Məhkəmə qərarları › İş №1(003)-235/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-235/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-235/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunun Qaraağac kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 18-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək 20 dekabr 2020-ci il tarixdə saat 17:36 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus “Ramin” marketə müştəri qismində daxil olaraq oradan ümumilikdə dəyəri 200 manat olan 3 ədəd “CHİVAS” markalı, 2 ədəd “Black BrıDGe” markalı viski içkilərini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 və tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək 20 dekabr 2020-ci il tarixdə saat 17:36 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus “Ramin” marketə müştəri qismində daxil olaraq oradan ümumilikdə dəyəri 200 manat olan 3 ədəd “CHİVAS” markalı, 2 ədəd “Black BrıDGe” markalı viski içkilərini gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qara rəngli kağız bükümdə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2021-ci il tarixdə, saat 14:50-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanaraq Xəzər RPİ-nin 1ci PŞ-nə gətirilmiş, həmin tarixdə saat 16:25-də şöbənin xidməti otağında üzərində Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi2 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,351 qram olan tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 qardaşı, X7 isə tanışıdır. 20 dekabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Elvin qardaşı Gündüzə zəng edərək mağazadan viski oğurlayıb satıb pul etmək istədiyini bildirmiş, həmin vaxt o, da Elvinlə danışmış, bundan sonra o və qardaşı Gündüz onunla razılaşmışlar və onun istəyi ilə bir qədər sonra qardaşı Gündüzlə birlikdə Şüvəlan qəsəbəsinin girişinə gəlmişlər. Elvin taksi ilə həmin yerə gəlmiş, onu və qardaşını maşına götürmüşdür. Daha sonra onlar öz deməsinə görə Elvinin əvvəllər işlədiyi Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən mağazaya getmişlər. Marketə daxil olduqdan sonra hər üçü birlikdə marketin spirtli içkilər satılan hissəsinə getmişlər. Həmin vaxt o, vitrindən iki ədəd viski götürüb əynində olan qış gödəkçəsinin içərisinə salmışdır. Həmin vaxt Elvinlə Gündüz də vitrindən bir neçə viski götürüb oğurlamışlar və əyinlərində olan gödəkçənin qarın nahiyyəsinə qoymuşlar. Bundan sonra onlar sakitcə mağazadan çölə çıxmışlar və mağazanın yaxınlığında onları gözləyən həmin yerə gəldikləri taksiyə əyləşərək Mərdəkan qəsəbinə geri qayıtmışlar və taksiyə gediş haqqı kimi 10 manat pul vermişlər. Bundan sonra oğurladıqları ümumilikdə beş ədəd viski içkilərini Elvin satmaq üçün özü ilə aparmış, onlar razılaşmışlar ki, Elvin oğurladıqları içkiləri Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə müştəri taparaq satsın və əldə olunan puldan ona və qardaşı Gündüzə də ayırsın. Avtomobildən düşəndən sonra o, yaşadığı ünvana gedərək məhlədə dayanıb Elvinin gəlməyini gözləmiş, təxminən 15 dəqiqə sonra Elvin piyada yaşadığı məhləyə gəlmiş və viskiləri ümumilikdə 50 manata satdığını bildirərək həmin puldan 25 manatını ona verib qardaşı Gündüzlə öz aralarında bölmələrini demiş və bundan sonra sağollaşıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 qardaşı, X7 isə tanışıdır. 20 dekabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində Elvin ona zəng edərək mağazadan viski oğurlayıb satıb pul etmək istədiyini bildirmiş, həmin vaxt Sahib də Elvinlə danışmış, bundan sonra o və qardaşı Sahib onunla razılaşmışlar və onun istəyi ilə bir qədər sonra qardaşı Sahiblə birlikdə Şüvəlan qəsəbəsinin girişinə gəlmişlər. Elvin taksi ilə həmin yerə gəlmiş, onu və qardaşını maşına götürmüşdür. Daha sonra onlar öz deməsinə görə Elvinin əvvəllər işlədiyi Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən mağazaya getmişlər. Marketə daxil olduqdan sonra hər üçü birlikdə marketin spirtli içkilər satılan hissəsinə getmişlər. Həmin vaxt o, vitrindən bir ədəd viski götürüb əynində olan qış gödəkçəsinin içərisinə salmışdır. Həmin vaxt Elvinlə Sahib də vitrindən bir neçə viski götürüb oğurlamışlar. Daha sonra mağazadan çıxıb həmin yerə gəldikləri avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışlar. Daha sonra oğurladıqları viskiləri ümumilikdə 50 manata tanımadıqları şəxsə sataraq əldə etdikləri pulu öz aralarında bölmüşlər. Bundan başqa qeyd etmişdir ki, təxminən bir il olar ki, narkotik vasitə qəbul edir. Bu səbəbdən də narkotik vasitəyə olan tələbatını ödəmək üçün Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata narkotik vasitə olan heroin alaraq üstündə saxlayıb gəzdirmişdir. 16 fevral 2021-ci il tarixdə, günorta saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində olarkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və onlarla birlikdə Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsinə getməyini təklif etmişlər. O, da etiraz etməyib onlarla birlikdə 1-ci polis şöbəsinə gəlmişdir. 1-ci polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının idxalına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması ona təklif edilmiş və bundan sonra o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, taksi sürücüsünü tanımır. Həmin taksini Elvin tutmuş və taksi sürücüsünün oğurluqda heç bir iştirakı olmamışdır, heç biri ona oğurluq etməsi barədə heç nə deməmişdirlər. Mağazadan qayıdandan sonra da Elvin taksi sürücüsünün yanında özünü elə aparmışdır ki, guya mağazanın ona borcu var imiş, bununla bağlı mübahisələri olmuşdur. Bildirmişdir ki, o, qeyd olunan oğurluğu Elvin və Gündüzlə qabaqcadan razılaşıb etmiş, həmin cinayətin törədilməsində başqa heç kəs iştirak etməmiş və bu barədə qabaqcadan heç kəsə heç bir məlumat verməmişdir. Qeyd etmişdir ki, heç bir vaxt narkotik vasitə satmamış, yalnız narkotik vasitənin qəbulu ilə məşğul olmuşdur. O, narkotik vasitəni Yeni Suraxanı qəsəbəsində, üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 10 manata almışdır. Onun üzərində heroin narkotik vasitəsi olması barəsində heç kimin məlumatı olmamış, o, bununla bağlı heç kimə məlumat verməmişdir. Saxlanılarkən və ya üzərinə baxış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmiş, belə bir zor tətbiq edilməsi ilə hədələnməmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Şahid2 küçəsi ev 63 “A” ünvanda qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində Maştağa-Buzovna yolunun kənarında “Ramin market” şəxsi mağazası var. Bildirmişdir ki, 20 dekabr 2020-ci il tarixdə təxminən saat 18 radələrində mağazasında satıcı işləyən Şahid1 ona zəng edərək mağazada oğurluq olmasını bildirmiş, o, dərhal mağazaya getmiş, mağazada quraşdırdığı video müşahidə kamerasının görüntülərinə baxmış və məlum olmuşdur ki, üç nəfər tanımadığı şəxs 20 dekabr 2020-ci il tarixdə saat 17:36 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən ona məxsus “Ramin market” mağazasına müştəri kimi daxil olaraq içki vitrinində ümumilikdə dəyəri 200 manat olan 3 ədəd “CHİVAS” markalı, 2 ədəd “Black BrıDGe” markalı viski içkilərini oğurlayıb əyinlərində olan gödəkçənin içərisində yığaraq aparmışlar. Bundan sonra bu barədə ərizə ilə müraciət etmişlər. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, viski içkilərinin hər birinin qiyməti 40 manat olmaqla hadisə nəticəsində ona ümumilikdə 200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla ailəsilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, təxminən 8 il olar ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Ramin” marketdə satıcı işləyir. 20 dekabr 2020-ci il tarixdə saat 17:36 radələrində mağazada kassanın arxa tərəfində olarkən mağazadan çıxan üç nəfərin oğurluq etməsindən şübhələnmiş, onların arxasınca mağazadan çölə çıxsa da, görmüşdür ki, həmin şəxslər avtomobilə oturmuşlar və dərhal da avtomobil hərəkətə başlamışdır. O, həmin avtomobili saxlada bilməsə də, dövlət qeydiyyat nömrə nişanını, yəni ** BH *** dövlət qeydiyyat nömrə nişanını götürə bilmişdir. Daha sonra mağazanın içərisində quraşdırılmış kameraya baxıb görmüşdür ki, içki vitrinin qarşı tərəfində olan həmin üç nəfər şəxs içkilərdən götürərək əyinlərində olan gödəkçənin iç tərəfinə yığmışlar. Bundan sonra başa düşmüşdür ki, həmin üç nəfər şəxs mağazadan birlikdə oğurluq etmişlər. Bildirmişdir ki, hadisə nəticəsində mağazanın sahibi Zərərçəkmiş şəxs cəmi 200 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cinayət işinin mahiyyəti üzrə bildirmişdir ki, 16 fevral 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid4 və Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs2 ifşa etmək məqsədi ilə 16 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsinə Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və həmin gün saat 14:50 radələrində Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2, vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm təqdim edərək heroin olduğunu və şəxsi istifadəsi üçün 16 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailəsilə birlikdə ünvan 7 ünvanda yaşayır, özünə məxsus VAZ-2105 markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi sürücüsü işləyərək ailəsini dolandırır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 20 dekabr 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Bravo” marketin qarşısında dayanan zaman bir nəfər avtomobilə yaxınlaşaraq Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsinə getmək istədiyini bildirmiş, o, razılıq vermiş, bundan sonra həmin şəxsin tanışı olan iki nəfər şəxs də avtomobilə əyləşmişlər və avtomobili idarə edərək Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsinə gəlmişdir. Həmin şəxsləri onların istəyinə uyğun olaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində “Ramin market” mazağasının qarşısında avtomobili saxlayaraq avtomobildən düşürtmüşdür. Onlar ona bildirmişlər ki, marketdə bir neçə dəqiqəlik işləri var, Mərdəkana geri qayıdacaqlar, buna görə də onları həmin yerdə gözləsin. O, da razılaşmış, onlar mağazaya daxil olduqdan sonra idarə etdiyi avtomobili döndərib yolun sağ kənarında Buzovna qəsəbəsi istiqamətində saxlamışdır. Təxminən 10 dəqiqə sonra həmin şəxslərin hər üçü gəlib avtomobilə əyləşmiş və maşını sürməyini istəmişlər. O, da avtomobili idarə edərək həmin şəxsləri Xəzər rayonu Mərdəkan qəsəbəsinə gətirib düşürtmüş və gediş haqqı kimi onlar ona 10 manat pul vermişlər. Əlavə olaraq bildirmişdir ki, həmin üç nəfər şəxsin hər biri avtomobilə əyləşərkən tibbi maskada olmuşlar, başlarında da papaq olmuş, sifətlərini yaxşı görə bilmədiyinə görə hazırda onları görsə də, tanıya bilməz, yalnız onu qeyd etmişdir ki, onların hər üçü cavan oğlanlar olmuş, lakin onun həmin şəxslərin barəsində heç bir məlumatı olmamışdır. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 16 fevral 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid3 və Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs2 ifşa etmək məqsədi ilə 16 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsinə Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və həmin gün saat 14:50 radələrində Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2, vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm təqdim edərək heroin olduğunu və şəxsi istifadəsi üçün 16 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 16 fevral 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid4 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs2 ifşa etmək məqsədi ilə 16 fevral 2021-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi S.Yesenin küçəsinə Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın yaxınlığına yollanmışlar. Orada müşahidələr aparmağa başlamışlar və həmin gün saat 14:50 radələrində Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanın yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edərək Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib onlarla birlikdə Polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla şöbə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayevə həvalə edilmişdir. X5 Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs2, vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələri izah edilmiş, üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm təqdim edərək heroin olduğunu və şəxsi istifadəsi üçün 16 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalandı. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/697 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş ” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,351 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 mart 2021-ci il tarixli, 687 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11.02.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 11.02.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 1000 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 16 fevral 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 16.02.2021-ci il tarixdə saat 16:25-16:50 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə siqaretin qara rəngli kağızına bükülmüş maddəni təqdim edərək, həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 29 aprel 2021-ci il tarixli ərizədən götünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cərimə cəzasını tam şəkildə ödədiyi üçün 04.10.2019-cu il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, 096-13230-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********** nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25.02.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxslərin əməllərini etiraf etməsini, səmimi peşman olmasını, oğurluq cinayəti ilə bağlı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,301 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Xəzər rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23.01.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 16.02.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,301 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar