Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-233/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-118/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 66.5-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-282/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 cə 234.1ci maddələri ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-169/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Həmin Məcəllənin 66.4 və 66.5-ci maddələrinə əsasən məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal 186 küçəsi, nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah məqsədilə 06 oktyabr 2022-ci il tarixdə gecə saat 23:37 radələrində Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasına giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub mağazanın içərisindəki saxlanc yeri olan seyfdən 1500 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, sahə-51 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd avtomobil üçün monitoru və 150 manat dəyərində bir cüt səsgücləndiricini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan qab-qacaqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan ümumilikdə 100 manat dəyərində 02 ədəd dreli, 40 manat dəyərində 100 metr elektrik naqilini, 100 manat dəyərində 01 ədəd laqondanı, 150 manat dəyərində 01 ədəd betondeşəni, 50 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisi və 360 manat dəyərində 01 ədəd “Marqus” markalı su nasosunu gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 300 manat nəğd pulu, 50 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonu, 200 manat dəyərində 01 ədəd “Redmi-Note 9” markalı mobil telefonu və 150 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində 01 ədəd “Samsung” markalı plazma televizoru, 100 manat dəyərində 01 ədəd elektriklə işləyən ət çəkən maşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, B.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan evin birinci mərtəbəsindəki qaraja qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 650 manat dəyərində 01 ədəd moyka aparatını və 50 manat dəyərində 01 ədəd su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 avqust 2023-cü il tarixdə gecə saat 05:00 radələrində ünvan 7 ünvanında yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd “Finigenture” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçə yolu ilə qanunsuz daxil olaraq həyətdən 150 manat dəyərində 01 ədəd su nasosunu, ardınca isə evin giriş qapısını sındırma yolu ilə evə qanunsuz olaraq daxil olub evdən 250 manat dəyərində 01 ədəd İran peçini, 100 manat dəyərində 01 ədəd soyuducunu, 100 manat dəyərində 01 ədəd xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 Rəfael oğlunun yaşadığı binanın həyətindəki saxlanc yeri hesab olunan qaraja dam örtüyünü sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 100 metr elektrik naqilini, 30 manat dəyərində lazer ölçü cihazının ayaqlıq hissəsini, 70 manat dəyərində 1.5 metr uzunluqda mis borunu, 500 manat dəyərində 01 ədəd “Bosh” markalı dreli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 Rəfael oğluna cəmi 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan açıq qəhvəyi rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 06 sentyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 12:25 radələrində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan açıq qəhvəyi rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 avqust 2023-cü il tarixdə gecə saat 05:00 radələrində ünvan 7 ünvanında yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd “Finigenture” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, yalnız bir epizod oğurluq hadisəsi ilə bağlı özünü təqsirli bilir. Belə ki, ittihamda göstərilən və ona verilən bir neçə oğurluq hadisələrinin törədilmə vaxtı həbsdə olmuşdur. İbtidai istintaq zamanı ona təzyiq göstərildiyi üçün oğurluq əməllərini törətdiyini bildirmişdir. Həmçinin Ramilin adını da çəkməsinə məcbur edilmişdir. Belə ki, ona külli miqdarda narkotik vasitə verəcəklərini, işini bununla rəsmiləşdirəcəklərini bildirdikləri üçün Ramilə birlikdə motosiklet oğurlamasını bildirməyə məcbur olmuşdur. Ramili bundan əvvəl narkotiklə tutub ona başqa oğurluq hadisələrini yükləmək istəsələr də Ramil qəbul etmədiyi üçün polislər onunla prinsip aparmış və onu Ramilin adını çəkməyə məcbur etmişlər.Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2020-ci ildə əvvəlki cinayət işi ilə bağlı tutulmuş, xx.xx.2023-cü ildə isə azad olunmuşdur. Yəni xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə baş vermiş oğurluq hadisələri vaxtı cəzaçəkmə müəssisəsində olmuşdur. Yalnız bir epizodla bağlı, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs9 Rafael oğluna məxsus qarajdan oğurluq etmişdir və həmin epizod üzrə özünü tam təqsirli bilir. Elşən adlı şəxsi tanımır. Narkotik ittihamı üzrə də özünü təqsirli bilmir. Belə ki, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt döyülsə də bədənində heç bir xəsarət yaranmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini isə polislər özləri yazmış, o isə imzalamağa məcbur olmuşdur. xx.xx.2023-cü il tarixdə oğurluqla bağlı saxlanılmış, həmin vaxtı da narkotiklə bağlı ittihamı qəbul etməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli zidiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, 06 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı körpüsünün yanından tanımadığı şəxsdən cəmi 10 manat ödəməklə 01 ədəd büküm psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Elə həmin gün təxminən saat 11:50 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Stansiya” adlanan ərazidə olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 1-ci PŞ-ə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə 1-ci PŞ-ə gəlmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkili ilə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmişlər və sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə “patı” kimi tanıdığı psixotrop maddədir, onu 06 sentyabr 2023-cü il Suraxanı rayonu, Suraxanı körpüsünün yanında tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əlavə olaraq etiraf edib bildirmişdir ki, bundan başqa Xəzər rayonu ərazisində təxminən 10-a yaxın ünvandan oğurluq etmişdir və etmiş olduğu oğurluq cinayət əməllərinin üstünün açılacağına şübhəsi olmamışdır. Həmin oğurluq hadisələrini ardıcıllıqla qeyd edərək bildirmişdir ki, birinci dəfə 2022-ci ilin oktyabr ayının əvvəllərində gecə saatlarında Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasına giriş qapısının kilidini sındırmaq yolu ilə daxil olub mağazanın içərisindəki seyfdən 1500 manat pul oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən bağ evinə pəncərəni açmaq yolu ilə daxil olaraq oradan bir ədəd avtomobil üçün monitor və bir cüt səsgücləndirici oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən bağ evinə pəncərəni açmaq yolu ilə daxil olaraq oradan qab-qacaq oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən bağ evinə pəncərəni açmaq yolu ilə daxil olaraq oradan ümumilikdə 02 ədəd drel, təxminən 100 metr elektrik naqili, 01 ədəd laqonda, 01 ədəd betondeşən, 01 ədəd elektrik tənzimləyici və 01 ədəd su nasosu oğurlamışdır. Bundan sonra tanışı Elşən adlı şəxslə əlbir olub xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən evə giriş qapısının kilidini sındırmaq yolu ilə daxil olaraq oradan 300 manat nəğd pul, 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd “Redmi-Note 9” markalı mobil telefon və 01 ədəd qızıl üzük oğurlamışdır. Bundan sonra təkrarən tanışı Elşən adlı şəxslə əlbir olub xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən daha əvvəl Elşənlə birlikdə oğurluq etdiyi evə daxil olaraq oradan 01 ədəd “Samsung”markalı plazma televizor, 01 ədəd elektriklə işləyən ət çəkən maşın oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, B.Əliyev küçəsində yerləşən evin birinci mərtəbəsindəki qaraja qapının qıfılını sındırma yolu ilə daxil olaraq oradan 01 ədəd moyka aparatı və 01 ədəd su qızdırıcısı oğurlamışdır. Bundan sonra tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub 09 avqust 2023-cü il tarixdə gecə saat 05:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd mopedi oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq həyətdən 01 ədəd su nasosu, ardınca isə evin giriş qapısını sındırma yolu ilə evə olaraq daxil olub evdən 01 ədəd İran peçi, 01 ədəd soyuducu, 01 ədəd xalça oğurlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən binanın həyətindəki qaraja dam örtüyünü sındırma yolu ilə daxil olaraq oradan təxminən 100 metr elektrik naqili, lazer ölçü cihazının ayaqlıq hissəsi, 1.5 metr uzunluqda mis boru, 01 ədəd drel oğurlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, etmiş olduğu cinayətlərdən ikisini Elşən adlı tanışı ilə, birini tanışı Təqsirləndirilən şəxs2 ilə, qalanlarını isə tək halda törətmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, əldə etdiyi əşyaları da bütün hallarda Sabunçu rayonunda yerləşən rus bazarına apararaq orada ayrı-ayrı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını deyərək dəyər-dəyməzinə satmış və satdığı əşyalardan əldə etdiyi pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. O, heç vaxt psixotrop maddə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş psixotrop maddəni də şəxsi istifadə məqsədilə əldə edərək üzərində saxlamışdır. Etmiş olduğu cinayət əməllərinə görə səmimi peşmançılıq çəkir. Təqsirləndirilən şəxs1 son sözündə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək bildirdi ki, hadisədən 2-3 gün qabaq onu Rövşən adlı şəxsin dükanının qabağında narkotiklə tutmuşlar. Tutulduqdan sonra onu 1-ci polis şöbəsinə aparmışlar. Orada onun işini satış kimi rəsmiləşdirmək istəmişlar. Oğurluq törətməsini boynuna almasını istəmişlər. O, ilkin olaraq onu tutan polis əməkdaşlarına işinin narkotik vasitələrin satışı ilə rəsmiləşdirilməməsi üçün oğurluq hadisəsini boynuna alacağını bildirmiş, lakin müstəntiq tərəfindən dindirilərkən heç bir oğurluq əməli törətmədiyini bildirmişdir. Sonra isə onu prokurorun yanına aparmışlar. Oradan isə prokurorun göstərişinə əsasən onu sərbəst buraxmışlar. Bundan sonra əməliyyatçı Cavadxan ona “səni iki-üç gündən sonra yenə tutacam” demişdir. Bu hadisədən 2-3 gün sonra polis əməkdaşları atasına zəng edərək onun evdə olub-olmamasını soruşmuş, atası isə evdə olduğunu bildirmişdir. Polis əməkdaşları atasına telefonunun onlarda qaldığını və gəlib telefonu aparmasını, lakin günortadan sonra gəlməsini bildirmişlər. Bundan təxmin bir neçə dəqiqə sonra evin içərisinə tökülüşərək onu polis şöbəsinə aparmışlar və orada ona marketin qabağından motosiklet aparmasını bildirmişlər. O isə xəbərinin olmadığını, heç nə aparmadığını bildirmişdir. Ona nə qədər təzyiq göstərsələr də, oğurluq hadisəsini boynuna almamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 2023-cü ildə cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra tanımışdır. Lakin, elə bir əlaqəsi olmamışdır. Yalnız Mərdəkan qəsəbəsində yaşadığını bilir. Təqsirləndirilən şəxs2 son sözündə oğurluq etmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Rəfael oğlu bildirmişdir ki, ona məxsus qarajdan elektrik naqili, mis boru, drel və lazer ölçülü cihazın ayaqlıq hissəsi oğurlanmışdır. Oğurlanmış əmlaklar qaytarılmamış, ona dəyən zərər isə ödənilməmişdir. Lakin, buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, oğuqlu hadisəsin hazırda nə vaxt baş verməsini xatırlamır. Oğurluq zamanı ona məxsus pul, televizor, iki ədəd telefon, ət çəkəm maşın, bir ədəd qızıl üzük və bank kartı oğurlanmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, ona məxsus evdən iki dəfə oğurluq edilmişdir. Birinci oğurluq hadisəsi sübh tezdən olmuşdur. Belə ki, hamama əl-üzünü yumaq üçün düşmüşdür. Hamam həyətdə yerləşdiyi üçün hamama getmək üçün həyətə çıxmışdır. 10-15 dəqiqə sonra evə qayıdarkən evin qapısının açıq olduğunu görmüş və çantasının evdə olmadığını görərək oğurluq edildiyini başa düşmüşdür. Birinci dəfə oğuranmış əmlaklar ona məxus olan çantanın içərisində olmuş, çanta isə evdə stolun üzərində olmuşdur. Lakin həminngün polisə xəbər verməmişdir. Sadəcə olaraq gedib bankda oğurlanmış bank kartını bağlatdırmışdır. Birinci dəfə baş vermiş oğurluq hadisəsi barəsində isə ümumiyyətlə polisə məlumat verməmişdir. İkinci oğurluq hadisəsi birincidən təxminən iki gün sonra baş vermişdir. İkinci dəfə oğurluq baş verən vaxtı işdə olmuşdur. Saat 17:30-da işdən evə gələrkən qapının açıq olduğunu görmüşdür. Evə girdikdən sonra televizorunun, ət çəkən maşınının oğurlandığını görmüşdür. Hazırda şikayətçidir və ona dəyən zərərin ödənilməsini xaniş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, hazırda tarixi yadında qalmasa da səhər saat 05 radələrində oğurlanmışdır. Belə ki, restoranın qabağından moped oğurlanmışdır. Belə ki, oğurluq edən şəxslər dükanın arxasından işıqları söndürdükləri üçün kameralar işləməmişdir. Sonra isə işığı yandırıb getmişlər. Belə ki, kameraya sonradan baxarkən kameranın söndüyü, təxminən 6 dəqiqə sonra yenidən işlədiyi və həmin zaman restoranın qabağında olan mopedin olmadığı görünür. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, 2023-cü ilin avqust ayında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evdən oğurluq olmuşdur. Oğurluqğu ilkin olaraq dayısı aşkar etmişdir. Belə ki, evə baxmaq üçün gedəndə birinci həyətin qapısının açıq olduğunu, qıfılın isə sındırılmış vəziyyətdə yerdə olduğunu görmüşdür. İçəri girərkən həyətdə olan qarajın da üç ədəd qıfılının sındırıldığını və qapısının da açıq olduğunu görmüşdür. Oğurluq olan onun daimi yaşadığı ev deyil, bağ evi olmuşdur. Arabir dayısı ora nəzarət üçün gedib-gəlmişdir. Ona məxsus moyka aparatı və su qızdırıcısı oğurlanmışdır. Ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X11 bildirmişdir ki, oğurluq hadisəsi 2023-cü ilin fevral ayında baş vermişdir. Belə ki, ona məxsus evin plastik pəncərəsini sındırmaq yolu ilə daxil olunmuşdur. Oradan qabqacaq və digər əşyalar oğurlanmışdır. Ona dəyən zərər isə ödənilməmişdir və buna görə də şikayətçidir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 06 oktyabr 2022-ci il tarixdə, gecə saat 23:37 radələrində filial müdiri işlədiyi Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasının giriş qapısının kilidi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılmaqla mağazanın içərisində olan seyfdən ona məxsus 1500 manat nəğd pul oğurlanmışdır. Xahiş etmişdir ki, həmin şəxsi və ya şəxsləri taparaq ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilsin. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə ilə bağlı heç bir şübhələndiyi şəxs yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi 51 saylı sahədə bağ evi var. 05 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, sahə 51 ünvanda yerləşən ona məxsus bağ evinə naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsini açmaq yolu ilə daxil olaraq oradan ona məxsus 200 manat dəyərində avtomobil üçün bir ədəd monitoru və 150 manat dəyərində bir cüt səsgücləndiricini oğurlamışlar. Xahiş etmişdir ki, həmin şəxsi və ya şəxsləri taparaq ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilsin. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə ilə bağlı heç bir şübhələndiyi şəxs yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs4 bildirmişdir ki, ünvan 12 ünvanında yaşayır. 19 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək olan müddət ərzində qardaşı X2 məxsus evə gedərkən orada pəncərənin və qapının açıq olduğunu görmüş, evə daxil olan zaman orada 200 manat dəyərində 100 metr elektrik naqilinin, ümumilikdə 200 manat dəyərində 2 ədəd elektrik drelinin, 100 manat dəyərində laqondanın, 150 manat dəyərində betondeşənin, 50 manat dəyərində elektrik tənzimləyicisinin və 360 manat dəyərində “Marqus” markalı su motorunun olmadığını bilmişdir. Bu zaman DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Qeyd etmişdir ki, keçmiş vaxtlarda bu kimi analoji hallar baş verməmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, ona ümumilikdə təxminən 800 manat ziyan dəymişdir. Qeyd etmişdir ki, şübhələndiyi şəxs yoxdur, həyətyanı sahəsindən başqa heç nə oğurlanmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs8 məhkəmə iclaslarında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Müdafiəçi2 bildirmişdir ki, 25 avqust 2023-cü il tarixdən 03 sentyabr 2023cü il tarixədək olan müddət ərzində ünvan 8 ünvanda yerləşən ona məxsus evin həyətinə və evə naməlum şəxs və ya şəxslər daxil olaraq həyətdən 150 manat dəyərində 01 ədəd su nasosunu, evdən isə 250 manat dəyərində 01 ədəd İran peçini, 100 manat dəyərində 01 ədəd soyuducunu, 100 manat dəyərində 01 ədəd xalçanı oğurlayıb aparmışlar. Bildirmişdir ki, hadisə nəticəsində ona 600 manat məbləğində ziyan dəymişdir. Xahiş etmişdir ki, həmin şəxsi və ya şəxsləri taparaq ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilsin. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, qeyd olunan hadisə ilə bağlı heç bir şübhələndiyi şəxs yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi vəzifəsində işləyən Şahid2 İsmixan oğlu bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 12 radələrində Təqsirləndirilən şəxs1 Rövşən oğlunun narkotik vasitələr istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Bundan sonra şöbənin əməliyyat müvəkkili Şahid1la həmin şəxsin olduğu yeri müəyyən etdikdən sonra polis şöbəsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirilən zaman üzrindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Seyidov X4 Güloğlan İsmixan oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkmə fiziki-kimyəvi ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4731 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 157” dairəvi möhür əksi, “..2. (imza) Şükürov...’’sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,641 qram olan açıq qəhvəyimtil rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 noyabr 2023-ci il tarixli, 7778 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onların təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı 1 ədəd siqaretin qızılına bükülmüş, içərisində olan ağ rəngli, kristallik formalı, spesifik iyə malik, psixotrop maddə olan metanfetaminə bənzər kütləni təqdim edərək həmin kütlənin metanfemtain olduğunu, xx.xx.2023-cü il tarixdə həmin psixotrop maddəni Suraxanı rayonunda Suraxanı körpüsünün yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş bükümə baxış keçirilən zaman həmin bükümün içərisində ağ rəngli, kristallik formalı, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 buna heç bir etirazının olmadığını bildirmişdir. Buna görə Təqsirləndirilən şəxs1 üzərində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə rəisi, polis polkovnik-leytenantı Şahid2 tərəfindən yoxlama aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı aşkar olunan psixorop maddə olan metanfetaminə bənzər kütlə zərfə qoyulmuş, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq müvafiq qaydada qablaşdırılmışdır. -diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokola uyğundur. -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Xəzər RPİ-yə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Sizin xx.xx.2023-cü il tarixli, 3- 13-45/2-17531/2023 nömrəli məktubunuz vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ünvan 13 ünvanında yaşayan vət. Zərərçəkmiş şəxs5 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim olunmuş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir.” - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-438/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Xəzər RPİ-yə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Sizin xx.xx.2022-ci il tarixli, 055- 23388-1222 nömrəli məktubunuz vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, L.Starçuk küçəsində yerləşən vət. Zərərçəkmiş şəxs1 Qafar oğunun müdir işlədiyi AL marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim olunmuş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir”. -Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Xəzər RPİ-yə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Sizin xx.xx.2022-ci il tarixli, 3- 13-45/2-4972/2023 nömrəli məktubunuz vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında yerləşən vət. Zərərçəkmiş şəxs3 oğunun evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim olunmuş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir”. -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23.042014-cü il tarixli hökmü ilə CM-in 177.2.1. 177.2.3, 177.2.4, 69.4-cü maddələri ilə 300 manat cərimə cəzasına məhkum olunmuş, bundan başqa Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Həmin Məcəllənin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən edilməklə 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1, 69.3, 67.1 və 68.1.1-1-ci maddələri əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 66.5-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:25-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:35-də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X16 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -23 avqust 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-414/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs1 dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-413/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. -xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” İlk öncə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Rovşən oğlunun təqsirləndirildiyi maddələr üzrə onun tamah məqsədilə 06 oktyabr 2022-ci il tarixdə gecə saat 23:37 radələrində Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasına giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub mağazanın içərisindəki saxlanc yeri olan seyfdən 1500 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, sahə-51 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd avtomobil üçün monitoru və 150 manat dəyərində bir cüt səsgücləndiricini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi və təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan qab-qacaqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi epizodları üzrə verilmiş ittihamdan Təqsirləndirilən şəxs1 həmin tarixlərdə məhkəmə hökmü ilə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərək cəzaçəkmə müəssisəsində olması əsası ilə qismən imtina etdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısının ittihamdan qismən imtina etməsi barədə çıxışını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 Rovşən oğlunun yuxarıda göstərilən oğurluq epizodları üzrə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-in 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Qeyd olunanlara əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Rovşən oğlu barəsində 06 oktyabr 2022-ci il tarixdə gecə saat 23:37 radələrində Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasına giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub mağazanın içərisindəki saxlanc yeri olan seyfdən 1500 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, sahə-51 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd avtomobil üçün monitoru və 150 manat dəyərində bir cüt səsgücləndiricini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi və təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan qab-qacaqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi epizodları üzrə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissələrdə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Bundan başqa məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan onun tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan ümumilikdə 100 manat dəyərində 02 ədəd dreli, 40 manat dəyərində 100 metr elektrik naqilini, 100 manat dəyərində 01 ədəd laqondanı, 150 manat dəyərində 01 ədəd betondeşəni, 50 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisi və 360 manat dəyərində 01 ədəd “Marqus” markalı su nasosunu gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 800 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bunda başqa təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 300 manat nəğd pulu, 50 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonu, 200 manat dəyərində 01 ədəd “Redmi-Note 9” markalı mobil telefonu və 150 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində 01 ədəd “Samsung” markalı plazma televizoru, 100 manat dəyərində 01 ədəd elektriklə işləyən ət çəkən maşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, B.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan evin birinci mərtəbəsindəki qaraja qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 650 manat dəyərində 01 ədəd moyka aparatını və 50 manat dəyərində 01 ədəd su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 avqust 2023-cü il tarixdə gecə saat 05:00 radələrində ünvan 7 ünvanında yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd “Finigenture” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçə yolu ilə qanunsuz daxil olaraq həyətdən 150 manat dəyərində 01 ədəd su nasosunu, ardınca isə evin giriş qapısını sındırma yolu ilə evə qanunsuz olaraq daxil olub evdən 250 manat dəyərində 01 ədəd İran peçini, 100 manat dəyərində 01 ədəd soyuducunu, 100 manat dəyərində 01 ədəd xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi ilə bağlı hissələr çıxarılmalı, həmin hissələr çıxarıldığı üçün isə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə verilmiş ittiham da xaric edilməli və o, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan ümumilikdə 100 manat dəyərində 02 ədəd dreli, 40 manat dəyərində 100 metr elektrik naqilini, 100 manat dəyərində 01 ədəd laqondanı, 150 manat dəyərində 01 ədəd betondeşəni, 50 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisi və 360 manat dəyərində 01 ədəd “Marqus” markalı su nasosunu gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 800 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bunda başqa təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan 300 manat nəğd pulu, 50 manat dəyərində 01 ədəd “Nokia” markalı mobil telefonu, 200 manat dəyərində 01 ədəd “Redmi- Note 9” markalı mobil telefonu və 150 manat dəyərində 01 ədəd qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tanışı istintaqa şəxsiyyəti “Elşən” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq oradan 400 manat dəyərində 01 ədəd “Samsung” markalı plazma televizoru, 100 manat dəyərində 01 ədəd elektriklə işləyən ət çəkən maşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivi, B.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan evin birinci mərtəbəsindəki qaraja qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 650 manat dəyərində 01 ədəd moyka aparatını və 50 manat dəyərində 01 ədəd su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 700 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 avqust 2023-cü il tarixdə gecə saat 05:00 radələrində ünvan 7 ünvanında yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd “Finigenture” markalı mopedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 2000 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçə yolu ilə qanunsuz daxil olaraq həyətdən 150 manat dəyərində 01 ədəd su nasosunu, ardınca isə evin giriş qapısını sındırma yolu ilə evə qanunsuz olaraq daxil olub evdən 250 manat dəyərində 01 ədəd İran peçini, 100 manat dəyərində 01 ədəd soyuducunu, 100 manat dəyərində 01 ədəd xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 600 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapmamışdır. Ona görə də həmin hissələr ona verilmiş ittihamdan xaric edilməlidir. Təqirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən ünvanlardan oğurluq etmədiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı bir subut isə cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilməsinə əsas isə yalnız özünün ibtidai istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Digər maddələrlə verilmiş ittiham isə öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamdan yuxarıda qeyd olunan oğurluq epizodları çıxarıldığı üçün ona qarşı Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə verilmiş ittiham da xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3 və 66.5-ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 17 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş narkotik vasitərin və psixotrop maddələrin ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və əldə edilmə halları şübhə doğurmayan, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1-ci maddəsi verilmiş ittihamla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, gecə saat 05:00 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus olan və ünvan 14 ünvanında yerləşən “Dominos Pizza”nın qarşısında saxlanılmış vəziyyətdə olan bir ədəd “Finigenture” markalı mopedi oğurlamadığını həm ibtidai istintaq zamanı verdiyi ifadəsində, həm də məhkəmə istintaq zamanı verdiyi ifadəsində bildirmişdir. Məhkəmə həmin oğurluq cinayətinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxs1 Rövşən oğlunun ifadəsindən - Təqsirləndirilən şəxs1 Rövşən oğlu ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətindən. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 Rövşən oğlunun ifadəsinə qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayəti üzrə özünü təqsirli bilmiş və həmin oğurluq əməlini Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini bildirmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində həmin oğurluq hadisəsinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməlini etiraf etməsi və Təqsirləndirilən şəxs2 adını çəkməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından onun məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun istintaq zamanı verdiyi ifadəsininin isə əsas götürülməsi həmin ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından və əsas götürmənin motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin əsaslandırılması mümkün olmadığından mümkün deyildir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 Rövşən oğlu ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinə isə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı cinayət prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş və həmin istintaq hərəkətinin protokolu iş üzrə mümkün, mötəbər sübut hesab edilə və ondan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Rövşən oğlunun və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolunda iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirak etməsi göstərilsə də, məhkəmə iclasında həmin istintaq hərəkətinin protokoluna əlavə edilmiş videoyazının əks olunduğu diskə baxış keçirilərkən müdafiəçilərin iştirak etmədiyi məlum olmuş, ümumiyyətlə həmin istintaq hərəkətinin vaxı və yeri barəsində təqisrləndirilən şəxslərin müdafiəçilərinə müvafiq qaydadada məlumat verilməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu isə həmin istintaq hərəkətinin kobud pozuntuyla aparıldığını təsdiq edir və buna görə də həmin istintaq hərəkətinin protokoluna mümkün, mötəbər sübut növü kimi yanaşılması mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 235.1-ci maddəsinə əsasən İfadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. CPM-in 235.2-ci maddəsinə əsasən üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Belə olan şəraitdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 AR CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmiş və iş üzrə onun təqsirliliyini təsdiq edən mötəbər, mümkün sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,591 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Rovşən oğlu barəsində 06 oktyabr 2022-ci il tarixdə gecə saat 23:37 radələrində Xəzər rayonu, Şimal DRES qəsəbəsində yerləşən “Al market” mağazasına giriş qapısının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olub mağazanın içərisindəki saxlanc yeri olan seyfdən 1500 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi, bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə gecə saat 02:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, sahə-51 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində bir ədəd avtomobil üçün monitoru və 150 manat dəyərində bir cüt səsgücləndiricini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 350 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi və təkrarən tamah məqsədilə xx.xx.2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan qab-qacaqları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etməsi epizodları üzrə verilmiş ittihamdan imtina etdiyindən iş üzrə həmin hissələrdə ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsi və hazırda cəzaçəkmə müəsissəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,591 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinin materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, cəmi 420 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-233/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-233/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver