Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-236/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu X9 yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yerləşən, yaşayış sahəsi olan evinin plastik pəncərəsini sıxıb açma yolu ilə qanunsuz evə daxil olub evdən bir ədədinin dəyəri 300 manat olan 02 ədəd taxta kəsən makina, 01 ədədinin dəyəri 120 manat olan 02 ədəd laqonda, 01 ədədinin dəyəri 80 manat olan 02 ədəd drel və bir ədəd 1000 manat dəyərində «Asus» markalı nootbuku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu X9 yerləşən yaşayış sahəsi olan evinin zirzəmisinin qapısını sındırıb açma yolu ilə qanunsuz daxil olub evdən 3000 manat dəyərində qədimi samovarı, 01 ədəd 250 manat dəyərində mişarı və 01 ədəd 100 manat dəyərində olan plastmas boruları bir birinə yapışdıran ütünü gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 3350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu YYS-də yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi olan evə həyətin giriş qapısının qıfılını açma yolu ilə qanunsuz daxil olaraq oradan 01 ədəd 120 manat dəyərində samovarı, ümumi dəyəri 74 manat olan 2 ədəd gümüş boyunbağını və 50 manat dəyərində 1 ədəd gümüş üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən, Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan evə gələrək, evin qarşı tərəfində olan pəncərədə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 200 manat olan 03 ədəd xalçanı, ümumilikdə dəyəri 300 manat olan 02 ədəd samovarı və dəyəri 70 manat olan 01 ədəd ət çəkən maşını gizli yolla talayaraq zərərçəkmişə 570 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxx 2020-ci il tarixdə təxminən saat 03:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Bİnə qəsəbəsi, Hövsan Südçülük sovxozu YYS-də yerləşən Zərərçəkmiş şəxs5 məxsus evin saxlanc yeri olan həyətinə qanunsuz daxil olaraq oradan 1 ədəd dəyəri 180 manat olan “Boch” markalı su qızdırıcısını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, fəhləlik edərək dolanırdı. O, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə ƏN-nin PX-nin 11 saylı MTCM-də hal-hazırda cəza çəkmişdir. O, 2019-cu ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozuna gəldikdən sonra fəhlə işləməyə başlamışdır. Lakin son zamanlar iş olmadığından oğurluq etməyə başlamışdır. Belə ki, o, xx xxxxxx 2019-ci il tarixdə gecə saat 01:00 radələrində Binə qəsəbəsi, X9 gəzişərkən bir mərtəbəli kürsülü ev diqqətini çəkmiş və həmin evin işıqlarının yanmadığını görmüşdür. Həmin ev onun üçün oğurluq etməyə əlverişli olduğundan əvvəlcə həmin evin hasarından həyətinə tullanmışdır. Evdə bir daha heç kimin olmadığına tam əmin olub plastik pəncərəni sıxıb açma yolu ilə evə daxil olmuş və evdə qiymətli əşyalar axtarmağa başlamışdır. Evdən iki ədəd taxta kəsən makinaları, iki ədəd laqondaları, 02 ədəd dreli özü ilə götürüb əvvəlcə həyətə yığmış, daha sonra isə hasardan küçəyə çıxardaraq daşıyıb bir qədər kənarda tanımadığı bir ərazidə gizlətmişdir. Səhəri gün ərazidə səyyar metal yığanlara həmin əşyaları ümumilikdə 200 manata satmışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03:00 radələrində Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində gəzişərkən bir mərtəbəli kürsülü ev diqqətini çəkmiş və həmin evin işıqlarının yanmadığını görmüşdür. Həmin ev onun üçün oğurluq etməyə əlverişli olduğundan həmin evin hasarından həyətinə tullanmışdır. Sonra evin zirzəmisində qıfıl olduğunu görüb qıfılı qıraraq zirzəmiyə daxil olmuşdur. Həmin zirzəmidən 01 ədəd plastmas yapışdırıcı ütünü və 01 ədəd taxta kəsən makinanı oğurlayıb götürürək oradan uzaqlaşmışdır. Həmin əşyaları yaxınlıqda olan yarım tikilidə aparıb gizlətmişdir. Səhəri günü həmin gizlətdiyi əşyaları Binə qəsəbəsi ərazisində tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında yaşadığı məhəllənin yaxınlığında yaşayan Rövşən adlı şəxsin evindən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin həyətinə yaxınlaşdıqda həyətin giriş darvazasında qıfıl var idi. O, ətrafa nəzər saldıqda ona məlum olmuşdur ki, qıfılın açarı elektrik sayğacının içərisindədir. O, açarı götürərək qıfılı açmışdır və həyətə daxil olmuşdur. O, həyətdə olan evin giriş qapısına yaxınlaşdıqda məlum olmuşdur ki, evin dəmir materialından olan giriş qapısı açıq vəziyyətdədir. O, qapını açaraq evə daxil olmuş və evin hər bir yerini axtardıqda yataq otağından 01 ədəd gümüş üzük və 02 ədəd gümüş qolbaqgötürmüşdür. Bundan sonra o, mətbəxə gedərək oradan dolabın üzərində olan 1 ədəd somavarı da götürərək evə daxil olduğu formada çıxmış və həyətin darvazasının qıfılını bağlayaraq açarını yerinə qoymuşdur. O, oradan çıxdıqdan sonra samovarı həmin zaman yolla gedən dəmir alan şəxslərə 15 manata satmışdır. Üzüyün sadə bujuteriya olduğunu bildikdən sonra yerə tullamışdır. Bundan başqa o, xx xxxxxx 2020-ci il tarixdə yenə oğurluq etmək qərarına gəlmiş və bunun üçün Binə qəsəbəsində oğurluq edəcəyi evi axtarmışdır. Həmin gün saat təxminən 23:00 radələrində o, bir ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. İlkin olaraq evdə heç kimin olmamasına əmin olmaq üçün hasardan həyətə baxmış, hasardan aşaraq həyətə daxil olmuş və evin ön tərəfində olan plastik pəncərəni açaraq evə daxil olmuşdur. O, evə baxdıqdan sonra evdən 03 ədəd xalça, 02 ədəd samovar və 1 ədəd ət çəkən maşın götürərək oradan çıxmış və uzaqlaşmışdır. Oğurladığı əşyaları səhərisi gün Binə qəsəbəsinin mərkəzində tanımadığı şəxsə 150 manata satmışdır. Həmin pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 03:00 radələrində yenə də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşadığı məhəlləyə yaxın olan evin həyətindən su qızdırıcısı oğurlamışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində həmin məhəllədən keçib evə gedən zaman orada həyətdə bir ədəd su qızdırıcısı olduğunu görmüşdür və axşam hamı yatdıqdan sonra o, həmin məhələyə qayıtmış və evin qarşısında heç kimin olmadığını müəyyən etdikdən sonra xx xxxx 2020-ci il təxminən saat 03:00 radələrində özü ilə gətirdiyi kəlbətinlə su qızdırıcısını borulardan ayırmış və götürərək getmişdir. Səhəri gün o, həmin su qızdırıcısını satmaq üçün Binə qəsəbəsində yerləşən mağazaya aparmışdır. Lakin orada ondan şəxsiyyət vəsiqəsi tələb edildiyindən o, tanışı X4 müraciət edərək bildirmişdir ki, evin su qızdırıcısını satır. Lakin mağaza şəxsiyyət vəsiqəsi olmadığından ondan həmin su qızdırıcısını götürməmişdir. Şamo da onunla birlikdə mağazaya gedərək şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək su qızdırıcısını 27 manata satmış və pulu gətirib ona vermişdir. O, Şamoya su qızdırıcısının özünə məxsus olduğunu bildirmişdir. O, Şamoya həmin su qızdırıcısının oğurluq olduğunu deməmişdir. O, etdiyi bütün cinayətləri tək etmiş, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, əməlini səmimi olaraq qismən etiraf etdiyini, himayəsində üç azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəyərək, barışıq əldə etdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ondan şikayət və tələblərinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, oğurluq hadisəsi baş vermiş olan ev qohumu X5 məxsus olsa da 2019-cu ilin aprel ayında bütün əmlakını etibarnamə ilə ona hədiyyə verib işlədiyi Polşa Respublikasına getmişdir. Hazırda da qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Türmənin arxasında yerləşən yeni sahədə olan evdə olan əşyalar eləcə də həmin ev onun əmlakı sayılır. Sonuncu dəfə həmin evdən xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində evdən çıxmış, xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində həmin evə baş çəkmək üçün gəlmişdir. Evin qapısının kilidini açıb evə daxil olan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüş və ona məlum olmuşdur ki, evdən oğurluq olmuşdur. Naməlum şəxs yataq otağında olan plastik pəncərənin dəmir barmaqlığını sındırmış, pəncərə isə açıq vəziyyətdə idi. Evin içərisinə baxan zaman ona məlum olmuşdur ki, evdən bir ədədinin dəyəri 300 manat olan 02 ədəd taxta kəsən makina, 02 ədəd 240 manat dəyərində təzə laqondalar, 02 ədəd 160 manat dəyərində drellər və bir ədəd işlənmiş vəziyyətdə olan 1000 manat dəyərində «Asus» markalı notebook oğurlanmışdır. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və bir qədər keçmiş polis əməkdaşları hadisə yerinə gəlmiş, protokol tərtib edərək, fotoşəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10-11:00 radələrində o, ailə üzvüləri ilə birlikdə yaşadığı evdən çıxaraq Mehdiabad qəsəbəsində yaşayan bacısının evinə qonaq getmişdir. xx xxxxxx 2020-ci il tarixdə gecə radələrində ailə üzvüləri evə qayıtmışlar. O, özü isə xx xxxxxx 2020-ci il tarixdə axşam saat 17:00 radələrində evə gəlmişdir. Həmin vaxt qonşusunun oğlu onlara gələrək ondan evdə istifadə etməyə balta istəmişdir. O, evin zirzəmisinə düşmüşdür ki, baltanı qonşuya versin. Lakin zirzəmiyə yaxınlaşanda zirzəminin qıfılının üzərində olmadığını görmüşdür. Zirzəminin qapısından içəri daxil olduqda görmüşdür ki, zirzəmidən ona məxsus olan qapının qarşısında qoyduğu təqribən 3000 (üç min) manat dəyərində olan samovarın, 1 ədəd 250 manat dəyərində motopilanın və 100 manat dəyərində plastmas boruları bir-birinə yapışdıran ütünün yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bu barədə dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisənin kimin tərəfindən törədilməsi ilə əlaqədar heç kimdən heç bir şübhəsi olmamışdır. Evinin zirzəmisindən oğurluq etmiş şəxslər evin içərisinə daxil olmamışlar və evdən hər hansı bir əşya oğurlamamışlar. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 10:00 radələrində ailə üzvləri ilə birlikdə evin giriş qapısını açıq qoyaraq həyət darvazasını qıfılla bağlayıb açarı elektrik sayğacının qutusunun içərisinə qoyaraq işə getmişdir. O, həmin gün təxminən saat 19:00 radələrində evə gəlmiş və həyətin darvazasının açarını qoyduğu yerdən götürərək açıb evə daxil olmuşdur. Bundan sonra o, ailəsi ilə birlikdə evdə yaşamışdır. O, evə daxil olan zaman evdə olan paltarların dağınıq vəziyyətdə olduğunu görsə də elə bilmişdir ki, evdəkilər paltar götürərərkən evi səliqəsiz hala salmışlar. Lakin, xx xxxx 2020-ci il tarixdə ona istifadə etdiyi mətbəxdə olan dolabın üzərində olan samovar lazım olduğundan o, samovarı götürmək istəyəndə məlum olmuşdur ki, dəyəri 120 manat olan samovarı oğurlamışlar. O, samovarın yerində olmadığından şübhələnərək evin dağıdıldığını yadına salmış və evdə olan həyat yoldaşının saxladığı gümüş materialından olan qolbaq və üzüyün qoyulduğu dolaba baxmış və ona məlum olmuşdur ki, həmin dolabda olan ümumi dəyəri 75 manat olan 2 ədəd gümüş materialından qolbaq və 1 ədəd dəyəri 50 manat olan gümüş materialından üzük oğurlanmışdır. Bundan sonra o, polisə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 245 manat maddi ziyan dəymişdir. Sonradan evi axtarmış ümumi dəyəri 75 manat olan 2 ədəd gümüş materialından qolbaq və 1 ədəd dəyəri 50 manat olan gümüş materialından üzüyü evdən tapmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, 2020-ci ilin yanvar ayında yaxın qohumu vəfat etdiyinə görə Yardımlı rayonuna ailəliklə getmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 00:30 radələrində yaşadığı evə gəldikdə plastik pəncərəni açıldığını görmüşdür. O, evə daxil olduqda məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus ümumi dəyəri 200 manat olan 3 ədəd xalçanı, ümumi dəyəri 300 manat olan 2 ədəd samovarı və dəyəri 70 manat olan 1 ədəd ətçəkən maşını oğurlamışlar. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 570 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 00:45 radələrində o, ailəsi ilə birlikdə evdə yatmışdır. Səhəri gün yəni xx xxxx 2020-ci il tarixdə təxminən saat 07:30 radələrində yuxudan duran zaman həyətdə olan 1 ədəd dəyəri 180 manat olan “Boch” markalı su qızdırıcısının naməlum şəxs və ya şəxslər tərəfindən açılaraq oğurlandığını müəyyən etmişdir. O, qeyd etmişdir ki, onun evinin həyətinin giriş qapısı olmasa da su qızdırıcısını həyətdə evin divarına bərkitmişdir və onun həyəti hesab olunur. Ona həmin oğurluq nəticəsində 180 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən məişət texnikasının təmiri emalatxanasında işləyir. Hərdən onun yanına işlənmiş, lakin istifadəyə yararsız məişət texnikası da gətirirlər və o, həmin əşyaları alıb sonradan ehtiyyat hissəsiləri kimi istifadə edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 14:00 radələrində ona tanımadığı, lakin sonradan adını bildiyi Azər adlı şəxs bir ədəd “Bosch” markalı su qızdırıcısı gətrmiş və bildirmişdir ki, “evdə olan su qızdırıcısıdır, uşağım xəstə olduğuna görə dərmana pul olmadığından satıram”. O, da həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Lakin həmin şəxs şəxsiyyət vəsiqəsi olmadığından getmiş və bir neçə dəqiqədən sonra yanında bir nəfərlə birlikdə geri qayıtmışdır. Azərin yanında gələn şəxs şəxsiyyət vəsiqəsinin surətini ona verərək bildirmişdir ki, Azəri tanıyır, su qızdırıcısı Azərin özünündür və uşağı xəstə olduğundan satır. O, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətinə baxıdqda ona məlum olmuşdur ki, həmin şəxs X6r. O, Azərlə su qızdırıcısını 27 manata razılaşmış və pulunu verərək almışdır. Bundan sonra o, həmin su qızdırıcısını ehtiyyat hissələrinə bölərək təmir etdiyi su qızdırıcılarına əlavə edib istifadə etmişdir. Azər ona həmin su qızdırıcısının uşağı xəstə olduğundan dərman almaq üçün evdən çıxardaraq gətirib satdığını bildirmişdir. O, Azərdən şəxsiyyət vəsiqəsi tələb etdikdə şəxsiyyət vəsiqəsi olmadığından Azər bir neçə dəqiqədən sonra X7 ilə birlikdə gəlmiş və Şamonun şəxsiyyət vəsiqəsini verdikdən və onu su qızdırıcısının oğurluq olmadığına əmin etdikdən sonra o, 27 manata almışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Cəlilabad şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması hökm edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 7(003)-661/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etm cəzasının çəkilməmiş qalan 01 (bir) il, 02 (iki) ay 15 (on beş) gününü çəkməkdən ötrü X8 müəssisəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 7(050)-15/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı X8 Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılması, cəzasının əvvəlinin xx xxxxxx 2017-ci il tarixdən hesablanmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən ikisi ilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi isə qismən sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 2 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən, yaşayış sahəsi olan evinin plastik pəncərəsini sıxıb açma yolu ilə qanunsuz evə daxil olaraq bir ədəd dəyəri 1000 manat olan «Asus» markalı notebooku gizli olaraq talayaraq oğurlanması və Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Yeni yaşayış sahəsi ünvanında yerləşən yaşayış sahəsi olan evin zirzəmisinin qapısını sındırıb açma yolu ilə qanunsuz daxil olub evdən 3000 manat dəyərində qədimi samovarı gizli olaraq talayaraq oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 2 epizod yəni, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd dəyəri 1000 manat olan «Asus» markalı notebookun oğurlanması və Zərərçəkmiş şəxs2 məxsus 3000 manat dəyərində qədimi samovarın hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara məxsus bir ədəd dəyəri 1000 manat olan «Asus» markalı notebookun və 3000 manat dəyərində qədimi samovarın təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittihamda hər hansı dəlil və ya sübut əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən, yaşayış sahəsi olan evinin plastik pəncərəsini sıxıb açma yolu ilə qanunsuz evə daxil olaraq bir ədəd dəyəri 1000 manat olan «Asus» markalı notebooku gizli olaraq talayaraq oğurluq etməsinə dair epizod və Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 İsmxan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Yeni yaşayış sahəsi ünvanında yerləşən yaşayış sahəsi olan evin zirzəmisinin qapısını sındırıb açma yolu ilə qanunsuz daxil olub evdən 3000 manat dəyərində qədimi samovarı gizli olaraq talayaraq oğurluq etməsinə dair epizod sübut olunmadığından ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında yerləşən, yaşayış sahəsi olan evinin plastik pəncərəsini sıxıb açma yolu ilə qanunsuz evə daxil olaraq bir ədəd dəyəri 1000 manat olan «Asus» markalı notebooku gizli olaraq talayaraq oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 İsmxan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Yeni yaşayış sahəsi ünvanında yerləşən yaşayış sahəsi olan evin zirzəmisinin qapısını sındırıb açma yolu ilə qanunsuz daxil olub evdən 3000 manat dəyərində qədimi samovarı gizli olaraq talayaraq oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhəri Xəzər Rayon Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilidə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-236/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-236/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver