Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-238/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan müddət ərzində Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fəhlə işlədiyi istixanadan heç kəsin olmamasından istifadə edib bir ədədi 10 qəpik olmaqla ümumi dəyəri 3000 manat olan 30000 ədəd kələm şitilini gizli olaraq talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 3000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin oktyabr ayından Türkan qəsəbəsində Zərərçəkmiş şəxs məxsus istixanada fəhlə işləmişdir. Həmin istixanaya çoxlu sayda kələm şitili gətirilmiş, o da düşünmüşdür ki, istixana üçün gətirilmiş şitilləri oğurlayıb satıb pul əldə edər. Qərara gəldikdən sonra həmin istixanaya gəlmiş, şitil aparan Asəf adlı şəxsə qonşuluqda çoxlu sayda satlıq şitil olduğunu deyərək həmin şitil üçün müştəri tapmağını xahiş etmişdir. Asəf isə bu barədə kimləsə danışdıqdan sonra cavab deyəcəyini bildirmişdir. Bir müddət sonra Asəf ona zəng edərək müştərinin 9000 ədəd şitil istədiyini bildirmiş, o, Asəfin şübhələnməməyi üçün bu barədə guya şitil satan şəxs ilə danışıb cavab verəcəyini demişdir. Bir neçə dəqiqədən sonra Asəfə zəng edib 9000 ədəd şitil olduğunu bildirmiş və onlar razılaşdıqdan sonra Asəf ona demişdir ki, şitil alan şəxsə deyəcək, gəlib şitilləri ondan götürəcəkdir. Həmin şitillərin oğurluq olduğu barədə Asəfə heç nə deməmiş, həmin şəxsin ora gəlməməyini və həmin şitilləri istənilən ünvana çatdırmaq üçün maşın olduğunu demişdir. Çünki, istəmirmiş ki, həmin şəxs istixana ərazisinə gəlsin, kimsə onun həmin şitilləri oğurladığını bilməsin. Asəf ondan şitilləri kirayə yaşadığı Türkan qəsəbəsi bağlar yaşayış massivində yerləşən evinin həyətinə aparmağı xahiş etmiş, o da həmin gün 9000 ədəd şitili istixana ərazisində heç kimin olmadığından əmin olub tanımadığı taksi ilə aparıb Asəfin yaşadığı evin həyətinə boşaltmışdır. Həmin vaxt Asəf evdə olmamış, anası evdə olmuşdur, şitilləri boşaldıb çıxmışdır. Bir neçə gün sonra Asəf zəng vurub 200 manat pulu əlbə-əl Türkan qəsəbəsində, daha sonra isə 560 manat pulu ona vermişdir. Beləliklə, ümumilikdə həmin şitilləri Asəfə sataraq 760 manat pul əldə etmişdir. Əldə etdiyi pulları şəxsi tələblərinə xərcləmişdir. Bildirir ki, həmin şitillərin dəyəri 3000 manat deyil, 900 manat olmuşdur. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə 500 manat ödəmiş, lakin maddi imkanı zəif olduğu üçün qalan məbləği indiyə qədər ödəyə bilməmişdir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Türkan qəsəbəsində özünə məxsus torpaq sahəsində əkinçiliklə məşğul olur, eyni zamanda istixanası da vardır. 2022-ci ilin oktyabr ayında qərarlaşdırmışdır ki, kələm şitilləri əkib yetişdirər. Bu məqsədlə ümumi dəyəri 3000 manat olan 30000 ədəd kələm şitilini alıb istixananın ərazisinə yığdırmışdır. Həmin istixanada da onun işçiləri vardır. 25 oktyabr 2022-ci il tarixdə o, istixanaya nəzarət edib getmişdir, hər şey qaydasında olmuşdur. 13 noyabr 2022-ci il tarixdə əkinlə bağlı istixanaya gələrkən orada olan 30000 ədəd kələm şitilinin yerində olmadığını görmüşdür. İşçilərdən soruşmuş, lakin ona bir müsbət fikir deyən olmamışdır. Sonra isə bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Həmin oğurluq nəticəsində bir ədədi, 10 qəpik olmqla ümumi dəyəri 3000 manat olan 30000 ədəd kələm şitili oğulanmaqla ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona cəmi 500 manat ödəmiş, qalan məbləği isə indiyə qədər ödəməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bunun nəzərə alınaraq maddi ziyanın tam ödətdirilməsinə köməkli göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Türkan qəsəbəsində əkinçiliklə məşğul olur, həmçinin istixanalara fəhlə işçi tapmaqla və ya şitil alış-verişi ilə də məşğul olur. Təqsirləndirilən şəxs təxminən 5-6 ay müddət olar ki, tanıyır. Əli Türkan qəsəbəsində Xaləddin adlı şəxsə məxsus istixanada fəhlə işləyirmiş. O, həmin istixanaya işçi aparan zaman Əli ilə tanış olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə o, Astara rayonunda olan zaman Əli ona zəng edərək qonşuda kələm şitili satıldığını bildirmiş və şitil almaq istəyən olsa ona xəbər etməyini demişdir. Əli həmçinin, bildirmişdir ki, qonşu istixananın sahibi əvvəlcə kələm əmək istəyir, lakin sonradan fikrini dəyişib və hazırda kələm şitillərini satır. Əlidən nə qədər miqdarda şitil olduğunu soruşmuş, Əli də ona istədiyi qədər şitil sata biləcəyini demişdir. O isə Əliyə Dübəndi qəsəbəsi tərəfdə almaq istəyən olduğunu və alıcı ilə danışıb ona xəbər edəcəyini demişdir. Çünki, bundan bir neçə gün əvvəl Dübəndi qəsəbəsində adını xatırlamadığı bir nəfər şəxs ona zəng edərək kələm şitili axtardığını demişdir. Buna görə də, Dübəndi qəsəbəsində istixanası olan adını bilmədiyi müştəriyə zəng edərək şitil satıldığını bildirmişdir. Həmin şəxs ondan 9000 ədəd şitil istəmiş, o, yenidən Əliyə zəng edərək müştərinin 9000 ədəd şitil istədiyini demişdir. Əli ona şitil satan şəxs ilə danışıb cavab verəcəyini demiş və bir neçə dəqiqədən sonra ona zəng edib 9000 ədəd şitil olduğunu bildirmişdir. Onlar razılaşdıqdan sonra Əliyə demişdir ki, şitil alan şəxsə deyəcək, gəlib götürər, Əli isə ona demişdir ki, narahat olmasın, maşını var, hara lazım olarsa, gətirə bilər. O da şitilləri gətirib onun kirayə yaşadığı Türkan qəsəbəsi bağlar yaşayış massivində yerləşən evinin həyətinə aparmasını xahiş etmişdir. Həmin gün o, evdə olmayan zaman Əli sözügedən şitilləri onun həyətinə gətirmiş, evdə onun anası olmuşdur. Bir gün sonra o, rayondan evə gəlmiş və müştəriyə zəng edib həyətinə çağırmışdır. Müştəri öz avtomobili ilə gəlmiş və o, həmin şitilləri müştəriyə satmışdır. Müştəri həmin şitilləri iki dəfəyə bir qismini öz avtomobili ilə, qalan qismini isə onunla birlikdə gəlmiş taksi ilə istixanasına aparmışdır. Şitilləri satdıqdan sonra Əliyə zəng etmiş və əvvəlcə 200 manat pulu əlbə-əl Türkan qəsəbəsində ona vermiş, daha sonra isə əldə etdiyi qalan 560 manat pulu da ona verməklə, ümumilikdə Əliyə 760 manat pul vermişdir. 2022-ci ilin noyabr ayının təxminən ortalarında bilmişdir ki, Əlinin ona satdığı şitillər oğurluq şitillərdir. Əli həmin şitilləri ona verərkən onların oğurluq olması barədə heç nə deməmiş, qonşusuna məxsus olduğunu demiş, o da ona inanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi faktı məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-238/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-238/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver