Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-237/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, tərcüməçi X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 171.2.2-ci maddəsinə tövsif edilərək cəzası 04 (dörd) ilə endirilmiş, xx xxxx 2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) il 02 (iki) gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi M.Maqomayev küçəsi ev 33-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 mənzil 86 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-237/2020 saylı qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Bağlar sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan bağ evinin həyətinə, evə və saxlanc yeri olan yardımçı tikiliyə qanunsuz daxil olub evin içərisindən hər birinin qiyməti 13 manat olmaqla ümumilikdə qiyməti 39 manat olan üç ədəd tavanı, həyətdə olan əl damından bir ədəd qiyməti 10 manat olan istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcını (plitəni), bir ədəd qiyməti 10 manat olan istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcını, bir ədəd qiyməti 30 manat olan istifadədə olmuş üzərində “Dante” sözləri olan 10 litr su tutumlu su qızdırıcısını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan üç ədəd alüminium ləyəni, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan iki ədəd aliminium qazanı, həyətdən isə hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan üç ədəd çarpayının metal torlarını, bundan başqa, ümumilikdə qiyməti təxminən 450 manat olan müxtəlif metal materialları gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 799 məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən xx xxxx 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 yaşayış sahəsi olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi bağ sahəsində yerləşən yaşayış sahəsi olan evin həyətinə uçuq vəziyyətdə olan hasardan keçmək yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus qiyməti 300 manat olan bir ədəd quyu nasosunu və 1 metrinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan 25 metr elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 oğlu tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Xəzər rayonu Türkan qəsəbəsi Bağlar sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan bağ evinin həyətinə, evə və saxlanc yeri olan yardımçı tikiliyə qanunsuz daxil olub evin içərisindən hər birinin qiyməti 13 manat olmaqla ümumilikdə qiyməti 39 manat olan üç ədəd tavanı, həyətdə olan əl damından bir ədəd qiyməti 10 manat olan istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcını (plitəni), bir ədəd qiyməti 10 manat olan istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcını, bir ədəd qiyməti 30 manat olan istifadədə olmuş üzərində “Dante” sözləri olan 10 litr su tutumlu su qızdırıcısını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan üç ədəd alüminium ləyəni, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan iki ədəd aliminium qazanı, həyətdən isə hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan üç ədəd çarpayının metal torlarını, bundan başqa, ümumilikdə qiyməti təxminən 450 manat olan müxtəlif metal materialları gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 799 məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2018-ci ilin iyul ayında şərti olaraq azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra usta kimi fəaliyyət göstərərək işləmişdir. İşlədiyi vaxt Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Onlar birlikdə Türkan qəsəbəsində fəhləlik etmişlər. Lakin son vaxtlar iş olmadığından Türkan qəsəbəsində çöllük boş ərazilərdən sahibsiz tullantı olan dəmir metallarını yığıb təhvil verərək pul almışlar. xx xxxxxx 2020-ci il tarixdə o, Sahiblə Türkan qəsəbəsində yerləşən 119 nömrəli məktəbin qarşısında görüşüb qərara almışlar ki, Türkan qəsəbəsində çöl ərazilərdən dəmir axtarıb taparaq satıb pul əldə etsinlər. Bu məqsədlə onlar Türkan qəsəbəsində bağlar ərazisinə getmişlər. Həmin tarixdə saat 12 radələrində orada dəmir axtaran zaman qarşılarına bir həyət çıxmış, həmin həyətin hasarının hündürlüyü 1 metr olduğundan həyətin içərisi görünmüşdür. Onlar həyətin içərisində olan çarpayıya məxsus dəmir setkaları görmüş və həyətə daxil olduqdan sonra görmüşlər ki, evin taxta pəncərələri açıq vəziyyətdədir. O, pəncərədən evin içərisinə daxil olmuş və evin içərisindən üç ədəd tavanı götürüb çölə çıxmışdır. Bundan başqa, həyətdə olan əl damının açıq vəziyyətdə olan qıfılını açıb oradan iki ədəd elektrik plitəsini, bir ədəd su qızdırıcısını, üç ədəd alüminium ləyəni, iki ədəd aliminium qazanı götürüb həyətə çıxartmışlar. Daha sonra həyətdə olan üç ədəd çarpayının metal torlarını və müxtəlif metal materialları götürüb hasarın çöl hissədən dibinə yığmışlar. Bundan sonra onlar həmin ərazidən 100 metr uzaqlaşıb maşın axtararkən qırmızı rəngli “VAZ-2102” markalı avtomobilin sürücüsünün səyyar qaydada dəmir alışı ilə məşğul olduğunu görüb ona yaxınlaşmış və dəmiri neçəyə almasını soruşmuşlar. Sürücü onlara bir kiloqram dəmiri 18 qəpiyə aldığını demişdir. Onlar razılaşıb həmin həyətin qarşısına gəlmiş və oradan yığdıqları dəmir materiallarını çəkmişlər. Dəmir alan şəxs 57 kiloqram dəmirə görə onlara 10 manat, alüminiuma görə isə 4 manat vermişdir. Ümumilikdə 14 manat alaraq bərabər bölmüşlər. İki ədəd elektrik plitəsini və bir ədəd su qızdırıcısını isə öz evinə aparmış və fikirləşmişdir ki, özünə lazım olar. “VAZ-2102” markalı avtomobilin sürücüsünə dəmir materiallarını satarkən əşyaların oğurluq olduğunu bildirməmişlər. Bundan başqa, o, xx xxxx 2020-ci il tarixdə Türkan qəsəbəsinin bağ sahəsinə yabanı halda bitən dombalan göbələyi yığmağa tək getmiş və həmin gün təxminən saat 12 radələrində görmüşdür ki, orada olan bir evin həyətinin daş hasarı təxminən 3 metr məsafədə uçuq vəziyyətdədir. Odur ki, sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus Türkan qəsəbəsi bağ sahəsində yerləşən həmin evin həyətinə uçuq vəziyyətdə olan daş hasardan keçməklə daxil olmuşdur. Həyətdə gəzərkən evin yanında bir ədəd quyu nasosu və nasosun üzərində olan təxminən 25 metr uzunluğunda elektrik naqilinin olduğunu görmüşdür. Odur ki, quyu nasosunu üzərindəki elektrik naqili ilə birlikdə söküb götürmüş və yaşadığı evin həyətinə gətirmiş, bir həftə sonra həmin nasosu üzərində olan elektrik naqili ilə birlikdə Türkan qəsəbəsində metal qəbulu ilə məşğul olan Şahid ümumilikdə 12 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 həyətindən oğurluğu tək etmiş və bu barədə qabaqcadan heç kəsə heç bir məlumat verməmiş, Anara onların özünə məxsus olduğunu demişdir. Lakin hazırkı açıq məhkəmə iclasında həqiqəti söyləyir və bildirir ki, o, həmin cinayətlərin hamısını törətməmişdir, yalnız Zərərçəkmiş şəxs1 məxsus Türkan qəsəbəsi Bağlar sahəsində yerləşən yaşayış sahəsi olan bağ evindən təkbaşına oğurluq etmiş, Sahib həmin vaxt onunla orada olmamış, oğurladığı əşyaların bir hissəsini qaytarmış və Tamara xanıma dəymiş maddi ziyanı qismən ödəmişdir. Zərərçəkmiş şəxs2 məxsus Türkan qəsəbəsi bağ sahəsində yerləşən evin həyətinə isə girməmiş və oradan quyu nasosunu üstündəki kabeli ilə birlikdə oğurlamamışdır. Türkan qəsəbəsində metal qəbulu ilə məşğul olan Şahid satdığı nasos isə quyu nasosu deyil, adi su nasosu olmuşdur. İbtidai istintaq zamanı ona təzyiqlər edilərək törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Polisdə ona edilmiş təzyiqlər barəsində o, heç kimə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmişdir. Yalnız Zərərçəkmiş şəxs1 bağ evindən oğurluq etdiyinə görə peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2009-cu ildə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2018-ci ilin iyul ayında şərti olaraq azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra usta kimi fəaliyyət göstərərək işləmişdir. İşlədiyi vaxt Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Onlar birlikdə Türkan qəsəbəsində fəhləlik etmişlər. Lakin son vaxtlar iş olmadığından Türkan qəsəbəsində çöllük boş ərazilərdən sahibsiz tullantı olan dəmir materiallarını yığıb təhvil verərək pul almışlar. xx xxxxxx 2020-ci il tarixdə Mübarizlə Türkan qəsəbəsinə yerləşən 119 nömrəli məktəbin qarşısında görüşərək qərara almışlar ki, Türkan qəsəbəsində çöllük ərazilərə gedib dəmir axtarıb taparaq satıb pul əldə etsinlər. Bu məqsədlə onlar Türkan qəsəbəsində bağlar ərazisinə getmişlər. Həmin tarixdə saat 12 radələrində orada dəmir axtaran zaman qarşılarına bir həyət çıxmış, həmin həyətin hasarının hündürlüyü 1 metr olduğundan həyətin içərisi görünmüşdür. Onlar həyətin içərisində olan çarpayıya məxsus dəmir setkaları görmüş və həyətə daxil olduqdan sonra görmüşlər ki, evin taxta pəncərələri açıq vəziyyətdədir. Mübariz pəncərədən evin içərisinə daxil olmuş və oradan üç ədəd tavanı götürərək çölə çıxmışdır. Bundan başqa, həyətdə olan əl damının açıq vəziyyətdə olan qıfılını açıb oradan iki ədəd elektrik plitəsini, bir ədəd su qızdırıcısını, üç ədəd alüminium ləyəni, iki ədəd alüminium qazanı götürüb həyətdən çıxartmışlar. Daha sonra həyətdə olan üç ədəd çarpayının metal torlarını və müxtəlif metal materialları götürüb hasarın çöl hissədən dibinə yığmışlar. Onlar həyətdə olan dəmirləri yığdıqdan sonra həmin ərazidən 100 metr uzaqlaşıb maşın axtararkən qırmızı rəngli “VAZ-2102” markalı avtomobilin sürücüsünün səyyar qaydada dəmir alışı ilə məşğul olduğunu görüb ona yaxınlaşmış və dəmiri neçəyə almasını soruşmuşlar. Sürücü onlara bir kiloqram dəmiri 18 qəpiyə aldığını demişdir. Onlar razılaşıb həmin həyətin qarşısına gəlmiş və orada yığdıqları dəmir materiallarını çəkmişlər. Dəmir alan şəxs 57 kiloqram dəmirə görə onlara 10 manat, alüminiuma görə isə 4 manat vermişdir. Ümumilikdə 14 manat alaraq bərabər bölmüşlər. İki ədəd elektrik plitəsini və su qızdırıcısını isə Mübariz özünə lazım olacağını fikirləşərək evinə aparmışdır. Qırmızı rəngli “VAZ-2102” markalı avtomobilin sürücüsünə dəmir materiallarını satarkən əşyaların oğurluq olduğunu bildirməmişlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2020-ci ilin yanvar ayının əvvəllərindən xx xxxxxx 2020-ci il saat 15 radələrinədək evdə olmadıqları vaxt naməlum şəxs və ya şəxslər Türkan qəsəbəsi bağlar sahəsində yerləşən ona məxsus evə, evin həyətinə və həyətdəki əl damına daxil olaraq evin içərisindən hər birinin qiyməti 13 manat olmaqla ümumilikdə qiyməti 39 manat olan üç ədəd tavanı, həyətdə olan əl damından hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə qiyməti 100 manat olan iki ədəd elektrik plitəsini, bir ədəd qiyməti 80 manat olan su qızdırıcısını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan üç ədəd alüminium ləyəni, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan iki ədəd alüminium qazanı, həyətdən isə hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan üç ədəd çarpayının metal torlarını, bundan başqa, ümumilikdə qiyməti təxminən 450 manat olan müxtəlif metal materialları oğurlayıb aparmışlar. Hadisə nəticəsində ona ümumilikdə 929 manat ziyan dəymişdir. Ona məxsus olan bir ədəd istifadədə olmuş üzərində “Dante” sözləri olan 10 litr su tutumlu su qızdırıcısı, bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcı (piltə) və bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcı ona qaytarılmış, 799 məbləğdə maddi ziyan isə indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, naməlum şəxs və ya şəxslər xx xxxx 2020-ci il tarixdə saat 14 radələrindən xx xxxx 2020-ci il saat 11:00 radələrinədək olan müddət ərzində Türkan qəsəbəsi bağ sahəsində yerləşən evinin həyətinə daxil olaraq oradan ona məxsus qiyməti 300 manat olan bir ədəd quyu nasosunu və 1 metrinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan 25 metr elektrik naqilini oğurlayıb aparmışlar. Hadisə nəticəsində ona ümumilikdə 350 manat ziyan dəymişdir. Daş hasarının uçurulması nəticəsində isə ona təxminən 50-60 manat dəyərində ziyan dəymişdir. Ona dəymiş maddi ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə törətdikləri əməllərinə görə müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, təxminən 1 il olar ki,Türkan qəsəbəsində metal alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 Türkan qəsəbə sakini kimi tanıyır, lakin onunla heç bir münasibəti olmamışdır. 2020-ci ilin mart ayının 15-də təxminən saat 13 radələrində Mübariz işlədiyi yerə gələrək özü ilə gətirdiyi bir ədəd köhnə, paslanmış halda olan su nasosunu və 25 metr uzunluğunda elektrik naqilini ona göstərib bildirmişdir ki, həmin əşyalar özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. O da ona inanıb həmin əşyalara birlikdə 12 manat verərək ondan almışdır. 2020-ci ilin mart ayının 18-də Mübarizdən aldığı bir ədəd su nasosunu və 25 metr elektrik naqilini ayrı-ayrı şəxslərdən aldığı digər metal məmulatları ilə birlikdə Keşlə qəsəbəsində yerləşən metal əritmə zavoduna satmışdır. Həmin əşyaların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Əgər bu barədə məlumatı olardısa, heç vaxt həmin əşyaları almazmış. İş materiallarında olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması protokollarından və fotoşəkillərdən görünür ki, onlar ifadələrində qeyd etdikləri oğurluq cinayətlərinin ünvanlarını istiqamətləndirici hərəkətlərlə göstərərək ifadələrini təsdiq etmişlər. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, bir ədəd elektrik plitəsi və iki ədəd istilik verən elektrik plitəsi Təqsirləndirilən şəxs1 götürülmüşdür. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş bir ədəd elektrik plitəsinə və iki ədəd istilik verən elektrik plitəsinə baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10aprel2020-ci il tarixli, 9/696 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarından görünür ki, bir ədəd istifadədə olmuş üzərində “Dante” sözləri olan 10 litr su tutumlu su qızdırıcısı, bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcı (plitə) və bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcı maddi sübut kimi tanınmış və sahibi - Zərərçəkmiş şəxs1na qaytarılmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-179/2020 saylı xx xxxx 2020-ci il tarixli Qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər RPİ İŞdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.3 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 171.2.2-ci maddəsinə tövsif edilərək cəzası 04 (dörd) ilə endirilmiş, xx xxxx 2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) il 02 (iki) gün cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 X3 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.5, 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilmiş ittiham üzrə qismən təqsirli olmasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs1 ona verilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham üzrə özünü qismən təqsirli bilməsini həmin cinayətlərin hamısını törətməməsi, yalnız Zərərçəkmiş şəxs1 məxsus Türkan qəsəbəsi Bağlar sahəsində yerləşən yaşayış sahəsi olan bağ evindən təkbaşına oğurluq etməsi, Sahibin həmin vaxt onunla orada olmaması, Zərərçəkmiş şəxs2 məxsus Türkan qəsəbəsi bağ sahəsində yerləşən evin həyətinə girməməsi və oradan quyu nasosunu üstündəki kabeli ilə birlikdə oğurlamaması, Türkan qəsəbəsində metal qəbulu ilə məşğul olan Şahid satdığı nasosun isə quyu nasosu deyil, adi su nasosu olması, ibtidai istintaq zamanı ona təzyiqlər edilərək törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxslərin, şahidin ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və Təqsirləndirilən şəxs1 özünün ilkin izahat və ifadələri, həmçinin digər Təqsirləndirilən şəxs2 ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 həqiqətən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Polis şöbəsinə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmişdir. Məhkəmə Şahid ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, o, Təqsirləndirilən şəxs1 qəsəbə sakini kimi əvvəldən tanıyır, Təqsirləndirilən şəxs1 aldığı nasosu və 25 metr elektrik naqilini ayrı-ayrı şəxslərdən aldığı digər metal məmulatları ilə birlikdə Keşlə qəsəbəsində yerləşən metal əritmə zavoduna satdığına, hazırda həmin nasos maddi sübut kimi mövcud olmadığına görə, indi həmin nasosun quyu nasosu deyil, su nasosu olduğunu bildirməklə tanışı Təqsirləndirilən şəxs1 bu epizod üzrə cinayət məsuliyyətindən yayınmasına köməklik göstərməkdən ötrü onun xeyrinə bu cür ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri qismən etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı qismən ödəməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-179/2020 saylı xx xxxx 2020-ci il tarixli Qərarı ilə həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməl etiraf edərək peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-237/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 1-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 056-11842 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xx/xx-3588 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut - bir ədəd istifadədə olmuş üzərində “Dante” sözləri olan 10 litr su tutumlu su qızdırıcısının, bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcının (plitənin) və bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcısının Zərərçəkmiş şəxs1na qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-179/2020 saylı xx xxxx 2020-ci il tarixli Qərarı ilə həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Maddi sübut - bir ədəd istifadədə olmuş üzərində Dante sözləri olan 10 litr su tutumlu su qızdırıcısının, bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan kərpicli qızdırıcının (piltənin) və bir ədəd istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qızdırıcısının Zərərçəkmiş şəxs1na qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-237/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-237/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver