Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-238/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Səfail oğlunun, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Lerik rayonunun Monidigah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Monidigah kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-34/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evinin həyətinə hasardan aşaraq həyətdə olan köməkçi tikilinin qapısının kilidini sındırıb qanunsuz daxil olmaqla içəridən qiyməti 1000 manat təşkil edən bir ədəd “Otoqaz” markalı kombini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 cəmi 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 iyul 2021-ci il tarixdə saat 11-12 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Lələtəpə məhəlləsində yerləşən evinin pəncərəsinin örtüyünü çıxarmaqla qanunsuz daxil olub yataq otağında olan çantadan qiyməti 900 manat təşkil edən 01 ədəd sadə formalı qadın qızıl boyunbağını, qiyməti 400 manat təşkil edən 01 ədəd naxışlı qadın qızıl üzüynü və qiyməti 400 manat təşkil edən 01 ədəd sadə qadın qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş şəxs X6 cəmi 1700 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bunban başqa, o, 18 iyul 2021-ci il tarixdə təxminən saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerələşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub yataq otağından 200 manat nağd pulu, qiyməti 200 manat təşkil edən 01 ədəd qadın qızıl boyunbağını və qiyməti 30 manat təşkil edən 01 ədəd köhnə “Nokia C-2” markalı mobil telefonu gizli yolla talayıb Zərərçəkmiş şəxs9 cəmi 450 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 29 noyabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs5 Səfail oğlunun Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evinin pəncərəsinin dəmir barmaqlığını çıxarmaq yolu ilə qanunsuz daxil olub qonaq otağından qiyməti 1000 manat təşkil edən 01 ədəd “Skybus” markalı televizoru, yataq otağında sandıqdan qiyməti 1200 manat təşkil edən 01 ədəd “Toshiba” markalı, qiyməti 600 manat təşkil edən 01 ədəd “Acer” markalı noutbukları və paltar dolabından 700 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 Səfail oğluna cəmi 3500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 10 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs8 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” yaşayış sahəsində yerləşən evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaq yolu ilə evə qanunsuz daxil olub evdən qiyməti 800 manat təşkil edən 01 ədəd “Rossi” markalı kombi aparatını və qiyməti 300 manat təşkil edən 01 ədəd ev kamerasını (damafon) gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 cəmi 1100 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 20 dekabr 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən tikintisi başa çatmamış evinin həyətindən 1 m3-i 320 manat təşkil edən 8 m3 taxtaları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 2560 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 26 dekabr 2021-ci il tarixdə təxminən saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən tikintisi başa çatmamış evinin giriş qapsınının kilidini sındırmaqla evə qanunsuz daxil olub birinci və ikinci mərtəbənin divarlarına quraşdırılmış hər bir topunun qiyməti 50 manat təşkil edən ümumi dəyəri 800 manat olan 16 top elektrik naqillərini, qiyməti 250 manat təşkil edən 01 ədəd betondağıdıcı aləti, qiyməti 90 manat təşkil edən 01 ədəd dreli və qiyməti 110 manat təşkil edən 200 metr uzunluqda 01 ədəd uzadıcı naqili gizli yolla talayıb Zərərçəkmiş şəxs6 cəmi 1250 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 27 dekabr 2021-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə yerləşən yaşayış olmayan evin dəmir giriş qapısını kilidini sındıraraq qanunsuz daxil olub evin qonaq otağından qiyməti 50 manat təşkil edən bir ədəd “Samsung” markalı televizoru, dəhlizdən qiyməti 500 manat təşkil edən “Avromax” markalı kombi aparatını, hər birinin qiyməti 100 manat təşkil edən 5 ədəd 500 manat dəyərində radiatoru, mətbəxdən qiyməti 500 manat təşkil edən 01 ədəd “Toshiba” markalı soyuducunu, qiyməti 100 manat təşkil edən 4+1 ədəd dəst plastik stolstulları, qiyməti 100 manat təşkil edən dəst usta alətləri olan çantanı, hamam otağından qiyməti 200 manat təşkil edən quruducu radiatoru, qiyməti 100 manat təşkil edən 01 ədəd “Ariston” markalı su qızdırıcısını, qiyməti 50 manat təşkil edən 01 ədəd güzgünü, hər birinin dəyəri 30 manat təşkil edən 3 ədəd 90 manat dəyərində su krantını, yataq otağından qiyməti 500 manat təşkil edən 01 ədəd “LG” markalı kondisioneri, qiyməti 200 manat təşkil edən 01 ədəd yataq dəstini, otaqlardan hər birinin qiyməti 50 manat təşkil edən 150 manat dəyərində 3 ədəd çilçırağı, otaqların 4 ədəd hər birinin qiyməti 25 manat təşkil edən 100 manat dəyərində qapı tutacağını, hər birinin qiyməti 8 manat təşkil edən 48 manat dəyərində 6 ədəd cəftəni, otaqlara və divarlara çəkilmiş 250 metr uzunluqda 210 manat dəyərində elektrik naqillərini və həyətə hovuzun üstündə olan qiyməti 100 manat təşkil edən “Markus” markalı hidrofor və su nasosunu gizli yolla talayıb Zərərçəkmiş şəxs3 cəmi 3498 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə yerləşən mebel sexinin dəmir qapısını asma kilidini sındırmaqla qanunsuz daxil olub oradan qiyməti 60 manat təşkil edən 01 ədəd laqondanı, qiymətləri 170 manat və 190 manat təkil edən 02 ədəd naqilsiz dreli, qiymətləri 240 manat, 800 manat, 900 manat və 256 manat təşkil edən 04 ədəd frez aparatını, qiyməti 600 manat təşkil edən 01 ədəd kompressor mühərrikini, biri 350 manat olmaqla ümumi qiyməti 700 manat təşkil edən 02 ədəd “Forsaj” markalı taxta yonan aparatı və frez aparatlarının 200 manat dəyərində bıçaqlarını gizli yolla talayıb Zərərçəkmiş şəxs7 cəmi 4116 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 08 yanvar 2022-ci il tarixdə saat 21-22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu Hövsan Südçülük sovxozunda yerləşən evin plastik materialdan olan pəncərəsini dəmir alətlə sıxıb açmaq yolu ilə evə qanunsuz daxil olub yataq otağında çamadandan 600 manat, paltar dolabının içindən isə 20 manat nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 620 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, fərdi əməklə məşğul olmuş, təxminən 1 il olar ki, narkotik vasitələrdən, əsasən də marixuana və heroindən çəkmək yolu ilə istifadə edir. Son vaxtlar gəlirləri olmadığı üçün narkotik vaistələrə olan tələbatını ödəməyə maddi cəhətdən çətinlik çəkmiş və pul əldə etmək üçün oğurluq etməyi qərara almışdır. Bu məqsədlə yaşadığı qəsəbədə bir neçə yaşayış olmayan və tikintisi başa çatmamış evlərdən müxtəlif ev əşyaları, elektirk naqilləri və sair satıb pul edə biləcəyi əşyaları oğurlayıb qiymətlərindən dəfələrlə aşağı qiymətə satmışdır. 2021-ci il fevral ayının sonlarında saat 02 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda məhlələrin arası ilə dolaşarkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs4 məxsus evin işığının sönülü olduğunu görüb orada heç kimi olmadığını bildiyi üçün hasarı aşaraq həyətə düşmüş, həyətdə olan köməkçi tikilinin qapısını kilidini sındıraraq içəridən bir ədəd markasını “Otoqaz” kimi xatırladığı kombi aparatını götürüb çıxmışdır. Həmin kombini özünün bildiyi və tikintisi başa çatmamış evlərdən birinin içində gizlətmiş, bir neçə gün sonra isə metal, dəmir almaq üçün məhlələr arası dolaşan şəxslərə verib çəkisinə görə satıb pul almışdır. Həmin ərəfədə işi olduğu üçün bir müddət oğurluq etməmişdir. Lakin sonradan yenə də işi zəifləmiş və narkotik almaq üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gələrək 11 iyul 2021-ci il tarixdə saat 11-12 radələrində Binə qəsəbəsi Lələtəpə yaşayış sahəsində piyada gəzişərkən evlərdən birinin pəncərəsinin sellofan örtüklə bağlanıldığını görüb həmin sellofanı cırıb evə daxil olmuş, yataq otağına keçib axtarış apararaq otaqda olan əl çantasından 1 ədəd qızıl boyunbağını, 2 ədəd qızıl üzüyü götürüb həmin yerdən də çıxıb getmişdir. Oğurladığı qızıl-ziynət əşyalarını ümumilikdə 300 manata tanımadığı şəxsə satmışdır. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənədini istədikdə, ona üzərində olmadığını deyərək, tanımadığı bir telefon nömrəsi verib özü barədə başqa ad və yaşayış ünvanı vermişdir. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 18 iyul 2021-ci il tarixdə saat 22-23 radələrində Binə qəsəbəsi Atçılıq massivində olarkən oğurluq etmək məqsədi ilə məhlələrin arası ilə dolaşdığı zaman oradakı evlərdən birində heç kimin olmadığını yəqin edib, həmin evin plastik materialdan olan pəncərəsini sıxıb açmaqla evə daxil olaraq yataq otağından paltar dolabındakı əl çantasından bir ədəd qızıl boyunbağını, 200 manat nağd pulu və 1 ədəd “Nokia” markalı mobil telefonu götürüb çıxmışdır. Qızıl boyunbağını tanımadığı şəxsə 50 manata satıb, telefon isə köhnə olduğuna görə sata bilməmiş və özündə saxlamaq istəməyib onu tullamışdır. Həmin qızıl boyunbağını da özünə məxsus olduğu kimi deyərək özü barədə yanlış məlumat vermişdir. 29 noyabr 2021-ci il tarixdə yenə də gecə saatlarında Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs5 Səfail oğluna məxsus evin işığının sönülü olduğunu görüb evdə heç kimin olmadığından əmin olduqdan sonra hasarı aşaraq həyətə düşmüş, özü ilə götürdüyü mismar çıxarmaq üçün isitfadə olunan alətlə evin pəncərəsinin dəmir barmaqlığını çıxararaq plastik pəncərəni sıxıb açmış, oradan evə daxil olub, qonaq otağından 01 ədəd plazma televizoru, 02 ədəd noutbuku və yataq otağındakı dolabdan 700 manat pulu götürüb çıxmışdır. Həmin əşyaları da aparıb yarımçıq tikililərdən birində gizlətmiş, daha sonra televizoru söküb içində olan bir miqdar misi səyyar metal alan şəxslərə satmış, televizorun qalığını isə Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı”nda tanımadığı şəxsə xatırlamadığı qiymətə satmış, əldə etdiyi pulları öz ehtiyacına və narkotik maddəyə xərcləmişdir. İlkin ifadəsində 1 ədəd televizoru, 2 ədəd noutbukla birlikdə 2 ədəd “Samsung” markalı mobil telefonu da oğurladığını səhvən göstərmiş, lakin həmin evdən hər hansı bir mobil telefon aparatı oğurlamamışdır. Bundan başqa, 10 dekabr 2021-ci il tarixdə yenə də gecə saatlarında Binə qəsəbəsi “Bolluq” yaşayış sahəsində oğurluq etmək üçün gəzərkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs8 məxsus evin qarşısına yaxınlaşıb ev sahibini çağırmış, evdə heç kim olmadığından əmin olduqdan sonra hasardan həyətə düşərək yerdən götürdüyü armatur parçası ilə pəncərənin dəmir barmaqlığını divardan çıxarıb pəncərəni də həmin dəmirlə sıxıb açmış və oradan içəri daxil olaraq evdə olan bir ədəd kombi qızdırıcısını və ev kamerasını (damafonu) götürüb çıxmışdır. Oğurladığı əşyaları “Rus bazarı”nda tanımadığı şəxsə xatırlmadığı qiymətə sataraq əldə etdiyi pulları özü üçün xərcləmişdir. Bundan başqa, 20 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda gəzərkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus tikintisi başa çatmamış, həyət hasarı olmayan evin həyətində bir neçə taxta görmüş, həmin taxtaları 2 gün ərzində özünə məxsus araba ilə daşıyıb yaxınlıqda yerləşən boş həyətyanı sahədə gizlətmişdir. Bir neçə gün sonra Südçülük sovxozunda dəmir almaq üçün gəzən “QAZEL” markalı avtomaşını görmüş, ona yaxınlaşıb özünə məxsus işlənmiş taxtalar olduğunu deyərək satmaq üçün təklif etmiş, razılaşdıqdan sonra həmin maşınla taxtaları yığdığı boş həyətə gəlib taxtaları maşına yığıb onlardan 200 manat alıb ayrılmışdır. Bundan başqa, 26 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən tikintisi başa çatmamış, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs6 məxsus evin yanına getmiş, evdə heç kim olmadığını bildikdən sonra həyətə düşmüş, evin giriş qapısının kilidini mismar çıxardanla sındırıb içəri daxil olmuş, birinci və ikinci mərtəbənin divarlarına quraşdırılmış elektrik naqillərini sökmüş, içəridə olan 01 ədəd betondağıdıcı aləti (perefarator), 01 ədəd dreli və 01 ədəd uzadıcı naqili götürüb özünə məxsus araba ilə aparıb eyni tikilidə gizlətmişdir. 27 dekabr 2021-ci il tarixdə drel və betondağadıcı aləti kisəyə qoyaraq taksi ilə aparıb “Rus bazarı”nda satmışdır. Elektrik naqillərini isə metal kimi çəkisinə görə səyyar metal alan şəxslərə satıb əldə etdiyi pullarla narkotik vasitə, siqaret, su və sair almışdır. Daha sonra, yəni 27 dekabr 2021-ci il tarixdə saat 01-02 radələrində yaşadığı məhlədə, yəni Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə yerləşən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan evin həyətinə hasarın açıq hissəsindən keçib evin dəmir giriş qapısının kilidini mismar çıxardanla sındırıb evin otaqlarından bir ədəd televizoru, bir ədəd kombi istilik sisteminin aparatını və radiatorlarını, bir ədəd soyuducunu, 3 ədəd çılçırağı, evin bütün otaqlarına və divarlara çəkilmiş elektrik naqillərini söküb yenə də araba ilə aparıb yarımçıq tikiliyə yığmışdır. Sonradan soyuducunun mühərrikni Qala qəsəbəsində metal qəbulu məntəqəsinə 7 manata satmış, satarkən alan şəxsə özlərinə məxsus soyuducunun olduğunu və işləmədiyini demiş, soyuducunu, kombini, radiatorları, çılçıraqları və naqilləri isə bir neçə gün ərzində hissə-hissə səyyar metal alan şəxsə çəki ilə satmışdır. Həmin evdən “Ariston” markalı su qızdırıcısı, “LG” markalı kondisioner, su krantları, güzgü, qapı tutacaqları, cəftə, plastik materialdan stol-stulları, yataq dəsti, usta alətləri olan dəst çanta, “Markus” markalı hidrofor və su nasosu oğurlamamışdır. Bundan başqa, 07 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə yerləşən, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs7 məxsus mebel sexinin həyətinə hasardan aşaraq düşmüş, sexin dəmir qapısının asma kilidini yerdən tapdığı dəmir armaturla sındıraraq oradan 1 ədəd laqondanı, 1 ədəd naqilsiz dreli, 1 ədəd frez aparatını və 1 ədəd kompressor mühərrikini götürüb araba ilə eyni qayda üzrə yarımçıq tikiliyə yığmış, bir gün sonra kompressor mühərrikini Binə qəsəbəsi “Mehriban qonşular” deyilən ərazidə yerləşən metal qəbulu məntəqəsinə təxminən 23 manata satmış, qalan əşyaları isə həmin gün taksi ilə aparıb “Rus bazarı”nda tanımadığı şəxslərə dəyər-dəyməzinə satmışdır. Satarkən həmin əşyaların evlərinə aid olduğun demiş, sözügedən sexdən digər əşyaları oğurlamamışdır. Bundan başqa, 08 yanvar 2022-ci il tarixdə saat 21-22 radələrində Xəzər rayonu Hövsan Südçülük sovxozunda olarkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus evin qapısında kilidin asılı olduğunu görüb evdə heç kimin olmadığını bilmiş, hasardan aşmaqla həyətə düşmüş, evin plastik materialdan olan pəncərəsini dəmir alətlə sıxıb açmış, yataq otağındakı çamadandan 600 manat, paltar dolabının içindən isə 20 manat nağd pulu oğurlayb çıxmışdır. Əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Hazırkı açıq məhkəmə iclasında düzgün ifadə verir və bildirir ki, həmin oğurluqların bir neçəsini etməmiş, oğurladığını etiraf etdiyi əmlakların da hamısını deyil, bir qismini oğurlamışdır. Lakin, bununla belə, ilk dəfə törətdiyi əməllərindən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 qızna dəymiş maddi ziyanın tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir və həmin zərərçəkmiş şəxslərin hazırda ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Digər zərərçəkmiş şəxslərə dəymiş ziyanı isə hələlik ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. İbtidai istintaq zamanı ona edilmiş təzyiqlər barədə heç kimə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də bu barədə heç nə deməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, o, Binə qəsəbəsi Bakavtomat yolu yeni sahədə fərdi yaşayış evi almış, evi yeni aldığı üçün müəyyən təmir işləri aparır. Ona görə də yaşamaq üçün həmin evə köçməmişdir. Demək olar ki, hər gün gedib evə baş çəkib müəyyən təmir işləri görüb getmişdir. Sonuncu dəfə evdə 23 fevral 2021-ci il tarixdə evdə olmuş, 25 fevral 2022-ci il tarixdə saat 12 radələrində evə gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin həyətində olan köməkçi tikilinin qapısının kilidini sındırmaqla oradan 1000 manat dəyərində bir ədəd “Otoqaz” markalı kombi istilik sisteminin aparatını oğurlamışlar. Ona gərə də həmin gün DİN “102” xidmətinə zəng vurub məlumat vermiş, bu barədə 3-cü Polis şöbəsinə gedib ərizə yazmış, bir müddət araşdırma aparılmış, müsbət nəticə olmadığı üçün prokurorluğa təkrar şikayət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 1000 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 göstərdi ki, 11 iyul 2021-ci il tarixdə saat 09 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxıb evin və həyətin qapısını bağlayıb getmişdir. Həmin gün saat 13 radələrində evə qayıdıb içəri daxil olduqda yataq otağında olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin pəncərəsində olan sellofan örtüyü qopararaq evin içinə daxil olmuş, yataq otağında olan çantadan 01 ədəd 900 manat dəyərində sadə formalı qadın qızıl boyunbağısını, 01 ədəd 400 manat dəyərində üzərində naxışları olan qadın qızıl üzüyünü və 01 ədəd 400 manat dəyərində sadə qadın qızıl üzüyü oğurlamışlar. Oğurluq nəticəsində ona ümumilikdə 1700 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən dindirilən Zərərçəkmiş şəxs9 göstərmişdir ki, 18 iyul 2021-c il tarixdə saat 21:30 radələrindən saat 00 radələrinədək evdə olmamışlar. 19 iyul 2021-ci il tarixdə saat 00:10 radələrində evə qayıdarkən aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsindən daxil olaraq yataq otağından ona məxsus 01 ədəd 220 manat dəyərində qızıl boyunbağını, 200 manat nağd pulu və 30 manat dəyərində köhnə model “Nokia C-2” markalı mobil telefonu oğurlamışlar. Hadisə nətəcəsində ona 450 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda həmin ziyan ona tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 Səfail oğlu göstərdi ki, təxminən 3 il olar ki, Binə qəsəbəsində bir mərtəbəli kürsülü ev tikdirmiş və həmin evdə yaşayr. 28 noyabr 2021-ci il tarixdə həyat yoldaşını və uşaqlarını Şamaxı rayonuna yola salmış, özü isə 29 noyabr 2021-ci il tarixdə işə getmişdir. 30 noyabr 2021-ci il tarixdə saat 10 radələrində evə gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin həyətə baxan pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla plastik materialdan olan pəncərəni açmaqla içəri daxil olmuş, qonaq otağından 01 ədəd 1000 manat dəyərində “Skybus” markalı televizoru, yataq otağında olan paltar dolabından 700 manat nağd pulu, yataq otağında sandığın içində olan 1 ədəd 1200 manat dəyərində “Toshiba” markalı, 1 ədəd 600 manat dəyəində “Acer” markalı noutbukları oğurlayaraq evin və həyət darvazasının qapısını açıq qoyub getmişlər. Ona gərə də Polis şöbəsinə gedib bu barədə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona cəmi 3500 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 göstərdi ki, Binə qəsəbəsi “Bolluq massivi” deyilən ərazidə fərdi yaşayış evi tikdirmişdir. Evin tikintisi tam başa çatmadığına görə evdə yaşayış yoxdur, ona görə də həftədə bir neçə dəfə gedib evə baş çəkib müəyyən təmir işləri görüb getmişdir. Sonuncu dəfə evdə 09 dekabr 2021-ci il tarixdə olmuşdur. 16 dekabr 2021-ci il tarixdə saat 11 radələrində evə gəldikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin yan tərəfdə olan pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla evə daxil olmuş, evdən 800 manat dəyərində 1 ədəd “Rossi” markalı kombi istilik sisteminin aparatını və dəhlizdə quraşdırılmamış 300 manat dəyərində 1 ədəd ev kamerasını (damafon) oğurlayıb getmişlər. 16 dekabr 2021-ci il tarixdə evə baxdıqda əvvəl evdən oğurluq olmadığını zənn etsə də sonradan kombinin quraşdırıldığı yerə baxdıqda oğurlandığını, eləcə də 1 ədəd ev kamerasının da oğurlandığını aşkar etmişdir. Ona görə də Polis şöbəsinə gedib təkrar ərizə yazıb evindən oğurluq olduğunu bildirmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 1100 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, təxminən 3 il olar ki, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində fərdi yaşayış evi tikdirir. Evin tikintisi tam başa çatmadığına görə orada yaşayış yoxdur, eləcə də evin həyəti hasarla əhatə olunmayıb. Bu məqsədlə evə tez-tez gedib baş çəkmişdir. Sonuncu dəfə evdə 2021-ci ilin dekabr ayının əvvəllərində olmuşdur. 07 yanvar 2022-ci il tarixdə evə baş çəkmək üçün getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin qarşısına yığdığı taxtaları oğurlamışlar. Ona görə də zəng vurub bu barədə poilsə məlumat vermiş, daha sonra Polis şöbəsinə gedərək ərizə yazmışdır. Sonradan oğurlanmış taxtaların dəyərini hesablamış və oğurluq nəticəsində ona cəmi 2560 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, ailəsi Lerik rayonunda valideynləri ilə birlikdə yaşayır. 4-5 il olar ki, Binə qəsəbəsi Südçülük sovxozunda 2 mərtəbəli, fərdi yaşayış evi tikdirmiş, lakin evin tikintisi tam başa çatmamış, təmir işlərini davam etdirir. Ona görə də evdə yaşayış yoxdur. Bu məqsədlə evə tez-tez gedib baş çəkmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 19 radələrində sözügedən evdən çıxıb 26 dekabr 2021-ci il tarixdə saat 11 radələrində evə getdikdə görmüşdür ki, evin taxtadan olan giriş qapısının kilidi sındırılmış vəziyyətdədir. İçəri girdikdə naməlum şəxsin (və ya şəxslərin) evin birinci və ikinci mərtəbəsinin divarlarına quraşdırılmış 16 top hər bir topun qiyməti 50 manat, cəmi 800 manat təşkil edən elektrik naqillərini sökərək çıxardığını, bir ədəd 250 manat dəyərində markasını xatırlamadığı betondağıdıcı (perefarator) aləti, bir ədəd 90 manat dəyərində dreli, 200 metr uzunluğunda 110 manat dəyərində uzadıcı naqili oğurladığını aşkar etmişdir. Ona gərə də zəng vurub bu barədə polisə məlumat verməklə yanaşı ərizə yazıb şikyət etmişdir. Oğurluq nəticəsində ona cəmi 1250 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda həmin ziyan ona tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Binə qəsəbəsi Bakavtomat yolu yeni sahədə fərdi yaşayış evi tikdirmiş, əvvəllər orada yaşasalar da son vaxtlar evin altına qrunt suları yığıldığı üçün evi yenidən təmir etmək məqsədi ilə boşaltmışdır. Ona görə də evdə yaşamırlar. Həftədə bir dəfə gedib evə baş çəkib müəyyən təmir işləri görüb getmişdir. Sonuncu dəfə evdə 24 dekabr 2021-ci il tarixdə olmuşdur. 08 yanvar 2022-ci il tarixdə saat 11 radələrində evə getdikdə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər evin dəmir qapısının kilidini sındırmaqla evə daxil olmuş, evin qonaq otağından 1 ədəd qiyməti 50 manat təşkil edən “Samsung” markalı televizoru, dəhlizdən 1 ədəd “Avromax” markalı 500 manat dəyərində kombi aparatını, mətbəxdən 1 ədəd “Toshiba” markalı 500 manat dəyərində soyuducunu, evin otaqlarına quraşdırılmış 5 ədəd hər birinin dəyəri 100 manat təşkil edən, cəmi 500 manat dəyərində radiatoru, həmin kombinin 200 manat dəyərində olan quruducu radiatorunu, otaqlarda olan 3 ədəd hər birinin dəyəri 50 manat təşkil edən cəmi 150 manat dəyərində çilçırağı, hamam otağından 1 ədəd 100 manat dəyərində “Ariston” markalı su qızdırıcısını, yataq otağından 1 ədəd “LG” markalı 500 manat dəyərində kondisioneri, mətbəx və hamam otağından hər birinin dəyəri 30 manat təşkil edən cəmi 90 manat dəyərində su krantlarını, 1 ədəd 50 manat dəyərində güzgünü, evin və hamam otağının qapılarının 4 ədəd hər birinin dəyəri 25 manat olan cəmi 100 manat dəyərində tutacaqlarını və 6 ədəd hər birinin dəyəri 8 manat olan cəmi 48 manat dəyərində cəftələri, mətbəxdən 4 ədəd və 1 ədəd dəst olan plastik materialdan qiyməti 100 manat təşkil edən stol-stulları, yataq otağından bir dəst 200 manat dəyərində yataq dəstini, mətbəxdən 100 manat dəyərində usta alətləri olan dəst çantanı, evin bütün otaqlarına və divarlarına çəkilmiş təxminən 250 metr uzunluğunda 210 manat dəyərində elektrik naqillərini və həyətdə hovuzun üstündə olan 1 ədəd 100 manat dəyərində “Markus” markalı hidrofor və su nasosunu oğurlayaraq ona maddi ziyan vurmuşlar. Ona gərə də zəng vurub bu barədə polisə məlumat vermiş, həmçinin ərizə yazıb şikayət etmişdir. Oğurlanmış əşyaların dəyərlərini hesablamış və oğurluq nəticəsində ona cəmi 3498 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 ittiham altında göstərilən ünvanına çağırış vərəqəsi göndərilərək və mobil telefonuna “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 1 ildir ki, Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə özünə məxsus mebel sexi qurub fəaliyyət göstərir. 07 yanvar 2021-ci il tarixdə naməlum şəxs və ya şəxslər sexin dəmir qapısının kilidini sındırmaqla içəridən ona məxsus 01 ədəd 170 manat dəyərində və 1 ədəd 190 manat dəyərində naqilsiz drelləri, biri 240 manat, biri 800 manat, biri 900 manat, biri 256 manat təşkil edən 4 ədəd frez aparatını, 1 ədəd 600 manat təşkil edən kompressor mühərrikini, hər birinin dəyəri 350 manat təşkil edən, ümumi 700 manat olan “Forsaj” markalı taxta yonan aparatları, frez aparatının təxminən 200 manat dəyərində bıçaqlarını, 1 ədəd 60 manat dəyərində laqondanı oğurlamışlar. Həmin ərəfədə xəstə olduğu üçün Polis bölməsinə gedib müraciət edə bilməmişdir. Lakin sağalıb özünü yaxşı hiss etdikdən sonra bu barədə polisə məlumat verib ərizə yazmışdır. Oğurluq nəticəsində ona cəmi 4056 manat dəyərində maddi ziyan dəydiyini müəyyən etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayar. 08 yanvar 2022-ci il tarixdən saat 19:00 radələrindən saat 23:30 radələrinədək olan müddət ərzində onlar evdə olmayan vaxt naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsini sıxıb açmaq yolu ilə evə daxil olub yataq otağında olan çamadandan 600 manat nağd pulu, həmin otaqda olan şkafdan isə 20 manat xırda pulları oğurlayıb getmişlər. Evin digər otaqları dağınıq olmadığı üçün orada axtarış aparılıb-aparılmadığını bilməmişdir. Eləcə də digər otaqlardan heç bir şey oğurlanmamışdır. Ona görə də dərhal polisə zəng vuraraq məlumat vermiş, bir qədər sonra polislər gəlib araşdırma aparmış və bu barədə ərizə yazıb evindən oğurluq olduğunu bildirmişdir. Baş verimş oğurluq nəticəsində ona cəmi 620 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, maddi sübut kimi tanınraq Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş - Təqsirləndirilən şəxs oğurlayaraq X1 1 ədəd kompressor mühərriki, X2 1ədəd soyuducu mühərriki, onun oğurladığı əşyaları gizlətmiş oldğu yarımçıq tikilidən aşkar edilərək götürülmüş 1 ədəd laqonda və yandırılmış mis naqillər zərərçəkmiş şəxslərə qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Buna görə də onların təqsirləndirilən şəxsdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır, ona yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 dəymiş ziyanı ödəyərək onlarla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 22 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş - Təqsirləndirilən şəxs oğurlayaraq X1 1 ədəd kompressor mühərrikinin, X2 1ədəd soyuducu mühərrikinin, onun oğurladığı əşyaları gizlətmiş olduğu yarımçıq tikilidən aşkar edilərək götürülmüş 1 ədəd laqondanın və yandırılmış mis naqillərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Səfail oğlu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 60 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 22 yanvar 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş - Təqsirləndirilən şəxs oğurlayaraq X1 1 ədəd kompressor mühərrikinin, X2 1ədəd soyuducu mühərrikinin, onun oğurladığı əşyaları gizlətmiş olduğu yarımçıq tikilidən aşkar edilərək götürülmüş 1 ədəd laqondanın və yandırılmış mis naqillərin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Səfail oğluna, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs10 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-238/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-238/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver