o, oradan ayrılmış, Xəyal da çıxıb getmişdir. O, ehtimal etmişdir ki, Südabə və Elçin Xəyalın pulunu veriblər. Lakin, 05.02.2022-ci il tarixdə təxminən saat 23-24 radələrində Xəyalla Vüqarın pulun dalınca onun evinə gəlməsini gördükdə ona təəccüb gəlmişdir ki, bunlar niyə görə gəliblər. Ona aydın olmuşdur ki, pul verilməyib onlar da 50 manatın arxası ilə gəlib onu tapıblar. Onlara demişdir ki, indi pulu yoxdur, sabah materiallı söküb satanda pulu verəcəkdir. Səhəri gün yəni 06.02.2022-ci il tarixdə təxminən saat 10 radələrində evdən çıxmışdır. Belə ki, həmin gün səhər o, xaş yeyərək xaşla 150 qram araq içmişdir. Bildirmişdir ki, onun həyətinin darvazası xarab olduğundan darvazanı həmişə vintaçanla açmışdır. Demək olar ki, üzərində daima vintaçan olmuşdur. Həmin vaxtı ciblərində 2 ədəd vintaçan olmuşdur. Darvazadan çıxanda görmüşdür ki, qapıda Xəyalla Səməndər dayanmışlar. Səməndər həqiqətən həyətdə söküntü işlərini görmək üçün gəlmiş Səməndəri o, çağırmışdır. Lakin, Xəyalı qapıda görəndə ona pis gəlmişdir ki, bu nə istəyir, 50 manata görə qapının ağzını kəsdirməzlər. Bir anlığa əsəbləşmişdir. Xəyalla mübahisə etmiş və cibindən dəstəyi qırmızı rəngdə olan vintaçanı çıxarıb Xəyalın baş nahiyyəsinə vurmuşdur. Həmin vaxtı yanlarında Səməndər olmuşdur. Market tərəfdə isə bir neçə şəxslər olmuşdur. Həmin şəxslərə dəqiq baxmadığı üçün kim olduqlarını xatırlamamışdır. Xəyalın başı qanamış, əli ilə başını tutaraq məhəllə istiqamətinə qaçmağa başlamışdır. O, da uca səslə onu çağırıb bir qədər Xəyalın arxası ilə getmişdir ki, ona nə olduğunu görsün, lakin ona çata bilməmişdir. Onun məqsədi Xəyalı qorxutmaq olmuşdur. Səməndərin yanına gəlmişdir ki, onunla işi yoxdur işini görsün. Lakin, Səməndər də qaçıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yaşlı anasının olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 6-7 aydır ki tanıyır. Belə ki, o, Anarın qonşusu Rəşidin evində suvaq işi görmüşdür. Orada işləyən müddət ərzində Anarla tanış olmuş, o, bir neçə dəfə onların yanına gəlib çay içmiş və söhbətləşmişlər. Anar yaşadığı evdə tək qalmışdır. Söhbət əsnasında onlara demişdir ki, yaşadığı evin bir hissəsini satıb yerdə qalan hissəsində isə özünə ev tikmək istəmişdir. O, əsasən Səməndər adlı tanışı ilə birgə işləyir və köməkləşib müştərilərdən götürdükləri sifarişləri yerinə yetirib təmir edirlər. Anar ona bildirmişdir ki, yaşadığı evi sökmək istəyir. Orada olan materialları isə satmaq niyyətindədir. Ona bu barədə deyib materiallar üçün müştəri tapmaq fikrini bildirmiş, o, da maraqlanıb həmin materialları alan şəxs tapacağını demişdir. O, tanışı Vüqarla bu barədə danışmışdır. Vüqar əvvəllər ev tikib satmışdır, ona tikinti materialları lazım olmuşdur. Ona görə Vüqara bu barədə deyəndə Vüqar demişdir ki, gəlib materiallara baxacaq. 03.02.2022-ci il tarixdə Vüqar Səməndər və o, Anarın dediyi söküləcək evə baxmağa gəlmişlər. Orada Anar demişdir ki, 450 manata bu evin materiallarının hamısını satır. Vüqar da Anarla razılaşmışdır. Həmin evin söküntüsünü Səməndərlə o, görməli olmuşlar. Onların hər birinə Vüqar gündəlik 20 manat pul verməli idi. Elə həmin gün Vüqar ona etibar edib Anara beh olaraq 50 manat pul vermişdir. Anar demişdir ki, şəhərə getməlidir ona pul lazımdır. Ona görə də 50 manat pulu ilkin olaraq almışdır. Onlar demişdir ki, günortadan sonra gəlib tikilini sökməyə başlayacaqlar. Beləcə sağollaşaraq oradan ayrılmışlar. Anar şəhərə getmişdir. Vüqar da öz işinin arxası ilə gedərək oranı tərk etmişdir. Günortadan sonra Anar ona zəng vurmuşdur ki, bu gün qalsın sabah gəlib sökməyə başlayarsınız. Səhəri gün o, Səməndərlə ora işləməyə gələndə Anar demişdir ki, bu gün də qalsın işləri var sonra gələrsiz. Ertəsi gün Anar ona demişdir ki, materialları başqasına satmış onun pulunu geri qaytaracaqdır. O, da Vüqara zəng vurub demişdir ki, Anar fikrini dəyişib Vüqar bildirmişdir ki, eybi yox pulu qaytarsın kimə satırsa satsın özü bilər. O, da həmin vaxtdan Anara demişdir ki, pulu qaytar. 05.02.2022-ci ildə o, görmüşdür ki, evin pəncərələrini kimlərsə gəlib söküb aparırlar. O, da Anara demişdir ki, pəncərələri satmısan, pulun da var 50 manatı ver aparıb Vüqara versin. Anar ona demişdir ki, şəhərə gedir axşam saat 22 radələrində evə gələcəkdir. Evin elektirik işığı yanarsa demək o, evdədir keç içəri gəl evə Anar da onun pulunu versin. O, da 05.02.2022-ci il tarixdə saat 22 radələrində Anarın yaşadığı evə gəlmişdir ki, həqiqətən də elektirik işığı yanır, çöldən xeyli Anarı çağırmışdır. Həmin vaxt ora Vüqarla birlikdə gəlmişdir. Vüqar maşında onu gözləmişdir. Anar səsinə cavab vermədiyindən o, hasardan içəri keçmiş həyətə daxil olanda görmüşdür ki, Anar gödəkçəsini geyinib çölə çıxır. Onu və Vüqarı evə dəvət etmişdir. Vüqar demişdir ki, onun 50 manatını versin. Anar söz vermişdir ki, səhər yəni 06.02.2022-ci il tarixdə saat 08:30 radələrində Xəyal gəlsin pulu ona verəcəkdir. Bu formada söhbətləri yekunlaşmış, onlar oradan çıxıb evə gəlmişlər. Ona məlum olmuşdur ki, Anar həmin söküntü materiallarını Səməndərin qaynanasına satıb Səməndər də orada söküntü işlərini özü görür. O, Səməndərlə danışanda sonuncu bu məsələni təsdiqləmişdir və ona təklif etmişdir ki, gəl bir yerdə sökək çörəkpulu qazanaq. O, Vüqarın səhv başa düşəcəyini deyərək, başqa adama materialların satılmasında onun da əlinin olmasını bildirmişdir. Ona görə o, Səməndərin bu təklifi ilə razılaşmamışdır ki, sökmə işlərini özün gör. 06.02.2022-ci il tarixdə təxminən saat 10 radələrində o, Anara zəng eləmişdir. Anar demişdir ki, yeməyini ye yavaş-yavaş gəl pulunu verim. Bu zaman Səməndər də ona zəng vurmuşdur ki, gəlirsənsə gəl gedək Anarın evinin söküntüsünə kömək elə gününə 25 manat verəcəkdir. O, Səməndərə demişdir ki, işləməyə gəlmir, amma pulu alıb qayıdacaqdır. Evdən çıxıb Səməndərlə görüşmüş və birlikdə Anarın evi tərəfə gəlməyə başlamışlar. Anarın evinin qapısının ağzında gözləyəndə görmüşdür ki, Anar məhlədəki marketin qarşısındadır əlində də su içir. Anar yavaş-yavaş onlara tərəfə gəlmişdir. Salamlaşmışlar, hiss etmişdir ki, Anar sərxoş vəziyyətdədir. Heç bir səbəb olmadan Anar cibindən vintaçanı çıxarıb onun sol gicgah nahiyyəsinə vurmuşdur. Onun özünə də həmin vaxt qəribə gəlmişdir ki, onların arasında heç bir narazılıq və ya mübahisə olmadan o niyə belə etmişdir. Baş nahiyyəsi zərbənin təsirindən qanamış və huşunu bir anlığa itirmişdir. Qeyri ixtiyarı başını tutub qaçmağa başlamışdır. Arxadan o, qaçan zaman Anarın səsini eşitmişdir. Nə deməyini və kimə səsləndiyini xatırlamamışdır. Yanacaqdoldurma məntəqəsinin yaxınlığına qaçaraq taksiyə minmişdir, o, maşında olanda Səməndər də həmin maşına qaçaraq gəlmişdir. Maşında Səməndər ona demişdir ki, Anar səni vurandan sonra vintaçanla onun üstünə gəlmiş, o, qorxub yerdən daş götürmək istəyəndə Anar ona demişdir ki, onunla işi yoxdur narahat olmasın. O, da qaçıb ordan uzaqlaşmışdır. Onlar birlikdə oradan Mərdəkan qəsəbəsində yerləşən xəstəxanaya getmişlər. Ona tibbi yardım göstərilmişdir. Bir qədər sonra ora polis əməkdaşları gəlmişlər. Ərizəsini yazıb şikayətçi olduğunu bildirmişdir. Onlar birlikdə hadisə yerinə gəlmişlər. Anarı da hadisə yerindən polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsi 9-cu dalanda yerləşən Nicat marketin sahibidir. Marketi özü işlədir. Hər gün saat 09-dan saat 23-dək marketdə ərzaq mallarının satışı ilə məşqul olur. İşi mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayır. Onu qonşu kimi tanıyır. Məhəllədə usta kimi fəaliyyət göstərən Xəyalı bir neçə dəfə marketdən mal alanda görmüşdür. Anar həmişə onun marketinə gəlib mal alırmış. Malları həm nağdı həm də nisyə götürürmüş. Hal-hazırki vaxda da Anarın marketə nisyə borcu var. Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə təxminən saat 10 radələrində onun dükanına gəlmiş, səhv etmirsə 1 ədəd Bizon içkisi almışdır. Hərəkətlərindən hiss etmişdir ki, Anar sərxoşdu. Ona görə Anara çox fikir verməmişdir. Başı çox qarışıq imiş. Malların çeşidlənməsi ilə məşğul imiş. Lakin onun dayandığı piştaxtanın arxasından məhəllə qismən görünürmüş. Anar dükanı tərk edib evinə tərəf getmişdir. Dükanın qarşısında tanımadığı şəxslər var imiş. Fikri orada olmadığından onların kimliyi barədə bir söz deyə bilməmişdir. Çünki tanımadığı şəxslər imiş. Elə bu zaman məhəllədən səs-küy eşitmişdir. Dükanın içərisindən məhəlləyə baxanda görmüşdür ki, bir nəfər, yəni Xəyal qaçır Anar da onu tutmaq istəyir. Bu münvalla məhlədə səs küy yaranmışdır. Sonradan bilmişdir ki, Anar Xəyalı gicgah nahiyyəsindən vintaçanla vurub. Amma nə səbəbdən vurduğunu və necə vurduğunu görməmişdir. Sadəcə səs-küyə görə o, onların dalaşmasını bilmişdir. Xəyal qaçaraq harasa getmiş, Anar isə məhlədə danışa-danışa o yana bu yana gedirmiş. ona aidiyyatı olmadığı və işinin çox olması ilə əlaqədar hadisə vaxtı heç marketdən çölə də çıxmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Səməndər və Xəyalı uzun müddətdir ki, tanıyır. Onlarla birlikdə tikinti işləri görmüşdür belə ki, o, ev təmiri ilə məşqul olub ailəsinə çörəkpulunu tikintidən çıxarır. Xəyal 2022-ci ilin fevral ayının təxminən 2-3 mənə zəng vuraraq bildirdi ki, işlədiyi həyətdə ev söküləcək evə aid materialları sahibi satır. O, da Xəyalın dediyi ünvana getmişdir. Təqsirləndirilən şəxs o, əvvəllər tanımırmış. Söhbət əsnasında bilmişdir ki, Anar orada olan özünün yaşadığı evi sökür evin materiallarını satır. Belə ki, onun niyyəti həyəti tam satmaqdır. Lakin ev yöndəmsiz olduğu üçün heç kəs evlə birlikdə istədiyi pulu vermir. Anar qərara gəlib ki, evi söksün sonra torpağını müştəriyə satsın. O, bir tikinti işçisi kimi evə baxmış və demişdir ki, bu evin materialına 450 manat pul verə bilər. Anar onunla razılaşmışdır. Ondan 100 manat beh istəmişdir. O, 50 manat beh vermişdir. Söküntü işlərini Xəyalla Səməndər görəcəyindən 30 manat da Xəyala pul vermişdir ki, sabahdan işə başlasınlar materialları çıxara bilsinlər. Təxminən 2-3 gün keçmişdi ona aydın olmuşdur ki, Anar onları aldadıb. Tikintinin sökülməsini başqasına verib. O, pulunu Xəyaldan istəyəndə Xəyal demişdir ki, Anarla danışıb o deyib ki, axşam saat 10-dan sonra evdə olacaq, gələrsiz pulu verərəm. 05.02.2022-ci il tarixdə o, Xəyalla görüşüb Anargilə getmişdir. Qapı bağlı imiş. Anar Xəyalla danışanda deyibmiş ki, evin sobası yanırsa demək evdəyəm həyətə keç məni çağır. Xəyal da hasardan içəri keçmiş və Anarı səsləmiş, Anar evdən çıxaraq darvazanı açıb onu evə dəvət etmişdir. O, Xəyalla birlikdə evə daxil olmuşdur. Anarda beh kimi verdiyi 50 manatı istəmişdir. Anar ona demişdir ki, pulu yoxdu. Evə baxanda görmüşdür ki, evin qabaq pəncərələrini söküb satıb. Demişdir ki, pəncərəni satıbsan pulun var niyə vermirsən. Ona demişdir ki, sabaha pul tapacağam. Hətta ona təklif etmişdir ki, 100 manat əlavə ver, sabah gəlib darvazanı sök apar. O, demişdir ki, mənə belə iş lazım deyil pulumu ver. Razılaşmışlar ki, səhər Anar pulunu verəcək. Xəyal gedib pulu ondan alacaq. Axşam saat 23 radələrində Anardan ayrılmışlar və evə getmişlər. Səhərisi gün təxminən günorta vaxtı O, Xəyalla telefon vasitəsi ilə danışıb ondan pulu götürüb götürməməsini soruşduqda Xəyal ona demişdir ki, polisdəyəm Anar mənə vintaçanla xəsarət yetirib. Həmin gün Xəyalla görüşdükdə həqiqətən də sol gicgah nahiyyəsindən xəsarət aldığını görmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 Cəmaləddin oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 Cəmaləddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 1 il bundan qabaq o, Buzovna sakini Rəşid adlı şəxsin həyətində fəhlə kimi işləyən zaman orada Xəyal adlı ustanı tanımış, onunla münasibəti yaranmışdır. 2022-ci ilin fevral ayının əvvələrində Xəyal ona demişdir ki, Rəşidin evinin yanında yaşayan Anar adlı şəxs evini sökür materiallarını satır. Onun materiallarını onların ortaq tanışı olan Vüqar adlı şəxs almış, Anara da 50 manat beh vermişdir. Lakin onların söhbətləri baş tutmayıb. Ona görə Anarda olan tikinti materiallarını kimsə istəsə o, ucuz satır. Həmin vaxtı Vüqar bunları deyəndə onun ağlına gəlmişdir ki, qaynanası Südabə Buzovna qəsəbəsində yaşadığı evin həyətində kiçik bir daxma tikmək istəyir. Ona bu barədə demişdir. O, qaynanasına bu barədə deyəndə Südabə demişdir ki, ucuz olsa alar. Südabə, qaynı Elçin, Xəyal və o, həmin yerə Xəyalın bələdçiliyi ilə getmişlər. Anarı birinci dəfə orada görmüşdür. Anar özünü evin sahibi kimi təqdim edərək ona demişdir ki, hal-hazırda həyətdə olan evi sökmək istəyir, ordakı materialları da satır. Qaynanası demişdir ki, ona bir az taxta və pəncərə lazımdı. Başqa bir şey istəmir. Anarla qaynanası taxtaları 250 manata, 2 ədəd pəncərəni isə 103 manata razılaşmışlar və qaynanası həmin pulu Anara vermişdir, Xəyalla ona da 20 manat pul vermişdir ki, söküb maşına yükləsinlər. Həmin vaxt Xəyal gözləyirmiş ki, Anar əvvəl beh kimi aldığı 50 manat pulu qaytaracaq, Xəyal da aparıb həmin pulu Vüqara verəcək. Lakin, onlar qeyd olunan əşyaları söküb maşına yükləyəndən sonra Anar ortadan itmişdir, Xəyal da onu axtarsa da tapa bilməmişdir. Beləcə Anar əvvəl aldığı 50 manat pulu qaytarmamışdır. Onlar həmin əşyaları götürüb qaynanası ilə birlikdə getmişlər. 05.02.2022-ci il tarixdə Anar ona zəng vuraraq bildirmişdir ki, yerdə qalan pəncərələri də satmışdır, sabah ona həmin pəncərələri söküb yerə qoymaq üçün 25 manat verəcəydir. Şahid3 onunla razılaşmış, ona demişdir ki, səhər tezdən gələrsən. O, Xəyala zəng vurub ona deyəndə ki, gəl gedək söküntü işi var Anar çağırıb, Xəyal ona demişdir ki, söküntü işinə məni qatma, mən Vüqarın pulunu almaq üçün səhər Anarın yanına gedəcəyəm. Anar onu çağırıb ki, gəl pulu verim. O, səhər yəni 06.02.2022-ci il tarixdə marşurutla Anarın evinə gedəndə yolda görmüşdür ki, Xəyal da həmin marşuruta minmişdir. O, Xəyalla birlikdə Anargilə getmişdir. Məhəlləyə çatanda görmüşdür ki, Anar məhəllədə yerləşən Nicat marketin qarşısındadır. Orada bir necə nəfər də adam var imiş. Anarın əlində dəmir bankada olan «GO» spirtli içkisi var imiş. Onu içə içə onlara tərəf gəlirmiş. onlara yaxınlaşmağa az qalmış əlindəki həmin içkini yerə atmışdır. Əvvəlcə Xəyalla salamlaşmış sonra onunla salamlaşmışdır. O, hiss etmişdir ki, Anar içkilidir. Hərəkətlərindən bu açıq aydın hiss olunurmuş. Anar əlini cibinə atıb cibindən dəstəyi qırmızı olan vintaçanı çıxarıb ani bir vaxt ərzində Xəyalın baş nahiyyəsindən bir zənbə vurmuşdur. Xəyalın başını qan aparmış, o, şoka düşüb geri çəkmişdir. Elə bilmişdir ki, onu da vuracaq. Anar ona demişdir ki, sənlik heç nə yoxdu, onun səninlə işi yoxdu. Bu zaman Xəyal qaçmağa başlamışdır, Anar Xəyalın arxası ilə bir qədər getmiş və onun ünvanına aşkar surətdə nalayiq ifadələr işlətmişdir. O, qorxusundan Nicat market tərəfə qaçmışdır. Orada olan adamlar da bu hadisəyə əhəmiyyət verməmişlər. Anar məhlədə danışa-danışa oyana buyana gedib gəlirmiş. O, Xəyalın qaçdığı istiqamətə getmiş, görmüşdür ki, Xəyal bir taksiyə oturdu, o, da qaçıb həmin taksiyə əyləşmişdir. Xəyalı xəstəxanaya aparmışdır. Orada Xəyala ilkin tibbi yardım göstərilmiş, sonra polis əməkdaşları gəlmişdir. Gedib bu barədə izahat yazmışlar. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 Hüseyin qızı məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 Hüseyin qızı oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində kürəkəni Səməndər ona demişdir ki, onun iş yoldaşı Xəyal adlı şəxsin tanışı ucuz işlənmiş tikinti materialları satır. O, yaşadığı Buzovna qəsəbəsində həyətində kiçik bir daxma tikmək istəyirmiş. Səməndər bu barədə deyəndə razılaşmışdır və bildirmişdir ki, əgər ucuz olsa alar. O, Səməndər və Xəyal həmin yerə Xəyalın bələdçiliyi ilə getmişlər. Anarı birinci dəfə orada görmüşdür. Anar özünü evin sahibi kimi təqdim edərək ona demişdir ki, halhazırda həyətdə olan evi sökmək istəyir, ordakı materialları da satır. O, bildirmişdir ki, bir az taxta və pəncərə lazımdı. Başqa bir şey istəmir. Anarla taxtaları 250 manata, 2 ədəd pəncərəni isə 103 manata razılaşmışlar və həmin pulu Anara vermişdir, Xəyalla Səməndərə də 20 manat pul vermişdir ki, söküb maşina yükləsinlər. O, özü orada gözləmişdir ki, onlar materialı söküb maşına yükləsinlər və çıxıb evə gəlsinlər. Həmin materialları tikintidə istifadə etsin. Sonradan bilmişdir ki, Anarla Xəyalın arasında mübahisə düşüb və Anar Xəyalın baş nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 16 fevral 2022-ci il tarixli, 134 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gicgah nahiyyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən onun «X6» Publik Hüquqi şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 06.02.2022-ci il tarixdə törənmələri istisna olunmur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26.02.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin 10.11.1995-ci il tarixli hökmünə əsasən AR CM-nin 208.1, 117, 38, 23-1-ci maddələri ilə təqsirli bilinərək, əməyə mütləq cəlb olunmaqla 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq təyin edilmişdir. 02.05.1996-cı il tarixdə AR Milli Məclisinin 22.05.1996-cı il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qərarına əsasən AR CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən azad edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan 06.02.2022-ci il tarixli protokoldan görünür ki, 06 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Aslan Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Aslan Qasımov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-57/2022 saylı, 08.02.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş İstintaq və Təhiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Elmar Quliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidəm ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci madəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13.12.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” İş üzrə ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-232/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-232/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver