Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-235/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində ünvan 1 ünvanında yerləşən evini təmizlətdirmək üçün adı istintaqa məlum olmayan xadiməçi qadın ilə həmin ünvana gələrkən rəsmi nikahda olsa da, ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs, qayınanası Şahid və az yaşlı uşağı X1 həmin ünvanın giriş qapısının qarşısında küçədə dayandıqlarını görüb onlara yaxınlaşan zaman Zərərçəkmiş şəxs xadiməçi qadına “mənim ailəmi dağıtdın” deyərək üzərinə gələn zaman Zərərçəkmiş şəxs xadiməçinı vuracağını düşünüb qəzəblənərək yerdən bir ədəd daş parçası götürüb şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sağ əlinə bir dəfə daşla, daha sonra isə bir neçə dəfə təpiklə qarın nahiyəsinə vurması nəticəsində sonuncuya sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə boşanmaq ərəfəsində olduqları üçün aralarında mübahisə və ədavət vardır. Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayında iki azyaşlı uşağı ilə birlikdə onun xəbəri olmadan anası Bahagülün evinə köçmüşdür. O isə Buzovna qəsəbəsində yerləşən evində tək yaşamağa başlamışdır. 13 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində evi təmizlətdirmək üçün adını xatırlamadığı bir nəfər xadiməçini yaşadığı evə gətizdirmişdir. Bu zaman Elnarənin, anası Bahagülün və az yaşlı qızının evin giriş qapısının qarşısında küçədə dayandıqlarını görmüşdür. Bu zaman Elnarə xadiməçiyə hirsli şəkildə “mənim ailəmi nə üçün dağıtdığını?” deyib üzərinə tərəf gedərək qadını döyərək saçını yolmuşlar. Sonra yerdən daş parçası götürüb həmin qadının başına vurmuşlar. O, yerdən daş götürüb Elnarənin əlindən və təpiklə qarın nahiyəsindən vurmamışdır. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Eldar ilə 2011-ci ildə ailə qurmuş və iki azyaşlı uşaqları vardır. Təxminən 8 il əvvəl anası Şahid Eldarın əmisinin həyət sahəsindən topaq alaraq orada ev tikmiş və evin tikintisi 2021-ci ilin dekabr ayında yekunlaşmışdır. Qızı İlahə asma xəstəsi olduğundan və həmin ev rütubətli olduğuna görə anasının ünvan 2 ünvanında yerləşən ata evinə köçmüşüdr. Lakin onun və uşaqlarının paltarlarının bir hissəsi Buzaovna qəsəbəsində qalmışdır. 13 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində paltarları götürmək üçün qohumu X5 ilə həmin evə getmişlər. Lakin evin qapısı bağlı olduğundan Eldarın atası Hüseyn Balaəliyevin yanına getmişdir. X8 evin qapılarının kilidini dəyişdiyini bildirmişdir. Bundan sonra anasının evinə qayıtmışdır. Həmin gün saat 19:30 radələrində anası Bahagül ilə yenidən Buzovna qəsəbəsinə gəlib evin qapısını açmaq istəyən zaman Eldarın yanında bir qadınla evə tərəf gəldiyini görmüşdür. Eldarın yanında olan qadın onun qeyri-rəsmi şəkildə yaşadığı qadın olduğundan onun ailəsini dağıtdığı üçün çox hirslənmiş və qadına yaxınlaşıb “mənim ailəmi nə üşün dağıtdığını?” deyib üzərinə tərəf getmişidr. Həmin vaxt Eldar həmin qadını vuracağını düşünüb yerdən daş parçası götürərək onun sağ əlinə bir dəfə vurmuş, sonra bir neçə dəfə qarın nahiyəsinə təpiklə zərbə endirmişdir. Bundan sonra anası onları aralamışdır. Bundan sonra Xəzər RPİ-nin 2-ci PŞ-nə gedərək şikayət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək ona ağır cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmədə Şahid Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 1546 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ əlin İİ barmağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən 13 dekabr 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs heç bir yerdə işləməməsini və qazancının olmamasını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 39 (otuz doqquz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 39 (otuz doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-235/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-235/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver