Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-232/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X6, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 dekabr 2024-cü il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan 2 mərtəbəli evin aşağı mərtəbəsində yerləşən qapısı olmayan dəhlizə qanunsuz daxil olmaqla oradan dəyəri 220 manat təşkil edən 01 ədəd qaynaq aparatını, dəyəri 300 manat təşkil edən 01 ədəd kompressoru, dəyəri 30 manat təşkil edən 01 ədəd boya vuran aparatı, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd laqondanı, dəyəri 150 manat manat təşkil edən 01 ədəd dəmir kəsən aparatı, dəyəri 250 manat təşkil edən 01 ədəd samovarı, dəyəri 120 manat təşkil edən 01 ədəd elektrik mişarını, dəyəri 40 manat təşkil edən 01 ədəd su matorunu, dəyəri 120 manat təşkil edən 01 ədəd dreli, dəyəri 40 manat təşkil edən 01 ədəd prefaratoru və dəyəri 230 manat təşkil edən 120 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə, gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evin dəmir giriş qapısının qıfılını sındırmaqla evə qanunsuz daxil olaraq oradan dəyəri 80 manat təşkil edən kombinin 01 ədəd elektirik tənzimləyicisini, dəyəri 200 manat təşkil edən divara bərkidilmiş 01 ədəd “Gorenje” markalı kondisioneri, dəyəri 35 manat təşkil edən "Huawei" markalı "Echolife HG8145V5" modelli 01 ədəd ağ rəngli modemi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 315 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «BakAvtomat» yolunda yerləşən yaşayış sahəsi olan evə zirzəmisindən qanunsuz daxil olaraq oradan dəyəri 250 manat təşkil edən 01 ədəd istifadə olunmamış tozsoranı, hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd gödəkçəni, dəyəri 30 manat təşkil edən 01 ədəd «Samsung» markalı mobil telefonu, hər bir dəstinin dəyəri 80 manat təşkil edən 240 manat dəyərində 03 ədəd yataq dəstini, hər bir cütünün dəyəri 40 manat təşkil edən 120 manat dəyərində 03 cüt qadın ayaqqabısını, dəyəri 20 manat təşkil edən 01 cüt uşaq ayaqqabısını, hər birinin dəyəri 30 manat təşkil edən 90 manat dəyərində 03 ədəd ətiri və dəyəri 10 manat təşkil edən 01 ədəd «Rexona» markalı dezodarantı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 dekabr 2024-cü il tarixdə, gecə saat 01:15 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq, evə isə arxa tərəfində olan plastik pəncərəni vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan dəyəri 500 manat təşkil edən 01 ədəd qızıl qadın üzüyünü, 150 manat nağd pulu, dəyəri 7 manat təşkil edən 8,35 qram kütləli qiymətsiz metal ərintisindən hazırlanmış üzərində bir ədəd tünd qırmızı rəngli daş olan 01 ədəd gümüşü rəngli üzüyü, dəyəri 5 manat təşkil edən 6,67 qram kütləli qiymətsiz metal ərintisindən hazırlanmış üzərində bir ədəd yaşıl rəngli daş olan 01 ədəd sarı rəngli üzüyü, dəyəri 3 manat təşkil edən 14,21 qram kütləli qiymətsiz metal ərintisindən hazırlanmış 01 ədəd sarı rəngli qolbağı, dəyəri 10 manat təşkil edən 54,23 qram kütləli qiymətsiz metal ərintisindən hazırlanmış kürə formalı elementlərdən ibarət 01 ədəd sarı rəngli boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 675 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bak, şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq evə, isə plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 450 manat təşkil edən 01 ədəd “LG” markalı televizoru, dəyəri 200 manat təşkil edən 01 ədəd «İran sobası»nı, dəyəri 100 manat təşkil edən 01 ədəd pərdəni, dəyəri 150 manat təşkil edən 01 ədəd xalçanı, dəyəri 100 manat təşkil edən 01 ədəd su qızdırıcısını, dəyəri 200 manat təşkil edən 01 ədəd qazan dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, maddi imkanı pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. Lakin ona qarşı ittihamda verilmiş bütün oğurluqları o, etməmişdir. O, yalnız 2 epizod üzrə göstərilən oğurluqları etmişdir. Belə ki, 09 dekabr 2024-cü il tarixdə, gecə saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evin dəmir giriş qapısının qıfılını sındırmaqla evə qanunsuz daxil olaraq oradan kombinin elektirik tənzimləyicisini, 01 ədəd “Gorenje” markalı kondisioneri, 01 ədəd ağ rəngli modemi gizli olaraq oğurlamışdır. Bundan başqa 14 dekabr 2024-cü il tarixdə, gecə saat 01:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq daxil olmuş, sonra evin arxa tərəfində olan plastik pəncərəni vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan qızıl üzük, 150 manat nağd pulu, bir neçə ədəd bəzək əşyalarını oğuramışdır. Ona qarşı təzyiqlər olduğundan digər epizodları da boynuna almışdır. Etdiyi əməllərdən peşman olıduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdi ki, 27 noyabr 2024-cü il tarixdə o, işi ilə əlaqədar İsmayıllı rayonun getmiş və 10 dekabr 2024-cü il tarixdə isə yaşadığı Binə qəsəbəsindəki evinə qayıtmışdır. O, həmin günü qaraja baxarkən orada olan 1 ədəd dəyəri 220 manat olan qaynaq aparatının, 1 ədəd dəyəri 300 manat olan kompressorun, 1 ədəd dəyəri 30 manat olan boya vuran aparatın, 2 ədəd hər birinin dəyəri 150 manat olan laqondaların, 1 ədəd dəyəri 150 manat olan dəmir kəsən aparatın,1 ədəd dəyəri 250 manat olan somavarın, 1 ədəd dəyəri 120 manat olan elektrik mişarının, 1 ədəd dəyəri 40 manat olan su matorunun, 1 ədəd dəyəri 120 manat olan direlin, 1 ədəd dəyəri 40 manat olan perefaratorun və dəyəri 230 manat olan 120 metr uzunluğunda kabelin oğurlandığın: müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan ödənməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, 08 dekabr 2024-cü il tarixində işi ilə əlaqədar rayona getmişdir. 10 dekabr 2024-cü il tarixində saat 17:30 radələrində eve gəlmişdir. Həyət darvazasının aciq olduğunu görmüş və evə baxarkən məlum olmuşdur ki, evin seyf qapısının kilidi qırılmaqla evə daxil olunmuş və evin giriş qapisindan sağda yerləşən 1 ədəd dəyəri 80 manat olan kombinin elektirik tənzimləyicisinin, qonaq otaginda olan divara bərkidilmiş 1ədəd dəyəri 200 manat olan “Gorenje” markali kondisionerin divardan qopararaq və həmin otaqda olan 1 ədəd dəyəri 70 manat olan internet moderninin oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 350 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan ödənməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdi ki, son vaxtlarda həyat yoldaşı Samir işi ilə əlaqədar Laçın rayonunda işlədiyindən və orada qaldığından o, gecələr evdə tək qalmırmış. Hər gecə uşaqlarıyla bərabər qonşuluğda yaşayan anası Dilbər gilə gedib olarda qalırmış. 09 dekabr 2024-cü il tarixdə də gecə saat 22:00-da iki azyaşlı uşaqlarını götürüb, evin işıqlarını da yanın qoyub anası gilə getmişdir. Gecəni orada qalıb səhəri gün, yəni 10 dekabr 2024-cü il tarixdə saat 12 radələrində evinə gəlmiş və görmüşdür ki, evin zirzəmisinin qapısı açılıb. Evə daxil olarkən görmüşdür ki, evdən 1 ədəd təzə qutuda dəyəri 250 manat olan tozsoranın, 2 ədəd hər birinin dəyəri 120 manat olan gödəkçənin, 1 ədəd dəyəri 30 manat olan imei kodunu bilmədiyi köhnə «Samsung» markalı mobil telefonun, hər bir dəsti 80 manat olan 3 yataq dəstinin, hər biri cütü 40 manat olan 3 cüt qadın ayaqqabısının, dəyəri 20 manat oları 1 cüt uşaq ayaqqabısının, hər birinin dəyəri 30 manat olan 3 ədəd ətirin və dəyəri 10 manat olan «Rexona» markalı dezodarantın oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan ödənməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il tarix saat 17:40 radələrindən xx.xx.2024-cü il tarixi saat 14:30 radələrinə qədər olan müddət ərzində naməlum şəxs və şəxslər onun evdə olmamağından istifadə edərək ona məxsus olan evin həyətinə hasardan aşıb keçməklə daxil olaraq, evin arxa tərəfində olan plastik pəncərəni sıxıb açma yolu ilə evə daxil olaraq evin mətbəxində olan qabın içərsində olan dəyəri 500 manat olan 1 ədəd qadın qızı! üzüyünü, 150 manat nağd pulu, 20 manat dəyərində bujuteriyanı, yəni 1 ədəd ağ metaldan olan kişi üzüyünü, 1 dəa sarı metaldan olan qadın üzüyünü, sarı diyircəkli metaldan olan qolbağı, boyunbağını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 675 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin 17 noyabr tarixindən 17 dekabr 2024-cü il tarixinədək olan müddət ərzində yaşadığı evdə olmamışdır. 17 dekabr tarixində evə gələrkən evin yan tərəfində olan uşaq otağının plastik pəncərənin açıq olduğunu görmüş və qapını açıb evə daxil olarkən evdən oğurluq olduğunu bilmişdir. Belə ki, evin zal otağında olan 1 ədəd dəyəri 450 manat olan “LG” markalı televizorun, 1 ədəd dəyəri 200 manat oian iran sobasının, 1 ədəd dəyəri 100 manat olan pərdənin, yataq otağından 1 ədəd dəyəri 150 manat olan xalçanın, 1 ədəd dəyəri 100 manat olan su qızdırıcısının, dəyəri 200 manat olan qazan dəstinin oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1200 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı ödəməsə də ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan 2 mərtəbəli evin aşağı mərtəbəsində yerləşən qapısı olmayan dəhlizə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evin dəmir giriş qapısının qıfılını sındırmaqla evə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «BakAvtomat» yolunda yerləşən yaşayış sahəsi olan evə zirzəmisindən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bak, şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -Maddi sübutun götürülməsi haqqında 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı, 01 ədəd elektrik tənzimləyicisinin boş dəmir qutusu və 01 ədəd «Huawei» markalı modem götürülmüşdür; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Neman Şirinov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 08 dekabr 2024-cü il tarixdə, gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan 2 mərtəbəli evin aşağı mərtəbəsində yerləşən qapısı olmayan dəhlizə qanunsuz daxil olmaqla oradan 01 ədəd qaynaq aparatını, 01 ədəd kompressoru, doyori 30 manat təşkil edən 01 ədəd boya vuran aparatı, 02 ədəd laqondanı, 01 ədəd dəmir kəsən aparatı, 01 ədəd samovarı, 01 ədəd elektrik mişarını 01 ədəd su matorunu, 01 ədəd dreli, 01 ədəd prefaratoru və elektrik naqilini gizli olaraq talayıb, maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə, gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evin dəmir giriş qapısının qıfılını sındırmaqla evə qanunsuz daxil olaraq oradan kombinin 01 ədəd elektirik tənzimləyicisini, 01 ədəd “Gorenje” markalı kondisioneri, "Huawei" markalı "Echolife HG8145V5" modelli 01 ədəd ağ rəngli moderni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 dekabr 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «BakAvtomat» yolunda yerləşən yaşayış sahəsi olan evə zirzəmisindən qanunsuz daxil olaraq oradan 01 ədəd istifadə olunmamış tozsoranı, 02 ədəd gödəkçəni, 01 ədəd «Samsung» markalı mobil telefonu, 03 ədəd yataq dəstini, 03 cüt qadın ayaqqabısını, 01 cüt uşaq ayaqqabısını, 03 ədəd ətiri və 01 ədəd «Rexona» markalı dezodarantı gizli olaraq talayıb zərərçəkmiş X4 maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 dekabr 2024-cü il tarixdə, gecə saat 01:15 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq evə isə arxa tərəfində olan plastik pəncərəni vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 01 ədəd qızıl qadın üzüyünü, 150 manat nağd pulu, üzərində bir ədəd tünd qırmızı rəngli daş olan 01 ədəd gümüşü rəngli üzüyü, üzərində bir ədəd yaşıl rəngli daş olan 01 ədəd sarı rəngli üzüyü, 01 ədəd sarı rəngli qolbağı, 01 ədəd sarı rəngli boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 dekabr 2024-cü il tarixdə gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bak, şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evinin həyətinə hasardan aşaraq evə isə plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq oradan 01 ədəd “LG” markalı televizoru, 01 ədəd «İran sobası»nı, 01 ədəd pərdəni, 01 ədəd xalçanı, 01 ədəd su qızdırıcısını, dəyəri 200 manat təşkil edən 01 ədəd qazan dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla oğurluq etmişdir və həmin yerləri göstərərək oğurluq etməsini təsdiq etmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-488/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmiş, onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 68.1 və 67.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün hissəsinin vaxtından əvvəl şərti azad edilmiş, 23 fevral 2024-cü il tarixli cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Əşyalara baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə əldə olunmuş 02 ədəd üzüyə, 01 ədəd qolbağa, 01 ədəd boyunbağıya, 01 ədəd elektrik tənzimləyicisinin boş dəmir qutusuna və 01 ədəd «Huawei» markalı modemə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 iştirakı ilə baxış keçirilmiş, zərərçəkmiş şəxs X7 həmin əşyalardan 01 ədəd elektrik tənzimləyicisinin boş dəmir qutusunun və 01 ədəd «Huawei» markalı modemin ona məxsus olduğunu və əlamətlərindən tanıdığını bildirmiş, həmçinin onu da bildirmişdir ki, 01 ədəd elektrik tənzimləyicisinin içərisi sökülmüş yalnız boş dəmir qutusu qalmışdır. Eyni zamanda Zərərçəkmiş şəxs4 həmin əşyalara baxış keçirib 02 ədəd üzüyün, 01 ədəd qolbağın, 01 ədəd boyunbağının ona məxsus olduğunu və əlamətlərindən tanıdığını bildirmişdir; - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 6/30-9/10578 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 8,35 qram kütləli, üzərində 01 ədəd tünd qırmızı rəngli daş olan, gümüşü rəngli 01 ədəd üzük qiymətsiz metal ərintisindən (dəmir, xrom, mis və.s) hazırlanmışdır. Üzüyün üzərində olan daş qiymətli daşlara aid deyildir; 6,67 qram kütləli, üzərində 01 ədəd yaşıl rəngli daş olan, sarı rəngli 01 ədəd üzük qiymətsiz metal ərintisindən (mis, sink, dəmir, xrom və.s) hazırlanmışdır. Üzüyün üzərində olan daş qiymətli daşlara aid deyildir; 14,21 qram kütləli, sarı rəngli 01 ədəd qolbaq qiymətsiz metal ərintisindən (mis, sink, dəmir, xrom və.s) hazırlanmışdır; 54,23 qram kütləli, kürə formal elementlərdən ibarət, sarı rəngli 01 ədəd boyunbağı qiymətsiz metal ərintisindən (mis, sink, dəmir, xrom və.s) hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən bjuteriya məmulatlarının və modernin istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən 60,00 müəyyən edilir, o cümlədən: 01 ədəd istifadədə olmuş, "Huawei" markalı, "Echolife HG8145V5" model, Çin istehsalı olan ağ rəngli modern - 35,00 manat; 01 ədəd 8,35 qram kütləli, qiymətsiz metal ərintisindən (dəmir, xrom, mis və.s) hazırlanmış, üzərində 01 ədəd tünd qırmızı rəngli daş olan, gümüşü rəngli üzük (üzüyün üzərində olan daş qiymətli daşlara aid deyildir) - 7,00 manat; 01 ədəd 6,67 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink,dəmir, xrom və.s) hazırlanmış, üzərində 01 ədəd yaşıl rəngli daş olan, sarı rəngli üzük 5,00 manat; 01 ədəd 14,21 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink,dəmir,xrom və.s) hazırlanmış sarı rəngli qolbaq - 3,00 manat; 01 ədəd 54,23 qram kütləli, qiymətsiz metal ərintisindən (mis, sink, dəmir, xrom və.s) hazırlanmış, kürə formalı elementlərdən ibarət sarı rəngli boyunbağı -10,00 manat. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən X2 ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən –oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, həmçinin təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını və Zərərçəkmiş şəxs5 ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 160 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə əldə olunmuş 02 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağın Zərərçəkmiş şəxs4 və 01 ədəd elektrik tənzimləyicisinin boş dəmir qutusu və 01 ədəd «Huawei» markalı modem zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 160 (yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). İş üzrə əldə olunmuş 02 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı Zərərçəkmiş şəxs4 və 01 ədəd elektrik tənzimləyicisinin boş dəmir qutusuna və 01 ədəd «Huawei» markalı modemə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saat vaxta görə 42 manat, məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-232/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-232/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver