Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-235/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı ƏmrəliyevMübarizƏlioğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X2, Zərərçəkmiş şəxs5 Əlibala qızının, X1, Zərərçəkmiş şəxs6 və Ələsgərov İsmayıl Böyükağa oğlunun, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 28fevral 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə BakışəhəriNizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetməcəzası təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-104/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin)177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs5 Əlibala qızına məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Bağ № 1619 saylı ünvanında yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan dəyəri 400 manatolan 01 ədəd su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,ƏləkbərovTərlan Elbrus oğlu təkrarən xx xxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində yaşayış sahəsi olan X4 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağlar massivi yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş evinə plastik pəncərəni sıxıb keçmə yolu ilə qaunsuz daxil olub evdən ümumi dəyəri 700 manat olan elektrik naqillərini və elektrik avtomatını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4movaya həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,Təqsirləndirilən şəxs təkrarənxx xxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində yaşayışsahəsiolan X3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağ massivində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla evdən 01 ədəd 350 manat dəyərində dreli, 150 manat dəyərində elektrik avtomatlarını və saxlancyeriolan həyətyanı sahədən 01 ədəd 150 manat dəyərində odun samovarınıgizli talayaraq zərərçəkmiş Firuz Həsənova 650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində saxlac yeri olan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 110 manat olan 2200 manat dəyərində 20 ədəd istilik radiatorunu, hər birinin dəyəri 250 manat olan 1250 manat dəyərində 05 ədəd su matorunu, hər birinin dəyəri 500 manat olan 1000 manat dəyərində 02 ədəd qaynaq aparatını və dəyəri 1500 manat olan 75 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Mübariz Əmirəliyevə ümumilikdə 5950 manat məbləğində xeylimiqdardamaddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub həyətdən 01 ədədi 140 manat olan cəmi 700 manat dəyərində 05 ədəd dəmir barmaqlığı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,ƏləkbərovTərlanElbrus oğlu təkrarən xx xxxxxx 2020-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub evdən ümumi dəyəri 1000 manat olan elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağ massivindəki evinə qanunsuz daxil olmaqla həyətdə olan 01 ədəd dəyəri 400 manat olan “Berkut” markalı velosipedi gizli yollatalayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ciiltarixdəsaat 10:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz həyətə daxil olmuş, qapısı açıq vəziyyətdə olan mətbəxə daxil olaraq ümumi dəyəri 80 manat olan qaşıq, çəngəllərdənibarət 32 ədəddəstivə 01 ədəd 30 manat dəyərində qaz sobasını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 110 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa,Təqsirləndirilən şəxs təkrarən xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində yaşayış sahəsi olanƏləsgərov İsmayıl Böyükağa oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 643 nömrəli bağ evinə hasardankeçərəkqanunsuz daxil olmaqla evdən 04 top hər birinin dəyəri 82 manat olan ümumilikdə dəyəri 328 manat olan 4 mm diametrli elektrik kabeli, 01 top dəyəri 36 manat olan 2.5 mm diametrli elektrik kabeli, 01 ədəd dəyəri 240 manat olan “Makita” markalı perforatoru, 01 ədəd dəyəri 500 manat olan “Boch” markalı perforatoru, 01 ədəd dəyəri 200 manat olan “Bosh” markalı dreli, 01 ədəd dəyəri 100 manat olan kiçik ölçülü əl drelini, 70 metr uzunluğunda bir metrinin dəyəri 1.8 manat olan ümumilikdə dəyəri 126 manat olan izolyasiyalı plastik borunu gizli talayaraq zərərçəkmiş şəxs İsmayıl Ələsgərova 1530 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən 14 saylı bağ evinin həyətinə hasardan keçmə yolu ilə qanunsuz həyətə daxil olaraq həyətdən 1 metri 5,0 manat olan cəmi 105 manat dəyərində üzəri tozlu, üzərində korroziya izləri olan diametri 63,0 mm, divarınınqalınlığı 5,0 mmolan 21 metr uzunluğunda metal dəmirəsaslıərintidənhazırlanmışborunu, 1 metri 8,0 manat olan cəmi 640 manatdəyərindəüzəritozlu, üzərindəkorroziyaizləriolandiametri 100,0 mm, divarının qalınlığı 5,2 mmolan 80 metr uzunluğunda metal dəmir əsaslı ərintidən hazırlanmışborunu, 1 metri 1,0 manatolancəmi 60 manat dəyərindəüzərində korroziya izləri, eni 25,0 mm, divarının qalınlığı 3,0 mm olan 60 metruzunluğundadəmir əsaslı ərintidən hazırlanmışuqolniki, 1 metri 1,5 manatolancəmi 60 manatdəyərindəüzərində korroziya izləri, eni 35,0 mm, divarının qalınlığı 3,0 mm olan 40 metruzunluğundametalı dəmir əsaslı ərintidən hazırlanmışuqolniki, 1 metri 2,0 manatolancəmi 72 manat dəyərində üzərində korroziya izləri, eni 55,0 mm, divarının qalınlığı 3,0 mm olan 36 metr uzunluğunda dəmir əsaslı ərintidən hazırlanmışuqolniki, 1 metri 16,0 manatolancəmi 96 manat dəyərində üzərində korroziya izləri, eni 16,0 mm, divarının qalınlığı 4,0 mm olan 6 metr uzunluğunda dəmir əsaslı ərintidən hazırlanmış şverleri, 1 metri 8,0 manatolan cəmi 72 manat dəyərində üzərində korroziya izləri, eni 8,0 mm, divarının qalınlığı 4,0 mm olan 9 metr uzunluğunda dəmir əsaslı ərintidən hazırlanmış şverleri, 1 metri 3 manatolancəmi 108 manat dəyərində üzərində korroziya izləri, diametri 16,0 mm, divarının qalınlığı 7,0 mm olan 36 metr uzunluğunda dəmir əsaslı ərintidən hazırlanmış ştanqanı, 1 metri 2,50 manat olan cəmi 50 manat dəyərində üzərində korroziya izləri, diametri 28,0 mm olan 20 metr uzunluğunda dəmir əsaslı ərintidən hazırlanmış armaturu,1 metri 5 manatolancəmi135 manat dəyərində 27 metruzunluğunda 3-lükdəmirborunu, 01 ədəd 1x1,20 ölçülü 100 manat dəyərində dəmir qapını, birtonu 1500 manatolancəmi 12000 manat dəyərində divarı qalın olan qazma borularını, 01 ədəd 200 manatdəyərində 4 metr uzunluğunda nərdivanı, 01 ədəd dəyəri 180 manat olan 0.7 HP su matorunu,birədədi 320 manat olan cəmi 640 manat dəyərində02 ədəd 1.5 HP su matorunu, 01 ədəd 1800 manat dəyərində elektirik avdanlıqları ilə birlikdə elektirik şitini, 1200 manat dəyərində elektrik xəttindən paylanan daxili və xarici elektirik xətlərini, 200 manat dəyərində olan kənd təsərrüfatı avdanlıqlarını, 1100 manat dəyərində santexnika avadanlıqlarını, 50 manat dəyərində hamamda istifadə olunan çəkələkləri, 120 manat dəyərində istifadə olunmuş hamam dəsmallarını, 01 qutusu 60 manat olan cəmi 120 manat dəyərində hovuz suyununtəmizlənməsiüçünistifadəolan02qutudərmanı, 01 ədədi 230 manat olan cəmi 920 manat dəyərində 04 ədəd alüminium qapını, 100 manat dəyərində 3,3 mm-likqaz-su borularınıvə 50 manat dəyərində alüminium yanğın söndürəni gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 20238 (iyirmi min iki yüz otuz səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cümaddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi durumu pis olduğundan oğurluq etmək qərarına gəlib xx xxxxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində Mərdəkan qəsəbəsi bağlar massivində yerləşən evlərin arası ilə piyada gəzib pul əldə etmək məqsədi ilə oğurluq etmək üçün münasib ev axtararkən bir həyət evi diqqətini cəlb etdiyindən həmin evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Kimsənin olmadığına əmin olduqdan sonra həyətdə olan əl quyusuna quraşdırılmış su nasosunu yerindən açıb özü ilə götürərək gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həyətdə olan evə isə daxil olmamışdır. Piyada bir qədər gəzişib səhərin açılmasını gözləmiş, yolüstü taksilərin biri ilə həmin su nasosunu Sabunçu bazarına aparıb orada tanımadığı şəxsə 80 manata satmışdır. Bundan sonra, xx xxxxxxx 2019-cu tarixdə saat 03 radələrində Xaşa-xuna qəsəbəsində olarkən yaşayış olmayan birmərtəbəli ev onun diqqətini çəkmişdir. Həmin evdən oğurluq etmək niyyəti ilə hasardan həyətə tullanmış və evin plastik pəncərəsini sıxıb açaraq içəriyə daxil olmuşdur. Evin içərisində olan top kabelləri və divara bərkidilmiş kabelləri, eləcə də divarda olan elektirik avtomatını divardan qoparıb çıxartmışdır. Həmin əşyaları götürüb girdiyi qayda ilə oradan uzaqlaşmış, səhəri gün onları Qala qəsəbəsində olan metal qəbulu məntəqəsinə ümumilikdə 80 manata satmışdır. Bundanbaşqa, xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 23 radələrində Qala qəsəbəsi Xaşa-xuna bağlarında yerləşən bağlardan birinin həyətinə hasardan boylanmış və həyətdə yaşayış olmadığına əmin olduqdan sonra içəriyə keçmişdir. Həyətdə olan ikimərtəbəli evin arxa tərəfdən bağa açılan plastik qapısını sındıraraq evə daxil olmuşdur. Evin birinci mərtəbəsindən 1 ədəd dreli və bir neçə elektrik avtomatını, həyətindən isə 1 ədəd samovarı götürərək həyətə çıxarmış və həyətin darvazasını açıb oradan uzaqlaşmışdır. Səhəri günü həmin dreli Şüvəlan qəsəbəsində tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 10 manata satmış, samovarı və elektrik avtomatını isə metal olaraq Qala qəsəbəsində olan tanıdığı metal qəbulu məntəqəsinə ümumilikdə 30 manata satmışdır. Bundanbaşqa,maddi imkanı pis olduğundan xx xxxxxx 2019-cu il tarixdə gecə saat 04 radələrində Şüvəlan qəsəbəsi Sabir küçəsində yerləşən evlərin arası ilə piyada gəzib pul əldə etmək məqsədi ilə oğurluq etmək üçün münasib ev axtararkən bir həyət ev diqqətini cəlb etdiyindən həmin evin həyətinə hasardan aşaraq daxil olmuş və oradan 5 ədəd su nasosu, 02 ədəd qaynaq aparatı, elektrik kabeli və 20 ədəd istilik radiatoru oğurlayıb həyətdən çölə yığmışdır. Həmin günün səhəri qeyd olunan əşyaları tanımadığı və markasını xatırlamadığı taksi ilə Qala qəsəbəsinə aparıb metal yığan şəxsə ümumilikdə 150 manata satmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evlərin arası ilə piyada gəzib pul əldə etmək məqsədi ilə oğurluq etmək üçün münasib ev axtararkən bir həyət evi diqqətini cəlb etdiyindən həmin evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Daha sonra həyətdə olan evin içərisinə çəkilmiş və həyətdə olan elektrik naqillərini qıraraq oğurlayıb oradan uzaqlaşmışdır. Çöllük sahədə həmin elektrik naqillərini yandırıb əldə etdiyi misi aparıb Qala qəsəbəsində olan tanıdığı metal qəbulu məntəqəsinə 70 manata satmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində oğurluq etmək niyyəti ilə Qala qəsəbəsi yeni yaşayış ərazisində gəzərkən qapısında kilid olan bir ev onun diqqətini çəkmişdir. Ətrafa baxıb kimsənin onu görmədiyindən əmin olduqdan sonra hasardan həmin həyətə tullanmışdır. Həyətdə hər hansı pula gedər əşya axtarmağa başlamış, evin divarına söykənmiş beş ədəd dəmir barmaqlıq onun diqqətini çəkmişdir. Artıq hava qaralmaq üzrə olmuş və o, həmin dəmir barmaqlıqları bir-bir daşayıb qapının ağzına gətirmişdir. Bundan sonra darvazanı arxadan açıb həmin barmaqlqları küçəyə çıxartmışdır. Qapını olduğu kimi bağlayıb yenidən hasardan tullanaraq küçəyə çıxmış və həmin barmaqlıqları iki dəfəyə daşıyaraq aparıb bir qədər kənarda olan yarımtikilidə gizlətmiş, sonra yaşadığı evə qayıtmışdır. Səhəri gün yenidən həmin yerə gedərək dəmir barmaqlıqları hissə-hissə əyib qıraraq hissəciklərə bölmüş və onları məftillə bir-birinə bağlayaraq taksi ilə Qala qəsəbəsinə əvvəlcədən yerini tanıdığı Firəddin adlı şəxsin işlədiyi metal qəbulu məntəsinə təhvil verib 100 manat pul əldə etmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 22 radələrində Qala qəsəbəsi Xaşa-xuna bağ massivində olarkən bağlardan birinin həyətinə hasardan boylanmış və həyətdə heç kimin olmadığına əmin olduqdan sonra içəriyə keçmişdir. Həyətdəki evin qarşısından bir ədəd velosipedi götürüb oradan uzaqlaşmış, onu aparıb əzərək dəmir metal formasına salmış, eləcə də təkərlərinin rezinlərini çıxardıb dəmirlərini əzmişdir. Həmin velosipedi metal olaraq Qala qəsəbəsində olan metal qəbulu məntəsinə 15 manata satmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Mərdəkan qəsəbəsində “Santral” mağazasının arxa hissəsində yerləşən küçə ilə piyada hərəkət edən zaman qapısı qıfıllı olan bir həyət onun diqqətini çəkmişdir. Həmin həyətdən oğurluq etmək niyyətinə düşüb heç kəsin olmadığına əmin olduqdan sonra qapının üstündə olan boş hissədən həyətə tullanmışdır. Orada mətbəx kimi olan otağın qapısının açıq olduğunu görüb dəqiq sayını xatırlamadığı çəngəl-qaşıq dəstlərini və navesin altında tin tərəfdə olan nazik qaz sobasını özü ilə götürərək həyət qapısının böyük layını arxadan açıb oradan çıxmışdır. Həmin əşyaları Qala qəsəbəsində yerləşən əvvəlcədən tanıdığı metal qəbulu məntəqəsinə 25 manata satmışdır. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Şüvəlan qəsəbəsində yerləşən bağlardan birinin həyətinə hasardan boylanmış və həyətdə yaşayış olmadığına əmin olduqdan sonra içəriyə keçmişdir. Həyətdə olan ikimərtəbəli evin arxa tərəfdən bağa açılan plastik qapısını sındıraraq evə daxil olmuşdur. Evin birinci mərtəbəsindən 5 top elektrik şunurunu, iki ədəd preparatoru, evin ikinci mərtəbəsindən isə iki ədəd drel və plasmas boruları götürərək onları həyətə çıxarmış, sonra həyətin darvazasını açıb oradan uzaqlaşmışdır. Oğurladığı kabelləri açıq sahədə yandıraraq mis əldə etmiş, daha sonra isə həmin preparatorları qıraraq içərisində olan misləri çıxardıb qalan hissələrini plastik borularla birlikdə atmışdır. Əldə etdiyi misləri aparıb Qala qəsəbəsində əvvəlcədən tanıdığı metal qəbulu məntəqəsinə ümumilikdə 34 manata satmışdır. Bundan başqa, xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Şüvəlan qəsəbəsində yerləşən həmin şəxsə məxsus bağ evindən oğurluq etmək niyyəti ilə bağ evinə getmişdir. Belə ki, həmin bağ evində heç kimin yaşamadığına tam əmin olmuş, əvvəlcə həmin evin hasarından həyətə tullanmış və həyətə baxıb oğurlamaq üçün yararlı olan və sata biləcəyini görüb oradakı dəmirləri - armaturları, uqolnikləri, dəmir boruları, şverlerləri olduqları yerdən daşıyıb həyət qapısının ağzına yığmışdır. Daha sonra isə həyət qapısını həyət tərəfdən açıb dəmirləri daşıyıb küçəyə yığmış, qapını içəridən əvvəlcədən olduğu kimi bağlamış və küçəyə tullanıb qapının ağzına yığdığı dəmirləri özü ilə gətirdiyi əl arabası ilə daşıyaraq aparıb transformatorun yaxınlığında gizlətmişdir ki, səhər dəmir qəbulu məntəqəsinə aparıb versin. Heç nə olmamış kimi yaşadığı evə getmişdir. Səhər dəmirləri yığdığı yerə gəlmiş, təxminən saat 12 radələrində o, həmin dəmirləri daşımaq istəyən zaman polis əməkdaşları onu saxlayaraq Xəzər RPİ 1-ci PŞ-nə gətirmişlər. O, PŞdə baş verənləri olduğu kimi danışmışdır. Həmin dəmirlərin bir hissəsini “QAZEL” markalı yük avtomobili ilə Qala qəsəbəsinə aparıb Firəddinə məxsus metal qəbulu məntəqəsinə 200 manata satmışdır. Törətdiyi əməllərdən səmimi peşman olmuş, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3, X5 və Zərərçəkmiş şəxs7 ilə barışıq əldə edərək onlara dəymiş ziyanı tam ödəmişdir, buna görə də həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, Zərərçəkmiş şəxs5 Əlibala qızına dəymiş maddi ziyanı ödəməsə də, o, onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Digər zərərçəkmiş şəxslərlə də barışıq əldə etməyə çalışır. Zərərçəkmiş şəxs1 mülki iddiasını isə oğurlanmış əşyaların qiymətlərinin iddia ərizəsində çox yüksək göstərilməsi səbəbindən qəbul etmir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini, mülki iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Şüvəlan qəsəbəsində Sabir küçəsində yerləşən 14 saylı bağ evi vardır. Həmin bağ evinin həyətində tikinti üçün yararlı olan dəmir avadanlıqlar olmuşdur. xx xxxxxx 2019-cu il tarixində saat 17 radələrindən xx xxxxxx 2019-cu il tarix saat 12 radələrinədək olan müddət ərzində naməlum şəxs onun bağ evinə hasardan daxil olmuşdur. Bağ sahəsi hasarla əhatə olunsa da hasarın bir neçə yerində daşlar sadəcə düzülübmüş, istənilən adamın həmin daşları itələyib asanlıqla bağa girməsi üçün şərait vardır. Belə ki, nəməlum şəxs bağ sahəsindən hər biri 110 manat, ümumi dəyəri 2200 manat olan 20 ədəd istilik radiatorunu, hər biri 250 manat, ümumi dəyəri 1250 manat olan 5 ədəd su matorunu, hər biri 500 manat, ümumi dəyəri 1000 manat olan 02 ədəd qaynaq aparatını, ümumi dəyəri 1500 manat olan 75 metr uzunluğunda elektirik kabelini oğurlamışdır. Bundan sonra sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin bağ evinə gəlib baş çəkmiş, hər şey qaydasında olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində həmin bağ evinə gedib baş çəkən zaman ona məlum olmuşdur ki, həyətdə olan 10 ədəd 1 ədədi 2 metrdən ibarət olan 28-lik armatur 1 metri 3 manat olmaqla, 3 ədəd 3-lük boru hər biri 9 metr olmaqla 1 metri 5 manat olmaqla, 1 ədədi 3 metr olmaqla 2 ədəd 16-lıq şveller 1 metri 12 manat, 1 ədədi 3 metr olmaqla 3 ədəd 8-lik şveller 1 metri 9 manat, bir ədədi 3 metr olmaqla 12 ədəd 16-lıq yumru dəmir ştanqalar 1 metri 2 manat, hər 1 ədədi 4 metr və 1 metri 3 manat olmaqla 15 ədəd 25-lik uqolnik, hər 1 ədədi 4 metr və 1 metri 4 manat olmaqla 10 ədəd 35-lik uqolnik, hər 1 ədədi 3 metr və 1 metri 6 manat olmaqla olmaqla 12 ədəd 55-lik uqolnik, hər biri 3 metr olmaqla 1 metri 5 manat olan 7 ədəd 63 mm-lik dəmir boru, hər biri 4 metr olmaqla 1 metri 8 manat olan 10 ədəd 100 mm-lik dəmir boru, qaz su boruları 3,3 mm, 1 ədəd 1x1,20 metr olmaqla 100 manat dəyərində dəmir qapı, divarı qalın olan buravoy borular qalınlığı, qazma borular cəmi 8 ton hər tonu 1500 manat olmaqla, alüminium yanğın söndürən, 4 metr uzunluğunda 200 manat dəyərində 1 ədəd nərdivan, 1 ədəd qiyməti 180 manat olan 0.7 HP su matoru, hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 1.5 HP su matoru, elektrik şiti 1 ədəd elektrik avadanlıqları ilə birlikdə təqribən 1800 manat dəyərində, elektrik şitindən paylanan daxili və xarici elektirik xətləri 1200 manat dəyərində, kənd təsərrüfatı avadanlıqları 200 manat dəyərində, santexnik avadanlıqlar 1100 manat dəyərində, hamamda istifadə olunan çəkələklər 50 manat dəyərində, hamam dəsmalları istifadə edilməmiş 120 manat dəyərində, basseyn suyunun təmizlənməsində istifadə edilən dərmanlar iki qutu 120 manat dəyərində və 4 ədəd hər birinin qiyməti 230 manat olmaqla alüminium qapı oğurlanmışdir. 2019-cu ilin dekabr ayında baş vermiş oğurluq nəticəsində ona 5950 manat və xx xxxxx 2020-ci il tarixdə edilmiş oğurluq nəticəsində isə 18763 manat maddi ziyan dəymişdir. Ümumilikdə isə ona 24713 manat ziyan dəymişdir. Onun bağ evindən oğurlanmış əmlakın bir qismi qaytarılmış, 18915,00 (on səkkiz min doqquz yüz on beş) manat məbləğində ziyan isə indiyə qədər ödənilməmişdir. Ona görə də o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Təqsirləndirilən şəxsə-mülki cavabdehə qarşı vurulmuş ziyanın əvəzi olaraq ümumilikdə 18915,00 (on səkkiz min doqquz yüz on beş) manat pulun alınaraq ona verilməsi barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxsə cəza təyini zamanı bütün bunların nəzərə alınmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yeni tikilmiş evi vardır. Həmin evə müəyyən vaxtlarda gəlib baş çəkirmiş. Sonuncu dəfə həmin bağa 2019-cu ilin dekabr ayında gəlmiş, orada hər şey qaydasında olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə yenidən həmin bağ evinə baş çəkmək üçün gəldikdə orada 01 ədədinin dəyəri 140 manat olan 05 ədəd dəmir barmaqlığın yerində olmadığını görüb onların oğurlandığını başa düşmüşdür. Bu barədə dərhal DİN “102” zəng xidmətinə məlumat vermişdir. Həmin dəmir barmaqlıqlar hasara söykənmiş vəziyyətdə olmuşdur. Bir qədər keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə edərək fotoşəkillər çəkib protokol tərtib etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində şəxsiyyəti məlum olmayan naməlum şəxs evin həyətinə hasardan kəçərək ona məxsus yaşayış evinin həyətində olan mətbəxdən ümumi dəyəri 80 manat olan 32 dəst qaşıq-çəngəli və 30 manat dəyərində qaz sobasını gizli yolla talayaraq oğurluqetmişdir. Bu barədə dərhal DİN “102”zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmiş və protokol tərtib edərək hadisə yerinin foto şəkillərini çəkmişlər. Həmin oğurluq nəticəsində ona ümumilikdə 110 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən QasımovaAynurƏmir qızı göstərdi ki, Xaşa-xuna bağlar massivində fərdi yaşayış evi tikdirmişlər, lakin hal-hazırda evin içərisində təmir işləri getməkdədir. xx xxxxxxx 2019-cu il tarixdə həmin evə gedərək baş çəkən zaman evdə hər bir şey öz qaydasında olmuşdur. Lakin xx xxxxxx 2019-cu il tarixdə bağa baş çəkmək üçün gəldikdə evin yataq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə daxil olub içərisinə baxdıqda evdə top şəklində olan 4 mm-lik 4 top təqribən 1 topunun qiyməti 52 manat olan elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Bundan başqa, evdə təmir zamanı yenə də həmin ölçüdə olan divarda elektrik qutularına yerləşdirilmiş 4 top civarında 52 manat dəyərində elektrik naqilinin qutulardan dartılıb çıxarılaraq oğurlandığını aşkar etmişdir. 8 top elektirik naqilinin ümumi dəyəri 416 manat təşkil edir. Bundan başqa, evdə olan 4 jılkalı ağ rəngli 80 metr uzunluğunda olan 214 manat dəyərində elektirik naqilinin və içərisində avtomatları olan 70 manat dəyərində elektrik şitinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 Əlibala qızı göstərdi ki, Mərdəkan qəsəbəsi Qızıl-Qum bağlar sahəsi bağ №1619 ünvanında bağ evi vardır. Həmin bağ evində yaşayış üçün hər bir şərait olmuşdur. Orada daimi yaşamasalar da ara bir həmin bağa gəlib istirahət edirlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində bağda olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində yenidən qeyd olunan ünvana gələrkən həyətdəki əl quyusundan dəyəri 400 manatolan 01 ədəd su nasosunun mühərriki ilə birlikdə yerində olmadığını, yəni naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Bununla bağlı ərizə ilə Xəzər RPİ 1-ci PŞ-nə müraciət etmişdir. Həmin ziyan ödənilməsə də, o, təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən HəsənovFiruzŞahlaroğlu göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Qala qəsəbəsi Xaşa-xuna bağ massivində yerləşən fərdi yaşayış evinə nəzarət etmək üçün gələn zaman ona məlum olmuşdur ki, evin plastik pəncərəsini açma yolu ilə naməlum şəxs və ya şəxslər evə daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd dreli, 150 manat dəyərində elektrik avtomatlarını və həyətdə olan 1 ədəd dəyəri 150 manat olan samovarını oğurlamışlar. Oğurluq nəticəsində ona 650 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, Qala qəsəbəsində yerləşən bağ evi vardır, vaxt tapdıqca gəlib baş çəkir. Sonuncu dəfə 2020-ci ilin yanvar ayının 3-də həmin evə gəlmişdir, bundansonra xx xxxxxx 2020-ci il tarixdə evinə gəldiyi zaman ona məlumolmuşdurki, naməlum şəxslər həyətinə və evinə qanunsuz daxil olaraqhəyətindən,eləcə dəevindənçəkilmişvəziyyətdəolanbirmetri 2 manat olan ümumi dəyəri 1000 manatolan 500 metr uzunluğunda elektrik naqillərini oğurlamışlar. Oğurluq nəticəsində ona 1000 manat ziyandəymişdir, elektrik xəttinin çəkilməsinə görə usta xərci isə 400 manat təşkiledir.Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış zərərçəkmiş şəxs NuriyevFairHafizoğlu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş və şikayətinin olmamasını nəzərə alıb təqsirləndirilən şəxsə yüngül cəza verilməsini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə ona məxsus Xəzər rayonu Qalaq əsəbəsi Xaşa-Xuna yeni yaşayış massivində yeləşən evinə hasardan aşma yolu ilə daxil olaraq həyətdə olan 400 manat dəyərində velosipedini gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Ələsgərov İsmayıl Böyük ağa oğlu göstərdi ki, ona məxsus Şüvəlan qəsəbəsi 643 nömrəli bağ evi vardır. Həmin bağ evi tam təmirli olmadığından orada yaşayış yoxdur, lakin oraya həftədə 1 dəfə baş çəkir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə bağ evində olmuşdur. xx xxxx 2020-ci il traixdə saat 09 radələrində bağ evinə gəldikdə həyətin ümumi darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Evə yaxınlaşdıqda evin arxasından bağa açılan plastik qapısının sındırılaraq açıq vəziyyətdə olduğunu görmüş və dərhal hadisə barədə DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Ona məxsus evin birinci mərtəbəsindəki mətbəxdən 04 top dəyəri hər birinin dəyəri 82 manat olan ümumilikdə dəyəri 328 manat olan İEK 4 mm diametrli elektrik şunuru, 01 top dəyəri 36 manat olan 2.5 mm diametrli elektrik şunuru, evin birinci mərtəbəsində dəhlizdən 01 ədəd dəyəri 240 manat olan “Makita” markalı preparator, 01 ədəd dəyəri 500 manat olan “Boch” markalı preparator, evin ikinci mərtəbəsində yataq otağından 01 ədəd dəyəri 200 manat olan “Boch” markalı drel, 01 ədəd dəyəri 100 manat olan kiçik ölçülü əl dreli, ikinci mərtəbədə hamam otağından 70 metr uzunluğunda bir metrinin dəyəri 1.8 manat olan ümumilikdə dəyəri 126 manat olan izolyasiyalı metalplastik boru oğurlanmışdır. Oğurluq nəticəsində ona 1530 manat, plastik qapının sındırılması nəticəsində isə 90 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış Şahid xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid göstərmişdir ki, o, uzun illərdir ki,Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında işdəolduğu zaman bir nəfər adını sonradan Tərlan bildiyi arıq bədən quruluşlu şəxs gələrək özünə məxsus olan mis əsaslı elektrik naqili və metal kimi elektrik avtomatı satdığını bildirmişdir. Söhbətə sasında həmin şəxsdən qeyd olunan malların oğurluq olub-olmadığını soruşduqda,o, həmin əşyaların oğurluq olmadığını və özünə məxsus olduğunubildirmişdir. O da həmin əşyaları ümumi olaraq 80 manata ondan almışdır. Səhərigünsaattəxminən 12 radələrindəTərlan yenidən gələrək metal kimi satlıq samovar və elektrik avtomatı olduğunu bildirib onu əşyaların özünə məxsus olduğunu əmin etdikdən sonra həmin əşyaları da metalolaraq 30 manata almışdır. Həmin şəxsi bir müddət görməmişdir. Təxminən 2019-cu ilin dekabr ayının axırlarında Tərlan markasını və nömrəsini xatırlmadığı bir taksi ilə gələrək avtomaşında küçələrdən yığdığı satlıq dəmir metallar olduğunu bildirmişdir. O, həmin metallara baxıb ala biləcəyimi bildirmiş və Tərlandangətirdiyi 5 ədədsunasosunu, 2 ədəd qaynaq aparatını, 20 ədədradiatorlarvəelektrikkabelləriniümumilikdə 150 manataalmışdır. Həmin metalları o, çəki hasabı olaraq Dərnəgül yolunda olan metal qəbulu məntəqəsinə təhvil vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində işdə olduğu zaman Tərlan taksi ilə bir-birinə bağlanmış vəziyyətdə olan dəmir metallar gətirmişdir. O, həmin dəmir metalları çəkmiş və 100 manata Tərlandan almışdır. Bundan təxminən 3-4 günsonra, yəni xx xxxxxx 2020-ci il tarixdə Tərlan əlində torbalarda olan doğranmış və üzəri təmizlənmiş vəziyyətdə olan mislər gətirmiş və bildirmişdirki, həmin misləri hissə-hissə olaraq yığıb toparlamışdır. O da həmin misi ümumilikdə 70 manataTərlandanalmışdır. Bundan sonra xx xxxxxx 2020ciil tarixdə səhər saatlarında Tərlan qırıq vəziyyətdə və dəmirləri əyilmiş vəziyyətdə olan metal formasında velosiped gətirmişdir. Həminmetalıda razılaşıb 15 manata ondan almışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Tərlan əlində qaz sobası və torbada olan çəngəl-qaşıq gətirərək öz evlərinə məxsus olduğunu bildirmiş, o da həmin əşyalara baxdıqdan sonra metal olaraq onları 25 manata almışdır. Bundan sonra bir müddət yenə də Tərlanı görməmiş, lakin sonuncu olaraq xx xxxx 2020-ci il tarixdə Tərlan iki dolu böyük torba olmaqla təmizlənmiş vəziyyətdə mislər gətirmiş, həmişəki kimi çöllərdən yığdığı mislərolduğunubildirmişdir. O dahəminmisləri 34 manata almışdır. Bundan sonra bir dahaTərlanıgörməmiş, onun oğruluq etməyi barədə heç bir məlumatı olmamışdır. Yalnız sonradan polis əməkdaşlarından ona məlum olmuşdurki, Tərlanın ona gətirib satdığı metallar oğurluqdur. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıqekspertizasının xx xxx 2020-ciiltarixli 6/660-9/1028 saylırəyindəngörünürki,
1. 1 ədəd uzunluğu təxminən 1,0 m, uzəri tozlu, üzərində korroziya izləri, diametri 63,0 mm, divarının qalınlığı 5,0 mm olan boru hissəsindən nümunələrin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 5,0 manat;
2. 1 ədəd uzunluğu təxminən 1,0 m, uzəri tozlu, üzərində korroziya izləri, diametri 100,0 mm, divarının qalınlığı 5,2 mm, boru hissəsindən nümunələrin metalı dəmir əsasiı ərintidən hazırlanmışdır - 8,0 manat;
3. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, eni 25,0 mm, divarının qalınlığı 3,0 mm olan uqolnik nümunəsinin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 1,0 manat;
4. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, eni 35,0 mm, divarının qalınlığı 3,0 mm olan uqolnik nümunəsinin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 1,5 manat;
5. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, eni 55,0 mm, divarının qalıniığı 3,0 mm olan uqolnik nümunəsinin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 2,0 manat;
6. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, eni 16,0 mm, divarının qalınlığı 4,0 mm olan şverler hissəsindən nümunənin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 16,0 manat;
7. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, eni 8,0 mm, divarının qalınlığı 4,0 mm olan şverler hissəsindən nümunənin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır - 8,0 manat;
8. 1 ədəd uzunluğu təxminən 50,0 sm, üzərində korroziya izləri, diametri 16,0 mm, divarının qalınlığı 7,0 mm olan ştanqanın metallı dəmir əsaslı əsaslı ərintidən hazırianmışdır - 1,5 manat;
9. 1 ədəd uzunluğu təxminən 1,0 m, üzərində korroziya izləri, diametri 28,0 mm olan armaturun metalı dəmir əsaslı əsaslı ərintidən hazırianmışdır - 2,5 manat; Tədqiqata təqdim edilmiş nümunələrin metallı dəmir əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, Respublikada yerləşən bazalarda və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş xarici görünüşünə görə uzun müddət istismarda olmuş bir metr tədqiqat obyektlərinin, 2020-ci ilin aprel ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqat hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 109,50 (bir yüz doqquz, əlli) manatdır. İş materiallarından görünür ki, əldə olunmuş 28 likarmatur, 16-lıqşverler, 8-likşverler, 16-lıqştanqa, 25-likuqolnik, 35-likuqolnik, 55-likuqolnik, 63 mm-likboruvə 100 mmlikdəmirborumaddisübutkimitanınaraqzərərçəkmişƏmrəliyevMübarizƏlioğlunaqaytarılmışdı r. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5 və Zərərçəkmiş şəxs7 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs5 Əlibala qızı tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməsə də, o, onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki,xx xxxxxx 1984-cü il təvəllüdlüTəqsirləndirilən şəxs BakışəhəriƏzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsininxx xxxxxx 2000-ciiltarixlihökmünəəsasənAzərbaycanRespublikasıCM-nin93-3-cü maddəsi ilə təqsirlibilinərək01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetməcəzasınaməhkumedilmiş,CM-nin70-cimaddəsinəəsasəntəyinedilmişcəza şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti təyin olunmuş, X7 İşlər Üzrə AzərbaycanRespublikası Məhkəməsinin xx xxxxxx 2001-ciiltarixlihökmünəəsasən AzərbaycanRespublikasıCM-nin 181.2.1, 181.2.2, 181.2.5, 66.3, 177.2.1, 177.2.2, 177.2.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsinə əsasən 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, BakışəhəriXətai Rayon Məhkəməsininxx xxxx 2010-cuiltarixlihökmünəəsasənAzərbaycanRespublikasıCMnin234.1-ci maddəsi ilə təqsirlibilinərək CM-nin 67-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı ilə 02 (iki) ay 02 (iki) gün vaxtından əvvəl şərti azad olunmuş, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmünə əsasən AzərbaycanRespublikasıCM-nin234.1-ci maddəsi ilə təqsirlibilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetməcəzası təyin edilmiş, xx xxxx 2013-cü il tarixdə BakışəhəriXəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, xx xxxxxx 2014-cü il tarixdə BakışəhəriXəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx xxxx 2014-cü il tarixdə cəzasını çəkdiyi üçün qeydiyyatdan çıxarılmış, BakışəhəriNizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən AzərbaycanRespublikasıCM-nin234.1-ci maddəsi ilə təqsirlibilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetməcəzası təyin edilmiş, xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələriilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dəymiş ziyanı qismən ödəyərək bir neçə zərərçəkmiş şəxslə barışmasını, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cümaddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 28 likarmaturun, 16-lıqşverlerin, 8likşverlerin, 16-lıqştanqanın, 25-likuqolnikin, 35-likuqolnikin, 55-likuqolnikin, 63 mmlikborununvə 100 mm-likdəmirborunun sahibinə qaytarılması nəzərəalınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X3 və Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs5 Əlibala qızının təqsirləndirilən şəxslə barışaraq ondan heç bir şikayətinin və ya digər tələbinin olmaması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X6, Zərərçəkmiş şəxs6 və Ələsgərov İsmayıl Böyükağa oğlu tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 109,50 (bir yüz doqquz, əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf etmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı iddia tələbini sübut edə bildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 18915,00 (on səkkiz min doqquz yüz on beş) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 65 iş saatına görə (ibtidai istintaq zamanı 50 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 390,00 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxsAzərbaycanRespublikasıCM-nin177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 05 aprel2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 28 likarmaturun, 16-lıqşverlerin, 8likşverlerin, 16-lıqştanqanın, 25-likuqolnikin, 35-likuqolnikin, 55-likuqolnikin, 63 mmlikborununvə 100 mm-likdəmirborunun sahibinə qaytarılması nəzərəalınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X3 və Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs5 Əlibala qızının təqsirləndirilən şəxslə barışaraq ondan heç bir şikayətinin və ya digər tələbinin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X4, Zərərçəkmiş şəxs6 və Ələsgərov İsmayıl Böyükağa oğluna hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs 109,50 (bir yüz doqquz, əlli) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 18915,00 (on səkkiz min doqquz yüz on beş) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 390,00 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Tərlan Əkbərov